“Torpaq icarəsi
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Torpaq icarəsi haqqında”
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini
təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan
qanunvericilik aktlarının “Torpaq icarəsi haqqında”
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə
təkliflərini Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
həmin Qanunun 10-cu maddəsinin
doqquzuncu hissəsində nəzərdə tutulmuş
torpaqların icarəyə verilməsi ilə bağlı
torpaq müsabiqələrinin və hərraclarının
keçirilməsi qaydalarının layihəsini
hazırlayıb Azərbaycan Respublikası Prezidentinin
təsdiqinə təqdim etsin;
“Torpaq icarəsi haqqında”
Azərbaycan Respublikası Qanununun pozulmasına görə
məsuliyyət növlərini müəyyən edən
qanunvericilik aktının layihəsini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və
müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının
normativ-hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
öz səlahiyyətləri
daxilində “Torpaq icarəsi haqqında” Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər
məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Torpaq icarəsi haqqında”
Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin doqquzuncu
hissəsində, 10-1.1-ci maddəsinin birinci
cümləsində, 10-1.2.4-cü, 10-1.3-cü, 10-1.3.2-ci,
10-1.4-cü maddəsinin birinci cümləsində, 10-1.5-ci
maddəsinin birinci və ikinci cümlələrində,
10-1.6-cı (hər iki halda) və 10-1.7-ci
maddələrində nəzərdə tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir; [1]
2.2. həmin Qanunun 14-cü
maddəsinin beşinci hissəsində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
2.3.
həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini ehtiyatları
təsdiq edilmiş faydalı qazıntı yataqlarının
yerləşdiyi dövlət və bələdiyyə
mülkiyyətində olan torpaqlara münasibətdə
Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, digər hallarda Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi həyata keçirirlər;[2]
həmin Qanunun 12-ci maddəsinin
birinci hissəsində nəzərdə tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
özəlləşdirilən müəssisə və
obyektlərin yerləşdiyi torpaq sahələrinə dair
icarə müqavilələrinə münasibətdə -
Azərbaycan Respublikasının Dövlət
Əmlakının İdarə Edilməsi üzrə
Dövlət Komitəsi, digər torpaq icarəsi
müqavilələrinə münasibətdə - Azərbaycan
Respublikasının Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsi həyata
keçirir;[3]
2.4. həmin Qanunun 10-cu
maddəsinin beşinci hissəsində və 18-ci maddəsinin
ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq
icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini
dövlət müəssisə, idarə və
təşkilatlarının istifadəsində olan və ya
dövlət obyektlərinin tikintisi layihələşdirilmiş,
habelə üzərində hüquqi və fiziki
şəxslər tərəfindən inşa edilmiş
müəssisə və obyektlərin yerləşdiyi
dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün
nəzərdə tutulmuş dövlət
mülkiyyətində olan torpaq sahələri istisna olmaqla)
münasibətdə Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi, həmin Qanunun 5-ci maddəsində
nəzərdə tutulmuş qalan torpaqlara
münasibətdə isə rayon (şəhər) icra
hakimiyyəti orqanları həyata keçirir.[4]
2.5. həmin Qanunun 14-cü
maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
dövlət müəssisə, idarə və
təşkilatlarının istifadəsində olan və ya
dövlət obyektlərinin tikintisi
layihələşdirilmiş, özəlləşdirilən,
habelə üzərində hüquqi və fiziki şəxslər
tərəfindən inşa edilmiş müəssisə
və obyektlərin yerləşdiyi dövlətə
məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi, qalan
torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının
Vergilər Nazirliyi həyata keçirir;[5]
2.6. həmin Qanunun 10-1.2.4-cü maddəsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının
Nazirlər Kabineti nəzərdə tutulur; [6]
2.7. həmin Qanunun 10-1.3.2-ci maddəsində,
10-1.5-ci maddəsinin birinci və ikinci
cümlələrində və 10-1.6-cı (birinci halda)
maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi nəzərdə tutulur;
2.8. həmin Qanunun 10-1.1-ci maddəsinin birinci
cümləsində, 10-1.3-cü maddəsində, 10-1.4-cü
maddəsinin birinci cümləsində, 10-1.6-cı (ikinci
halda) və 10-1.7-ci maddələrində “orqan (qurum)”
dedikdə rayon (şəhər) icra hakimiyyəti orqanları
nəzərdə tutulur.
