Əhalinin sağlamlığının
qorunması haqqında
Azərbaycan Respublikasının
Qanunu
Əhalinin
sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi,
hüquqi,
elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir.
Bu Qanun əhalinin
sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir.
I fəsil
Ümumİ müddəalar
Əhalinin
sağlamlığının qorunmasının əsas prinsipləri aşağıdakılardır:
Əhalinin
sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti;
əhalinin
sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi;
tibbi-sosial yardımın hamı üçün mümkünlüyü;
sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi.
Əhalinin
sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdən ibarətdir.
Əhalinin
sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
əhalinin
sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının müəyyən edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi;
sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
səhiyyə sisteminin təşkili qaydalarının və fəaliyyətinin müəyyənləşdirilməsi;
dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi;
ətraf
mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsi;
icbari
tibbi sığorta üzrə sığorta məbləğinin və sığorta haqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi;[1]
əhalinin
xüsusi qrupları üçün tibbi-sosial yardım göstərilməsinə təminat verilməsi;
dövlət və qeyri-dövlət səhiyyə sistemi müəssisələri arasında sağlam rəqabətə təminat verilməsi;
ailənin, valideynlərin və uşaqların mühafizəsi;
səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi;
tibb
müəssisələrinin akkreditasiyasının həyata
keçirilməsi.[2]
II fəsil
Əhalİnİn
sağlamlığının qorunmasının
təşkİlİ
Dövlət səhiyyə sisteminə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum), dövlət tabeçiliyindəki müalicə-profilaktika, elmi-tədqiqat, təhsil, əczaçılıq,
sanitariya-profilaktika müəssisələri, eləcə də səhiyyənin maddi-texniki təchizatı ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən müəssisələr, sanitariya-epidemiologiya xidməti, məhkəmə-tibb ekspertizası daxildir.[3]
Qeyri-dövlət səhiyyə sisteminə qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən və
əmlakı xüsusi mülkiyyətə, yaxud icarə
müqaviləsi əsasında istifadə olunan
mülkiyyətə əsaslanan özəl tibb
müəssisələri, o cümlədən
əmlakını bələdiyyə mülkiyyəti təşkil edən tibb və əczaçılıq müəssisələri, özəl
tibbi praktika və əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir. [4]
Tibb müəssisələri qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirilə və icarəyə verilə bilər.
Səhiyyə müəssisələrinin dövlət qeydiyyatı qanunvericiliklə müəyyən olunmuş qaydada aparılır.
Maddə 7-1.
Tibb müəssisələrinin akkreditasiyası
Tibb
müəssisələrinin akkreditasiyası əhaliyə
göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb
müəssisələrinin fəaliyyətinin normativ
hüquqi aktların tələblərinə
uyğunluğunun müəyyən edilməsi və
əhalinin yüksəkkeyfiyyetli tibbi xidmət
göstərən tibb müəssisəsi tərəfindən
müayinə və müalicə olunması üçün
seçim hüququnun təmin edilməsi məqsədilə
aparılır.
Tibb
müəssisələrinin akkreditasiyası qaydasını
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) təsdiq edir.
Tibb
müəssisələrinin akkreditasiyasını müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) həyata keçirir.
Tibb
müəssisələrinin akkreditasiyasına görə
“Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
məbləğdə dövlət rüsumu tutulur.
Tibb
müəssisələrinin akkreditasiyası hər 5 (beş)
ildən bir həyata keçirilir. Akkreditasiyadan keçən
tibb müəssisələrinə akkreditasiya haqqında
şəhadətnamə verilir.[5]
Əhalinin
sanitariya-epidemioloji salamatlığı dövlət
sanitariya-epidemioloji xidmətinin nəzarəti altında bütün hüquqi və fiziki şəxslər tərəfindən gigiyenik, əksepidemik tədbirlər kompleksini həyata keçirməklə, müvafiq qanunvericiliyə uyğun olaraq təmin edilir.
Dövlət səhiyyə sistemi əsasən dövlət büdcəsi, eləcə də icbari tibbi sığorta vəsaitləri, müəssisə, idarə və təşkilatların gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və istifadəsi qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. [6]
Dövlət səhiyyə sisteminin vəsaitləri:
səhiyyənin məqsədli kompleks proqramlarının işlənib hazırlanmasına və yerinə yetirilməsinə;
dövlət səhiyyə müəssisələrinin maddi-texniki bazasının inkişafına;
müalicə-profilaktika və sanitariya-epidemioloji müəssisələrin saxlanmasına;
güzəştli tibbi xidmətin göstərilməsinə;
tibb və əczaçılıq işçilərinin hazırlanmasına və ixtisaslarının artırılmasına;
tibb elminin inkişafına və tətbiqinə;
emidemiyaların aradan qaldırılmasına yönəldilir.
III fəsil
Sağlamlığın qorunması
sahəsİndə vətəndaşların,
əcnəbİlərİn və
vətəndaşlığı olmayan
şəxslərİn hüquqları
Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır.
Dövlət tibb
müəssisələrində tibbi xidmət dövlət
büdcəsi vəsaiti, büdcədənkənar
vəsaitlər, icbari və könüllü tibbi
sığorta sistemindən daxil olan vəsaitlər,
şəxslərin öz vəsaiti, hüquqi və fiziki
şəxslərin ianələri və qanunla qadağan
olunmayan digər mənbələr hesabına
maliyyələşdirilir.[7]
Dövlət ətraf mühitin qorunmasına, vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait yaradılmasına, eləcə də tibbi-sanitariya və tibbi-sosial yardıma təminat verir.
Xaricdə olan Azərbaycan
Respublikası vətəndaşlarının sağlamlığının qorunması Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan şəxslərin əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqları vardır.
Azərbaycan Respublikasının
vətəndaşı olan onkoloji xəstələrə tibbi
yardım ixtisaslaşdırılmış dövlət tibb
müəssisələrində dövlət büdcəsi
vəsaiti hesabına həyata keçirilir.
Onkoloji xəstəliyin son
mərhələsində olan və sosial əlaqələrini
itirmiş onkoloji xəstələr ümumi təyinatlı
müalicə müəssisələrində zəruri olan
müddətdə dövlət təminatında
saxlanılır.
Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada əcnəbilərin sağlamlığının qorunması hüququ vardır. [9]
İnsanın
immunçatışmazlığı virusu ilə yaşayan
Azərbaycan Respublikası vətəndaşlarına,
Azərbaycan Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan şəxslərə
və Azərbaycan Respublikası tərəfindən
qaçqın statusu verilmiş şəxslərə tibbi
yardım (o cümlədən
ixtisaslaşdırılmış tibbi yardım) dövlət
tibb müəssisələrində müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş həcmdə dövlət büdcəsinin
vəsaiti hesabına göstərilir.[10]
Uşaqların icbari dispanserizasiyası tədbirləri “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlarını, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri və əcnəbiləri əhatə edir.[11]
Vətəndaşların sağlamlığa təsir göstərən amillər haqqında müntəzəm və düzgün məlumat almaq hüququ vardır və bu məlumatlar vətəndaşlara kütləvi informasiya vasitələri ilə, yaxud bilavasitə onların sorğularına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
İnsanların həyat və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanunla müəyyən edilmiş
qaydada məsuliyyətə cəlb edilirlər. [12]
Hamiləliyin
süni yolla pozulması və süni mayalanma üzrə tibbi
xidmətin reklamı qadağandır.
