AZƏRBAYCAN RESPUBLİKASININ

MALİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASININ

 

QƏRARI

 

Q-01

 

Bakı şəhəri 30 yanvar 2017-ci il

 

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydalarının təsdiq edilməsi haqqında

 

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.1-ci bəndini və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 7.7-ci, 7.11-ci, 8.48-ci və 8.53-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Maliyyə Nazirliyinin aparatının Uçot siyasəti şöbəsinə tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Nazir Samir Şərifov

 


 

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar

2017-i il tarixli Q-01 li Qərarı ilə təsdiq edilmişdir

 

MALİYYƏ HESABATLARININ BEYNƏLXALQ STANDARTLARINA VƏ KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN MİLLİ MÜHASİBAT UÇOTU STANDARTLARINA ƏSASƏN MÜHASİBAT UÇOTUNUN APARILMASI QAYDALARI

 

Fəsil 1. Əsas müddəalar

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu, Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanı, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları (bundan sonra müvafiq olaraq Beynəlxalq Standartlar və Milli Standartlar) əsasında hazırlanmışdır. Bu Qaydalar kredit təşkilatları istisna olmaqla, kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra mühasibat uçotu subyekti) tərəfindən mühasibat uçotunun aparılmasını tənzimləyir.

1.2. Bu Qaydalar kiçik sahibkarlıq subyektlərınə, həmin subyektlər Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun 9.0.2-ci maddəsinin tələblərinə uyğun olaraq, illik maliyyə hesabatlarını Milli Standartlara uyğun tərtib etdiyi hallarda şamil edilir.

1.3. Mühasibat uçotu subyektləri Beynəlxalq Standartlara uyğun tərtib olunan avtomatlaşdırılmış proqramlar əsasında mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək hüququna malikdirlər.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydalarda istifadə edilmiş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. Maliyyə hesabatları - bu hesabatların istifadəçilərinin konkret məlumat ehtiyaclarına cavab vermək məqsədi ilə mühasibat uçotu subyektinin maliyyə təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır;

2.1.2. Maliyyə hesabatlarına izahedici qeydlər - maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatda təqdim edilən məlumatlara əlavə olan informasiyanı əhatə edir. Qeydlər bu hesabatlarda təqdim edilmiş maddələrin açıqlanmasını və ya təhlilini və bu hesabatlarda yer almayan maddələr haqqında informasiyanı təmin edir;

2.1.3. Aktiv - keçmiş hadisələrin nəticəsi kimi mühasibat uçotu subyekti tərəfindən idarə olunan və ona gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən resurslardır;

2.1.4. Öhdəlik mühasibat uçotu subyektinin kçmiş hadisələrdən yaranmış və ödənilməsi özündə iqtisadi səmərəni təcəssüm etdirən resurslarının kənara ını ilə nəticələnən mövcud borcudur;

2.1.5. pital (xalis aktivlər) bütün öhdəliklər çıxıldıqdan sonra, mühasibat uçotu subyektinin xalis aktivlərinin dəyəridir;

2.1.6. Gəlir - mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin daxil olması və ya artması, və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır;

2.1.7. Xərc mülkiyyətçilər rsında kapitalın bölüşdürülməsi ilə əlaqəli lmyn, lakin kapitalın zlmsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ını və y zlmsı, habelə öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin zlmsıdır;

2.1.8. Qiymətləndirmə - maliyyə hesabatları elementlərinin maliyyə vəziyyəti haqqında hesabatda, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda tanınmalı və uçota alınmalı olduğu məbləğlərinin müəyyən edilməsi prosesidir;

2.1.9. Aktivin balans dəyəri - yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxıldıqdan sonra aktivin maliyyə vəziyyəti haqqında hesabatda tanınan dəyəridir;

2.1.10. Qiymətdən düşmə zərəri aktivin balans dəyəri ilə bərpa edilə bilən məbləği arasındakı fərqi ifadə edən məbləğdir;

2.1.11. Qudvil - müəssisələrin birləşdirilməsi zamanı yaranan, fərdi müəyyənləşdirilməsi mümkün olmayan və ayrıca tanınmayan aktivlərdən alınacaq gələcək iqtisadi səmərənin əldə edilməsi müqabilində alıcı tərəfindən edilmiş ödənişdir;

2.1.12. Likvidlik mühasibat uçotu subyektinin aktivlərinin nominal dəyərinin dəyişilməz saxlanılmaqla, onların qısa müddət ərzində pul vəsaitlərinə çevrilməsi yolu ilə yaranmış öhdəliklərinin yerinə yetirilməsi qabiliyyətidir;

2.1.13. Mühasibat uçotuhasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır;

2.1.14. İlkin uçot sənədləri maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir;

2.1.15. Mühasibat uçotu registrləri ilkin uçot sənədlərindəki məlumatların mühasibat uçotunda, maliyyə, vergi və digər hesabatlarda əks etdirilməsi məqsədi ilə həmin məlumatların xronoloji ardıcıllıqla sistemləşdirilməsi və yığılması üçün nəzərdə tutulan sənədlərdir;

2.1.16. Mühasibat uçotunun Hesablar Planı uçota alınan obyektlərin və məqsədlərin mühasibat uçotunun müəyyən edilmiş əlamətlərinə görə qruplaşdırılmış və rəqəmlərlə göstərilmiş sintetik hesabları və subhesabları məcmusudur. Hesablar planı maliyyə hesabatlarının göstəriciləri ilə uçot göstəriciləri arasında uyğunluğu təmin edir;

2.1.17. Mühasibat uçotu xidməti - mühasibat uçotu subyektlərində öz işçiləri və ya müqavilə əsasında sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun aparılması, o cümlədən maliyyə, vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi sahəsində göstərilən xidmətdir.

 

3. Maliyyə hesabatlarının tərkibi

 

3.1. Maliyyə hesabatlarının tam toplusu aşağıdakı komponentlərdən ibarətdir:

3.1.1. Maliyyə vəziyyəti haqqında hesabat (1 nömrəli əlavə);

3.1.2. Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat (2 nömrəli əlavə);

3.1.3. Kapitalda dəyişikliklər haqqında hesabat (3 nömrəli əlavə):

3.1.4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (4 nömrəli əlavə);

3.1.5. Əhəmiyyətli uçot siyasətləri və izahedici qeydlər.

