“Təhsildə
inkişaf və innovasiyalar üzrə qrantların məbləği
və ayrılması şərtləri, o cümlədən
vəsaitlərin verilmə prosedurları, monitorinqin
aparılması, hesabat və qiymətləndirmə üzrə
tələblər”in təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Ən
yaxşı ümumi təhsil müəssisəsi və ən
yaxşı müəllim mükafatlarının təsis
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının
ləğv edilməsi və Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nın həyata
keçirilməsi ilə bağlı Fəaliyyət
Planı”nın icrası ilə əlaqədar bəzi məsələlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 avqust tarixli 2255
nömrəli
Sərəncamının 3.1-ci bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara
alır:
“Təhsildə
inkişaf və innovasiyalar üzrə qrantların məbləği
və ayrılması şərtləri, o cümlədən
vəsaitlərin verilmə prosedurları, monitorinqin
aparılması, hesabat və qiymətləndirmə üzrə
tələblər” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan
Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 14 iyun 2017-ci il
№ 258
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci
il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq
edilmişdir. |
Təhsildə
inkişaf və innovasiyalar üzrə qrantların məbləği
və ayrılması şərtləri, o cümlədən
vəsaitlərin verilmə prosedurları, monitorinqin
aparılması, hesabat və qiymətləndirmə üzrə
tələblər
1.
Ümumi müddəalar
1.1. “Təhsildə
inkişaf və innovasiyalar üzrə qrantların məbləği
və ayrılması şərtləri, o cümlədən
vəsaitlərin verilmə prosedurları, monitorinqin
aparılması, hesabat və qiymətləndirmə üzrə
tələblər” (bundan sonra – Sənəd) “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”na və digər normativ hüquqi aktlara uyğun
olaraq hazırlanmışdır və təhsildə
inkişaf və innovasiyalar üzrə qrantların məbləği
və ayrılması şərtlərini, o cümlədən
vəsaitlərin verilməsi prosedurları, monitorinqin
aparılması, hesabat və qiymətləndirmə üzrə
tələbləri müəyyən edir.
1.2. Təhsildə
inkişaf və innovasiyalar üzrə qrantların (bundan sonra
– qrant) ayrılmasında başlıca məqsəd təhsil
müəssisələrində və təhsilverənlərdə
sağlam rəqabəti və innovativ fəaliyyəti
stimullaşdırmaqdan ibarətdir.
1.3. Qrantın
ayrılması üçün Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən ildə
bir dəfə müsabiqə keçirilir. Qrant müsabiqəsinin
keçirilməsi barədə Azərbaycan
Respublikasının Təhsil Nazirliyi rəsmi internet saytı
və digər kütləvi informasiya vasitələri ilə
ictimaiyyəti məlumatlandırır və müsabiqə ilə
bağlı informasiya həmin saytda yerləşdirilir.
1.4. Müsabiqənin
keçirilməsi üçün Azərbaycan
Respublika-sının Təhsil Nazirliyi tərəfindən tərkibi
5 (beş) nəfərdən ibarət Təşkilat Komitəsi
yaradılır. Təşkilat Komitəsinin iclasları onun
üzvlərinin azı üçdə ikisi iştirak etdikdə
baş tutmuş hesab olunur. Təşkilat Komitəsinin
iclaslarında qərarlar açıq səsvermə yolu ilə
iclasda iştirak edən üzvlərin sadə səs
çoxluğu ilə qəbul edilir. Səslər bərabər
olduqda, Təşkilat Komitəsinin sədri həlledici səsə
malikdir.
1.5. Qrant müsabiqəsi
üzrə mövzular prioritet sahələr nəzərə
alınmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən müəyyən edilir.
1.6. Qrant müsabiqəsi
2 kateqoriya – ümumi təhsil müəssisələri və
fərdi layihələr üzrə keçirilir.
1.7. Müsabiqənin
keçirilməsi və nəticələri ilə
bağlı yaranan mübahisəli məsələlərə
baxılması üçün Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən 3
(üç) nəfər üzvdən ibarət Apelyasiya
Komissiyası yaradılır. Apelyasiya Komissiyasının
iclasları onun üzvlərinin hamısı iştirak etdikdə
baş tutmuş hesab olunur. Apelyasiya Komissiyasının
iclaslarında qərarlar açıq səsvermə yolu ilə
üzvlərin sadə səs çoxluğu ilə qəbul
edilir.
1.8. Təşkilat
Komitəsi və Apelyasiya Komissiyası ictimai əsaslarla fəaliyyət
göstərir.
1.9. Qrantlar və
müsabiqənin keçirilməsi ilə bağlı tələb
olunan xərclər hər il bu məqsədlə dövlət
büdcəsində Azərbaycan Respublikasının Təhsil
Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər,
habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr
hesabına maliyyələşdirilir.
2.
Qrantların məbləği və ayrılması şərtləri
2.1. Ümumi təhsil
müəssisələri kateqoriyası üzrə bir layihə
üçün ayrılmış qrant məbləğinin dəyəri
100000 (yüz min) manatdan, fərdi layihələr
kateqoriyası üzrə isə 10000 (on min) manatdan çox
olmamalıdır.
2.2. Ümumi təhsil
müəssisələri kateqoriyası üzrə müsabiqədə
istənilən dövlət tam orta ümumi təhsil müəssisəsi
iştirak edə bilər.
