“Məişət abonentlərinin mövcud və ya
inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi
(gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən)
üçün texniki şərtlərin, layihə sənədlərinin
hazırlanması və verilməsi, habelə enerji təchizatı
şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarında
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Şəhərsalma fəaliyyəti sahəsində
idarəetmənin təkmilləşdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci
il 1 avqust tarixli 226 nömrəli Fərmanının
4.3-cü bəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci
il 24 iyul tarixli 326 nömrəli Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7
(II kitab), maddə 1659) ilə təsdiq edilmiş “Məişət
abonentlərinin mövcud və ya inşa ediləcək tikinti
obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud
0,4 kV-luq şəbəkədən) üçün texniki
şərtlərin, layihə sənədlərinin
hazırlanması və verilməsi, habelə enerji təchizatı
şəbəkəsinə qoşulması Qaydası”nda
aşağıdakı dəyişikliklər edilsin:
1. 2.20-ci bəndin birinci cümləsində
və 2.22-ci bənddə (hər iki halda) ismin müvafiq
hallarında “müvafiq yerli icra hakimiyyəti orqanı”
sözləri ismin müvafiq hallarında “tikintiyə icazə
verən orqan (qurum)” sözləri ilə əvəz edilsin.
2. 2.21-ci bənddə “Müvafiq yerli
icra hakimiyyəti orqanı” sözləri “Tikintiyə icazə
verən orqan (qurum)” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı
şəhəri, 17 dekabr 2019-cu il
№ 483