“Elektrik və
istilik qurğularının istismarında təhlükəsizlik
texnikası Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Elektrik
və istilik enerjisi, habelə qaz təchizatı sahəsində
nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci
il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.3.3-cü
yarımbəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Elektrik
və istilik qurğularının istismarında təhlükəsizlik
texnikası Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar dərc
edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir.
Əli
ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 11 fevral 2020-ci il
№ 41
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq
edilmişdir. |
Elektrik və istilik
qurğularının istismarında təhlükəsizlik
texnikası
QAYDASI
Bu Qayda Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanına
əsasən hazırlanmışdır və Azərbaycan
Respublikasında elektrik və istilik qurğularının
istismarında təhlükəsizlik texnikası üzrə münasibətləri tənzimləyir.
1. Ümumi
tələblər
1.1.
Tətbiq sahələri
1.1.1. Bu Qayda elektrik
və istilik sahəsində fəaliyyətdə olan və
yenidən qurulan elektrik stansiyalarının və istilik məntəqələrinin,
həmçinin elektrik və istilik şəbəkələrinin,
qızdırıcı qazanxanaların mexaniki və
suhazırlayan avadanlıqların, avtomatika və nəzarət
ölçü cihazlarının (NÖC) istismarı, təmiri, əməliyyat
çevirmələri, saxlanması, sazlanması və
sınağı ilə məşğul olan heyətə
aiddir.
1.1.2. Bu Qaydanın tələblərinə
riayət etmək məcburidir. Hər bir işçi, bu
Qaydanın tələblərinin pozulma hallarının
qarşısını ala bilmədikdə, birbaşa öz rəhbərinə,
o olmadıqda isə yuxarı vəzifəli rəhbərliyə,
insan həyatına təhlükə yaradan bütün pozuntular,
avadanlığın, maşın və mexanizmlərin, alət
və mühafizə vasitələrinin, aparatların sıradan
çıxması haqqında məlumatlandırmalıdırlar.
İnzibati-texniki heyət
yerli şəraitlərə uyğun olaraq, işlərin təhlükəsizliyini
artırmaq üçün müxtəlif hallarda əlavə tədbirlər
görməlidir.
Elektrik və istilik
qurğularına xidmət edən elektrotexniki heyətə
olan tələblər “Elektrik və istilik qurğularının
texniki istismar Qaydası”na uyğun həyata keçirilməlidir.
1.1.3. Elektrik və
istilik qurğularının əsas və yardımçı
avadanlıqlarının mexaniki və
avtomatlaşdırılmış vasitələrinin layihələndirilməsi,
tikilməsi, quraşdırılması və
istismarının təşkili qüvvədə olan qaydalara və
tikinti normalarına uyğun olmalıdır.
1.1.4. Bu Qayda elektrik
və istilik qurğularının istismarı zamanı təhlükəsizlik
texnikasına riayət edilməsi tələblərini özündə
əks etdirir, işə buraxılan və işləyən
heyətə istismar, təmir, sazlanma və sınaq zamanı
bu Qaydanın tələblərindən kənara çıxmaq yol
verilməzdir.
1.1.5. İstismar
zamanı istifadə edilən mühafizə vasitələri və
alətlər “Elektrik qurğularında istifadə olunan mühafizə
vasitələrinin istismar və sınaq Qaydaları”na və
qüvvədə olan normalara uyğun istifadə olunmalıdır
və sınaq müddətlərinə uyğun yoxlamadan keçməlidir.
1.1.6. İnsanlarla əlaqəli
bədbəxt hadisələr baş verdikdə, zərərçəkəni
xilas etmək üçün, icazə almadan onu dərhal elektrik cərəyanının
təsirindən azad etmək lazımdır. Elektrik cərəyanı
təsirindən azad olma AZS 587-2011. “Elektrik stansiyaları və
istilik şəbəkələri istilik-mexaniki
avadanlıqlarının istismarında təhlükəsizlik
texnikası Qaydaları”na əsasən aparılmalıdır.
1.2. Qurğulara dair tələblər
1.2.1. Elektrik və istilik
qurğuları, quruluşları və
şəbəkələri, onların təhlükəsiz
istismarını, həmçinin müəssisənin
işçilərinin təhlükəsiz iş şəraitini
təmin edən texniki saz vəziyyətdə
olmalıdırlar.
1.2.2. Elektrik və (və ya) istilik
qurğuları, quruluşları və
şəbəkələrinin sahibi sayılan müəssisə
normal iş rejiminin pozulmasının potensial risklərini
nəzərə almaqla, onların texniki vəziyyətinin
mütəmadi olaraq qiymətləndirilməsini, mümkün
hadisələrin, qəzaların və digər
fövqəladə hadisələrin qarşısının alınmasına
yönələn profilaktik tədbirlər işləyib,
hazırlamalı və həyata keçirməlidir.
1.2.3. Elektrik və istilik
qurğuları, quruluşları və
şəbəkələrinin istismarı müvafiq qurumların
təsdiq etdiyi normativ sənədlərinin
tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.
1.2.4. Elektrik və istilik
qurğuları, quruluşları və
şəbəkələri qüvvədə olan qanunvericilik
qaydaları və normalarına müvafiq olaraq sınaqdan
keçirilmiş, saz və istifadəyə hazır
vəziyyətdə olan ölçü və mühafizə vasitələri,
yanğın əleyhinə texniki mühafizə vasitələri
ilə, həmçinin, fövqəladə hallarda və (və ya)
hadisələr zamanı xəbər vermə və siqnallama
vasitələri ilə dəst şəklində təchiz
olunmalıdırlar.
1.3. Elektrik qurğularına operativ xidmət və
baxış
1.3.1. Elektrik qurğularına operativ
xidməti aşağıdakılar yerinə yetirə
bilər:
a) növbədə olan və elektrik
qurğularının və avadanlıqlarının operativ
idarə edilməsinə və əməliyyat
çevirmələrinin həyata keçirilməsinə icazəsi olan
növbətçi (operativ) heyət;
b) qurğuya və ya qurğular qrupuna
cavabdeh olan operativ-təmir heyəti;
c) qurğulara və avadanlıqlara
müqavilə üzrə xidmət edən ixtisaslaşmış
kənar müəssisənin heyəti.
1.3.2. Təkbaşına elektrik
qurğularına baxış apara bilər (bu Qaydanın 3
nömrəli əlavəsi):
a) gərginliyi 1000 V qədər olan
elektrik qurğularında elektrik təhlükəsizliyi qrupu
III-dən aşağı olmayan və gərginliyi 1000 V
yuxarı olan elektrik qurğularında elektrik təhlükəsizliyi
qrupu IV-dən aşağı olmayan, bu elektrik qurğusuna
xidməti həyata keçirən növbətçi operativ-təmir
heyəti;
b) gərginliyi 1000 V-dan yüksək olan
elektrik qurğularında V elektrik təhlükəsizliyi qrupuna
malik olan və gərginliyi 1000 V qədər olan elektrik
qurğularında IV elektrik təhlükəsizliyi qrupuna malik olan
inzibati-texniki heyət.
1.3.3. Gərginliyi 1000 V-dan yuxarı olan
elektrik qurğusuna baxış zamanı icazə
veriləndən daha az məsafədə yerləşən
(bu Qaydanın 2 nömrəli əlavəsi) gərginlik altında
olan cərəyan ötürücü hissələrə
yaxınlaşmağa mane olan çəpərlə və ya
hasarlarla təchiz olunmayan otaqlara və yuvalar
yerləşən kameralara daxil olmaq qadağan olunur.
1.3.4. РQ (paylayıcı qurğu)
yuvalar yerləşən kameralara baxış ya kəndardan
baxış pəncərəsindən və yaxud da
maneənin qarşısında duraraq aparılmalıdır.
1.3.5. Gərginliyi 1000 V-dək olan
elektrik qurğularına baxış zamanı
lövhələrin, yığmaların, idarə
pultlarının və başqa avadanlıqların
qapılarının açılmasına icazə verilir.
1.3.6. Baxış zamanı hər
hansı bir işi yerinə yetirmək, hasarlanan və
çəpərlənən əraziyə daxil olmaq qadağan edilir.
1.3.7. Elektrik qurğularının
qeyri-elektrotexniki heyət tərəfindən
baxışı, müəssisə rəhbərliyinin icazəsi
olduqda, təkbaşına baxış səlahiyyətinə
və müvafiq elektrik təhlükəsizliyi qrupuna malik olan
inzibati-texniki heyətin nəzarəti altında həyata keçirilməlidir.
1.3.8. Müəssisənin elektrik və ya
istilik qurğularına xidmət göstərməyən
işçilər, təkbaşına baxış
səlahiyyətinə malik işçinin müşayiəti
altında onlara yaxın buraxılmasına icazə verilir.
Elektrik qurğularına
buraxılmış işçilərin təhlükəsizliyinə
müşayiətçilər nəzarət etməlidir.
1.3.9. İntiqalı mexaniki (əl
ilə) idarə olunan 1000 V-dan yuxarı gərginlikli
ayırıcılar, aralayıcılar, açarlar ilə
aparılan əməliyyatları elektriki izoləedici əlcəklərlə
yerinə yetirmək lazımdır, bu zaman elektrik izoləedici
botlardan istifadə edilməlidir və ya elektrik izoləedici
xalça (elektrik izoləedici döşəmə) üzərində
dayanmaq lazımdır.
1.3.10. Qoruyucuların
çıxarılmasını və
quraşdırılmasını gərginlik açıldıqdan
sonra etmək lazımdır.
Yüksüz gərginlik altında olan, dor
dayaqlı və dirəkli yarımstansiyalarda, həmçinin,
sxemində gərginliyinin çıxarılmasına imkan verən
kommutasiya aparatları olmayan birləşmələrdə
qoruyucuların çıxarılmasına və
quraşdırılmasına icazə verilir.
1.3.11. İkinci dövrələrdə
qoruyucuların, gərginlik transformatorlarının
qoruyucularının və gərginliyi 1000 V-dək olan elektrik
qurğularında tıxac növlü qoruyucuların gərginlik
və yük altında dəyişdirilməsinə yol verilir.
1.3.12. Qoruyucuların
çıxarılması və quraşdırılması
zamanı istifadəsi mütləq olan vasitələr:
a) gərginliyi 1000 V-dan yuxarı olan
elektrik qurğularında elektrik izoləedici
kəlbətinlər (ştanqlar), elektrik izoləedici
əlcəklər, gözlərin və üzün mühafizəsi üçün
fərdi vasitələr, həmçinin, yerdən qoruyucuların
dəyişdirilməsi zamanı elektrik izoləedici
ştanqlar üçün xüsusi uyğunlaşdırılmış
vasitələr;
b) gərginliyi 1000 V-dək olan elektrik
qurğularında elektrikdən izoləedici
kəlbətinlər və ya elektrik izoləedici əlcək,
üz və gözlərin mühafizəsi üçün fərdi mühafizə
vasitələri.
1.3.13. Elektrik qurğuları
otaqlarının, kameraların, lövhələrin və
yığmaların qapıları, iş görülən
məkanlar istisna olmaqla, qıfıl ilə
bağlanmalıdır.
1.3.14. Gərginliyi 1000 V-dan yuxarı olan
elektrik qurğularının (qapalı paylayıcı
qurğu (QPQ), kompleks paylayıcı qurğu (KPQ), açıq
paylayıcı qurğu (APQ) otaqlarının və
kameralarının), həmçinin 1000 V-dan yuxarı elektrik
qurğularından kənarda yerləşən, gərginliyi
1000 V-dək olan paylayıcı lövhələrin və
yığmaların açarlarının saxlanılması və
verilməsi işəgötürənin əmri və ya sərəncamı
ilə hər il təyin olunur.
1.3.15. Hər elektrik qurğusu
otağı üçün ən azı iki açar dəsti olmalıdır,
bunlardan biri ehtiyat üçün nəzərdə tutulur.
Açarlar daimi operativ heyətin
qeydiyyatında olmalıdırlar.
Daimi operativ heyəti olmayan elektrik
qurğularında açarlar inzibati-texniki heyətin qeydiyyatında
ola bilər.
1.3.16. Açarlar nömrələnməli,
bağlı qutularda saxlanılmalı və
aşağıdakılara imza ilə verilməlidir:
a) bütün otaqların,
təkbaşına baxış səlahiyyətinə malik
işçilərə;
b) növbə
tapşırığı və ya sərəncam üzrə
işlərin yerinə yetirilməsi zamanı daxilində
iş gedən otaqların - işi icra edən
şəxsə (müşahidəçiyə).
1.3.17. Hər gün iş icraçısı
(müşahidəçi) tərəfindən işlər
tamamlandıqdan sonra və elektrik qurğularına
baxış zamanı baxış bitdikdən sonra açarlar təhvil
verilməlidir.
1.3.18. Daimi operativ heyəti olmayan elektrik
qurğularında açarlar baxış bitdikdən və ya
işlərin tamamlanmasından sonra növbəti iş
günündən gec olmayaraq təhvil verilməlidir.
1.3.19. Açarların verilməsi və
təhvil alınmasının aparılma forması və
qaydası müəssisənin məsul rəhbərinin
sərəncamına əsasən təsdiqlənən
sərbəst formalı jurnalda və ya əməliyyat
jurnalında qeyd olunmalıdır.
1.4. İstilik qurğularına operativ xidmət və
baxış
1.4.1. İstilik qurğularına operativ
xidmətlər həyata keçirilə bilər:
a) növbədə olan, operativ
idarəetmələrə və avadanlıqlarda
çevirmələrə icazəsi olan növbətçi (operativ)
heyət tərəfindən;
b) həmin qurğuya təhkim olunan
operativ-təmir heyəti tərəfindən;
c) qurğulara xidmət üzrə
ixtisaslaşmış kənar müəssisənin heyəti
tərəfindən - müqavilə əsasında.
1.4.2. Hər bir iş yerində, mexaniki
istilik avadanlıqlarının istismarı və təmiri
üzrə texnoloji təlimat, o cümlədən, xidmət heyəti
üçün işlərin növlərinə görə müvafiq texnoloji prosesin
yerinə yetirilməsi üzrə işçi təlimatı olmalıdır.
Bu təlimatlarda müvafiq texnoloji prosesin aparılması üçün
nəzərdə tutulmuş bütün iş növləri və bu
işləri həyata keçirən peşə sahibləri üçün
mütləq olan məlumatlar tam olaraq göstərilməlidir.
1.4.3. İşin icrasına
başlamazdan öncə, bu Qaydanın görüləcək işə
aid olan bütün tələblərinin yerinə yetirilməsi
yoxlanılmalıdır.
1.4.4. İşçilərin həyat və
sağlamlığı üçün təhlükə yarada biləcək,
həmçinin avadanlıqların normal iş rejiminin
əhəmiyyətli dərəcədə pozulmasına
və ya qəzaya uğramasına səbəb ola
biləcək pozuntuların aşkarlanması zamanı
xidməti heyətin, ona kim tərəfindən işin
yerinə yetirilməsi barədə göstəriş
verilməsindən asılı olmayaraq, işə
başlaması qadağandır və hadisə
barəsində maksimal dərəcədə tez bir zamanda
birbaşa rəhbərliyə, dispetçerə və ya
müəssisənin qəza xidmətinə məlumat
verilməlidir.
1.4.5. Avadanlıqların işə
buraxılması yalnız onun tam saz olması və
hazırlıq vəziyyətinin diqqətli
yoxlanılmasından sonra həyata keçirilməlidir.
İşə buraxılmadan öncə, təhlükəli
ərazilərdə insanların, kənar əşyaların
olmamasına və avadanlığın istismar
təlimatına uyğun işdən dayandırılma
sisteminin saz vəziyyətdə olmasına əmin olmaq
lazımdır.
1.4.6. Qurğunun işdən
dayandırılmasından sonra işə buraxılmasına
yalnız onu işdən dayandıran və ya növbəyə
görə işi təhvil alan və müvafiq vəziyyətdən
xəbərdar olan işçinin icazəsi var.
1.4.7. Mexaniki istilik qurğusunun
işdən dayandırılma vaxtı və səbəbi,
həmçinin qoşulma vaxtı əməliyyat jurnalında qeyd
olunur.
1.4.8. Avadanlıqlara xidmət və
baxış yalnız avadanlığın iş rejiminə
nəzarət edən növbə heyətinin
razılığı ilə həyata keçirilir.
1.4.9. İstehsalat zərurəti olmadan
aqreqat meydançalarında, lüklərin, bacaların, sugöstərici
şüşələrin yaxınlığında, həmçinin,
təzyiq altında bağlayıcı, tənzimləyici
və qoruyucu armatur və boruların flans
birləşmələri ətrafında durmaq
qadağandır.
1.4.10. Avadanlıqların və
təzyiq altında olan boru kəmərlərinin işə
buraxılması, işdən dayandırılması,
təzyiq altında yoxlanması və sınağı
zamanı, yalnız bu işləri bilavasitə icra edən
heyətin yaxın ərazidə olmasına icazə verilir.
1.4.11. Avadanlıqların hidravlik
sınağında təzyiqin sınaq qiymətinədək
qalxması zamanı üzərində insanların olması
qadağandır. Sınaqdan keçirilən boru
kəmərlərinin və avadanlıqların qaynaq
tikişlərinə baxış yalnız təzyiqin işçi
qiymətinə qədər enməsindən sonra aparıla
bilər.
1.4.12. Mexanizm və avadanlıqların
qoşulması və qısamüddətli işi,
çəpərləyici qurğular nasaz vəziyyətdə
olduqda və ya belə qurğular olmadıqda, qadağan olunur.
1.5. İş icrasının
ardıcıllığı və şərtləri
1.5.1. Fəaliyyətdə olan elektrik
qurğularında işlər naryada əsasən,
sərəncama və cari istismara müvafiq qaydada icra edilən
işlərin siyahısına uyğun olaraq aparılır.
1.5.2. Naryada əsasən,
sərəncama və cari istismar qaydasına uyğun olaraq icra
olunan işlərin siyahısı işəgötürən
tərəfindən təsdiq olunur.
1.5.3. Təhlükəsizlik
tələbləri baxımından elektrik qurğularında
görülən işlər aşağıdakılara bölünür:
a) gərginliyin çıxarılması
ilə;
b) gərginlik altında;
c) gərginlik altında olan
cərəyan daşıyan hissələrdən uzaqda,
gərginlik çıxarılmadan.
1.5.3.1. Elektrik qurğularında
işlər, bu növ işlərin icrası üçün
nəzərdə tutulmuş elektrik mühafizə
vasitələrinin tətbiqi ilə yerinə yetirilməlidir.
1.5.4. Elektrik qurğularının
gərginlik sinfinə uyğun olmayan əsas elektrik mühafizə
vasitələrinin tətbiqi qadağandır.
1.5.5. Elektrik mühafizə
vasitələrindən istifadə etmədən, gərginlik
altında olan elektrik qurğularının izolyatorlarına
toxunmaq qadağandır.
1.5.6. Elektrik qurğusunda gərginlik
itdikdən sonra həmin qurğuya xəbərdarlıq
edilmədən gərginliyin bərpa olunması təhlükəsini
işçilər daim nəzərdə saxlamalıdırlar.
1.5.7. Əgər ayaq üstə dayanan
vəziyyətdə işlər aparılan sahədən
gərginlik altında olan cərəyan daşıyan
hissələrə qədər məsafə icazə
verilən məsafədən az olarsa (bu Qaydanın 2
nömrəli əlavəsi), elektrik qurğularında
əyilmiş vəziyyətdə işlərin
aparılması qadağandır. Elektrik qurğularının
çəpərlənməmiş cərəyan
daşıyıcı hissələri yaxınlığında
işlər aparılan zaman, bu hissələr işçinin
arxasında və ya hər iki yan tərəfində
yerləşirsə, işlərin yerinə yetirilməsi qadağandır.
1.5.8. İş ərazilərinin, iş
yerlərinin, onların giriş və keçidlərinin
işıqlandırılması müvafiq növ işlər üçün
texniki normativ sənədlərin tələblərinə
uyğun olmalıdır.
Kifayət qədər
işıqlandırılmayan yerlərdə işlərin
yerinə yetirilməsinə yol verilmir.
1.5.9. Gərginliyi 1000 V-dan yuxarı olan
elektrik qurğularında, həmçinin gərginlik sinfindən
asılı olmayaraq HX-nin, əsaslı və cari
təmirləri texnoloji xəritələr (TX) və
işlərin icra layihələri (İİL) üzrə
yerinə yetirilməlidir.
İki və daha artıq briqadanın
birgə işlərinin icrası zamanı işlərin
koordinasiyası üzrə məsul şəxsin təyin
olunması ilə işlərin təşkili layihəsi
hazırlanmalıdır.
1.5.10. Tufan yaxınlaşan zaman,
HX-də, hava rabitə xətlərində (HRX),
APQ-lərdə, QPQ-nin və TYS girişlərində və
kommutasiya aparatlarında, HX birbaşa qoşulmuş digər
elektrik qurğularında, HX-nin sahələrinə
qoşulmuş KX-ində, həmçinin HRX-nin rabitə
qovşağı otaqlarının girişlərində
və antena qüllə tikililərində bütün işlər
dayandırılmalıdır.
1.5.11. Gərginliyi 1000 V-dək olan elektrik
qurğularında, aşağıdakıları mütləq
nəzərə almaqla, gərginlik altında işlərin
aparılmasına yol verilir:
a) iş yerinin yaxınlığında
yerləşən və gərginlik altında olan,
təsadüfən toxunma ehtimalı yaradan digər cərəyan
daşıyıcı hissələr çəpərlənməlidir,
çəpərlənmə mümkün deyilsə, gərginlik altında
işlərin aparılması zamanı yaxınlıqda
yerləşən cərəyan daşıyan
hissələrin izolə olunması üçün texnoloji
əməliyyatlar yerinə yetirilməlidir;
b) elektrikdən izoləedici rezin
qaloşda (botlarda) işləmək və ya elektrikdən
izoləedici ayaqaltı ya da elektrikdən izoləedici xalça
üzərində durmaq;
c) müvafiq texniki normativ
sənədlərin tələblərinə cavab verən
elektrikdən izoləedici əl alətləri və fərdi
üz mühafizə vasitələri tətbiq etmək.
1.5.12. Mexaniki istilik qurğusunun
işlədilməsi aşağıdakı hallarda qadağan
olunur:
a) texnoloji mühafizələr işdən
çıxarıldıqda;
b) avadanlığın pasportu yoxdursa;
c) avadanlığın yoxlanma müddəti
bitibsə;
ç) avadanlıq müvafiq icra hakimiyyəti
orqanında qeydiyyatdan keçməyibsə;
d) təzyiqin qalxmasına qarşı
qoruyucu qurğular nasazdırsa;
e) təzyiq icazə veriləndən
artıq qalxıbsa və heyət tərəfindən
görülən tədbirlərə baxmayaraq azalmırsa;
ə) mayenin səviyyə
göstəriciləri cihazları nasazdırsa;
f) manometr nasazdırsa və ya dövlət
yoxlamasından keçməyibsə və bu halda təzyiqi
başqa cihazlarla təyin etmək qeyri-mümkündürsə;
g) qapaq və lüklərin bərkitmə
detalları dəsti tam deyilsə və ya nasazdırsa;
h) təhlükəsizlik və texnoloji
bloklama cihazları, nəzarət-ölçü cihazları və
avtomatlaşdırma vasitələri nasazdırsa;
x) avadanlığın qoşulma sxemi
yoxdursa;
i) qurğunun təsdiqlənmiş
iş rejimi (xəritəsi) yoxdursa;
j) istismar təlimatında və ya
“Elektrik və istilik qurğularının texniki istismar
Qaydası”nda göstərilmiş digər nasazlıqlar olması
zamanı.
1.6. Heyətə dair tələblər
1.6.1. Elektrik və istilik
qurğularında çalışan işçilərin yerinə
yetirilən işlərin xüsusiyyətinə uyğun
peşə hazırlığı keçməsi tələb
olunur.
1.6.2. Elektrik və istilik
stansiyalarının, qurğu və
şəbəkələrinin avadanlıqlarına xidmət
edən şəxslər, tutduğu vəzifə və ya
ixtisas üzrə bu Qaydanı bilməli və onlara riayət
etməlidir.
1.6.3. Texniki və texnoloji heyətə
aid olan işçilərin müvafiq vəzifə və ya ixtisasa
tətbiq olunan tələblər çərçivəsində, bu
Qayda və digər normativ-texniki sənədlər (qurğu
üzrə, elektrik və istilik qurğularının texniki
istismarı üzrə, avadanlıq və
şəbəkələr, həmçinin işlərin
təhlükəsiz yerinə yetirilmə üsulları, fərdi
və ya kollektiv mühafizə vasitələrinin tətbiqi
üzrə qayda və təlimatlar) üzrə bilik
səviyyələri yoxlanılmalıdır.
1.6.4. Elektrik və ya istilik
qurğularının istismarı zamanı təhlükəsizlik
və əməyin mühafizəsi üzrə bilik yoxlamasından
keçmiş işçiyə, təhlükəsizlik və əməyin
mühafizəsi üzrə biliyin yoxlanılması barədə
vəsiqə verilir.
1.6.5. Elektrik və istilik
qurğularına xidmətin əməliyyat növü, həmçinin
növbədə operativ heyət işçilərinin sayı müəssisənin
rəhbərliyi tərəfindən təyin olunur və
müəssisə üzrə müvafiq sərəncam və ya
əmrlə təsdiqlənir.
1.6.6. Elektrik və ya istilik
qurğularında və avadanlıqlarında əməliyyat
çevirmələri, operativ və operativ-təmir heyəti
tərəfindən yerinə yetirilir.
Çevirmələrə ikinci şəxs
qismində, yalnız istehlakçı müəssisənin müvafiq profil
üzrə xidmətinin təmir və texniki heyətinin cəlb
olunmasına icazə verilir.
1.6.7. Yüksək təhlükə
səviyyəli işlərin icrasına buraxılmış
növbətçi (operativ), təmir və operativ-təmir heyətinin
təhlükəsizlik və əməyin mühafizəsi üzrə
biliyinin yoxlanılmasını təsdiq edən
vəsiqəsində müvafiq qeydlər aparılmalıdır.
1.6.8. Potensial təhlükəli
obyektlərdə işləri yerinə yetirən heyətin
buraxılışı, potensial təhlükəli istehsalat
obyektlərinə xidmət göstərmək hüququnu
təsdiqləyən vəsiqədə qeyd olunur.
1.6.9. İstehsalat fəaliyyəti
elektrik qurğuları ilə bağlı olan heyət, öz
fəaliyyətini elektrotexniki heyətin elektrik
təhlükəsizliyi üzrə buraxılış qrupuna və
onun verilməsi şərtlərinə uyğun yerinə
yetirir.
1.6.10. Xüsusi işlərin icrasına
buraxılmış şəxslərin müvafiq ixtisaslaşma
vəsiqəsində bu barədə qeydlər
olmalıdır.
1.6.11. Gərginliyi 1000 V-dan yüksək olan
elektrik qurğularında işlərin yerinə yetirilməsi
üçün elektrik qurğusuna təkbaşına xidmət edən
və operativ heyətin üzvlərindən olan və ya IV elektrik
təhlükəsizliyi qrupuna malik və növbə üzrə
vəzifəcə daha yüksək olan şəxs işə
buraxılır, digər işlər üçün isə elektrik
təhlükəsizliyi üzrə III qrupa malik işçilər cəlb
olunur.
1.6.12. Gərginliyi 1000 V-dək olan
elektrik qurğularında işlərin aparılması üçün,
elektrik qurğusuna xidmət edən, elektrik
təhlükəsizliyi üzrə III qrupa malik, operativ heyətin üzvü
olan işçilər buraxılır.
1.6.13. Təbii qazla işləyən
istilik və elektrik qurğularına və
avadanlıqlarına, həmçinin, müəssisədə qaz
təsərrüfatına xidmət edən heyət, bu Qaydada
göstərilən tələblərdən əlavə, “Qaz
təsərrüfatında texniki təhlükəsizlik
Qaydaları”nın tələblərini bilməli və onlara
riayət etməlidir. Bu heyətin qaz təhlükəsizliyi
üzrə biliyinin yoxlanılması Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi
tərəfindən aparılmalıdır.
1.6.14. Yeni işçinin təcrübə
keçməsi, müəssisənin
təşkilati-sərəncamverici sənədi ilə
təyin edilmiş təcrübəli işçinin nəzarəti
altında aparılır.
Müstəqil işə
buraxılış icazəsi, müəssisənin və ya onun
xüsusi bölməsinin təşkilati-sərəncamverici
sənədi ilə rəsmiləşdirilir.
2. İşlərin təhlükəsizliyini təmin edən
təşkilati tədbirlər
2.1. İşlərin təhlükəsiz aparılması
ilə bağlı məsuliyyət
2.1.1. Elektrik və istilik
qurğularında, şəbəkələrdə və
avadanlıqlarda işlərin təhlükəsizliyini təmin
edən təşkilati tədbirlər olaraq aşağıdakılar
qəbul olunur:
a) naryad, əmr və ya cari istismar
qaydası ilə icra olunan işlərin siyahısının
tərtib edilməsi;
b) iş yerinin hazırlanmasına və
bu Qaydanın 2.1.18-ci yarımbəndi ilə təyin
olunmuş hallarda işə buraxılışa icazənin
verilməsi;
c) işə buraxılış;
ç) iş zamanı nəzarət;
d) iş fasiləsinin, başqa yerə
köçürülmənin, işin bitirilməsinin
rəsmiləşdirilməsi.
2.1.2. Fəaliyyətdə olan
qurğularda, şəbəkə və avadanlıqlarda
işlər yalnız yazılı naryad-buraxılışlar
və sərəncamlar ilə icra olunur.
İş yerlərinin hazırlanması
üçün texniki tədbirlərin keçirilməsi tələb olunmayan
və bu Qaydanın 2.1.3-cü yarımbəndində qeyd olunmayan
işlər sərəncam üzrə icra oluna bilərlər.
Sərəncama əsasən, bir
şəxslə yerinə yetirilən işlərin
siyahısı yerli şəraitləri nəzərə alaraq
müəyyən olunmalı və müəssisənin rəhbəri
(texniki rəhbəri) tərəfindən
təsdiqlənməlidir.
2.1.3. Cari istismar qaydasında icra olunan
işlərin, həmçinin onların icrasına buraxılan
şəxslərin siyahısı məsul texniki rəhbər
tərəfindən təsdiqlənməlidir. Siyahıda
təkbaşına icra oluna bilən işlər qeyd
olunmalıdır.
Verilən işlərin
aparılmasının təşkili zamanı iş
yerlərinin hazırlığı bu işi
gələcəkdə icra edəcək işçilər
tərəfindən həyata keçirilir.
Digər halda, naryad-buraxılış
və ya sərəncama əsasən işlərin həyata
keçirilməsi üçün icazələrin verilməsi mütləqdir.
2.1.4. İşlərin təhlükəsiz
aparılmasına cavabdeh işçilər:
a) naryad verən, sərəncamı
verən, cari istismar qaydasında yerinə yetirilən iş
siyahısını təsdiqləyən şəxs;
b) bu Qaydanın 2.1.18-ci
yarımbəndində qeyd olunmuş hallarda, iş yerinin
hazırlanması üçün icazə və buraxılış
verən şəxs;
c) işlərə məsul
rəhbər;
ç) icazə verən şəxs;
d) işlərin icraçısı;
e) müşahidəçi;
ə) briqada üzvləri.
2.1.5. Naryad və sərəncam verən
şəxs işin vacibliyini və təhlükəsiz yerinə
yetirilməsinin mümkün olub-olmamasını təyin edir.
O, naryadda (sərəncamda)
göstərilən təhlükəsizlik tədbirlərinin tam
və dürüst olmasına, işlərin icraçısı daxil
olmaqla, iki və daha artıq işçidən ibarət briqadanın
tərkibinə dair mütəxəssis təyinatına və
sayına, işlərin təhlükəsiz yerinə
yetirilməsi üçün məsul şəxslərin təyin
olunmasına, işçi naryadda sadalanan qrupların görülən
işə uyğun olmasına, həmçinin işin məsul
rəhbərinə (işin icraçısı, müşahidə
edən) məqsədli təlimatın keçirilməsinə
cavabdehdir.
2.1.6. Naryadların və
sərəncamların verilmə hüququ, buraxılış
qrupuna müvafiq olaraq, müəssisənin inzibati-texniki heyəti
sırasından olan işçilərə həvalə olunur.
Operativ heyətə naryadların və
sərəncamların verilmə hüququ, müəssisə
rəhbərinin rəsmi göstərişi əsasında
olmalıdır.
2.1.7. Qəzanın və ya onun fəsadlarının
aradan qaldırılması üzrə işlərin yerinə
yetirilməsi üçün, naryad və sərəncamları vermə
hüququna malik işçilərin olmadığı halda, müvafiq buraxılış
qrupuna malik operativ heyət sırasından olan işçilərin
naryad və sərəncam vermələrinə yol verilir.
2.1.8. İş yerlərinin
hazırlığına, elektrik və ya istilik
qurğularında işlərə buraxılış
verən işçi aşağıdakılara cavabdehdir:
a) avadanlıq və qurğuların
açılmasına dair əmrlərin verilməsi və
onların yerinə yetirilməsinin
təsdiqlənməsinə, həmçinin, elektrik və ya istilik
qurğuları və şəbəkələrinin faktiki
sxemini nəzərə almaqla, naryad ilə təyin olunmuş
iş yerlərinin hazırlığı üzrə
tədbirlərə müvafiq olaraq qurğuların və
avadanlıqların müstəqil şəkildə
açılmasına;
b) idarəçiliyində olan
avadanlığın açılmasının və
qoşulmasının təhlükəsiz həyata
keçirilməsinin mümkün olub-olmamasına;
c) elektrik və ya istilik
qurğularında işlərə buraxılan briqadaların,
vaxt və yerlərinin koordinasiyası, həmçinin
briqadaların qeydiyyatı, elektrik və ya istilik qurğularında
işə buraxılmış bütün briqadalardan işlərin
tam bitirilməsi, elektrik və ya istilik qurğularının
işə qoşulma mümkünlüyü barədə məlumatların
alınmasına;
d) buraxılan briqadaların iş
apardıqları yerlərə gərginliyin və ya istilik
daşıyıcılarının verilməsini istisna etmək
məqsədilə, verilən göstərişlərin,
həmçinin kommutasiya aparatlarının qoşulması üzrə
müstəqil hərəkətlərin düzgünlüyünə.
2.1.9. İş yerlərinin
hazırlanması üçün icazələrin verilmə hüququ və
vəzifə təlimatlarına uyğun elektrik və ya istilik
şəbəkəsi təsərrüfatı obyektlərində
işlərin yerinə yetirilməsinə buraxılış
operativ idarəolunma üsullarına görə avadanlıqların
paylanmasına və icazə vermə hüququ operativ
heyətə verilir.
Elektrik və ya istilik
şəbəkə təsərrüfatı obyektlərində
iş yerlərinin hazırlanması üçün icazələrin
və işlərə buraxılışların verilməsi
hüququ digər elektrik və ya istilik energetika subyektlərinin
operativ idarəçilik tabeliyində olan elektrik və istilik qurğularının
istismarı zamanı inzibati-texniki heyət üzvü olan və
istismarçı müəssisənin (xüsusi müstəqil
bölmələrin) rəhbərinin (rəhbər işçisinin)
rəsmi göstərişi ilə səlahiyyətli
şəxsə verilir.
2.1.10. İşlərə məsul
rəhbər naryadda göstərilən iş yerlərinin
hazırlanması üzrə bütün tədbirlərin yerinə
yetirilməsinə və tam həcmdə olmasına, onun
tərəfindən təyin edilmiş işlərin icra
şəraitinə görə əlavə təhlükəsizlik
tədbirlərinin görülməsinə, briqadanın
mütəxəssis baxımından tam olmasına,
işlərə buraxılış verən və iş
icraçısı tərəflərin keçirdiyi xüsusi
təlimlərin keyfiyyətinə, o cümlədən
işlərin təhlükəsiz aparılmasının
təşkil edilməsinə görə cavabdehdir.
2.1.11. Məsul rəhbərin təyin
olunma zərurətini naryad verən şəxs müəyyən
edir. Bu şəxsə yuxarıda qeyd olunanlardan əlavə,
elektrik və ya istilik qurğularında digər işlərin
aparılması zamanı da işlərə məsul
rəhbəri təyin etmək səlahiyyəti verilir.
2.1.12. İş yerlərinin
hazırlığını aparan və (və ya) onların
hazırlığına görə görülən tədbirlərin
tam həcmdə olmasını qiymətləndirən, briqada
üzvlərinə təlim keçirən və işə
buraxılışı həyata keçirən (bundan sonra –
işəburaxan) texniki heyətin üzvü olan işçi, iş
yerlərinin hazırlanması üzrə onun tərəfindən
görülən tədbirlərin düzgünlüyünə və tam olmasına
görə və onların, naryadda və ya sərəncamda
göstərilən tədbirlərlə, işin xüsusiyyəti
və yeri ilə uyğunluğu, işə
buraxılışın düzgünlüyü, həmçinin onun
tərəfindən keçirilən xüsusi təlimlərin
tamlığı və keyfiyyətinə görə cavabdehdir.
İşəburaxanlar operativ heyət
sırasından təyin olunmalıdır.
2.1.13. İş icraçısı
cavabdehdir:
a) hazırlanmış iş yerinin tam
hazırlıq tədbirlərində nəzərdə tutulan
tələblərə və naryadda xüsusi göstəriş
verilən tədbirlərlə uyğunluğuna;
b) briqada üzvlərinin xüsusi
təlimatlandırılmasının dəqiqliyinə və
tam olmasına;
c) zəruri mühafizə vasitələri,
alət, inventar və cihazların mövcudluğuna,
sazlığına və düzgün istifadə edilməsinə;
d) iş yerində, şəxsləri
mümkün təhlükələrdən xəbərdar etmək üçün,
müəyyən davranışların qadağan
edilməsinə və ya bu barədə xəbərdarlıq
edilməsinə, həmçinin istifadəsinə
məhdudiyyətlər qoyulan və ya istifadəsi təhlükəli
və (və ya) ziyanlı istehsalat amillərinə, torpaqlanma
qurğusunun, bağlayıcı qurğuların təsirinin
istisnası və azaldılması ilə bağlı olan
təhlükəli obyektlərin yerləşməsi barədə
informasiya daşıyan çəpərlənmə,
təhlükəsizlik plakatlarının (nişanlarının)
qorunmasına;
e) onun özünün və briqada üzvlərinin,
işlərin təhlükəsiz aparılmasına və
təhlükəsizlik üzrə qaydalara riayət etməsinə;
f) briqada üzvlərinə daimi
nəzarətin həyata keçirilməsinə.
2.1.14. Elektrik və ya istilik
qurğularında sərbəst iş icrası icazəsi
olmayan, briqadalara nəzarəti həyata keçirən texniki
heyət üzvü olan işçi (bundan sonra – müşahidəçi)
cavabdehdir:
a) hazırlanmış iş yerinin tam
hazırlıq tədbirlərində nəzərdə tutulan
tələblərə və naryadda xüsusi göstəriş
verilən tədbirlərə uyğunluğuna;
b) briqada üzvlərinin xüsusi
təlimatlandırılmasının dəqiqliyinə və
tam olmasına;
c) iş yerində
quraşdırılmış torpaqlanmaların,
çəpərlərin, plakat və təhlükəsizlik
nişanlarının, intiqalların bağlayıcı
qurğularının mövcudluğuna və qorunmasına;
d) elektrik qurğusunun
cərəyanından zədələnməyə
qarşı briqada üzvlərinin təhlükəsizliyinə.
2.1.15. İşin texnologiyası ilə
əlaqədar təhlükəsizliyə cavabdeh şəxs,
briqadanın üzvü olmaqla ona rəhbərlik edən
şəxsdir və o daima iş yerində olmalıdır.
Briqada üzvü bu Qaydanın
tələblərinə, istismarçı müəssisələrin
əməyin mühafizəsi təlimatlarına, işə
buraxılış və iş zamanı alınan təlimat
xarakterli göstərişlərə riayət edilməsinə
görə cavabdehdir.
2.1.16. Naryad, sərəncam verən, bu
Qaydanın 2.1.18-ci yarımbəndində qeyd olunan hallarda
iş yerinin hazırlanması və buraxılış
icazəsi verən, işlərin aparılmasına məsul
olan rəhbər, iş icraçısı olan işçilərə
hüquqların verilməsi, həmçinin təkbaşına
baxış hüququ təşkilati-idarəetmə sənədi
vasitəsi ilə rəsmiləşdirilir.
2.1.17. İşlərin təhlükəsiz görülməsi üçün
açılması vacib olan avadanlıqların operativ idarəetmə
hüququ olan işçinin, işçini işə buraxanın, iş
yerinin hazırlanmasına icazə verən şəxsin, həmçinin
işəburaxanın operativ idarəçiliyində olmayan obyektlərdə
lazimi açılmalar aparan şəxslərlə operativ
danışıqlar aparmaq hüququ vardır.
Operativ heyətdən olan
işəburaxan, briqada üzvünün səlahiyyətlərini
yerinə yetirmək hüququna malikdir.
2.1.18. İstehlakçılara elektrik və
ya istilik enerjisinin verilişi xidməti göstərildikdə
və onlara nəzərən operativ idarəçilik həyata
keçirildikdə, elektrik və ya istilik energetikası və ya
digər sahibkarların istismarında olan elektrik və ya
istilik şəbəkə təsərrüfatlarına aid olan
müəssisələrdə elektrik və istilik
qurğularının açılmasını həyata keçirmək
zərurəti yarandıqda, iş yerinin hazırlanmasına
icazənin və buraxılışın verilməsi
həyata keçirilir.
2.1.19. Briqada üzvlərinin sayı və
tərkibi, briqada üzvlərinin təhlükəsizlik üzrə
ixtisaslaşmasını, işin yerinə yetirilmə
şəraiti və həmçinin müşahidəçi
tərəfindən briqada üzvlərinə nəzarətin
təmin edilməsi imkanını nəzərə almaqla
təyin olunmalıdır.
2.1.20. Növbədə olan operativ
heyəti, daha yüksək səlahiyyətli operativ heyətin üzvü
olan işçinin icazəsi ilə əməliyyat jurnalında
qeydiyyat aparmaqla və naryadı
rəsmiləşdirməklə briqada apardığı
işlərə cəlb etməyə icazə verilir.
2.1.21. İşçi, bu Qaydanın
tələblərinə əsasən, insanlar üçün
təhlükəli halların aradan qaldırılması üçün
tədbir görmək hüququna malik olmadığı hallarda, elektrik
qurğularının, maşın, mexanizmlər, qurğular,
alətlər, mühafizə vasitələrinin
nasazlığını aşkarladıqda, bu barədə
birbaşa rəhbərinə məlumat verməlidir.
2.2. Elektrotexniki heyətə dair tələblər
2.2.1. Elektrik şəbəkəsi təsərrüfatları
obyektlərində, iş yerlərinin hazırlanması və
işə buraxılışı üçün, operativ idarəetmə
üsuluna görə avadanlıqların paylanması icazələrinin
verilmə səlahiyyəti, vəzifə təlimatına görə
IV-V qrupa malik operativ heyətə həvalə olunur.
Elektrik
şəbəkəsi təsərrüfatı obyektlərində,
iş yerlərinin hazırlanması və işə
buraxılış üçün icazələrin verilmə hüququnun, digər
elektrik enerjisi subyektlərinin operativ idarəçiliyində olan
elektrik qurğularının istismarı zamanı istismarçı
müəssisənin (xüsusi bölmənin) rəhbərinin (rəhbər
işçisinin) yazılı göstərişi ilə inzibati-texniki
heyət sırasından olan işçilərə həvalə
olunmasına icazə verilir.
2.2.2.
Gərginliyi 1000 V-dan yuxarı elektrik qurğularında işlərə
məsul rəhbər V qrupa malik, 1000 V-dək olan elektrik
qurğularında isə IV qrupa malik inzibati-texniki heyətdən
işçilər təyin olunur.
2.2.3.
Gərginliyi 1000 V-dan yuxarı olan, seksiyalanmış şin
sistemli və ya seksiyalanmamış şin sistemli, dolayı
şin sistemi olmayan PQ, həmçinin, HX, kabel hava xətti (KHX) və
KX-lərdə gərginliyi 1000 V-dək olan bütün elektrik
qurğularında (bundan sonra-sadə və əyani sxemli
elektrik qurğuları) işlərin icrası zamanı naryad
verən işlərə məsul rəhbər təyin etməmək
hüququna malikdir.
2.2.4.
Bir elektrik qurğusunda (APQ, QPQ) aşağıdakı işlər
icra olunduqda, işlərə məsul rəhbər təyin
olunmalıdır:
a)
mexanizmlərdən və yükqaldıran maşınlardan istifadə;
b)
elektrik qurğularında bütün cərəyan daşıyan hissələrdən
gərginlik çıxarılmış işlər istisna olmaqla,
elektrik avadanlıqlarının açılması;
c)
kommunikasiyaların yerləşdiyi və nəqliyyatın
intensiv hərəkəti zonalarında, KX-lərdə və
kabel rabitə xətlərində (bundan sonra-KRX);
d)
bütün növ dayaqların quraşdırılması və sökülməsi,
HX dayaqları elementlərinin dəyişdirilməsi;
e)
HX-nin, digər HX-lərlə və nəqliyyat magistralları
ilə kəsişmə yerlərində, APQ
aşırımlarında naqillərin kəsişmə yerlərində;
f)
yenidən qurulmuş HX-nin qoşulması;
g)
HX naqillərinin və troslarının birləşmə
sxemlərinin dəyişdirilməsi;
h)
bir və ya bütün digər dövrələr gərginlik altında
olarkən, çoxdövrəli HX-nin açılmış dövrəsində;
i)
elektrik qurğusunda eyni zamanda iki və daha çox briqada işləyərkən;
j)
HX-nin fazalar üzrə təmiri;
k)
yönəldilmiş gərginlik altında;
l)
cərəyan keçən hissələrdə, gərginliyi
çıxarmadan, insanı yerdən izolə etməklə;
m)
ikinci kommutasiya dövrələrində işlər istisna olmaqla,
gərginliyi çıxarmadan insanları yerdən izolə etmədən
işlər aparılan zaman cərəyandaşıyıcı
hissələri müvəqqəti izolə etməklə və gərginlik
altında işlər üçün xüsusi alət və ləvazimatlardan
istifadə etməklə;
n)
rabitə vasitələrinin avadanlıqlarında və
qurğularında, DTİS, dirək keçidləri
quruluşları üzrə, KRX sınaqları üzrə, xidmət
olunmayan gücləndirici məntəqələrin (XOGM) və ya
xidmət olunmayan regenerasiya məntəqələrinin
aparatları ilə, birləşmələrin süzgəclərində
rabitə kondensatorunun torpaqlayıcı bıçağını
qoşmadan işləyərkən.
İşlərə
məsul rəhbərin təyin olmasının zəruriliyini,
yuxarıda sadalananlardan savayı elektrik qurğularında digər
işlər zamanı da işlərə məsul rəhbər
təyin etmək üçün icazə verilmiş naryad verən işçi
müəyyənləşdirir.
2.2.5.
Bu Qaydanın 2.2.6-cı yarımbəndində göstərilən
şərtlərə riayət edilməklə və HX-lərinə
buraxılış istisna olmaqla, işəburaxan operativ heyət
üzvlərindən təyin olunmalıdır.
1000
V-dan yuxarı gərginlikli elektrik qurğularında işəburaxan
IV qrupa, 1000 V-dək gərginlikli elektrik qurğularında isə
III qrupa malik olmalıdır.
2.2.6.
1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında naryad
üzrə aparılan işlərdə iş icraçısı IV
qrupa, 1000 V-dək gərginlikli elektrik qurğularında isə
III qrupa malik olmalıdır. Bütün elektrik qurğularında sərəncam
üzrə görülən işlərdə iş icraçısı III
qrupa malik olmalıdır.
Zərərli
qazların yarana biləcəyi yeraltı tikililərdə, gərginlik
altında aparılan işlərdə, 1000 V-dan yuxarı gərginlikli
HX-lərinin dayaqlarında asılmış və gərginliyi
1000 V-dək HX naqillərinin çəkilməsi və dəyişdirilməsi
işləri yerinə yetirilərkən iş icraçısı
IV qrupa malik olmalıdır.
Bütün
elektrik qurğularında sərəncam üzrə yerinə
yetirilən işlər zamanı iş icraçısı III qrupa
malik olmalıdır.
2.2.7.
Müşahidəçi olaraq III qrupa malik işçi təyin olunur.
2.2.8.
İş icraçısının rəhbərlik etdiyi briqada
üzvünün, IV qrupa malik briqada üzvünün yerinə yetirməli olan
işləri yerinə yetirərkən III qrupa malik olması tələb
olunur.
Briqada
tərkibində III qrupu olan hər bir işçiyə, II qrupu
olan bir işçi qoşmağa yol verilir, ancaq II qrupa malik briqada
üzvlərinin ümumi sayı üçdən artıq olmamalıdır.
Enerji
xidməti heyətinin hazırlığına dair
tələblər
2.2.9.
Elektrik qurğularının istismarını
hazırlıqlı elektrotexniki heyət həyata keçirməlidir.
Müəssisənin
elektrotexniki heyəti aşağıdakı kimi bölünür:
- inzibati-texniki;
- operativ;
- təmir;
- operativ-təmir (bundan sonra təmir və
operativ-təmir heyəti, bölünmə tələb olunmursa,
operativ heyət adlandırılır).
2.2.10.
Müəssisənin enerji xidmətinin ştat və idarəçilik
strukturuna uyğun olaraq, elektrotexniki heyət bilavasitə enerji
xidmətinin tərkibinə daxil ola bilər və ya müəssisənin
istehsalat bölmələrinin (struktur vahidlərinin)
ştatında ola bilər. Sonuncu halda enerji xidməti istehsalat
və struktur bölmələrinin elektrotexniki heyətinə
texniki rəhbərliyi və onların işinə nəzarəti
həyata keçirir.
2.2.11.
İşləyərkən daim elektrik aparatlarına, elektrik
intiqallarına, elektrik əl maşınlarına, əldə
daşınan və səyyar elektrik qəbuledicilərinə,
əldə daşınan elektrik alətlərinə, daim
texniki xidmət və tənzimləmə tələb olunan
elektrotexnoloji qurğulara, həmçinin mürəkkəb enerjidoyumlu
istehsalat-texnoloji avadanlıqlara xidməti elektrotexnoloji heyət
yerinə yetirməlidir.Onun işləri təhlükəsiz yerinə
yetirmək və ona təhkim olunmuş qurğulara texniki xidmət
üçün yetərincə təcrübəsi və biliyi
olmalıdır.
2.2.12.
Müəssisənin enerji xidmətinin tərkibinə daxil olmayan,
elektrotexnoloji qurğuların istismarını yerinə yetirən
və elektrik təhlükəsizliyinə görə ΙΙ və
daha yuxarı qrupu olan istehsalat sexlərinin və sahələrinin
elektrotexnoloji heyəti, öz hüquq və vəzifələri ilə
elektrotexniki heyətə bərabər tutulur; texniki münasibətdə
o, müəssisənin enerji xidmətinin tabeçiliyindədir.
