“Azərbaycan Respublikası Hökuməti və
Çexiya Respublikası Hökuməti arasında iqtisadi,
elmi-texniki və mədəni əməkdaşlıq üzrə
Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən
tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara
alıram:
1.
“Azərbaycan Respublikası Hökuməti və Çexiya
Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və
mədəni əməkdaşlıq üzrə
Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən
tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502
nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, № 5, maddə 407; 2012, № 2, maddə 113;
2014, № 6, maddə 644, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, №
9, maddə 1518; 2018, № 8, maddə 1677) 1-ci hissəsi ilə
yaradılmış Komissiyanın tərkibi
aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın
həmsədri
Rüfət
Məmmədov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin
müavini
Komissiyanın
üzvləri
Azərbaycan
Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan
Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan
Respublikası maliyyə nazirinin müavini
Azərbaycan
Respublikası nəqliyyat, rabitə və yüksək
texnologiyalar nazirinin müavini
Azərbaycan
Respublikası energetika nazirinin müavini
Azərbaycan
Respublikası kənd təsərrüfatı nazirinin
müavini
Azərbaycan
Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan
Respublikası təhsil nazirinin müavini
Azərbaycan
Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan
Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi sədrinin
birinci müavini
Azərbaycan
Respublikası Mərkəzi Bank sədrinin müavini
Azərbaycan
Respublikasının Çexiya Respublikasında fövqəladə
və səlahiyyətli səfiri.”.
2.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik
barədə Çexiya Respublikası tərəfinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 21 may
2019-cu il
№1189