Azərbaycan
Respublikasında yalnız həkim resepti olmadan buraxılan
dərman vasitələri, istifadəsinə (tətbiqinə)
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
icazə verilmiş tibbi təyinatlı texnika, müalicə,
profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna
bilər. Dərman vasitələrinin, tibbi təyinatlı
texnikanın və məmulatların, tibbi xidmətlərin
reklamına tələblər “Reklam haqqında” və
“Dərman vasitələri haqqında” Azərbaycan
Respublikasının qanunları ilə müəyyən
olunur.[13]
Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır.
Tibbi-sosial yardım dövlət və qeyri-dövlət səhiyyə sistemi, eləcə də sosial müdafiə sistemi müəssisələrində göstərilir.
Vətəndaşlar tibbi
sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər. [14]
Vətəndaşların könüllü tibbi sığorta əsasında, eləcə də müəssisələrin, təşkilatların ayrı-ayrı şəxslərin vəsaitləri və qanunvericilikdə qadağan edilməyən digər mənbələr
hesabına
tibbi yardım
almaq və digər əlavə tibbi xidmət növləri ilə təmin olunmaq hüququ vardır.
Güzəştli şərtlərlə protez-ortopedik məmulatlar, eşitmə aparatları, hərəkətetmə və digər reabilitasiya vasitələri ilə təmin olunmaq hüququ olan vətəndaşların kateqoriyaları və güzəştlərlə təminat qaydaları qanunvericilikdə müəyyən edilir.
Vətəndaşların ixtisaslaşdırılmış müəssisələrdə tibbi-sosial ekspertizadan keçmək hüququ vardır.
İdmanla
məşğul
olan uşaqların, yeniyetmələrin, tələbələrin, əlilliyi olan şəxslərin və pensiyaçıların, məcburi
köçkünlərin və onlara bərabər tutulan
şəxslərin dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti
hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq xidmətlər
zərfində nəzərdə tutulduğu halda isə icbari
tibbi sığorta vəsaitləri hesabına) tibbi nəzarət olunmaq hüququ vardır. [15]
Müvafiq icra hakimiyyəti orqanları
təhsil müəssisələrinin vəsaiti hesabına
əyani təhsil alan tələbələrin hər il
kompleks tibbi müayinədən keçirilməsini təmin
edirlər. [16]
Yoluxucu xəstəliklər aşkar edildikdə, ətrafdakıları xəstələnməkdən qorumaq məqsədilə işdən kənarlaşdırılmış şəxslərin, karantinlə əlaqədar müavinət almaq hüququ vardır.
Vətəndaşların tibbi sığortası (icbari və könüllü) Azərbaycan Respublikasının sığorta qanunvericiliyində müəyyən edilmiş qaydada həyata keçirilir. [17]
Əhalinin
dərman vasitələri ilə təminatı Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada həyata keçirilir.
Yoluxucu və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı əsasında bəzi peşə sahibləri işə qəbul edilərkən və işlədiyi müddətdə işə götürənin vəsaiti hesabına məcburi dövri tibbi müayinədən keçirlər.
Əhalinin hüquqlarının,
qanuni mənafelərinin və dövlətin
təhlükəsizliyinin müdafiəsi məqsədi ilə
peşə fəaliyyətinin ayrı-ayrı növləri
və yüksək təhlükə mənbəyi ilə
bağlı olan fəaliyyətlə məşğul olan
şəxslər işə qəbul olduqda, işlədiyi
müddətdə isə ildə bir dəfədən az
olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi
müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. [19]
Yaşı
18-dən az olan şəxslər işə yalnız tibbi
müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına
çatanadək hər il işəgötürənin
vəsaiti hesabına hökmən tibbi müayinədən
keçirilməlidirlər. [20]
Dövlət ailə üzvlərinin sağlamlığını qorumaq qayğısını öz öhdəsinə götürür.
Hər bir vətəndaş ailənin planlaşdırılması, ətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə-nigah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə yaşayış
yerindəki dövlət və bələdiyyə tibb
müəssisələrində müvafiq olaraq dövlət və
ya yerli büdcə vəsaiti hesabına (“Tibbi sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq xidmətlər zərfində nəzərdə
tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri
hesabına) məsləhətlər almaq ,
müayinədən keçmək və dispanser
nəzarətində olmaq hüququna malikdir. [22]
Uşaqlı ailələrin (ilk növbədə sağlamlıq
imkanları məhdud uşaqları və valideyn himayəsindən məhrum uşaqları böyüdən natamam ailələrin) əhalinin sağlamlığının qorunması sahəsində qanunvericilikdə müəyyən edilmiş güzəştlərdən istifadə etmək hüququ vardır. [23]
14 yaşına çatmayan xəstə uşağa
qulluq edilməsinə görə istər ambulator, istərsə də stasionar müalicə zamanı uşağın qulluğa ehtiyacı olan müddətədək valideynlərdən birinə və ya ailənin başqa bir üzvünə qanunvericilikdə müəyyən edilmiş müavinət verilir.
Yetkinlik yaşına çatmayan
şəxs postvaksinal fəsadla əlaqədar
xəstəliyə tutulduqda ona qanunvericilikdə
müəyyən edilən qaydada sağlamlıq
imkanlarının məhdudluğu müəyyən
edilənədək onun valideynlərindən biri və ya
qanuni nümayəndəsi fasiləsiz iş stajından asılı
olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında
müavinət almaq hüququna malikdir. [24]
Hər bir qadın hamilələk dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsi vəsaiti
hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq xidmətlər
zərfində nəzərdə tutulduğu halda isə icbari
tibbi sığorta vəsaitləri hesabına) təmin olunur.[25]
Maddə 17-1.
Əhalinin sağlamlığının qorunması
sahəsində məişət zorakılığından
zərər çəkmiş şəxslərin
hüquqları[26]
Məişət
zorakılığından zərər çəkmiş
şəxslər dövlət səhiyyə sisteminin
müəssisələrində ixtisaslaşdırılmış
tibbi yardımla dövlət
büdcəsi vəsaiti hesabına (“Tibbi sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq xidmətlər zərfində nəzərdə
tutulduğu halda isə icbari tibbi sığorta
vəsaitləri hesabına) təmin olunurlar.
Yetkinlik yaşına çatmayanların:
Uşaqların
icbari dispanserizasiyası haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın
nəticələrindən asılı olaraq tibbi
göstərişlər əsasında ambulator, stasionar və
ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq,
dispanserizasiyanın nəticələri, o cümlədən
aparılmış müayinə-müalicə
tədbirləri, habelə sağlamlığının
vəziyyəti haqqında tam və obyektiv məlumat almaq;[27]
sanitariya-gigiyena
tələblərinə cavab verən şəraitdə təhsil almaq və əməklə məşğul olmaq;
peşə yararlığı müəyyənləşdirilərkən dövlət büdcəsinin vəsaiti
hesabına tibbi məsləhətlər almaq;[28]
büdcə vəsaitləri hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada güzəştli şərtlərlə qidalanmaq və tibbi sosial yardım almaq hüququ vardır.