3. Bu fərman dərc edildiyi gündən
qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti HEYDƏR
ƏLİYEV
Bakı
şəhəri, 12 mart 1999-cu il
¹ 116
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
11 oktyabr 2001-ci il tarixli 587 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 10, maddə 640)
2.
21 dekabr 2001-ci il tarixli 609 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 755)
3.
23 oktyabr 2003-cü il tarixli 972 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 10, maddə 577)
4.
23 noyabr 2005-ci il tarixli 321
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 11, maddə 1016)
5.
6 iyul 2006-cı il tarixli 426
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 7, maddə 590)
6.
23 noyabr 2007-ci il tarixli 662
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1110)
7.
2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹7, maddə
610)
8.
26 noyabr 2014-cü
il tarixli 378 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1418)
9.
15 fevral 2016-cı il tarixli 790 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Respublika”
qəzeti, 19 fevral 2016-cı il, ¹ 38; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II kitab, maddə 254)
10.
14 noyabr 2016-cı
il tarixli 1111 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 noyabr
2016-cı il, ¹ 257; “Xalq”
qəzeti, 28 yanvar 2017-ci
il, ¹ 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 11, maddə 1818)
11.
11 iyun 2018-ci il
tarixli 138 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 iyun 2018-ci il, ¹ 131, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹6, maddə 1228)
12.
23 aprel 2020-ci il tarixli 999
nömrəli
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 aprel 2020-ci il, ¹ 78, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 4, maddə 416)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 11 iyun 2018-ci il
tarixli 138 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 iyun
2018-ci il, ¹ 131,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹6, maddə 1228) ilə 2-ci hissəsinin ikinci
abzasına “hissəsində”
sözündən sonra “,
10-1.1-ci maddəsinin birinci cümləsində, 10-1.2.4-cü,
10-1.3-cü, 10-1.3.2-ci, 10-1.4-cü maddəsinin birinci cümləsində,
10-1.5-ci maddəsinin birinci və ikinci
cümlələrində, 10-1.6-cı (hər iki halda) və
10-1.7-ci maddələrində” sözləri əlavə
edilmişdir.
23
aprel 2020-ci il tarixli 999
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Xalq” qəzeti,
24 aprel 2020-ci il, ¹ 78, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 4, maddə 416)
ilə 2-ci
hissənin ikinci–doqquzuncu abzasları müvafiq olaraq 2.1–2.8-ci
bəndlər hesab edilmişdir.
[2] 11 oktyabr 2001-ci il
tarixli 587 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 10, maddə
640) ilə 2-ci bəndin 4-cü abzasında “Dövlət Əmlak Komitəsi”
sözləri “İqtisadi
İnkişaf Nazirliyi” sözləri ilə əvəz
edilmişdir.
6 iyul 2006-cı il
tarixli 426 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərman (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 7,
maddə 590) ilə 2-ci bəndin 4-cü abzasında “İqtisadi
İnkişaf Nazirliyi” sözləri “Dövlət Əmlakının İdarə Edilməsi
üzrə Dövlət Komitəsi” sözləri ilə
əvəz edilmişdir.
2 iyul 2010-cu il
tarixli 291 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul
2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, ¹7, maddə 610) ilə 2-ci bəndin
dördüncü abzasından "və Azərbaycan Respublikasının Dövlət
Əmlakının İdarə Edilməsi üzrə
Dövlət Komitəsi" sözləri
çıxarılmışdır.
21 dekabr 2001-ci il tarixli 609 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 755) ilə 2-ci
bəndin 4-cü abzasında "Dövlət
Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə"
sözləri əlavə edilmişdir.
26 noyabr 2014-cü il tarixli 378 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1418) ilə
2-ci hissənin dördüncü abzasına “səlahiyyətlərini” sözündən sonra “sənaye, yaxud texnologiyalar
parkları üçün nəzərdə tutulmuş
dövlət mülkiyyətində olan torpaq sahələri
istisna olmaqla,” sözləri əlavə edilmişdir və
həmin abzasda “keçirirlər”
sözü “keçirir”
sözü ilə əvəz edilmişdir.
15 fevral 2016-cı il tarixli 790 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Respublika”
qəzeti, 19 fevral 2016-cı il, ¹ 38; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II kitab, maddə 254) ilə
2-ci hissəsinin dördüncü abzasında “hissəsində” sözü “və altıncı
hissələrində” sözləri ilə, “Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri
Dövlət Komitəsi” sözləri ilə əvəz
edilmişdir.