2.3. İbtidai və
orta ümumi təhsil müəssisələri yalnız tam
orta ümumi təhsil müəssisələri ilə birgə
layihə ilə müraciət edə bilərlər.
2.4. Fərdi layihələr
kateqoriyası üzrə müsabiqədə iştirak
üçün mülkiyyət formasından asılı
olmayaraq, bütün ümumi təhsil müəssisələrində
işləyən pedaqoji işçilər müraciət edə
bilərlər.
2.5. Müsabiqədə
iştirak etmək istəyən dövlət ümumi təhsil
müəssisələri və mülkiyyət formasından
asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində
çalışan pedaqoji işçilər müsabiqənin
rəsmi internet səhifəsində qeydiyyatdan keçirlər.
2.6. Müsabiqəyə
ümumi təhsil müəssisələri və pedaqoji
işçilər tərəfindən yalnız 1 layihə təqdim
edilə bilər.
2.7. Digər qurumlar
tərəfindən tam maliyyələşdirilmiş,
icrası davam edən və ya başa çatmış layihələr
müsabiqə çərçivəsində əlavə və
ya təkrar maliyyələşdirilmir.
2.8. Müsabiqə
çərçivəsində maliyyələşdirilmiş
və icrası başa çatmamış layihələrin
resipiyentlərinin yeni müsabiqədə iştirakına yol
verilmir.
2.9. Layihəsinin
icrası başa çatmış, lakin layihənin icrası
ilə bağlı hesabatları yeni müsabiqə çərçivəsində
layihələrin qəbulu üçün müəyyən
edilmiş son tarixədək Azərbaycan Respublikasının
Təhsil Nazirliyinə təqdim etməmiş ümumi təhsil
müəssisələrinin və pedaqoji işçilərin
müraciətlərinə baxılmır.
2.10. Layihələr
elektron formada, bu sənədlə müəyyənləşdirilmiş
Ərizə (müvafiq olaraq 1 və 3 nömrəli əlavələr)
və ümumi təhsil müəssisələri və
pedaqoji işçilər tərəfindən təklif olunan
layihə (bundan sonra – layihə təklifi) formasına
(müvafiq olaraq 2 və 4 nömrəli əlavələr)
uyğun təqdim edilir.
2.11. Müsabiqəyə
təqdim olunmuş layihə təkliflərinin icra müddəti
3 aydan az, 12 aydan çox olmamalıdır.
2.12. Siyasi, dini,
xeyriyyə fəaliyyətini, xaricdə təhsili, humanitar
yardımı və gəlirin artırılmasını nəzərdə
tutan layihə təkliflərinə baxılmır.
3. Qiymətləndirilmə
üzrə tələblər
3.1. Layihə təklifləri
Təşkilat Komitəsi tərəfindən layihələrin
təqdim edilməsi üçün müəyyənləşdirilmiş
son tarixdən sonra 30 gün ərzində qiymətləndirilir
və müsabiqənin qalibi olmuş layihələr barədə
məlumat Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi
internet saytı və digər kütləvi informasiya vasitələri
ilə ictimaiyyətə elan olunur.
3.2. Müsabiqəyə
təqdim olunmuş layihələrin qiymətləndirilməsi
texniki ekspertiza və məzmun ekspertizası mərhələlərində
həyata keçirilir.
3.3. Layihələrin
texniki ekspertizası aşağıdakı
ardıcıllıqla Təşkilat Komitəsi tərəfindən
həyata keçirilir:
3.3.1. layihə təkliflərinin
və əlavə olunmuş sənədlərin bu Sənədin
1-6 nömrəli əlavələrinə və müsabiqənin
şərtlərinə uyğunluğunu yoxlayır;
3.3.2. layihə təkliflərinin
oxşarlığını və ya təkrar verilmə
ehtimalını müəyyənləşdirir;
3.3.3. layihəni təqdim
etmiş ümumi təhsil müəssisələrinin və
ya pedaqoji işçilərin Azərbaycan Respublikası Təhsil
Nazirliyinin maliyyə dəstəyi ilə əvvəl icra
etdikləri layihələrin səmərəliliyini və nəticələrini
araşdırır.
3.4. Müsabiqəyə
təqdim olunmuş layihə təkliflərinin məzmun
ekspertizasını həyata keçirmək üçün
Təşkilat Komitəsi tərəfindən təhsil mütəxəssislərindən
ibarət Ekspert Qrupu yaradılır. Ekspert Qrupu 5 (beş)
üzvdən ibarət olur. Ekspert Qrupunun iclasları onun
üzvlərinin azı üçdə ikisi iştirak etdikdə
baş tutmuş hesab olunur. Ekspert Qrupunun iclaslarında qərarlar
açıq səsvermə yolu ilə iclasda iştirak edən
üzvlərin sadə səs çoxluğu ilə qəbul
edilir. Səslər bərabər olduqda, Ekspert Qrupunun sədri
həlledici səsə malikdir.
3.5. Ekspert Qrupu:
3.5.1. layihə təklifinin
prioritet sahələrə uyğunluğunu, ictimai əhəmiyyətliliyini,
səmərəli və real olmasını, habelə
davamlılıq amillərini qiymətləndirir;
3.5.2. layihə təkliflərinin
büdcəsini araşdırır;
3.5.3. hər bir layihə
üzrə bu Sənədin 3.6-cı bəndində qeyd olunan
meyarlar əsasında bal verir.
