Azərbaycan Respublikası Nazirlər Kabinetinin
İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün
texniki şərtlərin verilməsi və enerji
təchizatı şəbəkəsinə qoşulması Qaydalarının
təsdiq edilməsi haqqında 2013-cü il 27 avqust tarixli 234
nömrəli, İstehlakçıların su təchizatı və
tullantı sularının axıdılması sisteminə
qoşulması üçün texniki şərtlərin verilməsi
və qoşulması Qaydalarının təsdiq edilməsi haqqında
2014-cü il 13 avqust tarixli 275 nömrəli, Tikintisinə icazə
tələb edilən tikinti obyektlərinin istismarına
icazə üçün müraciətə sifarişçi tərəfindən
əlavə edilən tikinti sənədlərinin siyahısının
təsdiq edilməsi haqqında 2014-cü il 16 sentyabr tarixli 309
nömrəli, Tikintilərin Dövlət reyestrinə daxil edilən
məlumatların tərkibi, həmin məlumatların
təqdim edilməsi və reyestrin aparılması Qaydalarının
təsdiq edilməsi haqqında 2015-ci il 12 yanvar tarixli 4
nömrəli və Müfəssəl planların hazırlanması,
razılaşdırılması və təsdiq olunması
qaydaları, habelə həmin planların
razılaşdırıldığı orqanların
siyahısının təsdiq edilməsi haqqında 2015-ci il
12 yanvar tarixli 5 nömrəli qərarlarında dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsində dəyişikliklər
edilməsi haqqında Azərbaycan Respublikasının 2018-ci
il 6 mart tarixli 1034-VQD nömrəli Qanununun tətbiqi və
Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə haqqında Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2018-ci
il 7 may tarixli 42 nömrəli
Fərmanının 1.2-ci bəndinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara
alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü
il 27 avqust tarixli 234 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013, № 8, maddə 1032; 2014, № 1, maddə 69;
2016, № 2 (II kitab), maddə 361, № 11, maddə 1951; 2017,
№ 7, maddə 1486; 2018, № 4, maddə 834, № 6,
maddə 1366, № 11, maddələr 2455, 2461) ilə
təsdiq edilmiş İstehlakçıların elektrik enerjisi
(gücü) alması üçün texniki şərtlərin verilməsi və
enerji təchizatı şəbəkəsinə
qoşulması Qaydalarında aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 2.5-ci bənddə müvafiq yerli icra hakimiyyəti
orqanına (bundan sonra MYİHO) sözləri tikintiyə
icazə verən orqana (quruma) sözləri ilə və MYİHO-nun
sözü həmin orqanın (qurumun) sözləri ilə əvəz
edilsin;
1.2. 2.7-ci, 2.8-ci, 2.9-cu, 2.12-ci bəndlərdə, 2.14-cü,
2.15-ci və 2.22-ci bəndlərin birinci
cümlələrində, 2.28-ci bəndin birinci və ikinci cümlələrində,
2.39-cu (ikinci halda) və 2.41-ci bəndlərdə ismin müvafiq
hallarında MYİHO akronimi ismin müvafiq hallarında
tikintiyə icazə verən orqan (qurum) sözləri ilə
əvəz edilsin;
1.3. 2.14-cü bəndin üçüncü və 2.15-ci bəndin ikinci
cümlələrində, 2.17-ci, 2.18-ci və 2.39-cu (birinci halda)
bəndlərdə ismin müvafiq hallarında MYİHO akronimi
ismin müvafiq hallarında Tikintiyə icazə verən orqan
(qurum) sözləri ilə əvəz edilsin.
