Elektrik enerjisindən istifadə Qaydalarının təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
Elektrik və istilik enerjisi, habelə qaz təchizatı
sahəsində nəzarətin həyata keçirilməsi
Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin 2018-ci
il 16 iyul tarixli 204 nömrəli Fərmanının
2.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci
il 2 fevral tarixli 18 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005,
№ 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1,
maddə 32, № 10, maddə 846; 2010, № 1, maddə 49;
2012, № 2, maddə 183; 2013, № 6, maddə 738; 2014, №
1, maddə 69, № 2, maddə 201, № 7, maddə 925; 2016,
№ 4, maddə 772, № 5, maddə 955; 2017, № 3, maddə
478; 2018, № 3, maddə 624, № 8, maddə 1817) ilə təsdiq
edilmiş Elektrik enerjisindən istifadə Qaydalarında
aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.2-ci bəndin ikinci cümləsində layihə və
tələb olunan həcmdə texniki təhvil-təslim sənədlərini
sözləri bu Qaydaların 3.2-1-ci bəndində göstərilən
sənədləri sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə
edilsin:
3.2-1.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən
150 kVt-dan yuxarı elektrik qurğularının istismarına
buraxılış aktı vermək üçün texniki baxış
sifarişçilərin təqdim etdiyi aşağıdakı sənədlər
əsasında keçirilir:
3.2-1.1.
enerji təchizatı müəssisəsinin və ya dövlət
elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər;
3.2-1.2.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və
enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış
enerji təchizatı layihəsi;
3.2-1.3.
tikinti-quraşdırma işlərini aparmış şəxslə
sifarişçi arasında təhvil-təslim aktı;
3.2-1.4.
elektrik təsərrüfatına cavabdeh şəxsin təyin
olunması barədə əmrin surəti;
3.2-1.5.
kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu;
3.2-1.6.
transformatorun və avadanlıqların sınaq-sazlama protokolu;
3.2-1.7.
elektrik verilişi xəttinin sınaq protokolu və qapalı
işlər aktı;
3.2-1.8.
elektrik sayğacının quraşdırılması
aktı..
Azərbaycan
Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 17 oktyabr 2018-ci il
№ 460