Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
fəaliyyətinin təmin edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi
Xidmətinin fəaliyyətini təmin etmək məqsədilə
qərara alıram:
1. “Azərbaycan Respublikası Maliyyə
Monitorinqi Xidmətinin Nizamnaməsi” təsdiq edilsin (əlavə
olunur).
2. “Azərbaycan Respublikası Maliyyə
Monitorinqi Xidmətinin strukturu” təsdiq edilsin (əlavə
olunur).
3. Azərbaycan Respublikası Maliyyə
Monitorinqi Xidmətinin (bundan sonra – Xidmət) işçilərinin
say həddi 55 ştat vahidi müəyyən edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
4.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
4.3. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
4.4. bu Fərmandan irəli gələn
digər məsələləri həll etsin.
5. Xidmət dövlət qeydiyyatına
alınması üçün bu Fərmanın qüvvəyə
mindiyi tarixdən üç gün müddətində
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə
müraciət etsin.
6. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu Fərmanın 1-ci hissəsi ilə təsdiq
edilmiş Nizamnamənin 5.1-ci bəndində göstərilən
məbləğdə maliyyələşməni bir ay
müddətində təmin etsin.
7. Müəyyən edilsin ki, Xidmətin
İdarə Heyətinin üzvlərinin səlahiyyətlərinə
vaxtından əvvəl aşağıdakı əsaslarla xitam
verilə bilər:
7.1. öz arzusu ilə;
7.2. Xidmət ləğv edildikdə və
ya yenidən təşkil edildikdə;
7.3. qanunvericilik və ya yerli
özünüidarəetmə orqanlarına seçildikdə,
icra orqanlarına, digər publik hüquqi şəxslərə
və ya səhmlərinin (paylarının) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslərə,
habelə hakim təyin edildikləri halda həmin vəzifələrdən
imtina etmədikdə;
7.4. qanunvericilikdə daha uzun müddət
müəyyən edilməyibsə, əmək qabiliyyətinin
fasiləsiz olaraq altı aydan çox müddətə tam
itirilməsi ilə əlaqədar əmək
funksiyasını yerinə yetirə bilmədikdə;
7.5. məhkəmənin qanuni qüvvəyə
minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin
tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı
olduqda;
7.6. Azərbaycan Respublikası vətəndaşlığına
xitam verildikdə;
7.7. vəfat etdikdə, habelə məhkəmə
onu xəbərsiz itkin düşmüş hesab etdikdə və
ya ölmüş elan etdikdə;
7.8. özünün vəzifə
funksiyalarını və ya vəzifə üzrə öhdəliklərini
yerinə yetirmədikdə, yaxud Azərbaycan Respublikası
Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan
hallarda əmək vəzifələrini kobud surətdə
pozduqda.
8. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların bu Fərmana
uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 18 iyul 2018-ci il
¹
215
|
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli
Fərmanı ilə təsdiq edilmişdir |
Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının
Maliyyə Monitorinqi Xidməti (bundan sonra – Xidmət) Azərbaycan
Respublikasında cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısını almaq
sahəsində (bundan sonra – müvafiq sahə) vahid tənzimləməni
və nəzarəti həyata keçirən, fəaliyyəti
əlaqələndirən, habelə müvafiq sahədə siyasətin
formalaşmasında iştirak edən publik hüquqi
şəxsdir.[1]
1.2. Xidmət öz fəaliyyətində
müstəqildir və Azərbaycan Respublikasının
Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri,
Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni,
Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını,
həmçinin sərəncamlarını, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Xidmət öz vəzifələrini
yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən digər dövlət və yerli özünüidarəetmə
orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları
ilə, digər hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.4. Xidmət ümumdövlət və
ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul
olur.
1.5. Xidmət sahibkarlıq fəaliyyəti
ilə məşğul ola bilməz. Onun əsas məqsədi
mənfəət götürmək deyildir.
1.6. Xidmətin müstəqil balansı,
əmlakı, xəzinə və bank hesabları, öz
adı həkk olunmuş möhürü, müvafiq
ştampları və blankları vardır.
1.7. Qanuna uyğun olaraq, Xidmətin əqdlər
bağlamaq, öz adından əmlak və qeyri-əmlak
hüquqları əldə etmək və həyata keçirmək
hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə
iddiaçı və ya cavabdeh qismində
çıxış edir.
1.8. Xidmət Bakı şəhərində
yerləşir.
2. Xidmətin fəaliyyətinin məqsədi və fəaliyyət
istiqamətləri
2.1. Xidmətin fəaliyyətinin əsas
məqsədi Azərbaycan Respublikasında cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısını almaq
üçün qanunla müəyyənləşdirilmiş
tələblərə riayət olunmasına nəzarət etmək,
müvafiq sahədə vahid tənzimləməni həyata
keçirmək, habelə monitorinq
iştirakçılarının, monitorinqdə iştirak edən
digər şəxslərin, nəzarət və digər
dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək,
şəffaflığı və səmərəliliyi təmin
etməkdir. Xidmət bu Nizamnamədə müəyyən
edilmiş fəaliyyəti həyata keçirərkən
müvafiq sahədə qabaqcıl beynəlxalq standartları əsas
götürür.
