Energetika
sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının
yaxşılaşdırılması tədbirləri
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, energetika sisteminin təkmilləşdirilməsi
və elektrik enerjisi təchizatının
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə
qərara alıram:
1.
Energetika sisteminin təkmilləşdirilməsi, əhalinin və
iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının
yaxşılaşdırılması məqsədilə Azərbaycan
Respublikasının Energetika Nazirliyi və Azərenerji
Açıq Səhmdar Cəmiyyəti tərəfindən birgə
tərtib edilmiş Reabilitasiya Proqramında nəzərdə
tutulan tədbirlərin həyata keçirilməsi ilə
bağlı Azərbaycan Respublikasının 2018-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan Azərenerji Açıq Səhmdar
Cəmiyyətinə nizamnamə kapitalının
artırılması üçün 40,0 (qırx) milyon manat
ayrılsın.
2.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr
2018-ci il
№ 846