Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 dekabr 2018-ci il

1391-VQ


Saziş 14 fevral 2019-cu il tarixdən qüvvəyə minib.

 

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında

 

SAZİŞ

 

Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti,

gömrük işi sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsinin iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin gələcək inkişafına yardım edəcəyinə əmin olaraq,

elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən malların gətirilməsi və ya aparılması zamanı Tərəflərin topladıqları gömrük rüsumu, vergiləri və digər ödənişlərin dəqiq hesablanmasını təmin etməyin əhəmiyyətini nəzərə alaraq, həmçinin elektrikötürücü xətlər və boru kəməri vasitəsilə mallar keçirilən zaman gömrük işi sahəsində Tərəf dövlətlərin qanunvericiliyinə riayət edilməsinin təmin edilməsi məqsədilə,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Bu Sazişin məqsədləri üçün istifadə olunan terminlər aşağıdakı mənaları verir:

Tərəf dövlətlərin mərkəzi gömrük orqanları - Azərbaycan Respublikasında - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;

Rusiya Federasiyasında - Federal Gömrük Xidməti;

məlumat - istənilən formada təqdim olunmuş hər hansı məlumatlar, sənədlər, hesabatlar və digər məlumatlar;

boru kəməri vasitəsilə keçirilən mal - neft, təbii qaz;

elektrikötürücü xətlər ilə keçirilən mal - elektrik enerjisi.

 

Maddə 2

 

Tərəf dövlətlərin mərkəzi gömrük orqanları elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük əməliyyatları və gömrük nəzarətinin yerinə yetirilməsi məsələləri üzrə əməkdaşlığı həyata keçirirlər.

 

Maddə 3

 

Tərəf dövlətlərin mərkəzi gömrük orqanları bir-birinin sorğusu əsasında Tərəf dövlətlərin gömrük orqanlarında tətbiq olunan informasiya resurslarından istifadə etməklə mallara dair bəyannamələrdə göstərilən elektrikötürücü xətlər və boru kəməri vasitəsilə Tərəf dövlətlər arasında keçirilən mallar barədə məlumat mübadiləsini həyata keçirirlər.

Bu informasiyaya aşağıdakı məlumatlar daxildir:

göndərənin adı;

alanın adı;

malın adı;

malın təsviri (yalnız neft və təbii qaza aid olduqda);

Müstəqil Dövlətlər Birliyinin xarici iqtisadi fəaliyyətinin mal nomenklaturuna uyğun olaraq malın kodu;

keçirilən malın müvafiq uçot (uçot vahidi) avadanlığının göstəriciləri əsasında müəyyən olunmuş miqdarı (neft üçün - tonla (metrik tonla), təbii qaz üçün min kubmetrlərlə (standart kubmetrlə), elektrik enerjisi üçün - min kilovat- saatlarla);

malın keçirildiyi il və ay.

Tərəf dövlətlərin mərkəzi gömrük orqanları bu Saziş qüvvəyə mindikdən sonra bu maddə ilə nəzərdə tutulmuş, məlumatın elektron mübadiləsinin təşkili üzrə Texniki şərtləri hazırlayan və razılaşdıran məsul şəxslərin əlaqə vasitələrini mübadilə edirlər.

 

Maddə 4

 

Tərəf dövlətlərin mərkəzi gömrük orqanları elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar barədə bir-birinə ötürdükləri informasiyanın təhlili nəticəsində aşkar edilən məlumatlardakı uyğunsuzluqlar barədə bir-birini məlumatlandırırlar və Tərəf dövlətlərin qanunvericiliyinə müvafiq olaraq bu cür uyğunsuzluqların səbəblərinin müəyyən edilməsi üçün birgə tədbirlər görürlər.