2.2. Müvafiq sahədə Xidmətin fəaliyyət
istiqamətləri aşağıdakılardır:
2.2.1. vahid siyasətin
formalaşmasında və bu siyasətin həyata keçirilməsində
iştirak etmək;
2.2.2. tənzimləməni və qüvvədə
olan qanunvericiliyə əməl edilməsinə nəzarəti
həyata keçirmək;[2]
2.2.3. milli risk qiymətləndirilməsini
həyata keçirmək, bu istiqamətdə dövlət
orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək;
2.2.4. monitorinq
iştirakçılarının, monitorinqdə iştirak edən
digər şəxslərin, nəzarət və digər
dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək,
onlardan daxil olan məlumatları toplamaq və təhlil etmək;
2.2.5. vahid informasiya sisteminin tətbiqini
təmin etmək;
2.2.6. normativ xarakterli aktlar qəbul etmək
və müvafiq hüquqi aktların layihələrinin
hazırlanmasında iştirak etmək;
2.2.7. müvafiq sahənin
inkişafını təmin etmək.
3. Xidmətin vəzifələri və
hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən
edilmiş fəaliyyət istiqamətlərinə uyğun
olaraq, Xidmətin vəzifələri
aşağıdakılardır:
3.1.1. “Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra
– Qanun) uyğun olaraq müvafiq sahədə monitorinqi həyata
keçirmək, monitorinq iştirakçılarından və
monitorinqdə iştirak edən digər şəxslərdən,
açıq və digər mənbələrdən məlumat
almaq, toplamaq və təhlil etmək, habelə nəticələrinə
əsasən tədbirlər görmək;
3.1.2. müvafiq sahədə normativ
xarakterli aktlar qəbul etmək;
3.1.3. cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizənin
vəziyyətini öyrənmək, təhlil etmək, bununla
bağlı təklif və tövsiyələr hazırlamaq;
3.1.4. monitorinq olunmalı əməliyyatların
aşkarlanması meyarlarını (xüsusi indikatorları)
müəyyən etmək;
3.1.5. monitorinq
iştirakçılarının və monitorinqdə
iştirak edən digər şəxslərin Qanunda nəzərdə
tutulmuş məlumatları Xidmətə təqdim etməsi
qaydasını müəyyən etmək;
3.1.6. Qanuna uyğun olaraq, sadələşdirilmiş
eyniləşdirilmə və verifikasiya qaydasını müəyyən
etmək;
3.1.7. Qanuna uyğun olaraq, monitorinq
iştirakçılarının Xidmətə məlumat təqdim
etməli olduqları pul vəsaitləri və ya digər əmlakla
əməliyyatların siyahısını və ümumi məbləğinin
minimal həddini müəyyən etmək;
3.1.8. Qanuna uyğun olaraq, Birləşmiş
Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasının aidiyyəti qətnamələrinə,
habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə əsasən Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydada şəxslərin siyahısını təsdiq və
dərc etmək, həmçinin bu siyahını birbaşa və
ya müvafiq nəzarət orqanları vasitəsilə
monitorinq iştirakçılarına və monitorinqdə
iştirak edən digər şəxslərə göndərmək;
3.1.9. cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində,
transmilli mütəşəkkil cinayətkarlığı,
habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməkdə,
narkotik vasitələrin və ya psixotrop maddələrin
qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə
əməliyyatlarının aparılması zamanı eyniləşdirmə
məlumatlarının açıqlanması tələb
olunmayan dövlətlərin siyahısını Azərbaycan
Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qaydada müəyyənləşdirmək
və dərc etmək, həmçinin bu siyahını
birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə
monitorinq iştirakçılarına və monitorinqdə
iştirak edən digər şəxslərə göndərmək;
3.1.10. monitorinq
iştirakçılarının və monitorinqdə
iştirak edən digər şəxslərin yaratdıqları
daxili nəzarət sistemlərinin hazırlanmasına, habelə
daxili nəzarət sisteminin təşkili üçün məsul
şəxslərin peşə ixtisasına və təcrübəsinə
dair tələbləri müəyyən etmək;
3.1.11. lombardların və
daşınmaz əmlak alqı-satqısı üzrə vasitəçilik
xidmətləri göstərən fiziki və ya hüquqi
şəxslərin Qanunun tələblərinə əməl
etmələrinə nəzarəti təmin etmək, bu nəzarətin
həyata keçirilməsi qaydasını müəyyən
etmək;
3.1.12. aidiyyəti dövlət
orqanları ilə razılaşdırılmaqla, cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılması və
ya terrorçuluğun maliyyələşdirilməsi ilə
bağlı hüquqpozmalar barədə statistik məlumatların
təqdimolunma formasını müəyyən etmək;
3.1.13. cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və ya terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati
xəta əlamətlərini aşkar etdikdə Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
uyğun olaraq tədbirlər görmək;
3.1.14. aparılmış təhlil nəticəsində
həyata keçirilən əməliyyatda cinayət əlamətlərinin
olduğunu müəyyən etdikdə, cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması ilə bağlı məlumatları
prokurorluq orqanlarına, terrorçuluğun maliyyələşdirilməsi
ilə bağlı məlumatları Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə
təqdim etmək və görülmüş tədbirlər
barədə həmin orqanlardan informasiya almaq;
3.1.15. monitorinq
iştirakçılarının və monitorinqdə
iştirak edən digər şəxslərin Qanunun tələblərinə
əməl etməmələrinə dair məlumat əldə
etdikdə həmin məlumatı göstərilən şəxslərə
qarşı inzibati və ya qanunvericilikdə nəzərdə
tutulmuş digər tədbirlərin tətbiq edilməsi
üçün müvafiq nəzarət orqanlarına təqdim
etmək və görülmüş tədbirlər barədə
həmin orqanlardan informasiya almaq;
3.1.16. aşağıdakı məqsədlərlə
mərkəzləşdirilmiş elektron-informasiya sistemlərinin
təşkilini təmin etmək:
1. müvafiq sahədə təqdim olunan
məlumatların vahid şəkildə toplanması;
2. cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasında və terrorçuluğun
maliyyələşdirilməsində iştirakı barədə
Xidmətin məlumatı olan hüquqi və fiziki şəxslərin
qeydiyyata alınması;
3. cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
hallarının xüsusi indikatorlar əsasında müəyyən
edilməsi;
4. cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
risklərinin, tipologiyalarının və trendlərinin
strateji təhlili;
3.1.16-1.
