“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə”
Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə”
Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə
təsdiq edilmiş Dövlət Proqramında
nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsini əlaqələndirsin;
2.2. Dövlət Proqramında nəzərdə tutulan
tədbirlərin icrasının gedişi barədə
ildə bir dəfə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin.
3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 15 sentyabr 2017-ci il
¹ 3236
|
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir |
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”
Dövlət Proqramı
1. Giriş
1991-ci
ilin oktyabrında - Azərbaycan Parlamenti respublikamızın
dövlət müstəqilliyini rəsmən bəyan etdiyi
dövrdə ölkəmiz dərin siyasi, iqtisadi və sosial
böhranla yanaşı, Ermənistanın hərbi
təcavüzü ilə üz-üzə qalmışdı.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə
hakimiyyətə qayıdışı və
apardığı müdrik siyasət nəticəsində
ölkənin məhv olma və vətəndaş
müharibəsi təhlükəsinə,
separatçılıq meyillərinə son qoyuldu,
dövlətlə xalqın birliyi təmin edildi.
İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi
əməliyyatların dayandırılması və “Əsrin
müqaviləsi”nin imzalanması bütün
sahələrdə genişmiqyaslı islahatların
başlanmasına, iqtisadi tərəqqiyə zəmin yaratdı
və bunların nəticəsində Azərbaycan
yüksək sürətlə inkişaf edən
ölkələr sırasında yer tutdu. Hazırda “Qara qızıl”ın
qeyri-neft sektorunun inkişafı üçün
aparıcı qüvvə olan insan kapitalına
çevrilməsi, neft-qaz gəlirlərindən istifadə
etməklə gələcəkdə bu gəlirlərdən
asılı olmayan güclü, rəqabətədavamlı
iqtisadiyyat qurulması strategiyası öz
nəticələrini verməkdədir.
Qloballaşma
dövründə milli maraqlara və milli
dəyərlərə əsaslanan, beynəlxalq
təcrübəni nəzərə alan Azərbaycan
dövlətinin gənclər siyasəti gəncləri
ölkədə gedən proseslərdə həm
iştirakçı, həm də bəhrələnən
sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki,
ötən dövr ərzində gənclər siyasəti
və gənclərlə iş sahəsində bir sıra
mühüm nəticələr əldə edilmişdir.
Həyatın bütün sahələrində
gənclərin fəallığı,
təşəbbüskarlığı, irimiqyaslı
layihələrin icrasında və idarəetmədə rolu
artmış, vətənpərvərlik ruhu və
vətəndaşlıq mövqeyi möhkəmlənmiş,
könüllülük hərəkatı
genişlənmiş, 2012-ci il Avroviziya Mahnı
Müsabiqəsi, I Avropa Oyunları, Formula -1 Bakı Qran Prisi
və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları
nəticəsində isə daha böyük vüsət
almışdır. 2005-2009-cu və 2011-2015-ci illəri
əhatə edən “Azərbaycan gəncliyi” dövlət
proqramlarının uğurla həyata keçirilməsi,
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı
gənclərin dəstəklənməsi üçün
Prezident Mükafatının təsis edilməsi,
gənclərin hərtərəfli inkişafını
stimullaşdırmışdır. Son illər Bakıda və
regionlarda istifadəyə verilən “Gənclər ev”ləri
gənclərin maraq dairəsini genişləndirmiş,
asudə vaxtın mənalı və səmərəli
təşkili üçün yeni imkanlar
yaratmışdır.
Gənclərin
məşğulluğu və sahibkarlığın
inkişafı üçün biznes inkubatorların, texnoparkların
yaradılması onların maddi durumunun, rifah halının
daha da yaxşılaşdırılmasına imkan vermişdir.
İnformasiya
və kommunikasiya texnologiyalarının sürətli
inkişafı və qloballaşma prosesləri gənclərin
həyat və düşüncə tərzinə də ciddi
təsir göstərməkdədir. Bu amillərin
yaratdığı problemlərin müzakirəsi
üçün BMT Baş katibinin müraciəti ilə
2014-cü ilin oktyabrında Dünya ölkələrinin I
Qlobal Forumu keçirilmişdir. Qlobal Forumun Bakıda
keçirilməsi ölkəmizdə gənclər
siyasəti sahəsində təcrübə və
müsbət tendensiyaların əldə edilməsinin
təzahürü olmuşdur.
Dünyada
gedən prosesləri nəzərə alaraq, növbəti
illərdə də Azərbaycan gənclərinin
vətənpərvərlik, vətəndaşlıq
tərbiyəsinin gücləndirilməsi və müstəqilliyimizin
şüurlu dərk edilməsi və
dəyərləndirilməsi, onlar tərəfindən innovativ
düşüncə və rəqabətədavamlı
biliklərin əldə olunması, yüksək texnologiyalar
və informasiya mühitində sərbəst
davranışının təşviqini zəruri edir.
Gənclər arasında yaradıcılığı,
intellektual inkişafı stimullaşdırmaq və əqli
mülkiyyətin yüksək dəyər olduğunu
təbliğ etmək, ekoloji tarazlığın pozulması
və sağlam təbii mühitin məhdudlaşması
ilə mübarizədə yeni təsirli formaların
tətbiqində gənc nəslin fəal iştirakını
dəstəkləmək mühüm əhəmiyyət
daşıyır. Gənclərin dini ekstremizm, separatizm,
beynəlxalq terrorizm kimi təhlükəli, zərərli
təsirin altına düşməsinin qarşısını
alan yeni iş metodları tətbiq edilməlidir.
