Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul
tarixli 215 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2018-ci
il 18 iyul tarixli 215 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I
kitab), maddə 1501, № 11, maddə 2275; 2019, № 6, maddə 1049) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə
Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2.2-ci yarımbəndə “tənzimləməni
və” sözlərindən sonra “qüvvədə olan
qanunvericiliyə əməl edilməsinə” sözləri əlavə
edilsin.
2. 3.1.16-1-ci yarımbənddə “maliyyələşdirilməsi”
sözü “maliyyələşdirilməsinə qarşı
mübarizə” sözləri ilə əvəz edilsin.
3. 3.1.32-ci və 3.2.19-cu yarımbəndlərdə
“Azərbaycan Respublikası Prezidentinin aktları” sözləri
“Xidmətin Nizamnaməsi” sözləri ilə əvəz
edilsin.
4. 4.3-cü bəndin ikinci cümləsində
“İdarə Heyəti sədrindən” sözləri “Azərbaycan
Respublikasının İqtisadiyyat nazirinin müavini ─
İdarə Heyətinin sədrindən (bundan sonra ─
İdarə Heyətinin sədri)” sözləri ilə əvəz
edilsin, üçüncü cümləsinə “müavinlərini”
sözündən sonra “Azərbaycan Respublikasının
İqtisadiyyat nazirinin təqdimatı ilə” sözləri əlavə
edilsin.
5. 4.5.1-ci yarımbəndə “istiqamətlərini”
sözündən sonra “, strateji məqsədlərini və
planlarını” sözləri əlavə edilsin.
6. 4.5.2-ci yarımbənddə “Prezidentinə”
sözü “İqtisadiyyat Nazirliyinə (bundan sonra – Nazirlik)”
sözləri ilə əvəz edilsin.
7. Aşağıdakı məzmunda 4.5.4-1-ci
və 4.5.4-2-ci yarımbəndlər əlavə edilsin:
“4.5.4-1. Xidmətin strateji məqsədlərinin
və planlarının, habelə büdcəsinin icrasına nəzarət
edir;
4.5.4-2. Azərbaycan Respublikası Prezidentinin
razılığı ilə Xidmətin idarə, filial və
nümayəndəliklərinin yaradılması barədə
qərar qəbul edir;”.
8. 4.5.7-ci yarımbənddə “müəyyən
edilmiş əməkhaqqı fondu və işçilərin
say həddi daxilində Xidmətin ştat cədvəlini və
ayrılmış büdcə təxsisatı daxilində xərclər
smetasını” sözləri “Xidmətin maliyyə
planlaşdırılmasını və büdcəsini”
sözləri ilə əvəz edilsin.
9. 4.5.9-cu yarımbənddə “qayda və
şərtlərini müəyyənləşdirir və
onların” sözləri “Qanunun 17-1-ci maddəsinin tələblərini
nəzərə almaqla Nazirliyin müəyyən etdiyi qayda və
şərtlərinin” sözləri ilə əvəz edilsin.
10. 4.5.10-cu yarımbənddə “Azərbaycan
Respublikası Prezidentinin” sözləri “Nazirliyin” sözü
ilə əvəz edilsin.
11. 4.5.12-ci yarımbənd ləğv
edilsin.
12. 4.5.13-cü yarımbəndə “kənar
auditorun” sözlərindən əvvəl “Xidmətin maliyyə-təsərrüfat
fəaliyyətinin auditinin keçirilməsi üçün
təyin edilmiş” sözləri əlavə edilsin.
13. 4.5.14-cü yarımbəndin sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
4.5.15-ci yarımbənd əlavə edilsin:
“4.5.15. İdarə Heyəti sədrinin
səlahiyyətlərinə aid edilməyən bütün
digər məsələlər barədə qərar qəbul
edir.”.
14. 4.6-cı bəndə
aşağıdakı məzmunda səkkizinci, doqquzuncu və
onuncu cümlələr əlavə edilsin:
“İdarə Heyətinin üzvlərinə
iclasın keçiriləcəyi yer və vaxt, habelə
gündəliyə daxil edilmiş məsələlər barədə
iclasa azı 3 iş günü qalmış, zəruri sənədlər
əlavə edilməklə yazılı məlumat verilir.
İclasın gündəliyinə İdarə Heyətinin hər
hansı üzvünün maraqlarına toxunan məsələ
çıxarıldıqda, həmin üzv bununla bağlı
maraqları haqqında ətraflı məlumat verməli, həmin
məsələnin müzakirəsində və ona dair səsvermədə
iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş
və ya tələb olunan aidiyyəti sənədləri
iclasdan qabaq təqdim edilməmiş məsələlər
barədə, bütün iştirakçı üzvlərin
razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə
bilməz.”.
15. 4.7.1-ci yarımbəndə “təşkil
edir və” sözlərindən sonra “ona nəzarət edir,
habelə” sözləri əlavə edilsin.
16. 4.7.3-cü yarımbəndə
“iştirak edir,” sözlərindən sonra “qanunvericiliklə”
sözü əlavə edilsin.
17. Aşağıdakı məzmunda 4.7.12-1
- 4.7.12-3-cü yarımbəndlər əlavə edilsin:
“4.7.12-1. müəyyən edilmiş
struktur, əməkhaqqı fondu və işçilərin say
həddi daxilində Xidmətin Aparatının strukturunu,
ştat cədvəlini, işçilərinin əməkhaqlarını
(o cümlədən əməkhaqqına əlavələri,
mükafatları və digər ödənişləri) və
xərclər smetasını təsdiq edir;
4.7.12-2. Xidmət işçilərinin əməkhaqlarının,
əməkhaqqına əlavələrin, mükafatların və
digər ödənişlərin verilməsini əməkhaqqı
fondu çərçivəsində təşkil edir;
4.7.12-3. Xidmətin maliyyə-təsərrüfat
fəaliyyətinin auditinin keçirilməsi üçün
kənar auditoru təyin edir və audit hesabatını qəbul
edir;”.
18. 5-ci hissənin adı
aşağıdakı redaksiyada verilsin:
“5. Xidmətin nizamnamə fondu, əmlakı
və maliyyə fəaliyyətinin əsasları”.
19. 6.1-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“6.1. Xidmət, fəaliyyət müstəqilliyi
təmin edilməklə, Nazirliyin tərkibində fəaliyyət
göstərir.”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 24 fevral 2020-ci il
№ 938