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə əməl
edilməsinə nəzarətin həyata keçirilməsi, o
cümlədən cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində siyasətin
formalaşmasında iştirak etmək və risklərin qiymətləndirilməsi
məqsədilə Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş
prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsinin Əsasnaməsi”nin 5.8-2-ci bəndinə əsasən
təqdim edilmiş statistikadan istifadə etmək;[3]
3.1.17. qanunla müəyyən edilmiş
qaydada yoxlamaların aparılmasını təmin etmək və
hesabatlar almaq;
3.1.18. müvafiq sahədə beynəlxalq
təcrübəni öyrənmək, səmərəli
üsul və vasitələrin tətbiqi ilə bağlı təkliflər
vermək, fəaliyyət istiqamətlərinə uyğun
olaraq Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin
həyata keçirilməsində iştirak etmək və
beynəlxalq öhdəliklərinin icrasını təmin etmək;
3.1.19. Qanuna əsasən təqdim edilmiş
məlumatın terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə çərçivəsində
barəsində sanksiya tətbiq edilməli olan şəxsə,
habelə həmin şəxsin sahibliyində və ya nəzarətində
olan hüquqi şəxsə, o cümlədən bu şəxsin
adından və ya onun tapşırığı ilə fəaliyyət
göstərən fiziki və ya hüquqi şəxsə aid
olduğu müəyyən edildiyi halda aktivlərin ilkin
dondurulması haqqında qərar qəbul etmək;
3.1.20. müvafiq sahə ilə
bağlı statistik hesabatlar hazırlamaq;
3.1.21. müvafiq sahədə monitorinq
iştirakçılarının və monitorinqdə
iştirak edən digər şəxslərin təqdim etdikləri
məlumatların müqabilində onları əldə
edilmiş nəticələr haqqında məlumatlandırmaq;
3.1.22. Xidmətə ayrılan maliyyə
vəsaitindən təyinatı üzrə səmərəli
istifadə olunmasını təmin etmək;
3.1.23. dövlət və kommersiya
sirrinin, qanunla mühafizə edilən və
açıqlanması qadağan olunan digər məlumatların,
habelə məxfilik rejiminin və fəaliyyəti zamanı əldə
edilmiş digər məlumatların qorunması
üçün tədbirlər görmək;
3.1.24. cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
ilə bağlı dövlət orqanları və
qurumlarının sorğularını qanunla müəyyən
olunmuş qaydada və müddətdə cavablandırmaq;
3.1.25. arxiv sənədlərinin qanunla
müəyyən edilmiş qaydada saxlanılmasını və
mühafizəsini təmin etmək;
3.1.26. beynəlxalq təcrübə nəzərə
alınmaqla, Xidmətin fəaliyyətində müasir
informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə
bağlı tədbirlər görmək;
3.1.27. kargüzarlığı, vətəndaşların
qəbulunu, onların təklif, ərizə və müraciətlərinə
baxılmanı normativ hüquqi aktların tələblərinə
uyğun təşkil etmək, kadrların əlavə təhsili
və peşəkarlığının yüksəldilməsi
üçün tədbirlər görmək;
3.1.28. istifadəsində olan dövlət
əmlakından səmərəli istifadə olunmasını
təmin etmək;
3.1.29. işçilərinin xarici
ölkələrə təlim və təcrübə
mübadiləsi səfərlərini təşkil etmək;
3.1.30. öz fəaliyyəti ilə
bağlı əhalinin məlumatlandırılmasını,
habelə müvafiq sahədə həyata keçirilmiş tədbirlərə,
statistik göstəricilərə dair hesabatların və digər
dövri hesabatların dərc edilməsini, internet
saytının yaradılmasını, malik olduğu və
siyahısı “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin
saytda yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin etmək;
3.1.31. strukturunun və fəaliyyətinin
təkmilləşdirilməsi üçün tədbirlər
görmək;
3.1.32. Xidmətin Nizamnaməsi ilə müəyyən
edilmiş digər vəzifələri yerinə yetirmək.[4]
3.2. Bu Nizamnamə ilə müəyyən
edilmiş fəaliyyət istiqamətlərinə uyğun
olaraq, Xidmətin aşağıdakı hüquqları
vardır:
3.2.1. müvafiq sahədə normativ
hüquqi aktların hazırlanmasında və təkmilləşdirilməsində
iştirak etmək;
3.2.2. müvafiq sahədə tədqiqatlar
aparmaq, analitik və metodiki materiallar hazırlamaq və bu sahənin
inkişafı ilə bağlı təkliflər vermək;
3.2.3. Qanunla nəzərdə tutulmuş
qaydada pul vəsaitləri və ya digər əmlakla əməliyyat
aparılmasını dayandırmaq, müvafiq sahədə
icrası məcburi olan qərarlar qəbul etmək və
göstərişlər vermək;
3.2.4. öz vəzifələrinin
icrası üçün müvafiq sorğu göndərməklə
monitorinq iştirakçılarından, monitorinqdə
iştirak edən digər şəxslərdən, nəzarət
orqanlarından və Qanuna uyğun olaraq müəyyən
olunmuş orqanlardan (qurumlardan) məlumat almaq, habelə təhlil
zamanı zərurət yarandığı halda onlardan və
