“Elektrik
qurğularının quraşdırılması
Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Elektrik və
istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin
həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204
nömrəli
Fərmanının 2.3.1-ci yarımbəndinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara
alır:
1. “Elektrik
qurğularının quraşdırılması Qaydası” təsdiq
edilsin (əlavə olunur).
2. Bu Qərar
dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə
minir.
Əli
ƏSƏDOV,
Azərbaycan
Respublikasının Baş naziri
Bakı
şəhəri, 11 fevral 2020-ci il
№ 40
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci
il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmişdir. |
Elektrik
qurğularının quraşdırılması
QAYDASI
Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16
iyul tarixli 204 nömrəli Fərmanının 2.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə
hazırlanmışdır və Azərbaycan
Respublikasında elektrik qurğularının
quraşdırılması üzrə münasibətləri
tənzimləyir.
1. Elektrik qurğularına aid tələblər
1.1. Ümumi
müddəalar
1.1.1. Bu Qayda elektrik qurğularının işinin
etibarlılığını və təhlükəsizliyini
təmin etmək üçün elektrik
qurğularının quraşdırılması
qaydalarını və normalarını müəyyənləşdirir,
yeni istismara verilən və yenidənqurmadan sonra istismara verilən
500 kV-dək gərginlikli sabit və dəyişən cərəyanlı
elektrik qurğularına şamil olunur.
1.1.2. Xüsusi elektrik qurğularının
quraşdırılmasına dair tələblər bu
Qaydanın 7-ci hissəsində verilmişdir.
1.1.3. Bu Qaydanın yenidənqurma işləri aparılan
elektrik qurğularına aid tələbləri, elektrik
qurğularının yalnız yenidənqurulan hissələrinə
şamil olunur.
1.1.4. Bu Qaydanın 7-ci hissəsində göstərilməyən
xüsusi elektrik qurğularının
quraşdırılması digər texniki normativ sənədlərlə
nizamlanmalıdır.
1.1.5. Bu Qaydada “-dan”, “-dən” və “-dək” şəkilçiləri
“daxil olmaqla” ifadəsini ehtiva edir.
1.1.6. Bu Qaydanın yenidənqurmaya məruz qalan elektrik
qurğularına aid tələbləri, elektrik
qurğularının yalnız yenidənqurmaya məruz qalan
hissələrinə şamil olunur.
1.1.7. Bu Qayda quraşdırılması müvafiq
dövlət standartları ilə tənzimlənən və
siyahısı səlahiyyətli nəzarət qurumu tərəfindən
müəyyən edilən xüsusi elektrik
qurğularının quraşdırılmasına şamil
olunmur.
1.1.8. Bu Qaydanın analogiya üzrə tətbiqi məsələsi
səlahiyyətli nəzarət qurumu tərəfindən həll
edilir.
1.1.9. Bu Qaydanın tətbiqi barədə şikayətlərə
səlahiyyətli nəzarət qurumu tərəfindən
baxılır. Səlahiyyətli nəzarət qurumunun qərarından
müvafiq inzibati məhkəməyə şikayət verilə bilər.[1]
1.2. Elektrik
qurğularının quruluşu üzrə ümumi tələblər
1.2.1. Elektrik qurğularında tətbiq edilən elektrik
avadanlıqları, elektrotexniki məmulatlar və materiallar Azərbaycan
Respublikasının standartlaşma haqqında qanunvericiliyinə
uyğun olaraq qəbul edilmiş standartlar, habelə qanunvericiliyə
əsaslanaraq təsdiq edilmiş texniki şərtlərin tələblərinə
uyğun olmalıdırlar.
1.2.2. Tətbiq edilən maşınların,
aparatların, cihazların və digər elektrik
avadanlıqların, həmçinin kabellərin və naqillərin
konstruksiyası, icrası, quraşdırılma üsulu,
izolyasiyasının sinifi və xarakteristikaları şəbəkə
və ya elektrik qurğusunun parametrlərinə, iş rejimlərinə,
ətraf mühit şəraitinə və bu Qaydanın tələblərinə
uyğun olmalıdırlar.
1.2.3. Elektrik qurğuları və onlarla əlaqəli
konstruksiyalar ətraf mühitin təsirinə qarşı
davamlı olmalı və ya bu təsirdən mühafizə
olunmalıdırlar.
1.2.4. Elektrik qurğuları küy, titrəyiş,
elektrik və maqnit sahələrinin gərginliyi, elektromaqnit
uyğunluğuna görə ətraf mühitin qorunması
üzrə qüvvədə olan normativ sənədlərin və
standartların tələblərinə cavab verməlidir.
1.2.5. Elektrik qurğularının tikinti və
sanitar-texniki hissələri (binanın və onun elementlərinin
konstruksiyası, isitmə, havalandırma, su təchizatı və
s.) mövcud tikinti normaları və qaydalarına (TN və Q)
müvafiq olaraq, bu Qaydada verilən əlavə tələblərə
mütləq şəkildə əməl olunmaqla yerinə
yetirilməlidir.
1.2.6. Elektrik qurğularının təsirindən
mühafizə üçün, sənaye radiomaneələrinin
buraxılabilən normalarının və rabitə, dəmir
yol siqnalizasiyası və telemexanika cihazlarının, elektrik
ötürülməsi xətlərinin təhlükəli və
əngəl yaradan təsirindən mühafizə
qaydalarının tələblərinə müvafiq olaraq tədbirlər
nəzərdə tutulmalıdır.
1.2.7. Elektrik qurğularında kimyəvi maddələrin,
yağların, zibilin, texniki suların və s.
tullantılarının toplanması və kənarlaşdırılması
nəzərdə tutulmalıdır. Ətraf mühitin
mühafizəsi tələblərinə uyğun olaraq,
göstərilən tullantıların ətraf mühitə
(su hövzələrinə, leysan sularının
axıdılma sisteminə, yarğanlara və s.)
atılması, həmçinin, belə tullantıların
saxlanması üçün nəzərdə tutulmayan ərazilərə
atılma mümkünlüyü istisna olunmalıdır.
1.2.8. Elektrik qurğularının sxemlərinin, tərtibatlarının
və konstruksiyalarının layihələndirilməsi və
seçilməsi, təhlükəsiz xidmətin təmin edilməsi
tələbləri, etibarlı sxemlərin tətbiq edilməsi,
yeni texnikanın, enerji və maddi ehtiyatlara qənaət
texnologiyalarının tətbiqi, istismar təcrübəsi nəzərə
alınmaqla, variantların texniki-iqtisadi müqayisəsi əsasında
yerinə yetirilməlidir.
1.2.9. Elektrik korroziyası və ya torpaq korroziyası təhlükəsi
yarandıqda tikililərin, avadanlıqların, boru kəmərlərinin
və digər yeraltı kommunikasiyaların mühafizəsi
üzrə tədbirlər nəzərdə
tutulmalıdır.
1.2.10. Elektrik qurğularında müxtəlif elementlərə
aid hissələrin asan tanınması
mümkünlüyü təmin edilməlidir (sxemlərin sadəliyi
və aydınlığı, avadanlığın
düzgün yerləşdirilməsi, yazılar, nişanlama,
rəngləmə).
1.2.11. Ayrı-ayrı izolə olunmuş və ya izolə
olunmamış naqillərin rəngli və ya rəqəmli
işarələnməsi üçün, “Naqillərin rənglər
və ya rəqəmlər üzrə identifikasiyası”
normativ sənədinə uyğun olaraq, rənglər və rəqəmlərdən
istifadə olunmalıdır.
