Azərbaycan Respublikası ilə Serbiya Respublikası
arasında ticarət və iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541
nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Azərbaycan Respublikası ilə Serbiya Respublikası
arasında ticarət və iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2011-ci
il 7 iyun tarixli 1541 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, № 6, maddə 517; 2012, № 2,
maddə 138; 2014, № 2, maddə 112, № 5, maddə 477,
№ 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9,
maddə 1518; 2018, № 8, maddə 1677) 1-ci hissəsi ilə
yaradılmış Komissiyanın tərkibi
aşağıdakı redaksiyada verilsin:
Komissiyanın həmsədri
Azərbaycan
Respublikasının əmək və əhalinin sosial
müdafiəsi naziri
Komissiyanın üzvləri
Azərbaycan
Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan
Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan
Respublikası energetika nazirinin müavini
Azərbaycan
Respublikası nəqliyyat, rabitə və yüksək
texnologiyalar nazirinin müavini
Azərbaycan
Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan
Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan
Respublikası təhsil nazirinin müavini
Azərbaycan
Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan
Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci
müavini
Azərbaycan
Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan
Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Azərbaycan Respublikasının Serbiya
Respublikasında fövqəladə və səlahiyyətli səfiri..
2.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
bu Sərəncamın 1-ci hissəsi ilə edilən
dəyişiklik barədə Serbiya Respublikası
tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 8 iyul 2019-cu il
№ 1317