digər dövlət orqanlarından əlavə məlumat
almaq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılması və
terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar
daxil olan məlumatların araşdırılması məqsədilə
(o cümlədən xarici ölkələrin müvafiq səlahiyyətli
orqanları adından) Qanunla müəyyən edilmiş
qaydada onların informasiya resurslarından onlayn istifadə etmək;
3.2.5. dövlət orqanları və
qurumlarına, yerli özünüidarəetmə
orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğu vermək
və onlardan belə məlumatları (sənədləri)
almaq;
3.2.6. Azərbaycan Respublikasının
qanunvericiliyinə və ya Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
müvafiq qaydada Qanunun 20.1-ci maddəsində qeyd olunan məlumatlara
dair xarici ölkələrin müvafiq səlahiyyətli orqanlarına
sorğular vermək, habelə onların müvafiq sorğusu və
ya öz təşəbbüsü əsasında göstərilən
məlumatları təqdim etmək;
3.2.7. fəaliyyət istiqamətləri
üzrə Azərbaycan Respublikasının digər ölkələrlə
və beynəlxalq təşkilatlarla əlaqələrini təmin
etmək, beynəlxalq təşkilatlarda Azərbaycan
Respublikasını təmsil etmək, ixtisaslaşmış
beynəlxalq qurumlara üzv olmaq;
3.2.8. digər ölkələrin səlahiyyətli
orqanları ilə müvafiq ikitərəfli sazişlərin
şərtlərinə, Azərbaycan Respublikasının
üzv olduğu beynəlxalq təşkilatların prinsiplərinə
uyğun qaydada və ya qarşılıq prinsipi əsasında
(Azərbaycan Respublikasının səlahiyyətli
orqanları üçün tətbiq olunan öhdəliklərin,
o cümlədən məxfilik öhdəlikləri və
şərtlərini eyni səviyyədə xarici ölkələrin
müvafiq orqanlarının qəbul etməsi şərtilə)
əməkdaşlıq etmək, həmçinin məlumat
mübadiləsini həyata keçirmək;
3.2.9. Azərbaycan Respublikasının
beynəlxalq təşkilatlara üzvlükdən irəli gələn
öhdəliklərinə, tərəfdar
çıxdığı beynəlxalq müqavilələrinə
və bu Nizamnamənin 3.2.8-ci yarımbəndində nəzərdə
tutulan müqavilələrinə uyğun olaraq xarici ölkələrin
müvafiq səlahiyyətli orqanları vasitəsilə əldə
edilmiş hər hansı məlumatın
üçüncü tərəflərə
açıqlanması üçün həmin səlahiyyətli
orqanlardan icazə alınmasını, habelə onların
müvafiq sorğusu və ya öz təşəbbüsü
əsasında təqdim edilən məlumatların
üçüncü tərəflərə
açıqlanması üçün icazə verilməsini
təmin etmək;
3.2.10. dövlətin (hökumətin)
adından öhdəlik götürməmək şərtilə,
xarici ölkələrin müvafiq səlahiyyətli
orqanları ilə əməkdaşlıq barədə, o
cümlədən məlumat mübadiləsi haqqında
müqavilələr bağlamaq;
3.2.11. Azərbaycan Respublikası
Prezidentinin verdiyi səlahiyyətlər çərçivəsində
beynəlxalq müqavilələr bağlamaq və onlardan irəli
gələn öhdəlikləri yerinə yetirmək;
3.2.12. müvafiq sahə üzrə Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrə tərəfdar
çıxması barədə təşəbbüslə
çıxış etmək, Azərbaycan
Respublikasının bu sahədə iştirakı ilə
bağlı materiallar toplamaq, onları ümumiləşdirmək
və təhlil etmək;
3.2.13. fəaliyyət istiqamətlərinə
uyğun olaraq, konfranslar, müşavirələr, seminarlar,
treninqlər keçirmək və digər tədbirlər təşkil
etmək, həmçinin belə tədbirlərdə
iştirak etmək;
3.2.14. səlahiyyətlərinə aid
edilmiş məsələlərin işlənib
hazırlanması və yerinə yetirilməsi
üçün işçi qruplar və komissiyalar yaratmaq,
onların işində iştirak etmək, xarici və yerli
ekspertləri və mütəxəssisləri öz işinə
cəlb etmək, habelə müstəqil araşdırmalar
aparılmasını sifariş etmək;
3.2.15. xüsusi bülletenlər və
digər nəşrlər buraxmaq;
3.2.16. fəaliyyət istiqamətlərinə
aid məsələlərlə bağlı araşdırmalar
aparılması, məsləhət xidmətləri göstərilməsi
üçün elmi tədqiqat və təhsil müəssisələri
ilə əməkdaşlıq etmək;
3.2.17. dövlət orqanları ilə,
hüquqi şəxslərlə və beynəlxalq təşkilatlarla
müvafiq sahədə əməkdaşlıq etmək;
3.2.18. Xidmətin, monitorinq
iştirakçılarının, monitorinqdə iştirak edən
digər şəxslərin və nəzarət orqanları əməkdaşlarının
peşəkarlıq səviyyəsinin artırılması
üçün müvafiq tədbirlər həyata
keçirmək, onların zəruri təhsil və treninq
proqramlarında iştirakını təşkil etmək;
3.2.19. Xidmətin Nizamnaməsi ilə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
4. Xidmətin idarə olunması
4.1. Xidmət öz fəaliyyətində
və idarəetmədə mütərəqqi korporativ idarəetmə
standartlarını tətbiq edir.