 

4. Beynəlxalq Standartlara və Milli Standartlara əsaslanan ehtimallar (prinsiplər)

 

4.1. Mühasibat uçotunun aparılması zamanı Beynəlxalq Standartlara və Milli Standartlara əsaslanan ehtimallara (prinsiplərə), maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri və maliyyə hesabatları elementlərinin qiymətləndirmə metodlarına üstünlük verilir. Mühasibat uçotunu tənzimləyən qanunvericilik aktlarında əks olunan tələblərin və ya mühasibat uçotu subyektinin iş xüsusiyyətinin dəyişdirilməsi ilə əlaqədar, mühasibat uçotu subyektinin uçot siyasətinin müvafiq müddəalarında da düzəlişlər aparılmalı və istifadəçilərin diqqətinə çatdırılmalıdır.

4.2. Mühasibat uçotu subyektləri tərəfindən mühasibat uçotu hesablama metodu əsasında aparılır və ona uyğun olaraq maliyyə hesabatları tərtib edilir. Bu metoda əsasən əməliyyatların və digər hadisələrin təsiri onların baş verdiyi (pul vəsaitləri və ya onların ekvivalentlərinin qəbul edildiyi və ya ödənildiyi vaxt deyil) zaman tanınır və uçot registrlərində qeyd edilir, habelə aid olduqları dövr üzrə maliyyə hesabatlarında təqdim edilir. Hesablama metodu əsasında hazırlanan maliyyə hesabatları istifadəçiləri yalnız pul vəsaitlərinin ödənilməsi və alınması ilə bağlı keçmiş əməliyyatlar barədə deyil, eyni zamanda pul vəsaitlərinin gələcəkdə ödənilməsi üzrə öhdəliklər və gələcəkdə əldə edilməli olan pul vəsaitlərini ifadə edən resurslar barədə məlumatlandırır. Buna görə də, onlar iqtisadi qərarların qəbul edilməsi baxımından istifadəçilər üçün daha əhəmiyyətli olan keçmiş əməliyyatlar və digər hadisələr haqqında informasiyanı təmin edir.

4.3. Maliyyə hesabatları mühasibat uçotu subyektinin fəaliyyətinin davam etməsi və yaxın gələcəkdə fəaliyyətini davam etdirəcəyi ehtimalına əsaslanaraq hazırlanır. Mühasibat uçotu subyektinin fəaliyyətinin fasiləsizliyi konsepsiyası mühasibat uçotu subyektinin fəaliyyətinin davam edəcəyini və onun fəaliyyətinin dayandırılması və ya fəaliyyətinin həcminin əhəmiyyətli dərəcədə azaldılması (ixtisara salınması) zərurətinin və ya niyyətinin olmadığını nəzərdə tutur.

4.4. Maliyyə hesabatlarının hazırlanması zamanı aktivlərin və öhdəliklərin ilkin dəyəri onların qiymətləndirmə əsası kimi istifadə edildiyi halda, mühasibat uçotu subyektinin fəaliyyətinin fasiləsizliyi ehtimalı aktivlərin və öhdəliklərin ilkin dəyəri ilə qiymətləndirilməsinin tətbiq edilməsinə zəmin yaradır.

4.5. Əgər mühasibat uçotu subyektinin ləğv ediləcəyi ehtimal olunarsa, aktivlərin qiymətləndirilmə əsası kimi bu aktivlərin alınması üçün çəkilmiş məsrəflər deyil, onların ehtimal olunan satış dəyərindən (yəni, satış üzrə xərclər çıxılmaqla, satış qiyməti) istifadə olunur. Mühasibat uçotu subyektinin yaxın gələcəkdə ləğv olunacağı gözlənilərsə, aktivlərin ehtimal olunan satış dəyəri mühasibat uçotu subyekti tərəfindən onun öhdəliklərinin ödənilməsi üçün tələb olunan pul vəsaitlərinin gözlənilən mədaxili barədə daha etibarlı məlumatı təmin edir.

4.6. Mühasibat uçotu subyektinin fəaliyyətində müəyyən sabitlik ehtimal olunduqda, onun uzunmüddətli aktivləri amortizasiya edilir. Əgər mühasibat uçotu subyektinin ləğv olunması labüddürsə, aktivlər qısamüddətli (dövriyyə) və uzunmüddətli (dövriyyədənkənar) kimi təsnifləşdirilmir. Bu zaman, bütün aktivlər ləğv olunması gözlənilən qısamüddətli aktivlər hesab olunur. Öhdəliklər isə, maliyyə hesabatlarının istifadəçiləri üçün bu öhdəliklərin kreditorlara ödənişlər prioritetləri əsasında təsnifləşdirilməsi, onların ənənəvi olaraq, qısamüddətli və uzunmüddətli öhdəliklər kimi təsnifləşdirilməsindən daha əhəmiyyətli hesab edilir.

 

5. Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri

 

5.1. Keyfiyyət xüsusiyyətləri maliyyə hesabatlarında təqdim olunan informasiyanı istifadəçilər üçün daha faydalı edən atributlardır. Anlaşıqlıq, münasiblik, etibarlılıq və müqayisəlilik əsas dörd keyfiyyət xüsusiyyətləridir:

5.1.1. Anlaşıqlılıq: Maliyyə hesabatlarında təqdim olunan informasiyanın əsas xüsusiyyəti onun istifadəçilər tərəfindən tez başa düşülməsindədir. Eyni zamanda, istifadəçilər biznes, iqtisadi fəaliyyət və mühasibatlıq haqqında zəruri biliklərə malik olmalı və informasiyanı kifayət qədər dərindən öyrənməyə hazır olmalıdırlar. İstifadəçilərin iqtisadi qərarlar qəbul etmək üçün əhəmiyyətinə görə maliyyə hesabatlarında əks etdirilməli olan mürəkkəb məsələlərlə bağlı informasiya, sadəcə olaraq müəyyən istifadəçilər tərəfindən çətin başa düşüləcəyi səbəbindən hesabatdan çıxarılmamalıdır;