Fiziki və ya ruhi çatışmazlıqları olan yetkinlik yaşına çatmayanlar valideynlərinin və ya qanuni nümayəndələrinin müraciəti ilə sosial xidmət müəssisələrində saxlanıla bilərlər.[29]
Hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların hərbi xidmətə yararlı (yararsız) olmalarının müəyyənləşdirilməsi məqsədilə tibbi müayinədən keçmək, yaxud hərbi həkim komissiyasının rəyi əsasında vaxtından əvvəl hərbi xidmətdən azad olmaq hüququ vardır.
Hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır.
Hərbi xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların tibbi müayinədən və şəhadətləndirilmədən keçib, hərbi qulluğa yararlıq, yaxud çağırışın təxirə salınması, ondan azad olunmaq üçün tibbi göstərişlər və əksgöstərişlər haqqında tam məlumat almaq hüququ vardır.
Hərbi qulluqçuların, xidmətə çağırılanların və müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların dövlət səhiyyə sisteminin müəssisələrində tibbi yardım almaq hüququ vardır və onların tibbi təminatı qanunvericiliklə müəyyən edilir.
Hərbi qulluqçuların ailə üzvlərinin tibbi təminatı başqa vətəndaşlarla ümumi əsaslarda həyata keçirilir. Mülki səhiyyə müəssisələrində tibbi yardım almaq mümkün olmadıqda onlar hərbi-tibb hissə və müəssisələrində tibbi yardımın bütün növləri ilə təmin edilirlər.
Pensiyaçıların evdə, dövlət səhiyyə sistemi müəssisələrində tibbi yardımla, eləcə də sosial xidmət müəssisələrində tibbi-sosial yardımla müvafiq olaraq dövlət və ya
yerli büdcə vəsaiti hesabına (“Tibbi sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq xidmətlər zərfində nəzərdə
tutulduğu halda isə icbari tibbi sığorta
vəsaitləri hesabına) təmin olunmaq, tibbi rəy əsasında sosial sığorta və ya məcburi dövlət sosial
sığorta vəsaiti hesabına
güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq və reabilitasiya olunmaq hüquqları vardır.[30]
Maddə 21.
Əlilliyi olan şəxslərin tibbi yardımla
təminatı
Əlilliyi
olan şəxslərin tibbi yardımla təminatı bu Qanun
və “Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.[31]
Fövqəladə vəziyyət elan olunmuş yerlərdə ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət büdcəsi vəsaiti
hesabına tibbi
yardım,
sanatoriya-kurort, bərpa müalicəsi almaq, dərman vasitələri, immunbioloji preparatlar və tibbi məmulatlarla təmin olunmaq, eləcə də həyat və sağlamlıq üçün təhlükəli amillərin aradan qaldırılması məqsədilə gigiyenik və əksepidemik tədbirlərdən istifadə etmək hüquqları vardır.
Fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların dövlət büdcəsi vəsaiti
hesabına müalicə, o cümlədən sanatoriya-kurort müalicəsi və reabilitasiyanın bütün növləri ilə təmin olunmaq, qanunvericilikdə müəyyən edilmiş qaydada müavinət almaq hüquqları vardır.[32]
Maddə 22-1. Məcburi köçkünlərin və onlara
bərabər tutulan şəxslərin tibbi təminatı [33]
Məcburi
köçkünlərin və onlara bərabər tutulan
şəxslərə tibbi xidmət göstərilməsi
qaydası və onlara bu sahədə verilən
güzəştlər qanunvericiliklə müəyyən
edilir.
Tutulmuş, həbs edilmiş
vətəndaşların, cəzaların
çəkilməsi zamanı məhkumların büdcə
vəsaitləri hesabına ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən
asılı olaraq ambulator və ya stasionar şəraitdə
tibbi yardım almaq hüququ vardır.
[35]
Bu kateqoriyadan
olan qadınların hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonrakı dövrdə ixtisaslaşdırılmış tibbi yardım almaq hüququ vardır.
Cəzaçəkmə
müəssisələrində məhkum qadınların
üç yaşına çatmayan uşaqlarının
yerləşdirilməsi üçün uşaq evləri
təşkil edilir. [36]
Tutulmuş, həbs edilmiş vətəndaşların,
cəzaların çəkilməsi zamanı
məhkumların obyekt şəklində hər hansı biotibbi tədqiqata cəlb edilməsi qadağandır.
Tutulmuş, həbs edilmiş vətəndaşlara, cəzaların
çəkilməsi zamanı məhkumlara tibbi yardımın göstərilməsi qaydaları qanunvericilikdə müəyyən edilir. [37]
Cəzaçəkmə
müəssisələrində məhkumlar tibbi
məsləhət və müalicə almaq üçün
pullu xidmət göstərən tibb müəssisələrinə
müraciət etmək hüququna malikdirlər. Bu növ
xidmətlərin, dərmanların ödəniş haqqı
məhkum və ya onun qohumları tərəfindən
həyata keçirilir. [38]
IV fəsil
Tİbb-sosİal yardım
sahəsİndə vətəndaşların hüquqları
Pasiyentin:
təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək;
sanitariya-gigiyena
tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq;
stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək;
tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq;
tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək;
tibbi müdaxilədən imtina etmək;
hüquq və vəzifələri haqqında, sağlamlığının vəziyyəti barədə məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək;
daxili qaydalar
pozulmamaq şərtilə xəstəxanada dini mərasimin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq hüququ vardır.
Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir.
Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ay yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir.
Xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat xəstənin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, xəstə tələb etdikdə isə bu məlumat ehtiyatlı formada onun özünə çatdırıla bilər.
Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir.
Vətəndaşın tələbi ilə ona sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur.
Psixiatriya
yardımı alan və ya əvvəllər psixiatriya
yardımı almış şəxsə
göstərilən yardım tədbirləri barədə
məlumatlar şəxsin özünün və yaxud onun
qanuni nümayəndəsinin yazılı
müraciətindən sonra 2 gün ərzində
müəssisənin müdiriyyəti tərəfindən
təqdim olunmalıdır. Pasiyentin məlumatları
əldə etmək hüququ yalnız onun
sağlamlığına zərərin vurulmasının
qarşısının alınması və digər
şəxslərin təhlükəsizliyinin təmin
edilməsi məqsədi ilə məhdudlaşdırıla
bilər.
Psixi pozuntusu olan pasiyentə qulluq
edən ailə üzvləri yalnız göstərdikləri
yardıma aid olan məlumatı əldə edə
bilərlər. Pasiyentə zərər törədə
biləcək məlumatların onlara verilməsi
qadağandır.[39]
Tibbi müdaxilə həyati göstərişlər əsasında təxirəsalınmaz hesab edildikdə və ya xəstə vəziyyəti ilə əlaqədar
öz qərarını bildirmək iqtidarında olmadıqda məsələ konsilium tərəfindən həll olunur. Konsilium mümkün olmayan hallarda tibbi müdaxilə haqqında qərar müalicə-profilaktika müəssisəsinin rəhbərlərinə məlumat verməklə və ya bilavasitə müalicə (növbətçi) həkimi tərəfindən qəbul edilir.
Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə və yetkinlik yaşına çatmayanlara tibbi müdaxilənin aparılması zəruri olduqda onların valideynlərinin və ya qanuni nümayəndələrinin bu barədə razılığı olmalıdır.
Qanunvericilikdə nəzərdə tutulan hallar (təcili və təxirəsalınmaz tibbi yardımın zəruri olduğu hallar) istisna olmaqla, vətəndaşın və ya onun qanuni nümayəndəsinin tibbi müdaxilədən imtina etmək, yaxud onun dayandırılmasını tələb etmək hüququ vardır.
Tibbi müdaxilədən imtina etdikdə vətəndaşa, yaxud onun qanuni nümayəndəsinə mümkün olan nəticələr barədə izahat verilməlidir. Tibbi müdaxilədən imtina edilməsi və onun gələcək nəticələri barədə izahat vətəndaşın tibbi sənədlərində qeyd olunur və onun özü, yaxud qanuni nümayəndəsi, eləcə də tibb işçisi tərəfindən imzalanır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların valideynləri və ya qanuni nümayəndələri göstərilən şəxslərin həyatı üçün zəruri tibbi müdaxilədən imtina etdikdə, onların sağlamlığının qorunması üçün səhiyyə müəssisələri məhkəməyə müraciət edə bilərlər.
Özünün və ya qanuni nümayəndəsinin razılığı tələb olunmadan vətəndaşa qanunvericilikdə müəyyən edilmiş qaydada tibbi yardım (tibbi müayinə, hospitalizasiya, nəzarət etmək, izolyasiya etmək) göstərilməsi ətrafdakılar üçün təhlükəli xəstəliklərə tutulan, ağır ruhi pozuntulardan əzab çəkən, yaxud ruhi xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədən şəxslərə aid edilir. Həmin şəxslərə tibbi yardım göstərilməsi haqqında qərar həkim tərəfindən qəbul edilir.
Vətəndaşın razılığı olmadıqda, qanuni nümayəndələrin isə razılığı olduqda, əksepidemik tədbirlərin həyata keçirilməsi ilə bağlı tibbi yardımın göstərilməsi qanunvericiliklə tənzimlənir.
Ağır ruhi pozuntulara düçar olmuş şəxslərin müayinəsi və hospitalizasiyası qanunvericilikdə müəyyən edilmiş qaydada aparılır.
Xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədən şəxslər habelə
ətrafdakılar üçün epidemioloji baxımdan ciddi
təhlükə yaradan və hospitalizasiyadan imtina edən
vərəmli xəstələr barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi tibbi tədbirlər tətbiq oluna bilər. Cinayət
və ya
inzibati həbs nəzərdə tutan inzibati xəta
törətməmiş, lakin öz davranış və
hərəkətləri nəticəsində
dəfələrlə yaxın qohumlarına maddi və
mənəvi zərər yetirmiş, uşaqların
tərbiyəsinə mənfi təsir göstərmiş,
onların hüquqlarını kobudcasına pozmuş,
təklif olunmuş könüllü müalicədən
dəfələrlə imtina etmiş narkomanlıq
xəstəliyinə düçar olan şəxslər
barəsində Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsinə uyğun olaraq
məcburi tibbi tədbirlər tətbiq edilir. Yoluxucu xəstəliklərə tutulmuş və
epidemioloji baxımdan ətrafdakılar üçün ciddi
təhlükə yaradan penitensiar
müəssisələrdə cəza
çəkməkdən azad edilmiş şəxslər
stasionar müalicədən imtina etdikdə, qanunvericilikdə
müəyyən edilmiş qaydada məcburi hospitalizasiya
olunurlar.[40]
Onkoloji
xəstələrin həyat və sağlamlığı
üçün ciddi təhlükə olduqda uyğun
müalicə yazılı razılıq olmadan aparıla
bilər.
Vətəndaşın, yaxud qanuni nümayəndənin razılığı tələb olunmayan və ya məhkəmənin qərarı ilə müəyyən olunan hallarda hospitalizasiyanın səbəbləri aradan qaldırılanadək vətəndaş müalicə-profilaktika müəssisəsində saxlanılır. [41]
V fəsil
Aİlənİn
planlaşdırılması və İnsanın reproduktİv
funksİyalarının tənzİmlənməsİ
Yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və ona embrionun implantasiyası hüququ vardır.
Süni mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır. Süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir.
Qadın süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə, donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir.
Qanunsuz süni mayalanmada və embrionun implantasiyasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
Hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ vardır. Hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır. Sosial göstərişlər üzrə süni pozulma hamiləliyin 22 həftəliyinədək aparıla bilər.
Tibbi göstərişlərə əsasən və qadının razılığı olduqda hamiləlik müddətindən asılı olmayaraq, süni surətdə pozula bilər.
Hamiləliyin süni surətdə pozulması dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən aparılır.
Hamiləliyin süni surətdə pozulmasına dair tibbi və sosial göstərişlərin siyahıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
Həkim tərəfindən xəstəxanalardan və ya başqa tibb müəssisələrindən kənarda hamiləliyin süni surətdə pozulması qadağandır.
Tibbi
sterilizasiya insanı nəsil artımı vermək qabiliyyətindən məhrum etmək, yaxud qadını hamiləlikdən qorumaq məqsədilə tətbiq edilir. Tibbi sterilizasiya yalnız müdaxilə olunan şəxsin yazılı ərizəsinə və tibbi göstərişlərə əsasən həyata keçirilir.
Tibbi
sterilizasiyaya dair göstərişlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və dövlət, yaxud qeyri-dövlət tibbi müəssisələrində aparılır.
Tibbi
sterilizasiyanın
qeyri-qanuni aparılmasına görə təqsirli olan şəxslər qanunla müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
Maddə 31-1. Qeysəriyyə kəsiyi əməliyyatı[42]
Qeysəriyyə kəsiyi əməliyyatı dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılır.
Qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.
VI fəsil
Vətəndaşlara
tİbbİ-sosİal yardımın həyata
keçİrİlməsİnə zəmanətlər
Maddə
32. İlkin tibbi-sanitariya
yardımı
İlkin
tibbi-sanitariya yardımı - əhali arasında geniş
yayılmış və ixtisaslaşdırılmış
yardım tələb etməyən halların və
xəstəliklərin diaqnostikası və müalicəsi,
tibbi profilaktik tədbirlərin həyata keçirilməsi,
ana və uşaqların sağlamlığının
mühafizəsi, tibbi-sanitar maarifləndirmə işinin
aparılmasından ibarət tibbi yardım növüdür.
İlkin
tibbi-sanitariya yardımı “Tibbi sığorta haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
həyata keçirilir.
