Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Respublikasında
alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması üzrə Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında” 2004-cü il
21 oktyabr tarixli 462 nömrəli, “Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005–2015-ci illər) üzrə Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 14
fevral tarixli 635 nömrəli, “Azərbaycan Respublikasında sənayenin
inkişafına dair 2015–2020-ci illər üçün
Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında” 2014-cü il 26 dekabr tarixli 964 nömrəli, “Azərbaycan
Respublikasında bioloji müxtəlifliyin qorunmasına və
davamlı istifadəsinə dair 2017–2020-ci illər
üçün Milli Strategiya”nın təsdiq edilməsi
haqqında” 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli və
“Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən
müşahidəsi xidmətlərinin inkişafına dair
2019–2022-ci illər üçün Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15
noyabr tarixli 696 nömrəli sərəncamlarında dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara
alıram:
1.
“Azərbaycan Respublikasında alternativ və bərpa olunan
enerji mənbələrindən istifadə olunması üzrə
Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr
tarixli 462 nömrəli Sərəncamında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 10,
maddə 838; 2007, ¹ 8, maddə 769; 2013, ¹ 11, maddə 1449; 2014, ¹
5, maddə 477; 2016, ¹ 2 (II kitab), maddə 251, ¹ 8, maddə 1384)
aşağıdakı dəyişikliklər edilsin:
1.1.
2-ci və 4-cü hissələrdə “Alternativ və Bərpa
Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz
edilsin;
1.2.
həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan
Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması üzrə Dövlət
Proqramı”nın “Alternativ (bərpa olunan) enerji mənbələrindən
istifadə edilməsi üzrə Tədbirlər” hissəsinin
2-ci, 3-cü, 4-cü, 6-cı və 17-ci bəndlərinin
“Əsas icraçılar” sütununda “ABOEMDA” akronimi “EN”
akronimi ilə, “Akronimlər” hissəsində “SEN – Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi” sözləri
“EN – Azərbaycan Respublikasının Energetika Nazirliyi” sözləri
ilə əvəz edilsin.
2.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli
635 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 2, maddə 104;
2008, ¹ 8, maddə 715; 2009, ¹ 11, maddə 886; 2010, ¹ 8, maddə
726; 2013, ¹ 11, maddə 1450; 2014, ¹ 2, maddə 112, ¹ 4, maddə
391; 2015, ¹ 4, maddə 437; 2016, ¹ 6, maddə 1085) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji
kompleksinin inkişafı (2005–2015-ci illər) üzrə
Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər
edilsin:
2.1.
“Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin
inkişafı (2005–2015-ci illər) üzrə Dövlət
Proqramı çərçivəsində həyata
keçirilməsi nəzərdə tutulan Tədbirlər”in 26-cı,
66-cı və 67-ci hissələrinin “Əsas icraçı”
sütunundan “, ABOEMDA” akronimi çıxarılsın;
2.2.
“Akronimlər” hissəsindən “, ABOEMDA – Azərbaycan
Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyi” sözləri
çıxarılsın.
3.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr
tarixli 964 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 12, maddə 1637;
2016, ¹ 8, maddə 1384; 2017, ¹ 4, maddə 576, ¹ 8, maddə 1521;
2018, ¹ 5, maddə 1093, ¹ 11, maddə 2287; 2019, ¹ 5, maddə 899, ¹
11, maddə 1719) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər
üçün Dövlət Proqramı”nın “8. Azərbaycan
Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər
üçün Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə Tədbirlər planı”nın
1.14-cü bəndinin “Tədbirin adı” sütununda “Alternativ”
sözü “Bərpa olunan” sözləri ilə və
“İcraçılar” sütununda “Energetika Nazirliyinin tabeliyində
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan
Enerji Mənbələri üzrə Dövlət Agentliyi
publik hüquqi şəxs” sözləri “Energetika Nazirliyi”
sözləri ilə əvəz edilsin.
4.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr
tarixli 2358 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 10, maddə 1648;
2017, ¹ 8, maddə 1521; 2018, ¹ 5, maddə 1094) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin
qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci
illər üçün Milli Strategiya”nın “6. Azərbaycan
Respublikasında bioloji müxtəlifliyin qorunmasına və
davamlı istifadəsinə dair Fəaliyyət Planı” hissəsi
üzrə:
4.1.
6.2.6-cı, 6.5.1.5-ci və 6.9.2-ci yarımbəndlərin
“İcraçı orqanlar” sütununda “ABOEMDA” akronimi “EN”
akronimi ilə əvəz edilsin;
4.2.
6.9.2-ci yarımbəndin “Tədbirin adı” və “Gözlənilən
nəticələr” sütunlarından “alternativ və”
sözləri çıxarılsın;
4.3.
“Akronimlər” hissəsinə “TN – Azərbaycan
Respublikasının Təhsil Nazirliyi” sətrindən sonra
aşağıdakı məzmunda sətir əlavə edilsin:
“EN
– Azərbaycan Respublikasının Energetika Nazirliyi”.
5.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli
696 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 11, maddə 2352)
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peyk
vasitəsilə Yerin məsafədən müşahidəsi
xidmətlərinin inkişafına dair 2019–2022-ci illər
üçün Dövlət Proqramı”nın “8. Azərbaycan
Respublikasında peyk vasitəsilə Yerin məsafədən
müşahidəsi xidmətlərinin inkişafına dair
2019–2022-ci illər üçün Dövlət
Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər
Planı” hissəsində:
5.1.
1.9.5-ci yarımbəndin “İcraçı orqanlar”
sütununda “ABOEMDA” akronimi “EN” akronimi ilə əvəz
edilsin;
5.2.
1.10.1-ci, 1.10.2-ci yarımbəndlərin, 6.1-ci, 6.2-ci bəndlərin
və 7.2.1-ci, 7.2.2-ci yarımbəndlərin
“İcraçı orqanlar” sütunundan “ABOEMDA,” akronimi
çıxarılsın;
5.3.
1.9.5-ci yarımbəndin “Tədbirin adı” sütununda
“Alternativ və bərpa” sözləri “Bərpa” sözü
ilə və 1.10.1-ci yarımbəndin “Tədbirin adı”
sütununda “alternativ” sözü “bərpa olunan” sözləri
ilə əvəz edilsin;
5.4.
“Akronimlər” hissəsindən “ABOEMDA – Alternativ və Bərpa
Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyi” sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 sentyabr 2020-ci il
¹ 2274