İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində fəaliyyət göstərən aşağıdakı ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilsin:

 

Əliyev Ruslan Allahverdi oğlu

Əliyev Elnur Əli oğlu

Nadiroğlu Teymur Mahmud oğlu

Nağdəliyev Nemət Zeynal oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 noyabr 2017-ci il

3383