İlkin
tibbi-sanitariya yardımının təşkili və
göstərilmə qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilir.[43]
Vətəndaşlara təcili və təxirəsalınmaz tibbi yardım təcili tibbi müdaxilə tələb edən hallarda (bədbəxt hadisələr, travmalar, zəhərlənmələr və digər xəstəliklər) mülkiyyət formasından asılı olmayaq təcili yardım tibb müəssisələri, eləcə də qanunvericilikdə müəyyən edilmiş qaydada ilkin tibbi yardım etməyə borclu olan şəxslər tərəfindən göstərilir.
Dövlət tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım “Tibbi sığorta haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
həyata keçirilir. [44]
Özəl tibb fəaliyyəti subyektlərinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-19-cu maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir.[45]
Özəl tibbi praktika ilə
məşğul olan şəxslər təxirəsalınmaz
tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi
yardım göstərirlər.[46]
Narkoloji xəstəliklə
əlaqədar göstərilən təxirəsalınmaz
tibbi tədbirlər dövlət büdcəsinin vəsaiti
hesabına həyata keçirilir.
İxtisaslı təcili və təxirəsalınmaz tibbi yardım təcili yardım və sanitar-aviasiya xidməti tərəfindən təşkil edilir.
Təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Vətəndaşın həyatı üçün təhlükə yarandıqda onu yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq üçün tibb işçisi hər hansı nəqliyyat vasitəsindən pulsuz istifadə etmək hüququna malikdir. Vətəndaşın tibb müəssisəsinə çatdırılması barəsində tibb işçisinin qanuni tələbindən imtina edən nəqliyyat vasitəsinin sahibləri, yaxud digər vəzifəli şəxslər qanunla müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
Yol-nəqliyyat hadisələri zamanı müvafiq polis xidməti əməkdaşları zərərçəkənlərə təcili və təxirəsalınmaz tibbi yardım göstərməyə və onları tibb müəssisələrinə çatdırmağa borcludurlar.
İxtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb tibb texnologiyalarının tətbiqini tələb etdiyi hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən göstərilir.
Tibb müəssisəsində
vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış
tibbi yardımın göstərilməsi mümkün
olmadıqda, müəssisənin müalicə həkimi
tərəfindən həmin şəxs bu yardımı
göstərən dövlət tibb müəssisəsinə
və ya şəxsin istəyinə uyğun olaraq özəl
tibb müəssisəsinə göndərilir.[47]
İxtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ictimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara,
qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna
olmaqla, dövlət səhiyyə sisteminin müalicə-profilaktika müəssisələrində dövlət büdcə vəsaiti
hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq xidmətlər
zərfində nəzərdə tutulduğu halda isə icbari
tibbi sığorta vəsaitləri hesabına) tibbi-sosial yardım göstərilir, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsi ilə təmin olunurlar. [48]
İctimai
təhlükəli xəstəliklərə tutulmuş vətəndaşların bəzi kateqoriyaları üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddətində iş yerləri saxlanılır və qanunvericilikdə müəyyən edilmiş digər güzəştlər nəzərdə tutulur.
Göstərilən tibbi-sosial yardımın növləri və həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Səhiyyədə tətbiq edilən profilaktika, diaqnostika və müalicə üsullarından, tibbi texnologiyalardan, dərman və dezinfeksiya vasitələrindən, immunobioloji preparatlardan
qanunvericilikdə müəyyən edilmiş qaydada istifadə edilir.
Tətbiqinə icazə verilməyən, lakin müəyyən edilmiş qaydada baxılmaqda olan diaqnostika və müalicə üsullarından, habelə
dərman vasitələrindən müvafiq icra hakimiyyəti
orqanının qərarı və
pasiyentin yazılı razılığı ilə, eləcə də yetkinlik yaşına çatmayanların və qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin həyatı təhlükədə olduqda onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə istifadə edilə bilər.[49]
Keçirilmiş laboratoriya eksperimentinin nəticələrinə əsaslanaraq dövlət və qeyri-dövlət səhiyyə müəssisələrində biotibbi tədqiqatların aparılmasına icazə verilir.
İnsanın obyekt şəklində hər hansı biotibbi tədqiqata cəlb olunması yalnız onun razılığı ilə aparıla bilər.
Biotibbi tədqiqata razılıq alındıqda müayinənin məqsədləri, kənar təsirləri, baş verə biləcək risk dərəcəsi, müddəti və nəticəsi barədə vətəndaşa məlumat verilməlidir. Tədqiqatın mərhələsindən asılı olmayaraq vətəndaşın istənilən vaxt ondan imtina etmək hüququ vardır.
Həkim resepti əsasında
buraxılan dərman vasitələrinin, habelə
müəyyən edilmiş qaydada yoxlamadan
keçməmiş profilaktika, diaqnostika və müalicə
üsullarının kütləvi informasiya vasitələri ilə təbliği qadağandır.[50]
Evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmək, həyatın davam
etməsinə kömək edən süni tədbirlərin dayandırılması qadağandır.
Xəstəni bilərəkdən evtanaziyaya meyl etdirən və ya evtanaziya edən şəxs qanunla müəyyən edilmiş
qaydada məsuliyyət daşıyır.
İnsanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir.
İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Tibbi göstərişlər əsasında transplantasiya məqsədilə insan orqan
və (və ya) toxumalarının götürülməsinə icazə verilir.
Transplantasiya məqsədi ilə insanı,
onun orqan və (və ya) toxumalarının götürülməsinə məcbur etmək qadağandır.
Toxuma komponentlərindən
hazırlanmış köçürmə materialları
və preparatları istisna olmaqla insan orqan və (və ya)
toxumaları alqı-satqı obyekti ola bilməz və onların alqı-satqısında iştirak edən şəxslər qanunla müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar. [52]
Patoloji-anatomik
yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Patoloji-anatomik
yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana
ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər.
Ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında rəy ölənin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, eləcə də zəruri hallarda hüquq mühafizə orqanlarına verilir. Ölənin ailə üzvləri, onlar olmadıqda isə yaxın qohumları və ya qanuni nümayəndələri müvafiq profilli mütəxəssisi onun razılığı ilə patoloji-anatomik yarmanın aparılmasında iştirak etmək üçün dəvət edə bilərlər. Onların tələbi ilə qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə-tibb ekspertizası keçirilə bilər.
VII fəsil
Tİbbİ ekspertİza
Xəstəlik, zədələnmələr, hamiləlik, doğuş, xəstə ailə üzvünə qulluq, protezləşdirmə, sanatoriya-kurort müalicəsi zamanı və digər hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrinin müalicə həkimləri tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizası aparılır.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasında işçinin başqa işə müvəqqəti, yaxud daimi keçirilməsinin zəruriliyi və müddəti müəyyənləşdirilir, eləcə də vətəndaşın əlilliyinin qiymətləndirilməsi
məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə
göndərişlərin verilməsi “Əlilliyi olan
şəxslərin hüquqları haqqında” Azərbaycan
Respublikası Qanununun 3.2-ci maddəsinə uyğun olaraq
həyata keçirilir.[53]
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını aparan müəssisənin qərarı ilə razılaşmadıqda vətəndaş və ya onun qanuni nümayəndəsi qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
Tibbi-sosial
ekspertiza orqanizmin funksiyalarının davamlı pozuntuları
nəticəsində həyat fəaliyyətinin
məhdudlaşdırılmasının
qiymətləndirilməsi əsasında şəxsin
əlilliyinin səbəbinin, dərəcəsinin və
müddətinin, habelə sosial müdafiə
tədbirlərinə və reabilitasiya vasitələrinə
olan ehtiyacının müəyyən edilməsidir.
