Azərbaycan Respublikası Prezidentinin “İnzibati
xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci
il 23 fevral tarixli 1256 nömrəli və “Azərbaycan
Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji
Məsələlərini Tənzimləmə Agentliyinin
yaradılması haqqında” 2017-ci il 22 dekabr tarixli 1750
nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci
il 23 fevral tarixli 1256 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, №
9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə
199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr
915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698,
№ 11, maddələr 2242, 2289, № 12 (I kitab),
maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2,
maddə 213, № 3, maddə 426, № 4, maddələr 620,
630, 649, № 5, maddələr 819, 862; 2020, № 3,
maddələr 238, 240, № 4, maddə 404, Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli 1084 nömrəli
və 10 iyul tarixli 1105 nömrəli fərmanları) ilə
təsdiq edilmiş “İnzibati xətalar haqqında
işlərə baxmağa səlahiyyəti olan
vəzifəli şəxslərin Siyahısı”nın 1.11-ci
bəndinə hər iki halda “orqanların” sözündən sonra
“və Azərbaycan Respublikası Prezidentinin
yaratdığı publik hüquqi şəxslərin” sözləri
əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci
il 22 dekabr tarixli 1750 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017, № 12 (I kitab), maddə 2318; 2018, № 5, maddə 956)
ilə təsdiq edilmiş “Enerji Məsələlərini
Tənzimləmə Agentliyinin Nizamnaməsi”nin 3.1.11-ci
yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“3.1.11.
səlahiyyətlərinə aid məsələlərə
dair inzibati xəta əlamətləri aşkar etdikdə,
Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə uyğun olaraq tədbirlər görür;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 17 avqust 2020-ci il
№ 1138