Azərbaycan Respublikası Hökuməti və
Macarıstan Respublikası Hökuməti arasında iqtisadi
əməkdaşlıq üzrə Birgə Komissiyanın
Azərbaycan Respublikası tərəfindən tərkibi
haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16
yanvar tarixli 118 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Azərbaycan Respublikası Hökuməti və Macarıstan
Respublikası Hökuməti arasında iqtisadi
əməkdaşlıq üzrə Birgə Komissiyanın
Azərbaycan Respublikası tərəfindən tərkibi
haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu
il 16 yanvar tarixli 118 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, № 1, maddə 18; 2010, № 2,
maddə 80, № 9, maddə 773; 2012, № 2, maddə 116;
2014, № 2, maddə 112, № 5, maddə 477, № 11,
maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518;
2018, № 8, maddə 1677) 1-ci hissəsi ilə
yaradılmış Birgə Komissiyanın tərkibi aşağıdakı
redaksiyada verilsin:
Birgə Komissiyanın
həmsədri
Azərbaycan
Respublikasının əmək və əhalinin sosial
müdafiəsi naziri
Birgə Komissiyanın üzvləri
Azərbaycan
Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan
Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan
Respublikası energetika nazirinin müavini
Azərbaycan
Respublikasının nəqliyyat, rabitə və yüksək
texnologiyalar nazirinin müavini
Azərbaycan
Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan
Respublikası ekologiya və təbii sərvətlər
nazirinin müavini
Azərbaycan
Respublikası təhsil nazirinin müavini
Azərbaycan
Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan
Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan
Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan
Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Azərbaycan
Respublikası Mərkəzi Bankı sədrinin müavini
Azərbaycan Respublikasının Macarıstan
Respublikasında fövqəladə və səlahiyyətli səfiri..
2.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
bu Sərəncamın 1-ci hissəsi ilə edilən
dəyişiklik barədə Macarıstan Respublikası
tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 23 iyul 2019-cu il
№ 1339