3.6. Müsabiqəyə
təqdim edilmiş layihələr Ekspert Qrupu tərəfindən
100 ballıq şkala ilə qiymətləndirilir və qiymətləndirmə
meyarları aşağıdakılardır:
3.6.1. uyğunluq –
layihənin müsabiqənin elanında qeyd edilən prioritet
sahələrə uyğunluğu – 5 bal;
3.6.2. orijinallıq –
layihənin digər layihə təkliflərindən fərqli
olması – 5 bal;
3.6.3. problemin
vacibliyi – layihədə qaldırılan problemin
aktuallığı və əsaslandırılması – 10
bal;
3.6.4. məqsəd və
vəzifələrin dəqiqliyi – layihənin məqsədinin
konkretliyi və problemin həllinə uyğunluğu, layihənin
vəzifələrinin aydın təsvir olunması və
qoyulan məqsədə çatmağa yönəldilməsi
– 10 bal;
3.6.5.
faydalılıq – təhsilin inkişafına verəcəyi
töhfə və mövcud problemin həllinə zəmin
yaratması – 20 bal;
3.6.6.
davamlılıq – qazanılan müsbət təcrübənin
geniş miqyasda yayılmasının və digər ümumi təhsil
müəssisələrində tətbiqinin
mümkünlüyü – 10 bal;
3.6.7. fəaliyyət
planı – layihə çərçivəsində
görüləcək işlərin reallığı,
aydın təsvir olunması, ardıcıllığı, qaldırılan
problemin həllinə, qoyulan məqsəd və vəzifələrə
çatmağa yönəldilməsi – 10 bal;
3.6.8. monitorinq və
qiymətləndirmə – layihənin monitorinq və qiymətləndirmə
metodologiyalarının effektivliyi – 10 bal;
3.6.9. maliyyə səmərəliliyi
– layihənin smetasının görüləcək işlərə
uyğunluğu – 20 bal.
3.7. Qiymətləndirmə
nəticəsində ümumilikdə 50 baldan aşağı
bal toplamış layihələr maliyyələşdirilmir.
3.8. Ekspert Qrupu bu Sənədin
3.6-cı bəndinə uyğun olaraq, hər bir layihə
haqqında rəy hazırlayır və Təşkilat Komitəsinə
təqdim edir.
3.9. Ekspert Qrupunun təqdim
etdiyi rəy Təşkilat Komitəsində müzakirə
olunur və Təşkilat Komitəsinin təqdimatı əsasında
Azərbaycan Respublikasının Təhsil Nazirliyi layihələrin
maliyyələş-dirilməsi barədə qərarlar qəbul
edir və nəticələri rəsmi internet səhifəsində
dərc etdirir.
3.10. Qrant
alınmasına dair qərar (müqavilə) Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216
nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant
müqavilələrinin (qərarlarının) qeydə
alınması Qaydası”na uyğun olaraq qeydə
alınması üçün qeydiyyat orqanına təqdim
edilməlidir.
4.
Monitorinqlərin aparılması üzrə tələblər
4.1. Maliyyələşdirilmiş
layihələrin icrasına nəzarət məqsədi ilə
monitorinqlər keçirilir.
4.2. Layihələrin
icrası və nəticələri ilə bağlı
monitorinq Təşkilat Komitəsi tərəfindən
aparılır. Digər hüquqi və fiziki şəxslər
də monitorinqin aparılmasına cəlb edilə bilərlər.
4.3. Monitorinqin səmərəli
aparılması üçün resipiyent tərəfindən
şərait yaradılır, layihənin icra vaxtı və
keçiriləcəyi məkan haqqında Təşkilat Komitəsinə
əvvəlcədən məlumat verilir.
4.4. Təşkilat
Komitəsi layihənin icra müddətində resipiyenti məlumatlandırmadan
həyata keçirilən fəaliyyətlərin monitorinqini
apara bilər.
4.5. Resipiyent layihənin
icrası və hesabatı müddətində aparılan
monitorinq zamanı müvafiq sənəd qovluğunu Təşkilat
Komitəsinə təqdim etməlidir.
5. Vəsaitlərin
verilməsi prosedurları üzrə tələblər
5.1. Ümumi təhsil
müəssisələri kateqoriyası üzrə maliyyələşdirilməsi
barədə qərar qəbul olunmuş layihələrə
ayrılacaq qrantlar bağlanılmış qrant müqaviləsi
əsasında 3 mərhələdə ödənilir. Birinci
mərhələdə vəsaitin 30 faizi, ikinci mərhələdə
40 faizi və layihənin yekun hesabatı təqdim edildikdən
sonra isə qalan 30 faizi nağdsız qaydada ödənilir. Fərdi
layihələr kateqoriyası üzrə maliyyələşdirilməsi
barədə qərar qəbul olunmuş layihələrə
ayrılacaq qrantlar mövcud qanunvericiliyə uyğun qaydada
bağlanılmış qrant müqaviləsi əsasında 2
mərhələdə ödənilir. Birinci mərhələdə
vəsaitin 70 faizi, ikinci mərhələdə isə qalan 30
faizi nağdsız qaydada ödənilir.
5.2. Resipiyentlər
layihənin smetasını bu Sənədin 5 nömrəli əlavəsinə
əsasən müəyyən edilmiş formada tərtib etməlidirlər.