1.2.12. Bütün elektrik qurğularında qoruyucu
torpaqlama naqilləri, həmçinin birbaşa
torpaqlanmış neytral ilə 1 kV-dək gərginlikli elektrik
qurğularında sıfır qoruyucu naqilləri, o cümlədən,
şinlər PE hərfli
işarəyə malik olmalıdırlar və eyni endə olan
(şinlər üçün 15-dən 100 mm-dək) sarı
və yaşıl rəngli uzununa və ya eninə
ardıcıl olaraq bir-birini əvəzləyən zolaqlara
malik olmalıdırlar.
1.2.13. Sıfır işçi (neytral) naqillər N hərfi və mavi rəng ilə
işarələnirlər. Birləşdirilmiş
sıfır qoruyucu və sıfır işçi naqilləri
PEN hərf işarələnməsinə
və bütün uzunluğu boyu mavi rəng və sonlardada
sarı-yaşıl zolaqlı rəng işarələnməsinə
malik olmalıdırlar.
1.2.14. Eyni adlı şinlərin hərf-rəqəm və
rəng işarələri, hər bir elektrik qurğusunda eyni
olmalıdır.
1.2.15. Şinlər aşağıdakı kimi işarələnməlidirlər:
a) üçfazalı dəyişən cərəyanda:
A fazasının şini – sarı, B fazasının şini –
yaşıl, C fazasının şini – qırmızı rənglərlə;
b) birfazalı dəyişən cərəyanda qida mənbəyinin
dolağının sonuna birləşdirilmiş B şini
qırmızı rənglə, qida mənbəyinin
dolağının başlanğıcına birləşdirilmiş
A şini – sarı rənglə.
1.2.16. Birfazalı cərəyan şinləri,
əgər onlar üçfazalı sistem şinlərdən
budaqlanmalıdırlarsa, müvafiq üçfazalı cərəyanın
şinləri kimi işarələnirlər.
Sabit cərəyan olduqda: müsbət
(+) şin – qırmızı rənglə, mənfi (-) şin
– göy rənglə və sıfır işçi M şin
– mavi rənglə işarələnirlər.
Rəngli işarələmə daha
intensiv soyutma və ya antikorroziya mühafizəsi
üçün də nəzərdə tutulduğu halda,
şinin bütün uzunluğu boyu yerinə yetirilməlidir.
1.2.17. Şinlərdə, şinin
bütün uzunluğu boyu rəngli işarələmə
yerinə yetirməməklə, birləşmə yerlərində
yalnız rəngli və ya hərfli-rəqəmli işarələmə,
ya da birgə rəngli və hərfli-rəqəmli işarələmə
etməyə icazə verilir. Əgər izolə
olunmamış şinlər, gərginlik altında olduğu
dövrdə, baxış üçün əlçatmazdırlarsa,
onları işarələməməyə icazə verilir. Bu
halda elektrik qurğusuna xidmət zamanı aydınlıq və
təhlükəsizlik dərəcələri
azalmamalıdır.
1.2.18. Şinlərin paylayıcı
qurğularda (bir tərəfli xidmətli komplekt yığma
yuvalardan (KYY) və 6-10 kV-luq komplekt paylayıcı
qurğulardan (KPQ), həmçinin zavod istehsalı olan 0,4-0,69
kV-luq panellərdən başqa) “düz” və ya “kənarı
üzərində” yerləşdirilmə zamanı
aşağıdakı şərtlərə riayət etmək
lazımdır:
1.2.19. Gərginliyi 6-220 kV olan
paylayıcı qurğularda, üçfazalı dəyişən
cərayanda yığma və dolayı şinləri, həmçinin
bütün növ bölmə şinləri
aşağıdakı tələblər üzrə yerləşməlidirlər:
Üfüqi yerləşmədə:
a) biri o birinin altında: yuxarıdan
aşağıya A-B-C;
b) biri-birinin ardınca, maili və ya
üçbucaq şəklində: ən uzaqda olan şin – A,
ortada olan – B, xidmət dəhlizinə ən yaxın olan – C;
Şaquli yerləşmədə (bir
müstəvidə və ya üçbucaq şəklində):
a) soldan sağa A-B-C və ya ən
uzaqdakı şin – A, ortada olan – B, xidmət dəhlizinə ən
yaxın olan – C;
b) yığma şinlərdən
budaqlanmalar, əgər şinlərə xidmət dəhlizindən
baxılırsa (üç dəhliz olduqda – mərkəzdən):
Üfüqi yerləşmədə:
a) soldan sağa A-B-C;
b) şaquli yerləşmədə (bir
müstəvidə və ya üçbucaqlı): yuxarıdan
aşağıya A-B-C.
1.2.20. Gərginliyi 1 kV-dək olan elektrik
qurğularında beş və dörd naqilli
üçfazalı dəyişən cərəyan dövrələrində
şinlər aşağıdakı kimi yerləşməlidirlər:
Üfüqi yerləşmədə:
a) biri o birinin altında: yuxarıdan
aşağıya A-B-C-N-PE (PEN);
b) biri o birinin ardınca: ən uzaqda olan
şin A, sonra B-C-N fazaları, xidmət dəhlizinə
ən yaxın olan – PE (PEN);
Şaquli yerləşmədə:
a) soldan sağa A-B-C-N-PE (PEN) və
ya ən uzaqda olan şin A, sonra – B-C-N fazaları, xidmət dəhlizinə
ən yaxın olan – PE (PEN);
Yığma şinlərdən
budaqlanmalar, əgər şinlərə xidmət dəhlizindən
baxılarsa:
a) üfüqi yerləşmədə:
soldan sağa A-B-C-N-PE (PEN);
b) şaquli yerləşmədə:
yuxarıdan aşağıya A-B-C-N-PE
(PEN).
1.2.21. Sabit cərəyanda şinlər
aşağıdakı kimi yerləşməlidirlər:
a) yığma şinlər şaquli
yerləşdirildikdə: yuxarıda – M, ortada (-),
aşağıda (+);
b) yığma şinlər üfüqi
yerləşdirildikdə: ən uzaqda olan M, ortada (-) və ən
yaxında olan (+), əgər şinlərə xidmət dəhlizindən
baxılarsa;
c) yığma şinlərdən
budaqlanmalar: sol şin M, ortada (-), sağda (+), əgər
şinlərə xidmət dəhlizindən baxdıqda.
Elektrik qurğusunun nəzərə
çarpacaq dərəcədə mürəkkəbləşməsi
ilə əlaqəli olan hallarda (məsələn, hava elektrik
verilişi xətlərinin naqillərinin transpozisiyası
üçün yarımstansiyanın
yaxınlığında xüsusi dayaqların
quraşdırılması zərurəti əmələ gəldiyi)
və ya yarımstansiyada iki və ya daha çox pilləli
transformasiyadan istifadə olunduğu hallarda, 1.1.2.19 – 1.1.2.21-ci
yarımbəndlərdə göstərilən tələblərdən
kənara çıxmağa icazə verilir.
1.2.22. Elektrik təhlükəsizliyi
şərtləri üzrə elektrik qurğuları 1 kV-dək
gərginlikli elektrik qurğularına və 1 kV-dan yuxarı gərginlikli
elektrik qurğularına (gərginliyin təsiredici qiyməti
üzrə) bölünürlər.
1.2.23. Gərginliyi 1 kV-dək olan
qurğular yerləşən elektrik otaqlarında, toxunmaya
mühafizə olmadan, izolə olunmamış və izolə
olunmuş cərəyan daşıyan hissələrin istifadəsinə
icazə verilir, o şərtlə ki, yerli şərtlərdə
belə bir mühafizə hər hansı digər məqsəd
üçün zəruri deyildirsə (məsələn,
mexaniki təsirlərdən mühafizə üçün).
