Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2009-cu il 10 noyabr tarixli 182 nömrəli, Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında 2013-cü il 1 fevral tarixli 810 nömrəli və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli 182 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, 11, maddə 885; 2012, 12, maddə 1264; 2013, 11, maddə 1336) 2-ci hissəsi ləğv edilsin.

2. Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, 2, maddə 104, 10, maddə 1159; 2014, 10, maddə 1205; 2020, 5, maddə 545) 2-ci, 3-cü, 4-cü, 8-ci və 9-cu hissələri ləğv edilsin.

3. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, 12, maddə 2056; 2017, 8, maddə 1521, 10, maddə 1777; 2018, 5, maddə 920, 6, maddə 1196, 7 (I kitab), maddələr 1496, 1506, 11, maddə 2287; 2019, 2, maddələr 218, 236, 4, maddə 625, 5, maddələr 848, 855; 2020, 2, maddə 100) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Fərmanla təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 10. Tədbirlər planı hissəsinin 7.2.6-cı yarımbəndinin Əsas icraçı sütununda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sözləri Energetika Nazirliyi sözləri ilə əvəz edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində:

3.2.1. 7. Strateji hədəflər hissəsi üzrə:

1. 7.1.1-ci yarımbənddə Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sözləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin sözləri ilə əvəz edilsin;

2. 7.2.1-ci yarımbəndin Tədbir 2.1.2. Enerji mənbələri üzrə prioritetlərin müəyyən edilməsi üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanması abzasında Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sözləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi sözləri ilə əvəz edilsin;

3. 7.2.2-ci yarımbəndin Tədbir 2.2.1. Alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi, Tədbir 2.2.2. İnvestisiya qoyuluşu tələb olunan elektrik stansiyalarının istismar və maliyyələşmə formasının seçilməsi və Tədbir 2.2.3. Görülən tədbirlərlə bağlı ictimaiyyətin məlumatlandırılması abzaslarında Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sözləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi sözləri ilə əvəz edilsin;

3.2.2. 10. Tədbirlər planı hissəsi üzrə:

1. 2.1.4-cü, 2.2.3-cü və 7.1.2-ci yarımbəndlərin Digər icraçılar sütunundan Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, sözləri çıxarılsın;

2. 7.1.2-ci yarımbəndin Tədbirin adı sütununda Alternativ və bərpa olunan sözləri Bərpa olunan sözləri ilə əvəz edilsin;

3. 7.3.1-ci yarımbəndin Digər icraçılar sütunundan , Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 sentyabr 2020-ci il

1158