5.3. Resipiyentə
ayrılmış maliyyə vəsaiti Təşkilat Komitəsi
tərəfindən təsdiq edilmiş layihənin icra planına
(6 nömrəli əlavə) və xərclər smetasına
(5 nömrəli əlavə) uyğun xərclənməlidir.
Fəaliyyət planında və xərclər smetasında dəyişiklik
etmək zərurəti yaranarsa, dəyişikliklər əvvəlcədən
Təşkilat Komitəsi ilə
razılaşdırılmalıdır.
5.4. Bu müsabiqə
çərçivəsində hər iki kateqoriya üzrə
əldə edilmiş qrant vəsaiti aşağıdakı
istiqamətlər üzrə xərclənir:
5.4.1. laboratoriya,
kompüter və digər avadanlıqların
alınma-sına;
5.4.2. layihədə
iştirak edən yerli və beynəlxalq təlimçi və
ekspertlərə qonorar ödənilməsinə;
5.4.3. layihə
çərçivəsində nəzərdə tutulan yerli
və beynəlxalq səfərlər zamanı ezamiyyə xərclərinə;
5.4.4. tədris
resurslarının, elmi-metodik ədəbiyyatın
alınmasına;
5.4.5. layihənin
icrasında iştirak edən şagird və pedaqoji
işçilərə mükafat verilməsinə;
5.4.6. rabitə və
internet xərclərinin ödənilməsinə;
5.4.7. təlim,
seminar və digər tədbirlərin keçirilməsi
üçün yerin icarəsinə;
5.4.8. tədbir
iştirakçılarının yemək və
yaşayış xərclərinə;
5.4.9. dəftərxana
ləvazimatlarının alınmasına;
5.4.10. nəqliyyatın
icarəsinə;
5.4.11. tədbirlərin
təşkili xərclərinə;
5.4.12. çap xərclərinə;
5.4.13. layihənin həyata
keçirilməsi ilə bağlı Təşkilat Komitəsi
ilə razılaşdırılmış digər zəruri xərclərə.
6. Hesabat
üzrə tələblər
6.1. Ümumi təhsil
müəssisələri və fərdi layihələr
kateqoriyaları üzrə layihələrin icrası başa
çatdıqdan sonra 30 gündən gec olmayaraq, müvafiq
icra və maliyyə hesabatları təsdiqləyici sənədlərlə
birlikdə Təşkilat Komitəsinə təqdim edilir.
6.2. Layihə
üçün ayrılmış vəsait tam xərclənmədikdə,
qalıq məbləğ Azərbaycan Respublikası Təhsil
Nazirliyinin hesabına qaytarılır.
6.3. Hesabatlar
yoxlanıldıqdan sonra Təşkilat Komitəsi tərəfindən
təsdiq edilir və bu barədə resipiyent yazılı surətdə
məlumatlandırılır.
6.4. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi resipiyentə
ayrılmış maliyyə vəsaitinin təyinatı
üzrə xərclənmədiyini və ya digər pozuntular
aşkar edərsə, Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq vəsaitin qaytarılması
üçün tədbirlər həyata keçirir.
|
“Təhsildə
inkişaf və innovasiyalar üzrə qrantların məbləği
və ayrılması şərtləri, o cümlədən
vəsaitlərin verilmə prosedurları, monitorinqin
aparılması, hesabat və qiymətləndirmə üzrə
tələblər”ə 1 nömrəli əlavə |
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və
innovasiyalar qrant müsabiqəsi çərçivəsində
ümumi təhsil müəssisələrinin maliyyə
yardımı almaq üçün
Ərizə
forması
1.
Ümumi məlumat
2. Ümumi təhsil müəssisəsi
haqqında məlumat
3. Ümumi təhsil müəssisəsinin həyata
keçirdiyi layihələr Aşağıdakı
formaya uyğun olaraq ümumi təhsil müəssisəsinin
son 3 ildə həyata keçirdiyi layihələr barədə
məlumat verilməlidir.
Qoşmalar:
|
|
“Təhsildə
inkişaf və innovasiyalar üzrə qrantların məbləği
və ayrılması şərtləri, o cümlədən
vəsaitlərin verilmə prosedurları, monitorinqin
aparılması, hesabat və qiymətləndirmə üzrə
tələblər”ə 2 nömrəli əlavə |
Layihə
təklifinin forması
(ümumi
təhsil müəssisələri üçün)
Qeyd. Ekspertizaya yalnız layihə təklifi təqdim
olunur.
1. Layihənin adı
Layihənin
adını aydın və dəqiq yazın.
2. Problemin qoyuluşu (1-2 səhifə)
Layihədə
həllinə çalışmaq istədiyiniz problemi (məsələni)
təsvir edin. Problemin Azərbaycan Respublikasında təhsil
sahəsinin inkişafı üçün aktual olduğunu əsaslandırın.
3. Layihənin məqsəd və vəzifələri
(0,5-1 səhifə)
Layihənin
məqsədini 1 cümlədə ifadə edin. Qarşıya
qoyulmuş vəzifələrin müəyyən zaman çərçivəsində
reallığa uyğun olaraq spesifik, ölçülə bilən
olmasına diqqət yetirin.
4. Görüləcək işlər (3-5 səhifə)
Həyata
keçiriləcək fəaliyyət növlərinin qısa
təsvirini, icra müddətini ardıcıllıqla qeyd edin.
Hər bir fəaliyyət növü üzrə əldə
ediləcək nəticələri konkret olaraq təsvir edin.
