Məşğulluq haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası
Konstitusiyasının 35-ci maddəsinə və 94-cü
maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq
məşğulluğa kömək sahəsində
dövlət siyasətinin hüquqi, iqtisadi və
təşkilati əsaslarını, eləcə də
işaxtaran və işsiz şəxslərin sosial
müdafiəsi sahəsində dövlət
təminatlarını müəyyən edir.
1-ci
fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə
1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.1.1. aktiv məşğulluq
tədbirləri – işaxtaran və işsiz
şəxslərin məşğulluq imkanlarının
genişləndirilməsi, işaxtarışına və
özünüməşğulluğuna kömək
göstərilməsi,
peşəyönümünün, peşə
hazırlığının təmin edilməsi, bilik və
bacarıqlarının artırılması, əmək
bazarının tələblərinə uyğun işçi
qüvvəsinin formalaşdırılması məqsədi
ilə onlar üçün xüsusi proqramların
tətbiqinə yönəldilən tədbirlər;[1]
1.1.2. əmək bazarı –
işçi qüvvəsinə olan tələb və
təklifin məcmusu;
1.1.3. fərdi məşğulluq
proqramı – işsiz şəxsin işə
düzəlməsinə və əmək bazarına
qaytarılmasına kömək məqsədi ilə
hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret
həcmini, növünü və icra müddətini
müəyyən edən elektron
sənəd;[2]
1.1.4. fərdi məşğulluq
vərəqi – işaxtaran və işsiz şəxsə dair
fərdi məlumatlardan, o cümlədən təhsili və
peşəsi (ixtisası) barədə məlumatlardan,
məşğulluq tarixçəsi, habelə təklif olunan
münasib iş və aktiv məşğulluq
tədbirləri, onların icra vəziyyətinə dair
məlumatlardan ibarət elektron
sənəd;
1.1.5. Haqqı ödənilən ictimai
işlər – müvəqqəti
məşğulluğun təmin edilməsi məqsədi
ilə bu Qanuna uyğun olaraq təşkil edilən ilkin
peşə hazırlığının olmasını
tələb etməyən ictimai faydalı xarakter
daşıyan iş yerləri;[3]
1.1.6. işsiz şəxs – işi və
qazancı olmayan, işə başlamağa hazır olub,
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək
qabiliyyətli yaşda olan əmək qabiliyyətli
şəxs;
1.1.7. işaxtaran – müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv
məşğulluq tədbirləri ilə bağlı
müraciət edən və işaxtaran kimi qeydiyyata alınan
şəxs;[4]
1.1.8. kvota – sosial müdafiəyə
xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən
şəxslərin işlə təmin edilməsi
məqsədi ilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən işəgötürənlər
üçün müəyyən edilmiş iş
yerlərinin (işçilərin) minimum sayı;
1.1.9. qeyri-formal məşğulluq –
Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə uyğun olaraq əmək
müqaviləsi (kontrakt) və ya Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə uyğun
olaraq mülki hüquqi müqavilə bağlanılmadan
müəyyən fəaliyyətin yerinə yetirilməsi,
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə
uyğun olaraq sahibkarlıq fəaliyyətinin və
mülkiyyətində olan kənd təsərrüfatına
yararlı torpaqdan istifadənin
rəsmiləşdirilmədən həyata
keçirilməsi, eləcə də “Ailə kəndli
təsərrüfatı haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq yerli özünüidarəetmə
orqanlarında uçota durmadan ailə kəndli
təsərrüfatının təşkili
nəticəsində qazanc (gəlir) əldə edilməsi;
1.1.10. məşğulluq – Azərbaycan
Respublikasının vətəndaşları,
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslərin (bundan sonra - şəxslər)
Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan
və qazanc (gəlir) gətirən hər hansı
fəaliyyəti;
1.1.11. məşğul
şəxslərin reyestri – bu Qanunun 4.1-ci maddəsində
nəzərdə tutulan məşğul şəxslər
barəsində fərdi məlumatlardan, onların təhsili,
iş yeri, vəzifəsi (peşəsi) və ya yerinə
yetirdiyi iş (xidmət) barədə məlumatların
məcmusu;
1.1.12. qeyri-formal
məşğulluğun leqallaşdırılması
sahəsində nəzarəti həyata keçirən orqanlar
– qeyri-formal məşğulluğun aşkar edilməsi və
qarşısının alınması sahəsində
nəzarət tədbirlərini həyata keçirən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanlar (qurumlar);
1.1.13. nəzarət tədbirləri –
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının
müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun
2.1-ci maddəsində nəzərdə tutulan tədbirlər;
1.1.14. müvəqqəti
məşğulluq – şəxsin Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq mövsümi işlərə, bu Qanunla
müəyyən edilmiş qaydada haqqı ödənilən
ictimai işlərə cəlb edilməsi və ya əmək
birjaları vasitəsilə müəyyən müddət
ərzində ictimai faydalı fəaliyyəti;
1.1.15.
özünüməşğulluq – şəxsin
müstəqil surətdə və yaxud dövlətin
dəstəyi ilə özünü işlə təmin
etməsi;
1.1.16. peşə standartları – konkret
peşə sahəsi üzrə işçinin yerinə
yetirməli olduğu işin məzmununa və əmək
şəraitinə qoyulan, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilən minimum
tələblərin məcmusu;
1.1.17. peşə
hazırlığı – işaxtaran və işsiz
şəxslərin əmək bazarının
tələbatına uyğun olaraq təhsil
müəssisələrində ixtisasa (peşəyə)
və (və ya) yeni ixtisasa (peşəyə)
yiyələnmək üçün bu Qanunun tələbləri nəzərə
alınmaqla, “Təhsil haqqında” və “Peşə
təhsili haqqında” Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq peşə təhsili alması;[5]
1.1.18. sığorta ödənişi –
“İşsizlikdən sığorta haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
sığorta hadisəsi baş verdikdə,
sığortaolunana sığortaçı
tərəfindən ödənilən aylıq pul vəsaiti;
1.1.19. sərbəstləşdirilən
işçilər – dövlət orqanının və ya
hüquqi şəxsin ləğv edilməsi, yenidən
təşkil olunması, işçilərin sayının
və ya ştatların ixtisar edilməsi ilə
əlaqədar əmək münasibətlərinə xitam verilmiş
şəxslər;
1.1.20. sosial müəssisə – sosial
müdafiəyə xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən
şəxslərin məşğulluğunun təmin
olunması üçün yaradılan
ixtisaslaşdırılmış hüquqi şəxs;
1.1.21. sosial iş yeri – işaxtaranlar
və işsiz şəxslərin məşğulluğunu
təmin etmək və işəgötürənləri
həvəsləndirmək məqsədi ilə
işəgötürənin ən azı 3 (üç) ay
əvvəl vakansiya bankına təqdim olunmuş boş
iş yeri üzrə işçinin
əməkhaqqının bir hissəsinin bu Qanunla
müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən maliyyələşdirilən iş yeri;[6]
1.1.22. sosial müdafiəyə xüsusi
ehtiyacı olan və işə düzəlməkdə
çətinlik çəkən şəxslər – əlilliyi olan şəxslər, o
cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlar,
şəhid ailəsinin üzvləri,
20 yaşadək gənclər, yetkinlik yaşına
çatmamış uşaqları tərbiyə edən
tək və çoxuşaqlı valideynlər,
sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqları tərbiyə edən valideynlər, pensiya
yaşına iki ildən az qalmış şəxslər,
cəzaçəkmə yerlərindən azad edilmiş
şəxslər, məcburi köçkünlər;[7]
1.1.23. ştat vahidlərinə dair
cədvəl – müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun)
mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan
sonra – elektron informasiya sistemi) tərəfindən
işəgötürənlərin bu Qanunun 7.2-ci
maddəsinə uyğun olaraq daxil etdikləri məlumatlar
əsasında yaradılan cədvəl;
1.1.24. vakansiya –
işəgötürənin boş olan və işçi
tələb edilən iş yeri;
1.1.25. vakansiya bankı –
işəgötürənin boş olan və işçi
tələb edilən iş yerlərinin, habelə yeni
yaradılan iş yerlərinin elektron informasiya ehtiyatı;
1.1.26. yeni iş yeri –
işəgötürən tərəfindən mövcud
ştat vahidlərinə əlavə olaraq
yaradılmış iş yeri.
1.2. Bu Qanunda istifadə olunan digər
anlayışlar Azərbaycan Respublikasının Əmək
Məcəlləsi, Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsi, “İşsizlikdən sığorta
haqqında” Azərbaycan Respublikasının Qanunu və
başqa normativ hüquqi aktlar ilə müəyyən
edilmiş mənaları verir.
Maddə
2. Məşğulluq haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
2.1. Məşğulluq haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, “İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanunundan, bu Qanundan və ona uyğun olaraq qəbul edilmiş
digər normativ hüquqi aktlardan, habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən ibarətdir.
2.2. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə məşğulluq sahəsində
bu Qanundan fərqli qaydalar müəyyən edildikdə,
həmin beynəlxalq müqavilələr tətbiq olunur.
2.3.
Ələt azad iqtisadi zonasında məşğulluqla
bağlı münasibətlər “Ələt azad iqtisadi
zonası haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq tənzimlənir.[8]
Maddə
3. Bu Qanunun əhatə dairəsi
Bu Qanun Azərbaycan Respublikasının
vətəndaşlarına, Azərbaycan Respublikasında
yaşayan əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
şamil edilir.
Maddə
4. Məşğul şəxslər
4.1. Məşğul
şəxslərə aşağıdakılar aiddir:
4.1.1. muzdla işləyənlər -
Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə uyğun olaraq
işəgötürənlə əmək müqaviləsi
(kontrakt) bağlayaraq, müvafiq iş yerlərində
əmək fəaliyyətini əməkhaqqı
müqabilində yerinə yetirən şəxslər;
4.1.2. mülki-hüquqi xarakterli
müqavilələrlə işləyənlər -
Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə uyğun olaraq qarşı
tərəflə müqavilə bağlayıb əmək
münasibətləri yaratmadan müəyyən haqq
müqabilində işləri (xidmətləri) yerinə
yetirən şəxslər;
4.1.3. sahibkarlar, mülkiyyətində
kənd təsərrüfatına yararlı torpaq payı
olanlar, ailə kəndli təsərrüfatının
üzvləri;
4.1.4. haqqı ödənilən
vəzifəyə seçilənlər, təyin və ya
təsdiq edilənlər;
4.1.5. Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində xidmət edənlər;
4.1.6. ödənişli
fəaliyyətlə məşğul olan ali və orta ixtisas
təhsil müəssisələrində əyani təhsil
alanlar;
4.1.7. Azərbaycan Respublikasının
ərazisində qanuni əsaslarla haqqı ödənilən
əmək fəaliyyəti ilə məşğul olan
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər;
4.1.8. Azərbaycan Respublikasının
hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti
ilə məşğul olan Azərbaycan Respublikasının
vətəndaşları.
4.2. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
məşğul şəxslərin vahid informasiya
bazasını yaratmaq məqsədi ilə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) elektron informasiya sistemində dövlət
orqanlarının və digər qurumların
apardığı elektron informasiya ehtiyatlarından (məlumat
bazaları, məlumat-axtarış sistemləri, reyestrlər
və digər informasiya resursları) istifadə etməklə
məşğul şəxslərin reyestrini elektron formada
aparır.
