“Lisenziyalar və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və
10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Lisenziyalar
və icazələr haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr
2017, 2036) aşağıdakı dəyişikliklər edilsin:
1.1.
8.1.5-ci, 19.12.4-cü, 22.4-cü, 22.5-ci və 26.1.2-ci maddələrdə
“icazənin” sözü “lisenziyanın (icazənin)” sözləri
ilə, 22.4-cü və 22.5-ci maddələrdə “İcazənin”
sözü “Lisenziyanın (icazənin)” sözləri ilə əvəz
edilsin;
1.2.
aşağıdakı məzmunda 19.8-1-ci maddə əlavə
edilsin:
“19.8-1.
Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində
nəzərdə tutulmuş fəaliyyət növünə
lisenziyanın verildiyi tarixdən 30 gün müddətində
lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya
müqaviləsi bağlanılmalıdır. Lisenziya
müqaviləsi bağlanılmadıqda, bu Qanunun 2 nömrəli
əlavəsinin 4-1-ci maddəsində nəzərdə
tutulmuş fəaliyyət növünə verilmiş lisenziya
hüquqi nəticələr yaratmır. Lisenziya müqaviləsinin
formasını və bağlanılma qaydasını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”;
1.3.
aşağıdakı məzmunda 19.12-1-ci maddə əlavə
edilsin:
“19.12-1.
Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində
nəzərdə tutulmuş fəaliyyət növünə
verilmiş lisenziyada lisenziyanın verilməsindən sonra bu
Qanunun 19.8-1-ci maddəsində nəzərdə tutulan lisenziya
müqaviləsi bağlanılmadığı halda,
verilmiş lisenziyanın hüquqi nəticələr
yaratmayacağı barədə qeyd olmalıdır.”;
1.4.
22.1-ci maddənin birinci cümləsində “Lisenziyalar”
sözündən sonra “(bu Qanunun 2 nömrəli əlavəsinin
4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət
növünə verilən lisenziyalar istisna olmaqla)” sözləri,
üçüncü cümləsində “bitmiş”
sözündən sonra “lisenziya və” sözləri əlavə
edilsin;
1.5.
aşağıdakı məzmunda 22.1-1-ci maddə əlavə
edilsin:
“22.1-1.
Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində
nəzərdə tutulmuş fəaliyyət növünə
lisenziya 10 il müddətinə verilir.”;
1.6.
həmin Qanunun 1 nömrəli əlavəsinin 6.3-cü maddəsi
ləğv edilsin;
1.7.
həmin Qanunun 2 nömrəli əlavəsinə
aşağıdakı məzmunda 4-1-ci maddə əlavə
edilsin:
4-1. |
sellülar
(mobil) rabitə xidmətləri (texnoloji standartın adı
göstərilməklə) |
Maddə 2.
Bu Qanun qüvvəyə mindiyi günədək sellülar
(mobil) rabitə xidmətlərinin həyata keçirilməsi
üçün verilmiş və qüvvədə olan
lisenziyalara münasibətdə “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində
nəzərdə tutulan tədbirlərin görülməsi
üçün həmin Qanunun 19.12-1-ci və 26.1.9-cu maddələri
əsasdır.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
10 mart 2017-ci il
№ 541-VQD