“Azərbaycan
gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı
(bundan sonra – Dövlət Proqramı) Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasına əsasən
hazırlanmışdır.
2. Dövlət Proqramının məqsəd və
vəzifələri
2.0.
Dövlət Proqramının məqsədi Azərbaycan
Respublikasında gənclər siyasətinin daha
səmərəli həyata keçirilməsinə nail olmaq,
cəmiyyətin bütün sahələrində
gənclərin fəal iştirakına şərait yaratmaq,
onların yaradıcı və innovativ potensialının
üzə çıxarılmasını
dəstəkləmək, gənc nəslin
sağlamlığını qorumaq, gənclərin təhsil
və məşğulluq məsələlərinə
diqqəti artırmaq, müasir informasiya-kommunikasiya
texnologiyalarından səmərəli istifadə etmək,
ölkədə könüllülük
hərəkatını inkişaf etdirməkdir.
2.1.
Dövlət Proqramı aşağıdakı
vəzifələrin yerinə yetirilməsini
nəzərdə tutur:
2.1.1.
gənclərin hərtərəfli inkişafı
üçün şəraitin formalaşdırılması;
2.1.2.
gənclərin azərbaycançılıq və
dövlətçilik prinsipləri əsasında
vətəndaşlıq və vətənpərvərlik
tərbiyəsinin gücləndirilməsi;
2.1.3.
gənclər arasında milli-dini dözümlülük,
sülhsevərlik, humanizm dəyərlərinin təbliğ
edilməsi;
2.1.4.
gənclərin sağlamlığının qorunması
və möhkəmləndirilməsi;
2.1.5.
sağlam həyat tərzinin təbliğ edilməsi və
narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların
profilaktikası;
2.1.6.
gənc alim və tədqiqatçıların
fəaliyyətinin dəstəklənməsi və
gənclərin elmə həvəsləndirilməsi;
2.1.7.
ali və orta ixtisas təhsili müəssisələrində
tələbələrin mütərəqqi ideya və
təşəbbüslərinin dəstəklənməsi;
2.1.8.
gənclərin bilik və bacarıqlarının
inkişafı, sahibkarlıq və məşğulluq
imkanlarının artırılması;
2.1.9.
gənclər arasında ixtisas və peşə seçimi,
əmək bazarı və məşğulluq haqqında
məlumatlılıq səviyyəsinin artırılması;
2.1.10.
gənclər arasında sahibkarlıq fəaliyyətinin
təşviqi;
2.1.11.
gənclər siyasəti sahəsində çalışan
mütəxəssislərin bilik və bacarıq
səviyyəsinin yüksəldilməsi, onların
hazırlığı və yenidənhazırlığı
üçün mütəmadi tədbirlərin həyata
keçirilməsi;
2.1.12.
gənclərin və gənclər
təşkilatlarının ictimai həyatda
təşəbbüskarlığının və iştirakının
stimullaşdırılması;
2.1.13.
ölkədə gənclərin könüllülük
hərəkatının stimullaşdırılması və
yerlərdə intensivləşdirilməsi;
2.1.14.
gənclərin beynəlxalq mübadilə və
mədəniyyətlərarası dialoqda iştirakının
dəstəklənməsi;
2.1.15.
xüsusi qayğıya ehtiyacı olan gənclərin
cəmiyyətə inteqrasiyasının təmin edilməsi;
2.1.16.
gənclərin insan hüquqları, gender bərabərliyi
haqqında, eyni zamanda, insan alverinə, zorakılığa
qarşı mübarizə ilə bağlı
məlumatlılıq səviyyəsinin artırılması;
2.1.17.
gənclərin ekologiya və ətraf mühitlə
bağlı biliklərinin artırılması;
2.1.18.
gənclər arasında ailə dəyərləri
haqqında və erkən nikahlara qarşı profilaktik
maarifləndirmə işinin gücləndirilməsi;
2.1.19.
gənclərin informasiya-kommunikasiya texnologiyalarından
səmərəli istifadəsinin təşviq edilməsi;
2.1.20.
istedadlı və yaradıcı gənclərlə işin
daha effektiv və ünvanlı qurulması;
2.1.21.
gənclərə xidmət göstərən dövlət
müəssisələrinin (Gənclər evləri və
mərkəzlərinin) fəaliyyətinin inkişaf
etdirilməsi;
2.1.22.
yeniyetmə və gənclər üçün faydalı
olan maarifləndirici, elmi-kütləvi, televiziya və radio
verilişlərinin hazırlanması və yayımlanması;
2.1.23.
gənclərin asudə vaxtının səmərəli
təşkili;
2.1.24.
gənclərin həyat və düşüncə
tərzinin öyrənilməsi və müvafiq
təhlillərin aparılması.
3. Dövlət Proqramının həyata
keçirilməsinin maliyyə mənbələri
3.0.
Dövlət Proqramı çərçivəsində
həyata keçiriləcək tədbirlərin
aşağıdakı mənbələr hesabına
maliyyələşdirilməsi nəzərdə tutulur:
3.0.1.
dövlət büdcəsi;
3.0.2.
büdcədənkənar dövlət fondları;
3.0.3.
kreditlər və qrantlar;
3.0.4.
qanunvericiliyə zidd olmayan digər mənbələr.