4.2. Xidmətin idarəetmə orqanı
İdarə Heyətidir.
4.3. İdarə Heyəti Xidmətə
rəhbərliyi və nəzarəti həyata keçirir.
İdarə Heyətinin tərkibi üç üzvdən – Azərbaycan
Respublikasının İqtisadiyyat nazirinin müavini ─ İdarə Heyətinin sədrindən
(bundan sonra ─ İdarə Heyətinin sədri)
və onun iki müavinindən ibarətdir. İdarə Heyətinin
sədrini və onun müavinlərini Azərbaycan Respublikasının
İqtisadiyyat nazirinin təqdimatı ilə Azərbaycan
Respublikasının Prezidenti vəzifəyə təyin və
vəzifədən azad edir. İdarə Heyətinin səlahiyyət
müddəti 5 ildir. [5]
4.4. İdarə Heyətinin sədri
müvəqqəti olmadıqda, onu müvafiq əmrlə
müavinlərindən biri əvəz edir.
4.5. İdarə Heyəti
aşağıdakı vəzifələri yerinə yetirir:
4.5.1. Xidmətin inkişaf istiqamətlərini, strateji məqsədlərini
və planlarını müəyyən edir; [6]
4.5.2. təsisçinin səlahiyyətlərini
həyata keçirmək üçün Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə (bundan sonra –
Nazirlik) təkliflər verir və sənədlər
təqdim edir; [7]
4.5.3. Xidmətin fəaliyyətinə
dair illik hesabat hazırlayaraq Azərbaycan Respublikasının
Prezidentinə təqdim edir;
4.5.4. Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı hüquqi aktların layihələrinə
baxır, həmin layihələri aidiyyəti dövlət
orqanlarına və qurumlarına təqdim edir;
4.5.4-1. Xidmətin strateji
məqsədlərinin və planlarının, habelə
büdcəsinin icrasına nəzarət edir; [8]
4.5.4-2. Azərbaycan
Respublikası Prezidentinin razılığı ilə
Xidmətin idarə, filial və
nümayəndəliklərinin yaradılması barədə
qərar qəbul edir;
4.5.5. bu Nizamnamənin 3.1.22-ci yarımbəndində
nəzərdə tutulmuş vəsaitdən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
edir;
4.5.6. İdarə Heyəti üzvlərinin
müraciətlərinə baxır və qərar qəbul
edir;
4.5.7. Xidmətin maliyyə
planlaşdırılmasını və büdcəsini
təsdiq edir; [9]
4.5.8. Xidmətin fəaliyyətinə
dair daxili qaydaları, vəzifə təlimatlarını və
struktur bölmələrinin əsasnamələrini təsdiq
edir;
4.5.9. İdarə Heyətinin və əməkdaşların
fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna
olunmasının Qanunun 17-1-ci maddəsinin tələblərini
nəzərə almaqla Nazirliyin müəyyən etdiyi qayda və
şərtlərinin icrasına nəzarət edir; [10]
4.5.10. Nazirliyin razılığı ilə
Xidmətin xalis aktivlərinin dəyərinin 25 faizindən
artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli
əqdin) və aidiyyəti şəxslə dəyəri Xidmətin
aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil
edən əqdin bağlanması haqqında qərar qəbul
edir; [11]
4.5.11. aidiyyəti şəxslə dəyəri
Xidmətin aktivlərinin 5 faizədək hissəsini təşkil
edən əqdin bağlanması haqqında qərar qəbul
edir;
4.5.12. Xidmətin maliyyə-təsərrüfat
fəaliyyətinin auditinin keçirilməsi üçün
kənar auditoru təyin edir və audit hesabatını qəbul
edir; [12]
4.5.13. Xidmətin maliyyə-təsərrüfat fəaliyyətinin
auditinin keçirilməsi üçün təyin edilmiş kənar
auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə
dair tədbirlər görür; [13]
4.5.14. Xidmətin normativ xarakterli
aktlarını təsdiq edir;
4.5.15.
İdarə Heyəti sədrinin səlahiyyətlərinə
aid edilməyən bütün digər məsələlər
barədə qərar qəbul edir.[14]
4.6. İdarə Heyətinin iclasları
ayda bir dəfədən az olmayaraq
çağırılır. İdarə Heyətinin
iclaslarının keçirilməsi təşəbbüsü
ilə İdarə Heyətinin üzvü
çıxış edir. İdarə Heyətinin iclasları
İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
İdarə Heyətinin iclasları müvafiq qaydada
protokollaşdırılır və müzakirə edilmiş
məsələlərə dair qərarlar qəbul edilir.