4.3. Məşğul şəxslərin
reyestrində bu Qanunun 4.1-ci maddəsində
göstərilən məşğul şəxslər
barəsində məlumatların əldə edilməsi və
reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan
istifadə qaydasını müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq
edir.
4.4. Bu Qanunun 4.1-ci maddəsində
göstərilən məşğul şəxslərə
dair məlumatlar məşğul şəxslərin
reyestrinə “Fərdi məlumatlar”, “İnformasiya əldə
etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma
və informasiyanın mühafizəsi haqqında” Azərbaycan
Respublikası qanunlarına və Azərbaycan
Respublikasının bu sahədə yaranan
münasibətləri tənzimləyən digər normativ
hüquqi aktlarına uyğun olaraq, aşağıdakı
tələblər nəzərə alınmaqla daxil edilir:
4.4.1. bu
Qanunun 4.1.1-ci maddəsində göstərilən
məşğul şəxslərə münasibətdə:
4.4.1.1.
Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə uyğun olaraq
işəgötürənlə əmək müqaviləsi
(kontrakt) bağlamış şəxslər (bu Qanunun
4.4.1.2-ci maddəsində göstərilən
şəxslər istisna olmaqla) barədə - müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) apardığı elektron informasiya sisteminin
məlumatları əsasında;
4.4.1.2.
Azərbaycan Respublikasının Əmək
Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə
əsasən siyahısı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən təsdiq edilmiş dövlət
orqanlarında müvafiq vəzifələrə
(peşələrə) qəbul edilən
(götürülən) məşğul şəxslər
barədə - müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) məcburi dövlət
sosial sığorta haqları üzrə sığortaedən
tərəfindən təqdim edilmiş hesabat
məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
apardığı elektron informasiya sisteminin məlumatları
əsasında;
4.4.2. bu
Qanunun 4.1.3-cü maddəsində göstərilən
sahibkarlar, 4.1.2-ci, 4.1.4-cü, 4.1.5-ci və 4.1.7-ci
maddələrində göstərilən məşğul
şəxslər barədə - müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) məcburi
dövlət sosial sığorta haqları üzrə
sığortaedən tərəfindən təqdim edilmiş
hesabat məlumatlarına uyğun olaraq müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) apardığı elektron informasiya sisteminin məlumatları
əsasında;
4.4.3. bu
Qanunun 4.1.3-cü maddəsində göstərilən ailə
kəndli təsərrüfatının üzvləri
barədə - müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) məcburi dövlət
sosial sığorta haqları üzrə sığortaedən
tərəfindən təqdim edilmiş hesabat məlumatlarına
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) apardığı
elektron informasiya sisteminin məlumatları və müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) apardığı “Elektron kənd
təsərrüfatı” informasiya sisteminə yerli
özünüidarəetmə orqanlarının ailə
kəndli təsərrüfatı üzvləri barədə
daxil etdiyi məlumatlar əsasında;
4.4.4. bu
Qanunun 4.1.3-cü maddəsində göstərilən
mülkiyyətində kənd təsərrüfatına
yararlı torpaq payı olan məşğul şəxslər
barədə - müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) apardığı
elektron informasiya sisteminin daşınmaz əmlakın
qeydiyyatına dair və məcburi dövlət sosial
sığorta haqları üzrə sığortaedən
tərəfindən təqdim edilmiş hesabat
məlumatları və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
apardığı “Elektron kənd təsərrüfatı”
informasiya sisteminin məlumatları əsasında;[9]
4.4.5. bu Qanunun 4.1.3-cü
maddəsində göstərilən ailə kəndli
təsərrüfatının üzvləri barədə -
onların uçotunu aparan yerli
özünüidarəetmə orqanları
tərəfindən uçota aldıqları gündən
ən geci 1 (bir) ay ərzində müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma)
kağız daşıyıcılarda təqdim etdikləri
məlumatlar əsasında;
4.4.6. bu Qanunun 4.1.4-cü maddəsində
göstərilən məşğul şəxslər
barədə - onların seçilməsi, təyin və ya
təsdiq edilməsinə dair hüquqi aktları qəbul
etmiş orqanların həmin hüquqi aktların qəbul
edildiyi tarixdən ən geci 1 (bir) ay müddətində
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) bu barədə kağız
daşıyıcılarda təqdim etdikləri məlumatlar
əsasında;
4.4.7. bu Qanunun 4.1.5-ci maddəsində
göstərilən məşğul şəxslər
barədə - onları işə (xidmətə) qəbul
edən orqanlar tərəfindən onların işə
(xidmətə) qəbul edildikləri gündən ən geci 1
(bir) ay ərzində müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma)
kağız daşıyıcılarda təqdim etdikləri
məlumatlar əsasında, “Dövlət sirri haqqında”,
“Əməliyyat-axtarış fəaliyyəti haqqında”
və “Kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyəti haqqında” Azərbaycan Respublikası
qanunlarının tələbləri nəzərə
alınmaqla;[10]
4.4.8. bu Qanunun 4.1.6-cı
maddəsində göstərilən məşğul
şəxslər barədə - müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya
sisteminin məlumatları əsasında;[11]
4.4.9. bu Qanunun 4.1.7-ci maddəsində
göstərilən məşğul şəxslər
barədə - müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) apardığı
elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.10. bu Qanunun 4.1.8-ci maddəsinə
göstərilən məşğul şəxslər
barədə - müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin
58-ci maddəsinə uyğun olaraq əldə edilən məlumatları
əldə etdikləri tarixdən ən geci 1 (bir) ay
müddətində müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma)
kağız daşıyıcılarda təqdim etdikləri
məlumatlar əsasında.[12]
4.5. Bu Qanunun 4.1.3-cü maddəsində
göstərilən, bu Qanun qüvvəyə
minənədək mülkiyyətində kənd
təsərrüfatına yararlı torpaq payı olanlar məşğul
şəxslərin reyestrinin fəaliyyətə
başladığı tarixdən, bu Qanun qüvvəyə
mindikdən sonra kənd təsərrüfatına yararlı torpaq
payı əldə edən məşğul şəxslər
isə daşınmaz əmlakın dövlət
reyestrindən bu barədə müvafiq sənədləri
əldə etdikdən sonra 1 (bir) ay müddətində
mülkiyyətlərində olan kənd
təsərrüfatına yararlı torpaq paylarına dair
bütün məlumatları müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanlara (qurumlara)
təqdim etməlidirlər.
4.6. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
məşğul şəxslər barəsində bu Qanunun
4.4.2-ci, 4.4.4-cü, 4.4.5-ci, 4.4.6-cı, 4.4.7-ci və 4.4.10-cu
maddələrinə uyğun olaraq təqdim edilmiş
məlumatları həmin məlumatlar təqdim olunduğu
gündən ən geci 1 (bir) ay müddətində
məşğul şəxslərin reyestrinə daxil etməlidir.
4.7. Bu
Qanunun 4.4.10-cu maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) bu Qanunun 4.1.8-ci maddəsində
nəzərdə tutulmuş məşğul
şəxslərə dair məlumatları əldə edildiyi
gündən ən geci 1 (bir) ay müddətində müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) elektron formada təqdim etməlidir.[13]
4.8. Bu Qanunun 4.4.1-ci, 4.4.2-ci, 4.4.3-cü, 4.4.4-cü və 4.4.8-ci
maddələrində nəzərdə tutulmuş
məlumatlar məşğul şəxslərin reyestrinə
inteqrasiya olunmuş dövlət orqanlarının və
digər qurumların apardığı elektron informasiya
sistemləri vasitəsilə ən geci 1 (bir) ay
müddətində daxil edilir.[14]
4.9. Bu Qanunun 4.7-ci
və 4.8-ci maddələrinin tələblərini pozan
dövlət və yerli özünüidarəetmə
orqanları, habelə mülkiyyətində kənd
təsərrüfatına yararlı torpaq payı olan
şəxslər qanunla müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.[15]
Maddə
5. İşaxtaran və işsiz şəxslərin
qeydiyyatına dair ümumi müddəalar
5.1. İşaxtaran və işsiz
şəxslərin müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması
qaydasını müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
5.2. Şəxslər elektron informasiya
sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran
kimi qeydiyyata alınırlar.
5.3. İşaxtaran kimi qeydiyyata
alınmaq üçün elektron ərizənin forması
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
5.4. Şəxs işaxtaran kimi qeydiyyata
alındığı zaman onun elektron informasiya sisteminə
daxil etdiyi məlumatlar əsasında avtomatlaşdırılmış qaydada fərdi
məşğulluq vərəqi tərtib edilir.[16]
5.5. Şəxs işaxtaran kimi qeydiyyata
alındığı gündən 5 (beş) iş
günü ərzində ona münasib iş təklif
olunmadığı və ya işəgötürən
(işəgötürənlər) tərəfindən
vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) həmin şəxsin işsiz kimi qeydiyyata
alınması haqqında qərar qəbul edir və bu
barədə şəxsin fərdi məşğulluq
vərəqində müvafiq qeyd aparır.
5.6. İşaxtaran və işsiz
şəxslər fərdi məşğulluq
vərəqindən çıxarışı elektron
informasiya sistemindən real vaxt rejimində əldə etmək
hüququna malikdirlər.
5.7. İşaxtaran və işsiz kimi
qeydiyyata alınmış şəxslərin ixtisası,
peşəsi əlilliyi, o
cümlədən, sağlamlıq imkanlarının
məhdudluğu və yaşayış ünvanı
üzrə məlumatlar dəyişdiyi halda onlar elektron
informasiya sistemində bu barədə məlumatları
yeniləməlidirlər. [17]
5.8. Aşağıdakı hallarda
şəxs işaxtaran kimi qeydiyyatdan müvəqqəti
çıxarılır:
5.8.1. hərbi və ya alternativ
xidmətə, hərbi toplanışlara
çağırıldıqda, həmin müddətdə;
5.8.2. barəsində azadlıqdan
məhrumetmə və ya tibbi xarakterli məcburi
tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı olduqda, həmin
müddətdə;
5.8.3. işaxtaran kimi qeydiyyata
alındığı tarixdən 2 (iki) il ərzində
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təklif etdiyi münasib işləri
qəbul etmədikdə, 1 (bir) il müddətində.
5.9. Aşağıdakı hallarda
şəxsin işaxtaran kimi qeydiyyatı ləğv edilir:
5.9.1. müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
göndərişi əsasında münasib işlə
təmin olunduqda;
5.9.2. vəfat etdikdə və ya
məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı əsasında xəbərsiz itkin
düşmüş və ya ölmüş elan edildikdə;
5.9.3. təqdim olunmuş
sənədlərdə və məlumatlarda təhrif
olunmuş və ya düzgün olmayan məlumatlar aşkar
edildikdə;
5.9.4. işaxtaran kimi qeydiyyatdan
çıxarılma barədə elektron
ərizə təqdim edildikdə.[18]
5.10. Aşağıdakı hallarda
şəxs işsiz kimi qeydiyyatdan müvəqqəti
çıxarılır:
5.10.1. hərbi və ya alternativ
xidmətə, hərbi toplanışlara
çağırıldıqda, həmin müddətdə;
5.10.2. barəsində azadlıqdan
məhrumetmə və ya tibbi xarakterli məcburi
tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı olduqda, həmin
müddətdə;
5.10.3. ona təklif olunan münasib
işlərdən imtina etdikdə, 1 (bir) il
müddətində;
5.10.4. fərdi məşğulluq
proqramının tərtib olunmasından və (və ya)
icrasından imtina etdikdə və yaxud fərdi
məşğulluq proqramının icrasına dair hesabatı
“İşsizlikdən sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun 17.7-ci maddəsi ilə
müəyyən edilmiş müddətdə təqdim
etmədikdə.