Tibbi-sosial
ekspertizanın təşkili və aparılma qaydası
“Əlilliyi olan şəxslərin hüquqları haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilir.[54]
Maddə 43-1.
Psixoloji-tibbi-pedaqoji komissiya [55]
Uşaqlarda fiziki
çatışmazlıqların, əqli və (və ya)
psixi ləngimələrin diaqnostikasının
aparılmasını, bunun əsasında onların xüsusi
təhsilə cəlb olunması barədə qərar
qəbul edilməsini, valideynlərinə və ya digər
qanuni nümayəndələrinə müvafiq
məsləhətlər verilməsini, mübahisəli
məsələlərə baxılmasını müvafiq
icra hakimiyyəti orqanı tərəfindən yaradılan
və daimi fəaliyyət göstərən
psixoloji-tibbi-pedaqoji komissiya həyata keçirir.
Sağlamlıq imkanları
məhdud şəxslərin valideynlərinin və ya digər
qanuni nümayəndələrinin psixoloji-tibbi-pedaqoji komissiya
tərəfindən aparılan müayinədə və
müayinə nəticələrinin müzakirəsində
iştirak etmək hüquqları vardır. [56]
Hərbi-həkim ekspertizası hərbi xidmətə çağırılanların, müqavilə (kontrakt) üzrə hərbi xidmətə daxil olanların, silahlı qüvvələrin və sərhəd qoşunlarının, habelə daxili qoşunların ehtiyatlarında olan vətəndaşların və hərbi qulluqçuların sağlamlığının vəziyyəti ilə bağlı hərbi xidmətə yararlılığını müəyyən edir. [57]
Hərbi-həkim ekspertizası hərbi qulluqçularda (hərbi toplantı keçən vətəndaşlarda), hərbi qulluqdan azad olunanlarda hərbi xidmət (hərbi toplantı) zamanı baş verən xəstəliklərin, xəsarət
(yaralanma, travma, kontuziya) almanın səbəb əlaqəsini təyin edir və hərbi qulluqçulara lazımi tibbi-sosial yardımın, bərpa müalicəsinin növlərini, həcmini və müddətini müəyyənləşdirir. [58]
Hərbi-həkim ekspertizasının təşkilinə və aparılmasına dair qaydalar, eləcə də hərbi qulluqçuların, hərbi xidmətə çağırılanların, müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olanların sağlamlığının vəziyyətinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Hərbi-həkim ekspertizası rəyinin icrası vəzifəli şəxslər üçün məcburidir.
Məhkəmə-tibb ekspertizası qanunvericilikdə müəyyən edilmiş qaydada təyin edilir və müvafiq icra hakimiyyəti orqanının xüsusi tibbi ekspertiza müəssisəsində aparılır.
Vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin ekspertizada iştirak etmək məqsədilə müvafiq mütəxəssisin onun razılığı ilə ekspert komissiyasına əlavə olaraq daxil olması üçün ekspertizanı təyin edən təşkilat qarşısında vəsatət qaldırmaq hüququ vardır.
Məhkəmə-tibb ekspertizasının təşkili və aparılması qaydaları qanunvericilikdə müəyyən edilir.
Vətəndaş və ya onun qanuni nümayəndəsi məhkəmə-tibb ekspertizası aparan müəssisənin rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
VIII fəsil
Tİbb və əczaçılıq
İşçİlərİnİn hüquqları və
sosİal müdafİəsİ
Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil
almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə
müəyyən edilmiş qaydada tibb
və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.[59]
Ali tibb və əczaçılıq təhsilini başa vurmamış şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.
Fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş
həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və
qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.[60]
ixtisaslarının təsdiq
olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq
keçdikdən və qanunvericiliyə uyğun olaraq
sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.[61]
Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçiləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxıla bilərlər.
Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.[62]
Müvafiq icra hakimiyyəti
orqanı tərəfindən Azərbaycan Respublikasında tibb
və əczaçılıq fəaliyyəti ilə
məşğul olmaq hüququ olan şəxslərin
dövlət reyestri aparılır. Azərbaycan
Respublikasında tibb və əczaçılıq
fəaliyyəti ilə məşğul olmaq hüququ olan
şəxslərin dövlət reyestrinin aparılması
qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.[63]
Azərbaycan Respublikasının ali təhsil
müəssisələrində tibb və əczaçılıq ixtisasları üzrə təhsil almış şəxslər könüllülük əsasında əlavə
təhsil ala bilərlər. [64]
Səhiyyə müəssisələrinin və orqanlarının rəhbərləri səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsinin təşkili üçün məsuliyyət daşıyırlar. Dövlət səhiyyə sistemi mütəxəssislərinin ixtisasartırma xərcləri dövlət büdcəsi, qeyri-dövlət səhiyyə sisteminin mütəxəssisləri üçün öz vəsaitləri hesabına ödənilir.
Səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının dövlət standartları, tibb və əczaçılıq ixtisaslarının nomenklaturasına uyğun fəaliyyət üçün vacib olan diaqnostika, müalicə, profilaktika və sağlamlığı möhkəmləndirmə metodlarının məcmusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[65]
Ali və orta ixtisas tibb
təhsilinə malik səhiyyə mütəxəssisləri
dövri olaraq beş ildə ən azı bir dəfə
ixtisaslarının artırılması məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
tədrisə cəlb edilirlər.[66]
Səhiyyə
mütəxəssislərinin ixtisaslarının
dəyişdirilməsinə yalnız müvafiq təhsil
müəssisəsində peşə hazırlığı
keçdikdən və qanunvericiliyə uyğun olaraq
sertifikasiya olunduqdan sonra yol verilir.[67]
Özəl tibbi praktika və
özəl tibbi fəaliyyət qanunvericiliyə uyğun olaraq
həyata keçirilir.
Maddə
49-1. Praktik tibb və ya
əczaçılıq fəaliyyəti ilə
məşğul olan şəxslərin
(işçilərin) sertifikasiyası
Praktik
tibb və ya əczaçılıq fəaliyyəti ali
və ya orta tibb təhsili olan şəxslər
(işçilər) tərəfindən qanunvericilikdə
nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata
keçirilən tibbi yardımın göstərilməsi
sahəsində və ya qanunvericiliyə uyğun olaraq
dərman vasitələrinin hazırlanması, istehsalı
və satışı sahəsində fəaliyyətdir.
Əhaliyə
keyfiyyətli səhiyyə xidmətinin
göstərilməsinin təmin edilməsi və Azərbaycan
Respublikasında praktik tibb və ya əczaçılıq
fəaliyyəti ilə məşğul olan
şəxslərin (işçilərin) peşəkarlıq
səviyyəsinin və peşə
yararlılığının yoxlanılması
məqsədi ilə həmin şəxslər
(işçilər), bu maddənin üçüncü
və dördüncü hissələrində
nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq
beş ildə bir dəfə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər.