Bu zaman toxunulması mümkün olan hissələr elə yerləşdirilməlidir
ki, normal xidmət zamanı onlara toxunma təhlükəsi
yaranmasın.
1.2.24. Yaşayış, ictimai və digər
məntəqələrdə cərəyan daşıyan hissələrin
çəpərlənməsi və bağlanması
üçün xidmət edən qurğular bütöv
olmalıdırlar; ancaq ixtisaslı heyətin daxil olma
hüququ olan otaqlarda yerləşməlidirlər, bu
qurğular bütöv, tor şəklində və ya dəlikli
ola bilərlər.
1.2.25. Çəpərləyici və
bağlayıcı qurğular elə
hazırlanmalıdırlar ki, onları yalnız açarlar və
alətlərin köməyi ilə çıxarmaq və
açmaq mümkün olsun.
1.2.26. Gərginlik 1 kV-dan artıq olduqda
metal çəpərləyici və bağlayıcı
qurğuların qalınlığı 1mm-dən az
olmamalıdır.
1.2.27. Xidmət heyətinin və kənar
şəxslərin təhlükəsizliyi 1.7-ci bənddə
nəzərdə tutulmuş mühafizə tədbirləri, həmçinin
aşağıdakı tədbirləri yerinə yetirməklə
təmin olunmalıdır:
a) cərəyandaşıyan hissələrə
kimi müvafiq məsafəyə riayət etməklə və
ya cərəyandaşıyan hissələrin çəpərləmək,
bağlamaqla;
b) aparatlara və çəpərləyici
qurğulara bloklama tətbiq etməklə səhv əməliyyatlar
və cərəyandaşıyan hissələrə
toxunmanı aradan qaldırmaqla;
c) xəbərdaredici siqnallamadan,
yazılardan və plakatlardan istifadə etməklə;
ç) elektrik və maqnit sahələrinin
induktivliyini buraxılabilən qiymətlərə kimi azaltmaq
üçün qurğular tətbiq etməklə;
e) mühafizə vasitələri və
alətlərindən, o cümlədən, induktivliyi
buraxılabilən normadan yuxarı olan elektrik və maqnit sahələrinin
təsirlərindən mühafizə üçün vasitələrdən
istifadə etməklə.
1.2.28. Xidmət heyətini elektrik cərəyanı
ilə zədələnməkdən, elektrik
qövsünün təsirindən və s. mühafizə etmək
üçün, bütün elektrik qurğuları,
mühafizə vasitələri ilə, həmçinin,
“Elektrik qurğularında istifadə olunan mühafizə vasitələrinin
tətbiqi və sınağı Qaydaları”na müvafiq
olaraq, ilkin yardım vasitələri ilə təchiz
olunmalıdırlar.
1.2.29. Elektrik qurğularının
yanğın və partlayış təhlükəsizliyi
2.5-ci və 7.4-cü bəndlərində göstərilən
tələblərin yerinə yetirilməsi ilə təmin
edilməlidir.
1.2.30. Elektrik qurğuları istismara təhvil
verilərkən mövcud normativ tələblərə cavab
verən yanğın əleyhinə vasitələr və
inventarlarla təmin olunmalıdırlar.
1.2.31. Yeni tikilən və yenidənqurulan
elektrik qurğuları və onlarda quraşdırılan
elektrik avadanlığı təhvil-təslim
sınaqlarından keçməlidirlər.
1.2.32. Yeni tikilən və yenidənqurulan
elektrik qurğuları, yalnız mövcud normativ tələblərə
uyğun olaraq, onların qəbul edilməsindən sonra sənaye
istismarına buraxılır.
1.3. Elektrik təchizatı və elektrik şəbəkələri
1.3.1. Tətbiq sahələri
və ümumi tələblər
1.3.1.1. Bu bənd bütün elektrik təchizatı
sistemlərinə şamil edilir.
1.3.1.2. Yeraltı, dartıcı və digər xüsusi
qurğuların elektrik təchizatı sistemləri bu bənddəki
tələblərdən əlavə olaraq, həmçinin
xüsusi qaydaların tələblərinə uyğun
olmalıdırlar.
1.3.1.3. Elektrik təchizatı sistemlərinin layihələndirilməsində
və elektrik qurğularının yenidənqurulmasında
aşağıdakı məsələlərə
baxılmalıdır:
a) enerji sistemin və elektrik təchizat sisteminin yeni tikilən
elektrik şəbəkələrinin mövcud olanlarla və
yeni tikilən digər gərginlik sinifli şəbəkələrlə
səmərəli uyğunluğu nəzərə
alınmaqla perspektiv inkişafı;
b) mənsubiyyətindən asılı olmayaraq, elektrik
şəbəkələrinin fəaliyyət zonasında yerləşən
bütün elektrik enerjisi istehlakçılarının
kompleks mərkəzləşdirilmiş elektrik təchizatının
təmin olunması;
c) QQ (qısaqapanma) cərəyanlarının perspektivdə
müəyyən edilmiş sərhəd səviyyələri
ilə məhdudlaşdırılması;
ç) elektrik enerjisi itkilərinin aşağı
salınması;
d) qəbul edilən qərarların ətraf mühitin
mühafizəsi şərtlərinə uyğun olması.
Bu zaman texnoloji ehtiyatın yaradılması imkanları və
məqsədəuyğunluğu nəzərə alınmaqla
daxili və xarici elektrik təchizatına kompleks şəkildə
baxılmalıdır.
1.3.1.4. Ehtiyat yaratma məsələlərinin həllində
elektrik qurğularının elementlərinin ifrat yüklənmə
qabiliyyətini, həmçinin texnoloji avadanlıqda
ehtiyatın mövcudluğunu nəzərə almaq
lazımdır.
1.3.1.5. Elektrik təchizatı sisteminin inkişafı məsələlərinin
həllində təmir, qəza və qəzadan sonrakı
rejimlər nəzərə alınmalıdır.
1.3.1.6. Enerji sistemin obyektləri sayılan müstəqil
qarşılıqlı ehtiyat qida mənbələrini
seçərkən, enerji sistemin hissələrində zədələnmələr
zamanı rele mühafizəsi və avtomatikanın işləmə
müddətində, eyni vaxtda asılı gərginliyin
qısamüddətli aşağı düşməsi və
ya tam yox olması ehtimalını, həmçinin
ağır sistem qəzaları zamanı bu qida mənbələrində
eyni vaxtda uzunmüddətli gərginlik itməsini nəzərə
almaq lazımdır.
1.3.1.7. Bu Qaydanın 1.3.1.3–1.3.1.6-cı yarımbəndlərinin
tələbləri enerji sistemin və elektrik təchizatı
sistemlərinin bütün inkişaf mərhələlərində
nəzərə alınmalıdır.
1.3.1.8. Elektrik şəbəkələrinin layihələndirilməsi
onlara edilən xidmətin forması nəzərə
alınmaqla yerinə yetirilməlidir (daimi növbətçilik,
evdən icra olunan növbətçilik, səyyar briqadalar və
s.).
1.3.1.9. Gərginliyi 2-35 kV olan elektrik şəbəkələrinin
işi həm izolə olunmuş neytralla, həm də
qövssöndürücü reaktor və ya rezistor vasitəsilə
torpaqlanmış neytralla nəzərdə tutula bilər.
