AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan
Respublikasının Energetika Nazirliyi, Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi ilə
razılaşdırılmış təklifinə əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Yaşayış, ictimai
binaların və mühəndis-kommunikasiya təminatı obyektlərinin
elektrik təchizatının etibarlılıq kateqoriyaları”
təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Novruz MƏMMƏDOV
Bakı şəhəri, 29 iyul 2019-cu il
№ 329
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 29 iyul tarixli 329 nömrəli Qərarı
ilə təsdiq edilmişdir. |
Yaşayış,
ictimai binaların və mühəndis-kommunikasiya təminatı
obyektlərinin elektrik təchizatının etibarlılıq
kateqoriyaları
Bina və qurğular |
Elektrik təchizatının
etibarlılıq kateqoriyası* |
1 |
2 |
1. Yaşayış binaları və yataqxanalar: |
|
- yanğın əleyhinə qurğular
(yanğın nasosları, hava basqı, tüstükənarlaşdırma,
yanğın siqnalizasiya və yanğın xəbərdarlıq
sistemləri), liftlər, qəza
işıqlandırılması, hündür qurğuların
işıq çəpərlənməsi; |
I |
digər elektrikqəbulediciləri kompleksi: |
|
- elektrik plitələri olan yaşayış
binaları (1-8 mənzilli binalar istisna olmaqla); |
II |
- elektrik plitələri olan 1-8 mənzilli
binalar; |
III |
- qaz və bərk yanacaqlı plitələri
olan hündürlüyü 5 mərtəbədən çox olan
yaşayış binaları; |
II |
- qaz və bərk yanacaqlı plitələri
olan hündürlüyü 5 mərtəbədən çox olmayan
yaşayış binaları; |
III |
- bağçılıq təsərrüfatları; |
III |
yataqxanalar,
ümumi tutumu aşağıdakılara uyğun olan: |
|
- 50 nəfərə qədər; |
III |
- 50 nəfərdən çox |
II |
2.
Yaşayış binalarının ayrıca yerləşən
və bina daxilində qurulan mərkəzi istilik məntəqələri,
fərdi istilik məntəqələri |
I |
3. İdarələrin,
layihə və konstruktor təşkilatlarının və
elmi tədqiqat institutlarının binaları: |
|
-
yanğın əleyhinə qurğuların, mühafizə
siqnalizasiyasının və liftlərin elektrikqəbulediciləri,
qəza işıqlandırılması; |
I |
digər
elektrikqəbulediciləri kompleksi: |
|
-
mərtəbə sayından asılı olmayaraq, işləyənlərin
sayı 1000 nəfərdən çox olan binalar, hündürlüyü 10 mərtəbədən
çox olan binalar; |
I |
-
işləyənlərin sayı 50 nəfərdən çox
olan binalar; |
II |
-
işləyənlərin sayı 50 nəfərə qədər
olan binalar |
III |
4. Müalicə-profilaktika müəssisələrinin
binaları: - əməliyyat və doğum
bloklarının, anesteziologiya, reanimasiya və intensiv terapiya
bölmələri, laparaskopiya, bronxo-skopiya və angioqrafiya
kabinetləri, yanğın əleyhinə qurğular və
mühafizə siqnalizasiyası, təxliyə və xəstəxana
liftlərinin elektrikqəbulediciləri, qəza
işıqlandırılması; |
I |
- digər elektrikqəbulediciləri
kompleksi |
II |
5. Maliyyə, kredit və dövlət sığortası
idarələri: respublika əhəmiyyətli: |
|
- yanğın əleyhinə
qurğuların, mühafizə siqnalizasiyasının, liftlərin
elektrikqəbulediciləri, qəza
işıqlandırılması; |
I |
- digər elektrikqəbulediciləri
kompleksi; |
II |
- şəhər və rayon tabeliyində
olan idarələrin elektrikqəbulediciləri kompleksi |
II |
6. Kitabxanalar və arxivlər: |
|
- 1 mln. vahiddən çox saxlama fondu olan
binaların yanğın əleyhinə
