“Qaz təchizatı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci
bəndini rəhbər tutaraq qərara
alır:
“Qaz
təchizatı haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, № 9, maddə 563; 2004, № 7, maddə 505;
2007, № 5, maddə 442; 2009, № 10, maddə 768; 2010, № 5, maddə
374; 2011, № 4, maddə 262, № 12, maddə 1091; 2015, № 11, maddə
1251; 2016, № 12, maddə 1991; 2017, № 6, maddə 1018)
aşağıdakı məzmunda 21-1-ci maddə əlavə
edilsin:
“Maddə 21-1. Müvafiq
icra hakimiyyəti orqanının yaratdığı quruma
ödənilən haqq
Qaz
istehsalçıları, təchizatçıları və
paylayıcılar tərəfindən müvafiq icra hakimiyyəti
orqanının yaratdığı quruma haqq ödənilir.
Haqqın məbləği və ödənilmə qaydası
müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
13 fevral 2018-ci il
№ 994-VQD