1.3.1.10. Yerlə qapanma tutum cərəyanının
kompensasiyası bu cərəyanın normal rejimdə
aşağıdakı qiymətlərində tətbiq edilməlidir:
Hava elektrik ötürülməsi xətlərində dəmir-beton
və metal dayaqları olan 3-20 kV gərginlikli şəbəkələrdə
və 35 kV gərginlikli bütün şəbəkələrdə
–10 A-dan yuxarı;
Hava elektrik ötürülməsi xətlərində dəmir-beton
və metal dayaqları olmayan şəbəkələrdə:
a) 3-6 kV gərginlikdə – 30 A-dan yuxarı;
b) 10 kV gərginlikdə – 20 A-dan yuxarı;
c) 15-20 kV gərginlikdə – 15 A-dan yuxarı.
Generator-transformator bloklarının 6-20 kV generator gərginlikli
sxemlərində – 5A-dan yuxarı.
1.3.1.11. Yerəqapanma cərəyanı 50 A-dan çox
olduqda ən azı iki torpaqlayıcı reaktordan istifadə
tövsiyə olunur.
1.3.1.12. Gərginliyi 110 kV olan elektrik şəbəkələrinin
işləməsi, həm birbaşa torpaqlanmış, həm
də effektiv torpaqlanmış neytralla nəzərdə tutula
bilər.
1.3.1.13. Gərginliyi 220 kV və daha artıq olan elektrik
şəbəkələri yalnız birbaşa
torpaqlanmış neytralla işləməlidirlər.
1.3.2. Elektrik qəbuledicilərinin
kateqoriyaları və elektrik təchizatın
etibarlığının təmin edilməsi
1.3.2.1. Elektrik qəbuledicilərinin elektrik təchizatının
etibarlılığı üzrə kateqoriyaları elektrik təchizatı
sisteminin layihələndirilməsi prosesində normativ sənədlər,
həmçinin layihənin texnoloji hissəsi əsasında təyin
edilir.
1.3.2.2. Elektrik təchizatının
etibarlılığının təmini baxımından
elektrik qəbulediciləri aşağıdakı üç
kateqoriyaya bölünürlər:
Birinci kateqoriyalı elektrik qəbulediciləri – elə elektrik qəbulediciləridir
ki, onların elektrik təchizatındakı fasilə
insanların həyatı, dövlətin təhlükəsizliyi
üçün təhlükənin yaranmasına, xeyli dərəcədə
maddi ziyanın dəyməsinə, mürəkkəb texnoloji
prosesin, kommunal təsərrüfatın xüsusi vacib elementlərinin,
rabitə və televiziya obyektlərinin fəaliyyətinin
pozulmasına səbəb ola bilər.
Birinci kateqoriyalı elektrik qəbuledicilərinin tərkibindən
xüsusi qrup elektrik qəbulediciləri
ayrılır ki, insanların həyatına olan təhlükənin,
partlayışların və yanğınların
qarşısının alınması məqsədilə
istehsalatın qəzasız dayandırılması
üçün onların fasiləsiz işi zəruridir.
İkinci kateqoriyalı elektrik qəbulediciləri – elə elektrik qəbulediciləridir
ki, onların elektrik təchizatındakı fasilə kütləvi
miqdarda məhsul buraxılmamasına, işçilərin,
mexanizmlərin və sənaye nəqliyyatının kütləvi
boş dayanmasına, böyük sayda şəhər və kənd
sakinlərinin normal fəaliyyətinin pozulmasına gətirib
çıxarır.
Üçüncü kateqoriyalı elektrik qəbulediciləri – birinci və ikinci kateqoriyaya
aid olmayan bütün elektrik qəbulediciləri.
1.3.2.3. Normal rejimdə birinci kateqoriya elektrik qəbulediciləri
elektrik enerjisi ilə iki müstəqil,
qarşılıqlı ehtiyatda olan qidalandırıcı mənbələrdən
təmin edilməlidir və qida mənbələrindən
birindən elektrik təchizatındakı pozuntu zamanı
onların elektrik təchizatındakı fasiləyə
yalnız qidalanmanın avtomatik bərpası müddətinə
yol verilə bilər.
Birinci kateqoriyalı xüsusi qrup elektrik qəbuledicilərinin
elektrik təchizatı üçün
qarşılıqlı ehtiyatda olan ikinci müstəqil qida mənbəyindən
əlavə qidalanma nəzərdə tutulmalıdır.
Xüsusi qrup elektrik qəbulediciləri üçün
üçüncü müstəqil qida mənbəyi və
birinci kateqoriya digər elektrik qəbulediciləri
üçün ikinci müstəqil qida mənbəyi kimi
yerli elektrik stansiyaları, enerjisistemin elektrik stansiyaları
(xüsusi halda, generator gərginlikli şinlər), bu məqsədlər
üçün nəzərdə tutulan fasiləsiz qidalanma
aqreqatları, akkumulyator batareyaları və s. istifadə oluna
bilər.
Əgər elektrik təchizatının
ehtiyatlandırılması ilə texnoloji prosesin fasiləsizliyini
təmin etmək olmursa və ya əgər elektrik təchizatını
ehtiyatlandırma iqtisadi cəhətdən məqsədəuyğun
deyilsə, texnoloji ehtiyatlandırma yerinə yetirilməlidir. Məsələn,
elektrik təchizatının pozulması zamanı fəaliyyət
göstərən, qarşılıqlı ehtiyatda olan
texnoloji aqreqatların, texnoloji prosesi qəzasız
dayandıran xüsusi qurğulardan istifadə etməklə.
Xüsusilə mürəkkəb, fasiləsiz texnoloji
prosesli, normal rejiminin bərpasına uzun müddət tələb
olunan birinci kateqoriyalı elektrik qəbuledicilərinin elektrik
təchizatının texniki-iqtisadi əsaslandırılması
olduğu halda, qarşılıqlı ehtiyatda olan iki müstəqil
qida mənbəyindən yerinə yetirilməsi tövsiyə
olunur, hansılara ki, texnoloji prosesin xüsusiyyətləri ilə
müəyyənləşdirilən əlavə tələblər
irəli sürülür.
1.3.2.4. İkinci kateqoriya elektrik qəbulediciləri normal
rejimdə qarşılıqlı ehtiyatda olan iki müstəqil
qida mənbəyindən elektrik enerjisi ilə təmin edilməlidir.
İkinci kateqoriya elektrik qəbulediciləri
üçün qida mənbələrindən birində
elektrik təchizatındakı pozulması, ehtiyat
qidalanmanın növbətçi heyət və ya səyyar
operativ briqada tərəfindən qoşulması müddətinə
yol veriləndir.
1.3.2.5. Üçüncü kateqoriya elektrik qəbuledicilərinin
elektrik təchizatı bir qida mənbəyindən yerinə
yetirilə bilər, o şərtlə ki, elektrik təchizatı
sistemindəki zədələnmiş elementin təmiri və
ya dəyişdirilməsi üçün tələb olunan
elektrik təchizatındakı fasilələr bir gündən
artıq olmasın.
1.3.3.
Gərginliyin səviyyələri və tənzimlənməsi,
reaktiv gücün kompensasiyası
1.3.3.1. Elektrik şəbəkələri
üçün müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin
tələblərinə cavab verən, elektrik enerjisinin keyfiyyətinin
təmini üzrə texniki tədbirlər nəzərdə
tutulmalıdır.
1.3.3.2. Gərginliyi tənzimləmə qurğuları,
elektrik stansiyası və yarımstansiyaların
paylayıcı şəbəkələr qoşulmuş 3-20
kV gərginlikli şinlərində, gərginliyin, bu şəbəkələrin
ən böyük yüklənmə dövründə
nominalın 105%-indən aşağı olmayan və ən az
yüklənmə dövründə nominalın 100%-indən
yuxarı olmayan həddində saxlanılmasını təmin
etməlidir. Gərginliyin göstərilən səviyyələrdən
kənara çıxması əsaslandırılmalıdır.