Sertifikasiya zamanı
praktik tibb və ya əczaçılıq fəaliyyəti
ilə məşğul olan şəxslərə
(işçilərə) onların fəaliyyət
sahəsinə bilavasitə aid olmayan sualların verilməsi,
habelə onların siyasi baxışlarına və
etiqadına görə qiymətləndirilməsi
yolverilməzdir.[69]
Hamilə
qadınların, uşağının üç
yaşınadək sosial məzuniyyətdə olan və
həmin məzuniyyət bitdikdən sonra bir ildən az
müddətdə müvafiq vəzifədə
(peşədə) çalışan qadınların
(uşağını təkbaşına böyüdən
kişilərin) sertifikasiyası keçirilmir.
Ali
və orta ixtisas tibb təhsil müəssisələrini, o
cümlədən rezidenturanı bitirmiş şəxslər
qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən
sənədin verildiyi gündən, ixtisasını
qanunvericiliyə uyğun olaraq dəyişdirmiş
səhiyyə mütəxəssisləri yeni ixtisasını
təsdiq edən sənədin verildiyi gündən beş il
müddətində sertifikasiyadan keçirilmirlər.
Sertifikasiyadan
keçən şəxslərə (işçilərə)
həmin şəxslərin beş il müddətində
praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə
məşğul olmaq hüququnu təsdiq edən və
forması müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən sertifikasiya
şəhadətnaməsi verilir.
Sertifikasiyadan
keçməyən şəxslərin (işçilərin)
praktik tibb və ya əczaçılıq
fəaliyyətinə buraxılmasına yol verilmir.
Sertifikasiyadan
keçməyən işçilər 6 ay
müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil
müəssisələrində peşə
hazırlığı keçərək, təkrar
sertifikasiya olunmaq üçün müraciət edə
bilərlər. Sertifikasiyadan təkrarən
keçməyən işçilərlə əmək
münasibətləri Azərbaycan Respublikasının
Əmək Məcəlləsi ilə tənzimlənir.
Praktik
tibb və ya əczaçılıq fəaliyyətini
xüsusi razılıq (lisenziya) əsasında həyata
keçirən şəxslərin sertifikasiyadan
keçməməsi qanunvericiliyə uyğun olaraq
lisenziyanın fəaliyyətinin dayandırılması
üçün əsasdır.
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[70]
Xalq təbabəti qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyatdan keçməmiş, lakin xalq ənənələrində təsdiqini tapmış sağaltma, profilaktika, müayinə və müalicə üsullarıdır.
Xalq təbabətindən istifadə qaydaları qanunvericilikdə müəyyən edilmiş qaydada yalnız qeyri-dövlət
səhiyyə sistemində tətbiq edilə bilər.
Təbiblik fəaliyyəti üçün xüsusi
razılıq qanunvericiliklə müəyyən olunmuş
qaydada özəl tibbi praktika ilə məşğul olmaq
istəyən şəxsin ərizəsi və ya özəl
tibb müəssisəsinin vəsatəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
[71]
Kütləvi təbiblik seanslarının keçirilməsi, o cümlədən kütləvi informasiya vasitələrinin bu işlərə cəlb olunması qadağandır.
Kütləvi müalicəvi seansların, hipnoz
metodlarının, psixi və bioenerji təsirlərin
müalicəvi
xassələrinin reklamına
yol verilmir.[72]
Təbiblik fəaliyyətinin dayandırılması haqqında qərar, bu fəaliyyətə icazə verən orqan tərəfindən qəbul edilir və bu qərarla razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilə bilər.
Təbiblik fəaliyyəti ilə qanunsuz məşğul olan şəxslər qanunla müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
Müalicə həkimi ambulator-poliklinika müəssisəsində, yaxud xəstəxanada müşahidə və müalicə müddətində pasiyentə tibbi yardım göstərən həkimdir.
Müalicə həkimi pasiyentin istəyi ilə müəssisə (bölmə) rəhbəri tərəfindən təyin edilir. Pasiyent müalicə həkiminin dəyişdirilməsini tələb etdiyi hallarda, müəssisə rəhbəri bu tələbi yerinə yetirməlidir.
Müalicə həkimi pasiyentin vaxtında ixtisaslı müayinə və müalicəsini təşkil edir, səhhəti barədə ona məlumat verir, xəstənin, yaxud onun qanuni nümayəndəsinin təkidi ilə məsləhətçi mütəxəssisləri dəvət edir və konsilium təşkil edir. Xəstənin həyatı təhlükə altında olduğu hallar və təxirəsalınmaz vəziyyətlər istisna edilməklə, digər hallarda konsilium tərəfindən verilən məsləhətlər yalnız müalicə həkimi ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.
Pasiyentin həyatı təhlükə altında olmadıqda və o, həkim təyinatını yerinə yetirmədikdə, yaxud müəssisənin daxili qaydalarını pozduqda müvafiq rəhbər şəxslə razılıq əsasında müalicə həkimi pasiyenti müşahidə və müalicə etməkdən imtina edə bilər.
Peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının ali tibb təhsili müəssisələrini bitirmiş və həkim diplomu almış şəxslər “Hippokrat andı” içirlər.
Həkim andını pozan həkimlər qanunla müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
Vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir.
Vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə həkim sirrini təşkil edən məlumat pasiyentin müayinə və müalicəsinin mənafeyi naminə, elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün başqa vətəndaşlara, vəzifəli şəxslərə verilə bilər.
Həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan aşağıdakı hallarda verilə bilər:
vətəndaş öz vəziyyətini izah etmək qabiliyyətinə malik olmadıqda, vətəndaşı müayinə və müalicə etmək məqsədilə;
yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda, kütləvi zəhərlənmələr və zədələnmələr baş verdikdə;
istintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin sorğusu ilə;
yetkinlik yaşına çatmayanların valideynlərinə, yaxud qanuni nümayəndələrinə məlumat vermək məqsədilə;
hüquqa zidd hərəkətlər və vətəndaşın sağlamlığına vurulan zərər barədə şübhə olduqda;
həqiqi
hərbi xidmətə çağırışın və
səfərbərliyin təmin olunması məqsədilə
müvafiq icra hakimiyyəti orqanının sorğusu ilə.[73]
Həkim sirrinə qanuni qaydada yiyələnən şəxslər onun yayılmasına və bununla əlaqədar vətəndaşa dəyən zərərə görə qanuna uyğun olaraq tibb və əczaçılıq işçilərinə bərabər məsuliyyət daşıyırlar. [74]
Tibb və əczaçılıq işçilərinin müvafiq qanunvericiliyə uyğun olaraq peşə üzrə birliklər yaratmaq hüququ vardır.
Onlar tibb və əczaçılıq təcrübəsinin inkişaf etdirilməsi, elmi tədqaqatların aparılmasına köməklik göstərilməsi və tibbi etika normalarının işlənib hazırlanması məqsədilə könüllülük əsasında yaradılır.
