“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya
Respublikası Hökuməti arasında iqtisadi
əməkdaşlığı təşviq etmək
məqsədi ilə Birgə Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 15 aprel tarixli 1174 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya
Respublikası Hökuməti arasında iqtisadi
əməkdaşlığı təşviq etmək
məqsədi ilə Birgə Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci
il 15 aprel tarixli 1174 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015, № 4, maddə 431; 2016, № 8,
maddə 1384, № 9, maddə 1518; 2018, № 3, maddə 533)
1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın
tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın həmsədri
Azərbaycan
Respublikasının Mədəniyyət naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Xarici İşlər
nazirinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Energetika nazirinin müavini
Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin
sədri
Azərbaycan Respublikasının Xorvatiya
Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.
2.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
bu Sərəncamın 1-ci hissəsi ilə edilən
dəyişiklik barədə Xorvatiya Respublikası
tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 2 mart 2020-ci il
№ 1881