1.3.3.3. Elektrik şəbəkələrində reaktiv
gücün kompensasiyası qurğularının seçilməsi
və yerləşdirilməsi, normal və qəzadan
sonrakı rejimlərdə gərginliyin texniki tələblərə
uyğun səviyyəsinin və dayanıqlıq
ehtiyatının saxlanılmasında şəbəkənin tələb
olunan buraxma qabiliyyətinin təmin edilməsi zərurəti
nəzərə alınmaqla yerinə yetirilir.
1.4. Naqillərin
seçilməsi qaydası
1.4.1. Naqillərin
qızmaya, cərəyanın iqtisadi sıxlığına və
taclanma şərtlərinə görə seçilməsi
1.4.1.1. Bu bənd elektrik naqillərinin (izolyasiyasız və
izolyasiyalı naqillər, kabellər və şinlər) en kəsiyinin
qızmaya, cərəyanın iqtisadi sıxlığına və
taclanma şərtlərinə görə seçilməsinə
şamil edilir. Əgər bu şərtlərlə seçilən
naqilin en kəsiyi digər şərtlərin (QQ cərəyanlarının
termiki və elektrodinamiki dayanıqlığı, gərginlik
itkiləri və normadan kənara çıxmalar, mexaniki
möhkəmlik, ifrat yüklənmədən mühafizə)
tələb etdiyi en kəsiyindən kiçik olarsa, onda bu
şərtlərlə tələb olunan ən böyük en
kəsiyi qəbul olunmalıdır.
1.4.2.
Naqillərin en kəsiklərinin qızmaya görə
seçilməsi
1.4.2.1. İstənilən təyinatlı naqillər nəinki
normal, həm də qəzadan sonrakı rejimlər, həmçinin
təmir dövrü və xətlər, şin bölmələri
və s. arasında cərəyanın qeyri-bərabər
paylanması mümkün olan rejimləri nəzərə
alınmaqla, buraxılabilən qızmanın son həddinə
olan tələbləri ödəməlidirlər. Qızmaya
yoxlamada yarımsaatlıq maksimal cərəyan, şəbəkənin
müvafiq elementinin orta yarımsaatlıq cərəyanlarından
ən böyüyü qəbul edilir.
1.4.2.2. Elektrik qəbuledicilərinin təkrar-qısamüddətli
və qısa müddətli iş rejimlərində
(dövrünün ümumi davamiyyəti 10 dəqiqəyədək
olan və iş dövrünün davamiyyəti 4 dəqiqədən
çox olmayan) naqillərin en kəsiyinin qızmaya görə
yoxlanılması üçün hesabat cərəyanı
qismində, uzunmüddətli rejimə gətirilmiş cərəyan
qəbul edilməlidir. Bu zaman:
a) 6 mm2-dək en kəsikli mis, 10mm2-dək
en kəsikli alüminium naqillər üçün,
uzunmüddətli iş rejimli qurğular üçün olan
cərəyan qəbul edilir;
b) 6 mm2-dən böyük en kəsikli mis, 10mm2-dən
böyük en kəsikli alüminium naqillər
üçün cərəyan, buraxılabilən uzunmüddətli
cərəyanın
1.4.2.3. Qoşulma davamiyyəti 4 dəqiqədən
çox olmayan və qoşulmalar arası fasilələri
naqillərin ətraf mühitin temperaturuna kimi soyuması
üçün yetərli olan qısamüddətli iş
rejimləri üçün ən böyük buraxılabilən
cərəyanları təkrar-qısamüddətli rejim
normaları üzrə müəyyən edilməlidir (bax
1.4.2.2-ci yarımbənd). Qoşulma müddəti 4 dəqiqədən
çox olduqda, həmçinin qoşulmalararası fasilələr
yetərli davamiyyətli olmadıqda ən böyük
buraxılabilən cərəyanları uzunmüddətli
iş rejimli qurğular üçün olduğu kimi müəyyən
etmək lazımdır.
1.4.2.4. Nominal yükdən az yüklənən,
hopdurulmuş kağız izolyasiyalı 10 kV-dək gərginlikli
kabellər üçün, qısamüddətli ifrat
yüklənmələr, Cədvəl 1-də göstərilib.
Cədvəl 1
10
kV-dək gərginlikli hopdurulmuş kağız izolyasiyalı
kabellər üçün buraxılabilən qısamüddətli
ifrat yüklənmə
İlkin yüklənmənin əmsalı |
Xətt çəkilişinin növü |
Nominala nisbətən yol verilən ifrat yüklənmə,
müddəti, saat |
||
0,5 |
1,0 |
3,0 |
||
0,6 |
Torpaqda Havada Boruların
içində (torpaqda) |
1,35 1,25 1,20 |
1,30 1,15 1,0 |
1,15 1,10 1,0 |
0,8 |
Torpaqda Havada Boruların
içində (torpaqda) |
1,20 1,15 1,10 |
1,15 1,10 1,05 |
1,10 1,05 1,00 |
1.4.2.5. Qəzadan sonrakı rejimin aradan
qaldırılması dövründə 5 gün ərzində,
əgər bu günlərin qalan vaxtlarında yükləmə
nominalı keçmirsə, gündə 6 saatdan çox
olmayan davamiyyətlə yükləmənin maksimumları
zamanı polietilen izolyasiyalı kabellər üçün
nominalın 10%-nə, polivinilxlorid izolyasiyalı kabellər
üçün isə nominalın 15%-dək ifrat yüklənmə
buraxılabiləndir.
Qəzadan sonrakı rejimin aradan qaldırılması
dövründə kağız izolyasiyalı 10 kV-dək gərginlikli
kabellər üçün, Cədvəl 2-də göstərilən
hədlərdə 5 gün ərzində ifrat yüklənmə
yol veriləndir.
15 ildən çox istismarda olan kabel xətləri
üçün ifrat yüklənmələr 10%
azaldılmalıdır.
Gərginliyi 20 – 35 kV olan kabel xətlərində ifrat
yüklənmə yolverilməzdir.
1.4.2.6. Normal yüklənmələrə və qəzadan
sonrakı ifrat yüklənmələrə olan tələblər
kabellərə və onlarda quraşdırılmış birləşdirici
və sonluq muftalarına və sonluq kipləndirilmələrinə
aiddir.
Cədvəl
2
10 kV-dək gərginlikli
kağız izolyasiyalı kabellər üçün qəzadan
sonrakı rejimin aradan qaldırılması dövründə
buraxılabilən ifrat yüklənmə
İlkin yüklənmənin əmsalı |
Xətt çəkilişinin növü |
Maksimum uzun müddətli olduqda, nominala nisbətən yolverilən
ifrat yüklənmə müddəti, saat |
||
1 |
3 |
6 |
||
0,6 |
Torpaqda Havada Boruların
içində (torpaqda) |
1,5 1,35 1,30 |
1,35 1,25 1,20 |
1,25 1,25 1,15 |
0,8 |
Torpaqda Havada Boruların
içində (torpaqda) |
1,35 1,30 1,20 |
1,25 1,25 1,15 |
1,20 1,25 1,10 |
1.4.2.7. Dördnaqilli üçfazalı cərəyan
sistemində sıfır işçi naqilləri faza naqillərinin
keçiriciliyinin 50%-indən az olmayan keçiriciliyə malik
olmalıdırlar, zəruri hallarda isə onların
keçiriciliyi faza naqillərinin keçiriciliyinin 100%-nə
kimi artırılmalıdır.