4. Dövlət Proqramının icrasından
gözlənilən nəticələr
4.0.
Dövlət Proqramının icrasının nəticəsi
olaraq 2021-ci ilin sonuna qədər aşağıdakılara
nail olunması gözlənilir:
4.0.1.
gənclər siyasətinin səmərəliliyinin
artırılması;
4.0.2.
gənclərdə vətənpərvərlik ruhunun
yüksəldilməsi;
4.0.3.
gənclərin fiziki və psixi sağlamlığının
möhkəmləndirilməsi;
4.0.4.
gənclərin iqtisadi fəallığının
artırılması və sahibkarlığın inkişaf
etdirilməsi;
4.0.5.
gənclərin intellektual inkişafının və elmi
fəaliyyətinin stimullaşdırılması;
4.0.6.
qeyri-formal təhsil vasitəsilə gənclərin inkişaf
etdirilməsi;
4.0.7.
mədəniyyət və incəsənət
sahələrində istedadlı gənclərin üzə
çıxarılması və dəstəklənməsi;
4.0.8.
regionlarda yaşayan gənclərin həyatın bütün
sahələrində iştirak imkanlarının
artırılması;
4.0.9.
gənclərin ictimai həyatda daha fəal
iştirakının stimullaşdırılması;
4.0.10.
gənclərin hüquqi biliklərinin artırılması;
4.0.11.
informasiya texnologiyaları sahəsində gənclərin bilik
və bacarıqlarının artırılması;
4.0.12.
gənclərin beynəlxalq əlaqələrinin inkişaf
etdirilməsi.
5. Dövlət Proqramının həyata
keçirilməsi üzrə Tədbirlər Planı
Sıra ¹-si |
Tədbirin adı |
İcraçılar |
İcra müddəti (illər üzrə) |
1 |
2 |
3 |
4 |
5.1. Gənclərin
vətəndaşlıq və vətənpərvərlik
tərbiyəsi |
|||
5.1.1. |
Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq
məfkurəsinin gənclər arasında geniş
təbliğ edilməsi |
Gənclər və İdman Nazirliyi,
yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.1.2. |
Azərbaycan tarixində müstəsna
xidmətləri olmuş şəxsiyyətlərin,
Azərbaycanın ərazi bütövlüyü uğrunda
şücaət göstərmiş döyüşçülərin,
o cümlədən Milli Qəhrəmanların gənclər
arasında tanıdılması ilə bağlı
layihələrin həyata keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi,
Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi,
Azərbaycan Milli Elmlər Akademiyası |
2017-2021 |
5.1.3. |
Gənclər arasında
vətənpərvərlik, dövlətçilik,
milli-mənəvi və ümumbəşəri
dəyərlərə hörmət hisslərinin
yüksək səviyyədə aşılanması |
Gənclər və İdman Nazirliyi,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,
Azərbaycan Milli Elmlər Akademiyası |
2017-2021 |
5.1.4. |
Azərbaycan dilinin, tarixinin,
mədəniyyət və incəsənətinin
təbliğinə xidmət edən intellektual oyunların,
müsabiqələrin, olimpiadaların və festivalların
keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
2017-2021 |
5.1.5. |
“Gənclər Evləri”ndə interaktiv
vətənpərvərlik guşələrinin
yaradılması |
Gənclər və İdman Nazirliyi,
yerli icra hakimiyyəti orqanları |
2017-2018 |
5.1.6. |
Dini ekstremizm və ayrı-seçkilik
çağırışlarına qarşı
gəncləri səfərbər edən, onlar arasında
milli-dini dözümlülük, sülhsevərlik, humanizm
dəyərlərini təbliğ edən layihələrin
həyata keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi, Dövlət
Təhlükəsizliyi Xidməti |
2017-2021 |
5.1.7. |
Milli-mədəni irsin və
təbiətin gənclərə tanıdılması
məqsədi ilə diyarşünaslığın
inkişaf etdirilməsi |
Gənclər və İdman Nazirliyi,
Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra
hakimiyyəti orqanları |
2017-2021 |
5.1.8. |
Hərbi xidmətdə olan
gənclərin mənəvi-psixoloji durumunun
yüksəldilməsinə və onların asudə
vaxtının səmərəli təşkilinə
kömək məqsədi ilə hərbi
hissələrdə müxtəlif tədbirlərin
keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili
İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi,
Mədəniyyət və Turizm Nazirliyi, Dövlət
Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi
Xidməti |
2017-2021 |
5.1.9. |
Hərbi-idman oyunlarının
keyfiyyəti və kütləviliyinin artırılması,
keçirilməsi üçün şəraitin
yaradılması |
Gənclər və İdman Nazirliyi,
Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə
Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti,
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət
Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti,
yerli icra hakimiyyəti orqanları |
hər
il |
5.1.10. |
Gənclərin
vətənpərvərlik və vətəndaşlıq
tərbiyəsinin aktual məsələləri üzrə
müşavirələrin, konfransların, dəyirmi
masaların, mədəni-kütləvi və digər
tədbirlərin, telelayihələrin həyata
keçirilməsi, vətənpərvərlik mövzusunda
əyani vəsaitlərin hazırlanması |
Gənclər və İdman Nazirliyi,
Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət
və Turizm Nazirliyi, Dövlət Təhlükəsizliyi
Xidməti, yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.1.11. |
Yeniyetmə və gənclərin
hərbi xidmətə həvəsləndirilməsi və
ordu sıralarına yolasalma, eləcə də ehtiyata
buraxılmış müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçularının
qarşılanması mərasimlərinin təşkili
məqsədi ilə mədəni-kütləvi
tədbirlərin keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə
Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi
Xidməti, yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.2. Gənclərin
