Yerin təki haqqında Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini
rəhbər tutaraq qərara alır:
Yerin təki haqqında Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə
224; 1999, № 8, maddə 476; 2001, № 11, maddələr 673,
696, № 12, maddə 736; 2004, № 7, maddə 505; 2007, №
8, maddə 745, № 10, maddə 938; 2008, № 2, maddə 47;
2016, № 1, maddə 22) 36-cı maddəsinə
aşağıdakı məzmunda dördüncü hissə əlavə
edilsin:
Müvafiq icra hakimiyyəti orqanının
yaratdığı quruma öz fəaliyyət istiqamətləri
üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti
orqanının təsdiq etdiyi siyahıda nəzərdə
tutulmuş lisenziya və icazələrin alınması tələb
olunmur..
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2018-ci il
№ 1058-VQD