Bərpa
olunan enerji mənbələrindən istifadə sahəsində
pilot layihələrin həyata keçirilməsi tədbirləri
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, bərpa olunan enerji mənbələrindən
istifadənin genişləndirilməsinin və bu sahəyə
özəl investisiyaların cəlb edilməsinin təşviqi
məqsədilə qərara
alıram:
1.
Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri
(külək və günəş) üzrə elektrik
stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin
(bundan sonra – layihələr) həyata keçirilməsi və
icrasının əlaqələndirilməsi məqsədilə
aşağıdakı tərkibdə Komissiya
yaradılsın:
Komissiyanın
sədri
Azərbaycan
Respublikasının energetika naziri
Komissiyanın
üzvləri
Azərbaycan
Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan
Respublikası maliyyə nazirinin müavini
Azərbaycan
Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan
Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan
Respublikası ekologiya və təbii sərvətlər
nazirinin müavini
Azərbaycan
Respublikası Şəhərsalma və Arxitektura Komitəsi sədrinin
müavini
Azərbaycan
Respublikası Mərkəzi Bankının İdarə Heyəti
sədrinin müavini
“Azərenerji”
Açıq Səhmdar Cəmiyyətinin prezidenti
“Azərişıq”
Açıq Səhmdar Cəmiyyətinin sədri
1.2.
Komissiyaya tapşırılsın:
1.2.1.
layihələrin həyata keçirilməsi üçün
torpaq sahələrinin ayrılması barədə təkliflərini
bir ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2.2.
investorlara verilməsi nəzərdə tutulan dövlət təminatlarına
dair və bu Sərəncamın 1.2.3-cü yarımbəndində
göstərilən müqavilələr üzrə investorlar
qarşısında götürüləcək öhdəliklərin
icrasına dövlət zəmanətinin verilməsi ilə
bağlı təkliflərini bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2.3.
beynəlxalq məsləhətçi şirkət cəlb etməklə,
elektrik enerjisinin satınalınması müqaviləsinin,
elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə
qoşulması müqaviləsinin, layihələrin icrası
ilə bağlı dövlət zəmanəti müqaviləsinin
və tələb olunan digər müqavilələrin
dörd ay müddətində hazırlanmasını təmin
etsin;
1.2.4.
layihələrin müqavilələrdə nəzərdə
tutulmuş müddətdə və şərtlər çərçivəsində
icrasının təmin edilməsi üçün zəruri
tədbirlər görsün;
1.2.5.
layihələr üzrə elektrik stansiyasının elektrik
enerjisi şəbəkəsinə qoşulması, bərpa
olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə
inteqrasiyası ilə əlaqədar şəbəkənin
gücləndirilməsinə dair təkliflərini
hazırlayıb bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın:
2.1.
beynəlxalq məsləhətçi şirkətin cəlb
edilməsi məqsədilə maliyyə vəsaitinin
ayrılmasını təmin etsin;
2.2.
bu Sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 5 dekabr
2019-cu il
№ 1673