Bilavasitə
tabeçiliyində elektrotexnoloji heyət olan rəhbərlərin
elektrik təhlükəsizliyi üzrə qrupu, tabeçiliyində olan heyətdən
aşağı olmamalıdır. Onlar bu heyətə texniki rəhbərliyi
və onun işinə nəzarəti yerinə yetirməlidirlər.
Elektrik
təhlükəsizliyi üzrə müvafiq qrupun olması zəruri olan
elektrotexniki (bundan sonra bölünmə tələb olunmursa
elektrotexniki heyət dedikdə, həmçinin elektrotexnoloji heyət
başa düşülür) və elektrotexnoloji vəzifələrin və
peşələrin siyahısını müəssisənin rəhbəri
təsdiq edir.
Müəssisənin
rəhbərinə, baş mühəndisə, texniki direktora
elektrik təhlükəsizliyi üzrə qrup verilməsi tələb
olunmur. Lakin, əgər göstərilən işçilərin əvvəllər
elektrik təhlükəsizliyi üzrə qrupları olubsa və onun təsdiqlənməsini
(yüksəldilməsini) və ya qrup dərəcəsini ilk dəfə
almaq istəyirlərsə, onda biliklərin yoxlanması
elektrotexniki heyət üçün olduğu kimi adi qaydada aparılır.
2.2.13.
Elektrik cərəyanı vurma təhlükəsi yaranan işləri
yerinə yetirən qeyri-elektrotexniki heyətə elektrik təhlükəsizliyi
üzrə Ι qrup verilir. Elektrik təhlükəsizliyi üzrə
Ι qrup verilməsi tələb olunan vəzifələrin və
peşələrin siyahısını Müəssisənin rəhbəri
təyin edir. İstehsalat fəaliyyətinə aid elektrik təhlükəsizliyi
tələblərini mənimsəyən heyətə, təyin
olunmuş formalı jurnalda rəsmiləşdirməklə,
Ι qrup verilir; vəsiqə verilmir.
Ι
qrup verilməsi şifahi sual-cavab formasında (lazım olarsa)
biliyinin yoxlanılması və işlərin təhlükəsiz
üsulları və ya elektrik cərəyanı vurduqda ilkin
yardım göstərmə vərdişlərinin mənimsənilməsinin
yoxlanılması ilə bitən, təlimatlandırma aparmaq
yolu ilə icra olunur. Elektrik təhlükəsizliyi üzrə Ι
qrup verilməsini həmin müəssisənin elektrotexniki heyətindən
elektrik təhlükəsizliyi üzrə ΙΙΙ-dən
aşağı olmayan qrupa malik işçi icra edir.
Elektrik
təhlükəsizliyi üzrə Ι qrup verilməsi dövrülüklə,
ildə ən azı 1 dəfə aparılır.
2.2.14.
Elektrik qurğularında işləri yerinə yetirmək üçün
qəbul olunan işçilərin, işin xarakterinə uyğun
peşə hazırlığı olmalıdır. Peşə
hazırlığı olmadıqda həmin işçilər
ixtisaslaşdırılmış heyət
hazırlığı mərkəzlərində (təhsil
kombinatlarında, təhsil-məşq mərkəzlərində
və s.) öyrədilməlidirlər (müstəqil işə
buraxılanadək).
2.2.15.
Elektrotexniki heyət elektrik qurğularının istismarı
ilə əlaqəli müstəqil işə təyin olunanadək
və ya digər işə (vəzifəyə) keçənədək,
həmçinin elektrotexniki heyət qismində olan işlərdə
1 ildən artıq müddətə fasilə olduqda, iş yerində
təcrübə dövrü (istehsalat təlimi) keçirilməlidir.
2.2.16.
Təlim üçün işçiyə avadınlıqlarla, aparatlarla, əməliyyat
sxemləri ilə tanışlıq üçün və eyni zamanda, həmin
vəzifə (peşə) üçün zəruri olan həcmdə
aşağıdakılardan istifadə etməklə öyrənmək
üçün yetərincə müddət verilməlidir:
a)
“Elektrik qurğularının quraşdırılması
Qayda”sını, “Elektrik stansiyaları və istilik şəbəkələri
istilik-mexaniki avadanlıqlarının istismarında təhlükəsizlik
texnikası Qaydaları”nı AZS 587-2011, “Elektrik
qurğularında istifadə olunan mühafizə vasitələrinin
istismar və sınaq Qaydaları”nı və bu Qaydanı;
b)
vəzifə və istehsalat təlimatlarını;
c)
əməyin mühafizəsi və təhlükəsizliyi üzrə təlimatları;
d)
həmin müəssisədə qüvvədə olan digər
qaydaları, normativ və istismar sənədlərini.
2.2.17.
Elektrotexniki heyətin, qaydaların və təlimatların zəruri
fəsilləri göstərilməklə, hazırlıq
proqramı struktur bölmələrin rəhbərləri (elektrik
təsərrüfatına cavabdeh) tərəfindən tərtib
olunur və müəssisənin elektrik təsərrüfatına
cavabdeh şəxsi tərəfindən təsdiqlənə
bilər.
Operativ,
operativ-təmir və təmir heyəti sıralarından
operativ heyətin rəhbərinin hazırlanması
proqramında təcrübə dövrü keçmə və biliyin
yoxlanması, operativ, operativ- təmir heyəti
sıralarından operativ heyətin rəhbərləri üçün isə
həm də eyni işi görmə nəzərdə
tutulmalıdır.
2.2.18.
Təcrübə (eyni işi görmə) dövrü keçmiş işçi,
müvafiq sənədlə müəssisə üzrə (rəhbərlər
və mütəxəssislər üçün) və ya struktur bölmə üzrə
(fəhlələr üçün) təcrübəli işçiyə təhkim
olunmalıdır.
2.2.19.
Təcrübə təlim keçən cavabdeh işçinin rəhbərliyi
altında keçirilir, hər bir vəzifə (iş yeri) üçün
işlənilmiş və təyin olunmuş qaydada təsdiq
olunmuş proqram üzrə yerinə yetirilir.
Təcrübə
dövrünün müddəti 2-dən 14 növbəyə qədər
olmalıdır.
2.2.20.
Müəssisənin və ya struktur bölmənin rəhbəri,
ixtisas üzrə an azı 3 il stajı olan, bir sexdən digərinə
keçən işçini, əgər onun daha öncə işlədiyi
işin və avadanlıq növünün xarakteri dəyişməyibsə,
təcrübə dövründən azad edə bilər.
Təcrübə
dövrünə buraxılış müəssisə və ya struktur
bölməsinin rəhbərinin müvafiq sənədi ilə rəsmiləşdirilir.
Sənəddə təcrübə dövrünün təqvim müddətləri
və onun keçirilməsinə məsul olan işçilərin
soyadları göstərilir.
Təcrübə
dövrünün müddəti təlim keçənin peşə təhsili səviyyəsindən,
iş təcrübəsindən, peşəsindən (vəzifəsindən)
asılı olaraq fərdi qaydada təyin olunur.
2.2.21.
Təcrübə dövründə işçi:
a)
istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi
qaydalarının tələblərini və onların iş
yerində tətbiqini mənimsəməlidir;
b)
həmin vəzifədə (peşədə) işləmək
üçün, lazım olan sxemləri, istehsalat və əməyin
mühafizəsi üzrə təlimatları öyrənməlidir;
c)
öz iş yerində dəqiq hərəkət etməyi bacarmalıdır;
d)
istehsalat əməliyyatlarının yerinə yetirilməsi
üçün zəruri olan praktiki vərdişləri mənimsəməlidir;
e)
xidmət olunan avadanlığın qəzasız, təhlükəsiz
və səmərəli istismarı üsullarını və
şərtlərini öyrənməlidir.
2.2.22.
İnzibati-texniki və təmir heyətinin operativ heyəti əvəz
etməsi və sərbəst işə
buraxılışı müəssisə üzrə müvafiq sənədlə
rəsmiləşdirilir.
Operativ
və ya operativ-təmir heyəti sırasından olan işçi əvəzetmədən
sonra sərbəst işə buraxıla bilər. Eyni işi əvəzetmə
müddəti 2-dən başlayaraq 12-dək iş növbəsi
diapazonunda ola bilər. Konkret işçi üçün, bu müddət biliyin
yoxlanılması üzrə komissiyanın qərarı ilə,
onun peşə hazırlığından, iş stajından və
təcrübəsindən asılı olaraq müəyyən edilir.
Operativ
heyət üçün sərbəst işə buraxılış müəssisə
rəhbərinin müvafiq sənədi ilə rəsmiləşdirilir.
2.2.23.
Eyni işi təkrarlama dövründə işçi, nəticələri
qiymətləndirilən və müvafiq jurnallarda sənədləşdirilən,
qəza əleyhinə və yanğın əleyhinə
yoxlama məşqlərində iştirak etməlidir.
Məşqlərin
sayı və onların mövzusu eyni işi təkrarlayanın
hazırlıq proqramı ilə təyin olunur.
2.2.24.
Əgər işçi eyni işi təkrarlama müddətində yetərincə
istehsalat vərdişlərini mənimsəməyibsə və
ya qəza əleyhinə məşqlər üzrə qeyri-kafi
qiymət alıbsa, onun eyni işi əvəzetmə müddətinin
2-dən 12-dək iş növbəsinədək və əlavə
qəza əleyhinə yoxlama məşqlərinin keçirilməsinə
qədər uzadıla bilər və buna yol verilir. Eyni işi
təkrarlama müddətinin uzadılması müəssisənin
müvafiq sənədi ilə rəsmiləşdirilir.
2.2.25.
Əgər eyni işi təkrarlama dövründə işçinin həmin
fəaliyyətə peşəkar yararsızlığı müəyyən
olunarsa, o hazırlıqdan çıxarılır.
2.2.26.
Eyni işi təkrarlamanın keçirilmə müddətində təlimləndirilən
əməliyyat çevirmələrini, müayinələri və
elektrik qurğularında digər işləri, icazə almaqla
və təlimatçının nəzarəti altında icra edə
bilər. Təlimləndirilənin hərəkətlərinin
düzgünlüyünə və onların qaydalara riayət etmələri
ilə bağlı həm təlimləndirilən və həm
də ona təlim keçən işçi məsuliyyət
daşıyır.
2.2.27.
İşçilərin biliklərinin yoxlanılması ilkin olaraq
və vaxtaşırı (növbəti və növbədənkənar)
rejimdə həyata keçirilir.
Biliklərin
ilkin yoxlanılması elektrik qurğularına xidmətlə
bağlı işə birinci dəfə qəbul olunan və
ya bilik yoxlamasından sonra 3 ildən artıq fasilələr
verilmiş işçilər üçün keçirilir;
Növbəti
yoxlanılma - 2.2.28-ci yarımbənddə təyin olunmuş
qaydada; növbədənkənar isə 2.2.31-ci yarımbənddə
təyin olunmuş qaydada aparılır.
2.2.28.
Növbəti yoxlanılma aşağıdakı müddətlərdə
aparılmalıdır:
a)
bilavasitə fəaliyyətdə olan elektrik qurğularına
xidmət üzrə işləri təşkil edən və
aparan və ya onlarda sazlama, elektrik-quraşdırma, təmir
işləri və ya profilaktika sınaqları aparan
elektrotexniki heyət üçün, həmçinin naryadlar, sərəncamlar
vermə, operativ danışıqları aparmaq səlahiyyətinə
malik heyət üçün – ildə 1 dəfə;
b)
bundan qabaqkı qrupa aidiyyəti olmayan inzibati-texniki heyət
üçün, həmçinin elektrik qurğularının təftişinə
buraxılan əməyin mühafizəsi üzrə mütəxəssislər
üçün - 3 ildə 1 dəfə.
2.2.29.
Növbəti yoxlamanın müddəti sonuncu bilik yoxlaması tarixinə
müvafiq təyin olunur.
2.2.30.
Növbəti bilik yoxlaması zamanı qeyri-kafi qiymət
almış işçilər üçün komissiya sonuncu yoxlama günündən
1 ay müddətindən gec olmayaraq təkrar yoxlama təyin edir.
Qeyri-kafi qiymət almış işçi üçün vəsiqəsinin
qüvvədə olma müddəti, əgər biliyin yoxlama
jurnalında işçinin elektrik qurğularında işlərdən
müvəqqəti kənarlaşdırılması haqqında
komissiyanın xüsusi qərarı yoxdursa, komissiya tərəfindən
ikinci yoxlama üçün təyin olunmuş müddətə kimi avtomatik
olaraq uzadılır.
2.2.31.
Müəssisənin elektrik qurğularında işlərin
normaları və qaydaları biliklərinin yoxlanılması
müəssisənin rəhbəri tərəfindən təsdiqlənmiş
təqvim qrafiki üzrə yerinə yetirilir.
Biliyinin
yoxlanılması aparılacaq işçilər qrafiklə
tanış olmalıdırlar.
2.2.32.
Müəssisənin elektrik təsərrüfatına cavabdeh
olanların, onların müavinlərinin, həmçinin vəzifəsinə
elektrik qurğularına nəzarət daxil olan əməyin
mühafizəsi üzrə mütəxəssislərin biliklərinin
yoxlanılması səlahiyyətli orqanların
komissiyalarında aparılır.
2.2.33.
Müəssisənin elektrotexniki və elektrotexnoloji heyətinin
bilik yoxlamalarının keçirilməsi üçün Müəssisənin rəhbəri
əmrlə tərkibi beş nəfərdən az olmayan
komissiya təyin etməlidir.
Elektrik
qurğularının gərginliyi 1000 V qədər və daha
yüksək olan müəssisələrdə komissiyanın sədrinin
elektrik təhlükəsizliyi üzrə qrupu V və elektrik
qurğularının gərginliyi yalnız 1000 V qədər
olan müəssisələrdə isə qrupu ΙV
olmalıdır.
Komissiyanın
sədri kimi, bir qayda olaraq, müəssisənin elektrik təsərrüfatına
cavabdeh şəxs təyin olunur.
2.2.34.
Komissiyanın bütün üzvlərinin elektrik təhlükəsizliyi üzrə
qrupu olmalıdır və səlahiyyətli nəzarət
qurumunun komissiyalarında biliyin yoxlanılmasından keçməlidirlər.
Komissiyanın
ayrıca üzvlərinin yerində biliyinin yoxlanılmasına
icazə verilir, bir şərtlə ki, sədr və
komissiyanın ən azı iki üzvü səlahiyyətli nəzarət
qurumunun komissiyalarında biliyin yoxlanılmasından keçmiş
olsun.
2.2.35.
Struktur bölmələrində müəssisənin rəhbərləri
struktur bölmələri işçilərinin biliyinin
yoxlanılması üzrə komissiya yarada bilərlər.
Struktur
bölmələrinin komissiya üzvləri norma və qaydalar üzrə
biliyin yoxlanılmasını müəssisənin mərkəzi
komissiyasında keçməlidirlər.
2.2.36.
Biliyin yoxlanılması proseduru keçirilərkən, ən
azı üç komissiya üzvü, o cümlədən mütləq komissiyanın
sədri (sədr müavini) iştirak etməlidir.
2.2.37.
Sayı biliyin yoxlanılması üzrə komissiya yaratmağa
imkan verməyən müəssisənin işçilərinin biliyinin
yoxlanılması səlahiyyətli nəzarət qurumunun
komissiyalarında keçirilməlidir.
2.2.38.
Biliyin yoxlanılması üçün səlahiyyətli nəzarət
qurumunun komissiyaları, ixtisaslaşdırılmış tədris
müəssisələrinin (ixtisasartırma institutlarında, təhsil
mərkəzlərində və s.) nəzdində yaradıla
bilərlər. Onlar səlahiyyətli nəzarət qurumunun rəhbərinin
əmri (sərəncamı) ilə təyin olunurlar. Komissiya
üzvləri biliyin yoxlanılmasını bu komissiyanın
yaradılmasına icazə verən səlahiyyətli nəzarət
qurumunda keçməlidirlər. Komissiyanın sədri səlahiyyətli
nəzarət qurumunun rəhbəri tərəfindən təyin
olunur.
2.2.39.
Səlahiyyətli nəzarət qurumunun nümayəndələri
bütün səviyyələrdə biliklərin yoxlanılması
üzrə komissiyaların işlərində iştirak edə
bilərlər.
2.2.40.
Hər bir işçinin biliyinin yoxlanılması fərdi olaraq
aparılır.
Hər
bir vəzifə (peşə) üçün müəssisənin və ya
struktur bölmənin rəhbəri tərəfindən,
işçinin müvafiq vəzifə (peşə) öhdəlikləri
üzrə və istehsalat fəaliyyətinin xarakteri nəzərə
alınmaqla, həmçinin onun xidməti vəzifələrinə
daxil olan normativ sənədlərin tələblərini təmin
edən və riayət olunan, norma və qaydalar üzrə biliyin
yoxlanılması həcmi təyin olunmalıdır.
2.2.41.
Elektrik qurğularının quraşdırılması
qaydaları, texniki istismar qaydaları, bu Qayda və digər
normativ-texniki sənədlər üzrə biliyin
yoxlanılmasının nəticələri üzrə
elektrotexniki (elektrotexnoloji) heyətə elektrik təhlükəsizliyi
üzrə qrup təyin olunur.
2.2.42.
Biliyin yoxlanılmasının nəticələri təyin
olunmuş formalı jurnala köçürülür və komissiya üzvləri tərəfindən
imzalanır. Əgər bir neçə işçinin biliyinin
yoxlanılması bir gündə keçirilibsə və komissiyanın
tərkibi dəyişməyibsə, onda komissiyanın üzvləri
iş başa çatdıqdan sonra 1 dəfə imzalaya bilərlər;
bu halda bilik yoxlamasından keçən işçilərin ümumi
sayı yazılı göstərilməlidir.
Bilik
yoxlamasından müvəffəqiyyətlə keçmiş heyətə
təyin olunmuş formalı vəsiqə verilir.
2.2.43.
İlkin yoxlamadan savayı, bütün növ yoxlamalar üçün elektron təlim
proqramlarından, məsafədən onlayn kurslarından istifadə
etməyə icazə verilir; bu zaman biliyin yoxlanılması
jurnalında qeyd aparılması ləğv olunmur.
Bu
zaman, işlənilmiş proqram onun təlim rejimində istifadə
imkanlarını təmin etməlidir.
2.2.44.
Təlim və biliyin yoxlanılması üzrə elektron
proqramın istifadə edilməsi və avtoimtahanedicinin
protokolunda qeyri-kafi qiymət alındığı təqdirdə,
yoxlama komissiyasının narazılığı hallarında
əlavə suallar verilir. Yekun qiymətləndirmə
komissiyanın sorğu-sualı nəticələri üzrə təyin
olunur.
2.2.45. Vəzifəsinə elektrik
qurğularının təftişi daxil olan, elektrik
təhlükəsizliyi üzrə ΙV qrup həcmində bilik
yoxlanılmasından keçmiş əməyin mühafizəsi
üzrə mütəxəssisə öz müəssisəsinin elektrik
qurğularını təftiş etmə hüququ verən
vəsiqə verilir.
2.3. İşlərin naryad üzrə təşkili
2.3.1. Ümumi tələblər
2.3.1.1. Naryad iki nüsxədə tərtib
olunur. Onlardan biri işlərə məsul rəhbər
(iş icraçısı) üçün, ikincisi yerli növbətçi
heyətə, bu sahədə növbətçi heyət olmadığı
hallarda isə işəburaxan və ya naryad verən üçün
nəzərdə tutulur.
2.3.1.2. İşlərin icrası üçün
naryadın telefon, rabitə əlaqəsi, internet
şəbəkəsi və ya digər rabitə
vasitələrilə ötürülməsinə icazə verilir.
Bu halda naryad üç nüsxədə
yazılır: naryad verən üçün, işlərə məsul
rəhbər (iş icraçısı) üçün, işəburaxan üçün.
Bu halda, tərtib edən şəxs naryadı
bir nüsxədə yazır, məlumatı qəbul edən
şəxs iki nüsxə naryadı doldurur və əks
yoxlanışdan sonra imza yerində naryadı verənin
adını, atasının adını, soyadını,
vəzifəsini göstərərək, qeydin düzgünlüyünü öz
imzası ilə təsdiqləyir.
İşlərin rəhbəri (iş
icraçısı) və işəburaxanın
vəzifələrini eyni zamanda icra etdikdə, naryad iki
nüsxədə yazılır.
2.3.1.3. Briqada üzvlərinin sayı çox
olduqda, naryad-buraxılışa işləri icra
edənlərin adı, atasının adı, soyadı və
dərəcələri göstərilməklə siyahısı
əlavə olunur. İşlər üzrə rəhbərin
imzaladığı briqada üzvlərinin bu siyahısı
naryad-buraxılışın ayrılmaz tərkib hissəsi
sayılır. Bu halda naryad-buraxılışda briqadanın
ümumi sayı göstərilir və əlavə olunan
siyahının mövcudluğu haqqında qeyd olunur.
2.3.1.4. Fəaliyyətdə olan elektrik
qurğularında, naryad üzrə aşağıdakı
kateqoriyalı işlər yerinə yetirilir:
a) gərginliyi çıxarmaqla
(induksiyalanmış və induksiyalanmamış
gərginliklə) 1000 V-dan yuxarı elektrik qurğularında;
1000 V-dək olan PQ yığma şinlərində və paylayıcı
lövhələrdə, həmçinin yığma şinlərə
gərginlik verən onların birləşmələrində
aparılan işlər;
b) elektrik mühafizə
vasitələrindən istifadə etməklə, gərginliyi
çıxarmadan görülən işlər. Bu halda elektrik ölçü
kəlbətinləri və ştanqları ilə görülən işlər,
həmçinin, növbətçi və operativ-təmir heyətinin cari
istismar qaydasında görülən işlər istisna olunur. Elektrik
mühafizə vasitələrindən istifadə etməklə,
gərginliyi çıxarmadan, növbətçi və operativ-təmir
heyətinin cari istismar qaydasında yerinə yetirdiyi
işlərin siyahısı yerli şəraitdən
asılı olaraq işlənib-hazırlanır və
müəssisənin texniki rəhbəri tərəfindən
təsdiqlənir;
c) cərəyan daşıyan
hissələrdə gərginliyi çıxarmadan icra olunan
işlər;
d) həmçinin naryad üzrə, bu Qaydanın
müvafiq fəsillərində göstərilmiş gərginliyin
çıxarılması tələb olunmayan xüsusi işlər
yerinə yetirilir.
2.3.1.5. Elektrik və istilik
qurğularında işlərin aparılması
sifarişlərində işlərin kateqoriyaları
göstərilir. İş yerinin hazırlanması üzrə konkret
tədbir siyahısı sifarişdə qeyd edilmir.
2.3.1.6.
Naryadı bir birləşmənin bir və ya bir neçə
iş yerinə verilməsinə icazə verilir.
Naryadı
verən bir nəfər işə məsul rəhbərə,
işəburaxana, iş icraçısına (nəzarətçiyə)
görüləcək işləri və növbə ilə işə
buraxılışı, verilən naryadların sayını,
naryadın qüvvədə olma müddətini təyin edir.
Naryadın müddətini uzatmağa icazə verilmir.
2.3.1.7. Naryadda göstərilən
işlər tam başa çatdıqdan sonra, naryad xidmət
heyəti olan elektrik və ya istilik stansiyalarında
işlər zamanı növbətçidə, naryadı verəndə
və ya xidmət heyəti olmayan yarımstansiyalarda
işlər zamanı operativ səyyar briqadanın
dispetçerində 30 gün müddətində saxlanılır.
Əgər naryad üzrə işlər
yerinə yetirilərkən qəzalar və ya bədbəxt
hadisələr baş vermişsə, naryad təhqiqat
materialları ilə birlikdə müəssisənin arxivində
saxlanılır.
2.3.1.8. Görüləcək işlərin
həcmindən və onların icrasının
təşkilindən asılı olaraq
naryad-buraxılışın blankı
aşağıdakı kimi rəsmiləşdirilir:
a) elektrik stansiyasının və ya
istilik şəbəkəsinin istilik texniki
avadanlığının bir birləşmə sxemi ilə
bir neçə iş yerlərində eyni növlü işlərin
ardıcıl yerinə yetirilməsinə və ya bir iş
yerində hər hansı konkret işin yerinə yetirilməsinə
naryad-buraxılış verilir;
b) aqreqatda bütövlüklə, bir neçə iş
yerlərində və ya istilik şəbəkəsinin
sahələrində işləri yerinə yetirmək üçün
ümumi naryad-buraxılış verilir;
c) aqreqatın ayrıca
düyünlərində və onun köməkçi avadanlıqlarında,
istilik şəbəkəsinin ayrıca iş
yerlərində və ya sahələrində işləri
yerinə yetirmək üçün aralıq naryad-buraxılış
tərtib olunur. Aralıq naryad-buraxılış yalnız
ümumi naryad-buraxılış olduğu halda verilir.
2.3.2. Elektrik qurğularında naryad üzrə
işlərin təşkili
2.3.2.1. Bütün cərəyan daşıyan
hissələrdən, o cümlədən HX və KX-nin
çıxışlarından gərginlik çıxarılmış
və qonşu elektrik qurğularına giriş bağlı
olduğu halda (1000 V-dək yığmalar və lövhələr
gərginlik altında qala bilər) 1000 V-dan yuxarı
gərginlikli elektrik qurğularında bütün
birləşmələrdə işlərin yerinə
yetirilməsi üçün bir naryad verilə bilər.
2.3.2.2. Gərginliyi 1000 V-dək olan
elektrik qurğularında bütün cərəyan daşıyan
hissələrdən gərginlik tam çıxarılmış
olduqda, PQ-nin yığım şinlərində,
paylayıcı lövhələrində, yığmalarda,
həmçinin bu qurğuların bütün birləşmələrində
eyni vaxtda işlərin yerinə yetirilməsinə bir naryad
verilməsinə yol verilir.
2.3.2.3. Aqreqatları (qazanları, turbinləri,
generatorları və digər avadanlıqları) və
ayrıca texnoloji qurğuları (kül tutan sistemləri,
şəbəkə qızdırıcılarını,
xırdalama sistemlərini və s.) təmirə
çıxararkən, bu aqreqatların (qurğuların) elektrik
mühərriklərində işlərə PQ-də bu
aqreqatların elektrik mühərriklərini qidalandıran bütün
(və ya hissəsində) birləşmələrində
işlərin yerinə yetirilməsi ilə bağlı bir
naryad verməyə icazə verilir.
Yalnız eyni gərginlikli elektrik
mühərriklərində və bir PQ-nin
birləşmələrində işlər üçün bir naryad
verilməsinə icazə verilir.
2.3.2.4. Bir şin sistemli və
müxtəlif sayda seksiyası olan 6 - 110 kV gərginlikli
PQ-lərdə, bütün seksiyanı tam olaraq təmirə
çıxararkən, şinlərdə və seksiyanın bütün (və
ya bir hissəsində) birləşmələrində
işləmək üçün, bu Qaydanın 2.3.2.1-ci
yarımbəndinin tələblərinə riayət
etməklə bir naryad verilməsinə icazə verilir.
Seksiyanın bütün iş yerlərinə
buraxılış eyni zamanda verilə bilər.
Briqada üzvlərini bu seksiya hüdudları
daxilində müxtəlf iş yerlərinə
yönəltməyə icazə verilir.
Naryad üzrə işlər başa
çatmayınca ixtiyari birləşmələrə
qoşulmuş, o cümlədən yoxlama üçün qoşulmuş
elektrik mühərriklərinin hazırlığı qadağan
olunur.
2.3.2.5. Bir elektrik qurğusunun bir və
ya bir neçə birləşmələrində müxtəlif iş
yerlərində eyni zamanda və ya növbəli işlərin
yerinə yetirilməsinə aşağıdakı hallarda bir
naryad verilə bilər:
a) güc və nəzarət kabellərinin
çəkilməsi və yerinin dəyişdirilməsinə,
elektrik avadanlıqlarının sınaqlarına, KX-nin
sınağı və zədələrinin yerlərinin
aşkar olunması, rele mühafizəsi, ölçmələrə,
bloklamalara, avtomatikaya, telemexanikaya, rabitə və digər
qurğuların yoxlanmasına;
b) bir birləşmənin kommutasiya
aparatları, o cümlədən intiqalları digər otaqda
olduqda, onların təmirinə;
c) tuneldə, kollektorda, quyuda,
xəndəkdə, özül çalasında ayrıca kabelin
təmirinə;
ç) iş yerlərinin
yerləşməsi iş icraçısına briqadaya
nəzarəti yerinə yetirməyə imkan verdiyi hallarda, iki
özül çalasında və ya PQ-də və onun
yaxınlığında yerləşən özül çalasında
olan kabellərin (ikidən artıq olmamaqla) təmirinə;
Bu halda briqada üzvlərini müxtəlif
iş yerlərinə yönəltməyə icazə verilir.
İşçinin bir iş yerindən
digərinə köçürülməsinin naryadda qeyd olunması
tələb olunmur.
2.3.2.6. Bu Qaydanın 2.3.2.1 – 2.3.2.5-ci
yarımbəndlərinin tələblərinə müvafiq olaraq
işlər aparılarkən bütün iş yerləri briqada naryad
üzrə işə başlayanadək hazırlanmalıdır.
Briqada üzvləri müxtəlif iş
yerlərinə paylandıqda, elektrik təhlükəsizliyi
üzrə qrupu III-dən aşağı olmayan bir və ya bir
neçə briqada üzvünün iş icraçısından ayrıca
işləməsinə icazə verilir.
İş icraçısından ayrı
yerləşən briqada üzvlərini iş icraçısı
iş yerinə gətirməlidir və onlar üçün işləri
yerinə yetirərkən riayət olunması vacib sayılan
həcmdə əməyin mühafizəsi üzrə
tələblərlə məqsədli təlimatlandırma
aparmalıdır.
2.3.2.7. Bir neçə yarımstansiyada və
ya bir yarımstansiyanın bir neçə
birləşmələrində eyni növlü işlərin
növbəli yerinə yetirilməsi ilə bağlı bir naryad
verilməsinə icazə verilir.
Bunlara aiddir:
a) izolyatorların təmizlənməsi
(silinməsi);
b) sıxacların (kontakt
birləşmələrin) çəkilməsi;
c) avadanlıqdan və kommutasiya
aparatlarından yağ nümunəsinin götürülməsi və
doldurulması;
ç) transformatorların və qövssöndürücü
reaktorların dolaqlarının budaqlarının
çevirmələri;
d) rele mühafizəsi
qurğularının, avtomatika, ölçü cihazlarının
yoxlanılması;
e) avadanlıqların kənar
mənbədən yüksək gərginliklə
sınağı;
ə) ölçü ştanqının izolyatorunun
yoxlanılması.
Hər bir yarımstansiyaya və hər
bir birləşməyə naryad-buraxılış
rəsmiləşdirilir.
Bu naryadların qüvvədə olma
müddəti bir gündür.
Hər bir yarımstansiyanı
işlək vəziyyətə gətirməyə, yalnız
həmin yarımstansiyada, həmin naryad üzrə işlər
tam başa çatdıqdan sonra icazə verilir.
2.3.3. Hava elektrik verilişi xətlərində naryad
üzrə işlərin təşkili
2.3.3.1. Hər bir HX-yə, çoxdövrəli
olduqda isə hər bir dövrəyə bir naryad verilir.
Bir neçə HX-yə (dövrəyə)
aşağıdakı hallarda bir naryad verməyə icazə
verilir:
a) gərginlik bütün dövrələrdən
çıxarıldıqda icra olunan işlərlə bağlı
və ya çoxdövrəli HX-lərdə heç bir dövrədən
gərginlik çıxarılmadıqda gərginlik altında
görülən işlərlə bağlı;
b) HX-nin kəsişmə
yerlərindəki işlərlə bağlı;
c) əgər transformator
yarımstansiyası növbəli işlərin icrası üçün
açılıbsa, bir transformator yarımstansiyasından qidalanan
gərginliyi 1000 V-dək olan HX-də görülən
işlərlə bağlı;
ç) bir neçə HX-nin cərəyan
daşımayan, açılması tələb olunmayan
hissələrində eyni növlü işlərlə bağlı.
2.3.3.2. Naryadda təmir olunan HX-nin
yönəldilmiş cərəyan altında
yerləşib-yerləşməməyi, açılması və
torpaqlanması tələb olunan, təmir olunan xətti kəsən
HX-lərin siyahısı göstərilməlidir.
Bu cür göstəriş, əgər
onların açılması iş şəraitinə görə
tələb olunursa, təmir olunan HX-nin
yaxınlığından keçən HX-yə nəzərən
naryadda olmalıdır.
Bu zaman təmir olunan və ya
yaxınlıqdan keçən HX-ni kəsən HX-nin
torpaqlanması işə buraxılış icra
edilənədək yerinə yetirilməlidir.
2.3.3.3. HX müxtəlif
müəssisələrə məxsus olduğu hallarda, xəttin
açılması və torpaqlanması barədə həmin
müəssisələrin əməliyyat jurnallarında qeyd
aparılmalı və məsul nümayəndələri tərəfindən
təsdiqlənməlidir.
2.3.3.4. Böyük uzunluqlu anker
aşırımıları daxilində naqillərin
(trosların) quraşdırılması və sökülməsi
işləri istisna olmaqla, açılmış HX-də briqada
üzvlərinin uzunluğu 2 km-dən çox olmayan
sahələrdə paylanmasına icazə verilir. Bu halda bir
briqadanın iş sahəsinin uzunluğunu naryadı verən
şəxs təyin edir.
2.3.4. Paylayıcı qurğularda naryad üzrə
işlərin təşkili
2.3.4.1. PQ ərazisində HX
hissələrində işlər HX-yə xidmət edən
müəssisənin işçilərinə verilən naryad üzrə
görülməlidir.
Daimi operativ heyəti olan elektrik
qurğularının heyəti tərəfindən HX-nin son dayağında
işlər görülərkən, həmin heyət briqada
üzvləri üçün əməyin mühafizəsi və
təhlükəsizliyi barədə təlimatlandırma
aparmalıdır və briqadanı bu dayağa
gətirməlidir.
Daimi operativ heyəti olmayan elektrik
qurğularında xətti briqadanın iş icraçısına
PQ-dən açarları almağa və müstəqil HX-nin
dayağına yaxınlaşmağa icazə verilir.
APQ-nin portallarında, QPQ-nin
binalarında, xaricdə qurulmuş KPQ-nin damında
işlər aparıldıqda xətti briqadanın naryadda
lazımi sənədləşdirmə aparmaqla işə
buraxılışı PQ-yə xidmət edən operativ
heyətdən işəburaxan tərəfindən yerinə
yetirilir.
İş icraçısı xətti briqada
ilə birlikdə PQ-dən müstəqil çıxa bilər.
2.3.4.2. Birləşmələrin
yüksək tezlikli kabellərində və
süzgəclərində, rabitə kondensatorlarında və
yüksək tezlikli çəpərləmələrdə
işlər qeyd olunan avadanlıqlara xidmət edən işçilərə
verilən naryad üzrə aparılır.
İş yerinin hazırlanmasını
və işə buraxılışı PQ-yə xidmət
edən işçilər yerinə yetirir.
2.3.4.3. PQ-nin ərazisində və kabel
tikililərində, PQ-də yerləşən KX-nin uc
muftalarında və bağlamalarında işlər HX-yə
xidmət edən işçilərə verilən naryad üzrə
aparılır.
İşə buraxılışı
PQ-yə xidmət edən işçilər yerinə yetirir.
2.3.5. İstilik qurğularında işlərin
naryad-buraxılış üzrə təşkili
2.3.5.1. Naryad-buraxılış üzrə
istilik qurğularında, avadanlıqlarında və
şəbəkələrində aşağıdakı
işlər yerinə yetirilir:
a) iş yerinin hazırlanmasını
tələb edən istilik qurğularının təmiri;
b) boru kəmərlərində bağlayıcıların
quraşdırılması və çıxarılması (suyunun
temperaturu 45ºC-dən aşağı olan boru
kəmərlərindən başqa);
c) avadanlıqların
quraşdırılması və sökülməsi;
ç) cihazlar üçün gilizlərin və
ştuserlərin keçirilməsi, ölçü diafraqmalarının və
sərfiyyat ölçən cihazların quraşdırılması
və çıxarılması;
d) boru kəmərlərinin və boru
kəmərlərindən çıxarılmadan armaturların
təmiri, impuls xətlərinin təmiri və
dəyişdirilməsi;
e) istilik kəmərlərinin
təmirə çıxarılması;
ə) boru kəmərlərinin
hidropnevmatik yuyulması;
f) istilik şəbəkəsinin hesabat
təzyiqinə və istilik daşıyıcısının
hesabat temperaturuna görə sınağı;
g) qazla çirklənməyə və
elektrik cərəyanı vurmağa görə təhlükəli
sayılan yerlərdə işlər;
h) kameralarda, quyularda, aparatlarda,
rezervuarlarda, çənlərdə, kollektorlarda, tunellərdə,
boru kəmərlərində, kanallarda işlər;
x) avadanlıqların kimyəvi
təmizlənməsi;
i) istilik izolyasiya işləri;
j) korroziyaya qarşı örtüyün
çəkilməsi.
Yerli şəraiti nəzərə
almaqla naryad-buraxılış üzrə digər işlər
də görülə bilər. Bu halda belə işlərin
siyahısını müəssisənin rəhbəri (texniki
rəhbəri) təsdiq etməlidir.
2.3.5.2. Texnoloji prosesin
kəsilməsinə gətirib çıxarmayan istilik texniki
avadanlıqların istehsalat istismarı prosesində yerinə
yetirilən işlər növbətçi (operativ) heyət,
operativ-təmir heyəti tərəfindən onların
funksional vəzifələri çərçivəsində yerinə
yetirilir.
Bu işlərə daim icazə
verilən və əlavə göstərişlər,
sərəncamlar, məqsədli təlimatlandırma
tələb etməyən və cari istismar qaydasında
yerinə yetirilən aşağıdakı işlər aid
edilir:
a) operativ-təmir heyəti
tərəfindən onlara təhkim olunmuş avadanlıqlarda
yerinə yetirilən, həcmcə böyük olmayan (müddəti bir
növbədən çox olmayan) təmir və sazlama və istilik
texniki avadanlıqlara texniki xidmət üzrə digər
işlər;
b) avadanlıqların iş rejimini
dəyişməyi, xüsusi iş yerinin hazırlanmasını
tələb etməyən diaqnostik işlər, o
cümlədən, istehsalat struktur bölmələrinin qeyri-istismar
mütəxəssisləri tərəfindən yerinə
yetirilən işlər.
2.4. İşlərin sərəncam üzrə
təşkili
2.4.1. Ümumi tələblər
2.4.1.1. Sərəncam bir dəfəlik
xarakter daşıyır və onun qüvvədə olma
müddəti icraçıların iş gününün müddəti ilə
təyin olunur.
İşi davam etdirmək
zərurəti yarandıqda, o cümlədən işin
şərtləri və briqada tərkibi dəyişdikdə
sərəncam yenidən verilməlidir.
İşdə fasilələr olduqda
sərəncam üzrə gün ərzində təkrar
buraxılışı iş icraçısı yerinə yetirir.
2.4.1.2. Sərəncam iş
icraçısına, işəburaxana və ya iş yerinin
hazırlanmasına və buraxılışa icazə
verən şəxsə verilir.
Elektrik və istilik qurğularında
daimi operativ xidmət olmadıqda, iş yerinə
buraxılış tələb olunmayan hallarda sərəncam
bilavasitə işi yerinə yetirən işçiyə və ya
briqadaya verilə bilər.
Sərəncam verilərkən əlçatan
rabitə vasitələrindən, telefondan,
radiorabitədən, internet şəbəkəsindən
istifadə oluna bilər.
2.4.1.3. Sərəncam əsasında
yerinə yetirilməsi nəzərdə tutulan işlər
naryad verən şəxsin qərarına görə naryad
üzrə yerinə yetirilə bilər.
2.4.1.4. Bir neçə elektrik və ya istilik
qurğularında, avadanlıqlarında və
şəbəkələrində növbəli şəkildə
yerinə yetirilən eyni növ işlərlə bağlı bir
sərəncam verilə bilər.
2.4.1.5. Sərəncam naryad və
sərəncamlar üzrə işlərin uçotu jurnalında
rəsmiləşdirilməlidir.
2.4.2. Elektrik qurğularında sərəncam üzrə
işlərin təşkili
2.4.2.1. Sərəncam üzrə
işlər cərəyan daşımayan
hissələrdə, gərginliyin çıxarılması
tələb olunmayan və müvəqqəti çəpərlərin
qurulması zamanı görülən işlərlə bağlı
verilə bilər.
2.4.2.2. Sərəncam üzrə
gərginliyi 1000 V-dək olan elektrik qurğularında
yığma şinlərə gərginlik verilə bilən
PQ-nin yığma şinlərində və birləşmələrində
görülə bilən işlər istisna olmaqla, digər
işlərin yerinə yetirilməsinə icazə verilir.
Bu zaman işi təmir heyətindən
ən azı iki nəfər yerinə yetirməlidir, onlardan
birinin elektrik təhlükəsizliyinə görə III-dən
aşağı olmayan, digərinin isə II və daha
yuxarı olan qrupu olmalıdır.
2.4.2.3. İkinci dövrələrin, ölçü
cihazlarının, rele mühafizəsi qurğularının, elektrik
avtomatikası, telemexanika və rabitə, kommutasiya
aparatlarının intiqallarında və aqreqat
şkaflarında işlər də daxil olmaqla, işlərin
sərəncam əsasında yerinə yetirilməsinə
icazə verilir.
2.4.2.4. Gərginliyi 1000 V-dək olan
elektrik qurğularında III-dən aşağı olmayan
qrupla işləyən iş icraçısı
səlahiyyətlərinə malik işçi sərəncam
üzrə təkbaşına işləyə bilər.
2.4.2.5. Gərginliyi 1000 V-dan yuxarı
olan elektrik qurğularında sərəncam üzrə
işlərin yerinə yetirilməsinə icazə verilir:
a) kabelin açıldığı və onun
uclarının qısa qapandığı və
torpaqlandığı elektrik mühərriklərində;
b) girişindən şinlər və
kabellər ayrılmış generatorlarda;
c) PQ-lərdə, çəpərləri
qıfılla bağlanmış, irəli sürülmüş
KPQ-lərdə.
2.4.2.6. Elektrik qurğularında elektrik
təhlükəsizliyinə görə III-dən aşağı
olmayan qrupla təkbaşına işləyən
işçilərə sərəncamla aşağıdakı
işləri aparmağa icazə verilir:
a) yağın təmizlənməsi
və qurudulması zamanı yağtəmizləyən və
digər köməkçi aparatlara xidmət;
b) elektrik mühərriklərində və
transformatorların və kompressorların
ventilyatorlarının və yağ nasoslarının mexaniki
hissələrində icra edilən işlər;
c) havatəmizləyici süzgəclərin
yoxlanılması və onlardakı sorbentlərin
dəyişdirilməsi işləri;
ç) pirometrlər və teplovizorlar
vasitəsilə kontakt birləşmələrinin
yoxlanılması işləri;
d) elektrik maşınlarının
titrəyişlərinin ölçülməsi işləri;
e) işdən çıxarılmış
avadanlıqların qurudulması və
təmizlənməsinə nəzarət;
ə) avadanlıqların və PQ-nin
kameralarından kənarda olan çəpərlərin üz
yazılarının yenilənməsi işləri;
f) APQ ərazilərinin
abadlaşdırılması, otların biçilməsi və
təmizlənməsi, yolların və keçidlərin qardan
təmizlənməsi işləri.
2.4.2.7. Elektrik qurğularında elektrik
təhlükəsizliyinə görə II və daha yuxarı qrupla
təkbaşına işləyən işçilərə
sərəncamla aşağıdakı işləri
aparmağa icazə verilir:
a) asan keçilən yerlərdə, günün
işıqlı vaxtında, hava əlverişli olduqda
HX-yə baxış;
b) dayağın vəziyyətinin
qiymətləndirilməsi;
c) ağac dayaqların yerə yaxın
diblərinin çürüməyə görə yoxlanılması;
ç) dayaqlar üzərində daimi
yazıların və təhlükəsizlik nişanlarının
bərpası;
d) cihazlarla naqildən yerə kimi və
mühəndis tikililərinin qabaritlərinin ölçülməsi;
e) dayaq ətrafının quru
bitkilərdən və digər yanar materiallardan
təmizlənməsi;
ə) dirəklərin bərkidici
bandajlarının rənglənməsi.
2.5. Qısamüddətli və təxirəsalınmaz
işlər
2.5.1. Elektrik və ya istilik
qurğularında iş yerinin hazırlanması
nəzərə alınmadan, müddəti 1 saatdan çox olmayan
qısamüddətli və təxirəsalınmaz işləri sərəncam
üzrə həmin qurğuya xidmət edən operativ-təmir
heyəti və ya onun nəzarəti altında təmir
heyəti yerinə yetirə bilər.
2.5.2. İcrası üçün 1 saatdan çox vaxt
tələb edilən və ya nəzarətçi də
qoşulmaqla üç nəfərdən çox işçinin iştirakı
ilə qısamüddətli və təxirəsalınmaz
işlər naryad üzrə aparılmalıdır.
Göstərilən işlər işə
buraxılışdan öncə iş yerinin hazırlanması
üzrə zəruri təşkilati və texniki tədbirlər
yerinə yetirilməklə aparılmalıdır.
2.5.3. Elektrik qurğularında
qısamüddətli və təxirəsalınmaz
işlərə aid edilir:
a) kabellərin, naqillərin,
şinlərin avadanlıqlardan və ya qurğulardan
ayrılması və ya birləşdirilməsi;
b) Gərginliyi 0,4 kV olan HX-nin,
həmçinin bütün siniflərdən olan KX-nin, fazalanması, KX-nin
dövrələrinin tamlığının yoxlanılması,
transformatorun budaqlanmasının çevrilmələri,
yağın nümunəsinin götürülməsi və doldurulması,
yağın təmizlənməsi və qurudulması üçün
aparatın birləşdirilməsi və ayrılması,
cərəyan daşıyan hissələrin
qızmasının və titrəyişlərinin
yoxlanılması, elektrik ölçü kəlbətini ilə
ölçmələr.
2.5.4. Elektrik qurğularında
qısamüddətli işlərə aid edilir:
a) normal işin pozulması
istehlakçıların elektrik qurğularına və elektrik
təchizatına təhlükə yaradan və ya bu cür pozulmaya
gətirib çıxaran nasazlıqların aradan qaldırılması
üzrə işlər;
b) naqillərdən və
şinlərdən kənar əşyaların, HX-nin
naqillərindən yıxılmış ağacların,
budaqların və s. çıxarılması.
2.5.5. Bu Qaydanın 2.5.3 və 2.5.4-cü
yarımbəndlərində göstərilən
fəaliyyətlər üzrə işləri yerinə yetirən
operativ-təmir heyətindən vəzifəcə böyük və
ya təmir heyətinə nəzarətçi 1000 V-dan yuxarı
gərginlikli elektrik qurğularında işləyərkən
elektrik təhlükəsizliyinə görə qrupu IV-dən
aşağı olmamalıdır və gərginliyi 1000
V-dək olan elektrik qurğularında işləyərkən
elektrik təhlükəsizliyinə görə qrupu III-dən
aşağı olmamalıdır.
2.6. Elektrik qurğularında işlər görülərkən
briqadanın tərkibi
2.6.1. Briqada üzvlərinin sayı və
onun tərkibi işçilərin ixtisas dərəcəsi, elektrik
təhlükəsizliyinə görə qrupu, işlərin yerinə
yetirilmə şərtləri və briqada üzvlərinə
nəzarətin təmin edilməsi imkanı nəzərə
alınmaqla, iş icraçısı və ya nəzarət
edən şəxs tərəfindən təyin olunur.
Briqadada hər bir elektrik
təhlükəsizliyi üzrə III və daha yuxarı qrupu olan
işçiyə elektrik təhlükəsizliyi üzrə I qrupu olan bir
işçi təhkim etməyə icazə verilir. Lakin bu halda
elektrik təhlükəsizliyi üzrə I qrupu olan briqada
üzvlərinin sayı üçdən artıq olmamalıdır.
2.6.2. Operativ heyəti növbətçilikdə
olduqda, daha yuxarı vəzifəli operativ heyətin
icazəsilə əməliyyat jurnalında qeyd olunmaqla və
naryadda sənədləşdirməklə təmir
briqadasında işlərə cəlb oluna bilər.
2.6.3. Naryadla işlər yerinə
yetirilərkən briqadanın tərkibini
dəyişməyə naryad verənə və ya həmin
elektrik qurğusunda işlərə naryad vermə hüququna malik
digər işçiyə icazə verilir.
Briqadanın tərkibini
dəyişmə haqqında göstəriş səs rabitəsi
vasitələrindən istifadə etməklə şifahi
və ya kuryer vasitəsilə işəburaxana, iş üzrə
məsul rəhbərə və ya iş icraçısına
verilir. Onlar da öz imzalarının altında dəyişmə
haqqında göstəriş verən şəxsin soyadını
və adını qeyd edirlər.
2.6.4. İş üzrə məsul
rəhbər, iş icraçısı (nəzarətçi) briqada
tərkibinə daxil olunan işçilərlə məqsədli
təlimatlandırma aparırlar.
2.6.5. Təlimatlandırmanın
aparılması iş üzrə məsul rəhbərin, iş
icraçısının (nəzarətçinin) və işçilərin
imzaları və naryad-buraxılışın formasında
edilən qeyd ilə sənədləşdirilir.
2.6.6. İş üzrə məsul
rəhbər və ya iş icraçısı
dəyişdikdə, o cümlədən briqadanın ilkin
tərkibinin yarısından çoxu dəyişdikdə, naryad
yenidən verilməlidir.
2.7. İş yerinin hazırlanması və
işə buraxılış üçün icazənin verilməsi
2.7.1. İş yerinin hazırlanması
və briqadanın işə buraxılışı
yalnız iş yerinin hazırlanması və briqadanın
işə buraxılışı üçün icazə vermə hüququ
olan işçinin icazəsini aldıqdan sonra yerinə yetirilə
bilər.
2.7.2. İş yerinin hazırlanması
və briqadanın işə buraxılışı üçün
icazə iş yerinin hazırlanması və briqadanın
işə buraxılışını yerinə yetirən
işçiyə şəxsən, telefonla, radiorabitə ilə
və ya internetlə, kuryer vasitəsilə və ya operativ
heyət vasitəsilə verilir.
İş yerinin hazırlanması və
briqadanın işə buraxılışı üçün bu cür
icazənin briqadanın iş yerinə gələnə
qədər verilməsinə icazə verilmir.
2.7.3. Briqadanın işə
buraxılışına yalnız bir naryad üzrə icazə
verilir.
2.8. İş yerinin hazırlanması və
işə buraxılış
2.8.1. İş yerinin
hazırlığı üzrə naryadda nəzərdə
tutulmuş tədbirləri dəyişməyə icazə
verilmir, xüsusilə, iş başlayanadək yerinə
yetirilmiş və iş yerində işçiyə
təhlükəli istehsalat amillərinin təsirlərinin
qarşısını almaq üçün texniki tədbirləri
dəyişməyə icazə verilmir.