1.4.2.8. Temperaturu yuxarıda verilənlərdən əsaslı
dərəcədə fərqlənən mühitdə yerləşdirilmiş
kabellərin, izolə olunmamış və izolə olunmuş
naqillərin və şinlərin, həmçinin sərt və
elastik cərəyandaşıyıcılarının
uzunmüddətli buraxılabilən cərəyanlarının
müəyyən edilməsi üçün Cədvəl 3-də
verilən əmsallar tətbiq edilməlidir.
Cədvəl 3
Torpağın və
havanın temperaturundan asılı olaraq kabellər, izolə
olunmamış və izolə olunmuş naqil və şinlər
üçün cərəyanların təshihedici əmsalları
Mühitin şərti tempera-turu, oC |
Damarın normalaş- dırılmış tempe-raturu, oC |
Mühitin hesabı temperaturunda cərayanların təshihedici
əmsalları, oC |
|||||||||||
-5 və aşağı |
0 |
+55 |
+10 |
+15 |
+20 |
+25 |
+30 |
+35 |
+40 |
+45 |
+50 |
||
15 |
80 |
1,14 |
1,11 |
1,08 |
1,04 |
1,00 |
0,96 |
0,92 |
0,88 |
0,83 |
0,78 |
0,73 |
0,68 |
25 |
80 |
1,24 |
1,20 |
1,17 |
1,13 |
1,09 |
1,04 |
1,00 |
0,95 |
0,90 |
0,85 |
0,80 |
0,74 |
25 |
70 |
1,29 |
1,24 |
1,20 |
1,15 |
1,11 |
1,05 |
1,00 |
0,94 |
0,88 |
0,81 |
0,74 |
0,67 |
15 |
65 |
1,18 |
1,14 |
1,10 |
1,05 |
1,00 |
0,95 |
0,89 |
0,84 |
0,77 |
0,71 |
0,63 |
0,55 |
25 |
65 |
1,32 |
1,27 |
1,22 |
1,17 |
1,12 |
1,06 |
1,00 |
0,94 |
0,87 |
0,79 |
0,71 |
0,61 |
15 |
60 |
1,20 |
1,15 |
1,12 |
1,06 |
1,00 |
0,94 |
0,88 |
0,82 |
0,75 |
0,67 |
0,57 |
0,47 |
25 |
60 |
1,36 |
1,31 |
1,25 |
1,20 |
1,13 |
1,07 |
1,00 |
0,93 |
0,85 |
0,76 |
0,66 |
0,54 |
15 |
55 |
1,22 |
1,17 |
1,12 |
1,07 |
1,00 |
0,93 |
0,86 |
0,79 |
0,71 |
0,61 |
0,50 |
0,36 |
25 |
55 |
1,41 |
1,35 |
1,29 |
1,23 |
1,15 |
1,08 |
1,00 |
0,91 |
0,82 |
0,71 |
0,58 |
0,41 |
15 |
50 |
1,25 |
1,20 |
1,14 |
1,07 |
1,00 |
0,93 |
0,84 |
0,76 |
0,66 |
0,54 |
0,37 |
- |
25 |
50 |
1,48 |
1,41 |
1,34 |
1,26 |
1,18 |
1,09 |
1,00 |
0,89 |
0,78 |
0,63 |
0,45 |
- |
1.4.3.
Rezin və ya plastik izolyasiyalı naqillər, elastik naqillər
və kabellər üçün uzunmüddətli
buraxılabilən cərəyanlar
1.4.3.1. Rezin və ya polivinilxlorid izolyasiyalı naqillər,
rezin izolyasiyalı elastik naqillər və rezin və ya plastik
izolyasiyalı qurğuşun, polivinilxlorid və rezin
üzlüklü kabellər üçün uzunmüddətli
buraxılabilən cərəyanlar Cədvəl 4-10-da
verilmişdir. Onlar damarların +65oC, ətraf
mühitin +25oC və torpağın +15oC
temperaturları üçün qəbul olunublar.
Bir boruda yerləşdirilən naqillərin (və ya
çoxdamarlı naqilin damarlarının) sayını müəyyən
edərkən, üçfazalı cərəyanın
dördnaqilli sisteminin sıfır işçi naqili, həmçinin
yerbirləşdirici və sıfır mühafizə naqilləri
hesaba alınmırlar.
Boruların sayından və onların yerləşmə
yerlərindən (havada, arakəsmələrdə,
bünövrələrdə) asılı olmayaraq Cədvəl
4-5-də təsbit edilmiş rəqəmlər tətbiq edilməlidir.
Cədvəl
4
Rezin
və polivinilxlorid izolyasiyalı, mis damarlı və elastik
naqillər üçün uzunmüddətli buraxılabilən
cərəyan
Cərəyan keçirici damarın en
kəsiyi,mm2 |
Naqillər üçün cərəyan,
A, yerləşmə yeri: |
|||||
açıq |
Bir boruda |
|||||
iki birdamarlı |
üç birdamarlı |
dörd birdamarlı |
bir ikidamarlı |
bir üçdamarlı |
||
0,5 |
11 |
- |
- |
- |
- |
- |
0,75 |
15 |
- |
- |
|
- |
- |
1 |
17 |
16 |
15 |
14 |
15 |
14 |
1,2 |
20 |
18 |
16 |
15 |
16 |
14,5 |
1,5 |
23 |
19 |
17 |
16 |
18 |
15 |
2 |
26 |
24 |
22 |
20 |
23 |
19 |
2,5 |
30 |
27 |
25 |
25 |
25 |
21 |
3 |
34 |
32 |
28 |
26 |
28 |
24 |
4 |
41 |
38 |
35 |
30 |
32 |
27 |
5 |
46 |
42 |
39 |
34 |
37 |
31 |
6 |
50 |
46 |
42 |
40 |
40 |
34 |
8 |
62 |
54 |
51 |
46 |
48 |
43 |
10 |
80 |
70 |
60 |
50 |
55 |
50 |
16 |
100 |
85 |
80 |
75 |
80 |
70 |
25 |
140 |
115 |
100 |
90 |
100 |
85 |
35 |
170 |
135 |
125 |
115 |
125 |
100 |
50 |
215 |
185 |
170 |
150 |
160 |
135 |
70 |
270 |
225 |
210 |
185 |
195 |
175 |
95 |
330 |
275 |
255 |
225 |
245 |
215 |
120 |
385 |
315 |
290 |
260 |
295 |
250 |
150 |
440 |
360 |
330 |
- |
- |
- |
185 |
510 |
- |
- |
- |
- |
- |
240 |
605 |
- |
- |
- |
- |
- |
300 |
695 |
- |
- |
- |
- |
- |
400 |
830 |
- |
- |
- |
- |
- |
Qutularda, həmçinin qanovlarda dəst halında yerləşdirilmiş
naqillərin və kabellərin uzunmüddətli buraxılabilən
aşağıdakı cərəyanları qəbul edilməlidir:
naqillər üçün – Cədvəl 4 və 5 üzrə
borularda yerləşdirilən naqillər üçün
olduğu kimi; kabellər üçün – Cədvəl 6-8
üzrə havada yerləşdirilən kabellərdə
olduğu kimi.
Borularda, qutularda, həmçinin dəst halında
qanovlarda yerləşdirilmiş eyni zamanda yüklənmiş
naqillərin dörddən artıq sayında, naqillər
üçün cərəyanlar Cədvəl 4 və 5
üzrə açıqda (havada) yerləşdirilən naqillərdə
olduğu kimi, 5 və 6 naqil üçün 0,68; 7-9 naqil
üçün 0,63 və 10-12 naqil üçün 0,6
azaldıcı əmsallar daxil edilməklə qəbul edilməlidir.
