Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci
il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq
edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Tütün
məmulatlarının istifadəsinin məhdudlaşdırılması
haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr
tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci
il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının
1.1.6-cı yarımbəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci
il 12 may tarixli 80 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5,
maddə 452; 2012, № 2, maddə 184; 2013, № 6, maddə 744; 2014, №
1, maddə 69; 2016, № 4, maddə 834; 2017, № 6, maddə 1228, № 10,
maddə 1876) ilə təsdiq edilmiş “Qazdan istifadə
Qaydaları”nın 3.2.7-ci yarımbəndində “siqaret”
sözü “tütün” sözü ilə əvəz
edilsin.
Azərbaycan
Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri,
29 iyun 2018-ci il
№ 282