sağlamlığının qorunması və xüsusi
qayğıya ehtiyacı olan gənclərin
dəstəklənməsi |
|||
5.2.1. |
Gənclərin sağlam həyat
tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv
maddələrin mənfi təsiri, infeksion və
qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam
qidalanma) ilə bağlı maarifləndirmə
tədbirlərinin keçirilməsi, biliklərinin
artırılması və davranışlarının
təkmilləşdirilməsi |
Gənclər və İdman Nazirliyi,
Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Daxili
İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti
orqanları |
mütəmadi |
5.2.2. |
Gənclər arasında fiziki aktivlik
səviyyəsinin artırılması, onların,
eləcə də valideynlərin, müəllimlərin
və gənclərlə işləyən digər
şəxslərin sağlam həyat tərzi və fiziki
aktivlik sahəsində maarifləndirilməsi, bununla
bağlı maarifləndirmə tədbirlərinin
keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.2.3. |
Gənclərin reproduktiv
sağlamlıq və ailə planlaşdırılmasına
dair biliklərinin artırılması və
davranışının təkmilləşdirilməsi |
Səhiyyə Nazirliyi, Gənclər
və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi |
mütəmadi |
5.2.4. |
Gənclər arasında könüllü
qan donorluğunun inkişafına dair maarifləndirmə
tədbirləri və kampaniyalarının həyata
keçirilməsi |
Səhiyyə Nazirliyi, Gənclər
və İdman Nazirliyi, Təhsil Nazirliyi |
2017-2021 |
5.2.5. |
Gənclərin psixi sağlamlıqla
bağlı biliklərinin, mövqelərinin və
davranışlarının təkmilləşdirilməsi |
Səhiyyə Nazirliyi, Gənclər
və İdman Nazirliyi, Təhsil Nazirliyi |
mütəmadi |
5.2.6. |
Gənclərə psixo-sosial
xidmətin, “Qaynar xətt” layihəsinin əhatə
dairəsinin genişləndirilməsi |
Gənclər və İdman Nazirliyi,
Səhiyyə Nazirliyi |
2017-2021 |
5.2.7. |
Sosial müdafiəyə ehtiyacı
olan gənclərin səhiyyə xidmətlərindən
istifadə imkanlarının genişləndirilməsi |
Səhiyyə Nazirliyi |
mütəmadi |
5.2.8. |
Sosial müdafiəyə ehtiyacı
olan gənclərin ölkənin mədəni və idman
həyatında iştirakının təmin edilməsi |
Gənclər və İdman Nazirliyi,
Mədəniyyət və Turizm Nazirliyi, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi |
2017-2021 |
5.2.9. |
Sosial müdafiəyə ehtiyacı
olan gənclərin sosial müdafiəsinin və sosial
xidmətlərdən istifadə imkanlarının
artırılması |
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, yerli icra
hakimiyyəti orqanları |
mütəmadi |
5.2.10. |
Sosial müdafiəyə ehtiyacı
olan gənclər üçün peşə
reabilitasiyası və abilitasiyasının təmin
edilməsi |
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi |
mütəmadi |
5.2.11. |
Dövlət uşaq
müəssisələrinin məzunları və əlilliyi
olan gənclər üçün məşğulluq
imkanlarının genişləndirilməsi |
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər
və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.2.12. |
Sosial müdafiəyə ehtiyacı
olan gənclərin beynəlxalq tədbirlərdə
iştirakının dəstəklənməsi |
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Təhsil Nazirliyi |
mütəmadi |
5.2.13. |
Risk qrupunda olan gənclərə
sosial-psixoloji və hüquqi yardımın
göstərilməsi üçün məsləhət
və yönləndirmə sisteminin
formalaşdırılması |
Ədliyyə Nazirliyi, Daxili
İşlər Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Təhsil Nazirliyi |
2017-2021 |
5.2.14. |
Sosial müdafiəyə ehtiyacı
olan gənclərə göstərilən xidmətlərin
qiymətləndirilməsi və monitorinqi üçün
standartların müəyyənləşdirilməsi |
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə
Nazirliyi |
2017-2018 |
5.3. Gənclərin
məşğulluğunun və sahibkarlıq
fəaliyyətinin dəstəklənməsi |
|||
5.3.1. |
Gənclər üçün
peşə məsləhətlərinə və karyera
inkişafına dair metodiki vəsaitlərin
hazırlanması və məsləhət
xidmətlərinin təşkili |
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər
və İdman Nazirliyi |
mütəmadi |
5.3.2. |
Gənclər üçün
əmək yarmarkalarının keçirilməsi |
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Təhsil Nazirliyi |
2017-2021 |
5.3.3. |
Gənclərin qeyri-formal təhsil
almaq imkanlarının genişləndirilməsi |
Gənclər və İdman Nazirliyi,
aidiyyəti təşkilatlar |
mütəmadi |
5.3.4. |
Gənclərin sahibkarlıq və
məşğulluq imkanlarının artırılması
və sahibkarlıq bacarıqlarının inkişaf
etdirilməsi üçün təlimlərin və
maarifləndirici tədbirlərin keçirilməsi |
İqtisadiyyat Nazirliyi, Gənclər
və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi |
mütəmadi |
5.3.5. |
Gənclər arasında biznes
fəaliyyətinə dair intellektual yarış və
müsabiqələrin keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi |
2017-2021 |
5.3.6. |
Gənclərin müəssisə
və təşkilatlarda onlar üçün
müəyyən edilmiş kvota əsasında işə
düzəlmələrinə dövlət nəzarətinin
gücləndirilməsi |
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi |
mütəmadi |
5.3.7. |
Gənclərin
məşğulluğunun dəstəklənməsi
məqsədi ilə aidiyyəti dövlət orqanları,
