AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
“Azərbaycan
Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini
Tənzimləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci
il 22 dekabr tarixli 1750 nömrəli Fərmanının
5.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü
il 27 avqust tarixli 234 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə
1032; 2014, ¹ 1, maddə 69; 2016, ¹ 2 (II kitab), maddə 361, ¹ 11, maddə
1951; 2017, ¹ 7, maddə 1486) ilə təsdiq edilmiş “İstehlakçıların
elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin
verilməsi və enerji təchizatı şəbəkəsinə
qoşulması Qaydaları”nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 3.3.1-ci yarımbənddə
“Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji
Nəzarəti İdarəsi” sözləri “Enerji Məsələlərini
Tənzimləmə Agentliyi” sözləri ilə əvəz edilsin.
2. Həmin
Qaydalara 1 nömrəli əlavə - “İstehlakçıların
elektrik enerjisi (gücü) alması üçün Texniki Şərtlər”in
mətnində “Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət
Enerji Nəzarət İdarəsinə” sözləri “Enerji Məsələlərini
Tənzimləmə Agentliyinə” sözləri ilə əvəz
edilsin.
Azərbaycan
Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri,
30 aprel 2018-ci il
¹
189