2. İstehlakçıların su təchizatı və tullantı
sularının axıdılması sisteminə qoşulması
üçün texniki şərtlərin verilməsi və
qoşulması Qaydalarının təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü
il 13 avqust tarixli 275 nömrəli
Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014, № 8, maddə 1009; 2016, № 2 (II kitab),
maddə 362; 2018, № 8, maddə 1817) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. ikinci abzas 1-ci hissə hesab edilsin və
aşağıdakı məzmunda 2-ci hissə əlavə
edilsin:
2. Bu Qərarda dəyişiklik Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli
Fərmanı ilə təsdiq edilmiş İcra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının hazırlanması
və qəbul edilməsi qaydası haqqında Əsasnamənin
2.6-1-ci bəndinə uyğun edilə bilər.;
2.2. həmin Qərarla təsdiq edilmiş
İstehlakçıların su təchizatı və tullantı
sularının axıdılması sisteminə qoşulması
üçün texniki şərtlərin verilməsi və
qoşulması Qaydaları üzrə:
2.2.1. 1.10-cu bəndin ikinci cümləsində Müvafiq yerli
icra hakimiyyəti orqanı (bundan sonra MYİHO) sözləri
Tikintiyə icazə verən orqan (qurum) sözləri ilə
əvəz edilsin;
2.2.2. 2.6-cı bəndin birinci (hər iki halda), 2.8-ci
bəndin birinci (ikinci halda) və ikinci (ikinci halda) cümlələrində,
2.9-cu və 2.12-ci bəndlərdə, 2.14-cü və 2.16-cı
bəndlərin birinci cümlələrində, 2.22-ci
bənddə və 2.23-cü bəndin birinci cümləsində ismin
müvafiq hallarında MYİHO akronimi ismin müvafiq hallarında
tikintiyə icazə verən orqan (qurum) sözləri ilə
əvəz edilsin;
2.2.3. 2.6-cı bəndin ikinci, 2.8-ci bəndin birinci
(birinci halda) və ikinci (birinci halda), 2.14-cü bəndin üçüncü, 2.16-cı
bəndin ikinci cümlələrində və 2.21-ci bənddə
ismin müvafiq hallarında MYİHO akronimi ismin müvafiq
hallarında Tikintiyə icazə verən orqan (qurum)
sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü
il 16 sentyabr tarixli 309 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014, № 9, maddə 1133; 2019, № 5, maddə 948)
ilə təsdiq edilmiş Tikintisinə icazə tələb
edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə
sifarişçi tərəfindən əlavə edilən tikinti
sənədlərinin siyahısının 1.5-ci
bəndinə yerli icra hakimiyyətinin sözlərindən sonra
, Azərbaycan Respublikası Mənzil İnşaatı
Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq
sahəsində bu qurumun sərəncamında olduğu
müddətdə həmin Agentliyin sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci
il 12 yanvar tarixli 4 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015, № 1, maddə 56; 2017, № 3, maddə 514; 2018,
№ 7 (II kitab), maddə 1646; 2019, № 2, maddə 358)
ilə təsdiq edilmiş Tikintilərin Dövlət
reyestrinə daxil edilən məlumatların tərkibi,
həmin məlumatların təqdim edilməsi və reyestrin
aparılması Qaydalarında aşağıdakı
dəyişikliklər edilsin:
4.1. 2.1-ci bəndə yerli icra hakimiyyəti orqanı
sözlərindən sonra , Azərbaycan Respublikasının
Mənzil İnşaatı Dövlət Agentliyinin
sərəncamına verilmiş torpaq sahəsində bu qurumun
sərəncamında olduğu müddətdə həyata
keçirilən tikinti niyyətlərinə münasibətdə
həmin Agentlik sözləri əlavə edilsin;
4.2. 3.1.1-ci yarımbənddə yerli icra hakimiyyəti
orqanı sözləri orqan (qurum) sözləri ilə əvəz
edilsin;
4.3. 3.1.2-ci yarımbənddə yerli icra hakimiyyəti
