AZƏRBAYCAN
RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
KOLLEGİYA QƏRARI
¹ 4/1
Bakı şəhəri
“
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1997-ci il
4 aprel tarixli 198 nömrəli əmri ilə təsdiq
edilmiş və Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi tərəfindən 1997-ci il 23 aprel tarixli 44 nömrəli
şəhadətnamə verilməklə dövlət
qeydiyyatına alınmış “Ali təhsil müəssisələrinin
inşaat, maddi-texniki təchizat, kadr potensialı və
strukturuna qoyulan minimum normalar”ın ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin “Ali təhsil
müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il
tarixli 220 nömrəli Fərmanına və Nazirlər
Kabinetinin “Ali təhsil müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiq edilməsi
haqqında” 25 iyun 2010-cu il tarixli 120 nömrəli qərarına
əsasən 2010/2011-ci tədris ilindən başlayaraq Azərbaycan
Respublikası ərazisində fəaliyyət göstərən
ali təhsil müəssisələrində dövlət
büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə
dövlət sifarişi əsasında həyata keçirilir
və ali təhsil müəssisələrində kadr
hazırlığı dövlət büdcəsinin vəsaiti
hesabına dövlət sifarişi ilə adambaşına
maliyyələşdirmə prinsipinə uyğun müəyyən
olunur.
Hazırda dövlət
sifarişi ilə kadr hazırlığı həyata
keçirilən dövlət ali təhsil müəssisələri
öz maliyyə-təsərrüfat fəaliyyətlərini
müvafiq olaraq dövlət sifarişi və ödənişli
əsaslarla kadr hazırlığından, eləcə də
qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən
əldə olunan büdcə və büdcədənkənar
vəsaitlər hesabına sərbəst şəkildə təmin
edirlər.
Eyni zamanda ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi ilə
əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin
22 oktyabr 2012-ci il tarixli 244 nömrəli qərarına əsasən
“Dövlət büdcəsindən maliyyələşdirilən
ali təhsil müəssisələrində yeni vəzifə
maaşlarına və vəzifə maaşlarına əlavələrin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 12 sentyabr 2008-ci il tarixli 210 nömrəli
qərarı ləğv edilmişdir. Belə ki, hazırda
dövlət sifarişi ilə kadr hazırlığı həyata
keçirilən dövlət ali təhsil müəssisələrində
çalışan bütün işçilərin əməkhaqqı
müəssisənin rəhbəri ilə işçi
arasında mövcud əmək qanunvericiliyinin tələblərinə
uyğun olaraq bağlanmış müqavilə əsasında
sərbəst müəyyənləşdirilir.
Göstərilənləri və ali təhsil müəssisələrinin
maliyyə-təsərrüfat fəaliyyətinin normal təşkilini
təmin etmək məqsədi ilə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin Kollegiyası Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 16-cı hissəsini
rəhbər tutaraq QƏRARA
ALIR:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1997-ci
il 4 aprel tarixli 198 nömrəli əmri
ilə təsdiq edilmiş və Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi tərəfindən
1997-ci il 23 aprel tarixli 44 nömrəli şəhadətnamə
verilməklə dövlət qeydiyyatına alınmış
“Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki
təchizat, kadr potensialı və strukturuna qoyulan minimum
normalar” ləğv edilsin.
2. Nazirliyin Hüquqi şöbəsinə
(S.Kazımov) tapşırılsın ki, bu qərarın 3
gün müddətində Azərbaycan Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi
üçün Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinə göndərilməsini təmin etsin.
3.
Qərarın icrasına nəzarət nazir müavininə
(C.Bayramov) həvalə edilsin.
Kollegiyanın
sədri, Nazir |
Mikayıl Cabbarov |