5.10-1. Bu
Qanunun 5.8-ci və 5.10-cu maddələrinə əsasən
işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti
çıxarılmış şəxslərin qeydiyyatı
onların elektron müraciəti əsasında həmin
maddələrdə nəzərdə tutulan
müddətlər bitdiyi halda, müraciət edildiyi
gündən sonrakı ayın 1-dən bərpa edilir.[19]
5.11. Aşağıdakı hallarda
şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir:
5.11.1. bu Qanunun 4-cü maddəsinə
əsasən məşğul şəxs hesab edildikdə;
5.11.2. “Əmək pensiyaları
haqqında” və ya “Sosial müavinətlər haqqında”
Azərbaycan Respublikasının qanunları ilə müvafiq
olaraq yaşa görə əmək pensiyası və ya
yaşa görə müavinət təyin edilməsi
üçün əsaslar yarandıqda;
5.11.3. vəfat etdikdə və ya
məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı əsasında xəbərsiz itkin
düşmüş və ya ölmüş elan edildikdə;
5.11.4. təqdim olunmuş
sənədlərdə və məlumatlarda təhrif
olunmuş və ya düzgün olmayan məlumatlar aşkar
olunduqda;
5.11.5. işsiz kimi qeydiyyatdan
çıxarılma barədə elektron
ərizə təqdim edildikdə;
5.11.6. ali və orta ixtisas təhsil
müəssisəsinə əyani qəbul olunduqda.[20]
5.12. Aşağıdakı
şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol
verilmir:
5.12.1. bu Qanunun 4-cü maddəsinə
əsasən məşğul şəxslərə aid
edilənlər;
5.12.2. 15 yaşına çatmayanlar;
5.12.3. ali və orta ixtisas təhsil
müəssisəsində əyani təhsil alanlar;
5.12.4. “Əmək pensiyaları
haqqında” və ya “Sosial müavinətlər haqqında”
Azərbaycan Respublikasının qanunları ilə müvafiq
olaraq yaşa görə əmək pensiyası və ya
yaşa görə müavinət təyin edilmiş
şəxslər;
5.12.5. Azərbaycan Respublikasının
Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci
hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin “b”
və “c” bəndlərində göstərilən, habelə işsiz və
işaxtaran şəxslərin haqqı ödənilən
ictimai işlər ilə bağlı əmək
münasibətlərinə xitam verildiyi hallar istisna olmaqla,
göndəriş əsasında bağlanılmış
əmək müqaviləsinə bu müqavilə ilə
müəyyən edilmiş müddətdən əvvəl öz
təşəbbüsü ilə xitam verən
şəxslər, 6 (altı) ay müddətində.[21]
5.13. İşsiz kimi qeydiyyata
alınmayan və ya bu Qanunun 5.11.4-cü maddəsinə
əsasən işsiz kimi qeydiyyatı ləğv olunan
şəxs, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanda (qurumda) işaxtaran kimi qeydiyyatda saxlanılır
və işsiz kimi qeydiyyata alınmaq üçün
təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna
malikdir.
5.14. Bu Qanunun 5.9.3-cü maddəsinə
əsasən işaxtaran kimi qeydiyyatı ləğv
edilmiş şəxs həmin hal aradan qaldırıldıqdan
sonra işaxtaran kimi qeydiyyata alınmaq üçün
təkrar müraciət etmək hüququna malikdir.
Maddə
6. Münasib iş
6.1. İşaxtaran üçün onun
təhsili, ixtisası, əvvəlki peşəsi üzrə
təcrübəsi, səhhəti, təklif edilən iş
yerinə ictimai nəqliyyatla gedib-gəlməsi
mümkünlüyü nəzərə alınan iş
münasib iş sayılır.
6.2. Münasib iş yerinin
işaxtaranın yaşayış yerindən maksimum
uzaqlığı ilə
bağlı şərtlər həmin ərazidə
nəqliyyat şəbəkəsinin imkanları
nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanlar (qurumlar)
tərəfindən müəyyən edilir.[22]
6.3. İşsizlikdən sığorta
ödənişinin “İşsizlikdən sığorta
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş ödənilmə müddəti
qurtardıqdan sonra, münasib iş təklif edilməsi
mümkün olmayan işsiz şəxslər
üçün, onların təhsilini, ixtisasını,
səhhətini, iş təcrübəsini nəzərə
almaqla, yeni peşəyə (ixtisasa) yiyələnməsini
tələb etməyən iş də münasib iş
sayılır.
6.4. Təhsilinə, ixtisasına və
əvvəlki peşəsi üzrə
təcrübəsinə uyğun gəlməyən, qabaqcadan
peşə hazırlığı keçməsini tələb
etməyən müvəqqəti iş yerləri də daxil olmaqla,
əmək qanunvericiliyinin tələblərinə uyğun
gələn, haqqı ödənilən işlər
aşağıdakı şəxslər üçün
münasib iş sayılır:
6.4.1. 3 ildən artıq
işləməyənlər, peşəsi (ixtisası)
olmayanlar;
6.4.2.
peşə hazırlığından imtina edənlər;[23]
6.4.3. müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanda (qurumda) 24 aydan
çox qeydiyyatda olanlar.
6.5. İşaxtaranın razılığı
olmadan yeni işlə əlaqədar onun yaşayış
yerinin dəyişməsi tələb olunduqda, eləcə
də əmək şəraiti əməyin mühafizəsi
normalarına uyğun gəlmədikdə ona təklif olunan
iş münasib iş sayıla bilməz.
6.6. İşaxtaran və işsiz
şəxslərə eyni münasib işin təkrar
təklif edilməsinə yol verilmir.
Maddə
7. Vakansiya bankının yaradılması
7.1. Vakansiya bankı elektron informasiya
sistemində işəgötürənlərin yeni
yaradılan iş yerləri və vakansiyalar barədə bu
Qanunun 18.3-cü maddəsinə uyğun olaraq həmin
sistemə daxil etdikləri məlumatlar əsasında
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən yaradılır.
7.2. Elektron informasiya sistemi
işəgötürənlərin Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin 3-cü
maddəsinin 5-1-ci hissəsinə və bu Qanunun 7.1-ci
maddəsinə uyğun olaraq həmin sistemə daxil
etdikləri məlumatlar əsasında hər bir
işəgötürən üzrə ştat
vahidlərinə dair cədvəl yaradır.
7.3. Vakansiya bankının
yaradılmasında fərdi məlumatların informasiya
ehtiyatlarının formalaşdırılması və informasiya
sistemlərinin yaradılması, onlara xidmət
göstərilməsi fəaliyyətinə lisenziyası olan
və müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanla (qurumla) elektron qaydada informasiya
mübadiləsinə dair razılaşması olan hüquqi
şəxslər tərəfindən toplanılmış
informasiya ehtiyatlarından istifadə edilə bilər.
7.4. Bu Qanunun 7.2-ci maddəsində
nəzərdə tutulmuş məlumatları bu Qanunun
18.3-cü maddəsində nəzərdə tutulmuş
müddətdə elektron informasiya sisteminə daxil etməyən
işəgötürənlər qanunla müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə
8. Məşğulluq sahəsində dövlətin
vəzifələri
8.0. Məşğulluq sahəsində
dövlətin vəzifələri
aşağıdakılardır:
8.0.1. məşğulluq sahəsində
normativ hüquqi bazanın təkmilləºdirilməsi;
8.0.2. istehsal qüvvələrinin
səmərəli yerləşdirilməsinə, yeni
texnologiyaların yaradılmasına, peşə
bacarıqlarının inkişaf etdirilməsinə, fərdi
qaydada sahibkarlığın və əmək
fəaliyyətinin təşkilinə və inkişafına,
çevik iş rejiminin tətbiqinin
həvəsləndirilməsinə yönəldilən
maliyyə-kredit, sığorta, investisiya və vergi siyasəti
tədbirlərinin hazırlanması;
8.0.3.
işəgötürənlərə yeni iş yerlərinin
yaradılmasına, mövcud iş yerlərinin
saxlanılmasına və inkişaf etdirilməsinə
köməklik göstərən tədbirlərin
hazırlanması;
8.0.4. irqindən, etnik
mənsubiyyətindən, dinindən, dilindən, cinsindən əlilliyi, o cümlədən,
sağlamlıq imkanlarının məhdudluğu (onların
məhdud imkanlarına görə həyata keçirilməsi
çətinləşən hallardan başqa) və ailə
vəziyyətindən, ictimai-sosial mənşəyindən,
yaşayış yerindən, əmlak vəziyyətindən,
əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına
və digər ictimai birliklərə mənsubiyyətindən
asılı olmayaraq bütün şəxslərə
əmək və məşğulluğu sərbəst
seçmək hüququnun həyata keçirilməsində
bərabər imkanların təmin edilməsi; [24]
8.0.5. şəxslərin qanun
çərçivəsində həyata keçirilən
əmək və sahibkarlıq
təşəbbüsünün müdafiə edilməsi,
sahibkarlığın və
özünüməşğulluğun inkişaf
etdirilməsi məqsədi ilə onlara köməklik
göstərilməsi;
8.0.6. əmək fəaliyyətinin
və məşğulluq növünün
seçilməsində şəxslərin öz iradəsini
sərbəst ifadə etməsinə şərait yaradılması;
8.0.7. işaxtaran və işsiz
şəxslərin sosial müdafiəsinin təmin
edilməsi, işə düzəlməkdə
çətinlik çəkən şəxslərin
məşğulluğunun təmin edilməsinə
köməklik göstərən tədbirlərin
görülməsi;
8.0.8. məşğulluq sahəsində
fəaliyyətin iqtisadi və sosial siyasətin digər
istiqamətləri ilə əlaqələndirilməsi;
8.0.9. sosial müdafiəyə xüsusi
ehtiyacı olan və işə düzəlməkdə
çətinlik çəkən şəxslər
üçün əlavə iş yerləri yaradan
işəgötürənlərin
həvəsləndirilməsi;
8.0.10. məşğulluğun təmin
edilməsinə yönəldilmiş tədbirlərin
hazırlanmasında və həyata keçirilməsində,
onların yerinə yetirilməsinə nəzarət
sahəsində dövlət orqanlarının, həmkarlar
ittifaqlarının, işəgötürənlərin
birliklərinin fəaliyyətinin
əlaqələndirilməsi;
8.0.11. Azərbaycan Respublikası
vətəndaşlarının ölkə hüdudlarından
kənarda, habelə daxili əmək bazarının
qorunması şərti ilə vətəndaşlığı
olmayan şəxslərin və əcnəbilərin
Azərbaycan Respublikasının ərazisində əmək
fəaliyyəti ilə məşğul olmasına
şərait yaradılması;
8.0.12. beynəlxalq əmək
normalarına riayət olunması;
8.0.13. qeyri-formal
məşğulluğun qarşısının
alınmasına yönəldilmiş
stimullaşdırıcı tədbirlərin həyata
keçirilməsi;
8.0.14. təhsil sisteminin əmək
bazarının tələblərinə
uyğunlaşdırılması;
8.0.15. işsizlikdən icbari
sığortanın tətbiqi;
8.0.16.
məşğulluq sahəsində elektron xidmətlərin
müvafiq icra hakimiyyəti orqanının
mərkəzləşdirilmiş elektron informasiya sistemi
vasitəsilə həyata keçirilməsi.[25]
2-ci
fəsil
MƏŞĞULLUQ SAHƏSİNDƏ
ŞƏXSLƏRİN HÜQUQLARI VƏ DÖVLƏT
TƏMİNATLARI
Maddə
9. Məşğulluq sahəsində şəxslərin
hüquqları
9.1. Məşğulluq sahəsində
şəxslər aşağıdakı hüquqlara
malikdirlər:
9.1.1. fəaliyyət növü,
peşə, məşğuliyyət və iş yerini
sərbəst seçmək;
9.1.2.
işəgötürənlərə bilavasitə
müraciət etmək yolu ilə, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) pulsuz
vasitəçiliyi ilə və ya əmək yarmarkaları,
əmək birjaları, kütləvi informasiya
vasitələrində və internet resurslarında elanlar
verilməsi yolu ilə və qanunla qadağan edilməyən
digər vasitələrlə iş yerini sərbəst
seçmək;
9.1.3. müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanda (qurumda)
məşğulluq növünü, iş yerini və iş
rejimini seçmək məqsədi ilə pulsuz
peşəyönümü məsləhətləri almaq,
peşə hazırlığına və əlavə
təhsilə cəlb olunmaq, habelə əmək bazarına
dair məlumat əldə etmək;
9.1.4. əmək bazarında həyata
keçirilən aktiv məşğulluq
tədbirlərində iştirak etmək;
9.1.5. “İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada və
şərtlərlə işsizlikdən sığorta olunmaq
və sığorta ödənişi almaq;
9.1.6. müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqandan (qurumdan) və
yaxud onun vəzifəli şəxslərinin hərəkət
və ya hərəkətsizliyindən inzibati və ya
məhkəmə qaydasında şikayət etmək.
9.2. Aşağıdakı hallar istisna
olmaqla şəxslərin məcburi əməyə cəlb
edilməsinə yol verilmir:
9.2.1. məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı olduqda;
9.2.2. hərbi xidmət zamanı;
9.2.3. hərbi və fövqəladə
vəziyyət zamanı.
Maddə
10. Əmək hüququnun həyata keçirilməsində
dövlət təminatları
10.1. Dövlət hər bir
şəxsə əmək hüququnun həyata
keçirilməsində aşağıdakı
təminatları verir:
10.1.1. məşğulluq növünün,
o cümlədən müxtəlif rejimli işin
sərbəst seçilməsinə;
10.1.2. işdən əsassız
çıxarılanların və ya işə qəbuldan
əsassız imtina olunanların Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq hüquqi müdafiəsinə;
10.1.3. “İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada və
şərtlərlə işsizlikdən sığorta
olunmasına.
10.2. Dövlət işaxtaranlara və
işsiz şəxslərə aşağıdakı
təminatları verir:
10.2.1. müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
vasitəçiliyi ilə münasib işin
seçilməsinə və işədüzəlməyə
köməklik göstərilməsinə;
10.2.2. müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
göndərişi ilə peşəyönümünə
və peşə hazırlığına;[26]
10.2.3. şəxsin yaş və
başqa xüsusiyyətləri nəzərə alınmaqla
haqqı ödənilən ictimai işlərdə
iştirakına;
10.2.4. “İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada və
şərtlərlə işsizlikdən sığorta ödənişinin
ödənilməsinə;
10.2.5.
özünüməşğulluğa köməklik
göstərilməsinə;
10.2.6. müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən həyata keçirilən digər aktiv
məşğulluq tədbirlərində iştirakına;
10.2.7. müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
göndərişi ilə işə qəbul olunarkən
Azərbaycan Respublikasının Əmək Məcəlləsində
nəzərdə tutulan hallarda pulsuz tibbi müayinədən
keçməsinə.
Maddə
11. Sosial müdafiəyə xüsusi ehtiyacı olan
şəxslərin məşğulluğu üçün
əlavə təminatlar
11.1. Dövlət sosial
müdafiəyə xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən
şəxslərə əlavə iş yerləri və
sosial müəssisələr yaratmaq, onlar üçün
uyğunlaşdırılmış təlim proqramları
əsasında peşə hazırlığı kursları
təşkil etmək, habelə kvota müəyyən
etmək yolu ilə əlavə təminatlar verir.
11.2. Sosial müdafiəyə xüsusi
ehtiyacı olan və işə düzəlməkdə
çətinlik çəkən şəxslər
üçün kvota tətbiq edilməsi qaydası və
kvota şamil edilməyən müəssisələrin
siyahısı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
11.3. Kvotanın miqdarı müvafiq
inzibati ərazi vahidində əmək bazarındakı
vəziyyətdən asılı olaraq,
müəssisələrdəki işçilərin orta
siyahı sayının 5 faizindən çox olmamaq
şərti ilə müəyyən edilir.
11.4. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən göndəriş
verilmiş sosial müdafiəyə xüsusi ehtiyacı
olan və işə düzəlməkdə çətinlik
çəkən şəxsləri onlar üçün
kvota üzrə müəyyən olunmuş iş yerlərinə
qəbul etməyən işəgötürənlər
qanunla müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.[27]
3-cü
fəsil
MƏŞĞULLUĞUN
TƏŞKİLİ
Maddə
12. Respublika və ərazi məşğulluq proqramları
12.1. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanlar (qurumlar) və
yerli özünüidarəetmə orqanları,
işəgötürənlər birlikləri və həmkarlar
ittifaqları bu Qanuna uyğun olaraq məşğulluğa
kömək göstərilməsi tədbirlərini
nəzərdə tutan respublika və ərazi
məşğulluq proqramları hazırlayırlar.
12.2. Respublika və ərazi
məşğulluq proqramları müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanlar (qurumlar)
tərəfindən hazırlanan iqtisadi və sosial inkişaf
proqnozlarının göstəriciləri əsasında
hazırlanır.
12.3. Respublika və ərazi
məşğulluq proqramlarını müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar
(qurumlar) təsdiq edir və onların həyata keçirilməsini
təmin edir.
Maddə
13. Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında məşğulluğu
Azərbaycan Respublikası
vətəndaşlarının xarici ölkələrdə,
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikası
ərazisində əmək fəaliyyəti ilə
bağlı məsələlər Azərbaycan
Respublikasının Miqrasiya Məcəlləsinə, bu Qanuna,
məşğulluq sahəsində Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarına
və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə uyğun tənzimlənir.
Maddə
14. İşədüzəltmədə vasitəçilik
fəaliyyəti
14.1. Azərbaycan Respublikasında
işaxtaran və işsiz şəxslərin işə
düzəlməsində, habelə Azərbaycan Respublikası
vətəndaşlarının xarici ölkələrdə
işə düzəlməsində vasitəçilik
fəaliyyəti (bundan sonra – işədüzəltmədə
vasitəçilik fəaliyyəti) yalnız hüquqi
şəxslər tərəfindən bu Qanunun
tələbləri nəzərə alınmaqla həyata
keçirilir.
14.2. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
işədüzəltmədə vasitəçilik
fəaliyyəti ilə məşğul olan hüquqi
şəxslərin reyestrini elektron formada aparır.
14.3.
İşədüzəltmədə vasitəçilik
fəaliyyəti ilə məşğul olan hüquqi
şəxslərin reyestrinin aparılması qaydasını
və həmin hüquqi şəxslərə dair
tələbləri müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
14.4. İşaxtaran və işsiz
şəxslərin işə düzəlməsində
vasitəçilik fəaliyyətini həyata keçirən
hüquqi şəxslər müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilmiş qaydada və
formada iş üçün müraciət edən və
işlə təmin olunan şəxslərin sayı
barədə məlumatları müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) təqdim
edirlər.
14.5. İşaxtaran və işsiz
şəxslərin işə düzəlməsində
vasitəçilik fəaliyyətini həyata keçirən
hüquqi şəxslər toplanılmış informasiya
ehtiyatlarına dair müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanla (qurumla) elektron qaydada
qarşılıqlı məlumat mübadiləsini təmin
edirlər.
14.6. Bu Qanunun 14-cü maddəsinin
tələblərini pozmaqla işədüzəltmədə
vasitəçilik fəaliyyətini həyata keçirən
hüquqi şəxslər qanunla müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.
Maddə
15. Məşğulluğa kömək göstərən
əlaqələndirmə komitələri
15.1. Məşğulluq sahəsində
razılaşdırılmış qərarların
hazırlanması məqsədi ilə həmkarlar
ittifaqının, işəgötürənlərin
birliklərinin, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun), aidiyyəti
dövlət və yerli özünüidarəetmə
orqanlarının, sosial müdafiəyə xüsusi
ehtiyacı olan şəxslərin mənafeyini təmsil
edən ictimai birliklərin bərabər sayda
nümayəndələrindən ibarət
məşğulluğa kömək göstərən yerli
əlaqələndirmə komitələri (bundan sonra -
əlaqələndirmə komitələri) yaradılır.
15.2. Əlaqələndirmə
komitələrinin səlahiyyətləri, fəaliyyət
qaydası və tərkibi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən təsdiq edilən Əsasnamə ilə
tənzimlənir.
Maddə
16. Məşğulluğun təmin edilməsində yerli
özünüidarəetmə orqanlarının
iştirakı
16.1. Yerli özünüidarəetmə
orqanlarının məşğulluq sahəsində
aşağıdakı hüquqları vardır:
16.1.1. öz vəsaiti hesabına
işaxtaran və işsiz şəxslər üçün
haqqı ödənilən ictimai işlər təşkil
etmək;
16.1.2. məşğulluğa
kömək göstərilməsi məqsədi ilə bu
Qanunun 12-ci maddəsinə uyğun olaraq məşğulluq
proqramlarının hazırlanmasında iştirak etmək;
16.1.3. məşğulluğa
kömək göstərən əlaqələndirmə
komitələrinin işində iştirak etmək;
16.1.4. “Bələdiyyələrin statusu
haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü
maddəsinə uyğun olaraq yerli sosial müdafiə və
sosial inkişaf proqramlarında əhalinin
məşğulluğuna kömək göstərilməsi
ilə bağlı əlavə təminatlar nəzərdə
tutmaq.
16.2. Yerli özünüidarəetmə
orqanları “Ailə kəndli təsərrüfatı
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq ailə kəndli təsərrüfatlarını
uçota alır və uçota aldığı
gündən 1 (bir) ay ərzində bu barədə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) məlumat verirlər.
Maddə
17. Məşğulluğun təmin edilməsində
həmkarlar ittifaqlarının iştirakı
17.1. Həmkarlar ittifaqlarının,
onların seçkili orqanlarının məşğulluq
sahəsində aşağıdakı hüquqları
vardır:
17.1.1. işçilərin
kütləvi surətdə
sərbəstləşdirilməsi ilə əlaqədar
tədbirlərin başqa vaxta keçirilməsi və ya
müvəqqəti dayandırılması haqqında
işəgötürənlərə və ya onların
yuxarı orqanlarına təkliflər vermək;
17.1.2. Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə və “Həmkarlar
ittifaqları haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq məşğulluğun təmin
edilməsi, işə (xidmətə) qəbul,
işdənçıxarma, sosial güzəştlərin
və təminatların verilməsi məsələlərində
şəxslərin müdafiəsini təmin etmək;
17.1.3. peşə standartlarının
hazırlanması, qəbulu və tətbiqi,
işçilərin təlimi, bacarıqlarının
artırılması və qiymətləndirilməsi işinin
həyata keçirilməsi ilə bağlı
təkliflər vermək və onların həyata
keçirilməsində iştirak etmək.
17.2. İşəgötürənin
təşəbbüsü ilə istehsalın
səmərələşdirilməsi, əməyin
təşkilinin təkmilləşdirilməsi, müəssisənin
ləğv edilməsi, işçilərin sayının
və ya ştatların ixtisar edilməsi ilə
əlaqədar olaraq işçilərin
sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının
Əmək Məcəlləsində nəzərdə tutulan
hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı
orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı
məlumat verməklə, işçilərin
hüquqlarının və mənafelərinin
gözlənilməsi barədə onlarla danışıqlar
aparılmaqla həyata keçirilir.
17.3.
İşəgötürənlər (onların birlikləri)
və müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanlar (qurumlar), həmkarlar
ittifaqlarının təklifi ilə məşğulluq
məsələlərinə dair birgə
məsləhətləşmələr aparırlar.
Məsləhətləşmələrin yekunlarına
görə məşğulluğa kömək
göstərilməsinə dair tədbirlər Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq kollektiv müqavilələrdə
(sazişlərdə) nəzərdə tutula bilər.
Maddə
18. Məşğulluğun təmin edilməsində
işəgötürənlərin iştirakı
18.1. İşəgötürənlər
dövlət məşğulluq siyasətinin həyata
keçirilməsinə aşağıdakı əsaslarla
kömək göstərirlər:
18.1.1. Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə uyğun olaraq əmək
münasibətlərini tənzimləyən əmək
müqavilələrinin (kontraktların), kollektiv
müqavilələrin və ya sazişlərin
şərtlərinə əməl edilməsi;
18.1.2. istehsalatın
dayandırılması və ya işçilərin
sərbəstləşdirilməsi təqdirində onların
müdafiəsi üçün kollektiv müqavilələrdə
(sazişlərdə) nəzərdə tutulmuş
tədbirlərin həyata keçirilməsi;
18.1.3. əlavə təhsil
üçün şəraitin yaradılması və
əlavə təhsilin təşkili;
18.1.4. sosial müdafiəyə xüsusi
ehtiyacı olan şəxslərin bu Qanunla müəyyən
olunmuş qaydada işə düzəldilməsi;
18.1.5. peşə standartlarının
hazırlanması və tətbiqi, həmçinin
peşə bacarıqlarının artırılması və
qiymətləndirilməsi işinin həyata
keçirilməsində iştirak edilməsi.
18.2. İşçilərin sayı
və ya ştatları ixtisar edildikdə
işəgötürənlər işdən
çıxarılacaq işçilərin peşəsini,
ixtisasını və əməkhaqqının
məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi
barədə Azərbaycan Respublikasının Əmək
Məcəlləsi ilə müəyyən edilən
xəbərdarlıq müddətindən az olmayaraq
əvvəlcədən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi
məlumat verməlidirlər.
18.3.
İşəgötürənlər yeni iş yeri
yarandığı və ya iş yeri boşaldığı
gündən ən geci 5 (beş) iş günü
müddətində əməkhaqqı
göstərilməklə bu barədə məlumatları
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil
etməlidirlər.
18.4.
İşəgötürənlər müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma), həmin orqanın göndərişi ilə
işə qəbul edilənlər, o cümlədən kvota
üzrə işə qəbul edilənlər və
işdən çıxarılanlar haqqında aylıq hesabatlar
təqdim etməlidirlər.
18.5. Bu Qanunun 18.4-cü maddəsində
nəzərdə tutulan hesabatlar müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilmiş qaydada və
formada elektron informasiya sisteminə daxil edilir.
18.6. İşəgötürənlər
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) göndərişi ilə
gəlmiş şəxsləri onlara bilavasitə
müraciət etmiş şəxslərlə bərabər
əsaslarla işə qəbul edirlər.
18.7. İşəgötürən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi
gündən ən geci 5 (beş) iş günü
müddətində boş iş yerinin tutulub-tutulmaması
ilə bağlı qərarını qəbul edərək
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) elektron
informasiya sisteminə daxil etməlidir.[28]
18.8. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə başqa hal nəzərdə
tutulmayıbsa, xarici dövlətlərin hüquqi və fiziki
şəxsləri, beynəlxalq təşkilatlar, eləcə
də vətəndaşlığı olmayan
şəxslər tərəfindən təsis edilən və
Azərbaycan Respublikasının Mülki, Əmək, Miqrasiya
və Vergi məcəllələrinə uyğun olaraq
fəaliyyət göstərən
işəgötürənlər özlərinin
işçi qüvvəsinə olan tələbatını
(rəhbər və mütəxəssis vəzifələri
də daxil olmaqla), ilk növbədə, yerli kadrlardan
istifadə etməklə və onların hazırlanması
vasitəsilə ödəməlidirlər.
18.9.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında”
Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə
uyğun olaraq işəgötürənlər həmin
istehsalatda bədbəxt hadisələr nəticəsində
əmək qabiliyyətini itirmiş və ya peşə
xəstəliyinə tutulmuş və bunun nəticəsində
əlilliyi olan işçilərin işə
düzəlməsi üçün iş yerləri
ayırmağa və ya yenilərini təşkil etməyə
borcludurlar. [29]
Maddə
19. İşaxtaranların və işsiz şəxslərin
sosial müdafiəsi ilə bağlı tədbirlərin
maliyyələşdirilməsi
İşaxtaran və işsiz
şəxslərin sosial müdafiəsi ilə əlaqədar
tədbirlər “İşsizlikdən sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş mənbələrdən maliyyələşdirilir.
Maddə
20. İşaxtaran və işsiz şəxslərin
peşə hazırlığı
20.1. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata
alınmış işaxtaran və işsiz
şəxslərin peşə hazırlığı müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) göndərişi ilə aşağıdakı
hallarda həyata keçirilir:
20.1.1. işaxtaran və işsiz
şəxslər lazımi peşə və ya ixtisası
olmadığına görə onun üçün
münasib iş seçmək mümkün olmadıqda;
20.1.2. işaxtaran və işsiz
şəxs əvvəlki peşə (ixtisas) üzrə
işləmək qabiliyyətini itirdikdə.
20.2.
İşsiz şəxslərin, habelə il ərzində
müvafiq inzibati ərazi vahidi üzrə peşə
hazırlığına cəlb olunan işsiz
şəxslərin 20 faizindən çox olmamaq
şərtilə işaxtaran şəxslərin peşə
hazırlığı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən ödənişsiz təşkil olunur.[30]
20.2-1. Bu
Qanunun 20.2-ci maddəsi nəzərə alınmaqla,
işaxtaran şəxslər peşə
hazırlığına ödənişli əsaslarla
cəlb olunurlar.[31]
20.3. Peşə
hazırlığının təşkili zamanı bu Qanunun
6.4.1-ci maddəsində nəzərdə tutulan
şəxslər, habelə
şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər. [32]
20.4. İşaxtaran və işsiz
şəxslərin peşə hazırlığının
təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
20.5.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci
maddəsinə və “Peşə təhsili haqqında”
Azərbaycan Respublikası Qanununun 9.9-cu maddəsinə
uyğun olaraq, peşə hazırlığı işaxtaran
və işsiz şəxslərin əlavə təhsili, o
cümlədən peşənin öyrənilməsi,
ixtisasın artırılması, yenidən hazırlıq,
yaşlıların təhsili və digər təhsil
istiqamətləri üzrə müvafiq kurslarda altı
ayadək müddətdə həyata keçirilir. [33]
Maddə
21. Haqqı ödənilən ictimai işlərin
təşkili
21.1. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
mülkiyyət növündən və təşkilati-hüquqi
formasından asılı olmayaraq
müəssisələrdə işsiz, habelə il ərzində müvafiq inzibati ərazi
vahidi üzrə haqqı ödənilən ictimai
işlərə cəlb olunan işsiz şəxslərin 20
faizindən çox olmamaq şərtilə işaxtaran
şəxslərin müvəqqəti
məşğulluğunu təmin etmək məqsədi
ilə onların müqavilələr üzrə
ödənişli ictimai işlərə cəlb olunmasını
təşkil edirlər.[34]
21.2. Haqqı ödənilən ictimai
işlərdə iştirak etmək istəyən işsiz
şəxslərlə Azərbaycan Respublikasının
Əmək Məcəlləsinə uyğun olaraq
müddətli əmək müqaviləsi bağlanır.
İşsizlikdən sığorta ödənişi almayan
işsiz şəxslər belə müqavilələrin
bağlanmasında üstün hüquqa malikdirlər.
21.3.
Haqqı ödənilən ictimai işlərə cəlb
olunan işsiz və işaxtaran şəxslərin
əməyinin ödənişi Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq həyata keçirilir.[35]
21.4. Haqqı ödənilən ictimai
işlərin maliyyələşdirilməsi haqqı
ödənilən ictimai işləri təşkil edən
müəssisələrin vəsaiti hesabına və ya
“İşsizlikdən sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun 19.0.2.3-cü maddəsinə uyğun
olaraq işsizlikdən sığorta vəsaiti, habelə qanunla qadağan edilməyən digər
mənbələr hesabına həyata keçirilir.[36]
21.5. Haqqı ödənilən ictimai
işlərin təşkili qaydaları müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən olunur.
Maddə
22. Peşəyönümünə dair məsləhət
xidmətləri
22.1. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
gənclərin (təhsil müəssisələrinin
tələbə və şagirdlərinin, habelə onların valideynlərinin), işaxtaran
və işsiz şəxslərin
peşəyönümünün təşkili
üçün onlarla müsahibələr və testlər
keçirilməklə, təhsilinə, bacarığına
və şəxsi keyfiyyətlərinə uyğun olaraq
peşə və ixtisasının seçiminə,
peşə maraqlarının formalaşdırılmasına
yönəldilmiş məsləhət xidmətləri
göstərir.[37]
22.2. Peşəyönümünə
dair məsləhət xidmətləri aşağıdakı
istiqamətlərdə göstərilir:
22.2.1. əmək bazarının cari
vəziyyəti və əmək bazarında ən çox
tələb olunan peşə və ixtisaslar barədə
məlumatlandırma;
22.2.2. mövcud peşə və ixtisas
üzrə işlə təmin edilmə və ya peşə
hazırlığı və əlavə təhsilə
cəlb olunma imkanları barədə məlumatlandırma;
22.2.3. işsiz şəxsin
sosial-psixoloji xüsusiyyətləri, peşə, bilik,
bacarıq və səriştələri, sağlamlıq
vəziyyəti nəzərə alınaraq, əmək
bazarının tələbatı əsasında ona iş
yerinin və peşənin seçimində köməkliyin
göstərilməsi.