orqanı sözləri istismara icazə verən orqan (qurum)
sözləri ilə əvəz edilsin;
4.4. 3.1.2.2-ci yarımbəndə (hər iki halda) orqanın
sözündən sonra (qurumun) sözü əlavə edilsin;
4.5. 3.1.4-cü yarımbəndə Yerli icra hakimiyyəti
orqanı sözlərindən sonra , Azərbaycan
Respublikasının Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamına verilmiş torpaq
sahəsində bu qurumun sərəncamında olduğu
müddətdə həyata keçirilən tikinti
niyyətlərinə münasibətdə həmin Agentlik
sözləri əlavə edilsin;
4.6. 4.2-ci bəndin birinci cümləsində Yerli icra
hakimiyyəti orqanı sözləri Tikintiyə icazə
verən orqan (qurum) sözləri ilə və ikinci
cümləsində yerli icra hakimiyyəti orqanına sözləri
tikintiyə icazə verən orqana (quruma) sözləri ilə
əvəz edilsin;
4.7. 4.2-1-ci və 4.2-2-ci bəndlərin birinci
cümlələrində ismin müvafiq hallarında yerli icra
hakimiyyəti orqanı sözləri ismin müvafiq hallarında
tikinti barədə məlumatlandırılan orqan (qurum)
sözləri ilə əvəz edilsin;
4.8. 4.3-cü bəndin birinci cümləsində yerli icra
hakimiyyəti orqanına sözləri tikintiyə icazə
verən orqana (quruma) sözləri ilə və ikinci
cümləsində Yerli icra hakimiyyəti orqanı sözləri
Tikintiyə icazə verən orqan (qurum) sözləri ilə
əvəz edilsin;
4.9. 4.7-ci bənddə yerli icra hakimiyyəti
orqanları sözləri istismara icazə verən və ya
tikinti barədə məlumatlandırılan orqan (qurum)
sözləri ilə və nəzərdə tutulmuş
sənədləri sözləri və 4.2-2-ci bəndində
nəzərdə tutulmuş sənədləri və
məlumatları sözləri ilə əvəz edilsin;
4.10. 4.8-ci bəndin birinci cümləsinə yerli icra
hakimiyyəti orqanları sözlərindən sonra və
Azərbaycan Respublikasının Mənzil İnşaatı
Dövlət Agentliyi (sərəncamına verilmiş torpaq
sahəsində bu qurumun sərəncamında olduğu
müddətdə mövcud tikinti obyektlərinə münasibətdə)
sözləri əlavə edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci
il 12 yanvar tarixli 5 nömrəli
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015, № 1, maddə 57, № 11, maddə 1417; 2016,
№ 6, maddə 1193, № 10, maddələr 1725, 1743; 2017,
№ 4, maddə 636, № 6, maddə 1219, № 10, maddə
1882; 2018, № 1, maddə 139; 2018, № 11, maddə 2454; 2019,
№ 7, maddə 1311, № 12, maddə 2074) ilə təsdiq
edilmiş Müfəssəl planların hazırlanması,
razılaşdırılması və təsdiq olunması
qaydaları, habelə həmin planların
razılaşdırıldığı orqanların
Siyahısında aşağıdakı dəyişikliklər
edilsin:
5.1. 1.5-ci bəndin birinci cümləsində orqanları
sözü orqanlarının, Azərbaycan Respublikası Mənzil
İnşaatı Dövlət Agentliyinin sərəncamına
verilmiş torpaq sahəsində bu qurumun sərəncamında
olduğu müddətdə həyata keçirilən tikinti
niyyətlərinə münasibətdə həmin Agentliyin (bundan
sonra müvafiq orqanın (qurumun) sözləri ilə əvəz
edilsin;
5.2. 3.18.1-ci yarımbənddə yerli icra
hakimiyyəti orqanı sözləri müvafiq orqanın (qurumun)
sözləri ilə əvəz edilsin;
5.3. 5.14-cü bəndə bələdiyyəyə,
sözündən sonra Azərbaycan Respublikası Mənzil
İnşaatı Dövlət Agentliyinin qərarı
əsasında hazırlandığı halda həmin Agentliyə,
sözləri əlavə edilsin;
5.4.
5.16-cı bəndin birinci cümləsində yerli icra
hakimiyyəti orqanı sözləri müvafiq orqan (qurum) sözləri
ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan
Respublikasının Baş Naziri
Bakı
şəhəri, 29 iyun 2020-ci il
№ 223