qeyri-hökumət və beynəlxalq təşkilatların
iştirakı ilə birgə layihələrin həyata
keçirilməsi və onların səmərəliliyinin
qiymətləndirilməsi |
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Təhsil Nazirliyi |
mütəmadi |
5.3.8. |
İnsanların həyat tərzinin
yaxşılaşdırılmasına yönəlmiş
yeni texnologiyaların, mobil aplikasiyaların və digər
proqramların Azərbaycanda tətbiqi ilə bağlı gənclər
arasında startap layihələri üzrə qrant
müsabiqəsinin keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, İqtisadiyyat Nazirliyi |
2017-2021 |
5.3.9. |
Gənclərin dövlət
qulluğuna cəlb edilməsinin təşviq edilməsi |
Dövlət İmtahan Mərkəzi |
mütəmadi |
5.3.10. |
Gənclərin
peşəyönümü işinin
gücləndirilməsi, onların əmək bazarında
daha çox tələb olunan peşə və ixtisaslar
haqqında məlumatlandırılması işinin
genişləndirilməsi |
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər
və İdman Nazirliyi |
2017-2021 |
5.4. Gənclərin
yaradıcılıq fəaliyyətinin
dəstəklənməsi və asudə vaxtının
təşkili |
|||
5.4.1. |
İstedadlı və Yaradıcı
Gənclərin III Respublika Toplantısının
keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi,
Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondu |
2018 |
5.4.2. |
Gənc istedadların beynəlxalq
səviyyəli festival, müsabiqə, yarış və yay
məktəblərində iştirakının
dəstəklənməsi |
Mədəniyyət və Turizm
Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondu |
mütəmadi |
5.4.3. |
Mədəniyyət və
incəsənət (rəssamlıq, musiqi, rəqs, kino,
ədəbiyyat, foto, memarlıq, teatr və s.)
sahəsində gənc istedadlar üçün festival,
müsabiqə, yay məktəbi, ustad dərsləri,
yaradıcılıq axşamları, konsert proqramları
və digər tədbirlərin təşkili |
Gənclər və İdman Nazirliyi,
Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi,
yerli icra hakimiyyəti orqanları |
hər
il |
5.4.4. |
Teatr tamaşası, bədii,
sənədli və animasiya filmlərinin hazırlanması
üçün yaradıcı və istedadlı
gənclərə dövlət sifarişlərinin verilməsi |
Mədəniyyət və Turizm
Nazirliyi, Gənclər və İdman Nazirliyi |
mütəmadi |
5.4.5. |
Gənc rejissor, rəssam,
heykəltəraş və fotoqrafların
əsərlərindən ibarət yerli və beynəlxalq
sərgi və kino nümayişlərinin təşkili |
Mədəniyyət və Turizm
Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra
hakimiyyəti orqanları |
2017-2021 |
5.4.6. |
Beynəlxalq və respublika
səviyyəli olimpiada, festival, müsabiqə və
yarışlarda xüsusi nailiyyətlər əldə
etmiş gənclərin 2 fevral Gənclər Günü
münasibəti ilə mükafatlandırılması |
Gənclər və İdman Nazirliyi,
Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,
Azərbaycan Milli Elmlər Akademiyası |
hər
il |
5.4.7. |
Gənclərin asudə vaxtının
səmərəli təşkili üçün intellektual
və kompüter oyunları üzrə yerli və
beynəlxalq çempionatların keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, Təhsil Nazirliyi |
2017-2021 |
5.4.8. |
“Şən və Hazırcavablar
Klubu”nun Azərbaycan Liqası
çərçivəsində oyunların
keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi |
hər
il |
5.4.9. |
Yeniyetmə və gənclərin
iştirakı ilə istirahət
düşərgələrinin təşkili |
Gənclər və İdman Nazirliyi |
mütəmadi |
5.4.10. |
İstedadlı və yaradıcı
gənclərin nailiyyətlərinin ölkədə və
onun hüdudlarından kənarda təbliğ edilməsi |
Gənclər və İdman Nazirliyi,
Mədəniyyət və Turizm Nazirliyi, Xarici
İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi |
2017-2021 |
5.5. Tələbələrin elmi,
mədəni və ictimai fəaliyyətinin
dəstəklənməsi |
|||
5.5.1. |
Ali və orta ixtisas təhsili
müəssisələrində tələbə-gənclər
təşkilatlarının layihə və
proqramlarının dəstəklənməsi |
Gənclər və İdman Nazirliyi,
Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondu, Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası |
2017-2021 |
5.5.2. |
Tələbələrin
elmi-tədqiqat işlərinə
həvəsləndirilməsi və yaxından cəlb
edilməsi |
Təhsil Nazirliyi, Azərbaycan Milli
Elmlər Akademiyası, Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondu,
Gənclər və İdman Nazirliyi |
2017-2021 |
5.5.3. |
Azərbaycan Tələbələrinin
II Qurultayının keçirilməsi |
Təhsil Nazirliyi, Gənclər və
İdman Nazirliyi |
2018 |
5.5.4. |
Ali və orta ixtisas təhsili
müəssisələrinin tələbələri
arasında festivalların və müsabiqələrin
keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi |
2017-2021 |
5.5.5. |
Gənclərin təhsil
müəssisələrinin idarəçiliyində
yaxından iştirakına şərait yaradılması,
özünüidarəetmə orqanlarının inkişafına
dəstəyin artırılması |
Təhsil Nazirliyi, Gənclər və
İdman Nazirliyi |
mütəmadi |
5.5.6. |
Yay tətili müddətində ali
və orta ixtisas təhsili müəssisələri
tələbələrinin iştirakı ilə arxeoloji
və digər ixtisas qrupları üzrə təcrübə
düşərgələrinin təşkil edilməsi |
Gənclər və İdman Nazirliyi,
Azərbaycan Milli Elmlər Akademiyası |
2017-2021 |
5.6. Gənclərin insan
hüquqları, gender bərabərliyi, ekologiya və s.
