“Daimi dövlət qulluğuna qəbul
edilən şəxslə bağlanılan əmək
müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikası Qanununun 28.7-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. “Daimi dövlət qulluğuna qəbul
edilən şəxslə bağlanılan əmək
müqaviləsinin nümunəsi” təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.4. bu Fərmandan irəli gələn
digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların bu Fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2019-cu il
№ 690
|
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli 690 nömrəli Fərmanı
ilə təsdiq edilmişdir |
Daimi dövlət
qulluğuna qəbul edilən şəxslə bağlanılan
əmək müqaviləsinin nümunəsi 1. Tərəflər haqqında məlumat 1.1. Bu əmək müqaviləsi_______________________________________________________ _____________________________________________________________________________ dövlət orqanının adı,
vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) rəhbəri
______________________________________________________________________ vəzifəsi _____________________________________________________________________________ soyadı, adı, atasının adı ilə daimi dövlət qulluğuna
qəbul edilən şəxs (bundan sonra – dövlət qulluqçusu) _____________________________________________________________________________ soyadı, adı, atasının adı _____________________________________________________________________________ vətəndaşlığı, şəxsiyyətini
təsdiq edən sənədin adı, seriyası və nömrəsi,
fin kodu, verildiyi tarix və sənədi vermiş orqanın
adı _____________________________________________________________________________ _____________________________________________________________________________ _____________________________________________________________________________ təhsili, ixtisası,
bitirdiyi təhsil müəssisəsinin adı, ilk dəfə
əmək fəaliyyətinə başlayanlar istisna olmaqla,
dövlət sosial sığorta nömrəsi (SSN) arasında _______ il _______ ayının
_____-də “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq bağlanılmışdır. 1.2. Dövlət qulluqçusu_________________________________________________________ _____________________________________________________________________________ dövlət orqanının, struktur bölməsinin,
struktur vahidinin və inzibati vəzifənin adı vəzifəsinə daimi dövlət
qulluğuna qəbul edilir. 1.3. Bu əmək müqaviləsi hüquqi
qüvvəyə mindiyi gündən yaranmış əmək
münasibətləri, tərəflərin hüquqları,
vəzifələri və məsuliyyəti “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının
Qanununa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə,
habelə bu əmək müqaviləsinə uyğun olaraq tənzimlənir. 2. Əmək müqaviləsinin müddəti 2.1. Bu əmək müqaviləsi
müddətsiz bağlanılır. 2.2. Dövlət qulluqçusu _______
il _______ ayının _____-dən qulluq vəzifəsinin icrasına
başlayır. 3. Dövlət qulluqçusunun əmək
funksiyaları 3.1. Dövlət qulluqçusu
aşağıdakı əmək funksiyalarının icrasını
öhdəsinə götürür: 3.1.1.________________________________________________________________________; 3.1.2.________________________________________________________________________; 3.1.3.________________________________________________________________________. əmək funksiyaları tam təfsilatı
ilə sadalanmalıdır 3.2. Bu əmək funksiyalarından hər
hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə,
habelə onlara digər funksiyanın əlavə edilməsinə
yalnız tərəflərin razılığı ilə
yol verilir. 3.3. Dövlət qulluqçusu “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci
maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrini,
habelə bu əmək funksiyalarını vaxtında və
keyfiyyətlə yerinə yetirməli, “Dövlət qulluqçularının
etik davranış qaydaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
etik davranış qaydalarına və prinsiplərinə əməl
etməlidir. 4. Qulluq şəraitinə dair şərtlər Dövlət orqanının rəhbəri
dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin
yerinə yetirilməsi üçün lazımi qulluq şəraitinin
yaradılmasını və aşağıdakı şərtlərin
təmin olunmasını öhdəsinə götürür: 4.1. Dövlət məvacibinə dair şərtlər 4.1.1. Dövlət qulluqçusuna hər
ay ___________ manat məbləğində dövlət məvacibi