İdarə Heyətinin iclasında hər üzvün bir səsi
olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul
edilir. Səslərin sayı bərabər bölünərsə,
İdarə Heyəti sədrinin (və ya onu əvəz edən
digər üzvün) səsi həlledici sayılır. Səsvermə
zamanı üzvlərin bitərəf qalmasına icazə
verilmir. İdarə
Heyətinin üzvlərinə iclasın keçiriləcəyi
yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər
barədə iclasa azı 3 iş günü qalmış, zəruri
sənədlər əlavə edilməklə yazılı məlumat
verilir. İclasın gündəliyinə İdarə Heyətinin
hər hansı üzvünün maraqlarına toxunan məsələ
çıxarıldıqda, həmin üzv bununla bağlı
maraqları haqqında ətraflı məlumat verməli, həmin
məsələnin müzakirəsində və ona dair səsvermədə
iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş
və ya tələb olunan aidiyyəti sənədləri
iclasdan qabaq təqdim edilməmiş məsələlər
barədə, bütün iştirakçı üzvlərin
razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə
bilməz.[15]
4.7. İdarə Heyətinin sədri:
4.7.1. Xidmətin işini təşkil
edir və ona
nəzarət edir, habelə fəaliyyətinə rəhbərliyi
həyata keçirir; [16]
4.7.2. İdarə Heyətinin fəaliyyətini
təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir
və iclaslarına sədrlik edir;
4.7.3. etibarnamə təqdim etmədən
Azərbaycan Respublikasının və xarici ölkələrin
dövlət orqanları və qurumları ilə və digər
şəxslərlə münasibətlərdə Xidməti təmsil
edir, verilmiş səlahiyyətlər daxilində xarici ölkələrin
müvafiq dövlət orqanları ilə və beynəlxalq təşkilatlarla
danışıqlar aparır, beynəlxalq
danışıqlarda iştirak edir, qanunvericiliklə müəyyən
edilmiş qaydada beynəlxalq sənədləri imzalayır; [17]
4.7.4. bu Nizamnamə ilə müəyyən
edilmiş hallar istisna olmaqla, Xidmət işçilərinin vəzifəyə
təyin və vəzifədən azad edilməsi, onlar barəsində
həvəsləndirmə və intizam tənbehi tədbirlərinin
görülməsi barədə qərarlar qəbul edir;
4.7.5. Xidmətin fəaliyyətinin təşkili
ilə əlaqədar icrası məcburi olan daxili sərəncam
və əmrlər verir;
4.7.6. Xidmətin normativ xarakterli
aktlarının icrasını təşkil edir və
icrasına nəzarəti həyata keçirir;
4.7.7. Xidmətin fəaliyyət istiqamətlərinə
dair qəbul olunmuş aktların icrasını təşkil
edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.7.8. Xidmətin vəzifəli şəxslərinin
qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.7.9. öz təşəbbüsü
ilə və ya İdarə Heyətinin digər
üzvünün təşəbbüsü ilə İdarə
Heyətinin iclaslarını çağırır;
4.7.10. öz təşəbbüsü
ilə, habelə İdarə Heyətinin hər hansı digər
üzvünün xahişi əsasında digər şəxsləri
İdarə Heyətinin iclasında iştirak etməyə dəvət
edir;
4.7.11. Xidmətin əmlakından bu
Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə
uyğun istifadə olunmasına nəzarət edir;
4.7.12. bu Nizamnamə ilə müəyyən
olunmuş səlahiyyətlər çərçivəsində
Xidmətin adından əməliyyatlar aparır, müqavilələr
bağlayır və onların yerinə yetirilməsini təmin
edir;
4.7.12-1. müəyyən
edilmiş struktur, əməkhaqqı fondu və
işçilərin say həddi daxilində Xidmətin
Aparatının strukturunu, ştat cədvəlini,
işçilərinin əməkhaqlarını (o
cümlədən əməkhaqqına əlavələri,
mükafatları və digər ödənişləri)
və xərclər smetasını təsdiq edir; [18]
4.7.12-2. Xidmət
işçilərinin əməkhaqlarının,
əməkhaqqına əlavələrin, mükafatların
və digər ödənişlərin verilməsini
əməkhaqqı fondu çərçivəsində
təşkil edir;
4.7.12-3. Xidmətin
maliyyə-təsərrüfat fəaliyyətinin auditinin
keçirilməsi üçün kənar auditoru təyin
edir və audit hesabatını qəbul edir;
4.7.13. Xidmətin fəaliyyət istiqamətləri
ilə bağlı dövlət sirrinin və məxfilik
rejiminin qorunması üçün zəruri tədbirlər
görür;
4.7.14. Xidmətin fəaliyyət istiqamətlərinə
uyğun olaraq, məşvərətçi komitələr və
işçi qruplar yaradır;
4.7.15. Xidmətin fəaliyyəti ilə
əlaqədar bütün sənədləri (məktubları)
imzalayır;
4.7.16. İdarə Heyətinin fəaliyyətinin
təşkili ilə bağlı digər tədbirlər görür;
4.7.17. Xidmətdə kargüzarlıq və
arxiv işinin aparılmasını təmin edir;
4.7.18. Xidmətdə vətəndaşların
qəbulunu və müraciətlərinə baxılmanı təmin
edir.
4.8. İdarə Heyətinin üzvləri:
4.8.1. İdarə Heyətinin səlahiyyətlərinə
aid olan məsələlərin həllində iştirak edirlər;
4.8.2. İdarə Heyətinin
iclasının gündəliyi ilə və baxılması nəzərdə
tutulmuş materiallarla əvvəlcədən tanış
olurlar;
4.8.3. İdarə Heyətinin qəbul
ediləcək qərarlarına dair fikir bildirirlər;
4.8.4. İdarə Heyətinin səlahiyyətlərinə
aid məsələlərə İdarə Heyətinin
iclaslarında baxılması barədə təkliflər
verirlər;
4.8.5. İdarə Heyətinin qərarları
ilə, iclas protokolları ilə və digər sənədlərlə
tanış olurlar.
4.9. İdarə Heyətinin üzvləri
İdarə Heyətinin iclaslarında baxılan məsələlərə
qərəzsiz yanaşmalı, İdarə Heyəti
üzvünün adına xələl gətirə biləcək
hərəkətlərə və çıxışlara
yol verməməlidirlər.