məsələlər üzrə maarifləndirilməsi |
|||
5.6.1. |
Gənclərin insan hüquqları
və gender bərabərliyi haqqında
məlumatlılıq səviyyəsinin artırılması |
Təhsil Nazirliyi, Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Gənclər və İdman Nazirliyi, İnsan
Hüquqları üzrə Müvəkkil (Ombudsman) |
mütəmadi |
5.6.2. |
Gənclər arasında insan alveri
və zorakılıq haqqında maarifləndirmə
işinin gücləndirilməsi |
Daxili İşlər Nazirliyi,
Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi,
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi |
mütəmadi |
5.6.3. |
Gənclər arasında erkən nikah
hallarına qarşı mübarizə işinin
gücləndirilməsi |
Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi, Təhsil
Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi |
2017-2021 |
5.6.4. |
Gənclərin fövqəladə
hallarda davranışı haqqında məlumatlılıq
səviyyəsinin artırılması |
Fövqəladə Hallar Nazirliyi,
Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və
İdman Nazirliyi |
mütəmadi |
5.6.5. |
Gənclər arasında ətraf
mühit və mənfi ekoloji tendensiyaların
sağlamlığa zərərli təsiri ilə
bağlı maarifləndirmə işlərinin
aparılması |
Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, yerli icra
hakimiyyəti orqanları |
2017-2021 |
5.6.6. |
Gənclər və yeniyetmələr
arasında yol-nəqliyyat təhlükəsizliyi
mövzuları üzrə maarifləndirmə
tədbirləri və kampaniyaların həyata
keçirilməsi |
Daxili İşlər Nazirliyi,
Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi,
Təhsil Nazirliyi |
mütəmadi |
5.6.7. |
Gənc ailələrə psixoloji
dəstəyin verilməsi və ailə dəyərləri
haqqında maarifləndirmə işinin
gücləndirilməsi |
Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi,
Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi |
2017-2021 |
5.6.8. |
Gənclər arasında anti-sosial
davranışın qarşısının alınması
üzrə qabaqlayıcı tədbirlərin
görülməsi |
Daxili İşlər Nazirliyi, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman
Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) |
2017-2021 |
5.7. Gənclər
təşkilatlarının fəaliyyətinin və
gənclərin ictimai həyatda iştirakının
dəstəklənməsi |
|||
5.7.1. |
Azərbaycan Gənclərinin VIII
və IX Forumlarının keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
yerli icra hakimiyyəti orqanları |
2017
və 2020 |
5.7.2. |
Müsabiqə yolu ilə
ölkənin “Gənclər Paytaxtı”nın
müəyyən edilməsi |
Gənclər və İdman Nazirliyi,
yerli icra hakimiyyəti orqanları |
hər
il |
5.7.3. |
Gənclər arasında seçki
prosesinin və seçkilərdə (referendumda)
iştirakın təbliği, ilk dəfə səs verən
gənc seçicilər arasında maarifləndirmə
işinin təşkili |
Gənclər və İdman Nazirliyi,
Mərkəzi Seçki Komissiyası, yerli icra hakimiyyəti
orqanları |
2018-2020 |
5.7.4. |
Gənclər
təşkilatlarının fəaliyyətinin təşviq
edilməsi, onların həyata keçirdikləri layihə
və tədbirlər haqqında cəmiyyətin
məlumatlandırılması və gənclərin ictimai
fəaliyyətə cəlb olunmalarının
stimullaşdırılması məqsədi ilə
sərgilərin təşkil edilməsi |
Gənclər və İdman Nazirliyi |
2017-2021 |
5.7.5. |
Gənclər arasında
könüllülük fəaliyyətinin daha geniş
təşviq edilməsi |
Gənclər və İdman Nazirliyi,
Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi |
mütəmadi |
5.7.6. |
Gənclər siyasətinin əsas
istiqamətləri üzrə gənclər
təşkilatları layihələrinin
maliyyələşdirilməsi |
Gənclər və İdman Nazirliyi,
Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası |
2017-2021 |
5.7.7. |
Gənclər arasında natiqlik
mədəniyyətinin inkişaf etdirilməsi
vasitəsilə gənclərin qərarvermə
proseslərində, ictimai əhəmiyyət kəsb edən
məsələlərdə və dövlət gənclər
siyasətinin həyata keçirilməsində daha geniş
iştiraklarının təmin edilməsi |
Gənclər və İdman Nazirliyi,
yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.7.8. |
Kəndlərdə yaşayan
gənclərin ictimai həyatda daha fəal
iştirakının təşviq edilməsi |
Gənclər və İdman Nazirliyi,
yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.8. Gənclərin beynəlxalq
əməkdaşlığı və mübadiləsinin
genişləndirilməsi |
|||
5.8.1. |
Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələr çərçivəsində gənclər
siyasəti sahəsində ikitərəfli və