 

Maddə 5

 

Tərəf dövlətlərin mərkəzi gömrük orqanları aşağıdakı məlumatları mübadilə edirlər:

elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük əməliyyatları və gömrük nəzarətinin yerinə yetirilməsi məsələlərində öz fəaliyyət təcrübəsi haqqında;

elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük əməliyyatları və gömrük nəzarətinin yerinə yetirilməsi məsələləri üzrə qüvvədə olan normativ hüquqi aktlar haqqında;

uçot (uçot vahidi) avadanlıqlarının göstəricilərinə əsasən müəyyən edilmiş elektrikötürücü xətlər və boru kəməri vasitəsilə Tərəf dövlətlər arasında keçirilən malların həcmi barədə.

Tərəf dövlətlərin mərkəzi gömrük orqanları elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük əməliyyatları və gömrük nəzarətinin yerinə yetirilməsi, o cümlədən Tərəf dövlətlərin gömrük orqanlarının vəzifəli şəxslərinin təlimi və peşəkar bacarıqlarının təkmilləşdirilməsi məsələləri üzrə bir-birinə yardım edirlər.

 

Maddə 6

 

Bir Tərəfin dövlətinin mərkəzi gömrük orqanı zərurət yarandığı təqdirdə, gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə sorğu əsasında digər Tərəfin dövlətinin gömrük orqanının səlahiyyətli vəzifəli şəxslərinə elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən malların uçot (uçot vahidi) avadanlıqlarına baxmaq üçün icazə vermək hüququna malikdir. Tərəflərdən birinin dövlətinin gömrük orqanının səlahiyyətli vəzifəli şəxslərinin elektrikötürücü xətlər

və boru kəməri vasitəsilə keçirilən malların uçot (uçot vahidi) avadanlıqlarının digər Tərəfin dövlətinin ərazisində quraşdırıldığı yerə buraxılması, ərazisində malların bu cür uçot (uçot vahidi) avadanlıqlarının yerləşdiyi Tərəfin dövlətinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Elektrikötürücü xətlər və boru kəməri vasitəsilə malların Azərbaycan-Rusiya dövlət sərhədinin ərazisindən keçirilməsinə gömrük nəzarətinin yerinə yetirilməsi zamanı Tərəf dövlətlərin gömrük orqanlarının səlahiyyətli vəzifəli şəxsləri aşağıdakı hüquqlara malikdirlər:

elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən malların uçot (uçot vahidi) avadanlıqlarının göstəricilərinin sənəd üzərində qeyd edilməsində iştirak etmək, Tərəf dövlətlərin gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə tərtib edildiyini sübut edən, nəqliyyat təşkilatları tərəfindən tərtib edilmiş uçot (uçot vahidi) avadanlıqlarının göstəricilərini təsbit edən aktda qeydiyyat aparmaq;

gömrük nəzarəti məqsədləri üçün elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən malların uçot (uçot vahidi) avadanlıqlarının göstəricilərinin silinməsi barədə bu Sazişin ayrılmaz hissəsi olan Əlavə 1, 2 və 3-də göstərilən formalar üzrə aktlar tərtib etmək, onları imzalamaq.

 

Maddə 7

 

Bu Sazişin 6-cı maddəsinə əsasən gömrük nəzarəti bir Tərəfin dövlətinin gömrük orqanının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən Azərbaycan - Rusiya dövlət sərhədində yerləşən elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən malların uçot (uçot vahidi) avadanlıqlarının quraşdırıldığı yerlərdə, fəaliyyət regionunda belə uçot (uçot vahidləri) avadanlıqlarının yerləşdiyi digər Tərəfin dövlətinin mərkəzi gömrük orqanının və ya digər səlahiyyətli gömrük orqanının ilkin (15 iş günü əvvəldən) yazılı bildirişi ilə həyata keçirilir.

Digər Tərəfin dövlətinin gömrük orqanının səlahiyyətli vəzifəli şəxslərinin gəlişi planlaşdırılan, ərazisində elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən malların uçot (uçot vahidi) avadanlıqlarının quraşdırılma yerinin yerləşdiyi Tərəfin dövlətin mərkəzi gömrük orqanı və ya digər səlahiyyətli gömrük orqanı elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən malların uçot (uçot vahidləri) avadanlıqlarının yerləşdiyi obyektin sahibini 3 iş günündən gec olmayaraq bu barədə xəbərdar etməlidir.

Elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən malların uçot (uçot vahidi) avadanlıqlarının yerləşdiyi obyektin sahibi və ya onun səlahiyyətləndirdiyi şəxs bu Sazişə müvafiq olaraq gömrük nəzarətinin həyata keçirilməsi üçün Tərəf dövlətlərin ərazilərində yerləşən, elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən malların uçot (uçot vahidi) avadanlıqlarına təhlükəsizlik texnikası tələbləri nəzərə alınmaqla, Tərəf dövlətlərin gömrük orqanlarının səlahiyyətli vəzifəli şəxslərinin girişini təmin edir.

 

Maddə 8

 

Tərəf dövlətlərin mərkəzi gömrük orqanları və ya onlar tərəfindən səlahiyyət verilmiş gömrük orqanları bu Sazişin 6-cı və 7-ci maddələri ilə müəyyən edilmiş fəaliyyətlərin həyata keçirilməsi üçün Tərəf dövlətlərin gömrük orqanlarinin səlahiyyətli vəzifəli şəxslərinin siyahısını mübadilə edir və bu siyahılardakı bütün dəyişikliklər barədə mümkün qısa zaman ərzində bir-birini məlumatlandırırlar.

 

Maddə 9

 

Tərəf dövlətlərin mərkəzi gömrük orqanları bu Saziş imzalandıqdan sonra keçirilən ilk məsləhətləşmələr zamanı elektrikötürücü xətlər və boru kəməri vasitəsilə malların keçirilmə həcminə gömrük nəzarəti məqsədilə istifadə olunan elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən malların uçot (uçot vahidi) avadanlıqlarının Azərbaycan-Rusiya dövlət sərhədində quraşdırılma yerlərinin siyahısı, həmçinin onların iş günləri və saatı barədə bir-birini məlumatlandırırlar.

Tərəf dövlətlərin mərkəzi gömrük orqanları elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən malların uçot (uçot vahidi) avadanlıqlarının quraşdırılma yerləri ilə bağlı bütün dəyişikliklər, həmçinin onların iş günləri və saatı ilə bağlı dəyişiklik barədə mümkün qısa zaman ərzində bir-birini məlumatlandırırlar.

 

Maddə 10

 

Bu Sazişə müvafiq olaraq alınmış məlumat yalnız bu Sazişdə göstərilən məqsədlər üçün istifadə olunur.

Bu Saziş çərçivəsində Tərəf dövlətlərin mərkəzi gömrük orqanlarının əldə etdiyi məlumatın digər məqsədlə, eləcə də məhkəmə və (və ya) inzibati araşdırmalarda sübut qismində istifadəsi yalnız onu təqdim edən Tərəfin dövlətinin mərkəzi gömrük orqanının yazılı razılığı və Tərəf dövlətlərin qanunvericiliyi ilə müəyyən edilmiş məhdudiyyət şərtlərinə riayət olunmaqla həyata keçirilir.

Tərəf dövlətlərin mərkəzi gömrük orqanları bu Sazişə müvafiq olaraq əldə olunmuş məlumata, analoji xarakterli şəxsi məlumatlar üçün Tərəflərdən hər birinin dövlətinin qanunvericiliyi ilə nəzərdə tutulmuş konfidensiallıq rejiminin eynisini təmin edirlər.

 

Maddə 11

 

Tərəf dövlətlərin mərkəzi gömrük orqanları bu Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək məqsədilə məsləhətləşmələr keçirirlər.

