Z.R.Əliyevin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Zaur Rafik oğlu Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 sentyabr 2017-ci il

   № 3222