“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə hökumətlərarası
Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust
tarixli 1638 nömrəli Sərəncamında dəyişiklik
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə hökumətlərarası
Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı
il 25 avqust tarixli 1638 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006, № 8, maddə 723; 2009, № 6,
maddə 424, № 7, maddə 589; 2012, № 2, maddə 126;
2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8,
maddə 1384, № 9, maddə 1518; 2018, № 1, maddə 79, №
6, maddə 1321) 1-ci hissəsi ilə yaradılmış
Komissiyanın tərkibi aşağıdakı redaksiyada
verilsin:
“Komissiyanın sədri
Şahin
Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə
və yüksək texnologiyalar naziri
Azərbaycan Respublikası Diasporla İş üzrə
Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası xarici işlər nazirinin
müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar
nazirinin müavini
Azərbaycan Respublikası kənd
təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman
nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin
müavini
Azərbaycan Respublikası əmək və
əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin
sədri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi
Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
sədrinin birinci müavini
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar
Cəmiyyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar
Cəmiyyətinin prezidenti
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”
Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin
prezidenti
Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikasının Rusiya Federasiyasında
fövqəladə və səlahiyyətli səfiri.”.
2.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
bu Sərəncamın 1-ci hissəsi ilə edilən
dəyişiklik barədə Rusiya Federasiyası
tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 noyabr 2019-cu il
№ 1535