“Elektrik qurğularının
quraşdırılması Qaydası”nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Elektrik və istilik enerjisi, habelə qaz
təchizatı sahəsində nəzarətin həyata
keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2018-ci
il 16 iyul tarixli 204 nömrəli Fərmanının
2.3.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Elektrik qurğularının
quraşdırılması Qaydası” təsdiq edilsin (əlavə
olunur).
2. Bu Qərar dərc edildiyi gündən 6
(altı) ay sonra qüvvəyə minir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş
naziri
Bakı
şəhəri, 11 fevral 2020-ci il
№ 40
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı
ilə təsdiq
edilmişdir. |
Elektrik
qurğularının quraşdırılması
QAYDASI
Bu Qayda Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının
2.3.2-ci
yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan
Respublikasında elektrik qurğularının
quraşdırılması üzrə münasibətləri tənzimləyir.
1. Elektrik qurğularına aid tələblər
1.1. Ümumi müddəalar
1.1.1. Bu Qayda elektrik
qurğularının işinin etibarlılığını
və təhlükəsizliyini təmin etmək üçün elektrik
qurğularının quraşdırılması
qaydalarını və normalarını müəyyənləşdirir,
yeni istismara verilən və yenidənqurmadan sonra istismara verilən
500 kV-dək gərginlikli sabit və dəyişən cərəyanlı
elektrik qurğularına şamil olunur.
1.1.2. Xüsusi elektrik qurğularının
quraşdırılmasına dair tələblər bu
Qaydanın 7-ci hissəsində verilmişdir.
1.1.3. Bu Qaydanın yenidənqurma işləri
aparılan elektrik qurğularına aid tələbləri,
elektrik qurğularının yalnız yenidənqurulan hissələrinə
şamil olunur.
1.1.4. Bu Qaydanın 7-ci hissəsində
göstərilməyən xüsusi elektrik qurğularının
quraşdırılması digər texniki normativ sənədlərlə
nizamlanmalıdır.
1.1.5. Bu Qaydada “-dan”, “-dən” və “-dək”
şəkilçiləri “daxil olmaqla” ifadəsini ehtiva edir.
1.1.6. Bu Qaydanın yenidənqurmaya məruz qalan elektrik
qurğularına aid tələbləri, elektrik
qurğularının yalnız yenidənqurmaya məruz qalan
hissələrinə şamil olunur.
1.1.7. Bu Qayda quraşdırılması müvafiq dövlət
standartları ilə tənzimlənən və
siyahısı səlahiyyətli nəzarət qurumu tərəfindən
müəyyən edilən xüsusi elektrik qurğularının
quraşdırılmasına şamil olunmur.
1.1.8. Bu Qaydanın analogiya üzrə tətbiqi məsələsi
səlahiyyətli nəzarət qurumu tərəfindən həll
edilir.
1.1.9. Bu Qaydanın tətbiqi barədə şikayətlərə
səlahiyyətli nəzarət qurumu tərəfindən
baxılır. Səlahiyyətli nəzarət qurumunun qərarından
müvafiq İnzibati-iqtisadi məhkəməyə şikayət
verilə bilər.
1.2.
Elektrik qurğularının quruluşu üzrə ümumi tələblər
1.2.1.
Elektrik qurğularında tətbiq edilən elektrik
avadanlıqları, elektrotexniki məmulatlar və materiallar Azərbaycan
Respublikasının standartlaşma haqqında qanunvericiliyinə
uyğun olaraq qəbul edilmiş standartlar, habelə qanunvericiliyə
əsaslanaraq təsdiq edilmiş texniki şərtlərin tələblərinə
uyğun olmalıdırlar.
1.2.2.
Tətbiq edilən maşınların, aparatların,
cihazların və digər elektrik avadanlıqların, həmçinin
kabellərin və naqillərin konstruksiyası, icrası,
quraşdırılma üsulu, izolyasiyasının sinifi və
xarakteristikaları şəbəkə və ya elektrik
qurğusunun parametrlərinə, iş rejimlərinə, ətraf
mühit şəraitinə və bu Qaydanın tələblərinə
uyğun olmalıdırlar.
1.2.3.
Elektrik qurğuları və onlarla əlaqəli konstruksiyalar ətraf
mühitin təsirinə qarşı davamlı olmalı və ya
bu təsirdən mühafizə olunmalıdırlar.
1.2.4.
Elektrik qurğuları küy, titrəyiş, elektrik və maqnit
sahələrinin gərginliyi, elektromaqnit uyğunluğuna görə
ətraf mühitin qorunması üzrə qüvvədə olan normativ sənədlərin
və standartların tələblərinə cavab verməlidir.
1.2.5.
Elektrik qurğularının tikinti və sanitar-texniki hissələri
(binanın və onun elementlərinin konstruksiyası, isitmə,
havalandırma, su təchizatı və s.) mövcud tikinti
normaları və qaydalarına (TN və Q) müvafiq olaraq, bu
Qaydada verilən əlavə tələblərə mütləq
şəkildə əməl olunmaqla yerinə yetirilməlidir.
1.2.6.
Elektrik qurğularının təsirindən mühafizə üçün, sənaye
radiomaneələrinin buraxılabilən normalarının və
rabitə, dəmir yol siqnalizasiyası və telemexanika
cihazlarının, elektrik ötürülməsi xətlərinin təhlükəli
və əngəl yaradan təsirindən mühafizə
qaydalarının tələblərinə müvafiq olaraq tədbirlər
nəzərdə tutulmalıdır.
1.2.7.
Elektrik qurğularında kimyəvi maddələrin,
yağların, zibilin, texniki suların və s.
tullantılarının toplanması və kənarlaşdırılması
nəzərdə tutulmalıdır. Ətraf mühitin mühafizəsi
tələblərinə uyğun olaraq, göstərilən
tullantıların ətraf mühitə (su hövzələrinə,
leysan sularının axıdılma sisteminə, yarğanlara və
s.) atılması, həmçinin, belə tullantıların
saxlanması üçün nəzərdə tutulmayan ərazilərə
atılma mümkünlüyü istisna olunmalıdır.
1.2.8.
Elektrik qurğularının sxemlərinin, tərtibatlarının
və konstruksiyalarının layihələndirilməsi və
seçilməsi, təhlükəsiz xidmətin təmin edilməsi tələbləri,
etibarlı sxemlərin tətbiq edilməsi, yeni texnikanın,
enerji və maddi ehtiyatlara qənaət texnologiyalarının
tətbiqi, istismar təcrübəsi nəzərə
alınmaqla, variantların texniki-iqtisadi müqayisəsi əsasında
yerinə yetirilməlidir.
1.2.9.
Elektrik korroziyası və ya torpaq korroziyası təhlükəsi
yarandıqda tikililərin, avadanlıqların, boru kəmərlərinin
və digər yeraltı kommunikasiyaların mühafizəsi üzrə
tədbirlər nəzərdə tutulmalıdır.
1.2.10.
Elektrik qurğularında müxtəlif elementlərə aid hissələrin
asan tanınması mümkünlüyü təmin edilməlidir (sxemlərin
sadəliyi və aydınlığı, avadanlığın
düzgün yerləşdirilməsi, yazılar, nişanlama, rəngləmə).
1.2.11.
Ayrı-ayrı izolə olunmuş və ya izolə
olunmamış naqillərin rəngli və ya rəqəmli
işarələnməsi üçün, “Naqillərin rənglər və
ya rəqəmlər üzrə identifikasiyası” normativ sənədinə
uyğun olaraq, rənglər və rəqəmlərdən
istifadə olunmalıdır.