5. Layihənin icra müddəti (0,5 səhifə)
Layihənin əhatə
etdiyi müddəti qeyd edin.
Layihənin
icra planı ayrıca cədvəl şəklində tərtib
edilərək, layihəyə əlavə olunmalıdır.
6. Gözlənilən nəticələr (1-2
səhifə)
Layihənin
həyata keçirilməsinin sonunda əldə ediləcək
nəticələri təsvir edin. Layihənin təsvir edilən
problemin həllinə necə təsir edəcəyi barədə
məlumat verin.
7. Layihə çərçivəsində
qurulacaq əməkdaşlıq (0,5-1 səhifə)
Layihənin
icrası zamanı digər ümumi təhsil müəssisələri,
dövlət qurumları, QHT-lər, şirkətlər və
beynəlxalq təşkilatlar ilə qurulacaq əməkdaşlıqların
hansı formada olacağını təsvir edin.
8. Layihənin monitorinqi və
davamlılığı (1-2 səhifə)
Layihənin
icrası və nəticələri haqqında ictimaiyyətin
məlumatlandırılması və informasiya əldə
edilməsi yollarını göstərin. Layihənin
icrası başa çatdıqdan sonra onun davamlılığının
təmin olunması istiqamətində görəcəyiniz
işləri qeyd edin.
9. Layihənin qiymətləndirilməsi və
hesabatlılığı (1-2 səhifə)
Layihənin
qiymətləndirilməsi meyarlarını və
hesabatlılıq formalarını qeyd edin. Nail olunmuş dəyişikliyin
hansı meyarlar əsasında müəyyənləşdiriləcəyini
izah edin.
10. Layihənin büdcəsi
Layihənin büdcəsi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi
formaya uyğun tərtib olunmalı və layihəyə əlavə
edilməlidir.
Qoşmalar:
Sıra №-si |
Sənədin adı |
Forması |
1. |
Layihə
təklifi |
tam formada elektron variantda layihə
təklifi |
2. |
Layihənin
icra planı |
elektron variantda icra planı |
3. |
Layihənin
xərclər smetası |
Microsoft Excel proqramında tərtib
olunmalıdır; layihənin
hesablamalar baxımından proqramlaşdırılmış
büdcəsi |
|
“Təhsildə
inkişaf və innovasiyalar üzrə qrantların məbləği
və ayrılması şərtləri, o cümlədən
vəsaitlərin verilmə prosedurları, monitorinqin
aparılması, hesabat və qiymətləndirmə üzrə
tələblər”ə 3 nömrəli əlavə |
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və
innovasiyalar qrant müsabiqəsi çərçivəsində
ümumi təhsil müəssisələrində
çalışan pedaqoji işçilərinin maliyyə
yardımı almaq üçün
Ərizə
forması
1.
Ümumi məlumat
1.1. |
Hal-hazırda
işlədiyiniz dövlət ümumi təhsil müəssisənin
adı |
|
1.2. |
Çalışdığınız
ümumi təhsil müəssisəsinin yerləşdiyi
şəhər və ya rayonun adı |
|
1.3. |
Çalışdığınız
ümumi təhsil müəssisəsinin direktorunun soyadı,
adı və atasının adı |
|
|
iş
telefonu |
|
|
ev
telefonu |
|
|
mobil
telefonu |
|
|
elektron
poçt ünvanı |
|
1.4. |
Layihənin
adı |
|
1.5. |
Layihənin
istiqaməti (Təhsil Nazirliyinin müsabiqəyə aid
elanında verilmiş istiqamətlərdən biri nəzərdə
tutulur) |
|
1.6. |
Layihə
rəhbərinin soyadı, adı, atasının adı və
tutduğu vəzifə |
|
|
layihə
rəhbərinin iş telefonu |
|
|
layihə
rəhbərinin ev telefonu |
|
|
layihə
rəhbərinin mobil telefonu |
|
|
layihə
rəhbərinin elektron poçt ünvanı |
|
1.7. |
Layihənin
müddəti |
|
1.8. |
Layihənin
ümumi məbləği |
|
1.9. |
Qrant
üçün tələb olunan məbləğ |
|
2. Həyata
keçirdiyiniz layihələr
Aşağıdakı
formaya uyğun olaraq ümumi təhsil müəssisəsində
çalışan pedaqoji işçinin son 3 ildə həyata
keçirdiyi layihələr barədə məlumat verilməlidir.
Sıra №-si |
Layihənin adı |
Həyata keçirilmə müddəti |
Məbləği |
Donoru |
1. |
|
|
|
|
2. |
|
|
|
|
3. |
|
|
|
|
4. |
|
|
|
|
5. |
|
|
|
|
Qoşmalar:
Sıra №-si |
Sənədin adı |
Forması |
1. |
Layihənin
icrasına cəlb ediləcək əsas şəxslərin
tərcümeyi-halı (CV) və işinin təsviri |
elektron
variantda |
2. |
Dəstək
məktubları (əgər varsa) |
surətləri
(skan olunmuş) |
|
“Təhsildə
inkişaf və innovasiyalar üzrə qrantların məbləği
və ayrılması şərtləri, o cümlədən
vəsaitlərin verilmə prosedurları, monitorinqin
aparılması, hesabat və qiymətləndirmə üzrə
tələblər”ə 4 nömrəli əlavə |
Layihə təklifinin forması
(pedaqoji
işçilər üçün)
Qeyd: Ekspertizaya yalnız layihə təklifi təqdim
olunur.