14 noyabr 2016-cı
il tarixli 1111 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 noyabr
2016-cı il, ¹ 257; “Xalq”
qəzeti, 28 yanvar 2017-ci
il, ¹ 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 11, maddə 1818) ilə 2-ci hissənin dördüncü
abzas yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
həmin Qanunun
10-cu maddəsinin ikinci və altıncı hissələrində nəzərdə tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini sənaye, yaxud texnologiyalar parkları
üçün nəzərdə tutulmuş dövlət
mülkiyyətində olan torpaq sahələri istisna olmaqla,
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi həyata keçirir;
23
aprel 2020-ci il tarixli 999
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Xalq” qəzeti,
24 aprel 2020-ci il, ¹ 78, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 4, maddə 416)
ilə 2.3-cü
bənddən “və
bələdiyyə” sözləri
çıxarılmışdır.
[3] 23 noyabr 2007-ci il
tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1110) ilə 2-ci bəndinin beşinci abzası
çıxarılmışdır.
[4] 26 noyabr 2014-cü il
tarixli 378
nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1418) ilə
2-ci hissənin beşinci abzasına “dövlətə məxsus torpaqlara”
sözlərindən sonra “(sənaye,
yaxud texnologiyalar parkları üçün nəzərdə
tutulmuş dövlət mülkiyyətində olan torpaq
sahələri istisna olmaqla)” sözləri əlavə
edilmişdir.
14 noyabr 2016-cı il tarixli 1111 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti, 20 noyabr 2016-cı il, ¹ 257; “Xalq”
qəzeti, 28 yanvar
2017-ci il, ¹ 19, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11,
maddə 1818)
ilə 2-ci hissənin beşinci
abzasında “qalan torpaqlara”
sözləri “həmin Qanunun
5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara”
sözləri ilə əvəz edilmişdir.
[5] 23 oktyabr 2003-cü il tarixli 972 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 10, maddə 577) ilə
2-ci bəndin altıncı abzası yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
həmin Qanunun
10-cu maddəsinin beşinci hissəsində və 18-ci
maddəsinin ikinci hissəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanları"nın səlahiyyətlərini rayon
(şəhər) icra hakimiyyəti orqanların həyata
keçirir.
23 noyabr 2005-ci il
tarixli 321 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərman Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 11, maddə
1016) ilə 2-ci
bəndinə yeddinci abzas əlavə edilmişdir.
2 iyul 2010-cu il
tarixli 291 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul
2010-cu il, ¹ 141, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, ¹7, maddə 610) ilə 2-ci bəndin
beşinci və altıncı abzasları yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
həmin Qanunun 10-cu maddəsinin beşinci
hissəsində və 18-ci maddəsinin ikinci hissəsində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanları"nın səlahiyyətlərini
özəlləşdirilən dövlət
müəssisə və obyektlərin altındakı torpaqlara
münasibətdə Azərbaycan Respublikasının Dövlət
Əmlakının İdarə Edilməsi üzrə
Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə
rayon (şəhər) icra hakimiyyəti (dövlət
müəssisə və obyektlərinin yerləşdiyi torpaq
sahələrinin başqa hüquqi və fiziki
şəxslərə icarəyə verilməsinə
münasibətdə Azərbaycan Respublikasının
Dövlət Əmlakının İdarə Edilməsi
üzrə Dövlət Komitəsinin razılığı
ilə)
orqanları həyata keçirir;
həmin qanunun 14-cü maddəsinin onuncu
abzasında nəzərdə tutulmuş "müvafiq icra
hakimiyyəti orqanı"nın səlahiyyətlərini
dövlət müəssisələri,
özəlləşdirməyə açıq elan edilmiş
və özəlləşdirilən dövlət
müəssisə və obyektlərinin altındakı
torpaqlara münasibətdə Azərbaycan Respublikasının
Dövlət Əmlakının İdarə Edilməsi
üzrə Dövlət Komitəsi, qalan torpaqlara
münasibətdə isə Azərbaycan Respublikasının
Vergilər Nazirliyi həyata keçirir.
[6] 11 iyun 2018-ci il
tarixli 138 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 iyun
2018-ci il, ¹ 131,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹6, maddə 1228) ilə 2-ci hissəsinin
altıncı abzasın sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda yeddinci, səkkizinci və
doqquzuncu abzaslar əlavə edilmişdir.