qurğularının, mühafizə siqnalizasiyasının
elektrikqəbulediciləri, qəza
işıqlandırılması; |
I |
- digər elektrikqəbulediciləri
kompleksi; |
II |
aşağıda qeyd olunan saxlama fondlu
(vahidlə) binaların elektrikqəbulediciləri kompleksi: |
|
- 100 mindən çox 1 mln-a qədər; |
II |
- 100 minə qədər |
III |
7. Təhsil, tərbiyə və kadrların
hazırlanması müəssisələri: - yanğın əleyhinə
qurğuların və mühafizə siqnalizasiyasının
elektrikqəbulediciləri, qəza
işıqlandırılması; |
I |
- digər elektrikqəbulediciləri
kompleksi |
II |
8. Ticarət müəssisələri: - ticarət sahəsi 500 kv.m-dən çox
olan universamların, ticarət mərkəzlərinin,
dükanların və digər ticarət obyektlərinin
yanğın əleyhinə qurğularının və
yanğın siqnalizasiyasının, liftlərin elektrikqəbulediciləri,
qəza işıqlandırılması; - digər elektrikqəbulediciləri
kompleksi |
I II |
9. İctimai iaşə müəssisələri (oturacaq
yerləri 50-dən çox olan): - yanğın əleyhinə
qurğularının və yanğın
siqnalizasiyasının elektrikqəbulediciləri, qəza
işıqlandırılması; - digər elektrikqəbulediciləri
kompleksi |
I II |
10. Məişət xidməti obyektləri: - iş yerlərinin sayı 15-dən
çox olan bərbərxanaların, iş yerlərinin sayı
50-dən çox olan atelye və məişət xidməti
kombinatlarının, iş növbəsində məhsuldarlığı
500 kq-dan çox paltaryuyan camaşırxanaların və kimyəvi
təmizləmənin, 100 nəfərdən çox yeri olan
hamamların elektrikqəbulediciləri kompleksi; - iş yerlərinin sayı 15-ə qədər
olan bərbərxanaların, iş yerlərinin sayı 50-yə
qədər olan atelye və məişət xidməti
kombinatlarının, iş növbəsində məhsuldarlığı
500 kq-a qədər olan paltaryuyan camaşırxanaların və
kimyəvi təmizləmənin, ayaqqabı təmiri, metal məmulatı,
saat təmiri emalatxanalarının, fotoatelye və 100 nəfərə
qədər yeri olan hamam və saunaların elektrikqəbulediciləri
kompleksi |
II III |
11. Mehmanxanalar, istirahət evləri, pansionatlar və
turbazalar: - yanğın əleyhinə
qurğuların və mühafizə siqnalizasiyasının və
liftlərin elektrikqəbulediciləri, qəza
işıqlandırılması; - digər elektrikqəbulediciləri
kompleksi |
I II |
12. Muzeylər və sərgilər: - respublika əhəmiyyətli muzeylərin
və sərgilərin elektrikqəbulediciləri kompleksi, qəza
işıqlandırılması; rayon əhəmiyyətli muzeylər və
sərgilər: - yanğın əleyhinə
qurğuların və mühafizə siqnalizasiyasının
elektrikqəbulediciləri, qəza
işıqlandırılması; - digər elektrikqəbulediciləri
kompleksi; - yerli əhəmiyyətli muzeylərin,
sərgilərin və diyarşünaslıq muzeylərinin
elektrikqəbulediciləri kompleksi |
I I II III |
13. İdman və əyləncə mərkəzləri: - yanğın əleyhinə
qurğuların, mühafizə siqnalizasiyasının və
liftlərin elektrikqəbulediciləri, qəza
işıqlandırılması; |
I |
- digər elektrikqəbulediciləri
kompleksi |
II |
14. Mühəndis-kommunikasiya təminatı sistemi üzrə
obyektlər: -
fərdi ehtiyat istilik mənbələrinə malik
olmayan birinci kateqoriyalı istehlakçıları təmin edən
və istilik təchizatı sisteminin yeganə istilik mənbəyi
olan birinci kateqoriyalı qazanxanalar; |
I |
- fərdi məhsuldarlığı 10
Qkal/saat-dan çox olan suqızdırıcı qazanlı ikinci
kateqoriyalı qazanxanaların şəbəkə və