1. Layihənin adı
Layihənin
adını aydın və dəqiq yazın.
2. Problemin qoyuluşu (0,5-1 səhifə)
Layihədə
həllinə çalışmaq istədiyiniz problemi (məsələni)
təsvir edin. Problemin Azərbaycan Respublikasında təhsil
sahəsinin inkişafı üçün aktual olduğunu əsaslandırın.
3. Layihənin məqsəd və vəzifələri
(0,5 səhifə)
Layihənin
məqsədini 1 cümlədə ifadə edin. Qarşıya
qoyulmuş vəzifələrin müəyyən zaman çərçivəsində
reallığa uyğun olaraq spesifik, ölçülə bilən
olmasına diqqət yetirin.
4. Görüləcək işlər (1-2 səhifə)
Həyata
keçiriləcək fəaliyyət növlərinin qısa
təsvirini, icra müddətini ardıcıllıqla qeyd edin.
Hər bir fəaliyyət növü üzrə əldə
ediləcək nəticələri konkret olaraq təsvir edin.
5. Layihənin icra müddəti (0,5 səhifə)
Layihənin əhatə
etdiyi müddəti qeyd edin.
Layihənin
icra planı ayrıca cədvəl şəklində tərtib
edilərək, layihəyə əlavə olunmalıdır.
6. Gözlənilən nəticələr (0,5
səhifə)
Layihənin
həyata keçirilməsinin sonunda əldə ediləcək
nəticələri təsvir edin. Layihənin təsvir edilən
problemin həllinə necə təsir edəcəyi barədə
məlumat verin.
7. Layihə çərçivəsində
qurulacaq əməkdaşlıq (0,5 səhifə)
Layihənin
icrası zamanı digər ümumi təhsil müəssisələri,
dövlət qurumları, QHT-lər, şirkətlər və
beynəlxalq təşkilatlar ilə qurulacaq əməkdaşlıqların
hansı formada olacağını təsvir edin.
8. Layihənin monitorinqi və
davamlılığı (1 səhifə)
Layihənin
icrası və nəticələri haqqında ictimaiyyətin
məlumatlandırılması və informasiya əldə
edilməsi yollarını göstərin. Layihənin
icrası başa çatdıqdan sonra onun davamlılığının
təmin olunması istiqamətində görəcəyiniz
işləri qeyd edin.
9. Layihənin qiymətləndirilməsi və
hesabatlılığı (1 səhifə)
Layihənin
qiymətləndirilməsi meyarlarını və
hesabatlılıq formalarını qeyd edin. Nail olunmuş dəyişikliyin
hansı meyarlar əsasında müəyyənləşdiriləcəyini
izah edin.
10. Layihənin büdcəsi
Layihənin büdcəsi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi
formaya uyğun tərtib olunmalı və layihəyə əlavə
edilməlidir.
Qoşmalar:
Sıra №-si |
Sənədin adı |
Forması |
1. |
Layihə
təklifi |
tam
formada elektron variantda layihə təklifi |
2. |
Layihənin
icra planı |
elektron
variantda icra planı |
3. |
Layihənin
xərclər smetası |
Microsoft
Excel proqramında tərtib olunmalıdır; layihənin
hesablamalar baxımından proqramlaşdırılmış
büdcəsi |
|
“Təhsildə
inkişaf və innovasiyalar üzrə qrantların məbləği
və ayrılması şərtləri, o cümlədən
vəsaitlərin verilmə prosedurları, monitorinqin
aparılması, hesabat və qiymətləndirmə üzrə
tələblər”ə 5 nömrəli əlavə |
XƏRCLƏR
SMETASI
Layihənin
adı |
|
||||
Layihənin
əhatə etdiyi dövr |
|
tarixdən |
|
tarixədək |
|
|
|
|
|
|
|
1. |
Əməyin
ödənişi |
|
|
|
|
2. |
Əməkhaqqına
əlavə |
|
|
|
|
3. |
İdarənin
saxlanılması |
|
|
|
|
4. |
Ezamiyyə
xərcləri |
|
|
|
|
5. |
Nəqliyyat
xərcləri |
|
|
|
|
6. |
Kommunal
və kommunikasiya xərcləri |
|
|
|
|
7. |
İstehlak
malları və materiallarının alınması, tədbirlərin
təşkili xərcləri |
|
|
|
|
8. |
Çap
məhsullarının hazırlanması |
|
|
|
|
9. |
İnventar,
avadanlıq və digər alışlar |
|
|
|
|
10. |
Sair
xidmətlərin haqqının ödənilməsi |
|
|
|
|
11. |
Sair
müxtəlif xərclər |
|
|
|
|
12. |
Bank
xərcləri |
|
|
|
|
CƏMİ |
|
|
|
|
Sıra №-si |
Xərclərin adı |
Ölçü vahidi |
Vahid-lərin sayı |
Vahid-in qiyməti |
Büdcənin məbləği (manatla) |
||
1 |
2 |
3 |
4 |
5 |
|||
1. |
Əməyin
ödənişi |
||||||
001 001 |
Layihənin
rəhbəri |
ay |
|
|
|
||
001 002 |
Mühasib
|
ay |
|
|
|
||
001 003 |
Köməkçi |
ay |
|
|
|
||
001 004 |
Hüquqşünas |
ay |
|
|
|
||
001 005 |
Ekspert |
ay |
|
|
|
||
001 099 |
Digər
|
ay |
|
|
|
||
Cəmi |
|
||||||
2. |
