Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında[1]

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1960-cı il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1960-cı il 29, maddə 143; 1961-ci il, 9, maddə 37; 13, maddə 52; 16, maddə 60; 21, maddə 78; 1962-ci il 1, maddə 6; 7, maddə 30, 32; 22, maddə 115; 1963-cü il, 3, maddə 13; 32, maddə 201; 1964-cü il; 14, maddə 72; 1965-ci il: 7, maddə 57; 27, maddə 145; 1966-cı il; 3, maddə 18; 8, maddə 59; 16, maddə 135; 18, maddə 166; 1967-ci il: 12, maddə 144; 17, maddə 185; 18, maddə 192; 19, maddə 207; 20, maddə 214; 1968-ci il: 14, maddə 113; 1969-cu il: 2, maddə 15; 11, maddə 95; 22, maddə 173; 1970-ci il: 2, maddə 13; 6, maddə 40; 1971-ci il: 22, maddə 177; 1972-ci il: 7-8, maddə 21; 12, maddə 52; 15-16, maddə 94; 1973-cü il: 7, maddə 62; 10, maddə 90; 13, maddə 116; 23, maddə 198; 1975-ci il: 7, maddə 48; 16, maddə 138; 1977-ci il: 1-2, maddə 3; 5-6, maddə 29; 8, maddə 49; 1978-ci il, 13, maddə 127; 1979-cu il: 4, maddə 23; 1980-ci il: 10, maddə 125; 11-12, maddə 136; 15, maddə 170; 18, maddə 187; 1981-ci il: 8, maddə 113: 18, maddə 207; 20, maddə 225; 1982-ci il: 12, maddə 1; 18, maddə 161; 21, maddə 203; 24, maddə 292; 1983-cü il: 17-18, maddə 162; 21, maddə 194; 1984-cü il: 3-4, maddə 29, 30; 7, maddə 55; 11-12, maddə 111; 1985-ci il: 3, maddə 29; 10, maddə 118; 11, maddə 130; 13-14, maddə 151; 21, maddə 204; 22, maddə 216; 1986-cı il: 11, maddə 58; 12, maddə 72; 15-16, maddə 123; 1987-ci il: 12, maddə 118; 14, maddə 141; 15-16, maddə153, 157; 18, maddə 173; 21, maddə 211; 1988-ci il, 4, maddə 26; 5-6, maddə 29, 35; 8, maddə 58; 13-14, maddə 136; 16, maddə 150; 1989-cu il: 7-8, maddə 47; 15-16, maddə 118; 1990-cı il: 8, maddə 53, 55; 12, maddə 147: 1991-ci il, 12-13, maddə 203; 1992-ci il: 1, maddə 3; 5, maddə 100; 7, maddə 167; 11, maddə 412; 21, maddə 923; 1993-cü il: 2, maddə 64; 9, maddə 226, 10, maddə 300; 23-24, maddə 673; 1995-ci il: 10 maddə 192; 22, maddə 357; 29 may 1996-cı il tarixli, 90-İQD saylı Qanun; 24 dekabr 1996-cı il tarixli, 218-İQD saylı Qanun; 27 dekabr 1996-cı il tarixli 222-İQD saylı Qanun; 7 fevral 1997-ci il tarixli, 241-İQD saylı Qanun; 7 fevral 1997-ci il tarixli, 242-İQD saylı Qanun; 7 fevral 1997-ci il tarixli 243-İQD saylı Qanun; 25 aprel 1997-ci il tarixli 279-İQD saylı Qanun; 13 iyun 1997-ci il tarixli, 324-İQD saylı Qanun; 30 sentyabr 1997-ci il tarixli, 375-İQD saylı Qanun) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 21-ci maddədə:

maddənin birinci hissəsinə aşağıdakı redaksiyada yeni 1-ci bənd əlavə edilsin:

1) ömürlük azadlıqdan məhrumetmə;

maddənin birinci hissəsinə yeni 1-ci bəndin əlavə edilməsi ilə əlaqədar olaraq bu hissənin əvvəlki redaksiyasında olan 18-ci bəndlər müvafiq olaraq 2 9-cu bəndlər hesab edilsin;

maddənin birinci hissəsinin 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

2) müəyyən müddətə azadlıqdan məhrumetmə.

2. Məcəllədən 22-ci maddə çıxarılsın;

3. Məcəlləyə aşağıdakı redaksiyada yeni 221-ci maddə əlavə edilsin:

Maddə 22-1. Ömürlük azadlıqdan məhrumetmə

Bu Məcəllədə xüsusi olaraq nəzərdə tutulmuş hallarda ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən edilir.

Cinayət edənədək on səkkiz yaşına çatmayan şəxslərə və qadınlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmir. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında on beş ildən çox, lakin iyirmi ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər.