Bu Saziş qüvvəyə minənədək Tərəf dövlətlərin mərkəzi gömrük orqanları keçiriləcək məsləhətləşmələr zamanı aşağıdakı məsələlərə baxacaqlar:

bu Sazişin 3-cü və 4-cü maddələri ilə nəzərdə tutulmuş məlumatın ötürülməsi üsullarını razılaşdırırlar;

elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük əməliyyatları və gömrük nəzarətinin yerinə yetirilməsi məsələləri üzrə Tərəf dövlətlərin hüquqi aktları barədə məlumatı mübadilə edirlər;

bu Sazişin 8-ci maddəsinə müvafiq olaraq gömrük nəzarətinin həyata keçirilməsi üçün səlahiyyətli vəzifəli şəxslərin siyahılarını mübadilə edirlər.

Bu Saziş qüvvəyə mindikdən sonra məsləhətləşmələr istənilən Tərəfin dövlətinin mərkəzi gömrük orqanının müraciəti əsasında keçirilir.

Tərəflərdən biri bu Sazişə düzəliş edilməsini təklif edərsə, qeyd olunan müddətin uzadılması barədə razılığa gəlinmədiyi təqdirdə, Tərəf dövlətlərin mərkəzi gömrük orqanları bu cür düzəlişlərin edilməsi ilə bağlı məsləhətləşmələri onların keçirilməsi barədə sorğunun alındığı gündən 60 təqvim günü ərzində keçirirlər.

 

Maddə 12

 

Hər bir konkret hal üçün digər qayda razılaşdırılmayacağı təqdirdə, Tərəf dövlətlərin qanunvericiliyində nəzərdə tutulmuş vəsait çərçivəsində bu Sazişin yerinə yetirilməsinin gedişatı zamanı yarana biləcək xərcləri Tərəflər özləri ödəyirlər.

 

Maddə 13

 

Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi olan, ayrıca protokollarla rəsmiləşdirilən və bu Sazişin 15-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minən dəyişiklik və əlavələr edilə bilər.

 

Maddə 14

 

Bu Sazişin həyata keçirilməsi zamanı Tərəflər arasında bu Sazişin müddəalarının tətbiqi və təfsiri ilə bağlı yarana biləcək istənilən fikir ayrılığı və mübahisələr Tərəf dövlətlərin mərkəzi gömrük orqanları arasında məsləhətləşmələrinin və danışıqlarının aparılması yolu ilə həll edilir.

Bu cür fikir ayrılığı və mübahisələr Tərəf dövlətlərin mərkəzi gömrük orqanları tərəfindən tənzimlənə bilmədiyi təqdirdə, Tərəflər arasında məsləhətləşmələr və danışıqların aparılması yolu ilə həll edilir.

 

Maddə 15

 

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Tərəflərdən hər biri digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə bu Sazişin qüvvəsini dayandıra bilər. Bu Saziş digər Tərəfin belə bildirişi aldığı tarixdən altı ay sonra qüvvədən düşmüş hesab edilir.

Bu Saziş Soçi şəhərində 2018-ci il 1 sentyabr tarixində, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və hər iki mətn eyni qüvvəyə malikdir.

 

Azərbaycan Respublikası

Rusiya Federasiyası

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)

 


 

 

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Sazişə

Əlavə 1

 

Neftin uçot (uçot vahidi) avadanlıqlarından

göstəricilərin qeydə alınması haqqında

____ _____________ 20 __ il tarixli

AKT

 

Gömrük nəzarətinin yeri _____________________________________________________________

Bu akt ondan ötrü tərtib edilmişdir ki, _________________ -dən __________________ -dək olan

dövrdə boru kəməri vasitəsilə keçirilən neftin netto miqdarı________________ ton (metrik ton)

olmuşdur, boru kəməri vasitəsilə keçirilən neftin brutto miqdarı ____________ ton (metrik ton) olmuşdur.