1.2.12.
Bütün elektrik qurğularında qoruyucu torpaqlama naqilləri, həmçinin
birbaşa torpaqlanmış neytral ilə 1 kV-dək gərginlikli
elektrik qurğularında sıfır qoruyucu naqilləri, o cümlədən,
şinlər PE hərfli
işarəyə malik olmalıdırlar və eyni endə olan
(şinlər üçün 15-dən 100 mm-dək) sarı və
yaşıl rəngli uzununa və ya eninə ardıcıl
olaraq bir-birini əvəzləyən zolaqlara malik
olmalıdırlar.
1.2.13.
Sıfır işçi (neytral) naqillər N hərfi və mavi rəng ilə işarələnirlər.
Birləşdirilmiş sıfır qoruyucu və sıfır
işçi naqilləri PEN hərf
işarələnməsinə və bütün uzunluğu boyu mavi rəng
və sonlardada sarı-yaşıl zolaqlı rəng işarələnməsinə
malik olmalıdırlar.
1.2.14.
Eyni adlı şinlərin hərf-rəqəm və rəng
işarələri, hər bir elektrik qurğusunda eyni
olmalıdır.
1.2.15.
Şinlər aşağıdakı kimi işarələnməlidirlər:
a)
üçfazalı dəyişən cərəyanda: A fazasının
şini – sarı, B fazasının şini – yaşıl, C
fazasının şini – qırmızı rənglərlə;
b)
birfazalı dəyişən cərəyanda qida mənbəyinin
dolağının sonuna birləşdirilmiş B şini
qırmızı rənglə, qida mənbəyinin
dolağının başlanğıcına birləşdirilmiş
A şini – sarı rənglə.
1.2.16. Birfazalı cərəyan şinləri, əgər
onlar üçfazalı sistem şinlərdən
budaqlanmalıdırlarsa, müvafiq üçfazalı cərəyanın
şinləri kimi işarələnirlər.
Sabit cərəyan olduqda: müsbət (+) şin –
qırmızı rənglə, mənfi (-) şin – göy rənglə
və sıfır işçi M şin – mavi rənglə işarələnirlər.
Rəngli işarələmə daha intensiv soyutma və
ya antikorroziya mühafizəsi üçün də nəzərdə
tutulduğu halda, şinin bütün uzunluğu boyu yerinə yetirilməlidir.
1.2.17. Şinlərdə, şinin bütün uzunluğu boyu
rəngli işarələmə yerinə yetirməməklə,
birləşmə yerlərində yalnız rəngli və ya
hərfli-rəqəmli işarələmə, ya da birgə rəngli
və hərfli-rəqəmli işarələmə etməyə
icazə verilir. Əgər izolə olunmamış şinlər,
gərginlik altında olduğu dövrdə, baxış üçün əlçatmazdırlarsa,
onları işarələməməyə icazə verilir. Bu
halda elektrik qurğusuna xidmət zamanı aydınlıq və
təhlükəsizlik dərəcələri azalmamalıdır.
1.2.18. Şinlərin paylayıcı qurğularda (bir tərəfli
xidmətli komplekt yığma yuvalardan (KYY) və 6-10 kV-luq
komplekt paylayıcı qurğulardan (KPQ), həmçinin zavod
istehsalı olan 0,4-0,69 kV-luq panellərdən başqa) “düz” və
ya “kənarı üzərində” yerləşdirilmə
zamanı aşağıdakı şərtlərə riayət
etmək lazımdır:
1.2.19. Gərginliyi 6-220 kV olan paylayıcı
qurğularda, üçfazalı dəyişən cərayanda
yığma və dolayı şinləri, həmçinin bütün növ
bölmə şinləri aşağıdakı tələblər
üzrə yerləşməlidirlər:
Üfüqi yerləşmədə:
a) biri o birinin altında: yuxarıdan aşağıya
A-B-C;
b) biri-birinin ardınca, maili və ya üçbucaq şəklində:
ən uzaqda olan şin – A, ortada olan – B, xidmət dəhlizinə
ən yaxın olan – C;
Şaquli yerləşmədə (bir müstəvidə və
ya üçbucaq şəklində):
a) soldan sağa A-B-C və ya ən uzaqdakı şin –
A, ortada olan – B, xidmət dəhlizinə ən yaxın olan –
C;
b) yığma şinlərdən budaqlanmalar, əgər
şinlərə xidmət dəhlizindən baxılırsa
(üç dəhliz olduqda – mərkəzdən):
Üfüqi yerləşmədə:
a) soldan sağa A-B-C;
b) şaquli yerləşmədə (bir müstəvidə
və ya üçbucaqlı): yuxarıdan aşağıya A-B-C.
1.2.20. Gərginliyi 1 kV-dək olan elektrik
qurğularında beş və dörd naqilli üçfazalı dəyişən
cərəyan dövrələrində şinlər
aşağıdakı kimi yerləşməlidirlər:
Üfüqi yerləşmədə:
a) biri o birinin altında: yuxarıdan aşağıya
A-B-C-N-PE (PEN);
b) biri o birinin ardınca: ən uzaqda olan şin A, sonra B-C-N fazaları, xidmət dəhlizinə ən
yaxın olan – PE (PEN);
Şaquli yerləşmədə:
a) soldan sağa A-B-C-N-PE
(PEN) və ya ən uzaqda olan
şin A, sonra – B-C-N fazaları, xidmət dəhlizinə ən
yaxın olan – PE (PEN);
Yığma şinlərdən budaqlanmalar, əgər
şinlərə xidmət dəhlizindən baxılarsa:
a) üfüqi yerləşmədə: soldan sağa A-B-C-N-PE (PEN);
b) şaquli yerləşmədə: yuxarıdan aşağıya
A-B-C-N-PE (PEN).
1.2.21. Sabit cərəyanda şinlər
aşağıdakı kimi yerləşməlidirlər:
a) yığma şinlər şaquli yerləşdirildikdə:
yuxarıda – M, ortada (-), aşağıda (+);
b) yığma şinlər üfüqi yerləşdirildikdə:
ən uzaqda olan M, ortada (-) və ən yaxında olan (+), əgər
şinlərə xidmət dəhlizindən baxılarsa;
c) yığma şinlərdən budaqlanmalar: sol
şin M, ortada (-), sağda (+), əgər şinlərə
xidmət dəhlizindən baxdıqda.
Elektrik qurğusunun nəzərə çarpacaq dərəcədə
mürəkkəbləşməsi ilə əlaqəli olan
hallarda (məsələn, hava elektrik verilişi xətlərinin
naqillərinin transpozisiyası üçün yarımstansiyanın
yaxınlığında xüsusi dayaqların
quraşdırılması zərurəti əmələ gəldiyi)
və ya yarımstansiyada iki və ya daha çox pilləli
transformasiyadan istifadə olunduğu hallarda, 1.1.2.19 – 1.1.2.21-ci
yarımbəndlərdə göstərilən tələblərdən
kənara çıxmağa icazə verilir.
1.2.22. Elektrik təhlükəsizliyi şərtləri üzrə
elektrik qurğuları 1 kV-dək gərginlikli elektrik
qurğularına və 1 kV-dan yuxarı gərginlikli elektrik
qurğularına (gərginliyin təsiredici qiyməti üzrə)
bölünürlər.