çoxtərəfli əməkdaşlığın
inkişaf etdirilməsi |
Gənclər və İdman Nazirliyi,
Xarici İşlər Nazirliyi |
2017-2021 |
5.8.2. |
Beynəlxalq və regional
təşkilatların gənclər proqramları ilə
əməkdaşlığın genişləndirilməsi |
Gənclər və İdman Nazirliyi,
Xarici İşlər Nazirliyi |
2017-2021 |
5.8.3. |
İdarəetmə orqanlarında
çalışan, seçkili orqanlarda təmsil olunan, eyni
zamanda, müxtəlif sahələrdə ictimai
fəallıqla seçilən gənclərin mübadilə
proqramlarının həyata keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Xarici İşlər Nazirliyi |
2017-2021 |
5.8.4. |
Xarici ölkələrin
gəncləri arasında Azərbaycanla bağlı
biliklərin artırılması və tədqiqatların
aparılması üçün layihələrin həyata
keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Xarici İşlər Nazirliyi |
2017-2021 |
5.8.5. |
41-ci Dünya Skaut Konfransının
və 13-cü Dünya Skaut Gənclər Forumunun
Azərbaycanda keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya
Xidməti |
2017 |
5.8.6. |
Xarici ölkələrdə
“Azərbaycan Gəncləri Günləri” və
Azərbaycanda “Xarici Ölkələrin Gənclər
Günləri”nin keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Xarici İşlər Nazirliyi |
mütəmadi |
5.8.7. |
Beynəlxalq təşkilatlarda
gənclərin təcrübə keçmələrinin
dəstəklənməsi |
Gənclər və İdman Nazirliyi,
Xarici İşlər Nazirliyi |
2017-2021 |
5.8.8. |
Azərbaycanda beynəlxalq gənclər
forumlarının, konfranslarının, təlim
kurslarının, seminarlarının keçirilməsi,
düşərgə və yay məktəblərinin
təşkili |
Gənclər və İdman Nazirliyi,
Xarici İşlər Nazirliyi |
2017-2021 |
5.8.9. |
“BMT Modeli” klubları
şəbəkəsinin fəaliyyətinin
dəstəklənməsi |
Gənclər və İdman Nazirliyi,
Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi |
2017-2021 |
5.9. Gənclər və informasiya
texnologiyaları |
|||
5.9.1. |
İnformasiya-kommunikasiya
texnologiyaları vasitəsilə Azərbaycan
həqiqətlərinin beynəlxalq ictimaiyyətə
çatdırılması üzrə gənclərin bilik
və bacarıqlarının artırılması |
Gənclər və İdman Nazirliyi,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
2017-2021 |
5.9.2. |
Azərbaycan tarix və
mədəniyyətini əks etdirən gənclərin
inkişafına təsir göstərən kompüter
oyunları və mobil tətbiqi proqramların
hazırlanması |
Gənclər və İdman Nazirliyi,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
2017-2021 |
5.9.3. |
İnternet jurnalistikası, bloqçuluq
sahələrində və sosial
şəbəkələrdən gənclərin
səmərəli istifadəsi üçün
bacarıqlarının inkişaf etdirilməsi |
Gənclər və İdman Nazirliyi,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
mütəmadi |
5.9.4. |
Gənclərin bilik və
bacarıqlarını inkişaf etdirən rəqəmsal
məhsulların yaradılması |
Gənclər və İdman Nazirliyi,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
2017-2021 |
5.9.5. |
Gənclər evlərinin informasiya
texnologiyaları infrastrukturunun və texniki bazasının
gücləndirilməsi |
Gənclər və İdman Nazirliyi,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
2017-2021 |
5.9.6. |
İnternet televiziyası
məkanında gənclər kanalının
yaradılması |
Gənclər və İdman Nazirliyi,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
2017-2021 |
5.9.7. |
Gənclik auditoriyası
üçün maraq kəsb edən və müasir
dövrün tələblərinə cavab verən yeni
televiziya və radio layihələrinin hazırlanması |
Gənclər və İdman Nazirliyi,
Milli Televiziya və Radio Şurası |
2017-2021 |
5.9.8. |
Region gənclərinin
informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik
və bacarıqlarının artırılması
istiqamətində tədbirlərin görülməsi |
Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi,
Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli
Elmlər Akademiyası |
2017-2021 |
5.10. Gənclərin intellektual
fəaliyyətinin dəstəklənməsi və elmə
həvəsləndirilməsi |
|||
5.10.1. |
Gənclərin intellektual inkişafa
və elmi fəaliyyətə
həvəsləndirilməsinə yönəlmiş
layihələrin dəstəklənməsi |
Gənclər və İdman Nazirliyi,
Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası,
Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondu |
mütəmadi |
5.10.2. |
Gənc alim və
mütəxəssislərin iştirak etdiyi
layihələrə qrantların verilməsi üzrə