5.1.2. Münasiblik: Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməklə istifadəçilərin iqtisadi qərarlar qəbul etmələrinə təsir edən informasiya münasib hesab olunur. İnformasiyanın münasibliyi onun xarakterinə və əhəmiyyətliliyinə təsir göstərir:

5.1.2.1. Əhəmiyyətlilik: İnformasiyanın təqdim edilməməsi və ya təhrif edilməsi istifadəçilər tərəfindən maliyyə hesabatları əsasında qəbul edilmiş iqtisadi qərarlara təsir edə bilərsə, informasiya əhəmiyyətli sayılır. Əhəmiyyətlilik təqdim edilməmiş və ya təhrif edilmiş informasiyanın həcmindən asılıdır;

5.1.3. Etibarlılıq: Faydalı olmaq üçün informasiya etibarlı olmalıdır. Tərkibində əhəmiyyətli səhvlər və qərəzli olmayan informasiya etibarlılıq keyfiyyətinə malikdir:

5.1.3.1. Düzgün təqdimat: Etibarlı olmaq üçün maliyyə hesabatlarında təqdim edilməli olan və ya təqdim edilməsi gözlənilən əməliyyatlar və digər hadisələr üzrə informasiyalar düzgün təqdim olunmalıdır;

5.1.3.2. Mahiyyətin formadan üstünlüyü: Maliyyə hesabatlarında əks etdirilən əməliyyatların və digər hadisələrin düzgün olması üçün həmin əməliyyatlar və hadisələr onların iqtisadi mahiyyətinin hüquqi formasından üstünlüyü prinsipi əsasında təqdim olunmalıdır;

5.1.3.3. Neytrallıq: Maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün məlumatlar neytral, yəni, qərəzsiz olmalıdır. Maliyyə hesabatlarını hazırlayanlar tərəfindən təqdim olunan informasiya, onların öncədən müəyyən olunmuş nəticənin əldə edilməsi üçün istifadəçinin qərarına təsir etdikdə, informasiya neytral hesab oluna bilməz;

5.1.3.4. Ehtiyatlılıq: Ehtiyatlılıq - qeyri-müəyyən şəraitdə qiymətləndirmə zamanı aktiv və ya gəlirlərin artırılmamasının, öhdəlik və xərclərin azaldılmamasının təmin olunması məqsədi ilə diqqətli yanaşmanın tətbiqidir. Qeyri-müəyyən şəraitdə aktiv və gəlirin mümkün dəyərlərindən ən aşağı, öhdəlik və xərcin isə ən yüksək qiyməti istifadə edilməlidir. Ehtiyatlılıq prinsipinə riayət olunması gizli kapital ehtiyatlarının və həddən artıq həcmdə hesablanmış qiymətləndirilmiş öhdəliklərin yaradılmasını, habelə aktivlərin və gəlirlərin qəsdən azaldılmasına və ya öhdəliklərin və xərclərin qəsdən artırılmasına əsas vermir;

5.1.3.5. Tamlıq: Maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün bu informasiya, onun əhəmiyyətliliyi və ona çəkilən xərclər nəzərə alınmaqla, dolğun olmalıdır;

5.1.4. Müqayisəlilik: Müxtəlif dövrlər üçün mühasibat uçotu subyektinin maliyyə vəziyyətindəki və fəaliyyətinin nəticələrindəki meylləri müəyyən etmək baxımından istifadəçilər mühasibat uçotu subyektinin maliyyə hesabatlarını müqayisə edə bilməlidirlər. İstifadəçilər həmçinin müxtəlif mühasibat uçotu subyektlərinin müvafiq maliyyə vəziyyətini, fəaliyyətinin nəticələrini və maliyyə vəziyyətindəki dəyişikləri qiymətləndirmək üçün mühasibat uçotu subyektlərinin maliyyə hesabatlarını müqayisə edə bilməlidirilər. Oxşar əməliyyatların və digər hadisələrin maliyyə təsirlərinin ölçülməsi və göstərilməsi mühasibat uçotu subyekti üzrə və onun mövcud olduğu dövr üçün və müxtəlif mühasibat uçotu subyektləri üçün eyni üsulla həyata keçirilməlidir.

 

Fəsil 2. Maliyyə hesabatları elementlərinin qiymətləndirilməsi

6. Qiymətləndirmə

 

6.1. Maliyyə hesabatlarında müxtəlif səviyyələrdə və dəyişən kombinasiyalarda bir çox qiymətləndirmə metodları istifadə olunur. Onlara aşağıdakılar daxildir:

6.1.1. İlkin dəyər:

6.1.1.1. Aktivlərin ilkin dəyər əsasında qiymətləndirilməsi onun əldə edilməsi zamanı pul vəsaitlərinin və ya pul vəsaitlərinin ekvivalentlərinin ödənilmiş məbləği (gömrük idxal rüsumları və alışla bağlı bərpa edilməyən (əvəzləşdirilməyən) vergilər də daxil lmaqla), yaxud verilmiş əvəzləşdirmənin (mübadiləyə verilmiş qeyri-monetar aktivlərin, qəbul edilmiş öhdəliklərin, buraxılmış kapital alətlərinin) ədalətli dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur;

6.1.1.2. Öhdəliklərin ilkin dəyər əsasında qiymətləndirilməsi öhdəliyin əvəzi olaraq əldə edilmiş mal, iş və xidmətlərin məbləğini, yaxud borc öhdəliyi əvəzinə alınmış pul vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləğini, yaxud alınmış digər vəsaitlərin ədalətli dəyərini, bəzi hallarda isə işin adi gedişində yaranan öhdəliyi təmin etmək üçün ödənilməsi gözlənilən pul vəsaitləri və ya onların ekvivalentlərini özündə əks etdirir;

6.1.2. Cari dəyər:

6.1.2.1. Aktivlərin cari dəyər əsasında qiymətləndirilməsi cari dövrdə əldə edilmiş eyni və ya ekvivalent aktivlərə görə ödənilməli olan pul vəsaitləri və ya onların ekvivalentlərinin məbləğini özündə əks etdirir;