4.10. Xidmətin işçiləri (o
cümlədən İdarə Heyətinin sədri):
4.10.1. elmi, yaradıcılıq fəaliyyəti
və İdarə Heyəti sədrinin, İdarə Heyəti
sədri isə Azərbaycan Respublikası Prezidentinin
razılığı ilə pedaqoji fəaliyyət istisna
olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul
ola bilməzlər;
4.10.2. İdarə Heyətinin sədrinə,
İdarə Heyətinin sədri isə Azərbaycan
Respublikasının Prezidentinə bildirmədən xarici
ölkənin və ya beynəlxalq təşkilatın vəsaiti
hesabına xarici ölkəyə səfər edə bilməzlər;
4.10.3. vəzifələrinin icrası ilə
əlaqədar dövlət sirri və ya qanunla mühafizə
edilən digər sirr də daxil olmaqla onlara məlum olan və
qulluq fəaliyyətinə dair məlumatı həmişə,
o cümlədən Xidmətlə əmək münasibətlərinə
xitam verildikdən sonra da saxlamalı, həmin məlumatdan
üçüncü şəxslərin xeyrinə istifadə
etməməli və qanunla müəyyənləşdirilmiş
hallar istisna olmaqla, bu məlumatı
açıqlamamalıdırlar;
4.10.4. vəzifələrini yerinə yetirərkən
və ya qərar qəbul edərkən qərəzsiz
olmalı və bu zaman irqinə, etnik mənsubiyyətinə,
dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak
və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və
ya hər hansı digər birliyə mənsubiyyətinə
görə hər hansı şəxsin və ya şəxslər
qrupunun üstünlüyünə və ya belə
üstünlüyün əldə edilməsi
üçün şərait yaradılmasına yol verməməlidirlər.
4.11. Xidmətin işçiləri (o
cümlədən İdarə Heyətinin sədri) xidməti
vəzifələrini həyata keçirərkən hər
hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində
yaranmış zərər üçün məsuliyyət
daşımırlar, bu şərtlə ki, həmin hərəkətin
və ya hərəkətsizliyin qanunsuz və ya vicdansız
olduğu sübuta yetirilməsin.
4.12. Bu Nizamnamənin 4.10-cu və 4.11-ci
bəndində nəzərdə tutulan tələblər Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə əsasən
işçilərlə bağlanılan əmək
müqaviləsində öz əksini tapmalıdır.
4.13. Xidmətin işçiləri ilə
bağlanılan əmək müqavilələrində Xidmətin
işçilərinə münasibətdə bu Nizamnamənin
4.12-ci bəndində nəzərdə tutulanlardan əlavə
digər tələblər də müəyyən edilə
bilər.
4.14. Xidmət öz işçilərinin
sosial müdafiəsi məqsədilə əlavə tədbirlər
görə bilər.
4.15. Bu Nizamnamənin tələbləri
nəzərə alınmaqla, Xidmətlə əməkdaşlar
arasında əmək münasibətləri Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
5.
Xidmətin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin
əsasları [19]
5.1. Xidmətin nizamnamə fondu 10.000 (on
min) manatdır.
5.2. Xidmətin əmlakı nizamnamə
fondundan, təsisçinin verdiyi digər əmlakdan, həmçinin
dövlət büdcəsindən ayrılan vəsaitdən
formalaşır.
5.3. Xidmət öz əmlakından
yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə
uyğun istifadə edir. Xidmət balansında olan dövlət
əmlakına münasibətdə səlahiyyətlərini
müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada
həyata keçirir.
5.4. Xidmət qanunla nəzərdə
tutulmuş vergiləri və digər məcburi ödənişləri
ödədikdən sonra fəaliyyətindən əldə
edilmiş vəsait üzərində müstəqil sərəncam
vermək hüququna malikdir.
5.5. İdarə Heyəti sədrinin
aylıq vəzifə maaşı və digər təminatları
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin
birinci müavininin, İdarə Heyətinin digər üzvlərinin
aylıq vəzifə maaşları və digər təminatları
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin
müavininin, Xidmətin əməkdaşlarının
aylıq vəzifə maaşları və digər təminatları
isə Azərbaycan Respublikası Mərkəzi Bankı əməkdaşlarının
aylıq vəzifə maaşlarına və digər təminatlarına
bərabər tutulur.
6. Xidmətin fəaliyyətinə nəzarətin
forması, əhatə dairəsi və hesabatlılıq
6.1.
Xidmət, fəaliyyət müstəqilliyi təmin edilməklə,
Nazirliyin tərkibində fəaliyyət göstərir.[20]
6.2. Xidmətin fəaliyyətinə dair
illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim
edilir.
7. Xidmətdə uçot və hesabat
7.1. Xidmət “Mühasibat uçotu
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik
hüquqi şəxslər üçün müəyyən
edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə
hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Xidmət “Rəsmi statistika
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq statistik uçot aparır, statistik hesabatları tərtib
və təqdim edir.
7.3. Xidmət idarə, filial, nümayəndəlik
və təsərrüfat cəmiyyətlərinin, habelə
tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat
fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. Xidmət maliyyə-təsərrüfat
fəaliyyətinin müstəqil surətdə
yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Xidmətin ləğvi və yenidən təşkili
Xidmətin ləğvini və yenidən
təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir.
|
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli
Fərmanı ilə təsdiq edilmişdir |
Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
STRUKTURU
Azərbaycan Respublikası Maliyyə
Monitorinqi Xidmətinin Aparatı (departamentlər və
şöbələr).