Bu akta aşağıdakı sənədlər əlavə olunur (fotoşəkillər və s.):

____________________________________________________________________________________

Uçot (uçot vahidi) avadanlığının

 

istismarına məsul olan

 

təşkilatın nümayəndəsi

_____________________________________________________

 

(S.A.A., vəzifə, imza)

Azərbaycan Respublikası

 

gömrük xidmətinin

 

səlahiyyətli vəzifəli şəxsi

_____________________________________________________

 

(S.A.A., vəzifə, imza)

Rusiya Federasiyası gömrük xidmətinin

 

səlahiyyətli vəzifəli şəxsi

_____________________________________________________

 

(S.A.A., vəzifə, imza)

 


 

 

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya

Federasiyası Hökuməti arasında elektrikötürücii xətlər

və boru kəməri vasitəsilə keçirilən mallar üzərində

gömrük nəzarəti haqqında Sazişə

Əlavə 2

 

Təbii qazın uçot (uçot vahidi) avadanlıqlarından

göstəricilərin qeydə alınması haqqında

____ ____________ 20 ___ il tarixli

AKT

 

Gömrük nəzarətinin yeri _____________________________________________________________

Bu akt ondan ötrü tərtib edilmişdir ki, _________ -dən __________ -dək olan dövrdə boru kəməri vasitəsilə keçirilən təbii qazın miqdarı kubmetr (standart kubmetr) olmuşdur.

Bu akta aşağıdakı sənədlər əlavə olunur (fotoşəkillər və s.):

____________________________________________________________________________________

Uçot (uçot vahidi) avadanlığının

 

istismarına məsul olan

 

təşkilatın nümayəndəsi

_____________________________________________________

 

(S.A.A., vəzifə, imza)

Azərbaycan Respublikası

 

gömrük xidmətinin

 

səlahiyyətli vəzifəli şəxsi

_____________________________________________________

 

(S.A.A., vəzifə, imza)

Rusiya Federasiyası gömrük xidmətinin

 

səlahiyyətli vəzifəli şəxsi

_____________________________________________________

 

(S.A.A., vəzifə, imza)

 


 

 

Azərbaycan Respublikası Hökuməti ilə Rusiya

Federasiyası Hökuməti arasında elektrikötürücü xətlər

və boru kəməri vasitəsilə keçirilən mallar üzərində

gömrük nəzarəti haqqında Sazişə

Əlavə 3

 

Elektrikötürücü xətlərlə keçirilən elektrik enerjisinin uçot (uçot vahidi)

avadanlıqlarından göstəricilərin qeydə alınması haqqında

_____20 ___________________ il tarixli

AKT

 

Gömrük nəzarətinin yeri (yarımstansiya, elektrik stansiyası) ______________________________

Bu akt ondan ötrü tərtib edilmişdir ki, ______________ -dən ______________ - dək olan dövrdə elektrikötürücü xətlərlə elektrik enerjisinin axını aşağıdakı kimi olmuşdur:

 

 

p/p

Uçot

obyektinin adı (EVX transformator)

Gərginlik, kV

Uçot obyektində quraşdırılmış sayğacların nömrəsi

(təhvil-təslim)

Sayğacların

göstəriciləri

Sayğac

göstə

ricilə

rinin

fərqi

Say

ğacla

rın

əmsalı

Sayğaclarla hesablanmış elektrik enerjisinin miqdarı min.kVt saat

Qeyd

(texnoloji

qeydlər)

Cari ayın 1- də _saat

Keçən ayın 1- də _saat

1

2

3

4

5

6

7

8

9

10

1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu akta aşağıdakı sənədlər əlavə olunur (fotoşəkillər və s.):

___________________________________________________________________________________

 

 

Uçot (uçot vahidi) avadanlığının

 

istismarına məsul olan

 

təşkilatın nümayəndəsi

_____________________________________________________

 

(S.A.A., vəzifə, imza)

Azərbaycan Respublikası

 

gömrük xidmətinin

 

səlahiyyətli vəzifəli şəxsi

_____________________________________________________

 

(S.A.A., vəzifə, imza)

Rusiya Federasiyası gömrük

 

xidmətinin səlahiyyətli

 

vəzifəli şəxsi

_____________________________________________________

 

(S.A.A., vəzifə, imza)