İkinci dövrə naqilləri üçün
azaldıcı əmsallar daxil edilmir.
Cədvəl
5
Rezin
və polivinilxlorid izolyasiyalı, alüminium damarlı naqillər
üçün uzunmüddətli buraxılabilən cərəyan
Cərəyan
keçirici damarın en kəsiyi, mm2 |
Naqillər
üçün cərəyan, A, yerləşmə yeri: |
|||||
açıq |
Bir boruda |
|||||
iki birdamarlı |
üç birdamarlı |
dörd birdamarlı |
bir ikidamarlı |
bir üçdamarlı |
||
2 |
21 |
19 |
18 |
15 |
17 |
14 |
2,5 |
24 |
20 |
19 |
19 |
19 |
16 |
3 |
27 |
24 |
22 |
21 |
22 |
18 |
4 |
32 |
28 |
28 |
23 |
25 |
21 |
5 |
36 |
32 |
30 |
27 |
28 |
24 |
6 |
39 |
36 |
32 |
30 |
31 |
26 |
8 |
46 |
43 |
40 |
37 |
38 |
32 |
10 |
60 |
50 |
47 |
39 |
42 |
38 |
16 |
75 |
60 |
60 |
55 |
60 |
55 |
25 |
105 |
85 |
80 |
70 |
75 |
65 |
35 |
130 |
100 |
95 |
85 |
95 |
75 |
50 |
165 |
140 |
130 |
120 |
125 |
105 |
70 |
210 |
175 |
165 |
140 |
150 |
135 |
95 |
255 |
215 |
200 |
175 |
190 |
165 |
120 |
295 |
245 |
220 |
200 |
230 |
190 |
150 |
340 |
275 |
255 |
- |
- |
- |
185 |
390 |
- |
- |
- |
- |
- |
240 |
465 |
- |
- |
- |
- |
- |
300 |
535 |
- |
- |
- |
- |
- |
400 |
645 |
- |
- |
- |
- |
- |
Cədvəl
6
Rezin
izolyasiyalı damarlı metal mühafizəli örtüklərdə
olan naqillər və rezin izolyasiyalı mis damarlı
qurğuşun, polivinilxloridvə ya rezin örtüklü
zirehli və zirehsiz kabellər üçün uzunmüddətli
buraxılabilən cərəyan
Cərəyankeçirici damarın en
kəsiyi, mm2 |
Cərəyan* , A, naqillər və
kabellər üçün |
||||
birdamarlı |
ikidamarlı |
üçdamarlı |
|||
Çəkilərkən |
|||||
havada |
havada |
yerdə |
havada |
yerdə |
|
1,5 |
23 |
19 |
33 |
19 |
27 |
2,5 |
30 |
27 |
44 |
25 |
38 |
4 |
41 |
38 |
55 |
35 |
49 |
6 |
50 |
50 |
70 |
42 |
60 |
10 |
80 |
70 |
105 |
55 |
90 |
16 |
100 |
90 |
135 |
75 |
115 |
25 |
140 |
115 |
175 |
95 |
150 |
35 |
170 |
140 |
210 |
120 |
180 |
50 |
215 |
175 |
265 |
145 |
225 |
70 |
270 |
215 |
320 |
180 |
275 |
95 |
325 |
260 |
385 |
220 |
330 |
120 |
385 |
300 |
445 |
260 |
385 |
150 |
440 |
350 |
505 |
305 |
435 |
185 |
510 |
405 |
570 |
350 |
500 |
240 |
605 |
- |
- |
- |
- |
_____________________
* Cərəyanlar həm sıfır
damarlı, həm də sıfır damarı olmayan naqillərə
və kabellərə aid edilir.
Cədvəl 7
Rezin
və ya plastik izolyasiyalı, alüminium damarlı,
qurğuşun, polivinilxlorid və rezin örtüklü,
zirehli və zirehsiz, kabellər üçün uzunmüddətli
buraxılabilən cərəyan
Cərəyankeçirici damarın en
kəsiyi, mm2 |
Cərəyan, А, kabellər
üçün |
||||
birdamarlı |
ikidamarlı |
üçdamarlı |
|||
çəkilərkən |
|||||
havada |
havada |
yerdə |
havada |
yerdə |
|
2,5 |
23 |
21 |
34 |
19 |
29 |
4 |
31 |
29 |
42 |
27 |
38 |
6 |
38 |
38 |
55 |
32 |
46 |
10 |
60 |
55 |
80 |
42 |
70 |
16 |
75 |
70 |
105 |
60 |
90 |
25 |
105 |
90 |
135 |
75 |
115 |
35 |
130 |
105 |
160 |
90 |
140 |
50 |
165 |
135 |
205 |
110 |
175 |
70 |
210 |
165 |
245 |
140 |
210 |
95 |
250 |
200 |
295 |
170 |
255 |
120 |
295 |
230 |
340 |
200 |
295 |
150 |
340 |
270 |
390 |
235 |
335 |
185 |
390 |
310 |
440 |
270 |
385 |
240 |
465 |
- |
- |
- |
- |
Qeyd: Gərginliyi 1 kV-dək olan plastik
izolyasiyalı dörddamarlı kabellər üçün
uzunmüddətli buraxılabilən cərəyanlarüçdamarlı
kabellər kimi Cədvəl 7-dən seçilə bilər,
lakin 0,92 əmsalı ilə.
Cədvəl 8
Səyyar
şlanqşəkilli orta və yüngül elastik naqillər,
səyyar şlanqşəkilli ağır kabellər,
şlanqşəkilli elastik şaxta və projektor kabelləri
və səyyar mis damarlı naqillər üçün
uzunmüddətli buraxılabilən cərəyan
Cərəyankeçirici damarın en
kəsiyi, mm2 |
Cərəyan*, А, elastik naqillər,
naqillər və kabellər üçün |
||
birdamarlı |
ikidamarlı |
üçdamarlı |
|
0,5 |
- |
12 |
- |
0,75 |
- |
16 |
14 |
1,0 |
- |
18 |
16 |
1,5 |
- |
23 |
20 |
2,5 |
40 |
33 |
28 |
4 |
50 |
43 |
36 |
6 |
65 |
55 |
45 |
10 |
90 |
75 |
60 |
16 |
120 |
95 |
80 |
25 |
160 |
125 |
105 |
35 |
190 |
150 |
130 |
50 |
235 |
185 |
160 |
70 |
290 |
235 |
200 |
____________________
* Cərəyanlar, həm sıfır
damarlı, həm də sıfır damarı olmayan naqillərə
və kabellərə aid edilir.
Cədvəl 9
Səyyar
elektrik qəbulediciləri üçün rezin izolyasiyalı
mis damarlı şlanq kabelləri üçün
buraxılabilən uzunmüddətli cərəyan
Cərəyankeçirici damarın en
kəsiyi, mm2 |
Cərəyan*, A, kabellər
üçün gərginlik, kV |
Cərəyankeçirici damarın en
kəsiyi,mm2 |
Cərəyan*, A, kabellər
üçün gərginlik, kV |
||||
3 |
6 |
3 |
6 |
||||
16 |
85 |
90 |
70 |
215 |
220 |
||
25 |
115 |
120 |
95 |
260 |
265 |
||
35 |
140 |
145 |
120 |
305 |
310 |
||
50 |
175 |
180 |
150 |
345 |
350 |
||
____________________
* Cərəyanlar, həm sıfır
damarlı, həm də sıfır damarı olmayan naqillərə
və kabellərə aid edilir.
