Sahibkarların mövcud və ya inşa ediləcək
tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun
sadələşdirilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə
sahibkarlığın inkişafının
stimullaşdırılması, biznes və investisiya mühitinin
əlverişliliyinin artırılması istiqamətində
işləri davam etdirmək, beynəlxalq reytinqlərdə
Azərbaycan Respublikasının mövqeyini daha da
yaxşılaşdırmaq, sahibkarların mövcud və ya
inşa ediləcək tikinti obyektlərinin enerji
təchizatı şəbəkəsinə qoşulması
ilə bağlı tələb olunan proseduru və müddəti
optimallaşdırmaq, sahibkarlara göstərilən
xidmətlərin yüksək səviyyədə,
keyfiyyətlə, rahat və sahibkar məmnunluğu
əsasında həyata keçirilməsini təmin etmək
məqsədilə qərara
alıram:
1. Sahibkarların mövcud və ya inşa ediləcək
tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun
sadələşdirilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin 2017-ci
il 4 aprel tarixli 1313 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017, № 4, maddə 527; 2018, № 2, maddə 221,
№ 8, maddə 1678) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 2-ci hissəyə Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi;
sözlərindən sonra Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi;
sözləri əlavə edilsin;
1.2. 3.1-ci bəndə müraciətlər sözündən
sonra kiçik və orta biznes evləri və sözləri
əlavə edilsin;
1.3. 3.2-ci bəndə mərkəzlərinin
sözündən sonra və kiçik və orta biznes evlərinin
sözləri əlavə edilsin;
1.4. 3.3-cü bənddən Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında sözləri
çıxarılsın və həmin bəndə ərazi
vahidləri üzrə sözlərindən sonra kiçik və orta
biznes evlərində və sözləri əlavə edilsin;
1.5. 6.2-ci bəndə hər bir sözlərindən
sonra kiçik və orta biznes evində və sözləri
əlavə edilsin;
1.6. 10-cu hissədə İqtisadiyyat Nazirliyi,
sözlərindən sonra Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,
sözləri əlavə edilsin;
1.7. həmin Fərmanla təsdiq edilmiş
Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt
da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan
mövcud və ya inşa ediləcək tikinti obyektlərinin
elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin,
layihə-smeta sənədlərinin hazırlanması və
verilməsi, habelə enerji təchizatı şəbəkəsinə
qoşulması Qaydası üzrə:
1.7.1. 1.2.1-ci yarımbəndə yaradılan,
sözündən sonra kiçik və orta biznes evlərində (bundan
sonra KOB evləri) və sözləri əlavə edilsin;
1.7.2. 1.2.10-cu yarımbənddə 3.1-1-ci sözləri 3.1-ci
sözləri ilə əvəz edilsin;
1.7.3. 1.4-cü bənddə üç mərhələdən
ibarət olmaqla, ümumilikdə 24 (iyirmi dörd) sözləri iki
mərhələdən ibarət olmaqla, ümumilikdə 20
(iyirmi) sözləri ilə əvəz edilsin;
1.7.4. 1.4.1-ci yarımbəndə sifarişçinin
sözündən sonra KOB evlərinə və ya sözləri
əlavə edilsin və həmin yarımbənddən və
sifarişçiyə təqdim edilməsi (göndərilməsi)
sözləri çıxarılsın;
1.7.5. 1.4.2-ci yarımbəndə fiziki qoşulma
sözlərindən sonra , tikinti obyektinə elektrik enerjisinin
verilməsi, texniki şərtlərin və layihə
sənədlərinin təqdim edilməsi, ETM ilə
sifarişçi arasında qoşulma aktının (iki
nüsxədə) və elektrik enerjisinin alqı-satqı
müqaviləsinin (iki nüsxədə) imzalanması sözləri
əlavə edilsin;
1.7.6. 1.4.3-cü yarımbənd ləğv edilsin;
1.7.7. 1.10-cu, 2.1-ci, 2.6-cı, 2.9-cu və 2.18-ci
bəndlərdə ismin müvafiq hallarında
mərkəzlər sözündən əvvəl ismin müvafiq
hallarında KOB evləri və ya sözləri əlavə
edilsin;
1.7.8. 2.12-ci bənddə 8 (səkkiz) sözləri 6
(altı) sözləri ilə əvəz edilsin;
1.7.9. 2.14-cü bənd ləğv edilsin;
1.7.10. 2.19-cu bəndə ETM-in abreviaturasından sonra
KOB evlərindəki və sözləri əlavə edilsin;
1.7.11. 3.3-cü bəndə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
Nəzərdə tutulmuş işlər yerinə
yetirildikdən sonra 1.4.2-ci yarımbənddə
göstərilən sənədlər sifarişçiyə təqdim olunur.;
1.7.12. aşağıdakı məzmunda 3.8-ci və 3.9-cu
bəndlər əlavə edilsin:
3.8. Qoşulma aktı imzalandığı halda ETM
elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamaqdan
imtina edə bilməz.
3.9. ETM ilə sifarişçi arasında qoşulma aktı
bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən
birtipli formada tərtib edilir..
1.7.13. 4-cü hissə ləğv edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin
aktlarının bu Fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi və Azərişıq
Açıq Səhmdar Cəmiyyəti bu Fərmandan irəli
gələn məsələləri həll etsinlər.
4.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların bu Fərmana
uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 25 dekabr 2018-ci il
№ 437