Əməkhaqqına
əlavə |
||||||
002 001 |
Dövlət
Sosial Müdafiə Fonduna ayırmalar - 22% |
manat |
|
0,22 |
|
||
002 002 |
İcbari
sığorta xərci |
manat |
|
0,2 |
|
||
Cəmi |
|
||||||
3. |
İdarənin
saxlanılması |
||||||
003 001 |
Dəftərxana
xərcləri |
ay |
|
|
|
||
003 002 |
Ofisin
icarəsi |
ay |
|
|
|
||
003 099 |
Digər
xərclər |
ay |
|
|
|
||
Cəmi |
|
||||||
4. |
Ezamiyyə xərcləri |
||||||
|
Ölkədaxili
ezamiyyətlər: |
|
|
|
|
||
004 001 |
Yol
xərci |
gediş-gəliş |
|
|
|
||
004 002 |
Mehmanxana
(mənzil) xərci (4 rayon*2 nəfər* 2
gün) |
gün |
|
|
|
||
004 003 |
Gündəlik
xərc |
gün |
|
|
|
||
|
Xarici ölkələrə
ezamiyyətlər: |
|
|
|
|
||
004 004 |
Yol
xərci |
gediş-gəliş |
|
|
|
||
004 005 |
Mehmanxana
(mənzil) xərci |
gün |
|
|
|
||
004 006 |
Gündəlik
xərc (yemək, rabitə və s.) |
gün |
|
|
|
||
004 007 |
Sığorta
xərci |
nəfər |
|
|
|
||
004 008 |
Viza
xərci |
nəfər |
|
|
|
||
004 099 |
Digər |
|
|
|
|
||
Cəmi |
|
||||||
5. |
Nəqliyyat xərcləri |
||||||
005 001 |
Yanacaq
və sürtkü materiallarının alınması |
litr |
|
|
|
||
005 002 |
Nəqliyyatın
icarəsi |
gün |
|
|
|
||
005 099 |
Digər |
|
|
|
|
||
Cəmi |
|
||||||
6. |
Kommunal və
kommunikasiya xərcləri |
||||||
006 001 |
Kommunal
xərclər |
ay |
|
|
|
||
006 002 |
Mobil
rabitə xərcləri |
ay |
|
|
|
||
006 003 |
İnternet
xərci |
ay |
|
|
|
||
006 099 |
Digər |
|
|
|
|
||
Cəmi |
|
||||||
7. |
İstehlak
malları və materiallarının alınması, tədbirlərin
təşkili |
||||||
007 001 |
Yemək
xərci |
nəfər |
|
|
|
||
007 002 |
Çay
və ya kofe xərci (4 rayon*70 nəfər*2 gün) |
nəfər |
|
|
|
||
007 003 |
Tədbir
və ya təlim üçün dəftərxana ləvazimatları
xərci |
nəfər |
|
|
|
||
007 004 |
Tədbir
və ya təlim üçün zal icarəsi |
gün |
|
|
|
||
007 005 |
Tədbirin
və ya təlimin foto çəkilişinin təşkili |
dəfə |
|
|
|
||
007 006 |
Tədbirin
və ya təlimin video çəkilişinin təşkili |
dəfə |
|
|
|
||
007 007 |
Tədbir
üçün materialların çoxaldılması |
vərəq |
|
|
|
||
007 008 |
Xarici
ölkələrdən gələn
iştirakçıların otel xərci |
nəfər |
|
|
|
||
007 099 |
Digər
|
|
|
|
|
||
Cəmi |
|
||||||
8. |
Çap məhsullarının
hazırlanması |
||||||
008 001 |
Kitab
çapı (50 səhifədən yuxarı) |
ədəd |
|
|
|
||
008 002 |
Kitabça
çapı (50 səhifəyədək) |
ədəd |
|
|
|
||
008 003 |
Buklet
çapı |
ədəd |
|
|
|
||
008 004 |
Broşür
çapı |
ədəd |
|
|
|
||
008 005 |
Flayer
çapı |
ədəd |
|
|
|
||
008 006 |
Dəvətnamə
çapı |
ədəd |
|
|
|
||
008 007 |
Təqvim
çapı |
ədəd |
|
|
|
||
008 008 |
İnformativ
plakat çapı |
ədəd |
|
|
|
||
008 009 |
Banner
çapı |
ədəd |
|
|
|
||
008 010 |
Təlimat
materiallarının və metodiki göstərişlərin
çapı |
ədəd |
|
|
|
||
008 011 |
Xüsusi
geyimlərin hazırlanması (papaq, köynək və s.) |
ədəd |
|
|
|
||
008 099 |
Digər |
ədəd |
|
|
|
||
Cəmi |
|
||||||
9. |
İnventar və
digər avadanlıqların alışı |
||||||
009 001 |
Stolüstü
kompüter |
ədəd |
|
|
|
||
009 002 |
Noutbuk |
ədəd |
|
|
|
||
009 003 |
Ofis
texnikası (printer, kseroks, faks, skaner, modem və s.) |
ədəd |
|
|
|
||
009 004 |
İnventarın
alınması (stol, stul, kreslo, televizor, telefon aparatı, seyf
və s.) |
ədəd |
|
|
|
||
009 005 |
İstehsal
təyinatlı avadanlıqların alınması (tikiş,
emal, qablaşdırma və s.) |
ədəd |
|
|
|
||
009 006 |
Torpaq,
bina , qurğu və digər əsas vəsaitlərin
alınması |
manat |
|
|
|
||
009 007 |
Toxum,
gübrə və digər məhsulların alınması |
kq |
|
|
|
||
009 008 |
Ağac
tinglərinin alışı |
ədəd |
|
|
|
||
009 009 |
Dərmanların,
sarğı ləvazimatlarının və digər
materialların alınması |
ədəd |
|
|
|
||
009 010 |
Yumşaq
inventarın, yataq ləvazimatlarının alışı |
ədəd |
|
|
|
||
009 099 |
Digər
alışlar və xidmətlər |