22.3. Peşəyönümünə
dair məsləhət xidmətlərinin
göstərilməsi qaydasını müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) təsdiq edir.
Maddə
23. Əmək birjalarının və əmək
yarmarkalarının təşkili
23.1. Əmək bazarında tələb
və təklif, habelə daxil olan sifarişlər
əsasında əhalinin müvəqqəti
məşğulluğunun təmin olunması müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən təşkil edilən elektron əmək birjaları vasitəsilə
həyata keçirilir.[38]
23.2. İşaxtaran və işsiz
şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə
mövcud olan vakant iş yerləri haqqında məlumat
əldə etməsi, aktiv məşğulluq
tədbirlərinə cəlb olunması, habelə
işəgötürənlərin qısa müddət
ərzində zəruri peşəyə, ixtisasa və
təcrübəyə malik olan kadrların seçiminə
köməklik göstərilməsi məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanlar (qurumlar) tərəfindən əmək yarmarkaları
təşkil edilir.
23.3. Əmək birjalarının və
əmək yarmarkalarının təşkili və
fəaliyyəti qaydasını müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq
edir.
Maddə
24. Özünüməşğulluğa kömək
göstərilməsi
24.1. İşsiz şəxslərin
özünüməşğulluğunun təşkili
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir
və aşağıdakı mərhələlərdən
ibarətdir:
24.1.1.
özünüməşğulluğun təşkili ilə
bağlı işsiz şəxslərə
məsləhətlərin və məlumatların
verilməsi;
24.1.2. əmək bazarının
təhlili əsasında iqtisadiyyatın sahələri
üzrə özünüməşğulluq istiqamətinin
seçilməsinə və təşkilinə kömək
edilməsi;
24.1.3.
özünüməşğulluğun təşkili
üçün biznes-planın hazırlanmasında yardım
edilməsi, o cümlədən
təlimlərin keçirilməsi və onların
nəticələrinin qiymətləndirilməsi;[39]
24.1.4. seçilmiş
özünüməşğulluq istiqamətinin
təşkili üçün işsiz şəxslərə
natura şəklində material, avadanlıq və digər
əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə
əsasında verilməsi;[40]
24.1.5.
özünüməşğulluğa cəlb olunmuş
şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü
maddəsində göstərilən müddət
ərzində monitorinqi.
24.2. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
özünüməşğulluğa cəlb olunmuş
şəxsin fəaliyyətinin müqavilə müddəti
ərzində monitorinqini (o
cümlədən elektron monitorinqini) aparır və
müqavilə müddətinin sonuna həmin şəxsin
fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda,
özünüməşğulluğun təşkili üçün
verilmiş əmlak özünüməşğulluğa
cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa
cəlb olunmuş şəxs müqavilə
müddətində fəaliyyəti ilə bağlı, o
cümlədən ona verilmiş əmlaka dair
məlumatları müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya
sisteminə daxil etməlidir.[41]
24.3.
Özünüməşğulluğa cəlb olunmuş
şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun
olaraq müqavilə əsasında verilmiş əmlakdan 1
(bir) il ərzində üzrlü səbəb olmadan
istifadə etmədikdə, həmin əmlakı və yaxud
onun dəyərini əmlak qaytarılan vaxt müəyyən
edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) qaytarır.
24.4.
Özünüməşğulluğa cəlb olunmuş
şəxs ona verilmiş əmlaka müqavilə
müddətində qəsdən ziyan vurduqda və ya həmin
əmlakdan təyinatı üzrə istifadə
etmədikdə Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın
əvəzini müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) ödəməlidir.
24.5. Bu Qanunun 24.3-cü maddəsində
göstərilən bazar qiyməti müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən özünüməşğulluğa
cəlb olunmuş şəxsin iştirakı ilə
əmlakın qaytarıldığı gündən çoxu
1 (bir) ay əvvəl eyni (analoji) əmlak üçün
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) dərc etdiyi qiymətlərə
əsasən müəyyənləşdirilir.
24.6. Bu Qanunun 24.3-cü maddəsinə
uyğun olaraq özünüməşğulluğa cəlb
olunmuş şəxsə verilmiş əmlak geri
alındıqda və bu əmlakın digər özünüməşğulluğa
cəlb olunmuş şəxsə verilməsi mümkün
olmadıqda, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) müəyyən
etdiyi qaydada həmin əmlak açıq hərracların
keçirilməsi vasitəsilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən satılır.
24.7.
Özünüməşğulluğa cəlb olunmuş
şəxs bu Qanunun 24.3-cü və 24.4-cü
maddələrinə uyğun olaraq ona verilmiş
əmlakın dəyərini qaytarmaqdan və ya həmin
əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən
imtina etdikdə tərəflər arasında yaranmış
mübahisələr məhkəmə qaydasında həll
olunur.
24.8. Bu Qanunun 4.1.3-cü maddəsində
göstərilən mülkiyyətində kənd
təsərrüfatına yararlı torpaq payı olub digər
məşğulluğu olmayan şəxslər də
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən 1 (bir) il ərzində
özünüməşğulluğa cəlb olunmuş
işsiz şəxslərin ümumi sayının 50
faizindən çox olmamaq şərti ilə
özünüməşğulluğa cəlb edilirlər.
24.9. İşsiz şəxslərin
özünüməşğulluğunun təşkili
zamanı ünvanlı dövlət sosial yardımı alan
şəxslərə, əlilliyi
olan şəxslər, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlara, şəhid ailəsinin
üzvlərinə, bir
ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya
yaşına iki ildən az qalmış
şəxslərə, cəzaçəkmə
yerlərindən azad edilmiş işsiz şəxslərə
üstünlük verilir. [42]
24.10. İşsizlikdən sığorta
ödənişini alan işsiz şəxslər özünüməşğulluğa
cəlb edilmirlər.
24.11. İşsiz şəxslərin
özünüməşğulluğunun təşkili
qaydası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
Maddə
25. İşəgötürənlərlə birlikdə
işçilərin əməkhaqqının
maliyyələşdirilməsi
25.1. Sosial iş yerlərində
işçilərin əməkhaqqının bir hissəsinin
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən maliyyələşdirilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
25.2. Əməkhaqqının
işsizlikdən sığorta vəsaiti hesabına
maliyyələşdirilən hissəsinin məbləği
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən əvvəlki il
üçün müəyyən olunmuş ölkə
üzrə orta aylıq nominal əməkhaqqından çox,
lakin müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilən minimum aylıq
əməkhaqqından az olmamaq şərti ilə
işəgötürənin ştat vahidi üzrə
nəzərdə tutulmuş əməkhaqqının və
əməkhaqqından tutulmaların (əməyin ödənişi
fondundan hesablanan məcburi dövlət sosial sığorta
haqqı, işsizlikdən sığorta haqqı, istehsalatda
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta haqqı) 50 faizini təşkil edir.[43]
25.3. Sosial iş yerlərində 2 (iki)
ildən az olmayan müddətə bağlanan əmək
müqaviləsi ilə işə götürülmüş
işçilərin əməkhaqqının bir hissəsi
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən 3 (üç) aydan az və
12 (on iki) aydan çox olmayan müddətdə
maliyyələşdirilir.
25.4. Əməkhaqqı sistemi ilə
nəzərdə tutulan mükafatlar, əməkhaqqına
əlavələr, artımlar (əmsallar), habelə iş
vaxtından kənar vaxtlarda görülən
işlərə görə verilən ödəmələr
və digər ödənişlər Azərbaycan
Respublikasının Əmək Məcəlləsində
müəyyən edilmiş qaydada
işəgötürənlərin vəsaiti hesabına
maliyyələşdirilir.
25.5. Sosial iş yerlərinin
təşkili zamanı əlilliyi
olan şəxslər, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlara, şəhid
ailəsinin üzvlərinə, gənclərə,
cəzaçəkmə yerlərindən azad edilmiş
şəxslərə və bir ildən artıq işsiz kimi
qeydiyyatda olan şəxslərə üstünlük verilir.
25.6. Hər bir
işəgötürən üzrə sosial iş
yerlərinin sayı həmin işəgötürənin
işçilərinin ümumi sayının 20 faizindən, lakin hər bir
işəgötürən üzrə 10 sosial iş
yerindən çox olmamalıdır.[44]
25.7. Sosial iş yerləri üzrə
əməkhaqqının məbləği
işəgötürənin eyni vəzifə (peşə) üzrə
digər iş yerlərindəki
əməkhaqqının məbləğinin 10 faizdən
çox fərqlənə bilməz. [45]
Maddə
26. Sosial müəssisələrin və əlavə iş
yerlərinin yaradılması və məqsədli
proqramların həyata keçirilməsi
26.1. Sosial müdafiəyə xüsusi
ehtiyacı olan və işə düzəlməkdə
çətinlik çəkən şəxslərin
məşğulluğunun təmin olunması məqsədi
ilə işəgötürən və ya müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən kvotadan əlavə iş
yerləri, sosial müəssisələr yaradıla və
məqsədli proqramlar həyata keçirilə bilər. Bu
halda müəssisədə mövcud olan daimi vakansiyalar
əlavə iş yerləri hesab edilmir.
26.2. Sosial müəssisələrin
və kvotadan əlavə iş yerlərinin standartları
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə
27. Fərdi məşğulluq proqramı
27.1. İşsiz kimi qeydiyyata
alınmış şəxsin əmək bazarına
yenidən qayıtması və ona işə
düzəlməkdə kömək göstərilməsi
məqsədi ilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən fərdi məşğulluq proqramı
tərtib olunur.
27.2. İşsiz şəxs hər ay
həmin ayın sonuncu iş günü bitənədək
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqana (quruma) fərdi məşğulluq proqramında
nəzərdə tutulmuş aktiv məşğulluq tədbirlərində
iştirakını müəyyənləşdirən
fərdi məşğulluq proqramının icrası
barədə elektron qaydada hesabat təqdim edir.
27.3. Fərdi məşğulluq
proqramının icrası barədə hesabat işsiz
şəxs tərəfindən təqdim edildikdən sonra
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) sığorta ödənişinin
verilib-verilməməsi, işsiz kimi qeydiyyatın
saxlanılıb-saxlanılmaması barədə qərar
qəbul edir və ya fərdi məşğulluq proqramında
dəyişiklik edilməsinə dair tədbir görür.
4-cü
fəsil
MƏŞĞULLUQ SAHƏSİNDƏ
SOSİAL TƏMİNATLAR
Maddə
28. İşaxtaran və işsiz şəxslərin sosial
təminatları
28.1. İşaxtaran və işsiz
şəxslərə dövlət aşağıdakı
təminatları verir:
28.1.1. müəssisədən
sərbəstləşdirilmiş işçilərə
Azərbaycan Respublikasının Əmək
Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq
təminatların verilməsi;
28.1.2. peşə
hazırlığına cəlb olunduğu dövrdə
təqaüdün ödənilməsi;
28.1.3. “İşsizlikdən
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun
13.1-ci maddəsinə uyğun olaraq işsizlikdən
sığorta ödənişi almaq hüququ olanlara
sığorta ödənişinin verilməsi;
28.1.4. Haqqı ödənilən ictimai
işlərə cəlb olunması;
28.1.5.
