Azərbaycan Respublikasının Belçika Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Mirhəmzə Nazim oğlu Əfəndiyevin eyni zamanda Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı təyin edilməsi haqqında

 Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

 

 1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndinə müvafiq olaraq Belçika Krallığındakı Azərbaycan  Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri Mirhəmzə Nazim oğlu Əfəndiyev eyni zamanda Azərbaycan Respublikasının NATO  yanında nümayəndəliyinin başçısı təyin edilsin.

 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Nümayəndəliyin fəaliyyətinin təminatı ilə bağlı maliyyə  və maddi-texniki təchizat məsələlərini həll etsin.

 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirinə tapşırılsın ki, bir ay müddətində Nümayəndəliyin ştat cədvəlini təsdiq etsin, diplomatik  və texniki heyətini təyin etsin.

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 Bakı şəhəri, 10 yanvar 1998-ci il

                № 666