İş yerinin hazırlığı
və işlərin təhlükəsiz yerinə yetirilməsi
üzrə tədbirlərin kifayət qədər olmasına
və düzgünlüyünə şübhələr yarandıqda iş
yerinin hazırlığı dayandırılmalı,
nəzərdə tutulmuş işlər
təhlükəsizliyə şübhə yaradan texniki
tədbirlərin aradan qaldırılması nəzərdə
tutulmuş yeni naryad verilənə kimi təxirə
salınmalıdır.
2.8.2. İş icraçısı,
işəburaxanın da vəzifəsini yerinə yetirirsə,
bu hallarda iş yerinin hazırlığını o, briqada
üzvlərindən III qrupa malik işçi ilə birlikdə
yerinə yetirir.
2.8.3. İşəburaxan işə
buraxılışdan öncə iş yerinin
hazırlığı üzrə texniki tədbirlərin
yerinə yetirilmə vəziyyətinə şəxsən
baxış keçirməli və texniki tədbirlərin
yerinə yetirilmiş olduğuna əməliyyat jurnalda
edilmiş qeydlər və əməliyyat sxemi üzrə
müəssisənin işlərində iştirak edən operativ
və operativ-təmir heyətinin məlumatları
əsasında əmin olmalıdır.
2.8.4. Məsul rəhbər və iş
icraçısı (nəzarətçi) işə
buraxılışdan öncə işə buraxandan
işlərin yerinə yetirilməsi üçün iş yerini
hazırlayarkən hansı tədbirlərin görüldüyünü
aydınlaşdırmalı və işəburaxanla
birlikdə şəxsən iş yeri hüdudları
çərçivəsində baxış keçirməklə bu
hazırlığın vəziyyətini yoxlamalıdır.
Operativ heyət olmadıqda, onun
icazəsilə işlərin yerinə yetirilməsi üçün iş
yerinin hazırlığını məsul rəhbər
və iş icraçısı müstəqil yerinə yetirə
bilər.
2.8.5. Naryad və sərəncam üzrə
işə buraxılış bilavasitə iş yerində
aparılmalıdır.
İş yerinin hazırlanması
lazım olmayan, sərəncam üzrə
işəburaxılışı iş yerində aparmaq vacib
deyil.
2.8.6. Naryad və sərəncam üzrə
işə buraxılış iş yerinin hazırlığı
yoxlandıqdan sonra aparılır. Bu halda işəburaxan
aşağıdakıları etməyə borcludur:
a) briqada tərkibinin naryadda və ya
sərəncamda göstərilmiş vəsiqələrə
uyğunluğunu yoxlamalıdır;
b) iş yerinin hazırlanması üzrə
məqsədli təlimatlandırma aparmalıdır.
2.8.7. Naryad və sərəncam üzrə
işə başlamazdan öncə elektrik qurğularında
konkret işlərin yerinə yetirilməsi üçün
təhlükəsizlik üzrə göstərişləri nəzərdə
tutan naryadı verən və sərəncam verəndən
briqada üzvünə və ya icraçıya kimi ardıcıl
dövrəni əhatə edən işçilər kateqoriyası üçün
məqsədli təlimatlandırma aparılmalıdır.
Məqsədli təlimatlandırma
aparılmadan işə buraxılışa icazə verilmir.
2.8.8. Naryad üzrə məqsədli
təlimatlandırmanı aparmalıdırlar:
a) naryadı verən şəxs -
işlərin rəhbəri və ya əgər rəhbər
təyin olunmayıbsa, iş icraçısı (nəzarətçi)
ilə;
b) işəburaxan - işlərin
rəhbəri, iş icraçısı (nəzarətçi) və
briqada üzvləri ilə;
c) işlərin rəhbəri - iş
icraçısı (nəzarətçi) və briqada üzvləri ilə;
ç) nəzarətçi - qeyri-elektrotexniki
heyətdən olan briqada üzvləri ilə, onlar
tərəfindən elektrik qurğularında işlər
aparıldıqda.
d) iş icraçısı - briqada
üzvləri ilə.
Naryad verən tərəfindən
aparılan məqsədli təlimatlandırmanın
qeydiyyatı naryad-buraxılışın blankında
sənədləşdirilir, məqsədli təlimatlandırma
və işə buraxılış işəburaxanın,
iş icraçısının (nəzarətçinin), işlər
rəhbərinin və briqada üzvlərinin imzaları ilə
sənədləşdirilir.
2.8.9. Sərəncam üzrə işlər
zamanı məqsədli təlimatlandırmanı
aparmalıdırlar:
a) sərəncamı verən
şəxs - iş icraçısı (nəzarətçi) ilə, iş
yerinə buraxılış tələb olunmayan hallarda
isə - iş icraçısı (nəzarətçi) və briqada
üzvləri ilə;
b) işəburaxan - iş
icraçısı (nəzarətçi) və briqada üzvləri ilə;
c) iş icraçısı - briqada
üzvləri ilə.
Sərəncam üzrə
işləyərkən məqsədli
təlimatlandırmanın sənədləşdirilməsi
qaydası müəssisənin lokal normativ hüquqi aktları ilə
təyin olunur.
2.8.10. Naryadı verən, sərəncam
verən işçi məqsədli təlimatlandırmanı
telefonla da icra edə bilər.
Briqada tərkibinə yeni üzv daxil
edildikdə, bir qayda olaraq, iş icraçısı (nəzarətçi)
təlimatlandırma aparmalıdır.
2.8.11. Naryadı verən, sərəncam
verən işçi, işlərə məsul rəhbər,
iş icraçısı onlar tərəfindən keçirilən
məqsədli təlimatlandırmada elektrik və ya istilik
qurğularında işlər zamanı təhlükəsizlik
məsələləri ilə yanaşı, yükqaldıran
maşın və mexanizmlərdən, alətlərdən
və ləvazimatlardan istifadə etməklə işlərin
təhlükəsiz aparılması texnologiyaları üzrə
dəqiq göstərişlər də verməlidirlər (AZS
587-2011, 2.4. “a”-“Yüklərin
mexanizmlərlə yüklənməsi, boşaldılması
və daşınması”).
2.8.12. Nəzarətçi briqada üzvlərini
elektrik cərəyanı vurması mümkünlüyünü istisna edən,
işlərin təhlükəsiz aparılması
tədbirləri barədə və briqada üzvlərinin elektrik
qurğularının ərazisində hərəkət
qaydaları barəsində təlimatlandırmalıdır.
İş icraçısı briqadanı işlərin
təhlükəsiz icrası texnologiyası, alətlərin
və ləvazimatların istifadəsi məsələləri
ilə təlimatlandırmalıdır.
İş icraçısı məqsədli
təlimatlandırmada briqada üzvlərinə elektrik
cərəyanı vurmasının qarşısını
almaq məqsədilə ətraflı göstərişlər
verməlidir.
2.8.13. İşəburaxan
məqsədli təlimatlandırmada briqada üzvlərini
naryadın və sərəncamın məzmunu ilə
tanış etməli və aşağıdakıları göstərməlidir:
a) iş yerinin sərhədlərini;
b) yönəldilmiş gərginliyin
olmasını (elektrik qurğularında işləyərkən);
c) avadanlığın iş yerinə
yaxın olan avadanlığı və təmir olunan
avadanlığın cərəyan daşıyan
hissələrini və gərginlik altında olub-olmamasından
asılı olmayaraq yaxınlaşmağa icazə
verilməyən qonşu birləşmələri.
2.8.14. Naryad üzrə
işləyərkən məqsədli təlimatlandırmaları,
təlimatlandırmanı aparan şəxslər və
təlimatlandırılan şəxslər bu Qaydada
nəzərdə tutulmuş formada naryadın
cədvəllərində imza etməlidir.
Sərəncam üzrə
işləyərkən məqsədli
təlimatlandırmaları, təlimatlandırmanı aparan
şəxslər və təlimatlandırılan
şəxslər naryad və sərəncamlar üzrə
işlərin uçotu jurnalında
sənədləşdirməlidir.
2.8.15. Məqsədli
təlimatlandırmaları aparmadan və
sənədləşdirmədən briqadanın iş
yerinə buraxılışı qadağandır.
2.8.16. Naryad üzrə işə
buraxılış, naryadın iş icraçısında
(nəzarətçidə) qalan nüsxəsində
sənədləşdirilir.
2.8.17. Daimi operativ heyəti olan elektrik
və ya istilik qurğularında işə
buraxılışın işəburaxan tərəfindən,
digər hallarda isə iş icraçısı tərəfindən
icra edilməsinə icazə verilir.
2.8.18. Sərəncam üzrə işə
buraxılış naryad və sərəncamlar üzrə
işlər jurnalında və əməliyyat jurnalında
qeyd edilməklə sənədləşdirilir.
2.9. İşlərin yerinə yetirilməsinə
nəzarət
2.9.1. İşə
buraxılışdan sonra briqada tərəfindən
təhlükəsizlik tələblərinə riayət
edilməsinə nəzarət iş icraçısına (məsul
rəhbərə, nəzarətçiyə) həvalə olunur.
İş icraçısı (məsul rəhbər,
nəzarətçi) öz işini elə təşkil etməlidir ki,
iş sahəsinin daha təhlükəli işlərin yerinə
yetirildiyi hissəsində olmaqla mümkün qədər bütün briqada
üzvlərinə nəzarəti apara bilsin.
Hər hansı işi yerinə
yetirərkən nəzarətçi və müşahidəçi
vəzifələrini birləşdirməyə icazə
verilmir.
2.9.2. İş icraçısının
(müşahidəçinin) iş yerindən müvəqqəti getmə
zərurəti yarandıqda, əgər onu işlər
rəhbəri, işəburaxan və ya həmin elektrik
qurğusuna naryad vermək səlahiyyəti olan işçi
əvəz edə bilmirsə, iş icraçısı
briqadanı iş yerindən çıxarmalıdır.
İş icraçısının
(müşahidəçinin) iş yerində müvəqqəti
olmaması hallarında (30 dəqiqədən çox olmamaqla) o
özünün olmadığı müddətdə naryadı onu əvəz
edən şəxsə verməlidir.
2.9.3. Gərginliyi 1000 V-dək olan
elektrik qurğularında sərəncam üzrə işlərin
yerinə yetirilməsi zamanı iş icraçısına
müvəqqəti kənarlaşmağa (lakin 30
dəqiqədən çox olmamaqla) icazə verilir.
Bu halda elektrik təhlükəsizliyi
üzrə III-dən aşağı olmayan qrupa malik bir neçə
briqada üzvünün iş yerində qalaraq işlərini davam
etdirməsinə icazə verilir.
2.9.4. Gərginliyi 1000 V-dan yuxarı olan
elektrik qurğularında iş icraçısının
(müşahidəçinin) tək qalması və ya briqada
üzvlərinin iş icraçısı (müşahidəçi) olmadan
qalması qadağan olunur.
Aşağıdakı işlər
istisna olunmuş sayılır:
a) intiqalları digər otaqlara
keçirilmiş açarların, ayırıcıların
tənzimlənməsi;
b) rele mühafizəsi, elektrik
avtomatikası, siqnallama, ölçü, rabitə və digər
qurğuların, ikinci dövrələrin
quraşdırılması və yoxlanılması;
c) güc və nəzarət kabellərinin
çəkilməsi;
ç) sınağı aparılan
avadanlığı müşahidə etmək və kənar
şəxslərə ona yaxınlaşmağın
təhlükəli olduğu barədə
xəbərdarlığı yerinə yetirmək tələb
olunan hallarda yüksək gərginlik verməklə elektrik
avadanlığının sınaqları.
2.9.5. İş icraçısının
icazəsi ilə bir və ya bir neçə briqada üzvünün iş
yerindən müvəqqəti getməsinə icazə verilir. Bu
zaman onları briqada tərkibindən çıxarmaq tələb
olunmur.
Gərginliyi 1000 V-dan yuxarı olan
elektrik qurğularında iş yerində qalan briqada
üzvlərinin sayı iş icraçısı da daxil olmaqla, iki
nəfərdən az olmamalıdır.
2.9.6. İş yerinə qayıdan
briqada üzvləri işə yalnız iş
icraçısının icazəsi ilə başlaya
bilərlər.
Əgər elektrik avadanlığı
olan otaq qıfılla bağlana bilmirsə, briqada üzvləri
qayıdanadək iş icraçısının iş yerini
tərk etmə hüququ yoxdur.
2.9.7. Bu Qaydanın tələblərinin
pozulması aşkarlandıqda və ya işçilərin
təhlükəsizliyi üçün təhlükə yaradan digər hallar
aşkarlandıqda briqada üzvləri iş yerindən
çıxarılmalı, iş icraçısı naryadı
işəburaxana verməlidir.
Yalnız aşkarlanan pozuntular aradan qaldırıldıqdan
sonra ilkin buraxılışın tələblərinə
riayət etməklə briqada iş yerinə buraxıla
bilər.
2.9.8. Briqadanın tərkibini
dəyişmək üçün naryad verənə və ya həmin
elektrik qurğusuna naryad verməyə hüququ olan işçiyə
icazə verilir.
Briqada tərkibində dəyişiklik
edilməsi barədə göstərişin işəburaxana,
məsul rəhbərə və ya iş icraçısına
(müşahidəçiyə) məlumatı rabitə
vasitələri ilə (telefon, radio və ya İnternet
şəbəkəsi) və ya kuryer vasitəsilə verilir.
Bu şəxslər naryadda müvafiq dəyişiklik edir və öz
imzaları ilə göstəriş verənin adı və
soyadını qeyd etməklə təsdiqləyirlər.
Briqada tərkibində dəyişiklik
edildikdə iş icraçısı (müşahidəçi) briqada
tərkibinə daxil edilmiş işçiləri
təlimatlandırmalıdır.
2.9.9. Məsul rəhbərin və ya
işin icraçısının (nəzarətçinin) əvəz
edilməsi, briqadanın tərkibinin yarıdan çoxunun
dəyişdirilməsi və ya iş şərtlərinin
dəyişməsi hallarında naryad yenidən verilməlidir.
2.10. Digər iş yerinə köçürülmə
2.10.1. Briqada üzvlərinin yeni iş
yerinə köçürülməsi iş icraçısında
(nəzarətçidə) olan naryadın nüsxəsində
sənədləşdirilir.
2.10.2. Gərginliyi 1000 V-dan yuxarı olan
elektrik qurğularında, yarımstansiyalarda briqadanın
digər iş yerinə köçürülməsini işəburaxan
həyata keçirir.
Köçürülməni işlər rəhbəri
və ya iş icraçısı (nəzarətçi) da yerinə
yetirə bilər, bir şərtlə ki, naryad verən
belə köçürülməni naryad-buraxılışda qeyd
etməklə onlara həvalə etmiş olsun.
2.10.3. Gərginliyi 1000 V-dək olan
elektrik qurğularında və bir HX-nin, HRX, KX, HİX-nin
müxtəlif iş yerlərindən digər iş
yerlərinə köçürməni naryadda
sənədləşdirmədən iş icraçısı
yerinə yetirə bilər.
2.10.4. Avadanlığı açmadan
işlər görülərkən naryadda
sənədləşdirmə yalnız briqadanın bir
PQ-dən digərinə köçürülməsi zamanı tələb
olunur.
2.10.5. Bütün elektrik və ya istilik
qurğularında sərəncam üzrə
işləyərkən digər iş yerinə köçürülmənin
sənədləşdirilməsi tələb olunmur.
2.11. İşdə fasilələrin
rəsmiləşdirilməsi, təkrar işə buraxılış
2.11.1. İşin başa çatması
ilə əlaqədar işdə fasilə zamanı briqada
iş yerindən çıxarılmalıdır.
İş günü ərzində işdə
fasilələr zamanı (nahar, işlərin icrası
şərtləri üzrə) briqada iş yerini tərk edir,
otaqların qapıları qıfıllanaraq bağlanır.
Təhlükəsizlik plakatları,
çəpərlər, bayraqcıqlar,
quraşdırılmış torpaqlanmalar çıxarılmır
(qoşulmuş torpaqlanma bıçaqları açılmır).
2.11.2. İş icraçısı
(nəzarətçi) naryadı işəburaxana verməyə
borcludur, o olmadıqda isə, naryadı onun üçün
ayrılmış yerdə qoymalıdır (məsələn,
qüvvədə olan naryadlar üçün papkada). Daimi operativ heyəti
olmayan elektrik qurğularında iş icraçısına
(nəzarətçiyə) iş günü başa çatdıqda naryadı
özündə saxlamağa icazə verilir.
İş icraçısı
(nəzarətçi) işin başa çatdığını
özündə olan naryad nüsxəsində imzası ilə
sənədləşdirir.
2.11.3. Naryad iş icraçısında
(nəzarətçidə) qalır.
Briqada üzvlərinin fasilədən sonra
iş icraçısı (nəzarətçisi) olmadan iş yerinə
qayıtmağa ixtiyarı yoxdur.
Bu fasilədən sonra işçilərin
işə buraxılışını naryadda
sənədləşdirmə aparmadan iş icraçısı
(nəzarətçi) yerinə yetirir.
2.11.4. Sonrakı günlərdə
hazırlanmış iş yerinə təkrar işə
buraxılışı işəburaxan və ya onun
icazəsilə işlər rəhbəri həyata keçirir. Bu
halda vəzifəcə yuxarı olan operativ heyətin
icazəsi tələb olunmur.
İş icraçısı
(nəzarətçi) işəburaxanın icazəsilə
briqadanı hazırlanmış iş yerinə buraxa
bilər, bir şərtlə ki, bu
naryad-buraxılışın müvafiq sətrində qeydlə
ona həvalə edilmiş olsun.
Növbəti gün işlərə yenidən
başladıqda, iş icraçısı (nəzarətçi) onlar
tərəfindən iş yerində saxlanılan
təhlükəsizlik plakatlarının, çəpərlərin, bayraqcıqların,
həmçinin quraşdırılmış torpaqlanmaların
(qoşulmuş torpaqlanma bıçaqlarının)
tamlığına və sazlığına əmin olmalıdır
və briqadanı işə buraxmalıdır.
2.11.5. Əgər işdən kənar
vaxtlarda işlərin təhlükəsiz icrası üzrə
şərait dəyişilərsə, işəburaxan və
ya naryad verən şəxs tərəfindən briqadanın
işəburaxan və ya iş icraçısı
tərəfindən iş yerinə
buraxılışının qarşısını almaq üçün
tədbirlər görülməlidir.
2.12. İş yerinin təhvil-təslimi,
naryad-buraxılışın bağlanması, işin
tamamlanmasından sonra göstərişlər
2.12.1. İş tam başa çatdıqdan
sonra briqada iş yerini səliqəyə salmalıdır.
İşin rəhbəri iş yerini
iş icraçısından qəbul edərək onun tam və
etibarlı yerinə yetirilməsini, iş yerində kənar
əşyaların mövcud olmadığını və iş
yerlərinin lazımi təmizliyini yoxlayır və sonra
vaxtı və tarixi qeyd etməklə naryadın müvafiq
sətrini imzalayır.
Zərurət yaranarsa, iş yerinin
qəbulu və naryadın işin tam qurtarması
sətrində işin rəhbərinin əvəzinə
naryadı verən və ya vaxtını uzadan şəxs
imzalaya bilər.
2.12.2. İş tam qurtardıqdan sonra
iş icraçısı (nəzarətçi) briqadanı iş
yerindən çıxarmalı, texnoloji təchizatı
yığışdırmalı (briqada tərəfindən
quraşdırılmış çəpərlər, əldə
daşınan təhlükəsizlik plakatları, bayraqcıqlar
və səyyar torpaqlanmaları (torpaqlanma
bıçaqlarını açmalı), elektrik qurğusunun
qapılarını qıfılla bağlamalı və
naryadda öz imzası ilə işin tam qurtarmasını
sənədləşdirməlidir.
İşin rəhbəri iş yerini
yoxladıqdan sonra işin tam qurtarmasını naryadda
sənədləşdirir.
2.12.3. İş icraçısı
(nəzarətçi) işəburaxana, o olmadıqda isə iş
yerinin hazırlanmasına və işəburaxılışa
icazə verənə işin tam qurtarması haqqında və
onlar tərəfindən bu Qaydanın təhlükəsizlik
tələblərini yerinə yetirdikləri barədə
məlumat verməlidir.
2.12.4. İşin tam qurtarmasının
sənədləşdirilməsindən sonra iş
icraçısı (nəzarətçi) iş yerini və naryadı
işəburaxana təhvil verməlidir, o olmadıqda isə
naryadı bunun üçün ayrılan yerdə saxlamalıdır.
2.12.5. Əgər işin tam
qurtarmasından sonra naryadın verilməsi
çətinləşərsə, işəburaxanın və ya
iş yerinin hazırlanmasına icazə verən şəxsin
icazəsi ilə iş icraçısı (nəzarətçi)
naryadı özündə saxlaya bilər.
2.12.6. Bu halda, şəxs həmçinin
iş icraçısı və işəburaxanın
vəzifəsini eyni zamanda daşıyırsa, o naryadı
növbəti gündən gec olmayaraq daimi operativ heyətin naryadın
bir nüsxəsinin qaldığı naryadların uçotunu aparan
və uzaqda yerləşən sahə inzibati-texniki
heyətinin naryad verən üzvünə təqdim etməlidir.
2.12.7. İşin tam qurtarması ilə
bağlı sənədləşdirilmiş naryadı
aldıqdan sonra işəburaxan iş yerinə baxış
keçirməli, iş yerinin hazırlanmasına və işə
buraxılışa icazə verən şəxsə işin
tam qurtarması və elektrik qurğularının qoşula
biləcəyi mümkünlüyü barədə məlumat verməlidir.
2.12.8. Bağlanmış
naryad-buraxılış struktur bölməsinin
rəhbərində saxlanılır.
Naryad-buraxılışın saxlanma
müddəti yüksək təhlükəli işlərin növlərinin
aparılması üçün konkret reqlamentləşdirilmiş normativ
hüquqi aktlara müvafiq olaraq təyin olunur.
2.13. İşlərin tam bitirilməsindən sonra
elektrik qurğusunun qoşulması
2.13.1. Elektrik qurğusunu qoşmağa
yalnız iş yerinin hazırlanması və
buraxılış üçün icazə verən şəxsə və
ya onu əvəz edən işçiyə, bu icazəni
(sərəncamı) aldıqdan sonra icazə verilir.
2.13.2. Elektrik qurğusunun
qoşulmasına icazə (sərəncam) yalnız
işlərin tam bitməsi və elektrik qurğusunda
işə buraxılış üçün icazələri olan bütün
buraxılış verənlərdən elektrik qurğusunu
qoşa bilmək imkanı barədə məlumatın
alınmasından sonra verilə bilər.
2.13.3. İşlərin
tamamlanmasından sonra elektrik qurğusunun qoşulmasına
icazə (sərəncam) almış operativ-təmir heyəti
işçisi qoşmadan öncə elektrik qurğusunun qoşulmaya
hazır olmasına əmin olmalıdır və:
a) iş yerində alətlər,
vasitələr, yad əşyalar və s. olmamasını
yoxlamalıdır;
b) operativ-təmir heyəti
tərəfindən iş yerlərinin hazırlığı
zamanı quraşdırılan müvəqqəti
çəpərləri, daşınan təhlükəsizlik plakatlarını
və torpaqlanmaları (torpaqlanma bıçaqlarını)
çıxarmalıdır;
c) daimi çəpərləri bərpa
etməlidir.
2.13.4. Buraxılış verənə,
elektrik qurğularında işlər bitirildikdən sonra onu
icazə və ya sərəncam almadan qoşmaq üçün hüquq
verilə bilər.
Belə qoşulmaya yalnız o halda hüquq
verilə bilər ki, həmin elektrik qurğusunda və ya onun
sahələrində işlərə başqa briqadalar
buraxılmış olsun.
Belə qoşulma üçün hüququn verilməsi
naryad-buraxılışın müvafiq sətrində
yazılı qeyd olunmalıdır.
2.13.5. Qəza hallarında
operativ-təmir heyəti və ya işə buraxan işə
təmirdən çıxarılmış elektrik qurğusunu
və ya elektrik avadanlığını briqadanın
yoxluğu zamanı işlərin tam bitirilməsinə
qədər qoşa bilər, bir şərtlə ki, işin
icraçısı gələnə kimi və ya onun naryadı geri
qaytarmasına qədər iş yerlərində işin
icraçısını və ya briqada üzvlərini elektrik
qurğusunun qoşulması və işə davamının
qadağan olunması barədə məlumat verməli olan
işçilər yerləşdirilsin.
2.14. Cari istismar qaydasında icra olunan işlərin təşkil
olunması
2.14.1. Cari istismar qaydasında
əlavə göstərişlər, sərəncam və
məqsədli təlimatlandırma tələb olunmadan
yerinə yetirilən işlər daim icazə verilən işlər
siyahısına daxil edilmiş işlər sayılır.
2.14.2. Cari istismar qaydasında yerinə
yetirilən işləri sənədləşdirərkən
nəzərə almaq lazımdır:
a) işləyənlərin ixtisası,
onların say tərkibi;
b) təhlükəsizliyin təmin
edilməsi şərtləri və konkret işlərin
təkbaşına yerinə yetirilmə imkanları;
c) elektrik qurğusunun tam və ya onun
ayrıca elementlərinin texnoloji prosesdə və ya
müəssisənin elektrik təchizatı sistemində vaciblik
dərəcəsi.
2.14.3. Cari istismar qaydasında yerinə
yetirilən işlərin siyahısında olmalıdır:
a) konkret operativ-təmir heyəti
tərəfindən yerinə yetirilməsinə icazə
verilmiş işlərin növünü təyin edən göstəriş;
b) cari istismar qaydasında yerinə
yetirilən işlərin qeydiyyatı qaydası (işin
əməliyyat jurnalında qeyd edilməsi yolu ilə
sənədləşdirilməsi, özündən yuxarı
operativ-təmir heyətinə işin yeri və xüsusiyyəti,
başlanması və bitməsi və s. ilə bağlı
məlumat verilməsi).
2.14.4. Gərginliyi 1000 V-dək olan
elektrik qurğularında cari istismar qaydasında yerinə
yetirilən işlərə aid edilməlidir:
a) elektrik mühərriklərinin
naqillərini, elektrik şəbəkələrinin
hissələrini və digər avadanlıqları
qidalandıran kabellərin ayrılması və
birləşdirilməsi;
b) maqnit işəsalanların, avtomat
açarların, kəsicilərin, kontaktorların, idarəetmə
düymələrinin, digər analoji işəsalma və
kommutasiya aparatlarının, onların idarəetmə
lövhələrinə və yığmalarına
quraşdırılmaması şərtilə təmiri;
c) bəzi elektrik qəbuledicilərinin
(elektrik mühərrikləri, elektrik çıraqları, elektrik
qızdırıcıları və sair) təmiri;
ç) ayrıca yerləşdirilmiş maqnit
stansiyalarının və idarəetmə bloklarının
təmiri, elektrik maşınlarının aparatlarının
fırçalarına xidmət;
d) 2,5 m-dən çox olmayan hündürlükdə
yerləşən qoruyucuların dəyişdirilməsi,
işıqlandırma elektrik naqillərinin və
armaturlarının təmiri, çıraqların
lampalarının dəyişdirilməsi və
təmizlənməsi;
e) elektrik sayğaclarının,
digər elektrik ölçü cihazlarının və ölçü
vasitələrinin çıxarılması və
quraşdırılması;
ə) təhkim olunmuş elektrik
qurğularında yerinə yetirilən digər işlər.
2.14.5. Cari istismar qaydasında yerinə
yetirilən işlərin siyahısında təkbaşına
yerinə yetirilə bilən işlər də
göstərilməlidir.
2.14.6. Cari istismar qaydasında yerinə
yetirilən işlərin aparılmasını təşkil
edərkən iş yerinin hazırlanması sonradan
lazımı işləri yerinə yetirəcək
işçilər tərəfindən icra olunur.
2.15. Kənar müəssisələrin işlərin
yerinə yetirilməsinə buraxılışı
2.15.1. İşlər başlayana
qədər istismarçı və kənar müəssisə (KM)
tərəfindən birlikdə fəaliyyətdə olan
elektrik və ya istilik qurğularında və elektrik və ya
istilik veriliş şəbəkəsinin mühafizə
zonasında işlərin təhlükəsiz aparılması
şəraitlərini təmin edən tədbirlər
işlənib hazırlanmalıdır.
2.15.2. KM-nin işçiləri işi
yerinə yetirməyə başlamazdan öncə, onların
görəcəyi işlərə müvafiq olaraq elektrik və ya
istilik qurğularının xüsusiyyətləri nəzərə
alınmaqla, qüvvədə olan qanunvericiliyin tələbi
ilə əməyin mühafizəsi üzrə
təlimatlandırmadan keçməlidir.
2.15.3. Fəaliyyətdə olan elektrik
qurğularında elektrik verilişi xəttinin mühafizə
zonasında işlər başlayana qədər istismarçı
müəssisə kənar müəssisəyə
aşağıdakıları təqdim etməlidir:
a) işlərin məzmununu, həcmini
və icra müddətini, istifadə olunan mexanizmləri,
alətləri və texnikanı;
b) naryad-buraxılış
verməyə, işlərin rəhbəri və
icraçısı olmağa hüququ olan, istismarçı
müəssisənin işəburaxan nümayəndəsi olmağa
yol verilən işçilərin siyahısını.
2.15.4. İstismarçı müəssisə,
elektrik və ya istilik qurğularında kənar
müəssisənin heyəti işlədiyi halda, iş
yerində zərərli və təhlükəli amillərdən
əməyin mühafizəsini təmin etməyə, həmçinin
müvafiq qurğularda işləyərkən təhlükəsizlik
üzrə tələblərin yerinə yetirilməsinə görə
cavabdehdir.
2.15.5. Kənar müəssisə öz
işçilərinin elektrik təhlükəsizliyi üzrə ixtisas
dərəcələrinin və qruplarının görülən
işə uyğunluğuna, həmçinin onların bu
Qaydanın və NHA əməyin mühafizəsi və
təhlükəsizliyi üzrə tələblərə riayət
etmələrinə görə məsuliyyət
daşıyır.
3. İstehlakçıların və elektrik
şəbəkələrinin elektrik qurğularını
istismar edərkən təhlükəsizlik texnikası qaydası
3.1. Gərginliyi çıxarmaqla yerinə yetirilən
işlərin təhlükəsizliyini təmin edən texniki
tədbirlər
3.1.1. Açılmalar
3.1.1.1. Elektrik qurğularında
gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin
icrasının təhlükəsizliyini təmin etmək üçün
aşağıda göstərilmiş qaydada texniki tədbirlər
yerinə yetirilməlidir:
a) zəruri açılmalar
aparılmalıdır;
b) kommutasiya aparatlarının səhv
və ya özbaşına qoşulması nəticəsində
iş yerinə gərginlik verilməsinin
qarşısını alan tədbirlər görülməlidir;
c) kommutasiya aparatlarının əl
intiqallarına və məsafədən idarəetmə
açarlarına qadağanedici plakatlar asılmalıdır;
ç) torpaqlanmalı olan cərəyan
daşıyan hissələrdə gərginliyin olmaması
yoxlanılmalıdır;
d) torpaqlanma qoyulmalıdır (torpaqlanma
bıçaqları qoşulmalıdır, onların
olmadığı yerlərdə səyyar torpaqlanma qurğusu
quraşdırılmalıdır);
e) “torpaqlanma” göstərici plakatları
asılmalıdır;
ə) lazım olarsa, iş yerləri
və gərginlik altında qalan cərəyan daşıyan
hissələr çəpərlənməli və
təhlükəsizlik plakatları asılmalıdır.
3.1.1.2. Elektrik qurğularında
işlərin icrasının konkret şərtlərindən
asılı olaraq, torpaqlanma qoyulmadan öncə və ya sonra
cərəyan daşıyan hissələr çəpərlənməlidir.
3.1.1.3. İş yerlərini
hazırlayarkən gərginliyi çıxarılmış
cərəyan daşıyan hissələrdə
aşağıdakılar açılmalıdır:
a) işlər aparılacaq
cərəyan daşıyan hissələr;
b) şəxslərin, yükqaldıran
maşın və mexanizmlərin “Gərginlik altında olan
cərəyandaşıyıcı hissələr arasında
icazə verilə bilən məsafələr”-ə müvafiq yol
veriləndən yaxın məsafədə səhvən
yaxınlaşması mümkün olan çəpərlənməmiş
cərəyan daşıyan hissələri”;
c) intiqalları qidalandıran
idarəetmə dövrələri;
ç) təmir olunan HX ilə birgə
asılmış HRX (radiofikasiya).
3.1.1.4. Gərginliyi 1000 V-dan yuxarı
olan elektrik qurğularının işlər aparılan
yerlərinə kommutasiya aparatları vasitəsilə
gərginlik verilə biləcək hər tərəfdə
gözlə görünən qırılma olmalıdır. Bu
qırılmalar ayırıcılar açılmaqla və bu
Qaydanın 3.2.5.1 və 3.2.5.2-ci yarımbəndlərinə
müvafiq KPQ şkaflarından araba irəli çəkilməklə,
qoruyucular çıxarılmaqla, ayıranlar açılmaqla,
aparatların özlərində quraşdırılmış
avtomatik qoşulması yay ilə həyata keçirilən yük
açarları istisna olmaqla, yük açarlarını açmaqla,
naqilləri, kabelləri və şinləri ayırmaqla
yerinə yetirilə bilər. Elektrik qurğusunun iş üçün
ayrılmış sahəsi ilə əlaqəli güc
transformatorları və cərəyan transformatorları
açılmalı və əks transformasiya ilə gərginlik
verilməsi imkanlarını istisna edən tədbirlər
yerinə yetirilməlidir.
Gərginliyi 10 kV olan HX-də
işləyərkən gərginliyi 10/0,4 kV olan
transformatorların açılması haqqında qərarı
naryadı verən şəxs qəbul edir.
Əl ilə (mexaniki) idarə olunan
ayırıcıların və yük açarlarının
açılmasından sonra vizual yoxlamaqla onların
açılmış vəziyyətdə olmalarına və
şuntlayıcı aralıq bəndin olmamasına əmin
olmaq lazımdır.
3.1.1.5. Gərginliyi 1000 V-dan yuxarı
olan elektrik qurğularında kommutasiya aparatları
vasitəsilə iş yerinə gərginlik verə
biləcək səhv və ya özbaşına
qoşulmaların qarşısını almaq üçün
aşağıdakı tədbirlər görülməlidir:
a) yük ayırıcılarının,
aralayıcılarının, açarlarının əl
intiqalları açılmış vəziyyətdə mexaniki
qıfılla bağlanmalıdır;
b) əməliyyat ştanqı ilə
idarə olunan ayırıcıların stasionar çəpərləri
qıfılla bağlanmalıdır;
c) məsafədən idarə olunan
kommutasiya aparatlarının intiqallarının güc
dövrələri və idarəetmə dövrələri
açılmalıdır, pnevmatik intiqallarında isə, bundan əlavə,
sıxılmış hava boru xətlərində
siyirmələr bağlanmalı və mexaniki
kilidlənməlidir, sıxılmış hava
buraxılmalıdır, bu zaman, buraxıcı klapan açıq
vəziyyətdə qalmalıdır;
ç) yüklü və ya yaylı intiqallarda,
qoşan yük və ya qoşan yaylar işlək olmayan
vəziyyətə gətirilməlidir;
d) müvafiq qadağanedici plakatlar
asılmalıdır.
3.1.1.6. KPQ-nin kommutasiya
aparatlarının səhv və ya özbaşına
qoşulmalarının qarşısını almaq üçün
irəliyə sürülən arabacıqda bu Qaydanın 3.2.5.1 və
3.2.5.2-ci yarımbəndlərinə müvafiq təhlükəsizlik
tələbləri yerinə yetirilir.
3.1.1.7. Gərginliyi 1000 V-dək olan
elektrik qurğularında işlər aparılacaq
cərəyan daşıyan hissələrin bütün
tərəflərindən əl ilə (mexaniki) idarə olunan
intiqallı kommutasiya aparatları vasitəsilə gərginlik
çıxarılmalıdır, sxemdə qoruyucular olarsa,
qoruyucuları çıxarmaq yolu ilə gərginlik
çıxarılmalıdır. Sxemdə qoruyucular olmadıqda,
kommutasiya aparatlarının səhv və ya özbaşına
qoşulmalarının qarşısının
alınması, şkafın dəstəyinin və ya
qapısının bağlanması, düymələrin
bağlanması, kommutasiya aparatının kontaktları
arasında izoləedici taxmaların qurulması və digər
bu kimi tədbirlər vasitəsilə yerinə
yetirilməlidir. Məsafədən idarə olunan kommutasiya
aparatları vasitəsilə gərginlik çıxarılarkən
ondan əməliyyat cərəyanı
çıxarılmalıdır.
Yuxarıda sadalanan tədbirlər
kommutasiya aparatlarından və ya iş aparılacaq
avadanlıqdan kabelin, naqillərin ayrılması ilə
əvəzlənə bilər.
Bundan əlavə müvafiq qadağanedici
plakatlar asılmalıdır.
3.1.1.8. Kontaktlarına baxış üçün
əlçatan olmayan gərginliyi 1000 V-dək olan kommutasiya
aparatlarının açılmış vəziyyəti
(sürüklənməyən avtomatlar, paket açarlar, qapalı
vəziyyətdə olan kəsicilər və s.) onların
sıxaclarında və ya ayrılan şinlərində,
naqillərdə və ya bu kommutasiya aparatları
vasitəsilə qoşulan avadanlıqların
sıxaclarında gərginliyin olmamasının yoxlanması
ilə təyin olunur.
3.1.2. İş yerlərinin çəpərlənməsi
3.1.2.1. Gərginlik altında olan
cərəyan daşıyan hissələri müvəqqəti
çəpərləmək üçün, izoləedici materiallardan
hazırlanmış lövhələr, ekranlar və s. istifadə
oluna bilər.
Gərginliyi çıxarmadan müvəqqəti
çəpərlər quraşdırılarkən gərginlik
altında olan cərəyan daşıyan
hissələrədək məsafə bu Qaydanın 2 nömrəli
əlavəsində “Gərginlik altında olan
cərəyandaşıyıcı hissələr arasında
icazə verilə bilən məsafələr”-də qeyd
ediləndən az olmamalıdır.
Gərginliyi 6-10 kV olan elektrik
qurğularında, zərurət yarandıqda, bu məsafə
0,35 m-dək qısaldıla bilər.
3.1.2.2. Müvəqqəti
çəpərlərin üzərində “DAYAN! GƏRGİNLİK!”
yazısı olmalıdır.
3.1.2.3. Gərginliyi 10 kV-a qədər
olan elektrik qurğularında cərəyan daşıyan
hissələri lövhələrlə çəpərləmək
mümkün olmadıqda, açılmış və gərginlik
altında olan cərəyan daşıyan hissələrin
arasında (məsələn, açılmış kəsici
və ayırıcının kontaktları arasında)
izolyasiya taxmalarının tətbiq edilməsinə icazə
verilir. Bu izolyasiya taxmaları gərginlik altında olan
cərəyan daşıyan hissələrə toxuna bilər.
3.1.2.4.
İzolyasiya taxmalarını ən azı IV və ya III
elektrik təhlükəsizlik qrupuna malik olan iki işçi
quraşdırmalı və çıxarmalıdır. IV-dən
aşağı olmayan elektrik təhlükəsizlik qrupuna malik
şəxs operativ-təmir heyətindən olmalıdır.
Taxmalarla əməliyyat zamanı dielektrik əlcəklərdən,
izoləedici ştanqlardan yaxud kəlbətindən, qoruyucu eynəklərdən
istifadə etmək lazımdır.
3.1.2.5. APQ-də yer səthindən, yaxud
özül və ayrıca konstruksiyada quraşdırılmış
avadanlıqda işlər aparılarkən iş yeri
üzərində çəpərlənmiş sahənin daxilinə
yönələn “DAYAN! GƏRGİNLİK” plakatları
asılmalı, kəndirlə, yaxud bitki mənşəli
və ya sintetik lifli iplə çəpərlənməlidir
(nəqliyyat və piyada keçidlər saxlanılmaqla).
3.1.2.6. Kəndiri asmaq üçün
çəpərlənmiş məkandan kənarda olan, iş yeri
məkanına daxil olmayan konstruksiyalardan istifadə
etməyə icazə verilir.
3.1.2.7. Xətti ayırıcılar
istisna olmaqla, APQ-dən gərginlik tam çıxarıldıqda
bütün ayırıcılar “DAYAN! GƏRGİNLİK!”
plakatları asılmış kəndirlə
çəpərlənməlidir.
3.1.2.8. APQ-də sərəncam üzrə
ikinci dövrələrdə işləyərkən iş
yerlərini çəpərləmək tələb olunmur.
3.1.2.9. İş vaxtı heyətə
iş yeri hazırlanarkən quraşdırılmış
plakatların yaxud müvəqqəti çəpərlərin
naryadın “Ayrıca göstərişlər” sətrində
göstərilmiş halları istisna olmaqla, yerini
dəyişmək və ya onları
yığışdırmaq qadağandır.
3.1.3. Təhlükəsizlik plakatlarının
asılması
3.1.3.1. Təhlükəsizlik
plakatlarını müvafiq qurumların qəbul etdiyi normativ
sənədlərə uyğun olaraq tətbiq etmək
lazımdır.
3.1.3.2. İş yerinə gərginliyin
verilməsini istisna etmək üçün üzərində “QOŞMA!
ADAMLAR İŞLƏYİR!” plakatı asılmalıdır:
a) əl ilə idarə olunan
ayırıcıların, aralayıcıların və yük
açarlarının intiqallarında (intiqalların
dəstəyində);
b) məsafədən və yerli
idarəetmə açarlarının və düymələrinin,
həmçinin, kommutasiya aparatlarının intiqallarının
idarəetmə dövrələrinin və güc dövrələrinin
avtomatları və ya çıxarılmış qoruyucuları
üzərində;
c) gərginliyi 1000 V-dək olan kommutasiya
aparatlarının (avtomat açarların və kəsicilərin)
üzərində;
ç) çıxarılmış qoruyucularda -
kommutasiya aparatları (avtomat açarları və
kəsiciləri) olmayan gərginliyi 1000 V-dək olan
qoşulmalarda;
d) birqütblü ayırıcılarda - hər
bir qütbün intiqalında;
e) hasarlarda – əməliyyat
ştanqı ilə idarə olunan ayırıcılarda;
ə) KPQ-da – bu Qaydanın 3.2.5.1 və
3.2.5.2-ci yarımbəndlərinin tələblərinə
uyğun olaraq.
3.1.3.3. Kommutasiya aparatlarının
intiqalları, həmçinin HX və KX-də işləmək
üçün açılması istifadə olunan kommutasiya
aparatlarının açarlarında və düymələrində
işləyən briqadanın sayından asılı olmayaraq
“QOŞMA! XƏTDƏ İŞLƏR GEDİR” sözləri qeyd
olunan bir plakat asılır. Bu plakat iş yerinin
hazırlanmasına icazə verən və xətdə
işləyən briqadaların sayının uçotunu aparan
operativ heyətin göstərişi əsasında asılır
və çıxarılır.
3.1.3.4. Açarların pnevmatik
intiqallarına havanın girişini bağlayan
siyirmələrin üzərində “AÇMA! ADAMLAR
İŞLƏYİR” plakatı asılmalıdır.
3.1.3.5. Elektrik qurğularında
kommutasiya aparatlarının intiqallarında, həmçinin
kommutasiya aparatlarının qoşulanda elektrik qurğusunun
torpaqlanma sahəsinə gərginlik verilə bilən
idarəetmə açarlarında və düymələrində
“TORPAQLANIB” plakatı asılmalıdır.
3.1.3.6. APQ-nin konstruksiyasının
üzəri ilə iş yerindən gərginlik altında olan
sahələrinin sərhədinədək getmək mümkün olan
sahələrində yaxşı görünən “DAYAN!
GƏRGİNLİK” plakatı asılmalıdır. Bu
plakatları təmir heyətindən elektrik
təhlükəsizliyi üzrə III-dən aşağı olmayan
qrupa malik işçi, işəburaxanın rəhbərliyi
altında quraşdıra bilər.
3.1.3.7. Üzəri ilə elektrik
qurğusunun gərginlik altında olan hissələrinə
və qalxmaq mümkün olan və onunla həmsərhəd
qalxmağa icazə verilmiş qonşu konstruksiyalarda aşağıda
“QALXMA! ÖLDÜRƏR!” plakatı asılmalıdır.
3.1.3.8. İş aparmaq üçün üzəri
ilə qalxmağa icazə verilmiş stasionar
nərdivanların və konstruksiyaların üzərində
“BURADAN QALXMAQ” plakatı asılmalıdır.
3.1.3.9. Elektrik qurğularında HX və
KX-dən başqa hazırlanmış iş yerlərində
”BURADA İŞLƏMƏLİ” plakatı
asılmalıdır.
3.1.4. Gərginliyin olmamasının yoxlanılması
3.1.4.1. Gərginliyin olmamasını
gərginlik göstəricisi vasitəsilə yoxlamaq
lazımdır. Gərginlik göstəricisinin sazlığı,
öncədən bu məqsədlər üçün nəzərdə
tutulmuş xüsusi cihazlarla və ya gərginlik altında olan
cərəyan daşıyan hissələrə
yaxınlaşdırmaqla yoxlanılmalıdır.
3.1.4.2. Gərginliyi 1000 V-dan yuxarı
olan elektrik qurğularında gərginlik
göstəricilərindən istifadə elektrik izoləedici
əlcəklər və onunla birlikdə üzü mühafizə
vasitələri ilə həyata keçirilməlidir.
3.1.4.3. Gərginliyi 35 kV və daha
yüksək olan elektrik qurğularında gərginliyin
olmamasının yoxlanması üçün izoləedici ştanqlardan
istifadə etmək olar. Bunun üçün ştanqı cərəyan
daşıyan hissəyə bir neçə dəfə toxundurmaq
lazımdır. Qığılcım və titrəyişin
olmaması gərginliyin olmaması əlaməti
sayılır.
Gərginliyi 330 kV və daha yuxarı
olan birdövrəli HX-də taclanmanın olmaması gərginliyin
olmaması üçün kifayətdir.
3.1.4.4. Gərginliyi 1000 V-dan yüksək
olan elektrik qurğularında gərginliyin olmamasının
yoxlanmasını operativ, yaxud operativ-təmir heyətindən
elektrik təhlükəsizliyi üzrə qrupu ІV-dən,
gərginliyi 1000 V-dək olan elektrik qurğularında isə
ІІІ-dən aşağı olmayan bir
nəfərin yerinə yetirməsinə icazə verilir.
3.1.4.5. HX-də gərginliyin
olmamasının yoxlanmasını iki nəfər yerinə
yetirməlidir: gərginliyi 1000 V-dan yüksək olan HX-də
elektrik təhlükəsizliyi üzrə qrupu ІV-dən və
ІІІ-dən, gərginliyi 1000 V-dək olan HX-də
isə ІІІ-dən aşağı olmayan
şəxslər yerinə yetirməlidirlər.
3.1.4.6. Yerində sxemi yoxlamaqla və ya
bilavasitə avadanlıqda gərginliyin olmamasının
yoxlanmasına icazə verilir:
a) xüsusi gərginlik göstəriciləri
olmayan hallarda, açıq tipli KPQ, komplekt transformator
yarımstansiyası (KTYS), yağ transformator
yarımstansiyası (YTYS) və dayaq transformator
yarımstansiyası (DTYS), duman və yağışda, qar
yağanda, APQ və HX-də, həmçinin konstruktiv
xüsusiyyətləri (hermetikliyi, izolə olunmuş
cərəyan daşıyıcı hissələri)
gərginlik göstəriciləri vasitəsilə gərginliyin
olmamasını yoxlamağa imkan verməyən elektrik
qurğuları;
b) gərginliyi 330 kV olan APQ-lərdə
və gərginliyi 330 kV və daha yuxarı olan ikidövrəli
HX-də.
3.1.4.7. Operativ növbətçi birbaşa
operativ idarəçiliyində olan HX və KX-nin
girişlərində gərginliyin olmamasının sxem
üzrə yoxlanılmasını təsdiqləyir.
HX-də sxem üzrə yoxlamalar, xəttin
istiqaməti və xarici əlamətlərinin
yoxlanışından, həmçinin, dayaqlarda
işarələrin xəttin dispetçer adlarına
uyğunluğunun yoxlanmasından ibarətdir.
3.1.4.8. Cərəyan daşıyan
hissələri hermetik və izolə olunmuş elektrik
qurğularında sxemin yoxlanışı operativ
yazıların seçilmiş istiqamətinin
yoxlanışından, həmçinin kommutasiya aparatının
açılmış vəziyyətinin yoxlanışından, o
cümlədən xəttin gərginlik verilə bilən əks
tərəfindən yoxlanışdan ibarətdir. Kommutasiya
aparatının açılmış vəziyyətinin
yoxlanışı, hərəkətli kontaktlarla möhkəm
əlaqəli, intiqalın valının vəziyyətinin
mexaniki göstərişi əsasında, həmçinin gərginlik
bölücüsü vasitəsilə cərəyan daşıyan
hissələrlə elektrik əlaqəsi olan xüsusi
düzəldilmiş yuvalarda gərginliyin olmamasının
yoxlanışı ilə yerinə yetirilir
3.1.4.9. Gərginliyi 6 - 10 kV olan HX-də
gərginliyin olmamasının yoxlanışını,
işçi hissəsinin torpaqlanması tələb olunmayan
gərginlik göstəricisi vasitəsilə yerinə yetirmək
lazımdır.
3.1.4.10. HX-də müxtəlif
səviyyələrdə asılmış naqillərdə
gərginliyin olmamasını, gərginlik göstəricisi və
ya izoləedici ştanq vasitəsilə, yoxlanışını
aşağıdakı naqildən başlayaraq aparmaq
lazımdır. Üfüqi asılma olduqda yoxlanışı
yaxın kənar naqildən başlamaq lazımdır.
3.1.4.11. Neytralı izolə olunmuş
gərginliyi 1000 V-dək olan elektrik qurğularında ikiqütblü
göstəricidən istifadə olunduqda, gərginliyin
olmamasının yoxlanışını həm fazalar
arasında, həm də hər bir faza ilə torpaqlanma
(sıfırlayıcı) naqili arasında aparmaq
lazımdır.
Gərginliyin olmamasının
yoxlanışı üçün nəzarət lampalarından
istifadə etmək qadağandır.
3.1.4.12. Aparatın açılmış
vəziyyətini siqnallayan qurğular, bloklayıcı
qurğular, daim qoşulu olan voltmetrlər, indikator
göstəriciləri və bu kimi qurğular gərginliyin
olmamasını təsdiqləyən əlavə
vasitələr sayılır və onların
göstərişləri əsasında gərginliyin olmaması
qərarını vermək olmaz.
3.1.5. Torpaqlanma qurğusunun quraşdırılması
3.1.5.1. Cərəyan daşıyan
hissələrə torpaqlanma qurğusunun taxılması
və stasionar torpaqlanma bıçaqlarının qoşulması
bilavasitə gərginliyin olmamasının yoxlanmasından
sonra yerinə yetirilməlidir.