qidalandırıcı nasoslarının elektrik mühərrikləri; |
I |
- əhalisinin sayı 20 min nəfərdən
çox olan şəhərlərdə su nasos stansiyaları, qəza
kənarlaşdırması olmayan və ya 2 saatdan az qəza
kənarlaşdırması müddəti olan kanalizasiya nasos
stansiyaları; |
I |
- mərkəzi elektrik təchizatı
sisteminin dartı yarımstansiyaları; |
I |
- şəhər elektrik şəbəkəsinin,
istilik, qaz təchizatı, su-kanalizasiya təsərrüfatı
və xarıcı elektrik şəbəkələrinin mərkəzi
dispetçer məntəqəsi; |
I |
- əhalisinin sayı 500-dən 20 min nəfərədək
olan şəhər və qəsəbələrdə su kəməri
nasos stansiyaları, 1 sutkadan az qəza kənarlaşdırması
müddəti olan kanalizasiya nasos stansiyaları, həmçinin su kəməri
və kanalizasiya təmizləyici qurğuları; |
II |
- şəhər nəqliyyatı və
piyada keçidi tunellərinin işıqlandırıсı
qurğuları, respublika tabeli şəhərlərdə
ümumşəhər əhəmiyyətli magistral küçələrin,
yolların və meydanların işıqlandırıcı
qurğuları |
II |
Qeydlər:
1. I kateqoriya elektrikqəbulediciləri
normal iş rejimində elektrik enerjisi ilə
qarşılıqlı ehtiyatda olan iki müstəqil
qidalandırıcı mənbədən təmin edilməlidir
və qida mənbələrindən birinin elektrik təchizatında
pozuntu zamanı fasiləyə yalnız qidalanmanın avtomatik
bərpası müddətində yol verilə bilər. I
kateqoriyaya aid xüsusi qrup elektrikqəbuledicilərinin
(insanların həyatına olan təhlükənin,
partlayışların və yanğınların
qarşısının alınması məqsədilə
istehsalatın qəzasız dayandırılması üçün fasiləsiz
işi zəruri olan elektrikqəbulediciləri) elektrik təchizatı
üçün qarşılıqlı ehtiyatda olan üçüncü müstəqil qida mənbəyindən
əlavə qidalanma nəzərdə tutulmalıdır. I
kateqoriya elektrikqəbulediciləri üçün ikinci, o cümlədən
xüsusi qrup elektrikqəbulediciləri üçün üçüncü müstəqil qida mənbəyi
qismində yerli elektrik stansiyaları, enerjisistemin elektrik
stansiyaları (xüsusi halda, generator gərginlikli şinlər),
bu məqsədlər üçün nəzərdə tutulan fasiləsiz
qidalanma aqreqatları, akkumulyator batareyaları və s. istifadə
edilir.
Əgər elektrik təchizatının
ehtiyatlandırılması ilə texnoloji prosesin fasiləsizliyini
təmin etmək mümkün olmadıqda və ya elektrik təchizatını
ehtiyatlandırma iqtisadi cəhətdən məqsədəuyğun
deyildirsə, texnoloji ehtiyatlandırma (elektrik
təchizatının pozulması zamanı fəaliyyət göstərən,
qarşılıqlı ehtiyatda olan texnoloji aqreqatların,
texnoloji prosesi qəzasız dayandıran xüsusi qurğuların
quraşdırılması) yerinə yetirilməlidir.
2. II kateqoriya elektrikqəbulediciləri
normal iş rejimində elektik enerjisi ilə
qarşılıqlı ehtiyatda olan iki müstəqil
qidalandırıcı mənbədən təmin edilməlidir
və onların elektrik təchizatında yol verilən fasilə
növbətçi heyət və ya səyyar operativ xidmət tərəfindən
ehtiyat mənbədən elektrik təchizatının bərpa
edilməsi üçün tələb olunan müddətdən artıq
olmamalıdır.
3. III
kateqoriya elektrikqəbuledicilərinin elektrik təchizatı bir
qida mənbəyindən yerinə yetirilə bilər, o şərtlə
ki, elektrik təchizatı sistemində zədələnmiş
elementin təmiri və ya dəyişdirilməsi üçün tələb
olunan elektrik təchizatındakı fasilələr bir sutkadan
artıq olmamalıdır.