1.2.23. Gərginliyi 1 kV-dək olan qurğular yerləşən
elektrik otaqlarında, toxunmaya mühafizə olmadan, izolə
olunmamış və izolə olunmuş cərəyan
daşıyan hissələrin istifadəsinə icazə
verilir, o şərtlə ki, yerli şərtlərdə belə
bir mühafizə hər hansı digər məqsəd üçün zəruri
deyildirsə (məsələn, mexaniki təsirlərdən
mühafizə üçün). Bu zaman toxunulması mümkün olan hissələr
elə yerləşdirilməlidir ki, normal xidmət zamanı
onlara toxunma təhlükəsi yaranmasın.
1.2.24. Yaşayış, ictimai və digər məntəqələrdə
cərəyan daşıyan hissələrin çəpərlənməsi
və bağlanması üçün xidmət edən qurğular bütöv
olmalıdırlar; ancaq ixtisaslı heyətin daxil olma hüququ
olan otaqlarda yerləşməlidirlər, bu qurğular bütöv,
tor şəklində və ya dəlikli ola bilərlər.
1.2.25. Çəpərləyici və bağlayıcı
qurğular elə hazırlanmalıdırlar ki, onları
yalnız açarlar və alətlərin köməyi ilə
çıxarmaq və açmaq mümkün olsun.
1.2.26.
Gərginlik 1 kV-dan artıq olduqda metal çəpərləyici və
bağlayıcı qurğuların qalınlığı
1mm-dən az olmamalıdır.
1.2.27. Xidmət heyətinin və kənar şəxslərin
təhlükəsizliyi 1.7-ci bənddə nəzərdə
tutulmuş mühafizə tədbirləri, həmçinin
aşağıdakı tədbirləri yerinə yetirməklə
təmin olunmalıdır:
a) cərəyandaşıyan hissələrə kimi
müvafiq məsafəyə riayət etməklə və ya cərəyandaşıyan
hissələrin çəpərləmək, bağlamaqla;
b) aparatlara və çəpərləyici qurğulara
bloklama tətbiq etməklə səhv əməliyyatlar və
cərəyandaşıyan hissələrə toxunmanı
aradan qaldırmaqla;
c) xəbərdaredici siqnallamadan, yazılardan və
plakatlardan istifadə etməklə;
ç) elektrik və maqnit sahələrinin induktivliyini
buraxılabilən qiymətlərə kimi azaltmaq üçün
qurğular tətbiq etməklə;
e) mühafizə vasitələri və alətlərindən,
o cümlədən, induktivliyi buraxılabilən normadan yuxarı
olan elektrik və maqnit sahələrinin təsirlərindən
mühafizə üçün vasitələrdən istifadə etməklə.
1.2.28. Xidmət heyətini elektrik cərəyanı ilə
zədələnməkdən, elektrik qövsünün təsirindən
və s. mühafizə etmək üçün, bütün elektrik qurğuları,
mühafizə vasitələri ilə, həmçinin, “Elektrik
qurğularında istifadə olunan mühafizə vasitələrinin
tətbiqi və sınağı Qaydaları”na müvafiq olaraq,
ilkin yardım vasitələri ilə təchiz
olunmalıdırlar.
1.2.29. Elektrik qurğularının yanğın və
partlayış təhlükəsizliyi 2.5-ci və 7.4-cü bəndlərində
göstərilən tələblərin yerinə yetirilməsi ilə
təmin edilməlidir.
1.2.30. Elektrik qurğuları istismara təhvil verilərkən
mövcud normativ tələblərə cavab verən yanğın
əleyhinə vasitələr və inventarlarla təmin
olunmalıdırlar.
1.2.31. Yeni tikilən və yenidənqurulan elektrik
qurğuları və onlarda quraşdırılan elektrik
avadanlığı təhvil-təslim sınaqlarından keçməlidirlər.
1.2.32. Yeni tikilən və yenidənqurulan elektrik
qurğuları, yalnız mövcud normativ tələblərə
uyğun olaraq, onların qəbul edilməsindən sonra sənaye
istismarına buraxılır.
1.3. Elektrik təchizatı və elektrik
şəbəkələri
1.3.1.
Tətbiq sahələri və ümumi tələblər
1.3.1.1.
Bu bənd bütün elektrik təchizatı sistemlərinə
şamil edilir.
1.3.1.2.
Yeraltı, dartıcı və digər xüsusi qurğuların
elektrik təchizatı sistemləri bu bənddəki tələblərdən
əlavə olaraq, həmçinin xüsusi qaydaların tələblərinə
uyğun olmalıdırlar.
1.3.1.3.
Elektrik təchizatı sistemlərinin layihələndirilməsində
və elektrik qurğularının yenidənqurulmasında
aşağıdakı məsələlərə
baxılmalıdır:
a)
enerji sistemin və elektrik təchizat sisteminin yeni tikilən
elektrik şəbəkələrinin mövcud olanlarla və yeni tikilən
digər gərginlik sinifli şəbəkələrlə səmərəli
uyğunluğu nəzərə alınmaqla perspektiv
inkişafı;
b) mənsubiyyətindən
asılı olmayaraq, elektrik şəbəkələrinin fəaliyyət
zonasında yerləşən bütün elektrik enerjisi
istehlakçılarının kompleks mərkəzləşdirilmiş
elektrik təchizatının təmin olunması;
c)
QQ (qısaqapanma) cərəyanlarının perspektivdə müəyyən
edilmiş sərhəd səviyyələri ilə məhdudlaşdırılması;
ç)
elektrik enerjisi itkilərinin aşağı salınması;
d) qəbul
edilən qərarların ətraf mühitin mühafizəsi şərtlərinə
uyğun olması.
Bu
zaman texnoloji ehtiyatın yaradılması imkanları və məqsədəuyğunluğu
nəzərə alınmaqla daxili və xarici elektrik təchizatına
kompleks şəkildə baxılmalıdır.
1.3.1.4.
Ehtiyat yaratma məsələlərinin həllində elektrik
qurğularının elementlərinin ifrat yüklənmə
qabiliyyətini, həmçinin texnoloji avadanlıqda ehtiyatın
mövcudluğunu nəzərə almaq lazımdır.
1.3.1.5.
Elektrik təchizatı sisteminin inkişafı məsələlərinin
həllində təmir, qəza və qəzadan sonrakı
rejimlər nəzərə alınmalıdır.
1.3.1.6.
Enerji sistemin obyektləri sayılan müstəqil
qarşılıqlı ehtiyat qida mənbələrini seçərkən,
enerji sistemin hissələrində zədələnmələr
zamanı rele mühafizəsi və avtomatikanın işləmə
müddətində, eyni vaxtda asılı gərginliyin
qısamüddətli aşağı düşməsi və ya tam yox
olması ehtimalını, həmçinin ağır sistem qəzaları
zamanı bu qida mənbələrində eyni vaxtda uzunmüddətli
gərginlik itməsini nəzərə almaq lazımdır.
1.3.1.7.
Bu Qaydanın 1.3.1.3–1.3.1.6-cı yarımbəndlərinin tələbləri
enerji sistemin və elektrik təchizatı sistemlərinin bütün
inkişaf mərhələlərində nəzərə
alınmalıdır.
1.3.1.8.
Elektrik şəbəkələrinin layihələndirilməsi
onlara edilən xidmətin forması nəzərə
alınmaqla yerinə yetirilməlidir (daimi növbətçilik, evdən
icra olunan növbətçilik, səyyar briqadalar və s.).
1.3.1.9.
Gərginliyi 2-35 kV olan elektrik şəbəkələrinin
işi həm izolə olunmuş neytralla, həm də
qövssöndürücü reaktor və ya rezistor vasitəsilə
torpaqlanmış neytralla nəzərdə tutula bilər.