6.1.2.2. Öhdəliklərin cari dəyər əsasında qiymətləndirilməsi cari borcun ödənilməsi üçün tələb ediləcək pul vəsaitləri və ya onların ekvivalentlərinin diskontlaşdırılmamış məbləğini özündə əks etdirir;

6.1.3. Mümkün satış (hesablaşma) dəyəri:

6.1.3.1. Aktivlərin mümkün satış (hesablaşma) dəyəri əsasında qiymətləndirilməsi onların müəyyən edilmiş qaydada satılması hesabına cari dövrdə əldə edilə bilən pul vəsaitləri və onların ekvivalentlərinin məbləğini özündə əks etdirir;

6.1.3.2. Öhdəliklərin mümkün satış (hesablaşma) dəyəri əsasında qiymətləndirilməsi onların ödənilmə dəyərini, yəni iş fəaliyyətinin adi gedişində öhdəliyi təmin etmək üçün ödənilməsi gözlənilən pul vəsaitləri və ya onların ekvivalentlərinin diskontlaşdırılmamış məbləğini özündə əks etdirir;

6.1.4. Diskontlaşdırılmış dəyər:

6.1.4.1. Aktivlərin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi onların iş fəaliyyətinin adi gedişində əmələ gətirməsi gözlənilən gələcək xalis pul vəsaiti daxilolmalarının cari diskontlaşdırılmış dəyərini özündə əks etdirir;

6.1.4.2. Öhdəliklərin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi iş fəaliyyətinin adi gedişində onların ödənilməsini təmin etmək üçün tələb edilməsi gözlənilən gələcək xalis pul vəsaiti xaricolmalarının cari diskontlaşdırılmış dəyərini özündə əks etdirir;

6.1.5. Ədalətli dəyər:

6.1.5.1. Aktivlərin ədalətli dəyər əsasında qiymətləndirilməsi onların qiymətləndirilmə tarixinə bazar iştirakçıları arasında normal şərtlər çərçivəsində aktivin satılmasına görə alına bilən qiyməti özündə əks etdirir;

6.1.5.2. Öhdəliklərin ədalətli dəyər əsasında qiymətləndirilməsi onların qiymətləndirilmə tarixinə bazar iştirakçıları arasında normal şərtlər çərçivəsində öhdəliyin ötürülməsinə görə ödənilə bilən qiyməti özündə əks etdirir.

6.2. Mühasibat uçotu subyektləri tərəfindən maliyyə hesabatlarının hazırlanması zamanı ilkin dəyər əsas qiymətləndirmə metodu kimi qəbul edilir. Bu metod, digər qiymətləndirmə metodları ilə birgə istifadə edilir.

 

Fəsil 3. İlkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi

 

7. İlkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi qaydası

 

7.1. Mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur.

7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir.

7.3. İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir.

7.4. Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edilir.

7.5. İlkin uçot sənədlərinə əsasən məlumatları işləyib qaydaya salmaq və onlara nəzarət etmək üçün icmal uçot sənədləri hazırlanmalıdır.

7.6. Uçot registrlərində qeydlər üçün əsas sayılan sənədlər qrafiklə müəyyən edilmiş vaxtlarda mühasibatlığa təhvil verilməlidir.

7.7. Pul vəsaitlərinin, material qiymətlilərinin və başqa əmlakların qəbul-təhvili ilə əlaqədar əməliyyatlar ilkin uçot sənədləri əsasında həyata keçirilən zaman iştirak edən hüquqi şəxsin nümayəndələrinə və ya fiziki şəxslərə sənədləşmənin bir nüsxəsi verilir. Əməliyyatda iştirak edənləri sənədlərin surəti ilə təmin etmək mühasibat uçotu subyektində bu əməliyyatı rəsmiləşdirənin öhdəsinə düşür.

7.8. Mühasibat uçotunda əks etdirilməli olan uçota qəbul edilmiş ilkin uçot sənədlərindəki məlumatlar mühasibat uçotu subyekti tərəfindən yığılır və sistemləşdirilir. Mühasibat uçotu subyektləri tərəfindən müəyyən dövr ərzində aparılmış təsərrüfat əməliyyatları haqqında məlumatlar uçot registrlərindən qruplaşdırılmış şəkildə mühasibat uçotu hesablarına köçürülür.

7.9. İlkin uçot sənədlərində (ciddi hesabat blankları, kassa və bank sənədləri istisna olmaqla) və uçot registrlərində qeydsiz düzəlişlərə yol verilmir. Səhvlərin düzəlişi düzəlişin tarixi göstərilməklə həmin sənədi imza etmiş şəxslərin imzası ilə təsdiq edilməlidir.

7.10. Mühasibat uçotu subyektləri tərəfindən mühasibat uçotunun aparılması memorial-order forması, jurnal-order forması və ya digər formalar əsasında əllə və ya avtomatlaşdırılmış rejimdə həyata keçirilir. Sintetik uçotun memorial order forması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2016-cı il tarixli Q-02 nömrəli Qərarı ilə təsdiq edilmiş Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydasına uyğun həyata keçirilir.

7.11. Elektron məlumat daşıyıcıları vasitəsi ilə mühasibat uçotu registrlərini tərtib edən mühasibat uçotu subyektləri, uçot məlumatlarının vaxtında daxil edilməsi, istifadəsi və qorunması üçün mühasibatlığı müasir uçot texnikası və texniki vasitələrlə təmin etməlidir.

7.12. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri mühasibat uçotu registrlərini Azərbaycan dilində aparmalıdır. Xaricdə fəaliyyət göstərən mühasibat uçotu subyektinin Azərbaycan dilindəki mühasibat uçotu registrləri bu xarici ölkələrin qanunvericiliyi ilə müəyyən olunmuş tələblər əsasında xarici dillərə tərcümə edilə bilər.

7.13. Əllə tərtib olunan mühasibat kitablarında səhifələr nömrələnir. Kitabın son səhifəsində səhifələrin yekun sayı göstərilməklə mühasibat uçotu subyektinin baş mühasibi və bu mühasibat uçotu subyektinin rəhbəri tərəfindən təyin edilmiş digər mühasibatlıq işçisinin imzası ilə təsdiq edilir və möhürlənir. Hər kitabda mühasibat uçotu subyektinin, mərkəzi mühasibatlığın adı və kitabın açıldığı tarix yazılır. Kitabda açılmış subhesabların adı olmalıdır. Müəyyən bir subhesab üzrə yazılışlar kitabın digər səhifəsinə köçürülərkən, həmin subhesab üzrə başlıqda, yeni səhifənin nömrəsi göstərilməklə yazılışın köçürülməsi haqqında qeyd edilir.