ödənilir. 4.1.2. Dövlət məvacibi: ______________ manat məbləğində
vəzifə maaşından; ______________ manat məbləğində
aylıq vəzifə maaşının ____________ faizi miqdarında
qulluq stajına görə əlavə haqdan; ______________ manat məbləğində
ixtisas dərəcəsinə görə əlavə haqdan; _______ manat məbləğində
hakimiyyət səlahiyyətinin icrasına görə əlavə
haqdan; ______________________________________________________________________________ həyat və sağlamlıq üçün
təhlükəli, yaxud xüsusilə ağır qulluq şəraitli dövlət orqanında
dövlət qulluğu vəzifəsi üzrə vəzifə
maaşı üçün artıq əmsala uyğun vəzifə
maaşına ______________ manat məbləğində artımdan,
vəzifə maaşının _________ faizi miqdarında digər
əlavələrdən ibarətdir. Dövlət orqanının fəaliyyət
göstərdiyi ərazinin təbii iqlim şəraiti nəzərə
alınmaqla, dövlət qulluqçusunun aylıq vəzifə
maaşına ________ həcmdə yerli əmsal tətbiq
edilir. 4.1.3. Dövlət qulluqçusuna
kollektiv və fərdi mükafatlar verilir. 4.1.4. Dövlət qulluqçusu “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının
Qanununa və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq, iş vaxtından artıq vaxtda, istirahət,
səsvermə, ümumxalq hüzn günü və iş günü
hesab edilməyən bayram günlərində işə cəlb
olunduqda, onun əməyi “Dövlət qulluğu haqqında”
Azərbaycan Respublikasının Qanununda və Azərbaycan
Respublikasının Əmək Məcəlləsində nəzərdə
tutulan qaydada ödənilir. 4.1.5. Dövlət məvacibi: 4.1.5.1. ayda iki dəfə
______________________________________; ayın günləri 4.1.5.2. ayda bir dəfə
______________________________________ ödənilir. ayın günü 4.1.6. Dövlət məvacibi və digər
ödənclər (vergilər və digər məcburi ödənişlər
çıxıldıqdan sonra) dövlət qulluqçusunun
________________________bankındakı hesabına köçürülür.
bankın adı 4.1.7. Dövlət məvacibindən
yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsində
müəyyən edilmiş hallarda və qaydada tutulmalara yol
verilir. Həmin tutulmalar haqqında dövlət qulluqçusu
qabaqcadan məlumatlandırılır. 4.2. Əməyin mühafizəsinə
dair şərtlər 4.2.1. Dövlət qulluqçusunun sağlamlığının,
əməyinin mühafizəsinin təmin olunması üçün
texniki təhlükəsizlik, sanitariya-gigiyena normalarına
cavab verən iş yeri və qulluq şəraiti yaradılır. 4.2.2. Dövlət qulluqçusu əməyin
mühafizəsi normaları barədə təlimatlandırılma dövriliyi 4.2.3. Dövlət qulluqçusu özünün
və digər əməkdaşların həyatının
və sağlamlığının qorunması üçün
əməyin mühafizəsi qaydalarına və normalarına
əməl etməyə borcludur. 4.2.4. Dövlət orqanı “İstehsalatda
bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluqçusunu
əmək funksiyalarının icrası ilə bağlı
bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığortalayır. 4.2.5. Əmək funksiyalarının
icrası ilə bağlı bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində dövlət
qulluqçusunun həyatına və sağlamlığına
dəyən zərərlə bağlı onun peşə əmək
qabiliyyətinin itirilməsinə və ya ölümünə
görə “İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
olunmuş qaydada və məbləğdə sığorta ödənişi
verilir. 4.3. İş və istirahət vaxtına
dair şərtlər 4.3.1. Dövlət qulluqçusunun gündəlik
iş vaxtının müddəti 8 saatdan, həftəlik iş
vaxtının müddəti 40 saatdan artıq ola bilməz. 4.3.2. “Dövlət qulluqçularının
ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış
iş vaxtı haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq, dövlət qulluqçusu üçün
_________________________________________________________________________ qısaldılmış iş vaxtının
tətbiqi üçün əsas həftədə 36 saat iş vaxtı
müəyyən edilir. 4.3.3. İş saat ________ başlanır,
saat _______ bitir. 4.3.4. Nahar vaxtı saat ______ başlanır,
saat ______ bitir. 4.3.5. İstirahət günləri hər
həftənin _______________günləridir. 4.3.6. “Dövlət qulluqçularının
ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış
iş vaxtı haqqında” Azərbaycan Respublikası Qanununun
2-ci maddəsində göstərilmiş dövlət qulluqçularının
iş vaxtı istisna olmaqla, qulluq üçün zəruri
olduqda, dövlət orqanının rəhbəri müstəsna
hallarda iş vaxtını ayda əvəzi ödənilmədən
5 saata qədər artıra bilər. 4.3.7. Dövlət orqanının rəhbəri
zəruri hallarda aylıq iş vaxtı normasını 5
saatdan çox artırdığı təqdirdə (ayda 17