1.3.1.10.
Yerlə qapanma tutum cərəyanının kompensasiyası bu
cərəyanın normal rejimdə aşağıdakı qiymətlərində
tətbiq edilməlidir:
Hava
elektrik ötürülməsi xətlərində dəmir-beton və
metal dayaqları olan 3-20 kV gərginlikli şəbəkələrdə
və 35 kV gərginlikli bütün şəbəkələrdə
–10 A-dan yuxarı;
Hava
elektrik ötürülməsi xətlərində dəmir-beton və
metal dayaqları olmayan şəbəkələrdə:
a)
3-6 kV gərginlikdə – 30 A-dan yuxarı;
b)
10 kV gərginlikdə – 20 A-dan yuxarı;
c)
15-20 kV gərginlikdə – 15 A-dan yuxarı.
Generator-transformator
bloklarının 6-20 kV generator gərginlikli sxemlərində
– 5A-dan yuxarı.
1.3.1.11.
Yerəqapanma cərəyanı 50 A-dan çox olduqda ən azı
iki torpaqlayıcı reaktordan istifadə tövsiyə olunur.
1.3.1.12.
Gərginliyi 110 kV olan elektrik şəbəkələrinin
işləməsi, həm birbaşa torpaqlanmış, həm
də effektiv torpaqlanmış neytralla nəzərdə tutula
bilər.
1.3.1.13.
Gərginliyi 220 kV və daha artıq olan elektrik şəbəkələri
yalnız birbaşa torpaqlanmış neytralla işləməlidirlər.
1.3.2.
Elektrik qəbuledicilərinin kateqoriyaları və elektrik təchizatın
etibarlığının təmin edilməsi
1.3.2.1.
Elektrik qəbuledicilərinin elektrik təchizatının
etibarlılığı üzrə kateqoriyaları elektrik təchizatı
sisteminin layihələndirilməsi prosesində normativ sənədlər,
həmçinin layihənin texnoloji hissəsi əsasında təyin
edilir.
1.3.2.2. Elektrik təchizatının
etibarlılığının təmini baxımından
elektrik qəbulediciləri aşağıdakı üç kateqoriyaya
bölünürlər:
Birinci
kateqoriyalı elektrik qəbulediciləri
– elə elektrik qəbulediciləridir ki, onların elektrik təchizatındakı
fasilə insanların həyatı, dövlətin təhlükəsizliyi
üçün təhlükənin yaranmasına, xeyli dərəcədə
maddi ziyanın dəyməsinə, mürəkkəb texnoloji
prosesin, kommunal təsərrüfatın xüsusi vacib elementlərinin,
rabitə və televiziya obyektlərinin fəaliyyətinin
pozulmasına səbəb ola bilər.
Birinci
kateqoriyalı elektrik qəbuledicilərinin tərkibindən xüsusi qrup elektrik qəbulediciləri
ayrılır ki, insanların həyatına olan təhlükənin,
partlayışların və yanğınların
qarşısının alınması məqsədilə
istehsalatın qəzasız dayandırılması üçün onların
fasiləsiz işi zəruridir.
İkinci
kateqoriyalı elektrik qəbulediciləri
– elə elektrik qəbulediciləridir ki, onların elektrik təchizatındakı
fasilə kütləvi miqdarda məhsul buraxılmamasına,
işçilərin, mexanizmlərin və sənaye nəqliyyatının
kütləvi boş dayanmasına, böyük sayda şəhər və
kənd sakinlərinin normal fəaliyyətinin pozulmasına gətirib
çıxarır.
Üçüncü
kateqoriyalı elektrik qəbulediciləri
– birinci və ikinci kateqoriyaya aid olmayan bütün elektrik qəbulediciləri.
1.3.2.3.
Normal rejimdə birinci kateqoriya elektrik qəbulediciləri
elektrik enerjisi ilə iki müstəqil, qarşılıqlı
ehtiyatda olan qidalandırıcı mənbələrdən təmin
edilməlidir və qida mənbələrindən birindən
elektrik təchizatındakı pozuntu zamanı onların
elektrik təchizatındakı fasiləyə yalnız qidalanmanın
avtomatik bərpası müddətinə yol verilə bilər.
Birinci
kateqoriyalı xüsusi qrup elektrik qəbuledicilərinin elektrik təchizatı
üçün qarşılıqlı ehtiyatda olan ikinci müstəqil qida mənbəyindən
əlavə qidalanma nəzərdə tutulmalıdır.
Xüsusi
qrup elektrik qəbulediciləri üçün üçüncü müstəqil qida mənbəyi
və birinci kateqoriya digər elektrik qəbulediciləri üçün
ikinci müstəqil qida mənbəyi kimi yerli elektrik
stansiyaları, enerjisistemin elektrik stansiyaları (xüsusi halda,
generator gərginlikli şinlər), bu məqsədlər üçün
nəzərdə tutulan fasiləsiz qidalanma aqreqatları,
akkumulyator batareyaları və s. istifadə oluna bilər.
Əgər
elektrik təchizatının ehtiyatlandırılması ilə
texnoloji prosesin fasiləsizliyini təmin etmək olmursa və
ya əgər elektrik təchizatını ehtiyatlandırma
iqtisadi cəhətdən məqsədəuyğun deyilsə,
texnoloji ehtiyatlandırma yerinə yetirilməlidir. Məsələn,
elektrik təchizatının pozulması zamanı fəaliyyət
göstərən, qarşılıqlı ehtiyatda olan texnoloji
aqreqatların, texnoloji prosesi qəzasız dayandıran xüsusi
qurğulardan istifadə etməklə.
Xüsusilə
mürəkkəb, fasiləsiz texnoloji prosesli, normal rejiminin bərpasına
uzun müddət tələb olunan birinci kateqoriyalı elektrik qəbuledicilərinin
elektrik təchizatının texniki-iqtisadi əsaslandırılması
olduğu halda, qarşılıqlı ehtiyatda olan iki müstəqil
qida mənbəyindən yerinə yetirilməsi tövsiyə
olunur, hansılara ki, texnoloji prosesin xüsusiyyətləri ilə
müəyyənləşdirilən əlavə tələblər
irəli sürülür.
1.3.2.4.
İkinci kateqoriya elektrik qəbulediciləri normal rejimdə
qarşılıqlı ehtiyatda olan iki müstəqil qida mənbəyindən
elektrik enerjisi ilə təmin edilməlidir.
İkinci
kateqoriya elektrik qəbulediciləri üçün qida mənbələrindən
birində elektrik təchizatındakı pozulması, ehtiyat
qidalanmanın növbətçi heyət və ya səyyar operativ
briqada tərəfindən qoşulması müddətinə yol
veriləndir.
1.3.2.5.
Üçüncü kateqoriya elektrik qəbuledicilərinin elektrik təchizatı
bir qida mənbəyindən yerinə yetirilə bilər, o
şərtlə ki, elektrik təchizatı sistemindəki zədələnmiş
elementin təmiri və ya dəyişdirilməsi üçün tələb
olunan elektrik təchizatındakı fasilələr bir gündən
artıq olmasın.
1.3.3. Gərginliyin səviyyələri və tənzimlənməsi,
reaktiv gücün kompensasiyası
1.3.3.1.
Elektrik şəbəkələri üçün müvafiq qurumların qəbul
etdiyi normativ sənədlərin tələblərinə cavab
verən, elektrik enerjisinin keyfiyyətinin təmini üzrə
texniki tədbirlər nəzərdə tutulmalıdır.