3.1.5.2. Səyyar torpaqlanma qurğusunu ilk
öncə torpağa birləşdirmək, bundan sonra isə
gərginliyin olmamasının yoxlanmasından sonra
cərəyan daşıyan hissələrə taxmaq
lazımdır.
Səyyar torpaqlanma qurğusunun
çıxarılması isə torpaqlanma qurğusunun
qoyulmasının əks ardıcıllığı ilə
yerinə yetirilməlidir, ilk öncə onları cərəyan
daşıyan hissələrdən çıxarmaq, bundan sonra
isə yerdən ayırmaq lazımdır.
3.1.5.3. Gərginliyi 1000 V-dan yüksək
olan elektrik qurğularında səyyar torpaqlanma qurğusunun
qoyulması və çıxarılması əməliyyatı
dielektrik əlcəklərdə, izoləedici ştanqdan
istifadə etməklə yerinə yetirilir. Qoyulmuş
səyyar torpaqlanma qurğusunun sıxaclarını bu
ştanqla, yaxud dielektrik əlcəklərdə bilavasitə
əl ilə bərkitmək lazımdır.
Atılma səyyar torpaqlanmanın
qurulmasını və çıxarılmasını HX-də
elektrik izoləedici əlcəklərlə etmək
lazımdır, gərginliyi 1000 V-dan yuxarı olan HX-də
elektrik izoləedici botlardan (rezin çəkmələrdən)
istifadə edilməlidir.
3.1.5.4. Səyyar torpaqlanma naqilinin en
kəsiyi müvafiq qurumların qəbul etdiyi normativ
sənədlərinə uyğun olaraq təyin olunur. Bu
Qaydanın 3.2.3.2-ci yarımbəndində göstərilən
hallar istisna olmaqla, bu məqsəd üçün nəzərdə
tutulmayan naqillərdən torpaqlanma üçün istifadə etmək
qadağandır.
3.1.5.5. Gərginliyi 1000 V-dan yüksək
olan elektrik qurğularında cərəyan daşıyan
hissələrin bütün fazaları (qütblər) işlər üçün
açılmış sahənin gərginlik verilə
biləcək hər tərəfindən
torpaqlanmalıdır.
Yuxarıda qeyd olunanlardan fərqli olaraq,
yığma şinlərə bir torpaqlanma qurğusu
quraşdırmaq kifayət edir.
Açılmış xətt
ayırıcısında işləyərkən,
ayırıcıda torpaqlanma bıçaqlarının
mövcudluğundan asılı olmayaraq, HX-nin enmə
naqillərinə əlavə səyyar torpaqlanma qurğusu
quraşdırmaq lazımdır. Bu torpaqlanma qurğusu
funksiyasını yerinə yetirməklə yanaşı,
açılma və qoşulma zamanı ayırıcıya mane
olmamalıdır.
3.1.5.6. Elektrik qurğularının
torpaqlanan hissələri gərginlik altında olan
cərəyan daşıyan hissələrdən ayrılması
vizual görünən olmalıdır.
Quraşdırılmış torpaqlanma
qurğuları bilavasitə işlər aparılan
cərəyan daşıyan hissələrdən
açılmış ayırıcılar, aralayıcılar və
ya yük açarları çıxarılmış qoruyucular, sökülmüş
şin və ya naqillər vasitəsilə aralana bilər.
Bilavasitə iş yerində
cərəyan daşıyan hissələrə əlavə
torpaqlanma qurğusu o hallarda qoyula bilər ki, bu hissələr
induksiya olunmuş gərginlik (potensial) altında qalmış
olsun.
3.1.5.7. QPQ-də səyyar torpaqlanma
qurğusu cərəyan daşıyan hissələrə bunun
üçün nəzərdə tutulmuş yerlərdə qoyulur. Bu
yerlərin boyası təmizlənir və qara zolaqla
haşiyəyə alınır.
QPQ və APQ-də səyyar
torpaqlanmanın torpaqlanma qurğusuna, yaxud torpaqlanmış
konstruksiyaya birləşdirilmə yerlərinin boyası
təmizlənməli və torpaqlanma qurğusunun
sıxacının birləşdirilməsi üçün
uyğunlaşdırılmalıdır.
3.1.5.8. Gərginliyi 1000 V-dək olan
elektrik qurğularında, gərginliyi çıxarmaqla PQ-nin
yığma şinlərində, bu şinlərin
lövhələrində, yığmalarında (izolyasiya olunmuş
naqildən hazırlanmış şinlər istisna olmaqla)
işləyərkən torpaqlanma yerinə yetirilir.
Bu PQ-nin, lövhələrin,
yığmaların birləşmələrinə və
onlardan qidalanan avadanlıqlara torpaqlanmanın
qoyulmasının vacibliyini və mümkünlüyünü naryad,
sərəncam verən təyin edir.
3.1.5.9. Yerinə yetirilən işin
xüsusiyyəti tələb etdiyi halda (izolyasiyanın
müqavimətinin ölçülməsi və s.), iş yeri
hazırlanarkən quraşdırılmış
torpaqlanmanın müvəqqəti çıxarılmasına icazə
verilir.
Torpaqlanmanın müvəqqəti
çıxarılmasını və təkrar
quraşdırılmasını, işəburaxan və ya naryad
verən şəxsin göstərişi ilə iş
icraçısı yerinə yetirir.
İş icraçısı
tərəfindən torpaqlanmanın müvəqqəti
çıxarılması, həmçinin bu əməliyyatların
aparılması, naryadın “Ayrıca göstərişlər” sətrində
harada və hansı məqsədlə torpaqlanmanın
çıxarılması barədə qeyd göstərilməlidir.
3.1.5.10. Konstruksiyası torpaqlanma qoymaq
üçün təhlükəli olan yaxud mümkün olmayan elektrik
qurğularında (məsələn, müxtəlif növ
KPQ-lərdə, bəzi paylayıcı qutularda, fazaları şaquli
yerləşmiş yığmalarda və s.) iş yerini
hazırlayarkən torpaqlanmanın qoyulmamasına icazə
verilir. Bu halda, ayırıcıların bıçaqlarına
elektrik izoləedici qapaqların və kommutasiya
aparatlarının kontaktları arasına elektrik izoləedici
taxmaların quraşdırılması ilə əlavə
təhlükəsizlik tələbləri hazırlanmalıdır.
Əlavə təhlükəsizlik
tələbləri ilə bağlı elektrik
qurğularının siyahısı, işəgötürən
tərəfindən təsdiqlənir və işləyənlərin
nəzərinə çatdırılır.
3.1.5.11. Gərginliyi 1000 V-dək olan
elektrik qurğularında bütün torpaqlanma qoyulması və
çıxarılması əməliyyatlarını, operativ
və operativ-təmir heyətindən elektrik
təhlükəsizliyi üzrə qrupu ІІІ-dən
aşağı olmayan bir nəfərin yerinə
yetirməsinə icazə verilir.
3.1.5.12. Gərginliyi 1000 V-dan yüksək
olan elektrik qurğularında:
a) səyyar torpaqlanmanı qoymaq və
çıxarmaq iki nəfər tərəfindən yerinə
yetiriməlidir: onlardan biri operativ-təmir heyətindən
elektrik təhlükəsizliyi üzrə qrupu ІV-dən
aşağı olmayan, ikincisi – təmir heyətindən
olmaqla elektrik təhlükəsizliyi üzrə qrupu ІІІ-dən
aşağı olmayan, istehlakçıların
qoşulmasının torpaqlanması üçün isə – istehlakçı
heyətindən olan şəxslər yerinə yetirməlidir;
b) operativ-təmir heyətindən,
elektrik təhlükəsizliyi üzrə qrupu ІV-dən
aşağı olmayan, bir nəfərə torpaqlanma
bıçağını qoşmaq üçün icazə verilir;
c) torpaqlanma bıçaqlarını
açmağı və səyyar torpaqlanmanı
çıxarmağı operativ-təmir heyətindən, elektrik
təhlükəsizliyi üzrə qrupu ІІІ-dən
aşağı olmayan bir nəfər yerinə yetirə
bilər.
3.1.5.13. Gərginliyi 1000 V-dan yüksək
olan HX-lərinin bütün PQ-lərdə və
seksiyalaşdırıcı kommutasiya aparatlarında torpaqlanma
xəttin açılmış yerlərində
yerləşdirilir.
Aşağıdakılara icazə
verilir:
a) gərginliyi 35 kV və daha yüksək
olan, budaqlanan, həmçinin xətt iki tərəfdən
torpaqlanmış halda, HX-nin budaqlanan yarımstansiyalarda
torpaqlanmamasına icazə verilir. Bu yarımstansiyalarda
torpaqlanma açılmış xətti ayırıcılardan
sonra (yarımstansiya tərəfdən) qoyulmalıdır.
b) gərginliyi 6-10 kV olan HX-ləri
yalnız bir PQ-də və ya bir seksiyalaşdırıcı
aparatında, yaxud PQ-yə və ya
seksiyalaşdırıcı aparatına yaxın dayaqda
torpaqlanır. Bu gərginliyə malik digər PQ-lərdə
və hava xətlərini açan seksiyalaşdırıcı kommutasiya
aparatlarında HX-ni torpaqlamamağa icazə verilir, bir
şərtlə ki, iş yeri ilə bu PQ-nin və ya seksiyalayıcı
aparatların arasında HX-də torpaqlanma qurğusu qoyulub.
HX-də bu torpaqlayıcıları, torpaqlama qurğusu olan
dayaqlarda qoymaq lazımdır.
Əlavə olaraq, hər bir
briqadanın iş yerində bütün faza naqilləri və
zərurət olarsa, həm də tufandan mühafizə
(ildırımdan mühafizə) trosları da
torpaqlanmalıdır. Gərginliyi 1000 V-dək olan
HX-lərdə yalnız iş yerində torpaqlanma
quraşdırmaq kifayət edir.
3.1.5.14. Birdövrəli HX-də iş
aparılan dayaqda və ya qonşu dayaqda torpaqlanma
quraşdırmaq lazımdır. HX-nin briqada işləyən
hissəsinin hər iki tərəfindən aralarındakı
məsafə 2 km-dən çox olmayan torpaqlanma
quraşdırmağa icazə verilir.
3.1.5.15. Gərginliyi 0,4 - 10 кV olan
HX-də gərginliyin olmamasını yoxlamaq və
torpaqlanmanın qoyulmasını bir qayda olaraq yerdən yerinə
yetirmək lazımdır.
3.1.5.16. Metal diyircək roliklərdə
və ya sıxaclarda olan naqillər və ya troslar üçün bu
roliklərin (sıxacların) çənbərində torpaqlanma
qoymaq kifayət edir. Roliklərin (sıxacların) metal
çənbəri ilə dəmir-beton dayağın metal konstruksiyası
və ya armaturu arasında təbii kontakt olduqda metal rolikin
(sıxacın) torpaqlanması üzrə əlavə
tədbirlər görmək tələb olunmur.
3.1.5.17. Naqilləri (trosları) anker
aşırımlarında quraşdırarkən, o
cümlədən HX-nin quraşdırılmış
hissəsində anker dayaqlarında dairələri
(şleyfləri) birləşdirdikdən sonra naqillər
(troslar) ilk anker dayağında və son aralıq
dayaqlarından birində torpaqlanmalıdır.
3.1.5.18. HX-nin hissəsində
quraşdırılmış naqillərdən (troslardan)
ildırım boşalmalarından və digər ifrat
gərginliklərin, növbəti quraşdırılacaq
hissəyə potensialın daşınmasının
qarşısının alınması üçün, naqilləri
(trosları) anker aşırımının
quraşdırıldığı sonuncu anker dayağında,
həmçinin HX-nin quraşdırılmış
hissəsində torpaqlanması qadağandır.
3.1.5.19. Naqilləri bölünmüş HX-də
hər bir fazada yalnız bir naqili torpaqlamağa icazə
verilir, izolə olunmuş dayaqlar olduqda fazanın bütün
naqillərini torpaqlamaq lazımdır.
3.1.5.20. Həmin trosa 1 m-dən yaxın
olan məsafədə yaxınlaşmaq tələb olunan
dayaqdan izolə olunmuş tufandan mühafizə (ildırımdan
mühafizə) troslarında və ya dayaqlarda
işləyərkən tros torpaqlanmalıdır.
Torpaqlanmanı aşırımın izolə olunmuş tros
tərəfindən və ya bu aşırımda işlər
aparılan yerdə quraşdırmaq lazımdır.
3.1.5.21. HX-də elektrik
cəhətdən əlaqəli hissələri (naqilləri,
trosları) birləşdirmədən və ya ayırmadan
öncə bu hissələrin potensiallarını
bərabərləşdirmək lazımdır.
Potensialların bərabərləşdirilməsi bu
hissələrin naqillərinin birləşdirilməsi və
ya aralanmanın (ehtimal olunan aralanmanın) hər iki
tərəfində onları bir torpaqlanma qurğusuna
birləşdirmək vasitəsilə həyata keçirilir.
3.1.5.22. Səyyar torpaqlanmanı
qoşmaq lazımdır:
a) metal dayaqlarda – onun elementlərinə;
b) torpaqlama naqilinin enməsi olan
dəmir-beton və ağac dayaqlarda – onların tamlığı
yoxlandıqdan sonra bu enmələrə;
c) torpaqlanma enməsi olmayan dəmir-beton
və ağac dayaqlarda, həmçinin səyyar torpaqlanmanı
HX-nin aşırımında quraşdırarkən, iş
aparılan yerdə səyyar torpaqlanmanı qrunta 0,5 m-dən
az olmayan dərinlikdə basdırılmış səyyar
torpaqlayıcı qurğuya birləşdirmək
lazımdır. Torpaqlayıcını təsadüfi torpaq
yığımına quraşdırmaq qadağandır;
ç) neytralı torpaqlanmış,
gərginliyi 1000 V-dək olan elektrik
şəbəkələrində sıfır naqilinin
təkrar torpaqlanması olduqda – sıfır naqilinə.
Torpaqlayıcı naqilə və ya
konstruksiyalara səyyar torpaqlayıcı qoşulan yer boyalardan
təmizlənməlidir.
3.1.5.23. Gərginliyi 1000 V-dək olan
HX-də elektrik izoləedici bəndi olmayan dayaqdan və ya
mobil qaldırıcı işçi platformasından işlər
yerinə yetirilərkən torpaqlanma həm təmir olunan
xəttin naqillərində, həmçinin bu dayaqdan
asılmış bütün naqillərdə, o cümlədən
radioyayım və ya digər xətlərin izolə
olunmamış naqillərində
quraşdırılmalıdır.
3.1.5.24. HX-nin naqilləri müxtəlif
səviyyələrdə asılarkən, torpaqlanma
bilavasitə gərginliyin olmamasının
yoxlanışından sonra ən yaxın naqildən
başlayaraq aşağıdan yuxarı istiqamətdə,
üfüqi asılmalarda isə yaxın kənardakından
başlayaraq qoyulur. HX-nin naqillərində üstdən atılma
səyyar torpaqlanma qoyulduqda, iş ardıcıllığı
torpaqlama qurğusunun istehsalçısının istismar
təlimatına əsasən aparılmalıdır.
3.1.5.25. Təmirə çıxarılan
HX-də səyyar torpaqlanmanın quraşdırılması,
sonradan çıxarılması və dayaqlarda olan torpaqlanma
bıçaqlarının qoşulmasını operativ-təmir
heyətindən olan işçi yerinə yetirməlidir: biri –
elektrik təhlükəsizliyi üzrə IV-dən aşağı olmayan
qrupa malik (gərginliyi 1000 V-dan yuxarı olan HX-də) işçi
və ya elektrik təhlükəsizliyi üzrə III-dən
aşağı olmayan qrupa malik (gərginliyi 1000 V-dək olan
HX-də) işçi, digəri - elektrik təhlükəsizliyi
üzrə III-dən aşağı olmayan qrupa malik işçi
etməlidir. İkinci şəxs qismində, təmir
heyətindən elektrik təhlükəsizliyi üzrə III-dən
aşağı olmayan qrupa malik işçini cəlb etməyə
icazə verilir.
3.1.5.26. Torpaqlanma bıçaqlarını
açmağa operativ-təmir heyətindən elektrik
təhlükəsizliyi üzrə III-dən aşağı olmayan
qrupa malik bir işçiyə icazə verilir.
İş yerlərində HX-də
səyyar torpalanmanın quraşdırılmasını
iş icraçısının elektrik təhlükəsizliyi üzrə
III-dən aşağı olmayan qrupa malik briqada üzvü ilə
birlikdə quraşdırmasına icazə verilir.
Gərginliyin olmamasını
yoxlayarkən, səyyar torpaqlanmanın
quraşdırılması və çıxarılması
zamanı işçilərdən biri digər işçinin
təhlükəsizlik tələblərini yerinə
yetirməsinə nəzarət etməlidir.
3.1.6. Gərginliyi çıxarmaq üzrə işlər
yerinə yetirildikdə təhlükəsizliyin təmin
edilməsi üzrə texniki tədbirlər
3.1.6.1. Gərginliyin olmamasını
və istifadədən qabaq saz vəziyyətdə
olmasını bu məqsəd üçün nəzərdə
tutulmuş xüsusi cihazlarla müəyyənləşdirən gərginlik
göstəricisi ilə və ya aşkar gərginlik altında
olan cərəyan daşıyan hissələrə
yaxınlaşdırmaqla yoxlamaq lazımdır.
3.1.6.2. Gərginliyi 1000 V-dan yuxarı
olan elektrik qurğularında gərginlik göstəricisindən
istifadə edərkən elektrik izoləedici
əlcəklərlə birlikdə üzü mühafizə edən
vasitələr olmalıdır.
3.1.6.3. Gərginliyi 35 kV və daha
yüksək olan elektrik qurğularında gərginliyin
olmamasının yoxlanması üçün izoləedici ştanqlardan
istifadə etmək olar. Bunun üçün ştanqı cərəyan
daşıyan hissəyə bir neçə dəfə toxundurmaq
lazımdır. Qığılcımın olmaması
gərginliyin olmaması əlaməti sayılır.
Gərginliyi 330 kV və daha yuxarı
olan birdövrəli HX-də gərginliyin olmamasının
təsdiqi üçün taclanmanın olmaması kifayət edir.
3.1.6.4. Elektrik qurğularında
gərginliyin olmamasının yoxlanılması
əməliyyatı üçün texniki heyətdən bir işçiyə
icazə verilir. Yoxlayan şəxs gərginliyi 1000 V-dan
yuxarı olan elektrik avadanlıqları üçün elektrik
təhlükəsizliyi üzrə ən azı IV-cü
dərəcəyə malik olmalıdır, gərginliyi 1000
V-dək olan avadanlıqlarda isə ən azı III-cü
dərəcəyə malik şəxs olmaldır.
3.1.6.5. HX-də gərginliyin
olmamasını iki işçi yerinə yetirməlidir:
Gərginliyi 1000 V-dan yuxarı – elektrik təhlükəsizliyi
üzrə qrupu IV-dən və III-dən aşağı olmayan işçi,
gərginliyi 1000 V-dək olan elektrik təhlükəsizliyi
üzrə qrupu III-dən aşağı olmayan işçi.
3.1.6.6. Yerində və ya bilavasitə
avadanlıqda sxem üzrə izləməklə gərginliyin
olmamasını yoxlamağa icazə verilir:
a) açıq quraşdırılmış
KPQ, KTYS, YTYS, APQ və HX-də dumanlı,
yağışlı, qarlı hava şəraitində xüsusi
gərginlik göstəricisi olmadığı halda, həmçinin
konstruktiv xüsusiyyətləri (hermetik, izolə olunmuş
cərəyan daşıyan hissələri) gərginliyin
olmamasını yoxlamağa imkan verməyən elektrik
qurğularında;
b) gərginliyi 330 kV və daha yuxarı
olan APQ və gərginliyi 330 kV və daha yuxarı olan
ikidövrəli HX-də.
3.1.6.7. Yerində sxemi yoxlamaqla HX və
kabel xətti (KX) girişlərində gərginliyin
olmamasını xətt əməliyyat idarəçiliyində
olan növbətçi təsdiqləyir.
HX-də sxemi yerində yoxlamaq,
xətlərin istiqamətini və xarici
əlamətlərini, həmçinin dayaqların üzərindəki
işarələrin xətlərin dispetçer adına uyğun
gəlməsini yoxlamaqdan ibarətdir.
3.1.6.8. Hermetik olan və cərəyan
daşıyan hissələri izolə olunmuş elektrik
qurğularında sxemin yoxlanması əməliyyat
yazıları üzrə seçilmiş istiqamətin yoxlanmasından,
həmçinin kommutasiya aparatlarının açılmış
vəziyyətinin, o cümlədən, xəttin gərginlik
verilə bilən əks tərəfində yoxlanmasından
ibarətdir. Kommutasiya aparatlarının açılmış
vəziyyətinin yoxlanılması hərəkətli
kontaktlarla sərt birləşdirilmiş intiqal valının
vəziyyətinin mexaniki göstərişləri əsasında,
həmçinin gərginlik bölücüsü vasitəsilə cərəyan
daşıyan hissələrlə elektrik əlaqələri
olan xüsusi düzəldilmiş yuvalarda gərginliyin
olmamasını yoxlamaqla yerinə yetirilir.
3.1.6.9. Gərginliyi 6 – 10 kV olan HX-də
gərginliyin olmamasının yoxlanışını
işçi hissəsinin torpaqlanması tələb olunmayan
gərginlik göstəriciləri vasitəsilə yerinə
yetirmək lazımdır.
3.1.6.10. HX-nin naqilləri müxtəlif
səviyyələrdə asılarkən gərginliyin
olmamasının gərginlik göstəricisi və ya elektrik
izoləedici ştanqla yoxlanması aşağıdakı
naqildən başlayaraq aşağıdan yuxarı
istiqamətdə aparılmalıdır. Üfüqi asılmalarda
isə yoxlamanı yaxın kənardakından başlayaraq
aparmaq lazımdır.
3.1.6.11. Neytralı izolə olunmuş
gərginliyi 1000 V-dək olan elektrik qurğularında, ikiqütblü
göstəricilərdən istifadə edildikdə gərginliyin
olmamasını həm fazalar arasında, həm də hər
bir faza ilə torpaqlayıcı (sıfırlayıcı)
naqil arasında yoxlamaq lazımdır. Qabaqcadan
yoxlanılmış voltmetrdən də istifadə
etməyə icazə verilir.
Gərginliyin olmamasının
yoxlanışı üçün nəzarət lampalarından
istifadə qadağandır.
3.1.6.12. Aparatın açılmış
vəziyyətini siqnallayan qurğular, bloklayıcı
qurğular, daim qoşulmuş voltmetrlər, indikator
göstəriciləri və s. gərginliyin olmamasını
təsdiqləyən əlavə vasitə sayılırlar,
və onların göstərişləri əsasında
gərginliyin olmaması barədə qərar qəbul
etmək olmaz.
3.1.7. Elektrik qurğularında avtomobillərin,
yükqaldıran maşın və mexanizmlərin və
nərdivanların istifadəsi ilə yerinə yetirilən
işlər
3.1.7.1. Fəaliyyətdə olan elektrik
qurğularında avtomobillərin, yükqaldıran maşın
və mexanizmlərin istifadəsi ilə yerinə yetirilən
işlərdə yükqaldıran maşın və
mexanizmlərin istifadəsi ilə işlərin
təhlükəsiz aparılmasına məsul rəhbər və
ya elektrik təhlükəsizliyi üzrə qrupu IV-dən
aşağı olmayan mütəxəssis olmalıdır (AZS
587-2011, 2.4. “a” “Yüklərin
mexanizmlərlə yüklənməsi, boşaldılması
və daşınması”).
Bu şəxsin vəzifələrini
naryad verənə və ya işə məsul
rəhbərə həvalə etmək olar. Bu şəxsin
təyin olunması barədə naryadın “Ayrıca göstərişlər”
sətrində qeyd olunmalıdır.
3.1.7.2. Yükqaldıran maşın və
mexanizmlərin, avtomobil nəqliyyatının APQ və HX-nin
mühafizə zonasında hərəkətinə bu Qaydanın
3.1.7.1-ci yarımbəndində göstərilən bir
nəfərin və ya inzibati-texniki heyətdən elektrik
təhlükəsizliyi üzrə qrupu V olan bir nəfərin
nəzarəti altında icazə verilir. Yükqaldıran
maşın və mexanizmlərin, avtomobil nəqliyyatının
APQ-də hərəkətinə, həmçinin daimi operativ
heyətdən işçinin və ya elektrik təhlükəsizliyi
üzrə qrupu IV-dən aşağı olmayan operativ-təmir
heyətindən işəburaxanın nəzarəti
altında icazə verilir.
3.1.7.3. APQ üzrə və HX-nin altından
keçən zaman yükqaldıran maşın və mexanizmlərin
və avtomobil nəqliyyatının qaldırıcı və
irəli çıxan hissələri təhlükəsiz
vəziyyətdə olmalıdır.
APQ üzrə hərəkət sürəti
yerli şəraitə görə təyin olunur, lakin bu sürət
10 km/saatı aşmamalıdır.
HX altında yükqaldıran maşın
və mexanizmlər və avtomobil nəqliyyatı dayaqların
naqillərinin sallaqlılığı ən az olan
yerlərindən hərəkət etməlidirlər.
3.1.7.4. HX-nin künc dayaqlarında
izolyatorların, naqillərin dəyişdirilməsi və ya
armaturların təmiri ilə əlaqəli işlər
zamanı yükqaldıran maşın və mexanizmlər və
avtomobil nəqliyyatının naqillərin yaratdığı
bucaq daxilində qurulması qadağandır.
3.1.7.5. APQ-də və HX-nin mühafizə
zonasında işlərə başlamazdan öncə
pnevmo-təkərli hərəkətli yükqaldıran
maşın və mexanizmlər torpaqlanmalıdır. Tırtıllı
təkərli yükqaldıran maşın və mexanizmləri
bilavasitə qrunt üstundə quraşdırarkən torpaqlamaq
tələb olunmur. Yükqaldıran maşın və
mexanizmlərin torpaqlanmasının konstruktiv
hazırlanması müvafiq qurumların qəbul etdiyi normativ
sənədlərində göstərilir.
3.1.7.6. Yükqaldıran maşın və
mexanizmlərin və ya avtomobil nəqliyyatının elektrik
qurğusunun gərginlik altında olan cərəyan
daşıyan hissələrinin toxunması hallarında sürücü
(maşinist) yaranan kontaktın tez bir zamanda aradan
qaldırılması və maşının
hərəkətli hissəsinin cərəyan daşıyan
hissələrdən Bu Qaydanın 2 nömrəli
əlavəsində “Gərginlik altında olan
cərəyandaşıyıcı hissələr arasında
icazə verilə bilən məsafələr”də
göstərilmiş məsafədən az olmayan
məsafədə uzaqlaşdırılması üçün
tədbirlər görməlidir.
3.1.7.7. Yükqaldıran maşın və
mexanizmlər və ya avtomobil nəqliyyatı gərginlik
altında olarkən yükqaldıran maşın və
mexanizmlərdən, avtomobil nəqliyyatından düşmək
və ya ona qalxmaq, həmçinin yerdə duraraq ona toxunmaq
qadağandır.
Sürücü (maşinist) onun əhatəsində
olan işçiləri yükqaldıran maşın və
mexanizmlərin və ya avtomobil nəqliyyatının
gərginlik altında olması barədə xəbərdar
etməlidir.
Yükqaldıran maşın və
mexanizmlər və ya avtomobil nəqliyyatı yanan hallarda
sürücü (maşinist) ayaqlarını birləşdirərək
və əlləri ilə maşına toxunmadan yerə
tullanmalıdır. Bundan sonra, pəncələrini bir
birindən aralamadan yer üzrə hərəkət etməklə
maşından ən azı
3.1.7.8. Elektrik qurğularında
işləyən yükqaldıran maşın və
mexanizmlər və ya avtomobil nəqliyyatı sürücülərinin
(maşinistlərin) elektrik təhlükəsizliyi üzrə qrupu
II-dən, yükləyici işçilərin (stropalşik) isə
elektrik təhlükəsizliyi üzrə qrupu I-dən aşağı
olmamalıdır.
3.1.8. Qəzaların qarşısının
alınması və onların fəsadlarının aradan
qaldırılması məqsədilə yerinə yetirilən
işlər
3.1.8.1. Qəza hallarında bərpa
işləri, həmçinin avadanlıqların qəzalara
gətirib çıxara bilən bu cür nasazlıqlarını aradan
qaldırmaq üzrə qısamüddətli təxirəsalınmaz
işləri naryadsız əməliyyat jurnalında qeyd
etməklə icra etməyə icazə verilir:
a) operativ heyətə (gərginliyi 1000
V-dan yuxarı olan qurğularda - ən azı iki
nəfərə);
b) operativ heyətin nəzarəti
altında təmir heyətinə naryadın yazılması
və sənədləşdirilməsi qəzanın
fəsadlarının aradan qaldırılmasının
ləngidildiyi hallarda;
c) operativ heyət məşğul
olduqda, həmçinin, daimi xidmət heyəti olmadıqda,
həmin elektrik qurğusuna xidmət edən elektrik
təhlükəsizliyi üzrə qrupu V-dən aşağı olmayan
(gərginliyi 1000 V-dək olan elektrik qurğusunda IV-dən az
olmayan), inzibati-texniki heyətin nəzarəti və cavabdehliyi
altında təmir heyətinə.
3.1.8.2. Yarımstansiyada naryad və
sərəncam vermə səlahiyyəti olan inzibati
elektrotexniki heyətdən şəxs olmadıqda,
qəzaların qarşısının alınması və onların
fəsadlarının aradan qaldırılması üzrə
işlərə naryad və sərəncam vermə
səlahiyyətli elektrik təhlükəsizliyi üzrə qrupu
IV-dən aşağı olmayan, bütün yarımstansiyanın
operativ heyətinə və əməliyyat-səyyar
briqadasına həvalə olunur.
3.1.8.3. Bütün hallarda işlər zamanı
işlərin təhlükəsizliyini təmin edən bütün texniki
tədbirlər görülməlidir.
3.1.8.4. Operativ heyətin qəzaların
fəsadlarının aradan qaldırılmasında
iştirakına (naryadsız işlər zamanı
işləyənlərə bilavasitə nəzarət etməklə)
ondan yuxarı səviyyədə olan operativ heyətin
razılığı ilə icazə verilir. Yuxarı
səviyyədən olan heyətlə rabitə olmadıqda
icazə tələb olunmur.
3.1.8.5. Müəssisənin elektrik
qurğularında şəhər elektrik
şəbəkələrinin növbətçi briqadaları və
ya rayon energetika idarəçiliyi tərəfindən ixtiyari növ
qəza işləri, məsələn, kabellərin qəza
zədələnməsinin ölçülməsi və sınaqları
aparılan zaman naryadın verilməsi və işə
buraxılışın bu Qaydanın tələblərinə
uyğun sənədləşdirilməsi lazımdır. Bu
hallarda, həmin anda müəssisənin yarımstansiyasında
naryad verməyə səlahiyyəti olan şəxs
olmadıqda qəzanın tezliklə aradan
qaldırılması məqsədilə elektrik qurğusunun
(sexin, müəssisənin) elektrik təsərrüfatına cavabdeh
olan şəxsin göstərişi üzrə naryad vermə hüququ
müəssisənin növbətçisinə və ya operativ-təmir
heyətinə verilir.
3.2. Elektrik qurğularında işlər yerinə
yetirilərkən təhlükəsizlik üzrə əlavə
tədbirlər
3.2.1. Elektrik və maqnit sahələrinin təsiri
zonasında işlər
3.2.1.1. Gərginliyi 330 kV və daha
yuxarı olan APQ və HX-də işləyən
şəxslərin insanın orqanlarına mənfi təsir
edən və yerdən izolə olunmuş elektrik keçirici
obyektlərə toxunduqda elektrik boşalması yaranan aktiv
bioloji elektrik və maqnit sahələrinin təsirindən
mühafizəsi təmin olunmalıdır.
İntensivliyi yol verilən qiyməti
aşan elektrik və maqnit sahələri bioloji aktiv
sayılırlar.
3.2.1.2. Elektrik sahəsinin intensivliyi 5
kV/m olduqda işçinin təsir zonasında qalma müddəti
məhdudlaşmır. Sahənin intensivliyi 20-dən 25 kV/m
səviyyəsində olduqda qalma müddəti 10 dəqiqədən
çox olmamalıdır. Elektrik sahəsinin intensivliyi 5 kV/m çox
olduqda elektrik sahəsinin yüksək intensivliyindən mühafizə
vasitələrindən istifadə etmək lazımdır.
3.2.1.3. İntensivliyi 5-dən 20 kV/m
qədər olan elektrik sahəsində qalma müddəti T (saatla)
aşağıdakı formulla təyin olunur.
T = |
50 |
- 2 |
E |
burada E-təsir zonasında elektrik
sahəsinin intensivliyidir, kV/m.
Göstərilmiş formul üzrə 10 kV/m
intensivliyi olan elektrik sahəsində işçinin qalma müddəti
180 dəqiqə təşkil edir, 15kV/m intensivlikli elektrik
sahəsində isə 80 dəqiqə təşkil edir.
Bu tələblər, işçilərə
elektrik boşalmalarının təsir imkanları istisna
olunduqda doğrudur.
3.2.1.4. İşçilərin elektrik
sahəsində buraxılabilən qalma müddəti iş günü
ərzində birdəfəlik və hissələrə
bölünməklə reallaşa bilər. İş gününün qalan
hissəsində işçi elektrik sahəsinin yüksək
intensivliyindən mühafizə vasitələrindən istifadə
etməlidir və ya intensivliyi 5 kV/m qədər olan elektrik
sahəsində yerləşməlidir.
3.2.1.5. İşçinin maqnit
sahəsində qalma müddətindən asılı olaraq ümumi
(bütün bədənə) təsir və lokal (ətraflara)
təsir şəraiti üçün maqnit sahəsinin yol verilən
intensivliyi və ya induktivliyi müvafiq qurumların qəbul etdiyi
normativ sənədlərində müəyyən edilmiş
qaydalara müvafiq olaraq təyin olunur.
3.2.1.6. Heyətin müxtəlif intensivlikli
(maqnit induktivlikli) maqnit sahəsində qalma zərurəti
yarandıqda, bu zonalarda işlərin icrasının ümumi
vaxtı maksimal intensivlikli zonalar üçün yol verilən vaxtdan çox
olmamalıdır.
3.2.1.7. Maqnit sahəsində qalma
müddəti iş günü ərzində birdəfəlik və ya
hissələrə bölünməklə reallaşa bilər.
3.2.1.8. Elektrik sahəsinin intensivliyi,
həmçinin təsir və ekranlaşdırma zonasının
sərhədləri ölçülərin nəticələrinə
görə təyin olunur. Elektrik və maqnit sahələrinin
intensivliyi səviyyələri işçinin yerinə yetirdiyi
iş prosesində qala bildiyi bütün zonada iş yerinə və
avadanlığa baxış üçün hərəkət
marşrutunda təyin olunmalıdır.
İşlər avadanlığa və
konstruksiyaya qalxmadan aparılarsa, elektrik sahəsinin
intensivliyinin ölçülməsi müvafiq qurumların qəbul etdiyi
normativ sənədlərində qeyd edilmiş qaydalara müvafiq
olaraq aparılır:
a) elektrik sahəsinin yüksək
intensivliyindən mühafizə vasitəsi olmadıqda – yerin, kabel
kanalının (lotunun) plitəsindən, avadanlığa
xidmət meydançasında otağın döşəməsindən
b) kollektiv mühafizə
vasitələrindən istifadə edildikdə - yer
səthindən 0,5, 1,0 və
Maqnit sahəsinin intensivliyinin
(induktivliyinin) ölçülməsi müvafiq qurumların qəbul etdiyi
normativ sənədlərində qeyd edilmiş qaydalara müvafiq
olaraq iş yerinin döşəməsindən, yer
səthindən, otağın döşəməsindən, keçid
körpücüklərinin döşənməsindən və s. 0,5, 1,0
və
3.2.1.9. İşlər konstruksiyaya
və ya avadanlığa qalxmaqla aparılarkən (elektrik
sahəsinin yüksək intensivliyindən mühafizə vasitəsi
olmasından asılı olmayaraq) ölçmələr iş yeri
səthindən 0,5, 1,0 və
3.2.1.10. Nəzarət olunan zonada qalma
müddəti ölçülən intensivliyin ən böyük qiymətinə
görə təyin olunur.
3.2.1.11. Elektrik və maqnit
sahələrinin iş yerlərində qəbul olunmuş
normativ sənədlərin tələblərinə uyğun
olaraq intensivliyin səviyyəsinə nəzarət aşağıdakı
şərtlərlə aparılmalıdır:
a) yeni fəaliyyəti
genişləndirilmiş elektrik qurğularında istismara
qəbul edildikdə;
b) yeni iş yerləri təşkil
olunduqda;
c) iş yerlərinin attestasiyası
aparıldıqda.
3.2.1.12. Ölçmələrin
nəticələri əsasında sahənin APQ
ərazisində paylanma kartı tərtib olunmalıdır
və onu istismarçı müəssisənin texniki rəhbəri
(baş mühəndisi) təsdiqləməlidir.
3.2.1.13. Elektrik sahələrinin
yüksək intensivliyindən mühafizə vasitələri qismində
maşın və mexanizmlərdə quraşdırılan
səyyar və əldə daşınan ekranlayıcı
qurğular, çıxarıla bilən ekranlayıcı
qurğular və ekranlaşdırıcı fərdi xüsusi
geyim dəstləri qəbul olunmuş normativ
sənədlərin tələblərinə uyğun olaraq
istifadə olunur. Maqnit sahəsinin təsirlərindən
mühafizə vasitələri, konstruktiv olaraq maqnit
sahələrini qapamağı təmin edən, yüksək
maqnit keçiriciliyinə malik materialdan passiv və aktiv ekran
şəklində hazırlanan nişanla
işarələnməlidir.
3.2.1.14. İstismar
şərtlərinə görə hətta işçilərin
qısa müddətdə qalmasına icazə verilməyən
buraxılabilən son həddən yuxarı səviyyəli
maqnit və elektrik sahələrində elektrik qurğusunun
zonası çəpərlənməli və müvafiq
xəbərdaredici nişanla işarələnməlidir
(qəbul olunmuş normativ sənədlərin
tələblərinə uyğun olaraq).
3.2.1.15. Maşınların və
mexanizmlərin torpaqlanmış metal kabinalarında və ya metal bağlı
kuzovlarında, səyyar emalatxana və laboratoriyalarında,
həmçinin dəmir-betondan olan binalarda, kərpic və
digər dəmir-beton örtüklü, metal karkaslı və ya torpaqlanmış dam örtüklü binalarda elektrik və maqnit
sahələrinin yüksək intensivliyindən mühafizə
vasitələrinin tətbiqi tələb olunmur.
3.2.1.16. Əldə daşınan və
səyyar ekranlayıcı qurğular, onların qurulduğu
yerlərdə torpaqlayıcı quruluşlara və ya torpaqlayıcı qurğu ilə birləşməsi olan
metal konstruksiyaya və ya en kəsiyi 10 mm2 olan mis
naqillə birləşdirilməklə torpaqlanmalıdır.
Çıxarıla bilən ekranlayıcı
qurğular, onların qurulduğu maşın və
mexanizmlərlə etibarlı şəkildə
birləşmiş olmalıdır. Maşın və mexanizmləri
torpaqlayan zaman
çıxarıla bilən ekranlayıcı qurğuları
əlavə olaraq torpaqlamaq tələb olunmur.
3.2.1.17. Fərdi ekranlayıcı
dəstlərin torpaqlanması, cərəyan keçirən altlıqlı xüsusi
ayaqqabılar tətbiq etməklə həyata keçirilir. Elektrik
izolə olunmuş əsas üzərində (rənglənmiş
metal, izolyator, taxta döşəmə və s.) ayaq üstdə
duraraq görülən işlər zamanı və ya torpaqlanmış konstruksiyalara mühafizə olunmamış
əl ilə (əlcəkləri çıxarmaqla) toxunma ilə
əlaqəli işlərdə ekranlayıcı paltar
əlavə olaraq en kəsiyi 10 mm2 olan elastik mis
naqillə torpaqlanmış konstruksiyaya və ya elektrik qurğusunun torpaqlayıcı
qurğusuna
birləşdirilməklə torpaqlanmalıdır.
3.2.1.18. İşçinin gərginlik
altında olan, gərginliyi 1000 V-dək cərəyan
daşıyan hissələrə toxunma mümkünlüyü istisna olunmayan
işlər zamanı, həmçinin avadanlıqların
sınağı zamanı (bilavasitə yüksək
gərginliklə aparılan sınaqlarda işləyən
işçilər üçün) və elektrik qaynaqları zamanı fərdi
ekranlayıcı dəstlərin istifadəsi qadağandır.
Bu hallarda işçilərin mühafizəsi ekranlayıcı
vasitələrdən istifadə etməklə həyata
keçirilməlidir.
3.2.1.19. Açılmış cərəyan
daşıyan hissələrdə işləyərkən
yönəldilmiş potensialın çıxarılması üçün
onları torpaqlamaq lazımdır.
Elektrik mühafizə vasitələri olmadan
açılmış, amma torpaqlanmamış cərəyan
daşıyan hissələrə toxunmaq qadağandır.
İş prosesində yerdən izolə oluna bilən
vasitələr və ləvazimatlar da torpaqlanmalıdır.
3.2.1.20. Elektrik sahəsinin təsiri
zonasında yerləşən pnevmo-təkərli
hərəkət edən maşın və mexanizmlər torpaqlanmalıdır. Onlar bu zonada hərəkət
edərkən yönəlmiş potensialı çıxarmaq üçün
şassisinə və ya kuzovuna birləşdirilmiş və
yerə toxunan metal zəncirlərdən istifadə
etməlidirlər.
3.2.1.21. Elektrik sahəsinin təsiri
zonasında maşın və mexanizmlərin yanacaq və
sürtkü materialları ilə doldurulması qadağandır.
3.2.1.22. Elektrik sahəsinin təsiri
zonasında yerləşmiş elektrik qurğusunun
avadanlıqlarına və konstruksiyalarına qalxma
hallarında elektrik sahəsinin intensivliyi
səviyyəsindən və oradakı işin
müddətindən asılı olmayaraq elektrik sahələrinin
yüksək intensivliyindən mühafizə vasitələri
istifadə olunmalıdır. İşçi qalxarkən mobil
qaldırıcı işçi platformasından istifadə edirsə
onun səbətini ekranla təchiz etmək lazımdır
və ya fərdi ekranlayıcı dəstlərdən
istifadə etmək lazımdır.
3.2.1.23. İşçilər
ekranlanmış zonada APQ-nin konstruksiyası daxilində
yerləşərkən, həmçinin onun pilləkənlə
qaz relesinə və güc transformatorunun yağ səviyyəsi
relesinə və ya digər avadanlığına
qalxdığı zaman elektrik sahələrinin yüksək intensivliyindən
mühafizə vasitələri istifadə olunmaya bilər.
3.2.1.24. Elektrik və maqnit
sahələrinin təsiri zonalarında
işləyərkən əlavə təhlükəsizlik
tələbləri naryadın “Ayrıca göstərişlər”
sətrində göstərilməlidir.
3.2.2. Generatorlar və sinxron kompensatorlar
3.2.2.1. Söndürülmüş sahənin
avtomatı (SSA) qurğusunun fırlanan
təsirlənməmiş generatoru, gərginlik altında olan
generator kimi qiymətləndirilməlidir (val çevirici qurğudan
fırlanmanı istisna etməklə).
3.2.2.2. Generatorun sınaqdan keçirilməsi
zamanı qurğu və onun sxemləri sahələrində
xüsusi qısa qapanmaların və ya onların torpaqlanmasından sonra blok sxeminin açılmasına yol
verilir. Bu halda açılmış gərginliklə və
açılmış SAS (sahənin avtomatik söndürülməsi) qurğusu
ilə generatorun işçi tezlikli fırlanması zamanı
elektrik mühafizə vasitələrinin istifadəsi ilə yol
verilir.
Dayandırılmış blok
generatorunun sxemlərində işlərin icrası zamanı
onun çıxıntılarının torpaqlanmasına ehtiyac olmur (əgər blokun
yüksəldici transformatoru yüksək gərginlik olan
tərəfdən torpaqlanıbsa, xüsusi sərfiyyat transformatoru budaqlanmadan
ayrılıbsa, aşağı gərginlik olan
tərəfdə və açılmış SAS qurğusundan
istifadə edilirsə, dayandırılmış blok generatorunun
sxemlərində işlərin icrası zamanı onun
çıxıntılarının torpaqlanmasına ehtiyac olmur).
3.2.2.3. Açılmış SAS qurğulu
təsirlənməmiş fırlanan generatorun stator
dövrələrində qalıq gərginliyin
göstəricilərini, fazaların növbələnmə ardıcıllığını
və s. müəyyən etməyə yol verilir.
Bu işlərin icrasını naryada
görə elektrik mühafizə vasitələrinin tətbiqi ilə
və ya operativ-təmir heyətinin sərəncamı,
müşahidəsi altında müəssisənin
ixtisaslaşlaşdırılmış struktur
bölmələrinin, sazlama müəsissələrinin
işçiləri aparmalıdır.
3.2.2.4. Valda gərginliyin və
işləyən generatorun rotorunun izolyasiya gərginliyinin
olçülməsi operativ-təmir heyəti sırasından olan
işçiyə təkbaşına və ya SAS olan elektrik
təhlükəsizliyi üzrə qrupu IV-dən aşağı
olmayan və sərəncama görə III-dən aşağı
olmayan iki işçiyə icazə verilir.
3.2.2.5. Rotorun kontakt
həlqələrinin yonulması və cilalanması,
işdən çıxarılmış kollektor
təsirləndiricisinin cilalanmasını sərəncama
görə qeyri-elektrik heyətdən olan işçi
təkbaşına icra edə bilər. İşin icrası zamanı
üz və göz üçün fərdi mühafizə vasitələrindən
istifadə etmək lazımdır.
3.2.2.6. Çalışan generatorda fırça
aparatına qulluğu sərəncama görə, III-dən
aşağı olmayan elektrik təhlükəsizliyi qrupu ilə
yerinə yetirmək lazımdır. Bu halda aşagıda
göstərilən təhlükəsizlik tələblərinə
əməl olunmalıdır:
a) mühafizə dəbilqəsində,
bağlanmış xüsusi geyimdə işləmək,
maşının fırlanan hissələrinin
ilişməsindən qorunaraq üz üçün fərdi vasitələrdən
istifadə etməklə;
b) elektrik izoləedici rezin çəkmə
və ya elektrik izoləedici xalçalardan istifadə
etməklə;
c) eyni zamanda cərəyan daşıyan
hissələrin iki qütbünə və ya cərəyan
daşıyan və torpaqlanmış hissələrə əl ilə toxunmamaqla.
3.2.2.7. Generatorun qaz-yağ sisteminin
istismarı zamanı partlayışdan təhlükəli qaz
qarışığının yaranmasının
qarşısını almaq lazımdır. Bu halda
aşağıdakılara yol vermək olmaz:
a) generatorun gövdəsindəki
hidrogendə oksigen miqdarının 1.2%-dən çox,
üfləmə çəninin üzgəcli sürgüsündə və yağ
təmizləyici qurğunun hidrogen ayırıcı bakında
2%-dən yuxarı olmasına;
b) generatorun cərəyan
naqillərində hidrogenin miqdarı 1%-dən artıq,
yastıq kraterində isə 2%-dən yuxarı olmasına.
Yağ çənində hidrogen
olmamalıdır.
3.2.2.8. Generatordan hidrogen və ya
havanın sıxışdırılıb
çıxarılması təsirsiz qazla aparılmalıdır. Təsirsiz
qazın sıxışdırılmanin sonunda maşından
xaric olarkən müəyyənləşdirilmiş minimal
qatılığı təşkil etməlidir:
a) hava sıxılıb
çıxarılarkən karbon qazı - 85%, hidrogen
sıxılıb çıxarılarkən - 95%;
b) hava və hidrogen sıxılıb
çıxarılarkən azot - 97%.
Havanın və ya hidrogenin
sıxışdırılması zamanı generatorun
təsirsiz qazla üflənməsinin tamlığı qazın
kimyəvi analizi ilə təsdiq olunmalıdır.
3.2.2.9. Generatorların və qaz-yağ
sistemi aparatlarının gövdələrini açmazdan öncə
hidrogen inert qazları ilə, inert qazları isə hava ilə
sıxışdırılıb çıxarılmalıdır.
Alın lövhələrinin, lük və s.
açılması yalnız qazların kimyəvi analizi
aparıldıqdan sonra və karbon qazının yoxluğu
təsdiq olunduqda və ya (azotun sıxışdırılması
zamanı) havada kifayət qədər oksigen olduqda (həcminə
görə 20% az olmayaraq) icazə verilir.
3.2.2.10. Korpusundan hidrogen
sıxışdırılıb çıxarılmadan
dayandırılmış sinxron kompensatorun kontakt
həlqələrinin kamerasını açmazdan öncə
təsirsiz qazın kameraya verilməsinə qədər onun
gövdəsini kompensatordan ayıran sürgünün kipliyini yoxlamaq
lazımdır.
Kamerada işlərin başlanmasına
yalnız onun təsirsiz qazla üflənməsindən (ardınca
onun hava ilə sıxışdırılması olmadan)
və analizlər aparıldıqdan sonra yol verilir.
3.2.2.11. Avadanlığın və
qaz-yağ sistemi boru kəmərlərinin təmirə
çıxarılması zamanı boru kəmərləri
ayrılmalıdır və ya havanın və ya təsirsiz
qazın qeyri-kip sürgülərdən təmir olunan
sahələrə daxil olma mümkünlüyünün qarşısını
almaq üçün qapaqlar quraşdırılmalıdır.
3.2.2.12. Təmir işləri
başlamazdan öncə işəburaxan işlərin
təhlükəsiz aparılması mümkünlüyünə əmin
olmalıdır və aşağıdakıları yoxlamalıdır:
a) təmir sxeminə
hazırlığın, hidrogen soyutma generatorlarının qaz
sisteminin istismarına görə təlimatlara uyğunluğunu;
b) zəruri qapaqların olmasını
və boru kəmərlərinin ayrılmasını;
c) açılması yolverilməz olan
ventillərdə qıfıl və “AÇMA! ADAMLAR
İŞLƏYİR” plakatlarının olmasını;
ç) sxemin təmir sahələrində
hidrogenin olmamasını və həmçinin təmir heyəti
ilə təlimatlandırmanın aparılmasını.
Hidrogen soyutma generatorlarının qaz
sistemində, hidrogen qaz kəmərlərində, resiver və
elektroliz aparatı qurğularında təmir işləri
naryada görə icra olunmalıdır.
Əgər iş yerinin
hazırlanması üzrə texniki tədbirlərin
aparılması tələb olunmursa, bu zaman onu verilən
avadanlığa xidmət edən operativ-təmir heyətinin
sərəncamı əsasında və nəzarəti
altında icra etmək olar.