özünüməşğulluğa kömək
göstərilməsi;
28.1.6.
işəgötürənlərlə birlikdə
işçilərin əməkhaqqının
maliyyələşdirilməsi;
28.1.7. sosial müdafiəyə xüsusi
ehtiyacı olan və işə düzəlməkdə
çətinlik çəkən şəxslərin
məşğulluğunun təmin olunması üçün
əlavə iş yerlərinin və sosial
müəssisələrin yaradılması və
məqsədli proqramların həyata keçirilməsi;
28.1.8. müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
təklifi ilə bir şəhər və (və ya) rayon
(şəhər rayonları istisna olmaqla) inzibati ərazi
vahidindən digərinə işə (peşə
kurslarına) göndərilməsi ilə əlaqədar
şəxsin çəkdiyi xərclərin (taksi
xərcləri istisna olmaqla) kompensasiya edilməsi.
28.2. Qanunla müəyyən edilmiş
qaydada şəxsin işsizlikdən sığorta
ödənişi aldığı və aktiv
məşğulluq tədbirlərinə cəlb olunduğu müddət,
habelə xarici ölkələrdə qanuni əsaslarla
əmək fəaliyyəti ilə məşğul olduğu
müddət ümumi əmək stajına daxil edilir.
28.3. Bu Qanunun 28.1-ci maddəsi ilə
müəyyən edilən təminatlar üzrə
ödənişlər nağdsız qaydada həyata
keçirilir.
Maddə
29. Peşə hazırlığına cəlb olunan işsiz
şəxsə verilən təqaüd
29.1. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
göndərişi ilə peşə hazırlığı
aldığı dövrdə işsiz şəxsə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi minimum aylıq
əməkhaqqı məbləğində təqaüd
verilir.
29.2. İşsizlikdən sığorta
ödənişi alan işsiz şəxs peşə
hazırlığına cəlb olunduqda ona işsizlikdən
sığorta ödənişini aldığı
dövrdə təqaüd verilmir.
29.3. Peşə
hazırlığına cəlb olunan işsiz
şəxsə verilən təqaüdün
ödənilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilir.
5-ci
fəsil
QEYRİ-FORMAL MƏŞĞULLUQ
Maddə
30. Qeyri-formal məşğulluğun
müəyyənləşdirilməsi
30.1. Bu Qanunun 1.1.9-cu maddəsində
göstərilən hallarda bu Qanunun 4.4-4.8-ci
maddələrinə əsasən şəxsin
məşğulluğuna dair məlumatlar məşğul
şəxslərin reyestrinə daxil edilmədikdə,
qeyri-formal məşğulluğun aşkar edilməsi və
qarşısının alınması məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanla (qurumla) məşğulluğun
leqallaşdırılması sahəsində nəzarəti
həyata keçirən orqanlar tərəfindən
fəaliyyət istiqamətlərinə uyğun olaraq birgə
nəzarət tədbirləri həyata keçirilir.
30.2. Qeyri-formal məşğulluğun
leqallaşdırılması sahəsində nəzarəti
həyata keçirən orqanların bu Qanunun 30.1-ci
maddəsində nəzərdə tutulan fəaliyyətinin
əlaqələndirilməsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən həyata keçirilir.
30.3. Qeyri-formal məşğulluğun
leqallaşdırılması sahəsində nəzarət
tədbirlərinin keçirilməsi və
əlaqələndirilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilir.
30.4. Qeyri-formal məşğulluğun
leqallaşdırılması sahəsində nəzarəti
həyata keçirən orqanlar nəzarət
tədbirlərinin həyata keçirilməsi zamanı
qeyri-formal məşğulluq halları ilə bağlı
aşkar edilmiş məlumatları qanunla müəyyən
edilmiş tədbirlər görülməsi üçün
aidiyyəti dövlət orqanlarına, həmin məlumatlara
dair müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada
hesabatı isə müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) təqdim
etməlidirlər.
30.5. Qeyri-formal məşğulluq qanunla
müəyyən edilmiş məsuliyyətə səbəb
olur.
Maddə
31. “Qeyri-formal məşğulluğa nəzarət” vahid
elektron informasiya ehtiyatı
31.1. Qeyri-formal məşğulluğun
aşkar edilməsi və qarşısının
alınması məqsədi ilə əmək ehtiyatları
ilə bağlı informasiya ehtiyatlarının, eləcə
də qeyri-formal məşğulluğu müəyyən
etməyə imkan verən digər informasiya sistemlərinin
və ehtiyatlarının elektron informasiya sisteminin “Əmək
müqaviləsi bildirişi” altsisteminə
inteqrasiyası əsasında müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən “Qeyri-formal məşğulluğa
nəzarət” vahid elektron informasiya ehtiyatı
yaradılır.[46]
31.2. “Qeyri-formal məşğulluğa
nəzarət” vahid elektron informasiya ehtiyatına
inteqrasiyası tələb olunan informasiya sistemlərinin
və ehtiyatlarının siyahısı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən təsdiq edilir.
31.3. Bu Qanunun 30-cu maddəsində
nəzərdə tutulmuş nəzarət tədbirlərinin
həyata keçirilməsi üçün “Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq risk qruplarının müəyyən edilməsi,
qeyri-formal məşğulluğun qarşısının
alınmasına dair preventiv tədbirlər
görülməsi və risk qiymətləndirilməsi
sisteminin müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən
tətbiqi “Qeyri-formal məşğulluğa nəzarət”
vahid elektron informasiya ehtiyatı vasitəsilə həyata
keçirilir.
Maddə
32. Qeyri-formal məşğulluq sahəsində
maarifləndirmə
Qeyri-formal məşğulluğun
aşkar edilməsi və qarşısının
alınması məqsədi ilə qeyri-formal
məşğulluğun leqallaşdırılması
sahəsində nəzarəti həyata keçirən orqanlar
həmkarlar ittifaqları birlikləri və
işəgötürənlərin nümayəndəli
orqanları (birlikləri), habelə ictimai birliklər birgə
maarifləndirmə, məlumatlandırma və təbliğat
işini həyata keçirirlər, “Reklam haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial
reklamlar sifariş edirlər, xüsusi bülletenlər və
digər nəşrlər buraxırlar.
6-cı
fəsil
YEKUN MÜDDƏALAR
Maddə
33. Qanunun pozulmasına görə məsuliyyət və
mübahisələrin həlli
33.1. Bu Qanunun tələblərinin
pozulmasına görə fiziki, hüquqi və vəzifəli
şəxslər Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində nəzərdə
tutulmuş hallarda məsuliyyət daşıyırlar.
33.2. Bu Qanunun tələblərinin
pozulmasına görə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə əsasən
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən
cərimələrdən toplanılan vəsaitin 18 faizi müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
maddi-texniki bazasının
yaxşılaşdırılması məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın
(qurumun) hesabına
köçürülür. Bu vəsaitdən istifadə
edilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən olunur.[47]
33.3. Məşğulluq sahəsində
mübahisələr inzibati qaydada və məhkəmə
qaydasında həll edilir.
Maddə
34. Məşğulluq sahəsində beynəlxalq
əməkdaşlıq
Məşğulluq sahəsində
beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq həyata
keçirilir.
Maddə
35. Məşğulluq sahəsində nəzarət
35.1. Bu Qanunun tələblərinə
əməl olunmasına nəzarət həmkarlar
ittifaqlarının iştirakı ilə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən həyata keçirilir.
35.2. Bu Qanunun 35.1-ci maddəsində
göstərilən nəzarətin həyata
keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq
edir.
Maddə
36. Keçid müddəa
Bu Qanun qüvvəyə mindiyi
günədək işsiz kimi qeydiyyata alınmış
şəxslərin qeydiyyatı bu Qanun qüvvəyə
mindikdən sonra da saxlanılır.
Maddə
37. Qanunun qüvvəyə minməsi
Bu Qanun qüvvəyə mindiyi
gündən “Məşğulluq haqqında” Azərbaycan
Respublikasının 2001-ci il 2 iyul tarixli 170-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 522, ¹ 12, maddə 731; 2003,
¹ 1, maddə 16; 2007, ¹ 10, maddə 938; 2008, ¹ 5, maddə 341, ¹ 7,
maddə 602; 2010, ¹ 11, maddə 949; 2011, ¹ 2, maddə 71, ¹ 10,
maddə 884; 2014, ¹ 11, maddə 1344, ¹ 12, maddə 1528; 2017, ¹ 7,
maddə 1280) ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 29 iyun 2018-ci il
¹ 1196-VQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 28 dekabr 2018-ci
il tarixli 1418-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
3 fevral 2019-cu il, ¹ 27, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 35)
2. 1 fevral 2019-cu il tarixli 1483-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
14 mart 2019-cu il, ¹ 59, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə 381)
3. 29 noyabr 2019-cu il tarixli 1702-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2019-cu il, ¹ 280,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1892)
4. 3 dekabr 2019-cu il tarixli 1732-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 yanvar
2020-ci il, ¹ 7, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 1, maddə 1)
5. 1 may 2020-ci il tarixli 71-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci
il, ¹ 102, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 5, maddə 521)
6. 19 may 2020-ci il
tarixli 113-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
12 iyun 2020-ci il, ¹ 134, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
831)
7. 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136)
8. 1 fevral 2021-ci il tarixli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 fevral
2021-ci il, ¹ 35)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 1.1.1-ci
maddəyə “genişləndirilməsi,”
sözündən sonra “işaxtarışına
və özünüməşğulluğuna kömək
göstərilməsi,” sözləri əlavə
edilmişdir.
[2] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 1.1.3-cü
və 1.1.4-cü maddələrə “sənəd” sözündən əvvəl “elektron” sözü
əlavə edilmişdir.
[3] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 1.1.5-ci
maddədə “işsiz
şəxslərin müvəqqəti
məşğulluğunu təmin etmək” sözləri “müvəqqəti
məşğulluğun təmin edilməsi” sözləri
ilə əvəz edilmişdir.
[4] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 1.1.7-ci
maddəyə “iş
üçün” sözlərindən sonra “və bu Qanunda nəzərdə
tutulmuş hallarda aktiv məşğulluq tədbirləri
ilə bağlı” sözləri əlavə edilmişdir.
[5] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 1.1.17-ci
maddədə “yenidən
hazırlıq, ixtisasartırma istiqamətlərində
təhsil” sözləri “bu
Qanunun tələbləri nəzərə alınmaqla,
“Təhsil haqqında” və “Peşə təhsili haqqında”
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq
peşə təhsili” sözləri ilə əvəz
edilmişdir.
[6] 29 noyabr 2019-cu il tarixli 1702-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
17 dekabr 2019-cu il, ¹ 280, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1892) ilə 1.1.21-ci maddədən “ən azı 3 (üç) ay
əvvəl” sözləri
çıxarılmışdır.
[7] 19 may 2020-ci il
tarixli 113-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
12 iyun 2020-ci il, ¹ 134, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
831) ilə 1.1.22-ci,
24.9-cu və 25.5-ci maddələrdə ismin müvafiq
hallarında “əlillər
və sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlar” sözləri ismin müvafiq
hallarında “əlilliyi olan şəxslər, o
cümlədən sağlamlıq imkanları məhdud 18
yaşınadək uşaqlar” sözləri ilə
əvəz edilmişdir.