1.3.3.2.
Gərginliyi tənzimləmə qurğuları, elektrik
stansiyası və yarımstansiyaların paylayıcı şəbəkələr
qoşulmuş 3-20 kV gərginlikli şinlərində, gərginliyin,
bu şəbəkələrin ən böyük yüklənmə
dövründə nominalın 105%-indən aşağı olmayan və
ən az yüklənmə dövründə nominalın 100%-indən
yuxarı olmayan həddində saxlanılmasını təmin
etməlidir. Gərginliyin göstərilən səviyyələrdən
kənara çıxması əsaslandırılmalıdır.
1.3.3.3.
Elektrik şəbəkələrində reaktiv gücün
kompensasiyası qurğularının seçilməsi və yerləşdirilməsi,
normal və qəzadan sonrakı rejimlərdə gərginliyin
texniki tələblərə uyğun səviyyəsinin və
dayanıqlıq ehtiyatının saxlanılmasında şəbəkənin
tələb olunan buraxma qabiliyyətinin təmin edilməsi zərurəti
nəzərə alınmaqla yerinə yetirilir.
1.4.
Naqillərin seçilməsi qaydası
1.4.1.
Naqillərin qızmaya, cərəyanın iqtisadi
sıxlığına və taclanma şərtlərinə
görə seçilməsi
1.4.1.1.
Bu bənd elektrik naqillərinin (izolyasiyasız və
izolyasiyalı naqillər, kabellər və şinlər) en kəsiyinin
qızmaya, cərəyanın iqtisadi sıxlığına və
taclanma şərtlərinə görə seçilməsinə
şamil edilir. Əgər bu şərtlərlə seçilən
naqilin en kəsiyi digər şərtlərin (QQ cərəyanlarının
termiki və elektrodinamiki dayanıqlığı, gərginlik
itkiləri və normadan kənara çıxmalar, mexaniki möhkəmlik,
ifrat yüklənmədən mühafizə) tələb etdiyi en kəsiyindən
kiçik olarsa, onda bu şərtlərlə tələb olunan ən
böyük en kəsiyi qəbul olunmalıdır.
1.4.2. Naqillərin en kəsiklərinin qızmaya görə
seçilməsi
1.4.2.1.
İstənilən təyinatlı naqillər nəinki normal,
həm də qəzadan sonrakı rejimlər, həmçinin təmir
dövrü və xətlər, şin bölmələri və s.
arasında cərəyanın qeyri-bərabər paylanması
mümkün olan rejimləri nəzərə alınmaqla,
buraxılabilən qızmanın son həddinə olan tələbləri
ödəməlidirlər. Qızmaya yoxlamada yarımsaatlıq
maksimal cərəyan, şəbəkənin müvafiq elementinin
orta yarımsaatlıq cərəyanlarından ən böyüyü qəbul
edilir.
1.4.2.2.
Elektrik qəbuledicilərinin təkrar-qısamüddətli və
qısa müddətli iş rejimlərində (dövrünün ümumi davamiyyəti
10 dəqiqəyədək olan və iş dövrünün davamiyyəti
4 dəqiqədən çox olmayan) naqillərin en kəsiyinin
qızmaya görə yoxlanılması üçün hesabat cərəyanı
qismində, uzunmüddətli rejimə gətirilmiş cərəyan
qəbul edilməlidir. Bu zaman:
a) 6
mm2-dək en kəsikli mis, 10mm2-dək en kəsikli
alüminium naqillər üçün, uzunmüddətli iş rejimli qurğular
üçün olan cərəyan qəbul edilir;
b) 6
mm2-dən böyük en kəsikli mis, 10mm2-dən
böyük en kəsikli alüminium naqillər üçün cərəyan,
buraxılabilən uzunmüddətli cərəyanın əmsalına
hasili ilə müəyyən edilir, burada, Tq.m. – nisbi
vahidlərlə göstərilən iş dövrün müddətidir
(qoşulma müddətinin dövr müddətinə nisbətidir).
1.4.2.3.
Qoşulma davamiyyəti 4 dəqiqədən çox olmayan və
qoşulmalar arası fasilələri naqillərin ətraf
mühitin temperaturuna kimi soyuması üçün yetərli olan qısamüddətli
iş rejimləri üçün ən böyük buraxılabilən cərəyanları
təkrar-qısamüddətli rejim normaları üzrə müəyyən
edilməlidir (bax 1.4.2.2-ci yarımbənd). Qoşulma müddəti
4 dəqiqədən çox olduqda, həmçinin qoşulmalararası
fasilələr yetərli davamiyyətli olmadıqda ən böyük
buraxılabilən cərəyanları uzunmüddətli iş
rejimli qurğular üçün olduğu kimi müəyyən etmək
lazımdır.
1.4.2.4.
Nominal yükdən az yüklənən, hopdurulmuş kağız
izolyasiyalı 10 kV-dək gərginlikli kabellər üçün,
qısamüddətli ifrat yüklənmələr, Cədvəl 1-də
göstərilib.
Cədvəl 1
10 kV-dək gərginlikli hopdurulmuş kağız
izolyasiyalı kabellər üçün buraxılabilən qısamüddətli
ifrat yüklənmə
İlkin yüklənmənin əmsalı |
Xətt çəkilişinin növü |
Nominala nisbətən yol verilən ifrat yüklənmə,
müddəti, saat |
||
0,5 |
1,0 |
3,0 |
||
0,6 |
Torpaqda Havada Boruların içində
(torpaqda) |
1,35 1,25 1,20 |
1,30 1,15 1,0 |
1,15 1,10 1,0 |
0,8 |
Torpaqda Havada Boruların içində
(torpaqda) |
1,20 1,15 1,10 |
1,15 1,10 1,05 |
1,10 1,05 1,00 |
1.4.2.5.
Qəzadan sonrakı rejimin aradan qaldırılması dövründə
5 gün ərzində, əgər bu günlərin qalan vaxtlarında
yükləmə nominalı keçmirsə, gündə 6 saatdan çox olmayan
davamiyyətlə yükləmənin maksimumları zamanı
polietilen izolyasiyalı kabellər üçün nominalın 10%-nə,
polivinilxlorid izolyasiyalı kabellər üçün isə nominalın
15%-dək ifrat yüklənmə buraxılabiləndir.
Qəzadan
sonrakı rejimin aradan qaldırılması dövründə
kağız izolyasiyalı 10 kV-dək gərginlikli kabellər
üçün, Cədvəl 2-də göstərilən hədlərdə 5
gün ərzində ifrat yüklənmə yol veriləndir.
15
ildən çox istismarda olan kabel xətləri üçün ifrat yüklənmələr
10% azaldılmalıdır.
Gərginliyi
20 – 35 kV olan kabel xətlərində ifrat yüklənmə
yolverilməzdir.
1.4.2.6.
Normal yüklənmələrə və qəzadan sonrakı ifrat
yüklənmələrə olan tələblər kabellərə
və onlarda quraşdırılmış birləşdirici və
sonluq muftalarına və sonluq kipləndirilmələrinə
aiddir.
Cədvəl 2
10
kV-dək gərginlikli kağız izolyasiyalı kabellər
üçün qəzadan sonrakı rejimin aradan qaldırılması
dövründə buraxılabilən ifrat yüklənmə
İlkin yüklənmənin əmsalı |
Xətt çəkilişinin növü |
Maksimum uzun müddətli olduqda, nominala nisbətən yolverilən
ifrat yüklənmə müddəti, saat |
||
1 |
3 |
6 |
||
0,6 |
Torpaqda Havada Boruların içində
(torpaqda) |
1,5 1,35 1,30 |
1,35 1,25 1,20 |
1,25 1,25 1,15 |
0,8 |
Torpaqda Havada Boruların içində
(torpaqda) |
1,35 1,30 1,20 |
1,25 1,25 1,15 |
1,20 1,25 1,10 |
1.4.2.7.