7.14. Hesabat dövrü başa çatan zaman mühasibat uçotu kitablarında boş səhifələr növbəti hesabat dövrünün əməliyyatlarının yazılışları üçün istifadə oluna bilər. Mühasibat uçotunun registrlərində yazılışlar ilkin uçot sənədlərinə əsasən qələmlə və ya avtomatlaşdırılmış üsulla aparılır. Mühasibat uçotunun registrləri həmçinin kompyuterlə və ya müasir hesablama texnikası vasitəsi ilə tərtib edilir. Hər ayın sonunda analitik uçot registrlərində dövriyyənin yekunu hesablanılır və subhesablar üzrə qalıqlar çıxarılır. İlin əvvəlinə olan dövriyyə balansının məlumatları (qalıqları) hesabat dövründən əvvəlki dövrün sonuna təsdiq edilmiş yekun balansının məlumatlarına uyğun olmalıdır. Hesabat ilinin əvvəlinə dövriyyə balansının məlumatları dəyişilərsə onun səbəbləri aydınlaşdırılmalıdır.

7.15. İlkin sənədlər, uçot registrləri və maliyyə hesabatları arxivə təhvil verilənə qədər mühasibatlıqda xüsusi yerlərdə və ya baş mühasib tərəfindən məsul edilmiş şəxslərin cavabdehliyi altında bağlı rəflərdə mühafizə olunur. Mühasibat sənədləri mühasibat uçotu subyektlərinin mühasibat arxivində müəyyən olunmuş müddət ərzində mühafizə olunur. Mühafizə müddəti bitdikdən sonra mühasibat sənədləri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Sənədlərin arxivə təhvil verilməsini və ya qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsini təsdiq edən aktlar mühasibatlıqda daimi mühafizə edilməlidir. Mühasibat uçotu subyektlərinin ilkin uçot sənədləri, uçot registrləri, maliyyə hesabatları istintaq orqanları, prokurorluq və məhkəmə tərəfindən ibtidai istintaq üçün Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq bu orqanların qərarı əsasında götürülə bilər. Sənədlər götürülən zaman protokol tərtib edilir, protokolun surəti iltizam almaqla mühasibat uçotu subyektinin müvafiq vəzifəli şəxsinə verilir. Sənədləri götürən orqanların razılığı və nümayəndələrinin iştirakı ilə mühasibat uçotu subyektlərinin müvafiq vəzifəli şəxsləri sənədlərin götürülməsi tarixi və əsasını göstərməklə onların surətini çıxara bilərlər. İlkin uçot sənədlərinin, uçot registrlərinin və maliyyə hesabatlarının itməsi hallarında mühasibat uçotu subyektinin rəhbərinin əmri ilə bu halların səbəblərini araşdıran komissiya yaradılır. Komissiyanın işinin nəticəsi mühasibat uçotu subyektinin rəhbəri tərəfindən təsdiq olunan aktla rəsmiləşdirilir. Aktın surəti yuxarı təşkilatlara (mövcud olduqda) göndərilir.

 

Fəsil 4. Mühasibat uçotu xidmətinin təşkili

 

8. Mühasibat uçotu xidməti

 

8.1. Mühasibat uçotu subyektlərinin mühasibat uçotu bu mühasibat uçotu subyektləri tərəfindən təşkil edilmiş mühasibatlıqlar, mərkəzi mühasibatlıqlar və ya mühasibat uçotu xidmətini göstərən sahibkarlıq subyektləri tərəfindən həyata keçirilir. Mühasibat uçotu subyektlərinin mühasibatlıqları və ya bu mühasibat uçotu subyektlərinin aparatlarının tərkibində təşkil edilmiş mərkəzi mühasibatlıqlar illik maliyyə hesabatlarını tərtib və təqdim etməlidir.

8.2. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ləğv edilən mühasibat uçotu subyektinin ləğvi haqqında qərar qəbul olunarkən müəyyən edilmiş tarixə mühasibat uçotu subyekti üzrə ləğv komissiyası yekun maliyyə hesabatlarını və yekun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edir. Mühasibat uçotu subyektinin əmlakı ləğv komissiyasının müəyyən olunmuş qaydada təyin etdiyi qiymətlərlə uçota alınır. Ümidsiz borclar və zərərlər yekun maliyyə hesabatlarına və yekun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına daxil edilmir. Ləğv olunan mühasibat uçotu subyektinin öhdəlikləri dəqiqləşdirilərək yekun Maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilir və Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlərdə ödəniş günündən başlayaraq öhdəliklərin yerinə yetirilməsi xronoloji ardıcıllıqla bölgü üzrə göstərilir.

8.3. Mühasibat uçotu subyektlərində təşkil edilmiş mühasibatlıqlar, mərkəzi mühasibatlıqlar və ya mühasibat uçotu xidmətini göstərən sahibkarlıq subyektləri vasitəsi ilə aşağıdakı işlər (xidmətlər) həyata keçirilir:

8.3.1. mühasibat uçotunun aparılması üzrə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmək;

8.3.2. mühasibat uçotunun aparılmasını həyata keçirmək;

8.3.3. mühasibat uçotunu ilkin uçot sənədləri əsasında, mühasibat uçotu registrlərini tərtib etməklə fasiləsiz həyata keçirmək;

8.3.4. maliyyə, vergi və digər hesabatların tam və vaxtında təqdim olunmasını təmin etmək;

8.3.5. kommersiya sirri hesab edilən məlumatları məxfi saxlamaq;

8.3.6. müvafiq vəsaitlərin təyinatı üzrə istifadə edilməsini həyata keçirmək;

8.3.7. aktiv, öhdəlik, kapital, gəlir və xərclərin uçotunun həyata keçirilməsini təmin etmək.