3.2.2.13. Tərkibində hidrogen olan
qaz-yağ sistemi sahələrindən 10 m-dən az olmayan
məsafədə, açıq odla işlər (elektrik
qaynağı, qaz qaynağı və s.) naryad üzrə icra
olunmalıdır. Bu zaman naryadın “Ayrıca
göstərişlər” sətrində işlərin
təhlükəsizliyini təmin edən (çəpərlərin
quraşdırılması, hidrogenin olmamasına və s.
görə otaqda havanın yoxlanılması) əlavə
tələblər qeyd olunmalıdır.
Hidrogenlə doldurulmuş
avadanlıqların gövdəsində, boru
kəmərlərində bilavasitə odla işləmək
qadağan olunur.
Otaqlarda avadanlıqların yanında
və qapılarında açıq oddan istifadəni qadağan
edən təhlükəsizlik nişanları və “HİDROGEN,
ODDAN TƏHLÜKƏLİDİR” plakatları
asılmalıdır.
3.2.2.14. Hidrogen axınının
alışması zamanı sızma yerinə asbest
toxumasını qoymaqla yanan yerə hava oksigeninin daxil
olmasını dayandırmaq və ya alova təsirsiz qaz
şırnağını yönəltmək lazımdır.
3.2.3. Elektrik mühərrikləri
3.2.3.1. Elektrik mühərriklərində
yaxud onlar vasitəsilə hərəkətə
gətirilən mexanizmlərdə cərəyan daşıyan
yaxud fırlanan hissələrə toxunma əlaqəsi olan
işlər yerinə yetirilən zaman elektrik mühərrikləri
bu Qaydanın müvafiq bəndlərinə uyğun olaraq onun
səhvən qoşulmasının qarşısını alan
texniki tədbirlər görülməklə açılmalıdır.
Bu zaman ikisürətli elektrik
mühərriklərində statorun dolaqlarını qidalandıran
hər iki dövrə açılmalı və sökülməlidir.
Elektrik mühərriklərində yaxud onlar
vasitəsilə hərəkətə gətirilən
mexanizmlərdə cərəyan daşıyan və ya
fırlanan hissələrə toxunma əlaqəsi olmayan
işlər işləyən elektrik mühərrikində
aparıla bilər.
İşləyən elektrik
mühərrikinin və mexanizminin fırlanan hissələrinin
mühafizə çəpərlərini çıxartmaq qadağan olunur.
3.2.3.2. Elektrik mühərriklərində
işləyən zaman torpaqlama, elektrik mühərrikini PQ, lövhə və
ya yığma ilə birləşdirən KX-nin
istənilən sahəsində quraşdırıla bilər.
Əgər açılmış elektrik
mühərriklərində işlər aparılmırsa və ya
bir neçə günlük fasilə verilibsə, ondan ayrılmış
kabel xətti elektrik mühərriki tərəfdən torpaqlanmalıdır.
Kabel xətlərinin en kəsiyi
səyyar torpaqlanma qoymağa imkan vermirsə, gərginliyi 1000 V-dək
olan elektrik qurğularında kabel xəttinin en kəsiyi kabelin
damarının en kəsiyindən kiçik olmayan mis naqil ilə torpaqlanmağa
və ya kabelin damarlarını öz
aralarında birləşdirməyə və onları torpaqlamağa icazə verilir. Bu cür torpaqlama və kabelin damarlarının
birləşdirilməsi əməliyyat jurnalında səyyar torpaqlama ilə eyni qaydada nəzərə
alınmalıdır.
3.2.3.3. Elektrik mühərriklərində
onlarla birləşdirilmiş mexanizmlər (tüstüsovuranlar,
ventilyatorlar, nasoslar və s.) hesabına fırlana bilən
işlərə buraxılışdan öncə
bağlayıcı armaturun şturvalları (sürgüləri,
ventilləri, şiberləri və s.) qıfılla
bağlanmalıdır. Bundan əlavə elektrik
mühərriklərinin rotorlarının tormozlanması üzrə
və ya birləşdirici muftaların dövrədən
açılması üzrə tədbirlər görülməlidir.
Bağlayıcı armaturla zəruri
əməliyyatlar müəssisənin aidiyyəti struktur
bölməsinin növbə rəisi ilə
razılaşdirılmalıdır və əməliyyat
jurnalında qeyd olunmaqla həmin struktur bölməsinin işçiləri
tərəfindən yerinə yetirilməlidir.
3.2.3.4. Bağlayıcı
armaturların, yönəldici aparatların əl ilə elektrik
intiqalları vasitəsilə məsafədən və
avtomatik idarəetmə sxemindən gərginlik
çıxarılmalıdır.
Siyirmələrin, ventillərin,
şiberlərin şturvalları qıfılla
bağlanmalı, üzərlərindən “AÇMA! ADAMLAR
İŞLƏYİR” plakatları asılmalıdır,
bağlayıcı armaturun elektrik intiqalları
vasitəsilə idarəedici açarların, düymələrin
üzərində - “QOŞMA! ADAMLAR İŞLƏYİR”
plakatları asılmalıdır.
3.2.3.5. İşlər aparılacaq
elektrik mühərrikləri ilə yanaşı,
quraşdırılmış elektrik mühərriklərində
onların işləməsindən və ya ehtiyatda olmasından
asılı olmayaraq, “DAYAN! GƏRGİNLİK” plakatları
asılmalıdır. İşlər aparılacaq elektrik
mühərriklərində “BURADA İŞLƏMƏK”
plakatları asılmalıdır.
3.2.3.6. Eyni gərginlikli elektrik
mühərriklərində təmirə çıxarılmış
aqreqatların, texnoloji xətlərin və qurğuların
təmiri bu Qaydanın tələblərinə müvafiq olaraq
yerinə yetirilə bilər. Öncədən
hazırlanmış iş yerlərinə
buraxılışı eyni vaxtda yerinə yetirməyə
icazə verilir, bir iş yerindən digərinə keçidin
sənədləşdirilməsi tələb olunmur. Bu halda
naryadda sadalanan ixtiyari elektrik qurğularının
yoxlanmasına və ya işə qoşulmasına
digərlərində işlər tam başa çatmayınca
icazə verilmir.
3.2.3.7. Fırlanan elektrik
mühərriklərində cərəyan daşıyan
hissələrə və fırlanan hissələrə
toxunmadan aparılan işlər sərəncam üzrə icra
oluna bilər.
3.2.3.8. Siyirmələrin, icra
mexanizmlərinin elektrik intiqallarının, onların elektrik
intiqalları şiberlə, siyirmə və digər
qurğularla birləşdirildikdə yoxlanmasını
onların quraşdırıldığı
müəssisələrin aidiyyəti struktur bölməsinin növbə
rəisinin icazəsi ilə briqada aparmalıdır.
İcazə verilmə haqqında qeyd
müəssisənin aidiyyəti struktur bölməsinin
əməliyyat jurnalında aparılır, bu icazənin
alınması isə yoxlamanı aparan müəssisənin
aidiyyəti struktur bölməsinin əməliyyat jurnalında
qeyd olunur.
3.2.3.9. Elektrik mühərriklərinin
sınağının yoxlanması üçün qoşulma qaydaları
aşağıdakı əməliyyatlardan ibarət
olmalıdır:
a) iş icraçısı briqadanı
iş yerindən çıxarır, işdə fasiləni
sənədləşdirir, naryadı operativ-təmir
heyətinə təhvil verir;
b) operativ-təmir heyəti qoyulmuş
torpaqlamaları, təhlükəsizlik plakatlarını
çıxarır, sxemi yığır.
3.2.3.10. Sınaqdan sonra elektrik
mühərrikində işlərin davam etdirilməsinə
zərurət yaranarsa, operativ-təmir heyəti yenidən
iş yerini hazırlayır və briqada naryad üzrə
təkrar elektrik mühərrikində işə buraxılır.
3.2.3.11. İcra mexanizmləri
tənzimləyici orqanlarla və bağlayıcı armaturla
birləşdirilməyən elektrik intiqallarının elektrik
sxemlərinin təmiri və sazlanmasını sərəncam
üzrə aparmağa icazə verilir. Onların yoxlanmasına
icazəni sərancam verən şəxs verir. Bu haqda qeyd
sərəncamın qeydiyyatı zamanı edilməlidir.
Yoxlamadan sonra elektrik mühərrikində
işlərin davam etdirilməsinə zərurət yaranarsa,
işə təkrar buraxılışa sərəncam
yenidən verilir.
3.2.3.12. İşləyən elektrik
mühərrikində fırça aparatına sərəncam üzrə
xidməti elektrik təhlükəsizliyi üzrə qrupu III-dən
aşağı olmayan bir işçi bu Qaydanın tələblərinə
riayət etməklə təkbaşına apara bilər.
Fırlanan elektrik mühərrikində
rotorun halqalarının cilalanmasına izolyasiya materialından
olan qəlib vasitəsilə icazə verilir.
3.2.4. Kommutasiya aparatları
3.2.4.1. İşə
buraxılışdan öncə məsafədən idarə
olunan kommutasiya aparatlarında aşağıdakı
tədbirlər yerinə yetirilməlidir:
a) intiqalın, əməliyyat
cərəyanının güc dövrələri və
qızdırılma dövrələri açılmalıdır;
b) hava açarlarının baklarına
və pnevmatik intiqallara hava verən borularda siyirmələr
bağlanmalı, qıfıllanmalı və onlarda olan hava
atmosferə buraxılmalıdır; bu zaman buraxıcı
tıxac (klapan) açıq vəziyyətdə
saxlanılmalıdır.
c) işəsalma yükü yaxud işəsalma
yayları qeyri-işlək vəziyyətə
gətirilməlidir;
ç) kommutasiya aparatının
səhvən və özbaşına olaraq işə
düşməsinin qarşısını alan tədbirlər
görülməlidir;
d) məsafədən idarəedici
açarlarda “QOŞMA! ADAMLAR İŞLƏYİR” və
bağlı siyirmələrdə isə “AÇMA! ADAMLAR
İŞLƏYİR” plakatları asılmalıdır.
3.2.4.2. İşçinin təzyiq altında
olan hava açarlarına qalxmağına yalnız sınaq və
sazlama işlərini yerinə yetirən zaman (demferlərin
təmizlənməsi, vibroqramların çıxarılması, naqillərin
ölçü cihazlarına birləşdirilməsi və
ayrılması, hava sızması yerlərinin müəyyən
edilməsi və s.) icazə verilir.
Ayırıcısı işçi
təzyiqi altında olduqda havadoldurucu bölməli
açılmış hava açarlarına qalxmaq bütün hallarda
qadağandır.
3.2.4.3. Hava açarlarının rütubət
keçirməzliyinin (hermetikliyinin) yoxlanması aşağı
təzyiqdə zavod təlimatına uyğun
aparılmalıdır.
3.2.4.4. Hava açarlarına sınaq və
sazlama işləri aparmaq üçün qalxmazdan əvvəl
zəruridir:
a) idarəetmə dövrəsini açarla açmaq;
b) yerli idarəedici düyməni və
işəsalma klapanlarını bloklamaq (məsələn,
havaötürücü boruları ayırmaq, şkafları bağlamaq
və s.) və yaxud açarın yanında açarla əməliyyatları
iş icraçısının icazəsilə müəyyən
olunmuş bir nəfərin yerinə yetirməsinə icazə
verən təlimatlandırılmış şəxs qoymaq;
c) şəxslərin təzyiq
altında olan hava açarlarında olduğu müddətdə
idarəedici şkaflarda və paylayıcılarda bütün
işləri dayandırmaq;
ç) fəaliyyətdə olan
yarımstansiyanın, 220 kV və daha yuxarı gərginlikli
açarların cərəyan daşıyan
çıxışları yönəldilmiş gərginliyi
çıxarmaq üçün torpaqlanmalıdır.
3.2.4.5. Yoxlama, sazlama və sınaq
zamanı hava açarlarını açarkən və qoşarkən
işçilərin açarların yaxınlığında
durması qadağandır.
Sınaq və sazlama üzrə iş
icraçısı (və yaxud briqada üzvlərindən müvəkkil
olunmuş bir nəfər) açarla əməliyyatların
yerinə yetirilməsinə komandanı briqada üzvləri açardan
təhlükəsiz məsafəyə və yaxud
sığanacağa kənarlaşdırıldıqdan sonra
verə bilər.
3.2.4.6. İşəburaxılmadan
əvvəl havayığıcıların içərisində:
a) havaötürən bütün boruların
siyirtmələrini bağlayıb qıfıllamaq,
siyirtmələrdə “AÇMA! ADAMLAR İŞLƏYİR”
plakatı asmaq;
b) havayığıcıların
içərisindəki təzyiq altında olan havanı buraxmaq, onun
yuxarı hissəsindəki tıxacı və
havaburaxıcı siyirtməni açıq saxlamaq;
c) havayığıcıdan havaötürücü
borunu ayırmaq və ona tıxac taxmaq lazımdır.
Havayığıcıların
içərisində işləyərkən (daxili baxış,
təmir, təmizləmə və s.) gərginliyi 12 V-dan
yuxarı olmayan lampalardan istifadə olunmalıdır.
3.2.4.7. Açarların baklarında və
havayığıcılardakı manometrin sıfır
göstərişi sıxılmış havanın
olmamasının etibarlı əlaməti sayıla bilməz.
Oyuqların qapaqlarını çıxaran zaman qayka və
boltları bilavasitə açmazdan qabaq havaburaxıcı
tıxacları (klapanları) və yaxud sürgüləri açmaqla
sıxılmış havanın həqiqətən
olmamasına əmin olmaq lazımdır.
Yalnız oyuqların qapaqlarını
çəkib bərkidən bütün qayka və boltları
bağladıqdan sonra, buraxıcı tıxacları (klapanları)
və yaxud sürgüləri bağlamağa icazə verilir.
3.2.4.8. Kommutasiya aparatlarının
sazlanması və tənzimlənməsi zamanı onları
yoxlamaq üçün qoşarkən və açarkən naryad
verilmədikdə, əməliyyat cərəyanı dövrələrinə
və intiqalın güc dövrələrinə siqnallama və qızdırılma,
həmçinin intiqala və açara hava vermək məqsədilə
müvəqqəti gərginlik verilməsinə icazə verilir.
Çıxarılmış qoruyucuların
öz yerinə quraşdırılmasını,
açılmış dövrələrin qoşulmasını və
hava verilən zaman siyirtmənin açılmasını,
həmçinin yoxlama zamanı “QOŞMA! ADAMLAR
İŞLƏYİR” və “AÇMA! ADAMLAR
İŞLƏYİR” plakatlarının
çıxarılmasını operativ heyət və yaxud onun
icazəsi ilə iş icraçısı yerinə yetirir.
Kommutasiya aparatlarının
sınağı üçün məsafədən qoşulmasının
və açılmasının icrasına, sazlama və yaxud
tənzimləmə aparan şəxsə və yaxud onun
tələbi əsasında operativ heyətə icazə
verilir.
Daimi operativ heyəti olmayan elektrik
qurğularında bu cür icazə tələb olunmur və
əməliyyat ardıcıllığı naryadın
“Ayrıca göstərişlər” sətrində təyin olunur.
3.2.4.9. Sınaqdan sonra kommutasiya
aparatlarında işlərin davam etdirilməsi zərurəti
yaranarsa, operativ heyət üzvü tərəfindən və yaxud
onun icazəsilə iş icraçısı tərəfindən
işəburaxılış üçün tələb olunan texniki
tədbirlər yerinə yetirilməlidir.
3.2.5. Komplekt paylayıcı qurğular
3.2.5.1. KPQ-nin şkaflarında
bölmələrdə işləyən zaman avadanlıqla
təchiz olunmuş arabanı çəkib çıxarmaq
lazımdır. Cərəyandaşıyıcı hissələri
gərginlik altında qalan bölmənin örtüyü bağlanıb
qıfıllanmalıdır və “DAYAN! GƏRGİNLİK”
plakatı asılmalıdır. Bölmədə “BURADA
İŞLƏMƏLİ” plakatı asılmalıdır.
3.2.5.2. KPQ-dən kənarda ondan
ayrılan HX və KX-lərdə və yaxud onlara
qoşulmuş avadanlıqlarda işləyən zaman, açar olan
arabacığı şkafdan çəkib çıxarmaq lazımdır;
üst örtüyü və yaxud qapısı qıfıllanmalı və
“QOŞMA! ADAMLAR İŞLƏYİR” və “QOŞMA!
XƏTDƏ İŞLƏYİRLƏR” plakatları
asılmalıdır.
Bu zaman icazə verilir:
a) torpaqlanma bıçaqları ilə açar
arabası arasında bloklayıcı olduqda bu bıçaqları
qoşduqdan sonra arabanı nəzarət vəziyyətinə
gətirməyə;
b) torpaqlanma bıçaqları ilə
arabacıq arasında bloklama olmadıqda, həmçinin şkafda
torpaqlanma bıçaqları olmadıqda, arabacığı
qıfılla bağlamaqla yoxlanma və açılmış
vəziyyət arasında olan aralıq vəziyyətdə
qoymağa. Arabacıq birləşmənin
çıxışlarının torpaqlanıb torpaqlanmamasından
asılı olmayaraq aralıq vəziyyətdə qoyula
bilər.
Ayırılan HX-lərdə
işlər olarsa, KPQ-nin şkaflarında torpaqlanma
quraşdırarkən bu Qaydanın 3.1.5.13-cü
yarımbəndinin tələblərini nəzərə almaq
lazımdır.
3.2.5.3. Açarlı arabanı yoxlamaq və
idarəedici və mühafizə dövrələrində
işləmək üçün yoxlama vəziyyətində
quraşdırmağa o hallarda icazə verilir ki, KPQ-dən
xaricdə ayrılan HX və KX-lərdə və yaxud elektrik
mühərrikləri ilə birləşdirilmiş mexanizmlər
də daxil olmaqla, onlara qoşulmuş avadanlıqlarda
işlər aparılmır və yaxud bu
birləşmədə KPQ-nin şkafına torpaqlanma
taxılıb.
3.2.5.4. Vakuum açarları ilə təchiz
olunmuş PQ-lərdə qövs söndürən kameraların amplitud
qiyməti 20 kV-dan yuxarı yüksəldilmiş gərginliklə
sınaqlarını heyəti yaranan rentgen şüalarından
mühafizə etmək üçün xüsusi ekrandan istifadə etməklə
yerinə yetirmək lazımdır.
3.2.5.5. Daxildə və xaricdə
qurulmuş KPQ-nin damında, gərginliyi 6-10 kV olan
şinlərin seksiyaları arasında arakəsmələr
quraşdırılmalıdır və onların hər iki
tərəfdən üzərində “DAYAN! GƏRGİNLİK”
təhlükəsizlik plakatı asılmalıdır.
3.2.5.6. KPQ-nin ehtiyat yuvalarında
gərginlik altına düşməyi istisna etmək üçün,
işçilərin bu yuvalara səhvən keçə bilməsinin
qarşısını alan tədbirlər görülməlidir
(yuvaların bütün şöbələrini və pərdə
mexanizmlərini mexaniki qıfılla bağlamaq, şinlə
keçid xarici izolyasiya, şin ilə açarlar və s. arasında
şinləməni sökmək).
3.2.6. Güc transformatorları
3.2.6.1. İşləyən və ya
ehtiyatda olan transformator yarımstansiyalarının və güc
yarımstansiyalarının, şuntlayıcı və
qövssöndürən reaktorların (bundan sonra –reaktorların)
qapıları qıfılla bağlanmalı və onların
üzərində xəbərdaredici “EHTİYATLI OL! ELEKTRİK
GƏRGİNLİYİ” nişanı bərkidilməlidir
(yazılmalıdır).
3.2.6.2. Güc transformatorlarına (reaktorlara)
baxış bilavasitə yerdən və ya tutacaqlı stasionar
nərdivanlardan yerinə yetirilməlidir.
3.2.6.3. İşləyən güc
transformatorunda (reaktorlarda) qaz relelərindən qaz
nümunəsinin götürülməsi güc transformatorunu (reaktoru) yükdən
azad etdikdən və açdıqdan sonra yerinə yetirilməlidir.
3.2.6.4. Güc transformatorunun
(reaktorlarının) bakından aktiv hissələrin
çıxarılması və ya gövdənin qaldırılması
ilə əlaqədar işlər layihə istehsalat işləri
(Lİİ) üzrə təyin və təsdiq olunmuş qaydada
yerinə yetirilməlidir.
3.2.6.5. Güc transformatorunun (reaktorun)
bakının daxilində metal düymələri olmayan,
hərəkət üçün rahat, bədəni ifrat isinmədən
və yağla çirklənmədən mühafizə edən xüsusi
geyimlərdə, rezin uzunboğaz çəkmələrdə,
mühafizə dəbilqəsi və əlcəklərdən
istifadə etməklə işləmək lazımdır.
3.2.6.6. Güc transformatorunun bakının
daxilində işləyərkən qüvvədə olan
normativlərin tələbləri yerinə yetirilməlidir.
3.2.6.7. Transformator yağlarının
regenerasiyası üzrə işlər, onun qurudulması,
təmizlənməsi, qazlardan təmizlənməsi, xüsusi
geyimlərdən və ayaqqabılardan istifadə
etməklə yerinə yetirilməlidir.
3.2.6.8. Transformator yağlarının
boşaldılması və doldurulması prosesində 110 kV
və daha yuxarı gərginlikli güc transformatorunda, transformatorların
dolaqlarının girişləri onlarda elektrostatik yüklərin
yaranmasının qarşısını almaq üçün
torpaqlanmalıdır.
3.2.6.9. İşçilərin
işləyən güc transformatorunun bakının damına
çıxması, həmçinin aşkar zədələnmə
əlamətləri olan gərginlik altında olan güc
transformatorlarına yaxınlaşması qadağandır.
3.2.6.10. İşləməyən güc
transformatorlarında qaynaq işlərinin aparılmasına,
transformator yağının buxarlarının
alışmasından qaçmaq məqsədilə, yalnız ona
qaynaq yerindən 200-
Qaynaq işləri aparılarkən
yağ sızmalarını aradan qaldırmaq
məqsədilə güc transformatorlarında qaynaq yerində
yağ sızmasının kəsilməsini təmin edən
vakuum yaratmaq lazımdır (AZS 587-2011, 2.6. “Qaynaq işləri və
lehimləmə lampası ilə işlər”).
3.2.6.11. Qövssöndürücü reaktorların (QSR)
qoşulmasını və açılmasını elektrik
izoləedici əlcəklərdə və botlarda yerinə
yetirmək lazımdır.
3.2.6.12. QSR-i işə salarkən ilk
öncə xüsusi transformator qoşulur, sonra isə
ayırıcı ilə QSR işə salınır, QSR-i
işdən çıxaranda isə əməliyyat əks ardıcıllıqla
yerinə yetirilir.
Elektrik şəbəkəsində
yerəqapanma yarandıqda QSR qoşmaq və açmaq
qadağandır.
3.2.6.13. QSR-in budaqlanma ilə kompensasiya
cərəyanının pilləli
tənzimlənməsilə çevirmələrini yalnız onu
açdıqdan sonra texniki və təşkilati tədbirləri
yerinə yetirməklə aparmaq lazımdır.
3.2.6.14. QSR tutum
cərəyanlarının kompensə olunma rejimində
işləyərkən elektrik izoləedici botlardan istifadə
etmədən QSR-ə
3.2.7. Cərəyan transformatorları
3.2.7.1. Cərəyan
transformatorlarının birinci dolaqlarının
dövrəsindəki şinləri quraşdırma və qaynaq
işlərində cərəyan daşıyan naqil
qismində istifadə etmək qadağandır (AZS 587-2011, 2.6.
“Qaynaq
işləri və lehimləmə lampası ilə
işlər”).
3.2.7.2. Cərəyan transformatorlarında
və ya onların ikinci dolaqlarına qoşulmuş
dövrələrdə işlər aparılarkən
aşağıdakı təhlükəsizlik
tələblərinə riayət etmək lazımdır:
a) ikinci dolaqların sıxacları
onlara qoşulmuş dövrələrin
quraşdırılmasının başa çatmasınadək
qısa qapanmalıdır. Taxma elektrik izoləedici alət
vasitəsilə quraşdırılır.
Quraşdırılmış dövrəni cərəyan
transformatoruna birləşdirdikdən sonra taxma (qısaqapanma)
yaxındakı sıxaclar yığmasına köçürülür və
quraşdırma tam başa çatdıqdan və
quraşdırılmış dövrələrin birləşdirilməsinin
düzgünlüyü yoxlandıqdan sonra çıxarılır;
b) dolaqların qütblüyünü yoxlayarkən, onu
yoxlayan cihaz cərəyan impulsu birinci dövrəyə
verilənədək ikinci dolağın sıxacına
birləşdirilməlidir.
3.2.8. Elektrik qazanları
3.2.8.1. Elektrik qazanlarına
qoşulmuş boru kəmərlərində boru
kəmərlərinin mühafizə torpaqlanmasını pozan
işlərin yerinə yetirilməsi qadağandır.
3.2.8.2. Boru kəmərlərinin
ayrılması üzrə işlər yerinə
yetirilməzdən öncə (siyirtmələrin və ya boru
hissəsinin dəyişdirilməsi) boru kəmərinin
ayrılan hissələrinin elektrik qaynağı
vasitəsilə etibarlı birləşdirilməsini yerinə
yetirmək lazımdır. Ayrılma yerində
təhlükəsiz dövrələmə yeri olduqda bu cür ayrılma
tələb olunmur.
3.2.8.3. Gövdəsi izolə olunmuş
elektrik qazanının üz örtüyü qıfılla bağlı
olmalıdır. Örtüyün açılmasına yalnız qazandan
gərginlik çıxarılandan sonra icazə verilir.
3.2.8.4. 0,07 MPa-dan yuxarı işçi
təzyiqli buxar elektrik qazanları və suyun
qızdırılma temperaturu 115ºC-dən yuxarı
suqızdırıcı qazanlar müvafiq qurumların qəbul
etdiyi normativ sənədlərində qeyd edilmiş qaydalara müvafiq
olaraq istismar olunmalıdır.
3.2.9. Elektrik süzgəcləri
3.2.9.1. Elektrik süzgəclərinin
istismarı zamanı qadağan olunur:
a) naryadın “Ayrıca
göstərişlər” sətrində qeyd olunmuş hallar istisna
olmaqla, şəxslərin elektrik süzgəci içində olduğu
müddətdə silkələmə mexanizmlərinin işə
salınması;
b) təmir işlərinin elektrik
süzgəclərinin bunkerlərində və seksiyalarında
eyni vaxtda yerinə yetirilməsi;
c) qidalandırıcı aqreqatların
bloklayıcı qurğuları nasaz olduğu zaman elektrik
süzgəclərinin seksiyalarının, izolyator
qutularının və s. Lüklərinin və oyuqlarının
olmaması və yaxud nasaz olması zamanı elektrik süzgəclərinə
və onları qidalandıran kabellərə gərginliyin
verilməsi.
3.2.9.2. Elektrik süzgəclərinin
istənilən sahəsində işlər yerinə
yetirilən zaman ehtiyat şində, elektrik süzgəclərinin
qidalandırıcı istənilən kabellərində
həmin elektrik süzgəclərini qidalandıran bütün aqreqatlar
açılır və torpaqlanır.
3.2.9.3. Elektrik süzgəclərini
açdıqdan sonra ondan və qidalandırıcı
kabellərdən statik yük elektrik aqreqatlarının
torpaqlanması vasitəsilə çıxarılır. Elektrik
süzgəclərinin torpaqlanmamış hissələrinə
toxunmaq qadağandır.
3.2.9.4. Elektrik süzgəclərində
işlər silkələmə mexanizmlərinin elektrik
avadanlıqlarında işlər və elektrik
süzgəclərinin və qaz yollarının daxilində
işlər də daxil olmaqla, naryad üzrə
aparılmalıdır.
3.2.9.5. Bloklayıcı
torpaqlayıcı qurğuların, yüksəldici-düzləndirici
aqreqatların çıxışlarının yüksəkgərginlikli
torpaqlayıcı bıçaqlarının mövcud olmasından
asılı olmayaraq, elektrik süzgəclərində
işləyərkən səyyar torpaqlayıcı taxmaq
lazımdır.
3.2.9.6. Elektrik süzgəclərinin və
qaz yollarının daxilində işləyərkən
gərginliyi 12 V-dan yuxarı olmayan elektrik lampalarından
istifadə etməyə icazə verilir, bu halda,
alçaldıcı transformator elektrik süzgəcinin
gövdəsindən xaricdə yerləşməlidir.
3.2.9.7. Şəxslərin elektrik
süzgəclərinin seksiyalarına işləməyə
buraxılmasından əvvəl bu seksiyalar ventilyasiya
olunmalıdır və bunkerlərdən kül
çıxarılmalıdır. Hərarət 45ºC-dən yüksək
olmamalıdır.
3.2.9.8. Elektrik süzgəclərinin və
qaz yollarının daxilində qaynaq işləri apararkən
elektrik qaynaq aqreqatı özbaşına işləmə
gərginliyinin avtomatik açma və ya onun 0,5 saniyədən az
müddətdə gərginliyi 12 V-dək aşağı salan
qurğu ilə təchiz olunmalıdır (AZS 587-2011, 2.6. “Qaynaq
işləri və lehimləmə lampası ilə
işlər”).
3.2.9.9. Müəssisələrdə elektrik
süzgəclərinin normativ hüquqi aktlara (NHA) müvafiq xidməti
zamanı əməyin mühafizəsinə dair təlimat
işlənməlidir.
3.2.10. Akkumulyator batareyaları
3.2.10.1. Turşu və qələvi
akkumulyator batareyaları, qapıları qıfılla
bağlı otaqlarda torpaqlanmalıdır. Bu otaqlara
baxış keçirən və orada işləri yerinə yetirən
şəxslərə açarlar müəssisənin təyin etdiyi
qaydalar üzrə verilir.
3.2.10.2. Akkumulyator otaqlarında siqaret
çəkmək, oraya odla girmək, orada qığılcım
yarada biləcək elektrik qızdırıcı
cihazlarından, aparatlarından və alətlərindən
istifadə etmək qadağandır. Bu halda Qaydanın
3.2.10.10-cu yarımbəndlərində göstərilən
işlər istisna təşkil edir.
3.2.10.3. Akkumulyator otaqlarının
qapılarında “AKKUMULYATOR OTAĞI”, “SİQARET ÇƏKMƏK
QADAĞANDIR” və ya “ODDAN TƏHLÜKƏLİDİR”
yazıları olmalı və təhlükəsizlik
işarələri bərkidilməlidir.
3.2.10.4. Çəkici-sovurucu ventilyasiyası
olan akkumulyator otaqlarında ventilyasiya doldurma başlamazdan
əvvəl qoşulur və doldurma qurtardıqdan azı 1,5
saat sonra qazlar çıxarıldıqdan sonra açılır.
3.2.10.5. Hər bir akkumulyator
otağında elektrolit ilə işlərin görülməsi üçün
olmalıdır:
a) elektrolit düzəltmək və onu qaba
tökmək üçün tutumu 1,5-2,0 litr olan şüşədən və
yaxud çini lüləkli qulplu qab (və qrafin);
b) turşu batareyaları üçün 5%-li
neytrallaşdırıcı soda məhlulu və qələvi
batareyalar üçün 10 %-li bor turşusu və yaxud 9 %-li sirkə
essensiyası;
c) xüsusi geyim, əlləri, ayaqları,
üzü və gözləri mühafizə edən fərdi mühafizə
vasitələri;
ç) əlləri yumaq üçün su;
d) dəsmal;
e) içərisində kəpək olan
yeşik (turşulu batareyalar üçün).
3.2.10.6. Turşu, qələvi və
distillə olunmuş su ayrıca, ağzı möhkəm
bağlı şüşə qablarda saxlanmalıdır.
Elektrolit, distillə olunmuş su və
neytrallaşdırıcı məhlul doldurulmuş bütün
qabların üzərində müvafiq qeydlər (maddənin adı)
olmalıdır.
3.2.10.7. Ayrıca otaqda akkumulyatorları doldurmaq
üçün turşu ilə birlikdə, distillə olunmuş suyun da
saxlanmasına icazə verilir.
3.2.10.8. İçində turşu və
qələvi olan şüşə butulkaları əl ilə
mütləq iki nəfər daşımalıdır.
İçində butulka olan səbətlə birlikdə dəstəyi
olan xüsusi taxta yeşiyə yerləşdirilir və yaxud
ortasında şəbəkəli oyuğu olan xüsusi
xərəklərdə daşınır. Butulka ilə
səbətin birlikdə hündürlüyünün 2/3 hissəsi həmin
oyuğa yerləşməlidir.
3.2.10.9. Elektroliti hazırlayan zaman
aşağıdakı təhlükəsizlik
tələblərinə riayət etmək lazımdır:
a) turşu və qələvi ilə
işləyərkən xüsusi geyim, əlləri, ayaqları,
üzü və gözləri mühafizə edən fərdi mühafizə
vasitələri geyinmək lazımdır;
b) aşındırıcı
qələvinin qırıntılarını
əvvəlcə torbacığa bükərək
ayrılmış yerdə xırdalamaq lazımdır;
c) elektroliti hazırlayan zaman məhlulun
intensiv qızmaması üçün turşu nazik şırnaqla qulplu
qabdan içərisində distilə olunmuş su olan çini və
yaxud digər termodavamlı qaba tökülür. Bu zaman elektroliti fasiləsiz
şüşə çubuq ilə və yaxud borucuqla ya da
turşuyadavamlı plastmasdan qarışdırıcı
ilə qarışdırmaq lazımdır;
ç) şüşə qabda distillə
olunmuş suyu sulfat turşusuna tökməklə elektrolit
hazırlamaq qadağandır. Hazır elektrolitin üzərinə
su doldurmağa icazə verilir;
d) döşəməyə
dağılmış turşunun üzərinə dərhal
kəpək səpmək, səylə qarışdırmaq və
ardınca yığışdırmaq lazımdır.
3.2.10.10. Akkumulyator otaqlarında
lövhələrin lehimlənməsinə
aşağıdakı təhlükəsizlik
tələblərinə riayət etməklə icazə
verilir:
a) lehimləməyə yüklənmə
qurtardıqdan azı 2 saat sonra icazə verilir;
b) daima doldurulma üsulu ilə
işləyən batareyalar, işin başlamasına 2 saat
qalmış boşalma rejiminə keçirilməlidir;
c) işə başlamazdan 2 saat qabaq otaq
havası ventilyasiya olunmalıdır;
ç) lehimlənmənin icrası zamanı
fasiləsiz ventilyasiya aparılmalıdır;
d) lehimlənmə yeri qalan batareyalardan
odadavamlı lövhələrlə çəpərlənməlidir;
e) qurğuşun və onun
birləşmələri ilə zəhərlənmənin
qarşısını almaq üçün xüsusi ehtiyat tədbirləri
görmək lazımdır və akkumulyator batareyalarının
istismarı və təmiri üzrə təlimata uyğun iş
günü rejimi müəyyən olunmalıdır.
İşləri naryad üzrə aparmaq
lazımdır.
3.2.10.11. Akkumulyator batareyalarına və
yükləyici qurğulara elektrik təhlükəsizliyi üzrə
III-dən aşağı olmayan qrupa malik işçi xidmət
etməlidir.
3.2.10.12. Maye elektrolitli qapalı (az
xidmət olunan) və ya helium elektrolitli hermetik və digər
bənzər növlü akkumulyator batareyalarını istismar
edərkən istehsalçıların konkret növ batareyalar üçün
istismar sənədlərində göstərilmiş
əməyin mühafizəsi üzrə tələblərini
yerinə yetirmək lazımdır.
3.2.11. Kondensator qurğuları
3.2.11.1. İşlər aparılan zaman
qurğunun qida mənbəyindən açılmasından sonra
stasionar boşaldıcı qurğuların olmasından
asılı olmayaraq, kondensatorlar onlara və ya onların
cərəyan daşıyan hissələrinə toxunmazdan
öncə boşaldılmalıdır.
Kondensatorların boşaldılması
(qalıq gərginliyinin sıfıra kimi alçaldılması)
çıxışları elektrik izoləedici ştanqa
bərkidilmiş kondensatorları boşaltmaq üçün qurğu
vasitəsilə gövdəyə qapama vasitəsilə
aparılır.
3.2.11.2. Kondensatorların
çıxışları, əgər onlar elektrik
qurğularına qoşulmayıbsa, amma elektrik sahəsinin
(yönəldilmiş gərginliyin) təsir zonasında
yerləşirsə, qısa qapanmalı və
torpaqlanmalıdır.
3.2.11.3. Kondensatorların
boşaldılmasına və torpaqlanmasına kimi, reaktiv gücün
fərdi kompensasiyasına malik asinxron elektrik
mühərriklərinin şəbəkəsindən
açılmış dolaqların klemmalarına toxunmaq
qadağandır.
3.2.11.4. Trixlordifenil ilə hopdurulmuş
və sızması olan kondensatorların gövdəsinə
əlcək geyinmədən toxunmaq qadağandır.
Trixlordifenil dəriyə düşdükdə onu sabunlu su ilə,
gözə düşdükdə gözləri bor turşusunun zəif
məhlulu ilə və ya natrium bikarbonatın məhlulu
ilə (bir stəkan suya bir çay qaşığı xörək
sodası əlavə etməklə) yumaq lazımdır.
3.2.12. Kabel xətləri
Torpaq
işləri
3.2.12.1. KX-nin mühafizə zonasında
yerləşən torpaq işlərinin icrası müvafiq
qurumların qəbul etdiyi normativ sənədlərinin
tələblərinə müvafiq olaraq yerinə yetirilməlidir
(AZS 587-2011, 2.13. “Torpaq işləri”).
3.2.12.2. Kabellərin qazılmasına
başlamazdan əvvəl istismar müəssisəsinin KX-nin
sahibinin işçilərinin nəzarəti altında KX-ni
şurflamaqla KX-nin döşənmə dərinliyinin təyin
edilməsi aparılmalıdır.
3.2.12.3. Qazılmış özül
çalaları, xəndəklər və ya çalalar NHA-ın
tələblərinə müvafiq olaraq
çəpərlənməlidirlər. Çəpərlərin
üzərində xəbərdaredici yazılar və
işarələr olmalıdır, küçələrdə,
keçidlərdə, yaşayış məntəqələrinin
həyətlərində, həmçinin, adamların və
nəqliyyatın hərəkətli yerlərində
quraşdırılmış çəpərlərin
üzərində işıqlandırıcı siqnallama
quraşdırılır. Lampalar üçün 12 V gərginlikdən
istifadə olunur və onlar çəpərlərin
sonlarındakı lövhələrdə
quraşdırılır.
Kabellərin
və muftaların asılması və bərkidilməsi
3.2.12.4. Açıq muftalar qanovun
üzərindən atılmış tirlərə məftil
və yaxud trosla asılmış möhkəm taxta lövhəyə
bərkidilməlidir və qutu ilə örtülməlidir. Qutunun bir
üzü çıxarılabilən olmalıdır və mismardan
istifadə etmədən bərkidilməlidir.
Qazılıb çıxarılmış
kabelləri örtən qutuların üzərində “DAYAN! GƏRGİNLİK”
plakatı asmaq lazımdır.
3.2.12.5. Kabelləri asmaq üçün qonşu
kabellərdən, boru kəmərlərindən və s.
istifadə etmək qadağandır.
3.2.12.6. Kabelləri elə asmaq
lazımdır ki, onlar dolaşmasınlar.
Kabellərin
kəsilməsi, kabel muftalarının yarılması
3.2.12.7. Muftaları açmazdan və yaxud
kabeli kəsməzdən əvvəl əmin olmaq
lazımdır ki, bu əməliyyatlar məhz həmin
kabeldə aparılmalıdır. Kabel dövrədən açılmalıdır
və gərginlik verilə bilən hər tərəfdən
torpaqlanmalıdır.
3.2.12.8. Təmir olunacaq kabelin iş
yerində müəyyən etmək lazımdır:
a) kabelləri tuneldə, kollektorda,
qanovda, binanın divarları üzrə çəkilən zaman düzümünü
cizgi və sxemlə izləməklə, müqayisə
etməklə, birka üzrə yoxlamaqla;
b) kabellər yerdə çəkilən zaman
onların yerləşməsini çəkilmə cizgisi ilə müqayisə
etməklə. Bu məqsəd üçün qabaqcadan kabel
dəstəsinə köndələn şəkildə bütün
kabelləri görməyə imkan verən nəzarət qanovu
(şurf) hazırlamaq lazımdır.
3.2.12.9. Kabeldə
zədələnmə gözlə görünən olmadıqda
zədələnmə yerini tapmaq üçün cihazlardan istifadə
etmək lazımdır.
3.2.12.10. Kabeli kəsməzdən və
yaxud birləşdirici muftanı açmazdan öncə xüsusi alətin
köməkliyi ilə gərginliyin olmamasını yoxlamaq
lazımdır. Tunellərdə, kollektorlarda və quyularda bu
alətlərin tətbiq edilməsinə yalnız
məsafədən idarəetmə olduqda icazə verilir.
Alət kabelin zirehini və yaxud üzqabığını
damarlara qədər deşərək və yaxud
kəsərək onların öz aralarında biri-birilə və
yerlə kontaktını təmin etməlidir.
3.2.12.11. Deşici aləti torpaqlamaq üçün
yerə 0,5 m-dən az olmayan dərinlikdə
basdırılmış xüsusi torpaqlayıcıdan və yaxud
kabelin zirehindən istifadə edilir. Torpaqlanma naqili zirehə
xamutlarla birləşdirilir. Bu zaman xamutun altında qalan zireh
lenti təmizlənməlidir.
Zireh lenti korroziyaya uğrayarsa, torpaqlama
naqilini metal üz qabığına birləşdirməyə
icazə verilir.
Əgər zədələnmə
nəticəsində bütün cərəyandaşıyıcı
damarlar açılıbsa, kabeli deşmədən bilavasitə
gərginlik göstəricisi vasitəsilə gərginliyin
olmamasını yoxlamaq olar.
3.2.12.12. Kabeli deşərkən xüsusi
geyimdən, dielektrik əlcəklərdən və mühafizə
eynəyindən istifadə etmək lazımdır.
Deşən zaman qanovdan yuxarı izoləedici özülün üstündə,
deşilməsi nəzərdə tutulan kabeldən mümkün
qədər uzaqda durmaq lazımdır.
3.2.12.13. Polad iynəli və ya kəsici
ucluqlu elektrik izoləedici ştanqlardan istifadə
edərkən xüsusi mühafizə ekranı tətbiq etmək
lazımdır.
3.2.12.14. Kabeli deşməyi iki işçi
yerinə yetirməlidir: işəburaxan və iş
icraçısı. Onlardan biri bilavasitə kabeli deşir, ikincisi
isə nəzarət edir. İş icraçısı ilə
işəburaxanın vəzifələri
birləşdirildikdə işəburaxanın nəzarətçi
vəzifəsini işlər rəhbəri yerinə yetirir.
3.2.12.15. Elektrik stansiyalarının,
qazanxanaların, yarımstansiyaların, sexlərin, istehsalat
və digər obyektlərdə kabellərin uzunluğu və
çəkilmə üsulu cizgilər, birkalar və ya kabelaxtaran
aparatlar üzrə, kabelin təmir olunmalı olduğunu təyin
etməyə imkan verdiyi hallarda daxili kabel xətlərində
naryad verən şəxsin qərarı ilə kabeli onu
kəsməzdən qabaq və ya muftanı yarmaqdan qabaq
deşməməyə icazə verilir.
3.2.12.16. İlkin deşmə
edilməyən hallarda birləşdirici muftaların
yarılmasını və kabellərin kəsilməsini
elektrik izoləedici əlcəklərdən və botlardan, üz
və gözlər üçün fərdi mühafizə vasitələrindən
istifadə etməklə və elektrik izoləedici əsaslar
üzərində dayanmaqla torpaqlanmış alətlə
etmək lazımdır.
İlkin deşmədən sonra
kabeldə bu işləri sadalanan əlavə
təhlükəsizlik tələbləri olmadan yerinə
yetirməyə icazə verilir.
Odlu
işlər
3.2.12.17. Odlu işlər müvafiq
qurumların qəbul etdiyi normativ sənədlərində
qeyd edilmiş qaydalara müvafiq olaraq aparılmalıdır.
3.2.12.18. Odlu işlər
nəzərdə tutulmuş elektrik qurğularında naryad
üzrə işlər təşkil olunarkən, forması müvafiq
qurumların qəbul etdiyi normativ sənədlərində
göstərilən odlu işlər üçün əlavə
naryad-buraxılışı
sənədləşdirməməyə icazə verilir, odlu
işlər aparılarkən əməyin mühafizəsi
üzrə tələbləri isə naryadın “Ayrıca
göstərişlər” sətrində göstərmək
lazımdır (bu Qaydanın 1 nömrəli əlavəsi).
3.2.12.19. Kabel tunelində odlu
işlər yerinə yetirilərkən zəruridir:
a) işləri axın
havalandırması qoşmaqla yerinə yetirmək;
b) işləri elektrik
təhlükəsizliyi üzrə qrupu IV-dən və həmçinin
III-dən aşağı olmayan odlu işləri aparmağa
hüququ olan iki işçi ilə yerinə yetirmək;
c) fərdi mühafizə
vasitələrindən istifadə etməklə
işləmək.
Kabellərin
döşənməsi və bir yerdən başqa yerə
döşənməsi, kabel muftalarının yerinin
dəyişdirilməsi
3.2.12.20. Kabel barabanlarını
diyirlədərkən onun çıxıntı hissələrinin
fəhlələrin paltarlarına ilişməsinin
qarşısını alan tədbirlərin görülməsi
vacibdir.
Diyirlətməzdən qabaq kabelin
ucları bərkidilmələdir və barabanda olan
çıxıntı mıxlar çıxarılmalıdır.
Kabel barabanını yalnız üfüqi
səthli bərk qrunt və yaxud möhkəm döşənmə
üstə diyirlətməyə icazə verilir.
Kabelləri, boş barabanları,
mexanizmləri, yardımçı qurğuları və
alətləri bilavasitə qanov kənarında
yerləşdirmək qadağandır.
3.2.12.21. Kabeli əl ilə döşəyən
zaman fəhlələrin sayı elə olmalıdır ki,
müvafiq qurumların qəbul etdiyi normativ sənədlərinin
tələblərinə riayət olunsun, bu zaman bütün işçilər
kabelin bir tərəfində yerləşməlidirlər.
Əlləri fərdi mühafizə
vasitələrindən istifadə etməklə müdafiə etmək
lazımdır.
3.2.12.22. Kabeli döşəyən zaman
fəhlələrin dönmə bucağının içində
dayanması, həmçinin trasın döngələlərində
kabeli əl ilə tutulub saxlaması qadağandır. Bu
məqsədlə künc roliki quraşdırılır.
3.2.12.23. Elektrik cərəyanı
vasitəsilə kabeli qızdırmaq üçün 380 V-dan yüksək
gərginliyin tətbiqi qadağandır.
3.2.12.24. Kabelin döşənməsini
və muftaların daşınmasını yalnız kabeli
dövrədən açdıqdan sonra yerinə yetirmək olar.
Zərurət yarandıqda gərginlik
altında olan kabellərin yenidən döşənməsinə
aşağıda göstərilən şərtlərlə
icazə verilir:
a) yenidən döşənən kabelin
temperaturu + 5º C-dən aşağı olmamalıdır;
b) muftalar kabellərin yenidən
döşənmə sahəsində taxta lövhələrə
xamutlar vasitəsilə möhkəm bərkidilməlidir;
c) dielektrik əlcəklərlə
işləmək lazımdır; mexaniki
zərbələrdən qorunmaq üçün bu əlcəklərin
üzərindən əlləri mexaniki
zədələnmədən qorumaq üçün fərdi mühafizə
vasitəsi geyinmək lazımdır;
ç) işləri işlər
rəhbərinin rəhbərliyi altında kabel
döşəmək üzrə təcrübəsi olan
fəhlələr icra etməlidirlər.
3.2.12.25. Kabeli hərəkətli
nəqliyyatdan, kabeldöşəyəndən, xüsusi təchiz
olunmuş maşından və ya borudöşəyəndən
başqa yerə döşəyən zaman kabeli ən azı iki
işçi qəbul etməli və çəkməlidir.
3.2.12.26. Kabelləri divarların tutum
keçidlərindən dartıb keçirməyə icazə verilir, bir
şərtlə ki, işçilər divarın hər iki
tərəfində yerləşmiş olsun. Kabelləri,
mərtəbələrarası arakəsmələr və
boruların dəliklərindən keçirərək
çəkərkən işçilərin əllərinin keçid
tutumlarına və ya borulara düşməyinin
qarşısını almaq üçün təhlükəsizlik
tədbirləri görülməlidir.
3.2.12.27. Çəkisi 1 kq-dan çox olan kabeli
söykəmə nərdivanı və açıla bilən əl
nərdivanı vasitəsilə
3.2.12.28. Kabelləri bucurqat
vasitəsilə aralıq kabel quyuları olan boru
bloklarından çəkərkən, quyuda və ya kameralarda olan
işçilər üçün dəqiq komanda verilişi təmin
olunmalıdır (telefon üzrə, şərti siqnallama ilə və
s.).
3.2.12.29. Kabelli barabanları
yükləməyi və boşaltmağı yükqaldıran
maşınlar vasitəsilə etmək lazımdır.
3.2.12. 30. İşləyənlərin
diyirlənən barabanın yolunda dayanması
qadağandır.
Yeraltı
tikililərdəki kabel xətlərində aparılan
işlər
3.2.12.31. Yeraltı tikililərdə
işlər bu Qaydanın 3.2.12.32 - 3.2.12.45-ci
yarımbəndlərinin və müvafiq qurumların qəbul
etdiyi normativ sənədlərinin tələblərinə
riayət etməklə aparılmalıdır.
3.2.12.32. Müəssisənin hər bir
struktur bölməsində (sahəsində, rayonunda)
işəgötürən tərəfindən təsdiqlənmiş
və işləyənlərin bilməsi vacib olan
zərərli və partlayış təhlükəli
maddələrin yarana biləcəyi yeraltı tikililərin siyahısının
olması zəruridir.
Zərərli və partlayış
təhlükəli maddələrin yarana biləcəyi yeraltı
tikililər planda və sxemdə göstərilməlidir.
Bu cür yeraltı tikililərin lükləri
və qapıları etibarlı bağlanmalıdır və
üzərində NHA-nın tələblərinə müvafiq
təhlükəsizlik işarələri olmalıdır.
3.2.12.33. Yeraltı tikililərdə
iş yerinə təyin olunmuş marşrut üzrə
kabellərə, kontakt naqillərinə, elektrik
avadanlığının gövdəsinə toxunmadan getmək
lazımdır.
3.2.12.34. Hava mühitində müvafiq
qurumların qəbul etdiyi normativ sənədlərinə
müvafiq zərərli və partlayış təhlükəli
maddələrin mövcudluğunu yoxlamadan işə başlamaq
qadağandır.
Çəkici-sorucu ventilyasiya ilə
təchiz olunmuş kollektorlarda və tunellərdə
işə başlamazdan əvvəl NHA-da təyin olunmuş
lokal müddətə ventilyator işə salınır. Bu zaman
qazın olmaması yoxlanılmaya bilər.
3.2.12.35. Yeraltı tikililərdə
işə başlayanadək və iş zamanı təbii
və məcburi havalanma təmin olunmalıdır.