Dördnaqilli üçfazalı cərəyan sistemində sıfır
işçi naqilləri faza naqillərinin keçiriciliyinin 50%-indən
az olmayan keçiriciliyə malik olmalıdırlar, zəruri hallarda
isə onların keçiriciliyi faza naqillərinin keçiriciliyinin
100%-nə kimi artırılmalıdır.
1.4.2.8.
Temperaturu yuxarıda verilənlərdən əsaslı dərəcədə
fərqlənən mühitdə yerləşdirilmiş kabellərin,
izolə olunmamış və izolə olunmuş naqillərin
və şinlərin, həmçinin sərt və elastik cərəyandaşıyıcılarının
uzunmüddətli buraxılabilən cərəyanlarının müəyyən
edilməsi üçün Cədvəl 3-də verilən əmsallar tətbiq
edilməlidir.
Cədvəl
3
Torpağın
və havanın temperaturundan asılı olaraq kabellər, izolə
olunmamış və izolə olunmuş naqil və şinlər
üçün cərəyanların təshihedici əmsalları
Mühitin şərti tempera-turu, oC |
Damarın normalaş- dırılmış tempe-raturu, oC |
Mühitin hesabı temperaturunda cərayanların təshihedici
əmsalları, oC |
|||||||||||
-5 və aşağı |
0 |
+55 |
+10 |
+15 |
+20 |
+25 |
+30 |
+35 |
+40 |
+45 |
+50 |
||
15 |
80 |
1,14 |
1,11 |
1,08 |
1,04 |
1,00 |
0,96 |
0,92 |
0,88 |
0,83 |
0,78 |
0,73 |
0,68 |
25 |
80 |
1,24 |
1,20 |
1,17 |
1,13 |
1,09 |
1,04 |
1,00 |
0,95 |
0,90 |
0,85 |
0,80 |
0,74 |
25 |
70 |
1,29 |
1,24 |
1,20 |
1,15 |
1,11 |
1,05 |
1,00 |
0,94 |
0,88 |
0,81 |
0,74 |
0,67 |
15 |
65 |
1,18 |
1,14 |
1,10 |
1,05 |
1,00 |
0,95 |
0,89 |
0,84 |
0,77 |
0,71 |
0,63 |
0,55 |
25 |
65 |
1,32 |
1,27 |
1,22 |
1,17 |
1,12 |
1,06 |
1,00 |
0,94 |
0,87 |
0,79 |
0,71 |
0,61 |
15 |
60 |
1,20 |
1,15 |
1,12 |
1,06 |
1,00 |
0,94 |
0,88 |
0,82 |
0,75 |
0,67 |
0,57 |
0,47 |
25 |
60 |
1,36 |
1,31 |
1,25 |
1,20 |
1,13 |
1,07 |
1,00 |
0,93 |
0,85 |
0,76 |
0,66 |
0,54 |
15 |
55 |
1,22 |
1,17 |
1,12 |
1,07 |
1,00 |
0,93 |
0,86 |
0,79 |
0,71 |
0,61 |
0,50 |
0,36 |
25 |
55 |
1,41 |
1,35 |
1,29 |
1,23 |
1,15 |
1,08 |
1,00 |
0,91 |
0,82 |
0,71 |
0,58 |
0,41 |
15 |
50 |
1,25 |
1,20 |
1,14 |
1,07 |
1,00 |
0,93 |
0,84 |
0,76 |
0,66 |
0,54 |
0,37 |
- |
25 |
50 |
1,48 |
1,41 |
1,34 |
1,26 |
1,18 |
1,09 |
1,00 |
0,89 |
0,78 |
0,63 |
0,45 |
- |
1.4.3. Rezin və ya plastik izolyasiyalı naqillər,
elastik naqillər və kabellər üçün uzunmüddətli
buraxılabilən cərəyanlar
1.4.3.1.
Rezin və ya polivinilxlorid izolyasiyalı naqillər, rezin
izolyasiyalı elastik naqillər və rezin və ya plastik
izolyasiyalı qurğuşun, polivinilxlorid və rezin üzlüklü
kabellər üçün uzunmüddətli buraxılabilən cərəyanlar
Cədvəl 4-10-da verilmişdir. Onlar damarların +65oC,
ətraf mühitin +25oC və torpağın +15oC
temperaturları üçün qəbul olunublar.
Bir
boruda yerləşdirilən naqillərin (və ya çoxdamarlı
naqilin damarlarının) sayını müəyyən edərkən,
üçfazalı cərəyanın dördnaqilli sisteminin sıfır
işçi naqili, həmçinin yerbirləşdirici və
sıfır mühafizə naqilləri hesaba alınmırlar.
Boruların
sayından və onların yerləşmə yerlərindən
(havada, arakəsmələrdə, bünövrələrdə)
asılı olmayaraq Cədvəl 4-5-də təsbit edilmiş
rəqəmlər tətbiq edilməlidir.
Cədvəl 4
Rezin və polivinilxlorid izolyasiyalı, mis damarlı və
elastik naqillər üçün uzunmüddətli buraxılabilən cərəyan
Cərəyan
keçirici damarın en kəsiyi,mm2 |
Naqillər üçün cərəyan,
A, yerləşmə yeri: |
|||||
açıq |
Bir boruda |
|||||
iki birdamarlı |
üç birdamarlı |
dörd birdamarlı |
bir ikidamarlı |
bir üçdamarlı |
||
0,5 |
11 |
- |
- |
- |
- |
- |
0,75 |
15 |
- |
- |
|
- |
- |
1 |
17 |
16 |
15 |
14 |
15 |
14 |
1,2 |
20 |
18 |
16 |
15 |
16 |
14,5 |
1,5 |
23 |
19 |
17 |
16 |
18 |
15 |
2 |
26 |
24 |
22 |
20 |
23 |
19 |
2,5 |
30 |
27 |
25 |
25 |
25 |
21 |
3 |
34 |
32 |
28 |
26 |
28 |
24 |
4 |
41 |
38 |
35 |
30 |
32 |
27 |
5 |
46 |
42 |
39 |
34 |
37 |
31 |
6 |
50 |
46 |
42 |
40 |
40 |
34 |
8 |
62 |
54 |
51 |
46 |
48 |
43 |
10 |
80 |
70 |
60 |
50 |
55 |
50 |
16 |
100 |
85 |
80 |
75 |
80 |
70 |
25 |
140 |
115 |
100 |
90 |
100 |
85 |
35 |
170 |
135 |
125 |
115 |
125 |
100 |
50 |
215 |
185 |
170 |
150 |
160 |
135 |
70 |
270 |
225 |
210 |
185 |
195 |
175 |
95 |
330 |
275 |
255 |
225 |
245 |
215 |
120 |
385 |
315 |
290 |
260 |
295 |
250 |
150 |
440 |
360 |
330 |
- |
- |
- |
185 |
510 |
- |
- |
- |
- |
- |
240 |
605 |
- |
- |
- |
- |
- |
300 |
695 |
- |
- |
- |
- |
- |
400 |
830 |
- |
- |
- |
- |
- |
Qutularda,
həmçinin qanovlarda dəst halında yerləşdirilmiş
naqillərin və kabellərin uzunmüddətli buraxılabilən
aşağıdakı cərəyanları qəbul edilməlidir:
naqillər üçün – Cədvəl 4 və 5 üzrə borularda yerləşdirilən
naqillər üçün olduğu kimi; kabellər üçün – Cədvəl 6-8
üzrə havada yerləşdirilən kabellərdə olduğu
kimi.