8.4. Baş mühasib və ya mühasibat uçotu xidmətinin rəhbərinin hüquqları aşağıdakılardan ibarətdir:

8.4.1. mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi zamanı bütün mühasibat sənədlərini (bank sənədləri, kassa mədaxil və məxaric orderləri, ödəniş üçün kassaya təqdim edilən əmək haqqı üzrə ödəniş cədvəlləri və digər mühasibat sənədləri) ikinci imza etmək hüququna malikdir;

8.4.2. ayrı-ayrı mühasibat uçotu subyektinin tərkibinə daxil olan bölmələrdən, həmçinin mərkəzi mühasibatlıq tərəfindən xidmət olunan mühasibat uçotu subyektlərindən mühasibat uçotu və nəzarət üçün lazımi sənədləri vaxtında mühasibatlığa (mərkəzi mühasibatlığa) təhvil verilməsini tələb edir.

8.5. Baş mühasibin və ya baş mühasib olmadıqda xüsusi sərəncamla imza etmək səlahiyyəti verilmiş mühasibatlıq işçisinin imzası olmayan sənədlər etibarsız hesab edilir və icra üçün qəbul edilmir. Baş mühasib və ya mühasibat uçotu xidmətinin rəhbəri aşağıdakı vəzifələri həyata keçirir:

8.5.1. mühasibat uçotunun aparılmasına və maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsinə rəhbərlik edir və öz sisteminə daxil olan qurumların (idarələrin, şöbələrin) mühasibat uçotu xidmətinin icrasını təmin edir;

8.5.2. hər bir işçinin öz vəzifələrini bilməsi üçün mühasibatlığın işçilərinin xidməti vəzifələrini müəyyən edir;

8.5.3. mühasibatlıqda və mərkəzi mühasibatlıqda işçilər arasında xidməti vəzifələrin bölgüsü zamanı işin həcmindən və funksional əlamətlərindən asılı olaraq müvafiq işçi qruplarının yaradılmasını təşkil edir. Bu qruplar mühasibat uçotu subyektinin mühasibat uçotunun əməliyyatları üzrə bütün ilkin sənədləşmələrin tərtibini, maddi məsul şəxslərdə olan maddi qiymətlilərin uçotunun aparılmasını və vəzifələrin bölgüsü zamanı nəzərdə tutulmuş digər işlərin yerinə yetirilməsini təmin edir;

8.5.4. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 16 iyul 2013-cü il tarixli Q-17 nömrəli Qərarı ilə təsdiq edilmiş Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydalarının tələblərinə uyğun olaraq inventarizasiyanın aparılmasını təmin edir;

8.5.5. sənədlərlə işləyən dövrdə onların qorunub saxlanılmasının təmin edilməsinə və vaxtında arxivə verilməsinə məsuliyyət daşıyır;

8.5.6. kassa kitabının düzgün tərtib edilməsinə və kassa əməliyyatlarının aparılmasına nəzarət edir.

 

Fəsil 5. Beynəlxalq və Milli Standartlara uyğun olaraq müəyyən edilmiş mühasibat uçotu

 

9.                      Beynəlxalq və Milli Standartlara uyğun olaraq müəyyən edilmiş mühasibat uçotunun Hesablar Planının konseptual əsasları

 

9.1. Beynəlxalq və Milli Standartların tələblərinə cavab verən mühasibat uçotunun Hesablar Planı bu Standartlara əsaslanan ehtimallar (prinsiplər), maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri və maliyyə hesabatları elementlərinin qiymətləndirmə metodlarına uyğun olaraq hazırlanmış və təsdiq edilmişdir. Mühasibat uçotu subyektləri tərəfindən tərtib olunan Maliyyə vəziyyəti haqqında hesabatda digər maliyyə hesabatlarından fərqli olaraq informasiya Hesablar Planı vasitəsi ilə daha dolğun təqdim edilir. Hesablar Planı maliyyə hesabatları elementlərinin qruplaşdırılması və dəyər ifadəsində vəziyyətinin əks etdirilməsi üçün nəzərdə tutulur. Hesablar Planı artan likvidlik dərəcəsi qaydasında düzülür. Hesablar Planında mühasibat uçotunun hesablarının nömrəsi, o cümlədən sintetik hesabların nömrəsi 3 rəqəmdən, subhesabların nömrəsi 4, 5 və ya daha çox rəqəmdən ibarət olmaqla müəyyən edilir. Nömrənin birinci rəqəmi aid olduğu bölməni, ikinci rəqəm aid olduğu maddəni, üçüncü rəqəm aid olduğu sintetik hesabı, dördüncü, beşinci və sonrakı rəqəmlər isə sintetik hesabın müvafiq subhesablarını göstərir. Hesablar Planında təhlilin, nəzarətin aparılması və maliyyə hesabatlarının tərtib olunması tələblərindən asılı olaraq müəyyən olunmuş subhesablardan istifadə edilir. Mühasibat uçotu subyekti təsdiq olunmuş uçot siyasətinə uyğun olaraq istifadə etdiyi hesablar planına əlavə subhesablar daxil etmək hüququna malikdir.

9.2. Mühasibat uçotu subyektləri maliyyə hesabatlarının tərtib olunması üçün mühasibat uçotunun aparılması zamanı bu Qaydalarla müəyyən edilmiş Hesablar Planından istifadə etməlidir.

9.3. Maliyyə vəziyyəti haqqında hesabatın müvafiq maddələrində mühasibat uçotu subyekti tərəfindən hesabat dövrünün sonuna sintetik hesabların yekunlaşdırılmış qalıqları əks etdirilir.

9.4. Mühasibat uçotu subyektinin fəaliyyəti ilə bağlı baş vermiş maliyyə-təsərrüfat əməliyyatları vahid Hesablar Planı (sintetik hesabları, subhesabları) vasitəsi ilə müvafiq maliyyə hesabatlarında əks etdirilir. Sintetik hesablar maliyyə hesabatlarının elementlərinin (aktivlərin, öhdəliklərin və kapitalın, habelə gəlir və xərclərin) müəyyən edilmiş növlər və əlamətlər üzrə ümumiləşdirilmiş informasiyasının qruplaşdırılmasını təmin edir. Sintetik hesabın bir hissəsini təşkil edən subhesab özündə qruplaşdırılmış analitik uçot məlumatlarını əks etdirməklə, göstərilən sintetik hesabda maliyyə hesabatlarının elementləri barədə ümumiləşdirilmiş informasiyanı açıqlayır.