Cədvəl 10
1,3
və 4 kV gərginlikli elektrikləşdirilmiş nəqliyyat
üçün mis damarlı, rezin izolyasiyalı naqillər
üçün buraxılabilən uzunmüddətli cərəyan
Cərəyankeçirici
damarın en kəsiyi, mm2 |
Cərəyan,
А |
Cərəyankeçirici
damarın en kəsiyi,mm2 |
Cərəyan,
А |
Cərəyankeçirici
damarın en kəsiyi,mm2 |
Cərəyan,
А |
1 |
20 |
16 |
115 |
120 |
390 |
1,5 |
25 |
25 |
150 |
150 |
445 |
2,5 |
40 |
35 |
185 |
185 |
505 |
4 |
50 |
50 |
230 |
240 |
590 |
6 |
65 |
70 |
285 |
300 |
670 |
10 |
90 |
95 |
340 |
350 |
745 |
1.4.3.2. Birsıralı yerləşmədə (dəst
ilə yox), qanovlarda yerləşdirilmiş naqillər
üçün uzunmüddətli buraxılabilən cərəyanları
havada yerləşdirilən naqillər üçün
olduğu kimi nəzərə almaq lazımdır.
Qutularda yerləşdirilən naqillər və kabellər
üçün uzunmüddətli buraxılabilən cərəyanları
Cədvəl 4-7 üzrə, Cədvəl 11-də göstərilən
azaldıcı əmsallar tətbiq etməklə,
açıqda (havada) yerləşdirilən tək naqillər
və kabellər üçün olduğu kimi qəbul edilməlidir.
Azaldıcı əmsallar seçilərkən nəzarət
və ehtiyat naqillər və kabellər nəzərə
alınmırlar.
Cədvəl 11
Qutularda
yerləşdirilmiş naqil və kabellər üçün
azaldıcı əmsal
Yerləşdirilmə
üsulu |
Yerləşdirilmiş
naqil və kabellərin sayı |
Qidalandırıcı
naqillər üçün azaldıcı əmsal |
||
təkdamarlı |
çoxdamarlı |
istifadə əmsalı
0,7-dəkolanayrı-ayrıelektrikqəbulediciləri |
istifadə əmsalı
0,7-dən yuxarı olanqrup elektrikqəbuledicilərivə
ayrı-ayrı qəbuledicilər |
|
Çoxqatlı
və dəstə ilə |
- |
4-dək |
1,0 |
- |
2 |
5 – 6 |
0,85 |
- |
|
3 - 9 |
7 – 9 |
0,75 |
- |
|
10 - 11 |
10 – 11 |
0,7 |
- |
|
12 - 14 |
12 – 14 |
0,65 |
- |
|
15 - 18 |
15 – 18 |
0,6 |
- |
|
Birqatlı |
2 - 4 |
2 – 4 |
- |
0,67 |
5 |
5 |
- |
0,6 |
1.4.4.
Hopdurulmuş kağız izolyasiyalı kabellər
üçün uzunmüddətli buraxılabilən cərəyanlar
1.4.4.1. Gərginliyi 35 kV-dək olan
hopdurulmuş kağız izolyasiyalı qurğuşun,
alüminium və ya polivinilxlorid üzlüklü kabellər
üçün uzunmüddətli buraxılabilən cərəyanlar
kabel damarlarının buraxılabilən temperaturlarına
müvafiq olaraq qəbul edilirlər:
Nominal gərginlik,
kV 3-dək 6
10 20 və 35 Kabel
damarının buraxılabilən temperaturu, oC +80 +65
+60 +50 |
1.4.4.2. Torpaqda yerləşdirilən
kabellər üçün uzunmüddətli buraxılabilən
cərəyanlar Cədvəl 12, 15, 18–21-də verilmişdir. Cərəyanlar,
torpağın +15oC temperaturunda və torpağın
xüsusi müqaviməti 120 sm·K/Vt olduqda, 0,7÷1,0 metr dərinlikdə
xəndəkdə birdən çox kabel olmamaq şərtilə
hesablanmışdır.
Cədvəl 12
Mis
damarlı yağkanifol və axmayan (qatı) kütlə ilə
hopdurulmuş kağız izolyasiyalı, qurğuşun
örtüklü, torpaqda çəkilən kabellər
üçün uzunmüddətli buraxılabilən cərəyan
Cərəyankeçirici damarın en
kəsiyi, mm2 |
Cərəyan, A, kabellər
üçün |
|||||
1 kV-dək birdamarlı |
1 kV-dək ikidamarlı |
üçdamarlı, gərginliyi, kV |
1 kV-dək dörddamarlı |
|||
3-dək |
6 |
10 |
||||
6 |
- |
80 |
70 |
- |
- |
- |
10 |
140 |
105 |
95 |
80 |
- |
85 |
16 |
175 |
140 |
120 |
105 |
95 |
115 |
25 |
235 |
185 |
160 |
135 |
120 |
150 |
35 |
285 |
225 |
190 |
160 |
150 |
175 |
50 |
360 |
270 |
235 |
200 |
180 |
215 |
70 |
440 |
325 |
285 |
245 |
215 |
265 |
95 |
520 |
380 |
340 |
295 |
265 |
310 |
120 |
595 |
435 |
390 |
340 |
310 |
350 |
150 |
675 |
500 |
435 |
390 |
355 |
395 |
185 |
755 |
- |
490 |
440 |
400 |
450 |
240 |
880 |
- |
570 |
510 |
460 |
- |
300 |
1000 |
- |
- |
- |
- |
- |
400 |
1220 |
- |
- |
- |
- |
- |
500 |
1400 |
- |
- |
- |
- |
- |
625 |
1520 |
- |
- |
|
- |
- |
800 |
1700 |
- |
- |
- |
- |
- |
Cədvəl 13
Mis damarlı
yağkanifol və axmayan kütlə ilə hopdurulmuş
kağız izolyasiyalı, qurğuşun örtüklü,
suda yerləşdirilən kabellər üçün
uzunmüddətli buraxılabilən cərəyan
Cərəyankeçirici damarın en
kəsiyi, mm2 |
Cərəyan, A, kabellər
üçün |
|||
üçdamarlı, gərginliyi, kV |
1 kV-dək dörddamarlı |
|||
3-dək |
6 |
10 |
||
16 |
- |
135 |
120 |
- |
25 |
210 |
170 |
150 |
195 |
35 |
250 |
205 |
180 |
230 |
50 |
305 |
255 |
220 |
285 |
70 |
375 |
310 |
275 |
350 |
95 |
440 |
375 |
340 |
410 |
120 |
505 |
430 |
395 |
470 |
150 |
565 |
500 |
450 |
- |
185 |
615 |
545 |
510 |
- |
240 |
715 |
625 |
585 |
- |
Cədvəl 14
Mis
damarlı yağkanifol və axmayan kütlə ilə
hopdurulmuş kağız izolyasiyalı, qurğuşun
örtüklü, havada çəkilən kabellər
üçün uzunmüddətli buraxılabilən cərəyan
Cərəyankeçirici damarın en
kəsiyi, mm2 |
Cərəyan, A, kabellər
üçün |
|||||
1kV-dək birdamarlı |
1kV-dək ikidamarlı |
üçdamarlı, gərginliyi, kV |
1 kV-dək dörddamarlı |
|||
3-ə kimi |
6 |
10 |
||||
6 |
- |
55 |
45 |
- |
- |
- |
10 |
95 |
75 |
60 |
55 |
- |
60 |
16 |
120 |
95 |
80 |
65 |
60 |
80 |
25 |
160 |
130 |
105 |
90 |
85 |
100 |
35 |
|