Borularda,
qutularda, həmçinin dəst halında qanovlarda yerləşdirilmiş
eyni zamanda yüklənmiş naqillərin dörddən artıq
sayında, naqillər üçün cərəyanlar Cədvəl 4 və
5 üzrə açıqda (havada) yerləşdirilən naqillərdə
olduğu kimi, 5 və 6 naqil üçün 0,68; 7-9 naqil üçün 0,63 və
10-12 naqil üçün 0,6 azaldıcı əmsallar daxil edilməklə
qəbul edilməlidir.
İkinci
dövrə naqilləri üçün azaldıcı əmsallar daxil edilmir.
Cədvəl 5
Rezin və polivinilxlorid izolyasiyalı, alüminium
damarlı naqillər üçün uzunmüddətli buraxılabilən cərəyan
Cərəyan
keçirici damarın en kəsiyi, mm2 |
Naqillər
üçün cərəyan, A, yerləşmə yeri: |
|||||
açıq |
Bir
boruda |
|||||
iki
birdamarlı |
üç
birdamarlı |
dörd
birdamarlı |
bir
ikidamarlı |
bir üçdamarlı |
||
2 |
21 |
19 |
18 |
15 |
17 |
14 |
2,5 |
24 |
20 |
19 |
19 |
19 |
16 |
3 |
27 |
24 |
22 |
21 |
22 |
18 |
4 |
32 |
28 |
28 |
23 |
25 |
21 |
5 |
36 |
32 |
30 |
27 |
28 |
24 |
6 |
39 |
36 |
32 |
30 |
31 |
26 |
8 |
46 |
43 |
40 |
37 |
38 |
32 |
10 |
60 |
50 |
47 |
39 |
42 |
38 |
16 |
75 |
60 |
60 |
55 |
60 |
55 |
25 |
105 |
85 |
80 |
70 |
75 |
65 |
35 |
130 |
100 |
95 |
85 |
95 |
75 |
50 |
165 |
140 |
130 |
120 |
125 |
105 |
70 |
210 |
175 |
165 |
140 |
150 |
135 |
95 |
255 |
215 |
200 |
175 |
190 |
165 |
120 |
295 |
245 |
220 |
200 |
230 |
190 |
150 |
340 |
275 |
255 |
- |
- |
- |
185 |
390 |
- |
- |
- |
- |
- |
240 |
465 |
- |
- |
- |
- |
- |
300 |
535 |
- |
- |
- |
- |
- |
400 |
645 |
- |
- |
- |
- |
- |
Cədvəl 6
Rezin izolyasiyalı damarlı metal mühafizəli örtüklərdə
olan naqillər və rezin izolyasiyalı mis damarlı
qurğuşun, polivinilxloridvə ya rezin örtüklü zirehli və
zirehsiz kabellər üçün uzunmüddətli buraxılabilən cərəyan
Cərəyankeçirici
damarın en kəsiyi, mm2 |
Cərəyan* ,
A, naqillər və kabellər üçün |
||||
birdamarlı |
ikidamarlı |
üçdamarlı |
|||
Çəkilərkən |
|||||
havada |
havada |
yerdə |
havada |
yerdə |
|
1,5 |
23 |
19 |
33 |
19 |
27 |
2,5 |
30 |
27 |
44 |
25 |
38 |
4 |
41 |
38 |
55 |
35 |
49 |
6 |
50 |
50 |
70 |
42 |
60 |
10 |
80 |
70 |
105 |
55 |
90 |
16 |
100 |
90 |
135 |
75 |
115 |
25 |
140 |
115 |
175 |
95 |
150 |
35 |
170 |
140 |
210 |
120 |
180 |
50 |
215 |
175 |
265 |
145 |
225 |
70 |
270 |
215 |
320 |
180 |
275 |
95 |
325 |
260 |
385 |
220 |
330 |
120 |
385 |
300 |
445 |
260 |
385 |
150 |
440 |
350 |
505 |
305 |
435 |
185 |
510 |
405 |
570 |
350 |
500 |
240 |
605 |
- |
- |
- |
- |
_____________________
* Cərəyanlar həm
sıfır damarlı, həm də sıfır damarı
olmayan naqillərə və kabellərə aid edilir.
Cədvəl 7
Rezin və ya plastik izolyasiyalı, alüminium damarlı,
qurğuşun, polivinilxlorid və rezin örtüklü, zirehli və
zirehsiz, kabellər üçün uzunmüddətli buraxılabilən cərəyan
Cərəyankeçirici
damarın en kəsiyi, mm2 |
Cərəyan,
А, kabellər üçün |
||||
birdamarlı |
ikidamarlı |
üçdamarlı |
|||
çəkilərkən |
|||||
havada |
havada |
yerdə |
havada |
yerdə |
|
2,5 |
23 |
21 |
34 |
19 |
29 |
4 |
31 |
29 |
42 |
27 |
38 |
6 |
38 |
38 |
55 |
32 |
46 |
10 |
60 |
55 |
80 |
42 |
70 |
16 |
75 |
70 |
105 |
60 |
90 |
25 |
105 |
90 |
135 |
75 |
115 |
35 |
130 |
105 |
160 |
90 |
140 |
50 |
165 |
135 |
205 |
110 |
175 |
70 |
210 |
165 |
245 |
140 |
210 |
95 |
250 |
200 |
295 |
170 |
255 |
120 |
295 |
230 |
340 |
200 |
295 |
150 |
340 |
270 |
390 |
235 |
335 |
185 |
390 |
310 |
440 |
270 |
385 |
240 |
465 |
- |
- |
- |
- |
Qeyd: Gərginliyi 1 kV-dək
olan plastik izolyasiyalı dörddamarlı kabellər üçün uzunmüddətli
buraxılabilən cərəyanlarüçdamarlı kabellər kimi Cədvəl
7-dən seçilə bilər, lakin 0,92 əmsalı ilə.
Cədvəl 8
Səyyar şlanqşəkilli orta və yüngül elastik
naqillər, səyyar şlanqşəkilli ağır kabellər,
şlanqşəkilli elastik şaxta və projektor kabelləri
və səyyar mis damarlı naqillər üçün uzunmüddətli
buraxılabilən cərəyan
Cərəyankeçirici
damarın en kəsiyi, mm2 |
Cərəyan*,
А, elastik naqillər, naqillər və kabellər üçün |
||
birdamarlı |
ikidamarlı |
üçdamarlı |
|
0,5 |
- |
12 |
- |
0,75 |
- |
16 |
14 |
1,0 |
- |
18 |
16 |
1,5 |
- |
23 |
20 |
2,5 |
40 |
33 |
28 |
4 |
50 |
43 |
36 |
6 |
65 |
55 |
45 |
10 |
90 |
75 |
60 |
16 |
120 |
95 |
80 |
25 |
160 |
125 |
105 |
35 |
190 |
150 |
130 |
50 |
235 |
185 |
160 |
70 |
290 |
235 |
200 |
____________________
* Cərəyanlar,
həm sıfır damarlı, həm də sıfır
damarı olmayan naqillərə və kabellərə aid edilir.
Cədvəl 9
Səyyar elektrik qəbulediciləri üçün rezin
izolyasiyalı mis damarlı şlanq kabelləri üçün
buraxılabilən uzunmüddətli cərəyan
Cərəyankeçirici
damarın en kəsiyi, mm2 |
Cərəyan*, A,
kabellər üçün gərginlik, kV |
Cərəyankeçirici
damarın en kəsiyi,mm2 |
Cərəyan*, A,
kabellər üçün gərginlik, kV |
||||
3 |
6 |
3 |
6 |
||||
16 |
85 |
90 |
70 |
215 |
220 |
||
25 |
115 |
120 |
95 |
260 |
265 |
||
35 |
140 |
145 |
120 |
305 |
310 |
||
50 |
175 |
180 |
150 |
345 |
350 |
||
____________________
* Cərəyanlar,
həm sıfır damarlı, həm də sıfır
damarı olmayan naqillərə və kabellərə aid edilir.
Cədvəl 10
1,3 və 4 kV gərginlikli elektrikləşdirilmiş
nəqliyyat üçün mis damarlı, rezin izolyasiyalı naqillər
üçün buraxılabilən uzunmüddətli cərəyan
Cərəyankeçirici
damarın en kəsiyi, mm2 |
Cərəyan,
А |
Cərəyankeçirici
damarın en kəsiyi,mm2 |
Cərəyan,
А |
Cərəyankeçirici
damarın en kəsiyi,mm2 |
Cərəyan,
А |
1 |
20 |
16 |
115 |
120 |
390 |
1,5 |
25 |
25 |
150 |
150 |
445 |
2,5 |
40 |
35 |
185 |
185 |
505 |
4 |
50 |
50 |
230 |
240 |
590 |
6 |
65 |
70 |
285 |
300 |
670 |
10 |
90 |
95 |
340 |
350 |
745 |
1.4.3.2.
Birsıralı yerləşmədə (dəst ilə yox),
qanovlarda yerləşdirilmiş naqillər üçün uzunmüddətli
buraxılabilən cərəyanları havada yerləşdirilən
naqillər üçün olduğu kimi nəzərə almaq
lazımdır.
Qutularda
yerləşdirilən naqillər və kabellər üçün uzunmüddətli
buraxılabilən cərəyanları Cədvəl 4-7 üzrə,
Cədvəl 11-də göstərilən azaldıcı əmsallar
tətbiq etməklə, açıqda (havada) yerləşdirilən
tək naqillər və kabellər üçün olduğu kimi qəbul
edilməlidir.
Azaldıcı
əmsallar seçilərkən nəzarət və ehtiyat naqillər
və kabellər nəzərə alınmırlar.
Cədvəl 11
Qutularda yerləşdirilmiş naqil və kabellər
üçün azaldıcı əmsal
Yerləşdirilmə
üsulu |
Yerləşdirilmiş
naqil və kabellərin sayı |
Qidalandırıcı
naqillər üçün azaldıcı əmsal |
||
təkdamarlı |
çoxdamarlı |
istifadə əmsalı
0,7-dəkolanayrı-ayrıelektrikqəbulediciləri |
istifadə əmsalı
0,7-dən yuxarı olanqrup elektrikqəbuledicilərivə
ayrı-ayrı qəbuledicilər |
|
Çoxqatlı və dəstə
ilə |
- |
4-dək |
1,0 |
- |
2 |
5 – 6 |
0,85 |
- |
|
3 - 9 |
7 – 9 |
0,75 |
- |
|
10 - 11 |
10 – 11 |
0,7 |
- |
|
12 - 14 |
12 – 14 |
0,65 |
- |
|
15 - 18 |
15 – 18 |
0,6 |
- |
|
Birqatlı |
2 - 4 |
2 – 4 |
- |
0,67 |
5 |
5 |
- |
0,6 |
1.4.4. Hopdurulmuş kağız izolyasiyalı kabellər
üçün uzunmüddətli buraxılabilən cərəyanlar
1.4.4.1. Gərginliyi 35 kV-dək olan
hopdurulmuş kağız izolyasiyalı qurğuşun,
alüminium və ya polivinilxlorid üzlüklü kabellər üçün uzunmüddətli
buraxılabilən cərəyanlar kabel damarlarının
buraxılabilən temperaturlarına müvafiq olaraq qəbul edilirlər:
Nominal gərginlik, kV 3-dək
6 10 20 və 35 Kabel damarının
buraxılabilən temperaturu, oC +80 +65
+60 +50 |
1.4.4.2. Torpaqda yerləşdirilən
kabellər üçün uzunmüddətli buraxılabilən cərəyanlar
Cədvəl 12, 15, 18–21-də verilmişdir. Cərəyanlar,
torpağın +15oC temperaturunda və torpağın
xüsusi müqaviməti 120 sm·K/Vt olduqda, 0,7÷1,0 metr dərinlikdə xəndəkdə
birdən çox kabel olmamaq şərtilə
hesablanmışdır.
Cədvəl 12
Mis damarlı yağkanifol və axmayan (qatı) kütlə
ilə hopdurulmuş kağız izolyasiyalı, qurğuşun
örtüklü, torpaqda çəkilən kabellər üçün uzunmüddətli
buraxılabilən cərəyan
Cərəyankeçirici
damarın en kəsiyi, mm2 |
Cərəyan, A,
kabellər üçün |
|||||
1 kV-dək birdamarlı |
1 kV-dək ikidamarlı |
üçdamarlı, gərginliyi,
kV |
1 kV-dək
dörddamarlı |
|||
3-dək |
6 |
10 |
||||
6 |
- |
80 |
70 |
- |
- |
- |
10 |
140 |
105 |
95 |
80 |
- |
85 |
16 |
175 |
140 |
120 |
105 |
95 |
115 |
25 |
235 |
185 |
160 |
135 |
120 |
150 |
35 |
285 |
225 |
190 |
160 |
150 |
175 |
50 |
360 |
270 |
235 |
200 |
180 |
215 |
70 |
440 |
325 |
285 |
245 |
215 |
265 |
95 |
520 |
380 |
340 |
295 |
265 |
310 |
120 |
595 |
435 |
390 |
340 |
310 |
350 |
150 |
675 |
500 |
435 |
390 |
355 |
395 |
185 |
755 |
- |
490 |
440 |
400 |
450 |
240 |
880 |
- |
570 |
510 |
460 |
- |
300 |
1000 |
- |
- |
- |
- |
- |
400 |
1220 |
- |
- |
- |
- |
- |
500 |
1400 |
- |
- |
- |
- |
- |
625 |
1520 |
- |
- |
|
- |
- |
800 |
1700 |
- |
- |
- |
- |
- |
Cədvəl 13
Mis
damarlı yağkanifol və axmayan kütlə ilə
hopdurulmuş kağız izolyasiyalı, qurğuşun örtüklü,
suda yerləşdirilən kabellər üçün uzunmüddətli
buraxılabilən cərəyan
Cərəyankeçirici
damarın en kəsiyi, mm2 |
Cərəyan, A,
kabellər üçün |
|||
üçdamarlı, gərginliyi,
kV |
1 kV-dək dörddamarlı |
|||
3-dək |
6 |
10 |
||
16 |
- |
135 |
120 |
- |
25 |
210 |
170 |
150 |
195 |
35 |
250 |
205 |
180 |
230 |
50 |
305 |
255 |
220 |
285 |
70 |
375 |
310 |
275 |
350 |
95 |
440 |
375 |
340 |
410 |
120 |
505 |
430 |
395 |
470 |
150 |
565 |
500 |
450 |
- |