Tibb və əczaçılıq işçilərinin:
əməyin mühafizəsi tələblərinə uyğun olaraq onların fəaliyyəti üçün iş şəraitinin təmin edilməsi;
əmək müqaviləsi üzrə fəaliyyət göstərmək;
şərəf və ləyaqətinin qorunması;
nəzəri və praktik hazırlıq səviyyəsinə uyğun ixtisas kateqoriyasına yiyələnmək;
peşə biliklərini təkmilləşdirmək hüquqları vardır.
Tibb və əczaçılıq işçilərinin, habelə elmi işçilərin, ali və orta tibb və əczaçılıq təhsili müəssisələrinin, universitetlərin tibb fakültələrinin professor-müəllim heyətinin əmək haqqı onların ixtisas dərəcəsinə, stajına və yerinə yetirdikləri vəzifələrə uyğun olaraq ödənilir və bu, əmək müqaviləsində
(kontraktda) nəzərdə tutulur. [75]
Tibb və əczaçılıq işçilərinin əmək şəraitləri təhlükəli, zərərli amillərlə bağlı olduqda onlar vəzifə maaşlarına əlavə olaraq kompensasiya almaq, eləcə də qanunvericilikdə müəyyən edilmiş digər güzəştlərdən istifadə etmək hüququna malikdirlər.
Əmək haqqının artırılmasına, əlavə ödəmələrin verilməsinə, digər kompensasiyalar və güzəştlər almaq hüququna malik olan tibb işçilərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Tibb
və əczaçılıq işçiləri
əmək funksiyalarının icrası zamanı
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından
“İstehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq icbari qaydada sığorta edilirlər.[76]
Dövlət səhiyyə müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş tibb və əczaçılıq işçilərinin ailələrinə miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən birdəfəlik müavinət verilir.
Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əsasən müvafiq icra
hakimiyyəti orqanı tərəfindən tətbiq edilən
cərimələrdən toplanan vəsaitin 18 faizi müvafiq icra hakimiyyəti orqanının
vahid sisteminə daxil olan qurumlarda çalışan
işçilərinin aylıq vəzifə (tarif)
maaşlarına əlavənin verilməsi üçün
həmin orqanın hesabına köçürülür. Bu
vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir. [77]
Qeyd:
1.
Bu maddənin altıncı hissəsində "müvafiq icra
hakimiyyəti orqanı tərəfindən tətbiq edilən
cərimələr" dedikdə, müvafiq icra hakimiyyəti
orqanı tərəfindən baxılan və həmin orqan
tərəfindən inzibati xəta haqqında protokol tərtib
edilərək baxılması üçün məhkəməyə
göndərilən inzibati xətalar haqqında işlər
üzrə tətbiq edilən cərimələr başa
düşülür.
2.
Bu maddənin altıncı hissəsində nəzərdə
tutulmuş "vəzifə (tarif) maaşlarına
əlavə" verilən işçilərin
siyahısını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
IX fəsil
Vətəndaşların
sağlamlığına vurulan zərərə görə
məsulİyyət
Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.
Vurulan
ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati,
yaxud cinayət məsuliyyətindən azad etmir.
Vətəndaşların sağlamlığına zərər vurulmasında təqsirkar olan yetkinlik yaşına çatmayanlar, yaxud qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər tərəfindən ziyanın ödənilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Ətraf mühitin çirklənməsi nəticəsində vətəndaşların sağlamlığına vurulan ziyan
qanunvericilikdə müəyyən edilmiş qaydada ziyan vuran hüquqi və fiziki şəxslər tərəfindən ödənilir.
Hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara göstərilən tibbi yardımın xərcləri təqsirkar idarə, müəssisə və təşkilatlar tərəfindən xərc çəkən dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin müəssisələrinə ödənilir.
Vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxslər qanunla müəyyən edilmiş qaydada ziyanın ödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşıyırlar.
Tibb
və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.
Dövlət orqanlarının və vəzifəli şəxslərin sağlamlığın qorunması sahəsində vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran hərəkətlərindən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanlara və məhkəməyə müraciət edilə bilər.
X
fəsil
Yekun
müddəaları
Bu
Qanunun tibbi sığortaya aid müddəaları tibbi sığortanın hüquqi tənzimlənməsi məsələləri üzrə müvafiq qanunvericilik
aktı qəbul edildikdən sonra qüvvəyə minir.
Bu
Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 26 iyun 1997-ci il
¹ 360-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
2 aprel 1999-cu il tarixli 647-IQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 5, maddə
285)
2.
20 fevral 2001-ci il tarixli 86-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 3, maddə
141)
3.
20 fevral 2001-ci il tarixli 87-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 3, maddə
142)
4.
20 fevral 2001-ci il tarixli 88-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 3, maddə
143)
5.
20 fevral 2001-ci il tarixli 89-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 3, maddə
144)
6.
5 oktyabr 2001-ci il tarixli 178-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
672)
7.
12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
687)
8.
12 oktyabr 2001-ci il tarixli 201-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 11, maddə
693)
9.
19 aprel 2002-ci il tarixli 310-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə
240)
10.
30 aprel 2002-ci il tarixli 314-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 244)
11.
24 may 2002-ci il tarixli 333-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 6, maddə 328)
12.
25 mart 2003-cü il tarixli
426-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 6,
maddə 256)
13.
5 mart 2004-cü il tarixli
597-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4,
maddə 199)
14.
20 aprel 2004-cü il tarixli
641-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 6,
maddə 396)
15.
18 may 2004-cü il tarixli
652-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7,
maddə 507)
16.
23 dekabr 2005-ci il tarixli 34-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 66)
17.
19 dekabr 2006-cı il tarixli
202-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1028)
18.
17 aprel 2007-ci il tarixli 313-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 6, maddə 560)
19.
9 oktyabr 2007-ci il tarixli 427-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1052)
20.
6 noyabr 2007-ci il tarixli 480-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 12, maddə 1197)
21.
13 iyun
2008-ci il tarixli
648-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹7, maddə 602)
22.
16 dekabr 2008-ci il tarixli 741-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 fevral 2009-cu il, ¹ 38, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹02, maddə
46)
23.
20 oktyabr 2009-cu il tarixli 891-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 25
dekabr 2009-cu il, ¹ 287)
24.
22 oktyabr 2010-cu il tarixli 1114-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14
noyabr 2010-cu il, ¹ 252, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə 962)
25.
21 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
19 fevral 2011-ci il, ¹ 39, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹02,
maddə 70)
26.
21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 18
fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹
40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci
il, ¹ 02, maddə 71)
27.
24 iyun 2011-ci il tarixli 177-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 30 iyul 2011-ci il, ¹ 159, “Azərbaycan” qəzeti, 31 iyul
2011-ci il, ¹ 166, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011-ci il, ¹ 7, maddə 616)
28.
1 may 2012-ci il tarixli 348-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 21 iyun 2012-ci il, ¹ 135, “Azərbaycan” qəzeti 22 iyun
2012-ci il, ¹ 136, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹6, maddə 510)
29.
22 oktyabr 2013-cü il tarixli 769-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti 1 dekabr 2013-cü il,
¹ 264; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2013-cü il, ¹ 11, maddə 1285)
30. 29 oktyabr 2013-cü il tarixli 790-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika