Yüksəkgərginlikli elektrik verilişi xətlərinin
yenidən qurulması və
yaxşılaşdırılması tədbirlərinin həyata
keçirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
İstehsal olunan elektrik enerjisinin
ötürülməsində və istehlakçılara
çatdırılmasında itkilərin azaldılması və
elektrik şəbəkələrinin sabit fəaliyyətinin təmin
edilməsi istiqamətində tədbirlərin həyata
keçirilməsi məqsədilə, Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara
alıram:
1. “Qobu” yarımstansiyası üçün əlaqələndirici
elektrik verilişi xəttinin tikintisi, 110 kV-luq elektrik
verilişi xətlərinin və naqillərin yenilənməsi
və əsaslı təmiri işlərinin görülməsi
məqsədilə Azərbaycan Respublikasının 2018-ci il
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji”
Açıq Səhmdar Cəmiyyətinə nizamnamə
kapitalının artırılması üçün ilkin
olaraq 10,0 (on) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən
məbləğdə maliyyələşməni təmin
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr
2018-ci il
№ 824