saatdan çox olmamaq şərtilə), hər əlavə
iş saatı üçün dövlət qulluqçusuna
saatlıq vəzifə maaşının ikiqat məbləğindən
aşağı olmamaqla əməkhaqqı ödənilir. 4.4. Məzuniyyətə dair şərtlər 4.4.1. Dövlət qulluqçusunun iş
ilini _______________________ aylarından ibarət dövr əhatə
edir və ona hər iş ili üçün əmək məzuniyyəti
verilir. 4.4.2. Əsas məzuniyyət müddəti
____________ təqvim günüdür. 4.4.3. Əlavə məzuniyyət müddəti: 4.4.3.1. uzun illər işləməyə
görə ____________ təqvim günü; 4.4.3.2. əmək şəraitinə
və əmək funksiyasının xarakterinə görə___________
təqvim günü; 4.4.3.3. 14 yaşadək iki və daha çox
uşağı olan, həmçinin sağlamlıq imkanları
məhdud uşağı olan analara, uşaqlarını təkbaşına
böyüdən atalara, həmçinin uşaqları övladlığa
götürmüş şəxslərə ___________ təqvim
günü. 4.4.4. Əmək məzuniyyətinin ümumi
müddəti _________ təqvim günüdür. 4.4.5. Dövlət qulluqçusu növbəti
məzuniyyətə çıxdıqda, ona ______ aylıq vəzifə
maaşı həcmində müavinət ödənilir. 4.4.6. Ödənişli yaradıcılıq
və təhsil məzuniyyətləri, sosial məzuniyyətlər
Azərbaycan Respublikasının Əmək Məcəlləsində
nəzərdə tutulan müddətlərə verilir. 4.4.7. Dövlət qulluqçusu öz
arzusu ilə və dövlət orqanı rəhbərinin razılığı
ilə “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununa və Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə uyğun olaraq ödənişsiz
məzuniyyətə göndərilə bilər. 4.5. Bədən tərbiyəsi və
idmana dair şərtlər 4.5.1. Dövlət qulluqçusuna bədən
tərbiyəsi və idmanla, o cümlədən iş şəraitində
və işdən sonra reabilitasiya və peşəkar-tətbiqi
məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul
ola bilməsi üçün şərait yaradılır. 4.5.2. Dövlət qulluqçusuna bədən
tərbiyəsi və idmanla məşğul olmaq üçün
şərait yaradılmasına dair şərtlər: ______________________________________________________________________________ ______________________________________________________________________________ ____________________________________________________________________________ 4.6. Tərəflərin müəyyən
etdiyi digər əlavə şərtlər 4.6.1.
________________________________________________________________________ 4.6.2.
________________________________________________________________________ 4.6.3.
________________________________________________________________________ bütün əlavə şərtlər
təfsilatı ilə sadalanmalıdır 5. Birinin digərinə vurduğu ziyana
görə tərəflərin qarşılıqlı maddi
məsuliyyəti 5.1. Dövlət qulluqçusu onun təqsiri
üzündən dəymiş zərərə görə
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq maddi məsuliyyət daşıyır. 5.2. Dövlət qulluqçusunun
qanunauyğun hərəkətləri nəticəsində dəymiş
zərərin əvəzi tam həcmdə dövlət büdcəsinin
vəsaiti hesabına ödənilir. 6. Sosial müdafiə məsələləri 6.1. Dövlət qulluqçusunun məcburi
dövlət sosial sığortası üçün
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq hər ay ______________ məbləğində
sığorta haqqı ödənilir. 6.2. Dövlət qulluqçusu 6.3. Dövlət qulluqçusu “İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq sığorta edilir. 6.4. Dövlət qulluqçusunun sosial
müdafiəsi, güzəşt və imtiyazları, sosial sığorta
hüququ təmin edilir. 6.5. Dövlət qulluqçusuna əmək
qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada və məbləğdə
müavinət verilir. 7. Mülkiyyət münasibətlərinin
tənzimlənməsi 7.1. Dövlət qulluqçusu onun
istifadəsinə verilən dövlət əmlakının,
habelə digər dövlət əmlakının qorunmasına
cavabdehdir. 7.2. Dövlət qulluqçusu istifadəsində
olan dövlət əmlakından, maliyyə vəsaitindən,
rabitə, kompüter və digər kommunikasiya sistemlərindən,
nəqliyyat vasitələrindən və digər maddi-texniki
təchizat avadanlığından qənaətlə və səmərəli
istifadə etməlidir. 7.3. Dövlət qulluqçusu dövlət
sirrinin və əldə edilməsi qanunla məhdudlaşdırılan
digər informasiyanın qorunmasına cavabdehdir və bu
informasiyanı yaymağa görə cinayət məsuliyyəti,
inzibati məsuliyyət, intizam məsuliyyəti və maddi məsuliyyət
daşıyır. 8. Əmək müqaviləsində dəyişiklik
edilməsi 8.1. Bu əmək müqaviləsində
birtərəfli qaydada edilmiş dəyişiklik və düzəlişlərin
hüquqi qüvvəsi yoxdur. 8.2. Tərəflərin razılığı
ilə bu əmək müqaviləsində aşağıdakı
dəyişikliklər edilmişdir: 8.2.1.
