“Azərbaycan-Çin Hökumətlərarası
Ticarət-İqtisadi Əməkdaşlıq
Komissiyasının Azərbaycan Respublikası tərəfindən
tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara
alıram:
1.
“Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi
Əməkdaşlıq Komissiyasının Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876
nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1134; 2012, № 2, maddə 117;
2014, № 2, maddə 112, № 6, maddə 644, № 9, maddə 1027; 2016, №
8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1521; 2018, №
6, maddə 1285) 1-ci hissəsi ilə yaradılmış
Komissiyanın tərkibi aşağıdakı redaksiyada
verilsin:
“Komissiyanın
həmsədri
Şahin
Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın
üzvləri:
Azərbaycan
Respublikasının nəqliyyat, rabitə və yüksək
texnologiyalar naziri
Azərbaycan
Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan
Respublikası energetika nazirinin müavini
Azərbaycan
Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan
Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan
Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan
Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan
Respublikası kənd təsərrüfatı nazirinin
müavini
Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi sədrinin
birinci müavini
Azərbaycan
Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan
Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
“Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin
sədri
“Azərbaycan
Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
“Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin
Baş direktoru
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan
Respublikasının Çin Xalq Respublikasında fövqəladə
və səlahiyyətli səfiri.”.
2.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik
barədə Çin Xalq Respublikası tərəfinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 31
oktyabr 2019-cu il
№ 1531