3.2.12.36. Kabel kollektorlarında və
tunellərində işləyərkən, aralarında
işçilər yerləşən iki lük və ya iki qapı
açıq olmalıdır. Açıq lükün yanında xəbərdaredici
təhlükəsizlik işarəsi qurulmalıdır və ya
çəpərləmə qurulmalıdır.
3.2.12.37. Quyulara baxışı və
onlarda aparılan işləri azı iki nəfər yerinə
yetirməlidir. Bu zaman ağzı açıq olan lükün
yaxınlığında xəbərdarlıq işarəsi
qoyulmalıdır və yaxud lük çəpərlənməlidir.
Quyuda elektrik təhlükəsizliyi üzrə qrupu
ІІІ-dən aşağı olmayan bir nəfər
qala və işləyə bilər. Bu zaman lükün yanında
digər bir işçi növbə çəkməlidir.
Sığortalayıcı kəmər
(montyor kəməri) və üstə çıxarılmış
kəndir olmadan quyuya düşmək və orada
işləmək qadağandır. Elektrik təhlükəsizliyi
üzrə qrupu ІV-dən aşağı olmayan bir
nəfərin tunellərə baxış keçirməsinə
icazə verilir.
3.2.12.38. Zərərli və
partlayış təhlükəli maddələrin yarana
biləcəyi yeraltı tikililərdə işləri,
həmçinin onlara düşməklə baxış keçirməyi naryad
üzrə ən azı üç işçi aparır, onlardan ikisi
sığortalayıcıdır. Iş icraçısının
elektrik təhlükəsizliyi üzrə qrupu IV-dən
aşağı olmamalıdır. İşi yerinə
yetirən işçilərlə sığortalayıcı
işçilər arasında şərti siqnallama əlaqəsi
olmalıdır.
3.2.12.39. Quyuda işlər zamanı tutum
tikilisinin daxilində olan işçinin elektrik təhlükəsizliyi
üzrə qrupu ІІІ-dən aşağı
olmamalıdır.
3.2.12.40. Kollektorlarda, tunellərdə,
kabel tikililərində odlu işlər aparılarkən,
işlərin aparılması qaydaları müəssisənin
struktur bölməsinin məsul şəxsi ilə
razılaşdırılmalıdır.
3.2.12.41. Kabel döşənən
kollektorlarda, tunellərdə, kabel üçün
yarımmərtəbələrdə və digər otaqlarda
propan-butandan istifadə etməklə işləyən zaman,
otaqda olan balonların yekun tutumu 5 litrdən çox
olmamalıdır.
İşlər qurtardıqdan sonra qaz
balonu otaqdan çıxarılmalıdır, otağın havası
isə ventilyasiya olunmalıdır.
3.2.12.42. Kabellərin
zədələnmiş yerini yandıran zaman quyularda qalmaq
qadağandır, kollektorlarda və tunellərdə isə
yalnız iki açıq girişlərin arasında qalan sahədə
qalmağa icazə verilir.
Kabelləri yandıran zaman onlarda
işləmək qadağandır.
Yanğın olmasın deyə kabeli
yandırdıqdan sonra baxış keçirmək lazımdır.
3.2.12.43. Tunellərdə
işəburaxılışdan və baxış
keçirməzdən qabaq, onlarda açarın üzərində
“QOŞMA! ADAMLAR İŞLƏYİR” plakatı asmaqla
yanğından mühafizə avtomatik idarəetmədən
məsafədən idarəetməyə keçirilir.
3.2.12.44. Quyularda, kollektorlarda və
tunellərdə uzunmüddətli işləyən zaman onlarda
qalma müddətini, yerinə yetirilən işin
şəraitindən asılı olaraq, işin rəhbəri
və yaxud naryadı verən şəxs müəyyən edir.
3.2.12.45. Yeraltı tikililərdə
işləri yerinə yetirmək üçün, partlayışdan
mühafizə səviyyəsi və ya mühafizə
dərəcəsi, müvafiq qurumların qəbul etdiyi normativ
sənədlərində müəyyən edilmiş zonanın
sinif dərəcəsinə uyğun, yardımçı
vasitələr, qurğular, çıraqlar, cihazlar, elektromexaniki
alətlər, fənərlər, və s. yerlərini
işıqlandırmaq üçün 12 V gərginlikli
işıqlandırıcıdan və yaxud partlayışdan
mühafizə olunmuş akkumulyator fənərlərindən
istifadə olunur.
3.2.13. Hava elektrik veriliş xətləri
Dayaqlarda
və hava elektrik verilişi xətlərinin dayaqları
ilə işlər
3.2.13.1. Dayaqlarda elementlərin
dəyişdirilməsi HX-nin dayaqlarının və
naqillərinin sökülməsi işlər rəhbərinin
iştirakı ilə texnoloji kart və ya Lİİ üzrə
yerinə yetirilməlidir.
3.2.13.2. Dayağa qalxmaq və onun
üzərində işləməyə yalnız dayağın
kifayət qədər möhkəm və dayanıqlı
olduğunu yoxladıqdan sonra icazə verilir.
3.2.13.3. Möhkəmliyi şübhə
doğuran (dərinliyi kifayət qədər olmayan, qruntun
şişməsi, ağacın çürüməsi, betonda çatların,
cırılmaların olması və s.) dayağın
bərkidilmə zərurəti və üsulunu iş yerində
iş icraçısı və ya işlər rəhbəri
təyin etməlidir.
3.2.13.4. Dartıcılar vasitəsilə
dayaqların bərkidilməsi üzrə işləri dayağa
qalxmadan, yəni mobil qaldırıcı işçi platforması
və ya şəxsləri qaldırmaq üçün digər mexanizm
və ya bunun üçün asmağa görə dayağa qalxmaq tələb
olunmayan digər xüsusi asılan qurğulardan istifadə
etmək lazımdır.
Dayağa qalxmağa yalnız onu
bərkitdikdən sonra icazə verilir.
3.2.13.5. Naqillərin və trosların
birtərəfli ağırlığına
hesablanmamış və müvəqqəti bu
ağırlığa məruz qalan dayaqların
aşmasının qarşısını almaq üçün onlar
öncədən bərkidilməlidirlər. Dayaqlar
bərkidilənədək naqillərin
tamlığını pozmaq və dayaqlarda bağları
çıxarmaq qadağandır.
3.2.13.6. Dayaqlarda 0,4 - 10 кV
HX-lərin sökülməsi üzrə işləri görmək üçün
işçilərin lazlar, nərdivanlar vasitəsilə
qalxması, həmçinin aşağıdakı qüsurlar olduqda
qalxması qadağandır:
a) dirəyin yuxarı ucunun şaquli ox
boyunca və xəttin köndələninə meyilliyi 10 sm-dən
çox olduqda;
b) dayağın qrunta
basdırılması layihədə göstərilən
dərinlikdə olmadıqda;
c) dayağın qrunta
basdırılması layihədə göstərilən
dərinlikdədir, amma özül çalası tam doldurulmayıb və
doldurulmuş qrunt döyəclənməyib;
ç) beton dirəklərdə və ya
söykəmələrdə uzununa və ya köndələninə
çatlamalar, boşluqlar, armaturların qəlpələri və
birbaşa dəliklərin mövcudluğu;
d) dayağın dirəyinin və ya
calağının oduncağının radius üzrə 2,5 sm
və dirəyin diametri 4 sm çox (30 sm-dən çox olduqda)
çürüməsi;
e) aşırımda 2 və daha çox
qırılmış naqil olduqda;
ə) dayaqda yerə qapanma
cərəyanlarının fəsadları göründükdə (metal
konstruksiyalarda ərimələr, betonda çatların
əmələ gəlməsi, dayağa yapışıq qruntun
əriməsi, otların yanması və s.);
f) dirəyi calağa bərkidən
bandajın məftilləri qırıldığı halda.
Sadalanan qüsurlar olduqda və
işlərin icrası vacib olduqda dayağın elementinə
qalxmaq lazımdır, onun üzərindən yalnız mobil
işçi platformadan istifadə etməklə işləmək
lazımdır.
3.2.13.7. Dayaqlarda və dayaqlarla
işləyərkən qadağandır:
a) sonuncu naqillərdə
zədələnmələrin aradan qaldırılması üçün
mobil qaldırıcı işçi platformasından istifadə
etmədən işləmək;
b) dayaqlarda ilkin bərkitmə aparmadan,
iki və daha çox naqilin tamlığını pozmaq və
aralıq dayaqlarda izolyatorların iki və daha çox
naqillərinin bağlanmasını çıxarmaq;
c) dayağa qalxarkən işlək
olmayan və sınaqdan keçirilməyən qarmaq, laza,
sığorta bağı (mühafizə kəməri) istifadə
etmək;
ç) oxlu izolyatorlu künc dayaqlarında daxili
bucaq tərəfdən qalxmaq və işləmək;
d) dayaqlarda işləyərkən metal
konstruksiyaları (oxları, qarmaqları, traversləri və
s.) bərabərləşdirmək üçün zərbə
alətlərindən istifadə etmək;
e) dayağın yanında
başının üstündən iş aparılan və
əşyaların yüksəkdən düşmə ehtimalı olan
yerlərdə dayanmaq;
ə) tufan yaxınlaşanda küləyin
sürəti 15 m/san. olduqda, buzbağlama, qar, yağış
yağanda dayaqda işlər aparmaq. Elektrik
şəbəkələrində qəza açılmalarını
və zədələnmələri aradan qaldıran zaman NHA
ilə təyin olunmuş əlavə təhlükəsizlik
tələbləri həyata keçirilməlidir.
3.2.13.8. Yuxarıya dırmanmaqla
işlərə buraxılan və elektrik təhlükəsizliyi
üzrə qrupları olan aşağıdakı briqada
üzvlərinə dayağa qalxmağa icazə verilir:
a) elektrik təhlükəsizliyi üzrə
qrupu ІІІ-dən aşağı olmayanlara -
dayağın başınadək bütün növ işlərə;
b) elektrik təhlükəsizliyi üzrə
qrupu ІІ-dən aşağı olmayanlara -
gərginliyi çıxarmaqla görülən işlər zamanı –
dayağın başınadək, gərginlik altında olan
cərəyandaşıyan hissələrdən uzaqda
gərginliyi çıxarmadan aparılan işlər zamanı
isə 2 m-dən yüksək olmamaqla, bu HX-nin alt naqillərinin
səviyyəsinədək;
Bu Qaydanın tələblərinə
müvafiq olaraq, dayaqların rənglənməsi üzrə
işlər istisna təşkil edir.
3.2.13.9. Ağac və dəmir-beton
dayaqlara qalxarkən sığortalayıcı kəndirin
qayışını (qoruyucu kəmərin iplərini)
dayağın arxasından keçirmək lazımdır.
Dayaqda işləyərkən
sığortalayıcı qayışdan (qoruyucu
kəmərdən) istifadə etmək və əgər
istifadə olunursa, hər iki caynağa dirənmək lazımdır.
Dayağın dirəyində
işləyərkən elə yerləşmək
lazımdır ki, gərginlik altında olan yaxın naqil
nəzərdən qaçmasın.
Oxlu izolyatorları olan dayaqlarda
naqillərin dəyişdirilməsi növbə ilə
aparılır.
Dayağın detallarını
dəyişərkən onların yerinin dəyişməsi
və düşməsi istisna olunmalıdır.
3.2.13.10. П və AП
şəkilli dayaqların tək və cütləşdirilmiş
artırmalarını dəyişən zaman dayağın iki
ayağını eyni zamanda qazıb çıxarmaq
qadağandır.
Artırmanın
quraşdırılmasını dayağın bir
ayağında başlamaq lazımdır və yalnız bu
ayaqda artırmanı dəyişdikdən, bandajları
bərkitdikdən və torpağı döyüb möhkəmləndirdikdən
sonra digər ayaqda artırmanın
dəyişdirilməsinə başlamaq olar.
Cütləşdirilmiş artırmaları növbə ilə
dəyişmək lazımdır.
3.2.13.11. Artırmanı çıxaran zaman
və yaxud düşürən zaman özül çalasında dayanmaq
qadağandır.
3.2.13.12. Dayağın
yıxılmasının və qurulmasının
üsullarını, əyilməsinin qarşısının
alınması üçün onun möhkəmləndirilməsinin vacibliyini
və üsullarını işin rəhbəri təyin edir.
3.2.13.13. İzoləedici asmalarda
(izolyatorların zəncirəsində) işləyən zaman
saxlayıcı birdövrəli və çoxdövrəli (iki və daha
çox zəncirəli izolyatorlar) və çəkici çoxdövrəli
asmalar üzrə yerdəyişməyə icazə verilir.
Birdövrəli çəkici zəncirə
üstündə işləməyə xüsusi qurğudan istifadə
etməklə, onlar olmadıqda isə, zəncirə
üstündə uzanmaqla və bədən vəziyyətini saxlamaq üçün
ayaqlarını traversə ilişdirməklə
işləməyə icazə verilir, bu zaman
sığortalayıcı qayışdan (qoruyucu
kəmərin iplərindən) istifadə etmək zəruridir.
3.2.13.14. Saxlayıcı izoləedici
asmalarda işləyən zaman sığortalayıcı
kəndirin qayışı (qoruyucu kəmərin ipləri)
traversə bərkidilir. İplərin uzunluğu kifayət
qədər deyilsə kəmərə bərkidilmiş iki
sığortalayıcı kəndirdən istifadə etmək
lazımdır. Kəndirin biri traversə bağlanır,
qabaqcadan traversin arxasından keçirilmiş ikinci kəndiri
isə sığortalayıcı briqada üzvü lazım olduqca
tədricən buraxır.
3.2.13.15. Çəkici izoləedici asmalarda
işləyən zaman, sığortalayıcı kəndirin
qayışı (qoruyucu kəmərin ipləri) traversə
və yaxud bu məqsəd üçün nəzərdə tutulmuş
yardımçı vasitəyə bərkidilir.
3.2.13.16. Saxlayıcı və çəkici çoxdövrəli
izoləedici asmalarda sığortalayıcı kəndirin
qayışının (qoruyucu kəmərin iplərinin)
işlər aparılmayan izolyatorların
zəncirələrindən birinə bərkidilməsinə
icazə verilir. Bu kəndiri işlər aparılan
zəncirəyə bərkitməyə icazə verilmir.
İzoləedici asmanın
bölünməsinə gətirib çıxaran nasazlıqlar
aşkarlandıqda işlər dayandırılmalıdır.
3.2.13.17. Traversə naqilləri,
trosları, izolyatorları qaldıran zaman (və yaxud
düşürən zaman), yük qaldırılan traversdə və yaxud
bu traversin altındakı dirəkdə yerləşmək qadağandır.
3.2.13.18. Yükün qaldırılma sxeminin
seçilməsi və qaldırıcı blokların
yerləşdirilməsi elə hesablanmalıdır ki,
dayağın zədələnməsinə səbəb ola
biləcək təzyiq yaranmasın.
3.2.13.19. Dayağın başına kimi
qalxmaqla onun rənglənməsini elektrik təhlükəsizliyinə
görə qrupu II və daha yuxarı olan işçi yerinə
yetirə bilər.
Dayağı rəngləyən zaman
boyanın izolyatorun və naqillərin üzərinə
düşməsinin qarşısını alan tədbirlər
görülməlidir (məsələn, altlıqdan istifadə edilir,
izolyatorlar plyonka, qumaş və ya digər materialla
bağlanır).
3.2.13.20. Gərginliyi 6 - 10 кV olan HX
və 1000 V-dək olan izolə olunmuş hava xətlərinin
naqillərində işlər gərginlik çıxarılmaqla
onları layihədə nəzərdə tutulmuş
yerlərdə torpaqlanmadan sonra aparılır.
3.2.13.21. Dayaqların
torpaqlanmalarının müqavimətini ölçərkən yerdən
izolə olunmuş tufandan mühafizə trosunun torpaqlayıcı
endirimini ayırmağı və birləşdirməyi trosun
ilkin torpaqlanmasından sonra etmək lazımdır.
3.2.13.22. HX-də
işləyənlərin en kəsiyi 240 mm2–dən az
olmayan naqillər üzrə və en kəsiyi 70 mm2–dən
az olmayan troslar üzrə hərəkət etməyə icazə
verilir.
3.2.13.23. HX-nin hissələrə
bölünmüş naqilləri və trosları üzrə
hərəkət edərkən sığortalayıcı
kəndirin qayışı (qoruyucu kəmərin ipləri)
onlara bərkidilir, xüsusi arabacıqlardan istifadə edildikdə
isə arabacığa bərkidilir.
Fəaliyyətdə
olan hava xətlərinin kəsişən
aşırımlarında işlər
3.2.13.24. Fəaliyyətdə olan HX
ilə kəsişən aşırımlarda
işləyərkən kəsişən xətlərin
hamısından açılmaqla gərginlik çıxarılmalıdır
və torpaqlanmalıdır. Müstəsna hallarda
kəsişən xətlərdə gərginliyin
çıxarılması mümkün olmadıqda, işlər bu
Qaydanın 3.2.13.8-ci yarımbəndinin
tələblərinə əməl etməklə
aparılır.
3.2.13.25. Naqilləri (trosları)
quraşdırarkən və dəyişərkən onları
asta-asta, təkan vermədən açmaq lazımdır, çəkici
kəndirləri elə yönəltmək lazımdır ki,
dolaşma və gərginlik altında olan naqillərə
yaxınlaşma olmasın. Dartmaq və əks dartmaq üçün bitki
mənşəli və ya sintetik liflərdən
hazırlanmış kəndirlər istifadə olunmalıdır,
onları minimal uzunluqlu seçərək və sallaqsız
çəkmək lazımdır.
İşlərdə istifadə olunan
troslar və polad kəndirlər torpaqlanmalıdır.
3.2.13.26. Hər bir barabanın naqili
(trosu) açılmazdan öncə onun ucu barabanın oymağına
birləşdirilməklə torpaqlanmalıdır, barabanın
valı isə - barabana yaxın dayağın torpaqlanmasına
birləşdirilməlidir.
3.2.13.27. Barabanın naqilini (trosunu) açma
arabacığı vasitəsilə açarkən, torpaqlanma
bilavasitə naqilin (trosun) tərpənməz ucunda qoyulur.
3.2.13.28. Gərginlik altında olan
digər HX ilə kəsişən HX-nin naqillərində
işlər icra olunarkən torpaqlanma işlər aparılan
dayaqda qoyulmalıdır.
Əgər bu aşırımda naqil
asılırsa və ya dəyişdirilirsə, asılan
və dəyişilən naqil də torpaqlanmalıdır.
3.2.13.29. HX-nin
kəsişmələrinin aşırımlarında,
gərginlik altında olan naqillərdən aşağıda
yerləşən naqilləri (trosları) və onlara aid
izolyatorları və armaturları dəyişərkən, dəyişilən
naqil (tros) vasitəsilə yuxarıda yerləşən
naqillərin qırılmasının qarşısını
almaq üçün üzərindən bitki mənşəli və ya sintetik
kəndir atmaq lazımdır. Kəndiri iki yerdən atmaq
lazımdır, kəsişmə yerinin hər iki
tərəfindən və onların uclarını
lövbərə və ya konstruksiyaya bərkitməklə
yerinə yetirmək lazımdır. Naqili (trosu) asta-asta
qaldırmaq lazımdır.
3.2.13.30. Gərginlik altında olan
naqillərdən yuxarıda yerləşən
naqillərdə (troslarda) və onlara aid izolyatorlarda və
armaturlarda işlər işəgötürən tərəfindən
təsdiqlənmiş İİL üzrə yerinə
yetirilməlidir. İİL-də naqillərin (trosların)
enməsinin qarşısını almaq və işçilərin
yönəldilmiş gərginliyin təsirindən mühafizəsi
üçün təhlükəsizlik tələbləri nəzərdə
tutulmalıdır.
Bu işləri görərkən
naqillərin (trosların) dəyişdirilməsi HX-ni
kəsən naqillərdən gərginliyi çıxarmaqla,
həmçinin onun kəsişmənin aşırımında
torpaqlanması yolu ilə yerinə yetirilməlidir.
3.2.13.31. HX-nin dayağında
gərginliyi 0,4 кV və 6-10 кV olan naqilləri ilə
birlikdə asılmış HX-nin və küçə
işıqlandırması xətlərində naqillərin
tənzimlənməsi, quraşdırılması və
dəyişdirilməsi üzrə işlər gərginliyi 10
kV-dək olan (daxil olmaqla) bütün HX-nin açılması və
onların bu Qaydanın 3.1.5-ci yarımbəndinin
tələblərinə müvafiq olaraq torpaqlanması yolu ilə
yerinə yetirilməlidir.
İşlər naryad üzrə
aparılmalıdır, iş icraçısının elektrik
təhlükəsizliyinə görə qrupu IV-dən
aşağı olmamalıdır.
3.2.13.32. HX və HRX-nin və yayım
naqillərinin kəsişmə yerlərində yerinə
yetirilən işlər kəsişən xətlərin
sahibləri ilə razılaşdırılmalıdır.
Hava
xətlərində induksiyalanmış gərginlik altında
çoxdövrəli elektrik veriliş xətlərində
açılmış bir dövrədə aparılan işlər
3.2.13.33. Yönəldilmiş
gərginliklər altında HX və HRX–də işləri
icra edən müəssisə, açıldıqda və
torpaqlandıqda HX-yə təsir edən ən böyük işçi
cərəyanda torpaqlanmış naqillərin uclarında
(PQ-da) yönəldilmiş gərginlik 25 V–dan yuxarı olan
xətləri təyin etməlidir. Bu cür xətlərə HX,
HRX və bütün uzunluğu boyu olan və ya 110 kV və daha
yuxarı gərginlikli digər HX-nin oxundan ümumi uzunluğu 2
km-dən az olmayan məsafədə keçən ayrıca
elektrikləşdirilmiş dəmir yollarının kontakt
şəbəkələri aid edilir (bax AZS 587-2011, 3.1. A “Dəmir
yolları”):
a) 110 кV gərginlikli HX üçün -
b) 220 кV gərginlikli HX üçün -
c) 330 кV gərginlikli HX üçün -
ç) 750 кV gərginlikli HX üçün -
3.2.13.34. Əsas elektrik mühafizə
vasitələrindən istifadə etmədən bu HX
naqillərinə toxunma ilə əlaqədar bütün növ
işlər texnoloji kartlar və ya İİL üzrə aparılmalıdır.
Onlarda iş yerlərində yönəldilmiş gərginliyin 25
V-dan yuxarı olmamasını təmin edən
tələblərə görə torpaqlanmaların
torpaqlanması göstərilməlidir.
3.2.13.35. Müəssisənin HX-lərə
xidmət edən struktur bölmələrində açıldıqdan
sonra yönəldilmiş gərginlik altında olan xətlərin
siyahısı olmalıdır, bu siyahıda yönəldilmiş
gərginliyin qiyməti qeyd olunmalıdır. Bu
siyahıların tutulması və onların yenidən
tərtib olunmasının dövrülüyü müvafiq qurumların qəbul
etdiyi normativ sənədləri ilə təyin olunur. HX-də
yönəldilmiş cərəyanın olması naryadın
“Ayrıca göstərişlər” sətrində qeyd
olunmalıdır.
3.2.13.36. Yönəldilmiş gərginlik
altında olan HX-də dayaqdan yerə kimi sallanan
naqillərə toxunmaqla yerdən aparılan işlər
elektrik mühafizə vasitələrindən (elektrik izoləedici
əlcəkləri, elektrik izoləedici ştanqlar) istifadə
edilməklə və ya naqillərin potensiallarını
tarazlaşdırmaq üçün bu naqillərə
birləşdirilən metal meydançadan yerinə yetirilməlidir.
Elektrik mühafizə vasitələrindən və metal
meydançalardan istifadə etmədən yerdən aparılan
işlərə bir şərtlə icazə verilir ki, naqillər
hər bir toxunma yerinin bilavasitə yaxınlığında
torpaqlansın.
3.2.13.37. Yönəldilmiş gərginlik
altında olan HX-də quraşdırma zamanı istifadə
olunan naqillər, polad çəkici kəndirlər ilk öncə
dartıcı mexanizmə bərkidilməlidir və
potensialların bərabərləşdirilməsi üçün naqilin
torpaqlandığı torpaqlayıcıya
birləşdirilməlidir. Naqili və polad kəndiri onlarda
potensiallar tarazlaşdıqdan, yəni onların hər birini
ümumi torpaqlayıcıya birləşdirdikdən sonra
ayırmaq olar.
3.2.13.38. Yönəldilmiş gərginlik
altında olan HX-də quraşdırma işləri
apararkən, (naqilləri qaldırmaq, tuşlamaq,
gərmək, naqilləri diyircək roliklərdən
sıxaclara keçirmək) naqil onun sonuncu anker dayağına
diyircəklə aparıldığı dayaqda və naqilin
qaldırıldığı hər bir aralıq dayaqda və
anker dayağında torpaqlanmalıdır.
3.2.13.39. Aralıq dayaqda işlər
qurtardıqdan sonra torpaqlanma bu dayaqdan çıxarıla bilər.
Aralıq dayaqda naqilə toxunmaqla işlər yenidən
başlayarsa, naqil yenidən bu dayaqda torpaqlanmalıdır.
3.2.13.40. Yönəldilmiş gərginlik
altında olan HX-də naqilləri sürüklənən rolikdən
saxlayıcı sıxaclara keçirərkən onu
sürüklənməyin əks istiqamətində aparmaq
lazımdır. Keçirilməyə başlamazdan öncə
torpaqlanmış naqilləri anker dayağında keçirilmə
aparılacaq tərəfdə saxlamaqla keçirilmə başlayan
anker dayağında naqildən torpaqlanma
çıxarılmalıdır.
3.2.13.41. Yönəldilmiş gərginlik
altında olan HX-də naqilləri quraşdırarkən
onlardan torpaqlanmanı yalnız naqili saxlayıcı sıxaca
keçirdikdən və həmin dayaqda işlər başa
çatdıqdan sonra çıxarmaq olar.
3.2.13.42. Naqilləri sıxaclara
keçirərkən keçirilmə başa çatan qonşu anker
aşırımını yönəldilmiş gərginlik
altında olan kimi hesab etmək lazımdır. Onlarda
naqillərə toxunmaqla işlərin aparılmasına
onları iş yerində torpaqladıqdan sonra icazə verilir.
3.2.13.43. Mobil qaldırıcı işçi
platformasından naqillərdə (troslarda) yerinə
yetirilən işlər zamanı, platformanın işçi
meydançası, potensialın en kəsiyi 10 mm2 olan elastik
mis naqili ilə daşınması üçün xüsusi ştanq
vasitəsilə, xəttin naqilinə
birləşdirilməlidir, mobil qaldırıcı işçi
platforma özü isə torpaqlanmalıdır. Bu zaman naqil yaxın
dayaqda və ya aşırımda torpaqlanmalıdır.
3.2.13.44. Naqillərdə (troslarda)
işləyərkən qadağan olunur:
a) mobil qaldırıcı işçi
platformasını naqillə birləşdirdikdən sonra,
mobil qaldırıcı işçi platformasının
kabinasına girmək və ondan çıxmaq, yerdə durub
platformanın gövdəsinə toxunmaq;
b) sonsuz kəndir qismində metal trosdan
istifadə etmək.
3.2.13.45. Anker dayaqlarında
ilgəcləri (şleyfləri) yalnız bu dayaqla qonşu
anker aşırımında quraşdırma işləri
bitdikdən sonra birləşdirmək lazımdır.
110 kV və daha yuxarı gərginlikli HX
anker dayağında ilgəclər
birləşdirilənədək, naqilə və ya çəkici
izoləedici asmaya bərkidilməlidir, amma traversdən başlayaraq
dördüncü izolyatordan yaxın olmamaqla, 35 kV və daha
aşağı HX-də isə - yalnız naqildə.
3.2.13.46. Əgər yönəldilmiş
gərginlik altında olan HX-də (dövrədə) bu
gərginliyi 25 V-a kimi azaltmaq mümkün olmursa, o zaman:
a) gərginliyi 0,4-10 кV olan
xətlərdə naqillərin iş yerinin iki
tərəfindən torpaqlanma yerinə yetirməlidir. Bu zaman,
torpaqlanmalar arasındakı məsafə 100 m-dən çox
olmamalıdır;
b) gərginliyi 10 kV-dan yuxarı
xətlərdə işləri naqilləri yalnız bir və
ya iki qonşu dayaqlarda torpaqlamaqla yerinə yetirmək
lazımdır. Bu zaman HX-ni (dövrəni) PQ-də torpaqlamaq
qadağandır. Briqadanın yalnız torpaqlanma qoyulmuş
dayaqlarda və onlar arasındakı aşırımlarda
işləməsinə icazə verilir. İki və daha çox
aşırımlarında (sahələrində)
işlərin aparılması zəruri olduqda, HX-ni
(dövrəni) anker dayaqlarında ilgəkləri ayırmaq yolu
ilə elektrik cəhətdən əlaqəli olmayan
hissələrə bölmək lazımdır. Bu
hissələrin hər birində torpaqlanma qoyulan yerin
yanında yalnız bir briqada işləyə bilər.
3.2.13.47. Dövrələri biri digərinin
üzərində yerləşən çoxdövrəli HX-nin
açılmış dövrəsində yalnız bu dövrə
gərginlik altında olan dövrələrdən
aşağı olduqda işləməyə icazə verilir.
Açılmış dövrənin naqillərini dəyişmək
və tənzimləmək qadağan olunur.
3.2.13.48. Dövrələri üfüqi
yerləşən çoxdövrəli HX-nin açılmış bir
dövrəsində işlər aparılarkən dayaqların
dirəklərində gərginlik altında qalmış
dövrə tərəfdən qırmızı bayraqcıqlar
asılmalıdır. Bayraqcıqları yer səthindən 2-
3.2.13.49. HX-nin dayağına gərginlik
altında qalan dövrə tərəfdən qalxmaq və bu
dövrəni saxlayan travers sahəsinə keçmək
qadağandır. Əgər dayaqlarda addım-boltlar varsa,
onların hansı dövrənin altında yerləşməyindən
asılı olmayaraq, onların üzəri ilə qalxmağa
icazə verilir. Addım-boltlar gərginlik altında qalan
dövrələr tərəfdə yerləşirsə,
dayağa iş icraçısının və ya elektrik
təhlükəsizliyi üzrə qrupu III-dən aşağı
olmayan və yer üzərində duran briqada üzvünün nəzarəti
altında qalxmağa icazə verilir.
3.2.13.50. Digər dövrələri
gərginlik altında qalan çoxdövrəli HX-nin açılmış
dövrəsində işləyərkən işlər
aparılan bütün dayaqlarda torpaqlanma qoyulmalıdır.
Hava
elektrik verilişi xətlərinin yollarla kəsişməsi
və yaxınlaşması
3.2.13.51. HX, nəqliyyat yolları ilə
(dəmir yolları, gəmiçiliyə yararlı çaylar, kanallar və
s.) kəsişdiyi sahələrdə işlərin icrası
və nəqliyyatın hərəkətinin müvəqqəti
dayandırılması zərurəti olduqda və ya onun
hərəkəti zamanı HX-də işlərin
dayandırılması zamanı naryad verən şəxs
işlərin aparıldığı yerə
müəssisənin nümayəndəsini - yolun sahibini
çağırmalıdır. Bu nümayəndə lazımi
müddət ərzində nəqliyyatın dayanmasını
təmin etməlidir və ya HX-də işləyən
briqadanı yaxınlaşan nəqliyyat barədə
xəbərdar etməlidir. Nəqliyyatın
buraxılışı üçün hərəkətə
maneəçilik törədən HX naqilləri avtomatik
hərəkət edən kran, mobil qaldırıcı işçi
platforma, naqillər üçün qısqaclı universal ştanqlar
və ya başqa vasitələr və qurğuların
köməyi ilə təhlükəsiz yüksəkliyə
qaldırılmalıdırlar.
3.2.13.52. HX-də, avtomobil yolları
ilə kəsişmə sahələrində və ya
yaxınlığında işlər zamanı
nəqliyyatı və onun hərəkətini idarə
edən şəxslərin xəbərdarlığı üçün
işin icraçısı müvafiq qurumların qəbul etdiyi normativ
sənədlərinin tələblərinə uyğun olaraq
siqnallamalar və yol işarələri qoymalıdır.
3.2.13.53. Siqnalçılar və yol
işarələri kəsişmə yerlərinin hər iki
tərəfindən
Hava
elektrik veriliş xətləri trasının ağaclardan
təmizlənməsi
3.2.13.54. HX trasının ağaclardan
təmizlənməsinə görə işlər (meşə
sahələrinin qırılması işləri) müvafiq
qurumların qəbul etdiyi normativ sənədlərinin
tələblərinə uyğun icra olunmalıdır.
3.2.13.55. HX trasının
təmizlənməsi və HX naqilləri üçün aşmalar
ilə təhlükəli ağacların kəsilməsi naryada
görə və meşə sahələrinin qırılması
işlərinin ayrıca növləri üçün texnoloji kartlara görə
icra olunur.
3.2.13.56. İşlərin
icraçısı işə başlamazdan öncə bütün briqada
üzvlərini yıxılan ağacların, kanatların və
s. HX naqillərinə yaxınlaşması
təhlükəsindən xəbərdar etməlidir.
3.2.13.57. Kəsilməyə
başlamazdan öncə ağacların naqillərin
üzərinə aşmasının qarşısını almaq
üçün kanatlar tətbiq olunmalıdır.
3.2.13.58. Ağacları mişarlanma
və kəsilmə olmadan, eləcə də sona qədər
kəsilməmiş hissənin saxlanılmaması ilə
yıxmağa yol verilmir. Əyilmiş ağacları
onların əyildiyi tərəfə aşırmaq
lazımdır, lakin ağacların HX-ə aşması
təhlükəsi zamanı, HX açılmayana qədər
onların aşırılmasına icazə verilmir.
3.2.13.59. Ağacın HX naqilləri
üzərinə aşması hallarında, HX-dən gərginlik
götürülənə qədər ona 8 m-dən az
məsafədə yaxınlaşmağa yol verilmir.
Gərginliyi
0,4-10 kV olan hava elektrik verilişi xətlərinin
yaxınlığında ağacların və budaqların
budanması
3.2.13.60. İşlərə
rəhbərin təyinatı zərurətini naryad verən
müəyyənləşdirir.
3.2.13.61. Fəaliyyətdə olan HX
sahibi olmayan işçilərin ağacların
qol-budaqlarının budanması işlərinə
buraxılışı hazırki Qaydanın 1-ci
bölməsinə əsasən aparılır.
3.2.13.62. Ağac və onların
budaqlarının 5 m-dən artıq hündürlükdə budanması
əksər hallarda mobil qaldırıcı işçi platforma
ilə, həmçinin elektrik izoləedici zəncirlə (elektrik
izolə edici ilə) aparılır.
Budaqların kəsilməsi
söykənən nərdivandan və ağacdan
təkdəstəkli mişar vasitəsi ilə və ya
yerdən elektrik izoləedici ştanqlarda xüsusi mişar və
bağban qayçısı ilə yerinə yetirilir. Ağacda
kəsimini bir işçi icra edir.
Nərdivanda və ya ağacda
qeyri-dayanıqlı vəziyyətdə olarkən şaxə
və budaqları mişarlamaq qadağan olunur.
3.2.13.63. Kəsilməyə
sığorta bağının (qoruyucu qayış
kəməri) iplə ağaca və ya öncədən ağac
gövdəsinə bərkidilmiş pilləkənin tutqacına
iplə bərkidilməsindən sonra başlamağa icazə
verilir.
3.2.13.64. İşçinin önündə
yerləşən budaq və şaxələri
kəsməyə icazə verilir.
3.2.13.65. Kortəbii hadisələrin
nəticələrinin aradan qaldırılması zamanı
və HX naqillərindən aşmış ağac və
budaqların götürülməsi, cığırın
təmizlənməsi və başqa işlərə
müəssisənin müxtəlif struktur bölmələri
işçilərinin xətlərin və başqa
müəssisələrin sahibkarlarının cəlb olunması
müştərək iş növlərinin təhlükəsiz
aparılması üzrə əlavə tələblərə
uyğun olaraq həyata keçirilməlidir.
3.2.13.66. Ağacların
yüksəklikdə şaxə və budaqlarının
kəsilməsi zamanı aşağıdakılar qadağan
olunur:
a) əyilmiş, quru, çürümüş,
yanmış, bataqlıq qruntlarda bitən və ya çılpaq
kök sisteminə malik ağaclarda şaxə və budaqların
kəsilməsi;
b) sınanmamış və qeyri-inventar
nərdivanların istifadəsi;
c) budaq və şaxələrin balta
ilə doğranması;
ç) işçinin söykəndiyi sığorta
kəmərinin ( qoruyucu kəmər qayışı) ipə
bərkidilmiş budaq və şaxələrinin
kəsilməsi;
d) şaxə və budaqları
kəsilən ağacın altında durmaq;
e) nərdivanın ağacın
əyilmə istiqamətində quraşdırılması;
ə) quru və ya çürük budaqlara
sığorta bağının (qoruyucu kəmər
qayışı) ip ilə bərkidilməsi.
3.2.13.67. Kəsilmədən sonra budaq
və şaxələrin təmizlənməsini, üz və göz
üçün fərdi mühafizə vasitələrinin istifadəsi ilə
icra etmək lazımdır.
Hava
elektrik verilişi xətlərinə baş
çəkmələr və müayinələr
3.2.13.68. HX-ə baxış keçirən
zaman hər hansı təmir və ya bərpa işləri
yerinə yetirmək, həmçinin dayağa və onun
konstruksiyasına qalxmağa icazə verilmir.
Dayağa qalxmağa yalnız
hündürlükdən baxış zamanı icazə verilir və naryad
üzrə yerinə yetirilir.
3.2.13.69. Çətin keçilən
yerlərdə (bataqlıqlarda, su maneələrində,
dağlarda, meşə uçqunlarında və s.) və
əlverişsiz hava şəraitində (yağışda,
qar yağanda, güclü şaxtalarda və s.), həmçinin günün
qaranlıq vaxtlarında baxışı elektrik
təhlükəsizliyi üzrə qrupu II-dən aşağı
olmayan iki işçi aparmalıdır, onlardan biri böyük işçi
təyin olunur. Digər hallarda baxışı elektrik
təhlükəsizliyi üzrə qrupu II və daha yuxarı olan bir işçi
apara bilər.
3.2.13.70. HX-ə baxış keçirən
zaman naqillərin altında gəzmək qadağandır.
3.2.13.71. HX-də
zədələnmələri axtararkən işçilərin
özlərində xəbərdaredici plakatları və onları
təhlükəli zonada bərkitmək üçün ləvazimatları olmalıdır.
3.2.13.72. Gərginlik altında olan 6 – 35
kV gərginlikli HX dayaqlarına, qısaqapanma
cərəyanının torpağa sızması
əlamətləri olduqda (izolyatorlar
zədələndikdə, naqillər dayağın
dirəyinə toxunduqda, dirəklərdə və
dayaqların qruntla bağlanma yerinlərində elektrik
qövsləri yarandıqda, rütubət torpaqdan buxarlandıqda
və s.), həmçinin, 1000 V-dan yuxarı gərginlikli yerdə
qalan HX-nə, 8 m-dən yaxın məsafədə
yaxınlaşmaq qadağandır. Bu hallarda naqilin və ya
HX-nin dayağının yaxınlığında
şəxslərin və heyvanların qapanma yerinə
yaxınlaşmasının qarşısını almaq üçün
mühafizə təşkil etmək, mümkün olarsa
xəbərdaredici nişanlar quraşdırmaq və baş
verənlər barəsində HX-nin sahibinə məlumat
vermək lazımdır.
Küçə
işıqlandırılması
şəbəkələrinə xidmət
3.2.13.73. Gərginliyi 1000 V-dək olan
HX-nin ümumi dayaqlarında naqillər və çıraqlar birgə
asıldıqda küçə işıqlandırılması elektrik
şəbəkələrində işlər xətlərin
sahiblərinin razılığı ilə yerinə yetirilir.
3.2.13.74. Küçə
işıqlandırılması elektrik
şəbəkəsinə texniki xidmət
göstərilərkən və təmir edilərkən
(armaturların təmizlənməsi və çıraqların
lampalarının dəyişdirilməsi də daxil olmaqla)
çıraqlar naqillərdən ən azı
Digər hallarda HX-nin dayağında
asılan bütün naqilləri açmaq və torpaqlamaq və
işləri naryad üzrə yerinə yetirmək lazımdır.
3.2.13.75. Qazboşaldıcı
lampaların işəsalma-tənzimləmə aparatında
işləyərkən, onun çırağın ümumi
sxemindən açılmasına kimi ilkin olaraq naqili qidalandıran
elektrik şəbəkəsindən açmaq və statik
kondensatorları boşaltmaq lazımdır
(boşaldıcı rezistorların olmasından asılı
olmayaraq).
3.2.14. Sınaqlar və ölçmələr
Kənar
mənbədən yüksəldilmiş gərginlik
verməklə elektrik avadanlıqlarının
sınağı
3.2.14.1. Elektrik avadanlıqlarının
sınağının aparılmasına buraxılan
işçilərin əməyin mühafizəsi
məsələləri üzrə biliyini yoxlamaq üçün
komissiyanın tərkibinə elektrik təhlükəsizliyinə
görə qrupu V olan; gərginliyi 1000 V-dan yuxarı elektrik
qurğuları üçün və elektrik təhlükəsizliyinə
görə qrupu IV-dən az olmayan; gərginliyi 1000 kV-dək olan
elektrik qurğuları üçün avadanlıqların
sınağı üzrə mütəxəssislər
buraxılır.
Elektrik avadanlıqlarının
sınağını yerinə yetirən müəssisənin
NHA-ya müvafiq vəkaləti olmalıdır.
3.2.14.2. Elektrik avadanlıqlarının
sınağını yerinə yetirən iş
icraçısı, həmçinin stasionar sınaq qurğularından
istifadə etməklə sınağı təkbaşına
aparan işçi təcrübəli işçinin nəzarəti
altında təcrübə keçməlidir.
3.2.14.3. Elektrik avadanlıqlarının
sınağı, o cümlədən səyyar sınaq
qurğularından istifadə etməklə elektrik
qurğusundan kənarda (fəaliyyətdə olmayan elektrik
qurğusunda, anbarlarda, müəssisənin ərazisində və
s.) sınağı naryad üzrə icra olunmalıdır.
Fəaliyyətdə olan elektrik
avadanlıqlarında sınağa buraxılışı bu
Qaydanın 2.8 bölməsinə müvafiq olaraq operativ-təmir
heyəti yerinə yetirir, elektrik qurğusundan kənarda
isə işlərin rəhbəri və ya iş
icraçısı yerinə yetirir.
Avadanlığın
quraşdırılması və təmiri üzrə iş
prosesində sınaqların keçirilməsi naryadın
“Həvalə olunur” sətrində göstərilir.
3.2.14.4. Elektrik avadanlıqlarının
sınağını briqada aparır. İş
icraçısının elektrik təhlükəsizliyinə görə
qrupu IV-dən aşağı olmamalıdır, briqada
üzvlərinin elektrik təhlükəsizliyinə görə qrupu
III-dən aşağı olmamalı, iş yerinin
mühafizəsi həvalə olunan işçinin elektrik
təhlükəsizliyinə görə qrupu II və daha yuxarı
olmalıdır.
3.2.14.5. Elektrik avadanlıqlarının
sınağını aparan briqadanın tərkibinə
hazırlıq işləri aparmaq və avadanlıqlara nəzarəti
yerinə yetirmək üçün təmir heyətindən xüsusi
işlərə buraxılışı olmayan heyət üzvü
daxil edilə bilər.
Avadanlığın təmiri və
quraşdırılmasını yerinə yetirən
briqadanın tərkibinə sınaqları aparmaq üçün elektrik
laboratoriyasının və ya sazlama müəssisələrinin
işçisi daxil edilə bilər. Bu halda sınaqlara
rəhbərliyi iş icraçısı və ya onun
göstərişi ilə elektrik təhlükəsizliyinə görə
qrupu IV-dən aşağı olmayan elektrik
laboratoriyasının və ya sazlama müəssisələrinin
işçisi həyata keçirir.
3.2.14.6. Gərginliyi 1000 V-dan yuxarı
olan qurğulardan kənarda stasionar sınaq qurğularından
(cərəyan daşıyan hissələri bütöv və tor
çəpərlə bağlanmış, qapısı isə
bloklanmış) istifadə etməklə izolyasiya
materiallarının və məmulatlarının (mühafizə
vasitələri, izolyasiya hissələri, transformator
yağları və s.) sınaqları elektrik
təhlükəsizliyinə görə qrupu III-dən
aşağı olmayan işçi təkbaşına
işlənmiş üsul üzrə cari istismar qaydasında apara
bilər.
3.2.14.7. Sınağı keçirilən
qurğunun operatorunun iş yeri 1000 V-dan yuxarı gərginlikli
qurğudan ayrı olmalıdır. 1000 V-dan yuxarı
gərginlikli qurğunun hissələrinə aparan
qapının qapı açılarkən sınaq sxemindən
gərginliyin çıxarılmasını təmin edən və
qapı açıq olduqda gərginliyin verilməsinin
qarşısını alan bloklaması olmalıdır. Operatorun
iş yerində sınaq gərginliyinin verilməsini
xəbər verən, bir-birindən ayrı işıq və
səs siqnallaması olmalıdır. Sınaq gərginliyini
verərkən operator elektrik izoləedici xalça üstündə
durmalıdır.
Səyyar sınaq qurğuları,
onların çıxışında gərginlik olduqda avtomatik
qoşulan və sınaq gərginliyinin verilməsini
xəbərləyən xarici işıq siqnallaması və
səs siqnallaması ilə təchiz olunmalıdır.
3.2.14.8. Sınaqlar aparmaq və onlara
hazırlıq işləri üçün verilən naryad üzrə
işlərə buraxılış yalnız sınaq
aparılan avadanlıqda işləyəcək digər
briqadaların işçilərini iş yerindən
çıxardıqdan və onlar tərəfindən naryad
işəburaxana verildikdən sonra yerinə yetirilə
bilər.
Daimi operativ heyəti olmayan elektrik
qurğularında iş icraçısına briqadanı
çıxardıqdan sonra işdə fasilə
sənədləşdirib naryadı özündə saxlamağa
icazə verilir.
3.2.14.9. Sınağı keçirilən
avadanlıq, sınaq qurğusu və onlar arasında
birləşdirici naqillər bayır tərəfdən
üzərlərində “SINAQ, HƏYAT ÜÇÜN
TƏHLÜKƏLİDİR!” yazısı olan plakat
lövhələrlə, troslarla çəpərlənməlidir.
Çəpərləri sınağı aparan işçilər
quraşdırmalıdır.
3.2.14.10. Zərurət yaranarsa, kənar
şəxslərin sınaq qurğusuna, birləşdirici
naqillərə və sınağı keçirilən
avadanlığa yaxınlaşmasının
qarşısını almaq üçün briqada üzvlərindən elektrik
təhlükəsizliyinə görə qrupu II və daha yuxarı
olan mühafizə qoymaq olar. Sınaq zonasını mühafizə
edən briqada üzvləri çəpərdən kənarda
dayanmalıdırlar və sınağı keçirilən
avadanlığı gərginlik altında olan kimi
saymalıdırlar. Bu işçilər iş yerini yalnız
iş icraçısının razılığı ilə
tərk edə bilərlər.
3.2.14.11. Əks ucu bağlı kamerada,
KPQ-nin bölməsində və ya otaqda yerləşən HX-ni
sınaqdan keçirərkən, qapılarda və ya
çəpərləmələrdə “SINAQ, HƏYAT ÜÇÜN
TƏHLÜKƏLİDİR!” təhlükəsizlik plakatları
asılmalıdır. Əgər çəpərləmənin
qapıları bağlanmırsa və ya trasda kabelin
damarları ilə hazırlanmış xətt sınağa
məruz qoyulursa, plakatları asmaqdan əlavə
çəpərləmələrin qapılarında və
hazırlanmış kabel damarlarında sınaq
zonasını mühafizə üçün elektrik təhlükəsizliyinə
görə qrupu II və daha yuxarı olan briqada üzvləri və
ya operativ-təmir heyəti düzülməlidir.
3.2.14.12. Sınaq qurğuları və
sınağı keçirilən avadanlıqlar müxtəlif otaqlarda
və ya PQ-nin müxtəlif sahələrində
yerləşdikdə izolyasiyanın vəziyyətinə
nəzarəti yerinə yetirən elektrik
təhlükəsizliyinə görə qrupu III-dən
aşağı olmayan briqada üzvlərinin iş
icraçısından ayrı yerləşməsinə icazə
verilir. Bu briqada üzvləri çəpərləmədən
kənarda yerləşməlidirlər və sınaqlar
başlamazdan öncə iş icraçısından məqsədli
təlimat almalıdırlar.
3.2.14.13. Sınaqların
aparılmasına maneəçilik göstərən torpaqlanmanın
çıxarılmasına (torpaqlanma bıçaqlarının
açılması) və onların yenidən quraşdırılmasına
yalnız işlər rəhbərinin göstərişi üzrə
sınaq qurğusunun yüksək gərginlik
çıxışını torpaqladıqdan sonra icazə verilir.
Torpaqlanmaların müvəqqəti
çıxarılmasına icazə naryadın “Ayrıca
göstərişlər” sətrində göstərilməlidir.
3.2.14.14. Sınaq sxemini
yığarkən hər şeydən öncə sınaq
qurğusunun mühafizə və işçi torpaqlanması yerinə
yetirilməlidir və əgər tələb olunarsa,
sınağı keçirilən avadanlığın gövdəsinin
mühafizə torpaqlanması yerinə yetirilməlidir.
Səyyar qurğu ilə yalnız onun
gövdəsini işçi sxemi vasitəsilə torpaqlamaqla
sınaqların aparılması qadağandır. Səyyar
sınaq qurğusunun gövdəsi en kəsiyi 10 mm2 –dan
az olmayan ayrıca elastik mis naqillə torpaqlanmalıdır.
Sınaqdan əvvəl gövdənin torpaqlanmasının
etibarlılığı yoxlanılmalıdır.
Sınaq qurğusunu 0,4 kV gərginlikli
elektrik şəbəkəsinə birləşdirmədən
öncə onun yüksək gərginlik girişi
torpaqlanmalıdır.
Sınaq sxemlərində torpaqlanma üçün
istifadə olunan elastik mis naqilin en kəsiyi 4 mm2-dən
az olmamalıdır.
3.2.14.15. Sınaq qurğusunun 0,4 kV
gərginlikli şəbəkəyə
birləşdirilməsi kommutasiya aparatı vasitəsilə,
dövrənin görünən qırılması və ya qurğunun
idarətmə yerində yerləşən ştepsel
vasitəsi ilə yerinə yetirilməlidir.
Kommutasiya aparatı özbaşına
qoşulmağa mane olan quruluşla təchiz olunmalıdır
və ya aparatın hərəkətli və
tərpənməz kontaktları arasında elektrik izoləedici
taxma olmalıdır.
Sınaq qurğusunu 0,4 kV gərginlikli
şəbəkədən qidalandırmaq üçün intiqal və ya
kabel bu şəbəkədə
quraşdırılmış qoruyucu və ya avtomat açarla
mühafizə olunmalıdır. Səyyar sınaq qurğusunu
şəbəkəyə bu şəbəkələri
istismar edən müəssisənin nümayəndəsi
qoşmalıdır.
