Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Energetika Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 1, maddə 49; 2012, № 2, maddə 183; 2013, № 6, maddə 738; 2014, № 1, maddə 69, № 2, maddə 201, № 7, maddə 925; 2016, № 4, maddə 772, № 5, maddə 955; 2017, № 3, maddə 478; 2018, № 3, maddə 624, № 8, maddə 1817, № 10, maddə 2174) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.28-ci bəndinə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlər məişət abonentinin təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilə bilər.”.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 9 iyun 2020-ci il

                     № 198