müsabiqələrin təşkili |
Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondu |
2017-2021 |
5.10.3. |
Gənc alimlərin təcrübə
mübadiləsi üçün şəraitin
yaradılması, yerli və beynəlxalq elmi-praktiki konfrans,
forum, festival, seminar və digər tədbirlərin keçirilməsi |
Azərbaycan Milli Elmlər
Akademiyası, Gənclər və İdman Nazirliyi, Təhsil
Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondu |
2017-2021 |
5.10.4. |
Gənc istedadların üzə
çıxarılması və dəstəklənməsi
məqsədi ilə layihələrin həyata
keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası,
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondu |
hər
il |
5.10.5. |
İstedadlı şagird və
tələbələrin, gənc alimlərin ölkə
üçün prioritet olan beynəlxalq olimpiada, konfrans,
forum, simpozium, seminar və
məşğələlərdə iştirakının
dəstəklənməsi |
Azərbaycan Milli Elmlər
Akademiyası, Təhsil Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondu |
mütəmadi |
5.10.6. |
Gənclərin elmi-texniki
yaradıcılıq fəaliyyətinə
həvəsləndirilməsi istiqamətində
layihələrin həyata keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi |
mütəmadi |
5.10.7. |
Gənclərin sosial
təşəbbüskarlığını artırmaq
və innovativ təfəkkürünü inkişaf
etdirmək məqsədi ilə layihələrin
dəstəklənməsi |
Gənclər və İdman Nazirliyi,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası |
mütəmadi |
5.10.8. |
Gənclərin elm, texnika və innovasiyalar
sahəsinə marağını artırmaq məqsədi
ilə televiziya proqramlarının hazırlanması |
Gənclər və İdman Nazirliyi,
Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası,
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondu |
2017-2021 |
5.10.9. |
Ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatına”
keçiddə gənclərin rolunu artırmaq
məqsədi ilə müvafiq tədbirlərin
keçirilməsi |
Gənclər və İdman Nazirliyi,
İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli
Elmlər Akademiyası |
2017-2021 |
5.11. Gənclərlə iş
sahəsində normativ hüquqi bazanın
təkmilləşdirilməsi və gənclər
siyasətinin həyata keçirilməsinin
səmərəliliyinin artırılması |
|||
5.11.1. |
Normativ hüquqi aktların
gənclərlə bağlı müddəalarının
təhlili və onların
təkmilləşdirilməsinə dair təkliflərin
hazırlanması |
Gənclər və İdman Nazirliyi,
Ədliyyə Nazirliyi, aidiyyəti qurumlar |
2017-2021 |
5.11.2. |
“Gənclər siyasəti sahəsinin
Fəxri İşçisi” adının təsis edilməsi |
Gənclər və İdman Nazirliyi |
2018 |
5.11.3. |
Dövlət orqanlarında
işləyən gənclərin peşə
bacarıqlarının təkmilləşdirilməsi |
Dövlət İmtahan Mərkəzi,
Gənclər və İdman Nazirliyi, aidiyyəti
dövlət orqanları |
2017-2021 |
5.11.4. |
Gənclər
təşkilatlarının fəaliyyətinin
qiymətləndirilmə mexanizminin
təkmilləşdirilməsi |
Gənclər və İdman Nazirliyi,
Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondu |
2017-2018 |
5.11.5. |
Gənclərlə iş
sahəsində təlimçilərin hazırlanması
mexanizminin təkmilləşdirilməsi və bu
istiqamətdə mövcud olan beynəlxalq
təcrübənin tətbiq edilməsi |
Gənclər və İdman Nazirliyi,
Təhsil Nazirliyi |
mütəmadi |
5.11.6. |
Ali təhsilin magistratura
səviyyəsi üzrə ixtisasların
(ixtisaslaşmaların) təsnifatına yeni ixtisaslaşma
kimi “Gənclərlə iş” ixtisasının əlavə
edilməsinə dair təkliflərin hazırlanması |
Təhsil Nazirliyi, Gənclər və
İdman Nazirliyi |
2017-2018 |
5.11.7. |
Gənclərlə iş
sahəsində çalışan mütəxəssis
və əməkdaşların biliklərinin,
bacarıqlarının və peşəkarlıq
səviyyəsinin artırılması |
Gənclər və İdman Nazirliyi |
mütəmadi |
5.11.8. |
Gənclərə xidmət
göstərən dövlət müəssisələrinin
(Gənclər evləri və mərkəzləri)
fəaliyyətinin inkişaf etdirilməsi |
Gənclər və İdman Nazirliyi,
yerli icra hakimiyyəti orqanları |
2017-2021 |
5.11.9. |
Gənclər siyasətinin həyata
keçirilməsinə dair illik hesabatların
hazırlanması |
Gənclər və İdman Nazirliyi |
hər
il |
5.11.10. |
Gənclərin vəziyyətinin
və onların inkişaf dinamikasının
öyrənilməsi üçün elmi
araşdırmaların və tədqiqatların
aparılması |
Gənclər və İdman Nazirliyi |
2017-2021 |
5.11.11. |
Gənclərin inkişafına
yönəlmiş proqram və imkanlar haqqında
ictimaiyyətin məlumatlandırılması |
Gənclər və İdman Nazirliyi |
mütəmadi |