3.2.14.16. Sınağı aparılan
avadanlıq və sınaq qurğusunun arasındakı
birləşdirici naqil əvvəlcə onun yüksək
gərginlik çıxışına birləşdirilməlidir.
Bu naqili elə bərkitmək lazımdır ki, gərginlik
altında olan cərəyan daşıyan hissələrə
yol verilən məsafədən az məsafədə
yaxınlaşmasının (yellənməsini)
qarşısını almaq mümkün olsun (bu Qaydanın 2
nömrəli əlavəsi).
Sınaq naqilini sınağı
aparılan avadanlığın fazasına (qütbünə) və
ya kabelin damarına birləşdirməyə və onu
ayırmağa iş (sınaqların) rəhbərinin
göstərişi ilə torpaqladıqdan sonra icazə verilir.
3.2.14.17. Hər bir sınaq gərginliyi
verilməzdən qabaq iş icraçısı diqqət
etməlidir:
a) sınaq sxeminin düzgün
yığılmasına, işçi və mühafizə
torpaqlanmasının etibarlılığına;
b) onların göstərdikləri
yerlərdə mühafizə üçün təyin edilmiş briqadanın
bütün üzvlərinin və işçilərin olmasına, kənar
adamların çıxarılmasına və avadanlığa
sınaq gərginliyinin verilməsinə;
c) bütün briqada üzvlərini
“GƏRGİNLİK VERİRƏM” sözləri ilə
xəbərdar etmək və xəbərdarlığı
bütün briqada üzvlərinin eşitdiyinə əmin olunduqdan sonra
sınaq qurğusunun çıxışından torpaqlanmanı
çıxarmalı və ona gərginlik verməlidir.
3.2.14.18. Qurğunun
çıxışından torpaqlanma çıxarıldığı
andan bütün sınaq qurğuları sınağı aparılan
avadanlıq və birləşdirici naqillər də daxil
olmaqla gərginlik altında hesab olunmalıdır və
sınaq sxemində və qurğularda, sınağı
aparılan avadanlıqda hər hansı birləşdirmə
aparmaq qadağandır.
3.2.14.19. Sınaq qurğusunun
çıxışına gərginlik verilən andan ona daxil olmaq
və ondan çıxmaq, sınağı aparılan avadanlıqda
olmaq, həmçinin, yer üstündə duraraq sınaq qurğusunun
gövdəsinə toxunmaq qadağandır.
3.2.14.20. Kabellərin
sınağını və onların
yandırılmasını elektrik qurğusunun (elektrik
stansiyasının, yarımstansiyanın, bölmələrin
və s.) torpaqlama qurğusu olan tərəfindən həyata
keçirmək lazımdır.
Torpaqlama qurğuları olmadıqda bu
işlərin aparılmasına müstəsna hallarda
müəssisənin rəhbərinin icazəsi ilə yol verilir.
3.2.14.21. Sınaqlar başa çatdıqdan
sonra iş icraçısı sınaq qurğusunun gərginliyini
sıfıra kimi azaltmalı, onu qidalandırıcı
şəbəkədən açmalı, qurğunun
çıxışını torpaqlamalı və bu barədə
“GƏRGİNLİK ÇIXARILIB” sözləri ilə briqadaya
xəbər verməlidir. Yalnız bundan sonra naqilləri
birləşdirmək və ya sınaq tam qurtardıqda
onları sınaq qurğusundan ayırmaq və
çəpərləmələri çıxarmaq olar.
Əhəmiyyətli
dərəcədə tutumlu avadanlıqların (kabellərin,
generatorların) sınağından sonra onlarda torpaqlanma
bıçaqlarını, kondensatorların boşaldılması
üçün qurğuları qoşmaqla, boşaldıcı
ştanqlardan istifadə etməklə, həmçinin generatorun
və sınaq qurğusunun elektrik avadanlıqlarının
çıxış kabellərini torpaqlamaqla qalıq yük
çıxarılmalıdır.
Ölçmələr
aparmaq üçün elektrik ölçü kəlbətinləri və elektrik
izoləedici ştanqlarla işlər
3.2.14.22. Elektrik ölçü
kəlbətinləri və elektrik izoləedici ştanqlarla
işləyərkən elektrik izoləedici
əlcəklərdən və fərdi mühafizə
vasitələrindən istifadə etmək lazımdır.
3.2.14.23. Gərginliyi 1000 V-dək olan
elektrik qurğularında elektrik ölçü kəlbətinləri
və elektrik izoləedici ştanqlarla işləyərkən
işləri, ölçmələri elektrik təhlükəsizliyinə
görə qrupu III-dən aşağı olmayan bir işçi apara bilər.
Gərginliyi 1000 V–dan yuxarı olan elektrik qurğularında
elektrik ölçü kəlbətinləri və elektrik izoləedici
ştanqlarla işləyərkən ölçmə işlərini
naryad və ya sərəncam üzrə iki işçi
aparmalıdır: birinin elektrik təhlükəsizliyinə
görə qrupu IV-dən, ikincisinin isə, elektrik
təhlükəsizliyinə görə qrupu III-dən
aşağı olmayan, işçi (o, operativ-təmir
heyətindən ola bilər) olmalıdır.
3.2.14.24. Elektrik ölçü
kəlbətinləri ilə HX-nin dayağından
işləmək qadağandır. Elektrik izoləedici
ştanqlarla ölçmələr aparmaq üçün işlərin yerdən
aparılmasına üstünlük verilir.
3.2.14.25. Oxlu və asma izolyatorların
ölçü ştanqları ilə sınağı üçün işləri
ən azı iki nəfər işçi aparmalıdır: biri
elektrik təhlükəsizliyinə görə qrupu IV-dən,
digəri isə elektrik təhlükəsizliyinə görə qrupu
III-dən aşağı olmayan işçi olmalıdır.
Konstruksiyalara və ya mobil qaldırıcı platformaya qalxmaq,
həmçinin ondan düşmək ştanq olmadan yerinə
yetirilməlidir.
Hətta tək ölçmələr zamanı
işlər dayaq konstruksiyalarından və mobil
qaldırıcı işçi platformadan istifadə etməklə
naryad üzrə aparılmalıdır.
Xətlərin
impulslu ölçənləri ilə işlər
3.2.14.26. İmpulslu ölçənləri
elektrik verilişi xətlərinə
birləşdirməyə yalnız açılmış və
torpaqlanmış HX-də icazə verilir.
Birləşdirməni aşağıdakı
ardıcıllıqla yerinə yetirmək lazımdır:
a) ilk öncə birləşdirici naqil
impulslu ölçənin torpaqlanmış naqillərinə
(mühafizə qurğusundan gedən) birləşdirilir, bundan
sonra elektrik izoləedici ştanq vasitəsilə HX-nin
naqilinə birləşdirilir. Birləşdirici naqili HX-yə
birləşdirən ştanqlar xəttin naqillərində
qalmalıdır. Ştanqlarla işləyərkən elektrik
izoləedici əlcəklərdən istifadə etmək
lazımdır.
b) HX-dən torpaqlanma impulslu ölçən
birləşdirilən ucda çıxarılır. Zərurət
yaranarsa torpaqlanmaları yoxlamalar aparılan HX-nin digər uclarında
da çıxarmağa icazə verilir. HX-dən torpaqlanma
çıxarıldıqdan sonra birləşdirici naqil, mühafizə
qurğusu və ona gələn naqillər gərginlik
altında olan hesab olunur. Onlara toxunmaq qadağandır.
Ölçmələr aparıldıqdan sonra
torpaqlanmalar impulslu ölçənlərin naqillərindən
çıxarılır.
3.2.14.27. İmpulslu ölçmənin
naqillərini elektrik izoləedici ştanq vasitəsilə
HX-yə birləşdirməni elektrik
təhlükəsizliyinə görə qrupu IV-dən
aşağı olmayan operativ-təmir heyəti yerinə
yetirir.
İmpulslu ölçəni artıq HX-nin stasionar
naqilinə birləşdirilmiş stasionar kommutasiya aparatı
vasitəsilə qoşmağı və ölçmələri
aparmağı təkbaşına operativ-təmir heyəti
və ya sərəncam üzrə elektrik
təhlükəsizliyinə görə qrupu IV-dən
aşağı olmayan laboratoriya işçisi apara bilər.
3.2.14.28. HX-lərdə ölçmələr
qurtardıqda aşağıdakı tədbirləri görmək
zəruridir:
a) impuls ölçəni açmaq;
b) HX-ni torpaqlamaq;
c) impuls ölçəninin üfürülməsini
torpaqlamaq;
ç) ştanqı HX-nin naqilindən
çıxarmaq;
d) ştanqı impuls ölçənin
naqilindən çıxarmaq.
Meqaommetrlərlə
işlər
3.2.14.29. İzolyasiyanın
müqavimətinin meqaommetrlə ölçülməsini elektrik
təhlükəsizliyi üzrə III-dən aşağı olmayan
qrupa malik bir işçi yerinə yetirə bilər.
3.2.14.30. İzolyasiyanın
müqavimətinin meqaommetrlə ölçülməsini öncədən
torpaqlanma qoymaqla qalıq yükü çıxarılmış,
açılmış cərəyan daşıyan hissələrdə
yerinə yetirmək lazımdır. Cərəyan
daşıyan hissələrdən torpaqlanmanı yalnız
meqaommetr qoşulduqdan sonra çıxarmaq lazımdır.
3.2.14.31. Cərəyan daşıyan
hissələrin izolyasiyasının müqavimətini
meqaommetrlə ölçərkən birləşdirici naqilləri
onlara izoləedici tutucular (ştanq) vasitəsilə birləşdirmək
lazımdır. 1000 V-dan yuxarı gərginlikli elektrik
qurğularında bundan əlavə elektrik izoləedici
əlcəklərdən istifadə etmək lazımdır.
3.2.14.32. Meqaommetrlə
işləyərkən onun birləşdiyi cərəyan
daşıyan hissələrə toxunmaq qadağandır.
İşlər qurtardıqdan sonra cərəyan daşıyan
hissələrdən qalıq yükünü qısaqapanma
torpaqlanması vasitəsilə çıxarmaq lazımdır.
3.2.14.33. İzolyasiyanın
müqavimətinin meqaommetrlə ölçülməsi iş həcminə
daxil edildikdə bu ölçmələri naryad və ya
sərəncamla həvalə etmək tələb olunmur.
3.2.15. Dispetçer və texnoloji idarəetmə
vasitələri (DTİV)
3.2.15.1. Aparat otağında
yerləşən qurğularda DTİV aparatının
qoşulmasını və açılmasını, həmçinin
təmirini elektrik təhlükəsizliyi üzrə qrupu III-dən aşağı
olmayan bir işçi edə bilər.
3.2.15.2. Döşəmədə KRX və
HRX giriş və giriş-sınaq dirəklərinin,
məsafədən idarəetmə dirəklərinin,
gərginliyi avtomatik tənzimləmə dirəklərinin,
cərəyan bölüşdürücü dirəklərinin önündə rezin
elektrik izoləedici xalça və ya elektrik izoləedici altlıqlar
olmalıdır.
3.2.15.3. Məsafədən
qidalandırma gərginliyi verilən avadanlığın
örtüklərində gərginliyin olmasını
xəbərdaredici təhlükəsizlik işarələri qeyd
olunmalıdır.
3.2.15.4. Axtarıcıların və
relelərin kontaktlarının (kontakt sahələrinin)
yuyulmasını onlardan gərginlik çıxarıldıqdan
sonra yerinə yetirmək lazımdır.
3.2.15.5. Giriş-sınaq dirəyinə
və ya 25 V-dan yuxarı kənar gərginlikli trosun
mühafizə zolağına (elektrik verilişi, yönəldilmiş
gərginlik, məsafədən bəsləyici aparatlar
xətlərindən və s.) qoşulmuş rabitə
xəttinə düşərkən daimi operativ heyəti elektrik
mühafizə vasitələrindən istifadə etməklə bu
cür xətti açmalı və izolə etməlidir. 25 V-dan
yuxarı kənar gərginliyin mövcudluğunu işçilər
dərhal obyektin daimi operativ heyətinə xəbər verməlidir,
o olmadıqda isə ondan yuxarı operativ heyətə
xəbər verməlidir. Boşaldıcıları və ya
qoruyucuları dəyişməyə yalnız kənar
gərginlik olmadıqda icazə verilir.
3.2.15.6. Elektrik veriliş və
elektrikləşdirilmiş dəmir yolları
dəyişən cərəyan xətlərinin
təsirlərinə məruz qalmış rabitə
xətləri aparatlarında işlər zamanı xətti
mühafizə vasitələrinin dəyişdirilməsi göz üçün
fərdi mühafizə vasitələrindən və elektrik
izoləedici xalçadan və elektrik izoləedici
əlcəklərdən (elektrik izoləedici
kəlbətinlərlə) istifadə etməklə
aparılmalıdır (bax AZS 587-2011, 3.1. A “Dəmir
yolları”).
3.2.16. Rele mühafizəsi və avtomatika qurğuları,
ölçü vasitələri və elektrik enerjisi uçotu cihazları,
ikinci dövrələr
3.2.16.1. Ölçü cihazlarının, rele
mühafizəsi və avtomatika qurğularının
təhlükəsiz işləməsinin təmin olunması üçün
cərəyan və gərginlik ölçü transformatorlarının
ikinci dövrələrinin (dolaqlarının) daimi torpaqlanması
olmalıdır. Rele mühafizəsi qurğularının
mürəkkəb sxemlərində ölçü transformatorlarının
elektriki birləşmiş ikinci tərəf dolaqlarında
yalnız bir nöqtədə torpaqlanma qoymağa icazə verilir.
3.2.16.2. Ölçü cihazları rele mühafizəsi
və elektroavtomatika qurğularının cərəyan
dövrəsini ayırmaq üçün, cərəyan
transformatorlarının ikinci tərəf dolaqları
nəzərdə tutulmuş xüsusi sıxaclar və ya sınaq
blokları vasitəsilə qapanılır.
Cərəyan transformatorları və
qapanma vasitəsi arasında ikinci tərəfdə dövrənin
qırılmasına və işçilərin həyatı üçün
təhlükəli cərəyanın yaranmasına səbəb
olacaq işlərin görülməsi qadağandır.
3.2.16.3. Kənar mənbədən
qidalanan gərginlik transformatorlarının ikinci tərəf
qurğularında və dövrələrində işlər
aparıldıqda gərginliyin əks transformasiyası
mümkünlüyünü istisna edən tədbirlər görülməlidir.
3.2.16.4. Elektroavtomatikanın rele
mühafizəsi qurğularının işləməsinin, o
cümlədən kommutasiya aparatlarının açılması
və qoşulması ilə sınaq yoxlamaları bu
Qaydanın 3.2.16.5-ci yarımbəndinə müvafiq
aparılmalıdır.
3.2.16.5. Ölçü cihazları, rele mühafizəsi
və elektroavtomatika, telemexanika və rabitə qurğularının
ikinci tərəf dövrələrinin
quraşdırılması, təmiri və istismarı
zamanı, həmçinin kommutasiya aparatlarının
intiqallarında və aqreqat şkaflarında
işlərə, onların gərginlik altında olub
olmamasından asılı olmayaraq yol verilir:
a) bu dövrələr və qurğular 1000
V-dan yuxarı gərginlikli cərəyan daşıyan
hissələr olmayan otaqlarda yerləşərkən və ya
tam çəpərləndikdə, yaxud çəpərlənmə
tələb olunmayan yüksəklikdə yerləşdikdə
elektrik təhlükəsizliyinə görə qrupu IV-dən
aşağı olmayan iş icraçısına
təkbaşına işləməyə;
b) rele mühafizəsi və elektroavtomatika
qurğularına və s. xidmət edən işçidən
elektrik təhlükəsizliyinə görə qrupu IV-dən
aşağı olmayan iş icraçısına işəburaxanın
vəzifəsini də icra etməyə;
Bu halda işlər sərəncamla
yerinə yetirildikdə iş yerlərinin hazırlanması
üçün lazım olan təhlükəsizlik tələblərini də
o təyin edir. Əgər iş yerlərinin
hazırlanması üçün birinci avadanlıqların
açılmasına gərginliyi 1000 V-dan yuxarı olan elektrik
qurğularının hissələrində müvəqqəti
çəpərləmə, torpaqlanma tələb olunmursa, belə
birləşdirilməyə icazə verilir;
c) iş yerlərinin hazırlanmasına
və işəburaxılışa icazə verən
şəxsin icazəsi ilə iş icraçısının
yuxarıda göstərilən qurğuları açmağa və
qoşmağa, həmçinin açarları açmağa və
qoşmağa görə mühafizə və avtomatika qurğularının
sınaq yoxlamasına icazə verilir.
3.2.16.6. Elektrik enerjisinin uçotu cihazları
ilə işləri iki işçidən az olmayan heyət
aparmalıdır. Cərəyan transformatorlarına
qoşulmuş elektrik sayğaclarının dövrələrində
işləri qrupları IV və III olan işçilərdən
ibarət heyət yerinə yetirməlidir.
3.2.16.7. Elektrik enerjisinin uçotu cihazları
ilə işlər gərginlik çıxarılmaqla
aparılmalıdır. Ölçü transformatorlarına qoşulmuş
elektrik sayğacları dövrələrində sınaq
blokları (qutuları) olduqda elektrik sayğacları sxemindən
gərginliyi göstərilən bloklar vasitəsilə çıxarmaq
lazımdır. Elektrik sayğacları dövrələrində
cərəyan transformatorunun ikinci tərəf dolaqlarına
qoşulmuş dövrələri ayırmadan
işləməyə imkan verən kontaktlar (bloklar) olduqda, bu
işlər sərəncam üzrə elektrik sayğacının
sxemindən gərginlik çıxarılmadan yerinə yetirilə
bilər. Göstərilən kontaktlar olmadıqda elektrik
sayğacının dövrələrində gərginlik və
cərəyan açılmalıdır.
Elektrik qurğularının
açılmış birləşmələrində elektrik
sayğacının dövrələrində işlər
sərəncam üzrə yerinə yetirilə bilər.
3.2.16.8. Birfazalı elektrik
sayğacları ilə işləri elektrik
təhlükəsizliyi üzrə III-dən aşağı olmayan
qrupa malik heyət cari istismar qaydasında
təsdiqlənmiş sadalanan işlərdə gərginliyi
çıxarmaqla təkbaşına apara bilər. Bilavasitə
qoşulan, birfazalı elektrik sayğacı
şəxslərin elektrik cərəyanı vurmasına
nəzərən yüksək təhlükəli sayılmayan
otaqlarda yerləşdikdə və elektrik sayğacına kimi
kommutasiya aparatı olmadıqda bu işi yük açıldıqda
gərginliyi çıxarmadan bu Qaydanın 1.5.11-ci
yarımbəndinin tələblərinə riayət
etməklə aparmağa icazə verilir.
3.2.17. Elektrotexniki əl alətləri, əldə
daşınan çıraqlar, bölüşdürücü transformatorlar
3.2.17.1. Elektrik
şəbəkələrinə qoşulmuş, elektrotexniki
əl alətləri, əldə daşınan çıraqlar,
bölüşdürücü transformatorlar və digər köməkçi
avadanlıqlar elektrik təhlükəsizliyinə görə NHA
tələblərə müvafiq olmalıdırlar.
İşlərdə müvafiq qurumların qəbul etdiyi normativ
sənədlərinin və bu Qaydanın 3.2.17-ci
yarımbəndinin tələblərinə riayət etməklə
istifadə olunmalıdırlar.
3.2.17.2. Köməkçi avadanlıqların
(transformatorların, tezlik dəyişdiricilərinin,
mühafizə açılması qupğularının) elektrik
şəbəkəsinə qoşulmasını, elektrik
təhlükəsizliyinə görə qrupu III-dən
aşağı olmayan və bu elektrik şəbəkəsini
istismar edən heyət yerinə yetirməlidir.
3.2.17.3. Elektrotexniki əl
alətlərinin sinifləri, otaqların kateqoriyalarına
və işdə ayrı-ayrı hallarda elektrik mühafizəsi
vasitələrinin istifadə şəraitinə müvafiq
olmalıdır. Müxtəlif sinifli elektrotexniki əl alətlərinin
elektrik mühafizə vasitələrindən istifadə
etməklə iş aparılan yerdən asılı olaraq
tətbiqi müvafiq qurumların qəbul etdiyi normativ
sənədlərinə uyğun olaraq həyata keçirilir.
3.2.17.4. Yüksək təhlükəli otaqlarda
əldə daşınan çıraqların gərginliyi 25 V-dan
yuxarı olmamalıdır.
Xüsusi təhlükəli otaqlarda (quyularda,
açarların çənlərində, KPQ şöbələrində,
qazanların barabanlarında, metal rezervuarlarda və s.)
işlər zamanı əldə daşınan
çıraqların gərginliyi 12 V-dan yuxarı
olmamalıdır.
4. İstehlakçıların istilik avadanlıqlarında
və istilik şəbəkələrində işlər
yerinə yetirilərkən təhlükəsizlik texnikası
qaydası
4.1. Təhlükəsizlik üzrə ümumi tələblər
4.1.1. Ərazi, binalar və iş yerləri
4.1.1.1. Hər bir müəssisədə
iş yerinə getmək üçün müəssisənin ərazisində
təhlükəsiz hərəkət yolları və
yanğın vaxtı, yaxud qəza hallarında təxliyə
planı işlənib hazırlanmalı və bütün heyətin
nəzərinə çatdırılmalıdır.
4.1.1.2. Elektrik stansiyasının
ərazisində və müəssisənin istehsalat binalarında
yerləşən avadanlığın xidməti ilə
məşğul olmayan şəxslərin orada
müşayiətsiz qalması qadağandır.
4.1.1.3. Müəssisənin istehsalat
binalarında və ərazisindəki nəqliyyat
yollarının quruluşu və saxlanılmaları müvafiq qurumların
qəbul etdiyi normativ sənədlərinin
tələblərinə uyğun olmalıdır.
4.1.1.4. İstehsalat binaları və
qurğuları daxilində və xaricində olduğu kimi
onlara bitişik ərazinin keçidləri və yolları,
girişləri və çıxışları işıqlandırılmalı,
boş olmalı, piyadaların və nəqliyyatın
hərəkəti üçün təhlükəsiz olmalıdır.
Keçid və yolları yükləyib
bağlamaq, oraya yük yığıb saxlamaq üçün istifadə
etmək qadağandır.
Keçidlər, yollar, həmçinin
pilləkənlər, meydançalar və onların
məhəccərləri həmişə saz və təmiz
saxlanmalı, qış mövsümündə açıq havada olanlar
qardan-buzdan təmizlənməli və onlara qum
səpilməlidir.
Mazut təsərrüfatının
ərazisində çəkilmiş bəndlərin içərisini,
həmçinin suaxma qurğularını hər qar
yağımından sonra təmizləmək lazımdır.
Meydançaların və keçidlərin döşənəkləri,
həmçinin onların məhəccərləri etibarlı
olmalıdır. Təmir dövründə çıxarılmış
məhəccərlər əvəzinə müvəqqəti
çəpər qoyulmalıdır. Təmir dövrü
çıxarılmış məhəccərlər və
döşənəklər təmir qurtardıqdan dərhal sonra
öz yerlərinə qoyulmalı və möhkəm bərkidilməlidir.
4.1.1.5. Dəmir yolu və avtomobil
nəqliyyatının hərəkət zonasında bütün
darvazalar və binaların qapıları yanında
çəpərləyici dayaqcıqlar və məhəccərlər,
həmçinin müvafiq qurumların qəbul etdiyi normativ
sənədlərinin şərtlərinə uyğun yol
nişanları və ya qaranlıqda işıqsaçan lövhə
quraşdırılmalıdır. Darvazalarda onların
öz-özünə açılıb bağlanmasının
qarşısını alan fiksatorlar olmalıdır (bax AZS
587-2011, 3.1. A “Dəmir yolları”).
Müəssisənin ərazisində,
həmçinin binaların içərisində avtomobil və digər
nəqliyyat vasitələri üçün yol verilən
hərəkət sürəti təyin olunmalıdır.
Nəqliyyatın hərəkət sürətinə
məhdudiyyət qoyulan zona, nəqliyyat vasitələrinin
dayanacaq və dönmə yerləri, gündüz və gecə
yaxşı görünən müvafiq yol işarələri ilə
nişanlanmalıdır.
Avtomobil nəqliyyatının keçid
yerlərində, kommunikasiya və qurğuların altında
qabarit hündürlüyünü və enini məhdudlaşdıran
işarələr qoyulmalıdır.
4.1.1.6. Qatarlar, manevrli qatar düzümü,
lokomotivlər hərəkət edərkən, vaqonlar
açılarkən, vaxtında təhlükəsiz yerə (yol
kənarına və ya yol arasına), sonuncu relsdən
2m-dən az olmayan məsafəyə aralanmalıdır.
4.1.1.7. Qaz borusu altında emalatxana,
sanitar-məişət və digər binalar quraşdırmaq
qadağandır.
4.1.1.8. Mərtəbələrarası
arakəsmələr, döşəmələr, qanovlar və çuxurlar
saz vəziyyətdə saxlanılmalıdır.
Döşəmədəki bütün çuxurlar
çəpərlənməlidir. Quyuların qapaqları və
lüklərin kənarları, kameraların və çuxurların,
həmçinin qanovların örtüklərinin üstü riflənmiş
dəmirdən hazırlanmalıdır, döşəmə
və ya yerlə eyni səviyyədə möhkəm
bərkidilməlidir.
Təhlükəli zonalar
(arakəsmələrdə, stasionar meydançalarda və divarlarda
keçid tutumları, kanallar, çuxurlar, özül çalaları, quyuların
və istilik kameralarının bağlanmamış lükləri)
bütün perimetri boyu çəpərlənməlidir. Müvəqqəti
çəpərlərin elementləri etibarlı
bərkidilməlidir.
Çəpərlər insanın çəkisinin
dinamik təsirinə dözümlü və dayanıqlı
olmalıdır, günün bütün vaxtlarında yaxşı görünən
olmalıdır. Çəpərlərin üzərində
“EHTİYATLI OL! TƏHLÜKƏLİ ZONA” xəbərdaredici
təhlükəsizlik plakatı asılmalıdır.
4.1.1.9. Kamera və qanovlarda
təmizliyə riayət edilməli, çuxurlardan su
müntəzəm çəkilməli, keçidlərin doldurulmasına yol
verilməməlidir.
4.1.1.10. Öncədən işlərin
mümkünlüyünü təsdiqləyən hesablamalar aparmadan tikinti
konstruksiyalarını dəyişdirmək və onlarda
dəlik açmaq qadağandır.
4.1.1.11. Qanovlarda xidmətçi heyətin
rahat keçməsinə maneəçilik törədən bütöv
arakəsmələrin qurulmasına icazə verilmir.
Müstəsna hallarda, texnoloji şərtlərə görə qanovların
ayrı-ayrı aralıqlara bölünməsi lazımdır,
məsələn, tərpənməyən dəmir-beton
lövhə dayağı qoyduqda bölücü arakəsmələrdən
əvvəl və sonra yer səthinə çıxışlar düzəldilməlidir.
4.1.1.12. Hər bir müəssisədə
(sexdə, sahədə) təmir meydançalarını və
onların yüklənməsi həddini göstərən plan
olmalıdır. Sexlərdə (sahələrdə)
meydançaların sərhədləri, lövhələrdə
isə onların yol verilən yüklənmə həddi aydın
göstərilməlidir.
4.1.1.13. Yenidən tikilən, yenidən
qurulan binaların və qurğuların otaqlarının
işıqlandırılmasını
layihələndirərkən işıqlanmanın səviyyəsi
müvafiq qurumların qəbul etdiyi normativ
sənədlərinə uyğun olmalıdır.
4.1.1.14. Yanar qazların və
partlayıcı maddələrin buxarlarının daxil olma
ehtimalı olan binaların işıqlandırılması
üçün partlayışa qarşı mühafizəyə malik
işıqlandırma armaturları tətbiq olunmalıdır.
İstehsalat binalarında qəza
işıqlanması və işıq
şəbəkəsinin gərginliyi 12 V olmalıdır.
4.1.1.15. Elektrik stansiyalarının
istehsalat sexlərində elektriklə qaynaqlama
avadanlığının qurulması üçün yer
nəzərdə tutulmalıdır və burada qaz-elektrik
qaynaqlama işləri aparmaq üçün
mərkəzləşdirilmiş ayrılmalar olmalıdır.
4.1.1.16. Binadan bayırda təmir
yerlərində olan material, məmulat, avadanlıq və
onların hissələri, qışda qardan və buzdan
təmizlənməsi mümkün olan tapdalanmış və hamar
meydançalarda yığılmalıdır.
Adıçəkilən əşyaların
özbaşına sürüşmələrinin qarşısını
almaq üçün tədbirlər görülməlidir.
Materiallar dağ ətəyində
yerləşdirildikdə meydançaları yerüstü sulardan qorumaq üçün
tədbirlər görülməlidir.
Material və avadanlıqdan özül üçün
çalanın və arxların kənarlarınadək
məsafə enişin dayanıqlılığı ilə
müəyyən edilir, amma bu məsafə 1m-dən az olmamalıdır.
4.1.2. Avadanlıqlara dair ümumi tələblər
4.1.2.1. Avadanlığın bütün isti
hissələrinin, boruların, çənlərin və s.
toxunarkən yanıq yarada bilən digər isti elementlərin
istilik izolyasiyası olmalıdır (AZS 587-2011, 2.11.
“İstilik izolyasiyası və hörgü işləri”).
İzolyasiyanın səthində
hərarət, ətraf mühit havasının hərarəti 25
ºC olduqda 45 ºC-dən çox olmamalıdır.
Boru kəmərlərinin rəngi və
onların üzərindəki yazılar müvafiq qurumların
qəbul etdiyi normativ sənədlərinə uyğun
olmalıdır.
4.1.2.2. Üzərinə tezalışan,
yanğından, partlayışdan təhlükəli və ya
zəhərli maddələr tökülməsi mümkün olan zonada
yerləşmiş avadanlıq və boru kəmərləri
səthlərinin bütün isti hissələri istilik
izolyasiyasını bu maddələrlə hopmasından qoruyan
metal örtüklə örtülməlidir.
4.1.2.3. Aqressiv, tezalışan, yanar,
partlayış təhlükəli, yaxud zərərli
maddələrin boru kəmərləri hermetik
olmalıdır.
Axması mümkün olan yerlərdə
(lüklər, ventillər, flans birləşmələri)
mühafizə örtükləri, lazım olarsa, məmulatın
təhlükəsiz yerə axıdılması üçün xüsusi qurğu
quraşdırılmalıdır.
Avadanlığın, armatur və
cihazların, mütəmadi yoxlanılması tələb olunan
elementlərinə xidmət etmək üçün onları rahat
yerlərdə quraşdırmaq lazımdır.
4.1.2.4. Döşəmənin (iş
meydançasının) səthindən 1,5 m-dən hündür
məsafədə yerləşən avadanlıq
elementlərinə pilləkənləri və
məhəccərləri olan stasionar meydançalardan xidmət
edilməlidir.
Pilləkən və meydançalar,
məhəccərin aşağısı boyu müvafiq
qurumların qəbul etdiyi normativ sənədlərinin
tələblərinə uyğun surətdə, hündürlüyü 0,14
m-dən az olmayan bort elementli və hündürlüyü
4.1.2.5. Açılması üçün böyük güc
tələb olunan sürgülər və ventillər mexaniki, yaxud
elektrik intiqallı dövrələmə xətlər ilə
təchiz olunmalıdır.
4.1.2.6. Bütün işəsalma
qurğuları, armaturlar nömrələnməli və
üzərində texnoloji sxemə uyğun yazılar
olmalıdır.
Sürgülərin, ventillərin və
şiberlərin sükanlarında açarkən, yaxud
bağlayarkən onların firlanma səmti
göstərilməlidir.
4.1.2.7. İşçilərin toxunmaması
üçün istehsalat avadanlığının hərəkət
edən hissələrinin müvafiq qurumların qəbul etdiyi
normativ sənədlərinin tələblərinə uyğun
mexaniki mühafizə çəpəri olmalıdır.
Mühafizə çəpərləri
ayrı-ayrı hissələrdən hazırlanıb
açılıb-bağlanan (həncəməli, şarnirli) yaxud
çıxarıla bilən olmalıdır.
Maşınların və
mexanizmlərin mühafizə olunan hissələrinə
xidmətin rahatlığı üçün çəpərlərdə
qapılar və qapaqlar nəzərdə tutulmalıdır.
Çəpərlər, qapılar və
qapaqlar bağlı vəziyyətdə etibarlı
saxlanması üçün qurğularla təchiz olunmalı və
lazım gələrsə, çəpərləri çıxararkən
(açarkən) maşın və mexanizmlərin
dayandırılması üçün onların intiqalları ilə
bağlanmalıdır.
Maşın və mexanizmlərin gövdələrinə
qaynaqlanmış millərdən və dəmir çubuqlardan
çəpər düzəltmək qadağandır.
Yarımmuftaların örtükləri elə
düzəldilməlidir ki, fırlanan valın örtülməmiş
hissəsi hər tərəfdən 10 mm-dən çox olmasın.
4.1.3. Avadanlıqlara xidmət
4.1.3.1. Hər bir iş yerində,
həmin vəzifə və ya peşə üçün kifayət
qədər istehsalat və vəzifə təlimatları,
əməyin mühafizəsi üzrə təlimat olmalıdır.
4.1.3.2. İş başlayanadək
görülməli işlə əlaqədar bu Qaydanın bütün
tələblərinin yerinə yetirilməsi yoxlanılmalıdır.
Bu Qaydaya əməl olunmasa, işin
görülməsi barədə kimin sərəncam verməsindən
asılı olmayaraq heyətin işə başlaması
qadağandır.
4.1.3.3. Avadanlığa nəzarət
işləri və yoxlamalar yalnız avadanlığın
istismarını yerinə yetirən növbətçi heyətin
icazəsi ilə aparıla bilər.
4.1.3.4. İstehsalat zərurəti
olmadıqda aqreqatın meydançalarında, lüklərin,
bacaların, suyun səviyyəsini göstərən
şüşələrin yaxınlığında, həmçinin
bağlayıcı, tənzimləyici və qoruyucu
armaturların və boru kəmərlərinin təzyiq
altında olan flans birləşmələrinin yanında
dayanmaq qadağandır.
4.1.3.5. Meydançaların
çəpərlərinə söykənmək, üstünə çıxmaq,
boru kəmərlərinin, həmçinin üstü ilə keçmək
nəzərdə tutulmayan örtük və konstruksiyaların üzərində
gəzmək qadağandır.
4.1.3.6. Təzyiq altında olan
avadanlığı və boru kəmərini işə
buraxarkən, açarkən, təzyiq altında yoxlayarkən
və sınaq apararkən yaxınlıqda dayanmağa,
yalnız bu işləri icra edən heyətə icazə
verilir.
Avadanlığın hidravlik
sınağı zamanı təzyiqi artırarkən
avadanlığın üstündə adamların olması
qadağandır.
Sınanan boru kəmərlərinin
və avadanlığın qaynaq yerlərinin yoxlanmasına,
yalnız sınaq təzyiqi işçi təzyiqədək
endiriləndən sonra icazə verilir.
Qazan şlakdan
təmizlənərkən və üfürülərkən, habelə
aşağı nöqtələri üfürülərkən,
dayanıqsız və qəza rejimlərində heyət
təhlükəsiz yerə çıxarılmalıdır.
4.1.3.7. İstilik borularının, buxar
borularının, kollektorların, bəsləyici boruların
səthində, armaturun gövdəsində zədələr
aşkarlanarsa, işləyənləri zədəli
avadanlıqdan təcili çıxarmaq, təhlükəli sahəni
çəpərləmək və “EHTİYYATLI OL!
TƏHLÜKƏLİ SAHƏ” yazısı olan plakat asmaq
lazımdır.
Adamların çıxarılmasını,
elektrik stansiyasında sexin növbə rəisi və ya istilik
şəbəkəsində işlərin rəhbəri
(iş icraçısı) həyata keçirməlidir.
4.1.3.8. Çəpərləmə
qurğuları olmadıqda və ya nasaz olduqda mexanizm, yaxud
qurğuların işə qoşulması və qısa
müddətli işlədilməsi qadağandır. Qoruyucu
çəpəri olmayan, yaxud pis bərkidilmiş çəpərli
mexanizmlərin yaxınlığında təmizlik işi
aparmaq qadağandır.
4.1.3.9. Mexanizmlərin fırlanan, yaxud
hərəkət edən hissələrini
təmizləmək, silmək və yağlamaq, həmçinin
çəpərlərin üzərindən aşıb, yaxud əli
onların arxasına keçirib yağlamaq və təmizlik işi
aparmaq qadağandır.
İşləyən mexanizmlərin
xarici səthlərini silərkən silgi materialını
ələ və ya barmaqlara dolamaq qadağandır.
4.1.3.10. Silgi materialı kimi pambıq,
parça, yaxud kətan parçalardan istifadə edilməlidir.
4.1.3.11. Hərəkət edərkən
ötürücü qayışları taxmaq, çıxartmaq və
düzəltmək, həmçinin boşuna fırlanarkən konveyer
qayışının və lentlərinin altına konifol
və digər material səpmək qadağandır.
4.1.3.12. Fırlanan və
hərəkət edən mexanizmləri əl ilə saxlamaq
qadağandır.
4.1.3.13. Gərginliyi 1000 V-dan yüksək
elektrik mühərriklərinin, həmçinin yüksək
təhlükəli və ya xüsusi təhlükəli binalarda
yerləşən 1000 V-dək gərginlikli elektrik
mühərriklərinin hər bir işəsalma qurğusunun
(məsafədən idarəetmə qurğusundan başqa)
qarşısında dielektrik xalçalar, rütubətli binalarda
isə izoləedici altlıqlar olmalıdır.
4.1.3.14. Qırılmış, sallanan,
yaxud yerə və döşəməyə düşmüş
məftilləri, həmçinin bu məftillərə toxunan
və ya ilişən tros, ip, məftil qırıqlarını
tapdalamaq və ya onlara toxunmaq qadağandır.
4.1.3.15. Nasaz avadanlığı,
həmçinin bloklama, mühafizə, siqnallayıcı, qəza
açılması qurğuları nasaz olan avadanlığı
istismar etmək qadağandır.
Avadanlığın normal iş
rejimində bədbəxt hadisəyə səbəb ola
biləcək dəyişiklik yarandıqda heyətin
təhlükəsizliyini təmin edən tədbirlər görülməlidir.
4.1.3.16. Səhvən işə
qoşulmasına (mühərrikin işə düşməsi,
buxarın ya da suyun verilməsi və s.), öz-özünə
yerdəyişməsinə və hərəkət etməsinə
qarşı texniki tədbirlər görmədən
avadanlığı təmir etmək qadağandır.
Avadanlığı təmir etdikdən
və ya təmizlədikdən sonra, orada adamların, kənar
əşyaların qalmadığına əmin olmaq
lazımdır.
4.1.3.17. Avadanlığın
əsaslı və cari təmiri istehsalat layihələri,
texniki şərtlər və ya texnoloji xəritələr
üzrə aparılmalıdır.
4.1.3.18. Havanın hərarəti 32
ºC-dən yüksək olan sahələrdə təmir
işləri aparılarkən səyyar hava - duş qurğusu
nəzərdə tutulmalıdır.
4.1.3.19. Avadanlığın və boru
kəmərlərinin yığılması, sökülməsi,
həmçinin avadanlığın elementlərinin
dəyişdirilməsi ilə əlaqədar təmir
işləri aparılarkən, işlərin istehsal
layihələri, ya da texnoloji xəritə ilə
nəzərdə tutulan və avadanlığın
qalmış, yaxud yeni qurulmuş bağlamalarının,
elementlərinin dayanıqlılığını və onun
sökülən hissələrinin düşməməsini təmin
edən əməliyyatların ardıcıllığına
riayət edilməlidir.
Avadanlığın və boru
kəmərlərinin qalan elementlərinin
dayanıqlılığına fasiləsiz nəzarət
olunmalıdır.
4.1.3.20. Flans birləşmələrini
yığarkən bolt dəliklərinin uyğunluğu balaca
ling və ya sağanaqla yoxlanılmalıdır.
4.1.3.21. Avadanlığın isti
hissələrinin yaxınlığında işçilərin
olması zəruri olduqda, onları yanğından və
yüksək hərarətin təsirindən qorumaq üçün
tədbirlər ğörülməlidir.
4.1.3.22. Hissələri və
avadanlığı yuyarkən və yağlardan
təmizləyərkən kerosin, benzin, aseton və digər
yanar və tezalışan, həmçinin trixloretilen, dixloretan
və digər xlor tərkibli karbohidrogenlər tədbiq
etmək qadağandır.
4.1.3.23. Yanar, partlayış
təhlükəli və zərərli maddələrin donmuş
boru kəmərlərini, həmçinin onların
armaturlarını nəm buxarla, yaxud isti su ilə qızdırmaq
lazımdır. Açıq alovlu istilik mənbəyinin
tətbiqinə, yalnız yanğın təhlükəli
binaların xaricində və açıq havada yerləşən
su, buxar, pulpa borularının və armaturların qızdırılmasında
icazə verilir.
4.1.3.24. Müvafiq qurumların qəbul etdiyi
normativ sənədlərinə uyğun olaraq adamların
keçməsi və dayanması üçün təhlükəli sayılan
yerlər, təhlükəsizlik nişanları bərkidilmiş
kəndirlərlə və ya səyyar lövhələrlə
çəpərlənməlidir.
4.1.3.25. Çıraqların
təmizlənməsini və yanmış lampaların
dəyişdirilməsini elektrik texniki heyəti çıraqlara
təhlükəsiz və rahat əlçatmanı təmin edən
qurğuların üstündən aparmalıdır.
4.1.3.26. Stasionar
işıqlandırılması olmayan yerlərdə
avadanlığa xidmət edərkən, növbə üzrə
təhvil verilən kifayət miqdarda saz vəziyyətdə
səyyar elektrik fənərləri olmalıdır.
4.1.3.27. Səyyar əl elektrik
çıraqları gərginliyi 42 V–dan yüksək olmayan
şəbəkədən qidalanmalıdır. Dar,
rütubətin, tozlanmanın, torpaqlanmış metal
səthlərə toxunma ehtimalının yüksəkliyi
səbəbindən elektrik cərəyanı ilə ziyan
yetirilməsi təhlükəsi daha yüksək olan xüsusi
əlverişsiz şəraitdə şəbəkənin
gərginliyi 12 V-dan yüksək olmamalıdır.
4.1.3.28. Qaz təhlükəli binaya daxil
olmadan öncə oradakı havanın tərkibində qazın
olub-olmasını təhlil etmək lazımdır.
Qazın olması partlayışdan
mühafizə növlü qaz analizatoru vasitəsilə müəyyən
edilməlidir. Binada qaz olması aşkarlanarsa, oraya ancaq hava
dəyişdirildikdən və qazın olmaması və
oksigenin kifayət qədər olması (həcm üzrə
20%-dən az olmamaqla) təkrar yoxlandıqdan sonra daxil olmaq
olar. Əgər hava dəyişmə nəticəsində qazı
çıxarmaq mümkün olmazsa, onda qazdan təhlükəli binaya daxil olub
işləməyə yalnız şlanqlı əleyhqazda bu
Qaydanın 4.1.6. bölməsinin tələblərinə
riayət etməklə icazə verilir.
İşıqlanmanı və
ventilyatorun elektrik mühərrikini işəsalma
aparatlarını qaztəhlükəli binanın hüdudlarından
kənara çıxarmaq lazımdır.
4.1.3.29. Qaz təhlükəli işlər
aparılarkən aşağıdakı
tələblərə riayət edilməlidir:
a) səyyar mənbə kimi yalnız
partlayışdan mühafizə növlü çıraqlardan istifadə
edilməlidir, təhlükəli yerlərdə çıraqları qoşub
açmaq, həmçinin açıq alovdan istifadə etmək
qadağandır;
b) alətlər qığılcım
törətməyən əlvan metaldan olmalıdır.
İşlək hissəsi solidol və digər sürtkü
yağları ilə yaxşıca yağlanmış qara
metaldan olan alətin tətbiqinə yol verilir;
c) elektrik qurğusu və digər
elektrikləşdirilmiş alətlərin, həmçinin
qığılcım yaradan qurğuların istifadə
olunması qadağandır;
ç) heyətin ayaqqabılarında polad
mıx və nal olmamalıdır. Əks təqdirdə rezin
çəkmədən istifadə etmək lazımdır.
4.1.3.30. Daimi xidmət heyəti olmayan qaz
təhlükəli binaların qapıları qıfılla
bağlanmalıdır.
Açarlar növbə rəisində
saxlanılmalı, iş müddətində müəssisənin
baş mühəndisi tərəfindən təsdiq edilmiş
siyahıda göstərilən şəxslərə iltizamla
verilməli və hər gün iş qurtardıqdan sonra
qaytarılmalıdır.
4.1.3.31. Yanğın baş verdikdə
dərhal yanğından mühafizə dəstəsini
çağırmalı, adamları və mümkünsə yanacaq
maddələrini təhlükəsiz yerə çıxarmalı,
təhlükəsizlik texnikası qaydalarına riayət
etməklə mövcud yanğınsöndürən vasitələr
ilə alovun söndürülməsinə başlamalı və
müəssisənin növbə rəisini (dispetçeri), sexin
(sahənin) rəisini və müəssisənin
mühafizəçilərini xəbərdar etmək lazımdır.
4.1.3.32. Bədbəxt hadisə
yaranması təhlükəsi olarkən yaxınlıqdakı
heyət onun qarşısını almaq üçün tədbir
görməlidir (avadanlığı, yaxud müvafiq mexanizmi
dayandırmalı, gərginliyi çıxarmalı, buxar, yaxud suyun
verilməsini dayandırmalı, təhlükəli ərazini
çəpərləməli və s.). Bədbəxt hadisə
vaxtı isə xəsarət alana ilk yardım
göstərilməli, mümkün qədər hadisə yerinin
toxunulmazlığı saxlanmalıdır. Hadisə
barədə baş növbətçiyə (işin
rəhbərinə) xəbər verilməlidir.
4.1.4. Fırlanan mexanizmlərin təmiri
4.1.4.1. Fırlanan mexanizmlərin
təmirinə hazırlıq işləri, naryadda
göstərilən kimi, istehsalat işlərinin
şərtlərinə uyğun aparılmalıdır.
Bu zaman mexanizmlər
dayandırılmalıdır.
Eyni zamanda, fırlanan mexanizmdə və
elektrik mühərrikində işləyərkən mufta
dövrədən açılmalıdır. Muftaların
dövrədən açılmasını, fırlanan mexanizmin
təmirini, naryad üzrə təmir heyəti yerinə yetirir.
Mexanizmlərin bağlayıcı
armaturlarını (sürgüləri, şiberləri, ventilləri
və s.) işin təhlükəsiz icrasını təmin
edən vəziyyətdə qurmaq lazımdır.
Armaturu idarə edən intiqalların
şturvalını zəncirlər, digər quruluş və
tərtibatlar vasitəsilə qıfıllamaq lazımdır.
Açılmış intiqallarda və
mexanizmin işəsalma quruluşunda gərginlik verilməsini
və bağlayıcı armaturla əməliyyat
aparılmasını qadağan edən təhlükəsizlik
nişanları, işin icrası yerlərində isə
“Burada işləməli” təhlükəsizlik plakatı və
ya nişanı asılmalıdır.
4.1.4.2. Elektrik intiqallı fırlanan
mexanizmlər təmirə çıxarılarkən elektrik
mühərriklərindən və armaturun elektrik intiqallarından
gərginliyi çıxarmaq işini elektrik-texniki heyət icra
etməlidir.
4.1.4.3. Yoxlama qoşulması və ya
fırlanan mexanizmin balanslaşdırma dövründə, mexanizmin
elektrik mühərrikinin qəzadan açma düyməsi işə
salınmalıdır.
Qəzadan açma düyməsinin yanında
işlərin rəhbərinin siqnalı ilə mexanizmi açan
nəzarətçi dayanmalıdır.
4.1.4.4. Fırlanan mexanizmi işə
salmazdan əvvəl, o cümlədən yoxlamadan öncə,
qoşma muftası yığılmalı, fırlanan
hissələrin çəpərləri qurulmalı,
təhlükəsizlik nişanları çıxarılmalı,
alət, materiallar yığışdırılmalı
və adamlar iş yerindən çıxarılmalıdır.
İşin rəhbəri, naryadı
sexin növbə rəisinə təhvil verməlidir. Aralıq
naryadla görülən işlərdə naryad – onu verən
şəxsə qaytarılmalıdır.
Mexanizmi yoxladıqdan sonra (onunla işi
davam etdirmək zəruri olarsa) iş yerləri naryadda
göstərilən işlərin aparılması
şərtlərinə uyğun şəkildə hazırlanır.
4.1.4.5. Fırlanan mexanizmin rotorunu
balanslaşdırarkən yalnız rotorun
fırlanmasının qarşısını alan
tədbirlər gördükdən sonra yükləri asmaq olar.
4.1.4.6. Rotorların, tüstüsoranların
və ya ventilyatorların xüsusi balanslaşdırıcı
dəzgahlarda statik balanslaşdırılmasını
aparmazdan öncə onlarda rotorun düşməsinə mane olan
dayaqlar qurulmalıdır.
4.1.4.7. Enən qaz yollarının
çıxışında olan ventilyatorun, tüstüsoranın
içərisində işlərə, yalnız bu qaz yolunu
möhkəm döşənəklə örtdükdən və rotorun
fırlanmasının qarşısını alan
tədbirlər görüldükdən sonra icazə verilə bilər.
4.1.4.8. Sorma-üfürmə
maşınlarının rotorlarını çıxarmaq üçün
tətbiq olunan qurğular sənayedə və
dağ-mədən işlərində işlərin
təhlükəsiz görülməsi nəzarətinin
tələblərinə uyğun olmalıdır. Adamlar
sorma-üfürmə maşınlarının rotoru çıxarılan
ərazidən uzaqlaşdırılmalıdır.
4.1.4.9. Sorma-üfürmə
maşınlarında
4.1.4.10. Sorma-üfürmə
maşınlarının zirehlərini dəyişəndə
və pərlərini lehimləyib calayanda gövdənin
lüklərı açıq olmalıdır.
4.1.4.11. Sorma-üfürmə
maşınlarının bilavasitə rotorlarında qaynaq
işləri rotoru torpaqlamaqla aparılmalıdır (AZS 587-2011,
2.6. “Qaynaq
işləri və lehimləmə lampası ilə
işlər”).
4.1.4.12. Sorma-üfürmə
maşınlarının pərlərinin üstünü lehimləyib
caladıqda, metalın yanmasına və ərimiş
metalın elektrik qaynaqçısının üstünə tökülməsinə
yol verilməməlidir.
Rotoru çıxarmadan sorma-üfürmə
maşınlarının pərlərinin üstünü
lehimləmə işlərini, zəruri hava mübadiləsini
təmin edən ventilyasiya olduqda və sorma-üfürmə
maşınının xaricində elektrik təhlükəsizliyi
II qrup və ya daha yüksək qrupa malik nəzarətçinin
nəzarəti altında icra etmək lazımdır.