|
|
|
|
||
Cəmi |
|
||||||
10. |
Sair xidmətlərin
haqqının ödənilməsi |
||||||
010 001 |
Təlimçi
xidməti |
xidmət |
|
|
|
||
010 002 |
Ekspert
xidməti |
xidmət |
|
|
|
||
010 003 |
Hüquqşünas
xidməti |
xidmət |
|
|
|
||
010 004 |
Mühasib
xidməti |
xidmət |
|
|
|
||
010 005 |
İntervüer
(sorğuçu) xidməti |
xidmət |
|
|
|
||
010 006 |
Sürücü
xidməti |
xidmət |
|
|
|
||
010 007 |
Tərcüməçi
xidməti |
xidmət |
|
|
|
||
010 008 |
Sosioloq
xidməti |
xidmət |
|
|
|
||
010 009 |
Psixoloq
xidməti |
xidmət |
|
|
|
||
010 010 |
Piar
xidməti |
xidmət |
|
|
|
||
010 011 |
Rejissor
xidməti |
xidmət |
|
|
|
||
010 012 |
Ssenarist
xidməti |
xidmət |
|
|
|
||
010 013 |
Aktyor
xidməti |
xidmət |
|
|
|
||
010 014 |
Abadlaşdırma
xidmətləri |
birdəfəlik |
|
|
|
||
010 015 |
Elmi-tədqiqat
xidmətləri |
birdəfəlik |
|
|
|
||
010 016 |
Ekoloq
xidməti |
birdəfəlik |
|
|
|
||
009 099 |
Digər
|
|
|
|
|
||
Cəmi |
|
||||||
11. |
Sair müxtəlif
xərclər |
||||||
011 001 |
Elektron
proqram təminatının yaradılması |
birdəfəlik |
|
|
|
||
011 002 |
Saytın
yaradılması və ya saxlanılması xərci |
birdəfəlik |
|
|
|
||
011 003 |
Domen
və hostinq xərci |
birdəfəlik |
|
|
|
||
011 004 |
Film
çəkilişi xərci (foto və video
avadanlıqların icarəsi) |
birdəfəlik |
|
|
|
||
011 005 |
Reklam
çəkilişi |
birdəfəlik |
|
|
|
||
011 006 |
Sosial
çarxların çəkilişi |
birdəfəlik |
|
|
|
||
011 007 |
Disklərin
yazılması və qablaşdırılması |
birdəfəlik |
|
|
|
||
011 008 |
Tərəfdaş
təşkilatın xərcləri |
birdəfəlik |
|
|
|
||
011 099 |
Digər |
|
|
|
|
||
Cəmi |
|
||||||
12. |
Bank xərcləri |
||||||
012 001 |
Komissiya
xərci |
birdəfəlik |
|
|
|
||
012 002 |
Çek
kitabçasının alınması |
birdəfəlik |
|
|
|
||
Cəmi |
|
||||||
LAYİHƏ ÜZRƏ YEKUN |
|
||||||
|
“Təhsildə
inkişaf və innovasiyalar üzrə qrantların məbləği
və ayrılması şərtləri, o cümlədən
vəsaitlərin verilmə prosedurları, monitorinqin
aparılması, hesabat və qiymətləndirmə üzrə
tələblər”ə 6 nömrəli əlavə |
İCRA
PLANI
Layihənin adı ___________________ |
|
||||||||||||||
Layihənin icra müddəti ___________ |
|
||||||||||||||
Sıra №-si |
Fəaliyyətlərin təsviri |
Fəaliyyətin
icra vaxtı (ay və il) |
Məsul
şəxs |
İcra
ediləcək məkan (ünvan) |
|||||||||||
yanvar 20___ |
fevral 20___ |
mart 20___ |
aprel 20___ |
may 20___ |
iyun 20___ |
iyul 20___ |
avqust 20___ |
sentyabr 20___ |
oktyabr 20___ |
noyabr 20___ |
dekabr 20___ |
||||
1. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
2. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
3. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
4. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
5. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
6. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
7. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
8. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
9. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
10. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
11. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
12. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
13. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
14. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
15. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeydlər: |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
1. Sıra
ardıcıllığı fəaliyyətlərin sayı
qədər artırıla bilər. |
|
|
|
|
|
|
|
|
|
|||||
|
2. Nəzərdə
tutulan işlər icra vaxtı ardıcıllığı
ilə qeyd edilməlidir. |
|
|
|
|
|
|
|
|
||||||
|
3. Fəaliyyətin
icra vaxtı hissəsində müvafiq xanalar rəngli verilməlidir. |
|
|
|
|
|
|
|