1 fevral 2021-ci il tarixli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 fevral
2021-ci il, ¹ 35) ilə 1.1.22-ci
maddəyə “uşaqlar,”
sözündən sonra “şəhid
ailəsinin üzvləri,” sözləri əlavə
edilmişdir.
[8] 28 dekabr 2018-ci
il tarixli 1418-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
3 fevral 2019-cu il, ¹ 27, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 35) ilə yeni məzmunda 2.3-cü maddə əlavə
edilmişdir.
[9] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 4.4.1-ci,
4.4.2-ci, 4.4.3-cü və 4.4.4-cü maddələr yeni
redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
4.4.1. bu Qanunun 4.1.1-ci maddəsində
göstərilən məşğul şəxslər
barədə - müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) apardığı
elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.2. Azərbaycan Respublikasının Əmək
Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə
əsasən siyahısı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən təsdiq edilmiş dövlət orqanlarında
müvafiq vəzifələrə (peşələrə)
qəbul edilən (götürülən) məşğul
şəxslər barədə - həmin orqanlar tərəfindən
onları işə qəbul etdikləri
(götürdükləri) gündən ən geci 1 (bir) ay
ərzində müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqana (quruma) kağız
daşıyıcılarda təqdim etdikləri məlumatlar
əsasında;
4.4.3. bu Qanunun 4.1.2-ci maddəsində
göstərilən məşğul şəxslər və
4.1.3-cü maddəsində göstərilən sahibkarlar
barədə - müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) apardığı
elektron informasiya sisteminin məlumatları əsasında;
4.4.4.
bu Qanunun 4.1.3-cü maddəsində göstərilən
mülkiyyətində kənd təsərrüfatına
yararlı torpaq payı olan məşğul şəxslər
barədə - müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən bu
Qanunun 4.5-ci maddəsinə uyğun olaraq əldə edilən
məlumatları əldə etdikləri tarixdən ən geci
1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma)
kağız daşıyıcılarda təqdim etdikləri
məlumatlar əsasında;
[10] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 4.4.5-ci,
4.4.6-cı, 4.4.7-ci, 4.4.9-cu, 4.5-ci və 4.6-cı
maddələr ləğv edilmişdir.
[11] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 4.4.8-ci
maddədə “orqan (qurum)
tərəfindən yaradılan qurumun” sözləri “orqanın (qurumun)”
sözləri ilə əvəz edilmişdir.
[12] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 4.4.10-cu
maddədən “məlumatları
əldə etdikləri tarixdən ən geci 1 (bir) ay
müddətində müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqana (quruma) kağız
daşıyıcılarda təqdim etdikləri”
sözləri çıxarılmışdır.
[13] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 4.7-ci
maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
4.7. Bu Qanunun 4.4.2-ci, 4.4.4-cü, 4.4.6-cı, 4.4.7-ci
və 4.4.10-cu maddələrində nəzərdə
tutulmuş dövlət orqanları və 4.4.5-ci
maddəsində nəzərdə tutulmuş yerli
özünüidarəetmə orqanları məşğul
şəxslərə dair məlumatların müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma), habelə bu Qanunun 4.5-ci maddəsində
nəzərdə tutulmuş mülkiyyətində kənd
təsərrüfatına yararlı torpaq payı olan
şəxslər həmin torpaq paylarına dair məlumatların
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanlara (qurumlara) həmin maddələrdə
göstərilən müddətdə təqdim
olunmasını təmin etməlidirlər.
[14] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 4.8-ci
maddədə “4.4.3-cü,
4.4.8-ci və 4.4.9-cu” sözləri “4.4.2-ci, 4.4.3-cü, 4.4.4-cü və 4.4.8-ci”
sözləri ilə əvəz edilmişdir.
[15] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 4.9-cu
maddədə “4.6-4.8-ci”
sözləri “4.7-ci və 4.8-ci”
sözləri ilə əvəz edilsin və həmin
maddədən “, habelə
mülkiyyətində kənd təsərrüfatına
yararlı torpaq payı olan şəxslər”
sözləri çıxarılmışdır.
[16] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 5.4-cü
maddədə ikinci halda “elektron”
sözü “avtomatlaşdırılmış”
sözü ilə əvəz edilmişdir.
[17] 19 may 2020-ci il
tarixli 113-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
12 iyun 2020-ci il, ¹ 134, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
831) ilə 5.7-ci
maddədə “peşəsi”
sözündən sonra “əlilliyi,
o cümlədən” sözləri əlavə edilmişdir.
[18] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 5.9.4-cü
və 5.11.5-ci maddələrə “ərizə” sözündən əvvəl “elektron” sözü
əlavə edilmişdir.
[19] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə yeni
məzmunda 5.10-1-ci maddə əlavə edilmişdir.
[20] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 5.11.6-cı
və 5.12.3-cü maddələrdən “ali və orta ixtisas” sözləri
çıxarılmışdır.
[21] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 5.12.5-ci
maddəyə “hallar”
sözündən əvvəl “,
habelə işsiz və işaxtaran şəxslərin
haqqı ödənilən ictimai işlər ilə
bağlı əmək münasibətlərinə xitam
verildiyi” sözləri əlavə edilmişdir.
[22] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 6.2-ci
maddəyə “uzaqlığı”
sözündən sonra “ilə
bağlı şərtlər” sözləri əlavə
edilmişdir.
[23] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 6.4.2-ci
maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
6.4.2. malik olduğu peşə üzrə
əlavə təhsildən, ikinci uyğun peşəyə yiyələnməkdən,
yaxud işsizlikdən sığorta ödənişinin
ödənilməsi müddəti qurtardıqdan sonra yeni
peşə öyrənməkdən imtina edənlər;
[24] 19 may 2020-ci il
tarixli 113-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
12 iyun 2020-ci il, ¹ 134, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
831) ilə 8.0.4-cü
maddədə “cinsindən”
sözündən sonra “əlilliyi,
o cümlədən” sözləri əlavə edilmişdir.
[25] 1 fevral 2019-cu il tarixli 1483-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
14 mart 2019-cu il, ¹ 59, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə 381) ilə 8.0.15-ci maddəsinin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda 8.0.16-cı maddə
əlavə edilmişdir.
[26] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 10.2.2-ci
maddədən “peşəyönümünə
və” sözləri çıxarılmışdır.
[27] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 11.4-cü
maddədə “göndərilmiş”
sözü “göndəriş
verilmiş” sözləri ilə əvəz edilmişdir.
[28] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 18.7-ci
maddədə “orqana (quruma)
təqdim” sözləri “orqanın
(qurumun) elektron informasiya sisteminə daxil” sözləri
ilə əvəz edilmişdir.
[29] 19 may 2020-ci il
tarixli 113-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
12 iyun 2020-ci il, ¹ 134, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
831) ilə yeni
məzmunda 18.9-cu maddə əlavə edilmişdir.
[30] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 20.2-ci
maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
20.2. İşsiz şəxslərin peşə
hazırlığı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən ödənişsiz təşkil olunur.
İşaxtaran şəxslər peşə
hazırlığına ödənişli əsaslarla
cəlb olunurlar.
[31] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə yeni
məzmunda 20.2-1-ci əlavə edilmişdir.
[32] 1 fevral 2021-ci il tarixli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 fevral
2021-ci il, ¹ 35) ilə 20.3-cü
maddəyə “şəxslər”
sözündən sonra “, habelə
şəhid ailəsinin üzvləri” sözləri
əlavə edilmişdir.
[33] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə yeni
məzmunda 20.5-ci əlavə edilmişdir.
[34] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 21.1-ci
maddəyə “işsiz”
sözündən sonra “,
habelə il ərzində müvafiq inzibati ərazi vahidi
üzrə haqqı ödənilən ictimai işlərə
cəlb olunan işsiz şəxslərin 20 faizindən
çox olmamaq şərtilə işaxtaran” sözləri
əlavə edilmişdir.
[35] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 21.3-cü
maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
21.3. Haqqı ödənilən ictimai
işlərə cəlb olunan işsiz şəxslər
faktiki yerinə yetirilən işə görə, lakin
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilən minimum əməkhaqqı məbləğindən az
olmamaq şərti ilə əməkhaqqı alırlar.
[36] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 21.4-cü
maddəyə “sığorta
vəsaiti” sözlərindən sonra “, habelə qanunla qadağan edilməyən digər
mənbələr” sözləri əlavə edilmişdir.
[37] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 22.1-ci
maddəyə “şagirdlərinin”
sözündən sonra “,
habelə onların valideynlərinin” sözləri
əlavə edilmişdir.
[38] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 23.1-ci
maddəyə “əmək
birjaları” sözlərindən əvvəl “elektron” sözü
əlavə edilmişdir.
[39] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 24.1.3-cü
maddəyə “hazırlanmasında
yardım edilməsi” sözlərindən sonra “, o cümlədən
təlimlərin keçirilməsi və onların
nəticələrinin qiymətləndirilməsi”
sözləri əlavə edilmişdir.
[40] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 24.1.4-cü
maddədə “2 (iki)”
sözləri “1 (bir)”
sözləri ilə əvəz edilmişdir.
[41] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 24.2-ci
maddəyə “monitorinqini”
sözündən sonra “(o
cümlədən elektron monitorinqini)” sözləri və
yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[42] 1 fevral 2021-ci il tarixli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 fevral
2021-ci il, ¹ 35) ilə 24.9-cu
və 25.5-ci maddələrə “uşaqlara,”
sözündən sonra “şəhid
ailəsinin üzvlərinə,” sözləri əlavə
edilmişdir.
[43] 7 avqust 2020-ci il tarixli 162-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 sentyabr 2020-ci il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə
1136) ilə 25.2-ci
maddədən “, lakin müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilən minimum
aylıq əməkhaqqından az” sözləri
çıxarılmışdır.
[44] 29 noyabr 2019-cu il tarixli 1702-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
17 dekabr 2019-cu il, ¹ 280, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1892) ilə 25.6-cı maddədə “5 faizindən” sözləri “20 faizindən, lakin hər bir
işəgötürən üzrə 10 sosial iş
yerindən” sözləri ilə əvəz edilmişdir.
[45] 29 noyabr 2019-cu il tarixli 1702-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
17 dekabr 2019-cu il, ¹ 280, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1892) ilə 25.7-ci maddədə “digər iş yerləri
üzrə” sözləri
“eyni vəzifə (peşə) üzrə digər iş
yerlərindəki” sözləri ilə əvəz edilmişdir.
[46] 3 dekabr 2019-cu il tarixli 1732-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 yanvar 2020-ci
il, ¹ 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 1, maddə 1) ilə 31.1-ci
maddəsində “əmək
müqaviləsi bildirişi üzrə elektron informasiya
sisteminə” sözləri “elektron
informasiya sisteminin “Əmək müqaviləsi bildirişi”
altsisteminə” sözləri ilə əvəz
edilmişdir.
[47] 1 may 2020-ci il tarixli 71-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci
il, ¹ 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 5, maddə 521) ilə 33.2-ci maddənin birinci cümlədə “