Sorma maşınının içindəki
elektrik qaynaqçısı ucu müşahidəçinin əlində olan
qoruyucu kəndirli xilasedici kəmərlə təmin
edilməlidir.
4.1.5. Avadanlığın defektoskopiyası
4.1.5.1. Defektoskopiya üzrə
işlərə sağlamlıq vəziyyətinə görə
yararlı sayılan, işlərin təhlükəsiz
aparılması və şəxsi gigiyena qaydaları üzrə
təlim keçmiş, vəsiqəsində bu işlərin
icrasına hüququnun olması, təhlükəsizlik üzrə
biliyinin yoxlanması qiyməti olan şəxslər
buraxılır.
4.1.5.2. İonlaşdırıcı
şüalanma mənbələrindən istifadə etməklə
defektoskopiya üzrə bütün işlər müvafiq qurumların
qəbul etdiyi normativ sənədlərinə uyğun olaraq
aparılmalıdır.
4.1.5.3. Defektoskopiyaçılara xüsusi
mühafizə konteynerlərində olmayan,
ionlaşdırıcı şüalanma mənbələrini
əlinə götürmək, cibinə qoymaq, daşımaq və
saxlamaq qadağan olunur.
4.1.5.4. Defeskopu istehsalçı zavodun
pasportunda göstərilmiş gücdən artıq gücə malik
ionlaşdırıcı şüalanma mənbələri
ilə yükləmək qadağandır.
4.1.5.5.Defeskopları yükləməyi
və təkrar yükləməyi, bu işlərin
aparılması üçün sanitariya və epidemioloji xidmət
orqanlarından icazəsi olan ixtisaslaşdırılmış
müəssisə, müəssisənin radiasiya təhlükəsizliyi
xidmətinin cavabdeh şəxsinin iştirakı ilə və
fasiləsiz radiometrik nəzarəti altında icra etməlidir.
4.1.5.6. Xüsusi təchiz olunmuş otaqdan
kənarda ionlaşdırıcı şüalanma
mənbələrindən istifadə etməklə yoxlamalar
aparılarkən aşağıdakı təhlükəsizlik
tələbləri yerinə yetirilməlidir:
a) şüalandırıcını
yerə doğru və ya adamların olmadığı zonaya
doğru yönəltmək lazımdır;
b) şüalanma doza gücü 0,28 mR/s həddini
aşan, radiasiya təhlükəli zonanı, dozanı
göstərilmiş qiymətə kimi azaldan, səddlərlə
və ya mühafizə ekranları vasitəsilə
çəpərləmək;
c) təhlükəli zonanın perimetri
üzrə ən azı 3 m-dən aydın görünən
xəbərdaredici plakatlar asmaq;
ç) radiasiya təhlükəli zonaya kənar
şəxsləri buraxmamaq.
4.1.5.7. Şüalanma mənbəli
defeskopların daşınması zamanı onların
sazlığına, tətbiqi və saxlanılmasına
görə məsuliyyəti işdə fasilələr zamanı
cavabdeh şəxsə təhvil verilənədək
(saxlanılan yerdə) defektoskopiyaçılar daşıyır.
4.1.5.8. Açıq meydançalarda
yağışlı havada rentgen aparatlarından istifadə
etməklə yoxlamaların keçirilməsinə icazə
verilmir.
4.1.6. Yeraltı otaqlarda və rezervuarlarda işlər
4.1.6.1. Bütün yeraltı tikililərdə
işə buraxılmazdan bilavasitə əvvəl iş
zonasının havasında daha çox ehtimal edilən
zəhərli maddələrin olması yoxlanmalıdır.
Yeraltı qaz kəmərlərinin
bilavasitə yaxınlığında yerləşən (ondan
hər iki tərəfə 15 m-dək məsafədə)
yeraltı tikililər üçün yoxlanma müddətləri, xidmət
və oraya adamların endirilmə qaydaları
müəssisənin baş mühəndisi tərəfindən
təsdiq olunan təlimatla müəyyənləşdirilir.
Qaz kəmərləri yolunda
tikililərin hər hansı birində qaz olması aşkar
edilərsə, orada havanın dəyişdirilməsi üçün
tədbir görülməlidir. Bu zaman əlavə olaraq, qaz
kəmərlərinin 50 m-dək radiusda olan digər yeraltı
tikililərdə qaz olmasını
müəyyənləşdirən əlavə yoxlamalar
aparılmalıdır.
4.1.6.2. Yeraltı tikililərdə ən
çox rast gəlinən partlayış təhlükəli və
zəhərli qazların xassələri müvafiq qurumların
qəbul etdiyi normativ sənədlərində
göstərilmişdir.
4.1.6.3. Hər bir müəssisədə
qaztəhlükəli yeraltı tikililərin siyahısı
tutulmalı və rəhbər tərəfindən
təsdiqlənməlidir. Bu siyahı sex (ərazi, sahə)
heyətinin nəzərinə çatdırılmalı, siyahı
sexdə (ərazidə, sahədə) hər kəsin görə
biləcəyi yerdə asılmalıdır.
Bütün qaztəhlükəli yeraltı
tikililər texnoloji sxemdə və marşrut
xəritəsində nişanlanmalıdır.
Qaztəhlükəli yeraltı tikililərin lüklərinin xüsusi
rəngləri (lükün ikinci qapağını və ya onun
silindrik hissəsini sarı rənglə rəngləmək
tövsiyə edilir) olmalıdır.
4.1.6.4. Yeraltı tikili və ya
rezervuarın havasında daha çox ehtimal edilən zərərli
maddələrin olmasını qaz analizatoru vasitəsilə
müəyyən etmək lazımdır.
Yoxlamaq üçün havanın nümunəsini
yeraltı tikiliyə və ya rezervuara buraxılmış
şlanq vasitəsilə götürmək lazımdır.
Nümunə götürmək üçün yeraltı
tikiliyə və rezervuara düşmək qadağandır.
4.1.6.5. İş başlayanadək
və iş aparılarkən yeraltı tikilidə və ya
rezervuarda havanın təbii və ya məcburi
ventilyasiyasını təmin etmək lazımdır.
Kamera və qanovlarda təbii hava
ventilyasiyası ən azı iki lükün açılması ilə
yaradılmalıdır. Lüklərin yanında hava
axınını lükə istiqamətləndirən xüsusi günlüklər
düzəldilməlidir.
Adamlar yeraltı tikiliyə
düşənə kimi və ya rezervuara girənə kimi
təbii havalandırma müddəti 20 dəqiqədən az
olmamalıdır.
Yeraltı tikilinin və ya rezervuarın
havasında zərərli maddələr olduqda və ya
oradakı hərarət 32°C-dən yüksək olduqda məcburi
ventilyasiya edilməlidir.
Səyyar ventilyatordan və ya kompressordan
istifadə etməklə yeraltı tikilinin və ya
rezervuarın bütün havasının 10-15 dəqiqə
ərzində məcburi ventilyasiyasını təmin etmək
olar.
Yeraltı tikiliyə buraxılan
ventilyator şlanqı döşəmə səviyyəsindən
20-25 sm-dək olmalıdır.
Əgər təbii və məcburi
ventilyasiya zərərli maddələrin tam
çıxarılmasını təmin etmirsə, yeraltı
tikiliyə və ya rezervuara yalnız şlanqlı əleyhqazla
düşməyə icazə verilir.
4.1.6.6. Yeraltı tikilinin və ya
rezervuarın oksigenlə ventilyasiyasını aparmaq
qadağandır.
4.1.6.7. Heyətin rezervuarlarda, yeraltı
tikililərdə işə buraxılmasından əvvəl
buraya qazın, turşuların və digər aqressiv
maddələrin düşməsinə səbəb ola
biləcək boru kəmərləri açılmalı və
onların flans birləşmələrində tıxaclar
qoyulmalı, bağlayıcı armaturlara “AÇMA! ADAMLAR
İŞLƏYİR” təhlükəsizlik plakatları və
nişanları asılmalıdır.
Rezervuarın və ya yeraltı
qurğuların su, buxar, mazut və bu kimi maddələr
verilə biləcək boru kəmərlərindən
açılması bu Qaydanın 4.2.5.7-ci yarımbəndinə
uyğun aparılmalıdır.
4.1.6.8. Yeraltı tikilinin və ya
rezervuarın lükünü açarkən külək əsən
tərəfdən durmaq lazımdır.
4.1.6.9. Yeraltı tikilidə və yaxud
rezervuarda qalma müddətini, həmçinin oradan çıxmaqla
istirahət müddətini işin xüsusiyyətindən və
şəraitindən asılı olaraq naryadın “Xüsusi
şərtlər” sətrində qeyd etməklə naryadı
verən şəxs təyin edir.
4.1.6.10. Yeraltı tikilidə və
rezervuarda (yanacaq və yağ rezervuarlarından başqa)
havanın hərarəti 32°C-dən yüksək olduqda orada
işləməyə müstəsna hallarda (qəza baş
verdikdə əgər adamların həyatı üçün və
avadanlığın dağılması üçün təhlükə
yaranırsa və s.) işin rəhbərinin icazəsi və
onun bilavasitə rəhbərliyi altında heyətin yanıq
almaması üçün lazımi tədbirlər görüldükdən sonra
icazə verilir.
4.1.6.11. Yeraltı tikilidə və ya
rezervuarda suyun səviyyəsi döşəmənin
səviyyəsindən 200 mm-dən yuxarı, həmçinin suyun
hərarəti 45°C-dən yüksək olduqda orada işləmək
qadağandır.
Buxar dolmuş yeraltı tikililərə
və zirzəmi otaqlara oradakı havanın
hərarətindən asılı olmayaraq fəhlələrin
düşməsi qadağandır.
4.1.6.12. Yeraltı tikilinin və ya
rezervuarların içərisində işləmək, həmçinin
onları dövri yoxlamaq üçün təlimat almış 3
nəfərdən az olmayan briqada təyin olunmalıdır ki,
bunlardan ikisi lükün kənarında durub işləyənin
və şlanqlı əleyhqazın havasoran qol borusunun
vəziyyətinə nəzarət etməlidir. Digər
şəxslərin iş yerinə buraxılması
qadağandır.
4.1.6.13. Yeraltı tikilidə və ya
rezervuarda adamlar olduğu müddətdə
müşahidəçilərin yeraltı qurğunun və ya
rezervuarın lükündən aralanması və digər
işlərlə məşğul olması qadağandır.
Böyük dərinliyə və uzunluğa
malik yeraltı tikililərdə işləyərkən vizual
cəhətdən işləyənə yardımçı olmaq
mümkün olmadıqda, onunla qəbul olunmuş siqnallar (bax bu
Qaydanın 4.1.6.18-ci yarımbəndi) və ya telefon
vasitəsilə əlaqə saxlanılmalıdır.
Əgər yeraltı tikilidə
işləyən işçi özünü pis hiss etsə, o, işi
dayandırıb yuxarı çıxmalıdır; bu halda
nəzarətçi şəxs yaxındakı heyəti cəlb
etməklə ona kömək etməlidir.
Zərərçəkənin yanına
enmək zəruri olduqda müşahidəçilərdən biri
şlanqlı əleyhqaz və xilasedici kəmər taxaraq
xilasedici kəndirin bir ucunu yuxarıda qalan o biri
müşahidəçiyə verməlidir (bax AZS 587-2011, Əlavə
Ə2. “Elektrik cərəyanından
zərərçəkənlərə ilk tibbi yardım”).
4.1.6.14. İşlərə başlayanadək
əleyhqazın və şlanqların saz olmasını
yoxlamaq lazımdır.
Məcburi hava verməklə
əleyhqazın, həmçinin havaüfürənin sazlığı
və onun ötürücülərinin
işləyib-işləməməsi
yoxlanılmalıdır.
Əleyhqazın və şlanqın
hermetikliyi geyinilmiş əleyhqazın şlanqını
əl ilə sıxmaqla yoxlanılır. Əgər bu
vəziyyətdə nəfəs almaq mümkün olmasa, onda
əleyhqaz saz vəziyyətdədir.
4.1.6.15. Yeraltı tikiliyə və ya
rezervuara düşmədən əvvəl əleyhqazın
maskasının nəfəs klapanına hava verən
büzməli şlanq kəmərin qayışına
bərkidilməlidir.
Əleyhqazın havasoran qol-boruları
zəhərli maddələr ayrılan yerin və ya
ayrılması ehtimal olunan yerin külək əsən
tərəfində olmalıdır və o tərzdə
bərkidilməlidir ki, torpaq səthindən tozun sorulması
istisna olunsun.
Ventilyator vasitəsi ilə hava
məcburi verilmədikdə şlanqın uzunluğu 15
m-dən artıq olmamalıdır. Şlanq kəskin
əyilməməli və ya sıxılmamalıdır.
4.1.6.16. Yeraltı tikilidə və ya
rezervuarda havanın təhlili, partlayışdan mühafizə
olunmuş tipli qaz analizatoru tətbiq etməklə
aparılmalıdır, bu olmadıqda isə havanın
nümunəsini götürüb onu tikilidən və ya rezervuardan kənarda
təhlil etməklə aparılmalıdır.
4.1.6.17. Qaztəhlükəli yeraltı
tikililərin və yaxud çənlərin içində
işləyərkən xilasedici kəmərlərdən
və kəndirlərdən istifadə etmək lazımdır.
Xilasedici kəmərlərin kürək
tərəfdən çiyin qayışları və onların
kəsişdiyi yerdə xilasedici kəndiri bərkitmək üçün
halqası olmalıdır.
Kəmər elə
uyğunlaşdırılmalıdır ki, halqa
kürəklərdən aşağı düşməsin.
Çiyin qayışı olmayan
kəmərlərin tətbiqi qadağandır. Xilasedici
kəmərin o biri ucu nəzarət edənin əlində
olmalıdır.
4.1.6.18. Nəzarət edənlə
qaztəhlükəli yeraltı tikilidə və ya rezervuarda
işləyən adam arasında rabitə üçün
aşağıdakı siqnallamalar tətbiq edilir:
a) tikilidə (rezervuarda)
işləyən tərəfindən xilasedici kəndirin bir
təkanı o deməkdir ki, “şlanqı və kəndiri
çək”. Bu halda nəzarət edənin verdiyi siqnaldan (bir
təkandan) sonra və qaztəhlükəli tikilidən və ya
rezervuardan bir təkan şəklində cavab işarəsi
alınandan sonra onları çəkmək lazımdır.
Əgər cavab alınmasa onda nəinki şlanqı və
kəndiri, həm də işləyəni çıxarmaq
lazımdır, çünki ola bilsin ki, təkan onun
yıxılması nəticəsində baş verib;
b) iki təkan “şlanqı və
kəndiri burax” deməkdir. Bu siqnalı təhlükəli
yeraltı tikilidə və ya rezervuarda işləyən adam
yerini dəyişmək zəruri olduqda verir;
c) üç təkan “hər şey
qaydasındadır” deməkdir.
Kəndir və şlanqı, qaztəhlükəli
yeraltı tikilidə və ya rezervuarda olan adam
işləyərkən dartır. Ona görə müşahidəçi
kəndir və şlanqı elə tutmalıdır ki,
onların yerdəyişməsinə mane olmasın və onlar
aşağı düşməsin.
İşləyən yerini
dəyişib qurtardıqdan dərhal sonra üç təkanla siqnal
verməlidir ki, bu da “hər şey qaydasındadır”
deməkdir;
ç) kəndirin və şlanqın
hərəkəti dayandırıldıqdan sonra
müşahidəçi siqnal almazsa, o bir təkan ilə
işləyəndən xəbər tutmalı və üç
təkan ilə ondan cavab almalıdır.
Müşahidəçi tərəfindən
xilasedici kəndirin bir neçə təkanı o deməkdir ki,
qaztəhlükəli yeraltı tikilidə və ya rezervuarda
işləyən şəxs lükün yanına gəlməli
və ya yuxarı qalxmalıdır.
Rezervuarın içində işləyən
şəxs tərəfindən verilən həmin siqnal da onu
oradan çıxarmaq tələbi deməkdir.
4.1.6.19. Müşahidəçilər külək
əsən tərəfdə dayanmalı, vaxtaşırı
işləyənin vəziyyətindən xəbər
tutmalı və onun siqnalı ilə xilasedici kəndiri və
şlanqı buraxmalı və ya çəkməlidir.
4.1.6.20. Havanın
dəyişməsinə baxmayaraq, əgər cihaz
zərərli maddələrin olmasını qeyd etsə, onda
zərərli maddələr aradan qaldırılmayana
qədər və təkrar yoxlama onların
olmadığını təsdiq etməyinə qədər,
yeraltı tikililərdə işləmək qadağandır.
Zərərli maddələrin yeraltı
tikiliyə daxil olmasını güclü ventilyasiya vasitəsi
ilə aradan qaldırmaq mümkün olmasa, oraya şlanqlı
əleyhqazla düşüb, bu Qaydanın 4.1.3.29-cu
yarımbəndinin tələblərinə əməl
etməklə işləmək lazımdır. Qaz
təhlükəli işlər müvafiq qurumların qəbul etdiyi
normativ sənədlərinin tələblərinə uyğun
olaraq aparılmalıdır.
4.1.6.21. Yeraltı lüklərin
qapaqlarını bilavasitə əl ilə, qayka açarları
və ya bunun üçün nəzərdə tutulmamış digər
əşyalar vasitəsilə açmaq və bağlamaq qadağandır;
bunun üçün uzunluğu 500 mm-dən az olmayan xüsusi qarmaqlardan
istifadə olunmalıdır.
4.1.6.22. İşlər başa
çatdıqdan sonra lükləri bağlamazdan öncə işlərin
rəhbəri və icraçısı yeraltı tikilinin və ya
rezervuarın içərisində təsadüfən
fəhlələrdən kiminsə qalmadığına,
həmçinin unudulub orada material, alət və digər kənar
əşyaların qalmadığına əmin
olmalıdır.
Yeraltı tikililərdə və ya
rezervuarlarda işlər başa çatdıqdan sonra lükləri
açıq saxlamaq qadağandır.
4.2. Energetika avadanlığına xidmət
4.2.1. Yanacaq-nəqliyyat avadanlıqlarına xidmət
Bərk
yanacağın boşaldılması
4.2.1.1. Yanacaqların vaqonlardan
boşaldılması onlar tam dayandıqdan sonra vaqonları
əyləc başmaqları ilə bərkitdikdən sonra
(yanacaqları vaqon tullayıcıları ilə boşaltdıqda
vaqonları əyləc başmaqları ilə
bərkitmək icra olunmur) lokomotivi açıb və
boşaldıcı qurğudan ən azı
Əgər vaqonun lüklərini açmaq və
bağlamaq üçün sıxılmış hava lokomotivdən
götürülürsə, onda lokomotiv boşaldılan vaqonlardan
ayrılmır. Bu zaman adamların boşaldıcı
qurğuda olması qadağandır.
4.2.1.2. Vaqonlar bilavasitə lokomotiv
vasitəsilə qazanxananın bunkerinə verildikdə
boşalmadan qabaq vaqonların açılması tələb
olunmur.
Bu halda yanacağın
boşaldılması yalnız icazəverici siqnalın
verilməsindən sonra başlana bilər.
4.2.1.3. Yanacaqların boşaldılması
üzrə işlər sərəncamla təyin olunmuş cavabdeh
şəxsin rəhbərliyi altında
aparılmalıdır.
4.2.1.4. Yanacaqla dolu vaqonlara
boşaldılmazdan onlara əvvəl baxış
keçirilməlidir.
Lüklərin damlarında onların
bərkidilmələrində, bortlarında və ya
bağlayıcı mexanizmlərində nasazlıq olduqda
vaqonların təhlükəsiz boşaldılmasını
təmin edən tədbirlər görülməlidir.
4.2.1.5. Yanacağı vaqonlardan
bunkerə atmaq üçün keçid tutumları
qəfəsələrlə örtülməlidir.
Boşaldıcı qurğularda
qəfəsələrin yuvaları
aşağıdakılardan böyük olmamalıdır: kömür və
şist üçün 240 x
Vaqontullayıcıları olan
boşaldıcı qurğularda xırdalayıcı-frezer
maşını olduqda yuvaların ölçüləri 350 x 350
mm-dən böyük olmamalıdır; xırdalayıcı-frezer
maşını olmadıqda və kobud doğrama
doğrayıcıları olduqda yuvaların ölçüləri
məhdudlaşdırılmır.
Elektrik stansiyaları xırda yanacaqla
işlədikdə və bunkerlərin altında kobud
doğrama doğrayıcıların
vaqontullayıcıları olmadıqda bunkerlərin
üstündəki qəfəsələrin yuvalarının
ölçüləri 350 x 350 mm-dən böyük olmamalıdır.
4.2.1.6. Yanma ocaqları olan
yanacağı onu qazanxanaların nəm yanacaq bunkerinə
verilməsi üçün və ya anbarlarda ştabellərdə
yığmaq üçün boşaltmaq qadağandır.
Bu cür yanacaqları, anbarların xüsusi
ayrılmış meydançalarına yanmağa başlayan
yanacağı söndürmək və ya soyutmaq üçün boşaltmaq
lazımdır.
4.2.1.7. Özüboşaldan vaqonların
(qondolaların, hopperlərin və s.) lüklərini və ya
bortlarını açarkən, həmçinin platformaların
bortlarını açarkən heyət lüklərdən və ya
bortlardan yan tərəfdə durmalıdır.
4.2.1.8. Lüklər vasitəsilə
boşaltma zamanı vaqonların çevrilməsinin
qarşısını almaq üçün onları növbə ilə
hər bir tərəfdən bir-bir açmaq lazımdır.
Lükləri açarkən nəzər
yetirmək lazımdır ki, vaqonlar hər tərəfdən
bərabər boşaldılsın.
Vaqonları təmizləmək üçün
açıq lüklər vasitəsilə onlara girməyə,
yalnız onların divarlarında asılı və ya
donmuş yanacaq olmadıqda icazə verilir. Hopperləri xüsusi
meydançalardan təmizləmək lazımdır.
4.2.1.9. Boşaldıcı qurğularda
vaqonları divarlarında asılmış və ya
divarlarında və dibində donmuş yanacaqlardan
təmizləməyi yalnız yuxarıdan qarmaqla təchiz
olunmuş söykəmə nərdivanlar vasitəsilə etmək
lazımdır və lüklərin yanında heyət olmadıqda
yanacağı düşmə yerlərində həyata keçirmək
lazımdır.
Təmizləməni eyni zamanda ən
azı iki nəfər yerinə yetirməlidir ki, lazım
olanda dərhal bir-birinə kömək etsinlər.
4.2.1.10. Vaqonların anbarların
estakadalarında və xəndək növlü boşaltma
qurğularında boşaldılması, stasionar
körpücüklərdən (hərəkət meydanlarından) və
ya hərəkət edən kran və ya arabacıq
meydançalarından icra olunmalıdır.
Körpücüklər və ya arabacıq
meydançaları olmadıqda vaqonların lüklərini və
bortlarını boşaltma yerlərində bağlamaq
qadağan olunur.
Vaqonların lüklərini və
bortlarını xüsusi uyğunlaşdırılmış
və təchiz olunmuş lükqaldırıcı
sahələrdə bağlamaq lazımdır. Bu halda lokomotivi açmamağa
yol verilir.
4.2.1.11. Vaqonların anbarlarda və ya
estakadalardan qəbul-boşaltma qurğularından
boşaldılması zamanı, həmçinin skeperlər və
digər mexanizmlər işləyərkən şəxslərin
qəbul çalalarında (xəndəklərində) olması
qadağan olunur.
4.2.1.12. Yanacaqları qreyfer
vasitəsilə boşaldarkən və ya
yükləyərkən, həmçinin donmuş yanacaqları
yumşaldan mexanizmlər işləyərkən və
vaqonları təmizləyərkən (qazıb yumşaltma,
titrəyişlə yumşaltma və s.) heyətin qreyferi
yönəltmək və ya mexanizmlərin işinə
nəzarət üçün vaqonlara girməsi qadağan olunur.
4.2.1.13. Dəmir yolu vaqonlarının
verilməsi və ya çıxarılması zamanı adamların
qızdırılan yerlərdə olması qadağandır.
4.2.1.14. Qızdırılan yerin
kamerasına giriş yalnız onlarda havanın temperaturu 40
ºC-dən yuxarı olmadıqda və
havalandırıcının dayandırılmış
halında icazə verilir.
4.2.1.15. Qızdırılan yerin
kamerasının darvazaları vaqonların onda
qoyulmasının düzgünlüyü yoxlanıldıqdan və
adamların olmadığı yoxlanıldıqdan sonra
qıfılla bağlanmalıdır.
4.2.1.16. İsti ehtiyat rejimində olan
qızdırılan yerə baxış keçirmək üçün 2
nəfər təyin olunmalıdır.
4.2.1.17. Reaktiv mühərrikli
qızdırılan yerləri istismar edərkən
turbinlərin çəpərləri qalınlığı ən
azı
Mühərriklər işləyən zaman
onların quraşdırıldığı otaqlarda və ya
əgər onlar otaqdan kənarda qurulubsa onların
yaxınlığında olmaq qadağan olunur.
4.2.1.18. Kömürü əl ilə
doğrayarkən vaqontullayıcılı
qəbul-boşaldıcı quruluşlu bunkerlərin
yuvalarının ölçüləri 240 x
Kömürün, şistin, torfun donmuş və
böyük tikələrini əl ilə parçalamağı
şəffaf şüşəli ЗP növlü bağlı tipli
mühafizə eynəklərində etmək lazımdır. Kömürü
təbəqə buyunca parçalamaq (bölmək) lazımdır.
Qəbul - boşaldıcı
quruluşların bunkerlərinin qəfəsələri saz
vəziyyətdə olmalıdır.
4.2.1.19. Vaqonları
vaqonçeviricilərdə boşaldarkən tozyatırdıcı
və tozçıxarıcı sistemlər qoşulmalıdır.
4.2.1.20. Vaqonçeviricilərin vaqonsuz
çevrilməsi zamanı vibratorları qoşmaq qadağandır.
4.2.1.21. Vaqonu vaqonçeviricilərdə
çevirməyə onun platformada qoyulmasının düzgünlüyünü
və adamların rotorda, qəfəsələrdə,
bunkerlərdə, vaqonçeviricilərin platformasında
olmadığını yoxladıqdan sonra yol verilir. Nasaz
vaqonları vaqonçeviricilərdə qoymaq və çevirmək
qadağandır.
4.2.1.22. Boşaldılmış
vaqonların nəqliyyatla çıxarılmasından öncə
heyət təhlükəsiz məsafəyə çıxarılmalı
və hərəkətə mane olan əşyalar
yığışdırılmalıdır.
Lokomotiv vaqonlara yaxınlaşdıqda
və onlar yola düşərkən xəbərdaredici siqnal
verilməlidir.
4.2.1.23. Vaqonları vaqonçeviricilər
vasitəsilə boşaltdıqdan sonra, onlara texniki xidməti
bu məqsədlər üçün təchiz olunmuş yolasalma
yollarında icra etmək lazımdır.
4.2.1.24. Vaqonlara vaqonçeviricilərin
arxasında boş vaqonların toplanma yollarında texniki
xidmət göstərilərkən iş zonasını daim
təmiz saxlamalı və yanacaqlardan, zibillərdən,
dağılmış yağlardan və s.
təmizləmək lazımdır.
4.2.1.25. Vaqonlardan yanacaq nümunəsinin
əl ilə götürülməsi yalnız lokomotivi açıb və
ən azı
Bərk
yanacaq anbarlarına xidmət
4.2.1.26. Kömür anbarlarının qəbul
bunkerlərini örtən qəfəsələrin
xanalarının ölçüləri onlarda kömürü buldozerlə
xırdaladıqda 400 x 400 mm-dən böyük olmamalıdır,
əl ilə xırdaladıqda isə -240 x 240 mm-dən böyük
olmamalıdır.
4.2.1.27. Yanacağın qalaqları
elə yerləşməlidir ki, onların özülü
kənardakı dəmir yolları relslərin
başlarından 2,5 m-dən yaxın və avtomobil
yollarından 1,5 m-dən yaxın olmasın.
Qalaqlarla dəmir yolları relsləri
arasında yükləmə və qalaqlama işlərindən
ötrü maşınların qurulması zərurəti
yarandıqda onlar arasında məsafə elə hesabla
artırılmalıdır ki, bütün vəziyyətlərdə
və yuxarı arabacığın istiqamətini
dəyişəndə dəmir yolları relslərin
başlarından 2 m-dən çox yaxın məsafədə
yaxınlaşmasın (bax AZS 587-2011, 3.1. A “Dəmir
yolları”).
4.2.1.28. Skreper trosları ilə
işlər zamanı skreper çalovunun iş zonasının
görünməsi təmin olunmalıdır.
Skreper çalovunun hərəkət
məhdudlaşdırıcıları, onun vəziyyət
göstəriciləri hər növbə zamanı
yoxlanılmalıdır.
Skreper qurğularının bloklarına
dövrü baxış üçün onlara müstəqil və rahat
əlçatanlıq təmin olunmalıdır.
4.2.1.29. Yükqaldıran maşınlar
fəaliyyətdə olan elektrik verilişi xətlərinin
naqillərinin altından və ya onların
yaxınlığından hərəkət edərkən bu
Qaydanın 3.1.7-ci yarımbəndinin tələblərinə
riayət etmək lazımdır.
4.2.1.30. Qalaqlama və xüsusilə də
yanacağın qalaqdan boşaldılması yanacağın
dağılmasından və ya sürüşmə hallarından
qaçmaq üçün dik yamaclar yaratmadan icra olunmalıdır.
Qısamüddətli dik yamac yarandıqda
onlara həm qalağın yuxarısından, həm də
aşağısından yaxınlaşmaq qadağan olunur. Dik
yamacları buldozer və ya qreyfer kranı ilə
dağıtmaq lazımdır.
Qalağın dik yamacının
yanında xəbərdaredici təhlükəsizlik
işarələri quraşdırılmalıdır.
4.2.1.31. Qalağın yamacı və
yuxarı hissəsində gəzmək yalnız müvafiq qurumların
qəbul etdiyi normativ sənədlərin
tələblərinə müvafiq cığırlar üzrə
icazə verilir.
Qalağın yanma ocağı
şübhəli yerlərində və yeni tökülmüş
bucağı üzrə gəzmək qadağandır.
4.2.1.32. Basılıb hamarlanmış
yanacaq qalağında yerləşdirilən skreperlər,
buldozerlər, hərəkətli kranlar qalağın
kənarına 1 m-dən, basılıb hamarlanmamış
qalıqdan isə 1,5 m-dən az
yaxınlaşmamalıdırlar.
Qalaqda şaquli hündürlüyü 3 m-dən hündür
olan divar yarandıqda onun mexanizmlərin
tırtıllarından məsafəsi 4 m-dən az
olmamalıdır.
4.2.1.33. Qalaqlar yaratdıqda və ya
yeraltı anbar qəbul bunkerlərinə kömür verildikdə
maşınların sürüşməsindən və
çevrilməsindən qaçmaq üçün atılmanı tökülmə kənarı
arxasına daşımaq qadağandır.
4.2.1.34. Buldozerlərin və
skreperlərin qalaqlarının bu maşınlar üçün zavod
texniki sənədlərində göstərilmiş qalxma
bucaqlarından yuxarı maillərdə hərəkəti
qadağandır.
4.2.1.35. Yanacaq qalaqlarının biri
digərinin arxasınca gedən iki və daha artıq
özüyeriyən və ya yedəkli maşınlarla (skreperlər,
buldozerlər, hamarlayıcı və s.) boşaldarkən,
daşıyarkən, düzlənmə işləri
aparılarkən onlar arasındakı məsafə 5 m-dən
az olmamalıdır.
4.2.1.36. Buldozerləri yüklənmiş
və dərinləşdirilmiş atılmalarda
döndərmək qadağandır.
4.2.1.37. Traktorda (buldozerdə)
işləyərkən qadağan olunur:
a) maşın hərəkətdə
olarkən ondan çıxmaq;
b) yeraltı qəbul bunkerləri
yerləşən yerdə yanacağın təzə
tökülmüş yerlərinə çıxmaq;
c) maşını mühərriki
işlək halda, döşdə saxlamağa;
ç) maşının qalaqda yanacaqla
doldurulmasına və təmirinə;
d) qalağın üzərində oddan istifadə
etməyə;
e) buldozerin qaldırılmış
vəziyyətdə atmasına baxış keçirməyə;
ə) işləyən konveyerin axma
hərəkəti altında işləməyə.
4.2.1.38. Anbardan yeraltı qəbul bunkeri
vasitəsilə yanacağın verilmə prosesində
buldozerlər və özüyeriyən skreperlər bəsləyicilərin
təzə tökülmüş yanacaqda işlədiyi zaman onun lay
qatının hündürlüyü 2 m-dən çox olduqda qəfəsə
zonasında olmamalıdırlar, çünki, yanacağın ani
aşması mümkündür.
4.2.1.39. Yanacağın anbardan buldozer
vasitəsilə qəbul bunkerinə verilməsi zamanı qadağan
olunur:
a) bunkerləri doldurulmuş nəm
kömürlə saxlamaq; işlər başa çatdıqda bunkerlər
boşaldılmalı və lövhələrlə örtülməli
və ya quru kömürlə doldurulmalıdır;
b) bunkerlərin ətrafında kömür
verilən zaman yaranan şaquli divarları saxlamaq.
4.2.1.40. Yeraltı qəbul anbar
bunkerlərinə kömür tökərkən onların
yerləşmə yeri aydın görünən
göstəricilərlə (bayraqcıqlı reyka ilə və s.)
işarələnməlidir.
4.2.1.41. Anbardan qəbul bunkerləri
vasitəsilə kömürün verilməsinə başlamazdan öncə
yığıntı yaranmanın olmamasını yoxlamaq
lazımdır. Yığıntı yaranmanın
aşkarlanması halında onun aradan qaldırılması
üçün tədbirlər görülməlidir.
4.2.1.42. Yanacaq buldozer vasitəsilə
anbardan verildiyi zaman dərinliyi 1,5 m-dən çox olan
xəndəklərin yaranmasına icazə verilir.
Yanacaq anbarlarında
işləyərkən maşınların hərəkət
etdiyi, işlərin getdiyi yerlərin sərhədləri
və ona yaxın sahələrin yollarının
yetərincə görünməsi təmin olunmalıdır.
4.2.1.43. Buldozerlər və skreperlər
hərəkətdə olduğu zaman boşaldıcılar
və çalovlar qaldırılmış vəziyyətdə
olmalıdırlar.
4.2.1.44. Buxar qatarlarının
(parovozların) odluğunun yanacaq anbarlarında
yandırılması və şlaklardan təmizlənməsi
qadağandır.
4.2.1.45. Mexanizmləri mühərrikləri
işləyən halda nəzarətsiz saxlamaq qadağan olunur.
Qısa müddətə getmək zərurəti yaranarsa,
mexanizmin mühərrikini açmaq lazımdır.
4.2.1.46. Mexanizmlərə və
yükləmə qurğularına (kranlara) baxış
keçirmək və təmir üçün işdə fasilələr
zamanı baş troyler naqilləri açılmalıdır,
yükləyicinin (kranın) kəsiciləri, işəsalma
aparatlarının dəstəkləri və nazim çarxları
sıfır vəziyyətinə gətirilməlidir.
Gərginliyi çıxarmadan, həmçinin
tufan vaxtı yükləyicinin, rotorlu-yükləyici
maşının, kranın kabinasından çıxmaq qadağan
olunur.
4.2.1.47. Kabel – kranların
maşinistləri qreyfer hərəkətdə olan
qatarların üstündən keçərkən qreyferi ən yüksək
vəziyyətə qaldırmalıdır.
Yanacaqvermə
xidməti
4.2.1.48. Yanacaqvermə xidməti
zamanı müvafiq qurumların qəbul etdiyi normativ
sənədlərin şərtləri yerinə
yetirilməlidir.
4.2.1.49. Lent konveyerləri zalları
və estakadalarında, əsas yolun və anbardan
yanacağın verilmə yolunun tökmə düyünləri
xırdalayıcı korpusda və boşaldıcı avadanlıqların
yeraltı hissəsində ilin soyuq dövründə havanın
temperaturu 10 ºC-dən aşağı olmamalıdır,
boşaldıcı avadanlıqların yerüstü hissəsində
isə (vaqonaşıran və digər vaqonların
fasiləsiz hərəkəti avadanlıqları xaric) -5
ºC-dən aşağı olmamalıdır.
4.2.1.50. Yaş kömür, şist və torf
qazanlarının bunkerlərinin keçid tutumlarını
bağlayan qəfəslər bu Qaydanın 4.2.1.5-ci
yarımbəndində göstərilən xana ölçülərinə
malik olmalıdır.
Əgər qəfəsələ tutulan
keçidlər həm də hərəkət
cığırları rolunu oynayırsa, xanaların
ölçüləri 100 x
Kəsən atıcıların
quraşdırılması zamanı axınların
tutumları və qəfəsələri bağlanmır.
4.2.1.51. Konveyerlərə xidmət
göstərmək üçün paralel quraşdırılan konveyerlərin
arasında və uzunluqları boyu keçidlər həmçinin müvafiq
qurumların qəbul etdiyi normativ sənədlərinin
tələblərinə uyğun olaraq onlar üzərindən
keçid körpüləri nəzərdə tutulmalıdır.
4.2.1.52. Konveyerlərə xidmət
göstərən heyətin çıxışı olduğu
hərəkət edən hissələr müvafiq qurumların
qəbul etdiyi normativ sənədlərinə uyğun olaraq
çəpərlənməlidir.
4.2.1.53. Yanacaqvermə mexanizmləri
onlardan birinin dayanması ondan öncəki bütün mexanizmlərin
dayanmasına gətirib çıxaracaq şəkildə
bloklanmalıdır (xırdalayıcılardan başqa).
Lent konveyerləri bukslanma və tökmə
sızmalarının daşmasından mühafizə, lentlərin
sürüşməsi və lent boyu istənilən nöqtədən
qəza dayandırılmasını həyata keçirə
bilən avadanlıqlarla təchiz olunmalıdır.
4.2.1.54. İşləmə və
özbaşına işləmə şkivləri olan bütün
mexanizmlərdə kəmərləri işləmə
rejimindən özbaşına işləmə rejiminə
keçirmək üçün bağlayıcı alətləri olan və
özbaşına işləmə rejimindən işləmə
rejiminə sərbəst keçidi aradan qaldıran avadanlıqlar
quraşdırılmalıdır.
4.2.1.55. Lent konveyerləri və
onların atıcı arabacıqları lentlərin,
gətirici, dartıcı və itələyici barabanların
işləmə və özbaşına işləmə
budaqlarının təmizləyiciləri ilə təchiz
olunmalıdır.
Təmizlənən yanacağın
məhv edilməsi prosesi mexanikləşdirilməlidir.
Özbaşına hərəkət edən
atıcı arabacıqlarda əyləcin çarxı və
idarəetmə düymələri bir tərəfə
çıxarılmalıdır.
4.2.1.56. Qaldırıcılar və vaqon
və ya vaqonetlərə yanacaqvermə avadanlıqlarının
işləməsi, tutucularsız maili estakadalarda qadağan
edilir.
Vaqonetlər ikiqat ilişdirməyə
malik olmalıdır.
4.2.1.57. Vaqonüstü otaqlarda toz vermək üçün
şnek qutusu kip bağlanan qapaqlarla örtülməlidir.
4.2.1.58. Yanacaqvermə mexanizmləri
diqqətli şəkildə bərkidilməlidir.
Aspirasiya və digər avadanlıqlar
yanacaqvermə otaqlarında sanitar normalara uyğun
şəkildə havanın təmizliyini təmin etməlidir.
Tozsuzlaşdırma sisteminin işə
salınması və dayandırılması konveyerin
işə salınması və dayandırılması
ilə eyni vaxtda həyata keçirilməlidir.
4.2.1.59. Yanacaqvermə mexanizmlərinin
hər işə salınmasından öncə radio
vasitəsilə konveyerlərin işə salınması elan
olunmalıdır və davamlı xəbərdaredici siqnallar
verilməlidir.
Siqnal yanacaqvermə yolunun heyət ola
bilən bütün yerlərində eşidilməlidir.
4.2.1.60. Ayda 1 dəfədən az
olmayaraq işləyən konveyerlərdə nümunə üsulu
ilə aşağıdakıları yoxlamaq lazımdır:
a) tros və düymə qəza
açarlarını;
b) bütün növ əyləcləri
(yüklənmə altında bütün konveyerlərin
dayandırılması yolu ilə);
c) sızmaların uçqunlardan mühafizə
avadanlıqlarını;
ç) lentin eniş rele sensorunu.
Göstərilən mühafizə
avadanlıqları konveyerlərin təmirdən qəbulu
zamanı yoxlanılmalıdır.
4.2.1.61. Sızmada ilişib qalan yanacağı
meydanaçalardan qarışdırma dəliyindən sızma
üzərində yerləşən lent konveyerlərinin
dayanmasından sonra itələmək lazımdır.
Bu zaman qarışdırma dəliyinin
qarşısında dayanmaq olmaz.
4.2.1.62. Asma elektromaqnit
separatorlarını, dayandırılmış konveyer və
gərginlikdən çıxarılmış separatorları
əl ilə, əlcəkdə təmizləmək
lazımdır.
4.2.1.63. Konveyerlər yerləşən
estakadaların, bunker zallarının üzərində,
boşaldıcı qurğuların və otaqların
içində yerimək, orada yerləşən avadanlığa
xidmət edən və ya yanacağın boşaldılması
ilə məşğul olan heyətə icazə verilir
(yalnız yerimə yolları ilə).
4.2.1.64. İşləyən
konveyerlər üzərindən aşmaq, onların
üzərindən müxtəlif əşyalar ötürmək, həmçinin
onların altından keçid üçün nəzərdə tutulmayan yerlərdə
keçmək qadağandır.
4.2.1.65. Hərəkətdə olan
konveyerin lentindən yanacaq nümunələrinin əl ilə
götürülməsi qadağan olunur.
4.2.1.66. Yanacaqvermə otaqlarının
təmizlənməsi mexanikləşdirilməlidir və
təsdiqlənmiş cədvəl üzrə tozsoran və ya su
ilə yuyularaq aparılmalıdır.
Üzərinə toz otura biləcək
avadanlıqlar və yerlərə sərbəst giriş
təmin olunmalıdır.
Yanacaqvermə yolunun otaqlarını
konveyerlərin, asma və ötürücü stansiyaların altında
təmizlik işlərini əl ilə (maşınsız)
konveyerlər sönülü olarkən aparmaq lazımdır:
idarəetmə açarlarında “İŞƏ SALMAQ OLMAZ -
İNSANLAR İŞLƏYİR” plakatları və
təhlükəsizlik nişanları asılmalıdır.
Hidrotəmizləmə konveyer
dayandırılmadan aparılır.
Təmizləmə aparılan otaqda olan
heyət hidrotəmizləmənin başlaması haqqında
xəbərdar edilməlidir.
4.2.1.67. Konveyerin hərəkət
edən lentini əl ilə təmizləmək
qadağandır.
4.2.1.68. Təmirdən,
təmizləmədən, yağlamadan və lentin
sürüşməsinin aradan qaldırılmasından öncə
konveyerin lenti dayandırılmalıdır, onun elektrik sexi
sökülməlidir (ayırıcılar açılmalı, qoruyucular
çıxarılmalıdır), idarəetmə açarlarında
“İŞƏ SALMAQ OLMAZ-İNSANLAR İŞLƏYİR”
plakatları və təhlükəsizlik nişanları
asılmalıdır.
4.2.1.69. Estakada üzrə hərəkət
edən vaqon və vaqonetlərdə, kanat yolu vaqonetləri,
həmçinin estakada relslərində yerləşmək
qadağan olunur.
4.2.1.70. Vaqonun qaldırıcı
qəfəsinin quraşdırılması zamanı
əldə olan vasitələrlə möhkəm bərkitmək
lazımdır. Döşəmənin və qəfəsin
relslərinin təmizliyinə nəzarət etmək
lazımdır.
4.2.1.71. Qaldırıcı şaxtalarda
və qaldırıcı çuxurlarda işləyərkən
qaldırıcı dayandırılmalıdır, onun elektrik
sxemi sökülməlidir, işə salma qurğularında isə
“İŞƏ SALMAQ OLMAZ- İNSANLAR İŞLƏYİR”
plakatları və təhlükəsizlik nişanları
asılmalıdır.
Qəfəsin üzərində iş
zamanı o sıxılıb yerləşdirilməlidir.
Elektrik mühərrikinin işə salınmasını
qadağan edən nişanın çıxarılması yalnız
insanların şaxtadan çıxarılması, bütün alət
və inventarların yığışdırılması,
qəfəsin açılması və çəpərlərin
yerinə quraşdırılmasından sonra baş verə
bilər.
4.2.1.72. Elektrik vulkanizasiya aparatlarında
iş dielektrik əlçəklər və rezin
çəkmələrdə aparatların korpuslarının
etibarlı torpaqlanması ilə həyata keçirilməlidir.
Mazut
təsərrüfatına xidmət
4.2.1.73. Mazut təsərrüfatında
hər il tufanlı mövsümdən əvvəl, torpaqlanma
qurğusunun müqavimətini ölçməklə, atmosfer
elektrikliyinə qarşı xarici torpaqlanma dövrəsinin bütövlüyünü
yoxlamaq lazımdır.
4.2.1.74. Yerüstü mazut rezervuarlarının
torpaq bəndləri saz vəziyyətdə
saxlanılmalıdır.
4.2.1.75. Yerüstü mazut rezervuarlarının
ona çıxmaq üçün məhəccərli pilləkənləri
və rezervuarların bütün kənarları boyu çəpəri
olmalıdır.
Mazut rezervuarlarının üstündə
nümunə götürülən yerə, sorma qurğusuna, lüklərə
yanaşmaq və onlara xidmət etmək üçün
məhəccərli meydançalar qurulmalıdır.
4.2.1.76. Sorma havalandırma borusunun
yuxarı hissəsi alovun qarşısını kəsən
vasitə ilə təmin edilməlidir.
4.2.1.77. Qəbul, sərfiyyat və
ehtiyat rezervuarlarının lükləri ara qatı olan qapaqlarla
bağlanmalı və boltla sıxılmalıdır, mazut
nasosxanasındakı qanovlar isə təbəqə metalla
örtülməlidir.
4.2.1.78. Axıtma novları metal qapaqlarla
örtülməlidir.
Axma yerlərində qapaqların
əvəzinə oyuqlarının ölçüləri 200x200 mm-dən
böyük olmayan barmaqlıqların qurulmasına icazə verilir.
4.2.1.79. Mazut təsərrüfatının
binalarında və ərazisində (mazut rezervuarlarında,
qəbul-axıtma qurğularında, keçid qanovlarında,
nasosxanalarda və s.) bütün alovlu işlər naryadla, bu
Qaydanın 4.1.6. bölməsinin tələblərinə uyğun
aparılmalıdır.
4.2.1.80. Rezervuar parkına traktorların
və maşınların girməsinə, yalnız
tüstüçıxan borularına qığılcım söndürən
qurğu qurulduqdan sonra icazə verilir.
4.2.1.81. Mazut boşaldılan
sahədə qığılcım verən metaldan
hazırlanan başmaqla sisterni dayandırmağa icazə
verilmir.
Sisternin yerini dəyişmək üçün
linglərin, boruların və digər metal
əşyaların tətbiqinə yol verilmir.
Estakadada qurulmuş sisternlərdən
ibarət qatar lokomotivi açanadək
möhkəmləndirilməlidir. Sisternə xidmət
edənədək, lokomotiv onlardan 5 metrdən az olmayan
məsafəyə uzaqlaşdırılmalıdır.
4.2.1.82. Nasaz nərdivanlı,
meydançalı və ya onlarsız sisternlərə, meydançası
və məhəccərləri olan əllə daşına
bilən nərdivanlardan və ya məhəccərli traplardan
istifadə etməklə xidmət etmək lazımdır.
Lazım gəldikdə isə yaylı qarmaq vasitəsilə
estakadanın hərəkətsiz hissəsinə
bərkidilən qoruyucu kəmərlərdən istifadə
olunmalıdır.
Belə sisternlərə azı iki
nəfər xidmət etməlidir.
Nasaz sisternlərə xidmət üçün
buraxılma şərtləri yerli təlimatlarla
müəyyənləşdirilməlidir.
4.2.1.83. Sisternlərə keçmək üçün
traplar, özbaşına açılmaması üçün bağlayıcı
qurğularla təchiz olunmalıdır.
4.2.1.84. Rezervuarların və
sisternlərin lüklərinin qapaqlarını ehtiyatla açmaq və
bağlamaq, həmçinin qızdırıcı metal boruları,
buxar vermək üçün səthi metal spirallı müxtəlif
şlanqları sisternin içərisinə ehtiyatla, onların
düşməsinə və lükün ağzına
dəyməsinə yol vermədən salmaq lazımdır.
4.2.1.85. Axıtma estakadasında
sisternlərə bir-birini görmə zonasında olan ən
azı iki axıdıcı xidmət etməlidir.
4.2.1.86. Sisternlərdə mazutu
axıtmaqla məşğul olan fəhlələr
başlıq dəbilqələri ilə təmin
olunmalıdır.
4.2.1.87. Sisternlərdə olan mazutu
qızdırmağa hazırlaşarkən
aşağıdakılar yoxlanılmalıdır:
a) açılan trapın sisternlərin
boğazına etibarlı birləşdirilməsi;
b) buxar magistralının ştanq
(şlanq ilə) ilə bağlanmasının möhkəmliyi;
c) sisternlərə salınmış
ştanqın (şlanqın) etibarlı bərkidilməsi.
4.2.1.88. Mazut axıdıldıqdan və
sistern təmizləndikdən sonra lüklərin boğaz
qapaqlarını və boşaltma klapanlarını, yalnız
sisternin xarici səthi 40ºC-dək soyuduqdan sonra tam bağlamaq
olar.
4.2.1.89. Sistern və rezervuarlardan mazutun
və digər yanacaq sürtkü materiallarının nümunəsini
standartlara müvafiq qurumların qəbul etdiyi normativ
sənədlərinin tələblərinə uyğun
hazırlanmış xüsusi nümunəgötürənlərdən
istifadə etməklə götürmək lazımdır.
4.2.1.90. Nümunə götürərkən, mazutun
səviyyəsini ölçərkən, sisternlərin və
rezervuarların lüklərini açarkən, həmçinin rezervuarlardan
çirkab suyu və çirkablar buraxılarkən, buxar və qazlarla
nəfəs almamaq və mazutun paltara düşməməsi üçün
üzü küləyə dayanmaq lazımdır.
Mazutun nümunəsini açıq və
şüşə qablarda aparmaq qadağandır.
Sisternin, rezervuarın lükunun
boğazına tərəf çox aşağı əyilmək
qadağandır.
Əgər rezervuarların lükunun
giriş hissəsi, ölçü ruletkası hərəkət
edərkən qığılcım yaratmayan materialdan (qurğuşundan,
alüminiumdan və s.) hazırlanmış halqa ilə
mühafizə olunmayıbsa, səviyyəni polad ruletka ilə
(lentlə) ölçmək qadağandır.