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 23 noyabr
2018-ci il tarixli 362 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 noyabr 2018-ci il, ¹
265, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2275)
2. 27 iyun 2019-cu il tarixli 758 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 iyun 2019-cu il, ¹ 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹6, maddə 1049)
3. 24 fevral 2020-ci il tarixli 938 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 25 fevral 2020-ci il, ¹ 42,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 23 noyabr
2018-ci il tarixli 362 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 noyabr 2018-ci il, ¹ 265, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2275) ilə “Azərbaycan Respublikası
Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nin 1.1-ci bəndinə
“fəaliyyəti əlaqələndirən”
sözlərindən sonra “,
habelə müvafiq sahədə siyasətin formalaşmasında
iştirak edən” sözləri əlavə edilmişdir.
[2] 24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə “Azərbaycan Respublikası
Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nin 2.2.2-ci
yarımbəndində “tənzimləməni
və” sözlərindən sonra “qüvvədə olan qanunvericiliyə əməl edilməsinə”
sözləri əlavə edilmişdir.
[3] 23 noyabr
2018-ci il tarixli 362 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 noyabr 2018-ci il, ¹ 265, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2275) ilə “Azərbaycan Respublikası
Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nə yeni məzmunda
3.1.16-1-ci yarımbənd əlavə edilmişdir.
24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”nin 3.1.16-1-ci yarımbəndində “maliyyələşdirilməsi”
sözü “maliyyələşdirilməsinə
qarşı mübarizə” sözləri ilə əvəz
edilmişdir.
[4] 24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”nin 3.1.32-ci və 3.2.19-cu yarımbəndlərində
“Azərbaycan Respublikası
Prezidentinin aktları” sözləri “Xidmətin Nizamnaməsi” sözləri ilə əvəz
edilmişdir.
[5] 24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”nin 4.3-cü bəndin ikinci cümləsində “İdarə Heyəti sədrindən”
sözləri “Azərbaycan
Respublikasının İqtisadiyyat nazirinin müavini ─ İdarə Heyətinin sədrindən
(bundan sonra - İdarə Heyətinin sədri)” sözləri
ilə əvəz edilmişdir, üçüncü cümləsinə
“müavinlərini”
sözündən sonra “Azərbaycan
Respublikasının İqtisadiyyat nazirinin təqdimatı ilə”
sözləri əlavə edilmişdir.
[6] 24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”nin 4.5.1-ci yarımbəndinə “istiqamətlərini” sözündən sonra “, strateji məqsədlərini və
planlarını” sözləri əlavə edilmişdir.
[7] 24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”nin 4.5.2-ci yarımbəndində “Prezidentinə” sözü “İqtisadiyyat Nazirliyinə (bundan sonra
– Nazirlik)” sözləri ilə əvəz edilmişdir.
[8] 24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”nə yeni məzmunda 4.5.4-1-ci və 4.5.4-2-ci
yarımbəndlər əlavə edilmişdir.
[9] 24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”nin 4.5.7-ci yarımbəndində “müəyyən edilmiş əməkhaqqı
fondu və işçilərin say həddi daxilində Xidmətin
ştat cədvəlini və ayrılmış büdcə təxsisatı
daxilində xərclər smetasını” sözləri
“Xidmətin maliyyə planlaşdırılmasını və
büdcəsini” sözləri ilə əvəz edilmişdir.
[10] 24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”nin 4.5.9-cu yarımbəndində “qayda və şərtlərini
müəyyənləşdirir və onların” sözləri
“Qanunun 17-1-ci maddəsinin tələblərini
nəzərə almaqla Nazirliyin müəyyən etdiyi qayda və
şərtlərinin” sözləri ilə əvəz
edilmişdir.
[11] 24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”nin 4.5.10-cu yarımbəndində “Azərbaycan Respublikası
Prezidentinin” sözləri “Nazirliyin”
sözü ilə əvəz edilmişdir.
[12] 24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”nin 4.5.12-ci yarımbəndi ləğv
edilmişdir.
[13] 24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”nin 4.5.13-cü yarımbəndinə “kənar auditorun” sözlərindən
əvvəl “Xidmətin maliyyə-təsərrüfat
fəaliyyətinin auditinin keçirilməsi üçün
təyin edilmiş” sözləri əlavə edilmişdir.
[14] 24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”nə yeni 4.5.14-cü yarımbəndin sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilmişdir və yeni məzmunda 4.5.15-ci
yarımbənd əlavə edilmişdir.
[15] 27 iyun 2019-cu il
tarixli 758 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 28 iyun 2019-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹6, maddə
1049) ilə “Azərbaycan
Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nin
4.6-cı bəndinin üçüncü cümləsində
“ən azı ikisi” sözləri
“yarıdan çoxu” sözləri
ilə əvəz edilmişdir.
24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə “Azərbaycan Respublikası
Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nin 4.6-cı bəndinə
yeni məzmunda səkkizinci, doqquzuncu və onuncu cümlələr
əlavə edilmişdir.
[16] 24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”nin 4.7.1-ci yarımbəndinə “təşkil edir və” sözlərindən sonra “ona nəzarət edir, habelə”
sözləri əlavə edilmişdir.
[17] 24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”nin 4.7.3-cü yarımbəndinə “iştirak edir,” sözlərindən
sonra “qanunvericiliklə”
sözü əlavə edilmişdir.
[18] 24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”nə yeni məzmunda 4.7.12-1 - 4.7.12-3-cü
yarımbəndlər əlavə edilmişdir.
[19] 24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”nin 5-ci hissənin adı yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
5. Xidmətin əmlakının
formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları
[20] 24 fevral 2020-ci il
tarixli 938 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 25 fevral 2020-ci il, ¹ 42, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 2, maddə 96) ilə
“Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin
Nizamnaməsi”nin 6.1-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
6.1.
Xidmətin fəaliyyətinə nəzarəti Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir.