“Qaz təchizatı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci
hissəsinin 11-ci bəndini rəhbər tutaraq,
“Uyğunluğun qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü
il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi
ilə əlaqədar qərara
alır:
“Qaz təchizatı haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 563; 2004, ¹ 7, maddə 505;
2007, ¹ 5, maddə 442; 2009, ¹ 10, maddə 768; 2010, ¹ 5, maddə
374; 2011, ¹ 4, maddə 262, ¹ 12, maddə 1091; 2015, ¹ 11, maddə
1251; 2016, ¹ 12, maddə 1991) aşağıdakı dəyişikliklər
edilsin:
1. 1-ci maddənin altıncı abzası
aşağıdakı redaksiyada verilsin:
“qaz eksperti - qaz təchizatı sahəsində
sınaq işlərinin aparılması üzrə
“Uyğunluğun qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş
fiziki və hüquqi şəxslər;”.
2. 3-cü maddəyə aşağıdakı məzmunda
9-cu hissə əlavə edilsin:
“9. Sənaye qurğularının və proseslərinin,
istehlakçı qurğularının, enerji
daşıyıcılarının və məhsullarının
sertifikatlaşdırılması “Uyğunluğun qiymətləndirilməsi
sahəsində akkreditasiya haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş
qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumlar tərəfindən aparılır. ”.
3. 4-cü maddənin ikinci hissəsinin birinci cümləsindən
“və sertifikat verildikdən” sözləri, ikinci cümləsindən
“və sertifikatın verilməsinə” sözləri
çıxarılsın.
4.
8-ci maddənin birinci hissəsindən
“sertifikatlaşdırılması,” sözü,
dördüncü hissəsindən “və
sertifikatlarının” sözləri
çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 aprel 2017-ci il
¹
595-VQD