________________________________________________________________________ 8.2.2.
________________________________________________________________________ 8.2.3.
________________________________________________________________________ bütün dəyişiklik təfsilatı
ilə sadalanır 8.3. Hər iki tərəfin
razılığı ilə edilmiş dəyişiklik Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq qüvvəyə minir və bu əmək müqaviləsinin
tərkib hissəsidir. İmzalar: _____________________________ _____________________________ dövlət orqanının rəhbəri
dövlət qulluqçusu 9. Əmək müqaviləsinə
xitam verilməsi 9.1. Bu əmək müqaviləsinə
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası
Qanununun 33-cü maddəsində nəzərdə tutulan əsaslarla
xitam verilə bilər. 9.2. “Dövlət qulluğu haqqında”
Azərbaycan Respublikası Qanununun 33-cü maddəsi ilə
tənzimlənməyən dövlət qulluğuna xitamvermə
ilə bağlı digər məsələlər Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 68-ci, 69-cu,
70-ci, 74-cü və 75-ci maddələrində nəzərdə
tutulan əsaslara və qaydalara əməl olunmaqla tənzimlənir. 9.3. “Dövlət qulluğu haqqında”
Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinə
uyğun olaraq, dövlət orqanı rəhbərinin dövlət
qulluğunu davam etdirmək barədə qərarı olarsa,
dövlət qulluqçusu öz arzusu ilə dövlət
qulluğundan çıxmaq barədə ərizəni
verdiyi gündən 1 ay müddətində dövlət
qulluğunu davam etdirməlidir. Zərurət olduqda, dövlət
orqanının rəhbəri həmin müddəti əlavə
olaraq 1 ay müddətinədək uzada bilər. 9.4. Bu əmək müqaviləsi dövlət
orqanının rəhbəri tərəfindən ləğv
edildikdə, dövlət qulluqçusu Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq xəbərdar edilir. 9.5. Zor işlətməklə, hədə-qorxu
gəlməklə, yaxud hər hansı başqa üsulla dövlət
qulluqçusunun iradəsi əleyhinə onun bu əmək müqaviləsini
ləğv etməyə məcbur edilməsinə yol
verilmir. 9.6. Bu əmək müqaviləsinə
xitam verilməsi barədə tərəflərin müəyyən
etdiyi hallar: 9.6.1.
_________________________________________________________________________ 9.6.2.
_________________________________________________________________________ 9.6.3. _________________________________________________________________________ 10. Yekun müddəalar 10.1. Bu əmək müqaviləsi qüvvədə
olduğu müddətdə tərəflər yaranan əmək
mübahisələrinin həllinə qarşılıqlı
anlaşma və razılıq yolu ilə, biri digərinin hüquqlarını
pozmadan nail olacaqlar. Tərəflər əmək mübahisələrinin
həlli haqqında razılığa gəlmədikdə, mübahisənin
inzibati qaydada və (və ya) məhkəmə qaydasında
araşdırılması hüququndan istifadə edəcəklər. 10.2. Bu əmək müqaviləsi iki
nüsxədə tərtib edilir, bir nüsxəsi dövlət
qulluqçusunda, digər nüsxəsi isə dövlət
orqanında saxlanılır. 10.3. Tərəflər bu əmək müqaviləsi
üzrə öhdəliklərinin icrasını üçüncü
şəxslərə həvalə edə bilməzlər. 10.4. Bu əmək müqaviləsində
nəzərdə tutulmamış, habelə “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilən hallar istisna olmaqla, tərəflərdən
biri digərinin üçüncü şəxslər qarşısında
öhdəliklərinə görə cavabdeh deyildir. 10.5. Tərəflərdən hər
hansı biri bu əmək müqaviləsinin şərtlərini,
digər tərəfin qanuni mənafelərini və hüquqlarını
pozarsa, tərəflərdən birinin təqsirkar tərəfin
məsuliyyətə cəlb edilməsini tələb etmək
hüququ vardır. 11. Tərəflərin imzaları və
ünvanları Dövlət orqanının rəhbəri
Dövlət qulluqçusu
|
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
30 dekabr
2020-ci il tarixli 1239 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 30 dekabr 2020-ci il tarixli 1239 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3) ilə “Daimi
dövlət qulluğuna qəbul edilən şəxslə
bağlanılan əmək müqaviləsinin nümunəsi”nin
6.2-ci bəndindən “və onun
ailə üzvləri” sözləri
çıxarılsın və həmin bənddə “edilirlər” sözü “edilir” sözü ilə əvəz
edilmişdir.