Energetika haqqında Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini
rəhbər tutaraq qərara alır:
Energetika haqqında Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1999, № 2, maddə 53; 2006, № 8, maddə 657)
aşağıdakı məzmunda 7-1-ci maddə əlavə
edilsin:
Maddə 7-1. Müvafiq
icra hakimiyyəti orqanının yaratdığı quruma ödənilən
haqq
Enerji istehsalçıları, ötürücülər,
paylayıcılar və təchizatçılar tərəfindən
müvafiq icra hakimiyyəti orqanının yaratdığı
quruma haqq ödənilir. Haqqın məbləği və ödənilmə
qaydası müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir..
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2018-ci il
№ 992-VQD