Ömürlük azadlıqdan məhrumetmə cəzası bütün cəza müddətində həbsxanada saxlanılmaqla təyin olunur;

4. 23-cü maddədə:

maddənin adı aşağıdakı redaksiyada verilsin:

Maddə 23. Müəyyən müddətə azadlıqdan məhrumetmə

maddənin birinci hissəsindən Ölüm cəzası bağışlama qaydasında on beş ildən də çox, lakin iyirmi ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə ilə əvəz edilə bilər sözləri çıxarılsın;

5. 44-cü maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

Ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilən şəxs barəsində cinayət məsuliyyətinə cəlbetmə müddətinin tətbiq edilməsi məsələsini məhkəmə həll edir. Əgər məhkəmə cinayət məsuliyyətinə cəlbetmə müddətini tətbiq etməyi lazım bilməzsə, ömürlük azadlıqdan məhrumetmə cəzası təyin oluna bilməz və bu müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilir;

6. 45-ci maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs barəsində ittiham hökmünün icrası müddətinin tətbiq edilməsi məsələsini məhkəmə həll edir. Əgər məhkəmə ittiham hökmünün icrası müddətini tətbiq etməyi lazım bilməzsə, ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilir;

7. 501 maddənin 4-cü bəndi aşağıdakı redaksiyada verilsin:

ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, habelə ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş şəxsə;

8. Cinayət Məcəlləsinin 57-ci maddəsinin birinci hissəsinin, 57-1-ci maddəsinin ikinci hissəsinin, 58-ci maddəsinin, 59-cu maddəsinin birinci hissəsinin, 61-ci maddəsinin, 70-ci maddəsinin, 70-2 maddəsinin üçüncü hissəsinin, 94-cü maddəsinin, 109-cu maddəsinin dördüncü hissəsinin, 212-2-ci maddəsinin üçüncü hissəsinin, 212-3-cü maddəsinin üçüncü hissəsinin, 255-ci maddəsinin V bəndinin sanksiyalarında ölüm cəzası sözləri ömürlük azadlıqdan məhrumetmə cəzası sözləri ilə əvəz edilsin.

II. Azərbaycan Respublikasının 1960-cı il 8 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1960-cı il 29, maddə 144; 1979-cu il, 9-10, maddə 72; 1980-ci il, 11-12, maddə 137; 1983-cü il, 17-18, maddə 165; 1987-ci il, 21, maddə 201; 1988-ci il, 4, maddə 26; 13-14, maddə 136; 16, maddə 153; 1990-cı il, 3-4, maddə 19; 12, maddə 145; 1992-ci il, 16, maddə 688; 1993-cü il, 23-24, maddə 673; 1995-ci il, 10, maddə 192; 22, maddə 357; 24 dekabr 1996-cı il tarixli, 218-İQD saylı Qanun; 27 dekabr 1996-cı il tarixli, 222-İQD saylı Qanun; 7 fevral 1997-ci il tarixli; 241-İQD saylı Qanun; 7 fevral 1997-ci il tarixli; 242-İQD saylı Qanun; 7 fevral 1997-ci il tarixli, 243-İQD saylı Qanun; 30 sentyabr 1997-ci il tarixli; 375-İQD saylı Qanun) aşağıdakı əlavələr və dəyişikliklər edilsin;

59-cu maddənin birinci hissəsində cəza tədbirləri olaraq ölüm cəzası sözləri ömürlük azadlıqdan məhrumetmə cəzası sözləri ilə, 237-ci maddənin ikinci hissəsində ölüm cəzasının sözləri ömürlük azadlıqdan məhrumetmə cəzasının sözləri ilə əvəz edilsin.

III. Azərbaycan Respublikasının 1970-ci il 23 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İslah-Əmək Məcəlləsinə (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1970-ci il, 24, maddə 198; 1973-cü il, 7, maddə 65, 12, maddə 106; 1977-ci il, 5-6, maddə 32; 1982-ci il, 18, maddə 162; 1985-ci il, 10, maddə 118; 1986-cı il, 13, maddə 90; 1987-ci il, 21, maddə 199, 201; 1992-ci il, 20, maddə 882; 7 fevral 1997-ci il tarixli, 246-İQD saylı Qanun) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 18-ci maddənin üçüncü hissəsində ölüm cəzası növündə cəzası bağışlama və ya amnistiya qaydasında azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş məhkumlar sözləri, 78-ci maddənin birinci hissəsində ölüm cəzası bağışlama və ya amnistiya qaydasında azadlıqdan məhrumetmə ilə əvəz olunmuş məhkumların sözləri ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, habelə ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş məhkumların sözləri ilə əvəz edilsin;

2. 23-cü maddənin ikinci hissəsində, 24-cü maddənin ikinci hissəsində, 26-cı maddənin birinci hissəsində ölüm cəzası bağışlama və ya amnistiya qaydasında azadlıqdan məhrumetmə ilə əvəz olunmuş sözləri, 41-ci maddənin dördüncü hissəsində ölüm cəzası növündə cəzası bağışlama və ya amnistiya qaydasında azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilən sözləri ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş sözləri ilə əvəz edilsin;

3. 29-cu maddənin ikinci hissəsində ölümə məhkum olunmuşlar sözləri ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar sözləri ilə əvəz edilsin;

4. 65-ci maddənin üçüncü hissəsinin 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş şəxslər.

IV. Bu Qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin.

V. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-1 maddəsində nəzərdə tutulan məhdudiyyətlər, habelə Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 18, 23, 24, 26, 41, 65 və 78-ci maddələrində ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş şəxslər üçün nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının icrası qaydası və şərtləri bu Qanunun qüvvəyə mindiyi günədək ölüm cəzası əfv və ya amnistiya qaydasında azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş şəxslərə də şamil olunur.

VI. Müharibə dövründə və ya müharibə təhlükəsi mövcud olduqda ağır cinayətlərə görə müstəsna hallarda xüsusi qanun qəbul edilməklə ölüm cəzasının tətbiqinə yol verilə bilər.

VII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azәrbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 10 fevral 1998-ci i

431-IQD

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 oktyabr 1999-cu il tarixli, 704-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu

2.       30 dekabr 1999-cu il tarixli, 787-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu

3.       4 iyul 2000-ci il tarixli, 907-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu

4.       14 iyul 2000-ci il tarixli, 908-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 iyul 2000-ci il tarixli, 908-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir.