“Azərbaycan
Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 8 oktyabr tarixli 325 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin
5.8-ci bəndinə əsasən, Azərbaycan Respublikası
Energetika Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan
Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 325
nömrəli
qərarının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, ¹ 10, maddə 1296) 1-ci hissəsi
aşağıdakı redaksiyada verilsin:
“1. Azərbaycan Respublikası
Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən
ibarət müəyyənləşdirilsin və
aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri |
|
Şahbazov
Pərviz Oqtay oğlu |
-
Azərbaycan Respublikasının energetika naziri |
Kollegiyanın
üzvləri: |
|
Cavadov Gülməmməd
Süleyman oğlu |
- Azərbaycan Respublikası
energetika nazirinin müavini |
Abbasov Natiq Balaş oğlu |
- Azərbaycan Respublikası
energetika nazirinin müavini |
Hüseynov İftixar
Hüseyn oğlu |
- Azərbaycan Respublikası
Energetika Nazirliyinin Aparatının rəhbəri |
Ağayev İbrahim Hümbət
oğlu |
- Azərbaycan Respublikası
Energetika Nazirliyi Aparatının hüquqi münasibətlər
şöbəsinin müdiri |
Nağıyev Fazil Mirağa
oğlu |
- Azərbaycan Respublikası
Energetika Nazirliyi Aparatının dövlət
proqramlarının hazırlanması və icrasına nəzarət
şöbəsinin müdiri |
Məsimova Xalidə Məhəmməd
qızı |
- Azərbaycan Respublikası
Energetika Nazirliyi Aparatının enerji səmərəliliyi,
alternativ və bərpa olunan enerji mənbələri
şöbəsinin müdiri |
Hüseynov Cəfər Əlisəf
oğlu |
- Azərbaycan Respublikası
Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin
rəisi |
Sadıqov
Hacıqulu Rəvan oğlu |
-
Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət
Qaz Nəzarəti İdarəsinin rəisi”. |
2. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 3 noyabr 2017-ci il
¹ 474