9.5. Bu Qaydalarla müəyyən edilən Hesablar Planı mühasibat uçotu subyektlərinin iş xüsusiyyətlərini özündə əks etdirir. Hesablar Planı aşağıdakı bölmələrdən ibarətdir:

9.5.1. Bölmə 1. Uzunmüddətli aktivlər;

9.5.2. Bölmə 2. Qısamüddətli aktivlər;

9.5.3. Bölmə 3. Kapital;

9.5.4. Bölmə 4. Uzunmüddətli öhdəliklər;

9.5.5. Bölmə 5. Qısamüddətli öhdəliklər;

9.5.6. Bölmə 6. Gəlirlər;

9.5.7. Bölmə 7. Xərclər;

9.5.8. Bölmə 8. Mənfəətlər (zərərlər);

9.5.9. Bölmə 9. Mənfəət vergisi.

 

Mühasibat uçotu subyektləri üçün Hesablar Planı

 

Maliyyə hesabatının bölməsi/ maddəsi

Hesabın si

Subhesabın si

Adı

1

 

 

Uzunmüddətli aktivlər

10

 

 

Qeyri-maddi aktivlər

 

101

 

Qeyri-maddi aktivlərin dəyəri

 

 

101-1

Təcrübə-konstruktor işlərinin dəyəri

 

 

101-2

Ticarət markalarının dəyəri

 

 

101-3

Proqram təminatının dəyəri

 

 

101-4

Patentlərin dəyəri

 

 

101-5

Müəllif hüquqlarının dəyəri

 

 

101-6

Lisenziyaların dəyəri

 

 

101-7

Qudvilin dəyəri

 

 

101-8

Digər qeyri-maddi aktivlərin dəyəri

 

102

 

Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri

 

 

102-1

Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya

 

 

102-1-1

Təcrübə-konstruktor işləri üzrə yığılmış amortizasiya

 

 

102-1-2

Ticarət markaları üzrə yığılmış amortizasiya

 

 

102-1-3

Proqram təminatı üzrə yığılmış amortizasiya

 

 

102-1-4

Patentlər üzrə yığılmış amortizasiya

 

 

102-1-5

Müəllif hüquqları üzrə yığılmış amortizasiya

 

 

102-1-6

Lisenziyalar üzrə yığılmış amortizasiya

 

 

102-1-7

Digər qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya

 

 

102-2

Qeyri-maddi aktivlər üzrə qiymətdən düşmə zərərləri

 

 

102-2-1

Təcrübə-konstruktor işləri üzrə qiymətdən düşmə zərərləri

 

 

102-2-2

Ticarət markaları üzrə qiymətdən düşmə zərərləri

 

 

102-2-3

Proqram təminatı üzrə qiymətdən düşmə zərərləri

 

 

102-2-4

Patentlər üzrə qiymətdən düşmə zərərləri

 

 

102-2-5

Müəllif hüquqları üzrə qiymətdən düşmə zərərləri

 

 

102-2-6

Lisenziyalar üzrə qiymətdən düşmə zərərləri

 

 

102-2-7

Qudvilin qiymətdən düşmə zərərləri

 

 

102-2-8

Digər qeyri-maddi aktivlər üzrə qiymətdən düşmə zərərləri

 

103

 

Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması

 

 

103-1

Təcrübə-konstruktor işləri ilə bağlı məsrəflərin kapitallaşdırılması

 

 

103-2

Ticarət markaları ilə bağlı məsrəflərin kapitallaşdırılması

 

 

103-3

Proqram təminatı ilə bağlı məsrəflərin kapitallaşdırılması

 

 

103-4

Müəllif hüquqları ilə bağlı məsrəflərin kapitallaşdırılması

 

 

103-5

Patentlərlə bağlı məsrəflərin kapitallaşdırılması

 

 

103-6

Lisenziyalarla bağlı məsrəflərin kapitallaşdırılması

 

 

103-7

Digər qeyri-maddi aktivlər ilə bağlı məsrəflərin kapitallaşdırılması

11

 

 

Torpaq, tikili və avadanlıqlar

 

111

 

Torpaq, tikili və avadanlıqların dəyəri

 

 

111-1

Torpağın dəyəri

 

 

111-2

Tikililərin dəyəri

 

 

111-3

Maşın və avadanlıqların dəyəri

 

 

111-4

Nəqliyyat vasitələrinin dəyəri

 

 

111-5

Digər torpaq, tikili və avadanlıqların dəyəri

 

112

 

Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri

 

 

112-1

Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya

 

 

112-1-1

Torpaq üzrə yığılmış amortizasiya

 

 

112-1-2

Tikililər üzrə yığılmış amortizasiya

 

 

112-1-3

Maşın və avadanlıqlar üzrə yığılmış amortizasiya

 

 

112-1-4

Nəqliyyat vasitələri üzrə yığılmış amortizasiya

 

 

112-1-5

Digər torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya

 

 

112-2

Torpaq, tikili və avadanlıqlar üzrə qiymətdəndüşmə zərərləri

 

 

112-2-1

Torpaq üzrə qiymətdəndüşmə zərərləri

 

 

112-2-2

Tikililər üzrə qiymətdəndüşmə zərərləri

 

 

112-2-3

Maşın və avadanlıqlar üzrə qiymətdəndüşmə zərərləri

 

 

112-2-4

Nəqliyyat vasitələri üzrə qiymətdəndüşmə zərərləri

 

 

112-2-5

Digər torpaq, tikili və avadanlıqlar üzrə qiymətdəndüşmə zərərləri

 

113

 

Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması

 

 

113-1

Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar

 

 

113-2

Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar

 

 

113-3

Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar

12

 

 

İnvestisiya mülkiyyəti

 

121

 

İnvestisiya mülkiyyətinin dəyəri

 

 

121-1

Torpağın dəyəri

 

 

121-2

Binaların dəyəri

 

122

 

İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri

 

 

122-1

İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya

 

 

122-1-1

Binalar üzrə yığılmış amortizasiya

 

 

122-2

İnvestisiya mülkiyyəti üzrə qiymətdəndüşmə zərərləri

 

 

122-2-1

Torpaq üzrə qiymətdəndüşmə zərərləri

 

 

122-2-2

Binalar üzrə qiymətdəndüşmə zərərləri

 

123

 

İnvestisiya mülkiyyəti ilə bağlı məsrəflərin kapitallaşdırılması

 

 

123-1

Torpaqla bağlı məsrəflərin kapitallaşdırılması

 

 

123-2

Binalarla bağlı məsrəflərin kapitallaşdırılması

13

 

 

Bioloji aktivlər

 

131

 

Bioloji aktivlərin dəyəri

 

 

131-1

Bitkilərin dəyəri

 

 

131-2

Heyvanların dəyəri

 

132

 

Bioloji aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri

 

 

132-1

Bioloji aktivlər üzrə yığılmış amortizasiya

 

 

132-1-1

Bitkilər üzrə yığılmış amortizasiya

 

 

132-1-2

Heyvanlar üzrə yığılmış amortizasiya

 

 

132-2

Bioloji aktivlər üzrə qiymətdəndüşmə zərərləri

 

 

132-2-1

Bitkilər üzrə qiymətdəndüşmə zərərləri

 

 

132-2-2

Heyvanlar üzrə qiymətdəndüşmə zərərləri

14

 

 

Təbii sərvətlər

 

141

 

Təbii sərvətlərin (ehtiyatların) dəyəri

 

142

 

Təbii sərvətlərin (ehtiyatların) tükənməsi

15

 

 

İştirak payı metodu ilə uçota alınmış investisiyalar

 

151

 

Asılı müəssisələrə investisiyalar

 

152

 

Birgə müəssisələrə investisiyalar

 

153

 

Asılı və birgə müəssisələrə investisiyaların dəyərinin azalmasına görə düzəlişlər

 

 

153-1

Asılı müəssisələrə investisiyaların dəyərinin azalmasına görə düzəlişlər

 

 

153-2

Birgə müəssisələrə investisiyaların dəyərinin azalmasına görə düzəlişlər

16

 

 

Təxirə salınmış vergi aktivləri

 

161

 

Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivlərı

 

162

 

Digər təxirə salınmış vergi aktivlərı

17

 

 

Uzunmüddətli debitor borcları

 

171

 

Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları

 

172

 

Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları

 

173

 

Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları

 

174

 

İcarə üzrə uzunmüddətli debitor borcları

 

 

174-1

Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları

 

 

174-2

Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları

 

175

 

Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları

 

176

 

Faizlər üzrə uzunmüddətli debitor borcları

 

177

 

Digər uzunmüddətli debitor borcları

18

 

 

Sair uzunmüddətli maliyyə aktivləri

 

181

 

Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar

 

182

 

Verilmiş uzunmüddətli borclar

 

183

 

Digər uzunmüddətli investisiyalar

 

184

 

Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər

19

 

 

Sair uzunmüddətli aktivlər

 

191

 

Gələcək hesabat dövrlərinin xərcləri

 

 

191-1

Satışın maya dəyəri xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri

 

 

191-2

Kommersiya xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri

 

 

191-3

İnzibati xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri

 

 

191-4

Maliyyə xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri

 

192

 

Verilmiş uzunmüddətli avanslar

 

193

 

Digər uzunmüddətli aktivlər

2

 

 

Qısamüddətli aktivlər

20

 

 

Ehtiyatlar

 

201

 

Material ehtiyatları

 

 

201-1

Xammal

 

 

201-2

Materiallar

 

 

201-3

Qablaşdırma materialları

 

202

 

İstehsalat (iş və xidmət) məsrəfləri

 

 

202-1

İstehsalatda (işdə və xidmətdə) istifadə olunmuş xammal və materiallar

 

 

202-2

İstehsalatla (işlə və xidmətlə) məşğul olan işçi heyəti ilə bağlı məsrəflər

 

 

202-3

İstehsalatla (işlə və xidmətlə) məşğul olan işçi heyəti ilə bağlı məsrəflərə görə hesabalanılan sosial sığorta ayırmaları

 

 

202-4

İstehsalat (iş və xidmət) aktivlərinin amortizasiya məsrəfləri

 

 

202-5

İstehsalatla (işlə və xidmətlə) bağlı sair məsrəflər

 

203

 

Tikinti müqavilələri üzrə məsrəflər

 

 

203-1

Tikintidə istifadə olunmuş xammal və materiallar

 

 

203-2

Tikinti ilə məşğul olan işçi heyəti ilə bağlı məsrəflər

 

 

203-3

Tikinti ilə məşğul olan işçi heyəti ilə bağlı məsrəflərə görə hesabalanılan sosial sığorta ayırmaları

 

 

203-4

Tikintidə istifadə edilən aktivlər üzrə amortizasiya məsrəfləri

 

 

203-5

Tikinti ilə bağlı sair məsrəflər

 

204

 

Hazır məhsul

 

 

 

204-1

İstehsaldan alınan hazır məhsul

 

 

204-2

Kənd təsərrüfatı məhsullarının yığımı üzrə hazır məhsul

 

205

 

Mallar

 

206

 

Satış məqsədi ilə saxlanılan digər aktivlər

 

207

 

Digər ehtiyatlar

 

208

 

Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər

21

 

 

Qısamüddətli debitor borcları

 

211

 

Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları

 

212

 

Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları

 

213

 

Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları

 

214

 

İcarə üzrə qısamüddətli debitor borcları

 

215

 

Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları

 

216

 

Faizlər üzrə qısamüddətli debitor borcları

 

217

 

Digər qısamüddətli debitor borcları

 

218

 

Şübhəli borclar üzrə düzəlişlər

22

 

 

Pul vəsaitləri və onların ekvivalentləri

 

221

 

Kassa

 

222

 

Yolda olan pul köçürmələri

 

223

 

Bank hesablaşma hesabları

 

224

 

Tələblərə əsasən açılan digər bank hesabları

 

225

 

Pul vəsaitlərinin ekvivalentləri

23

 

 

Sair qısamüddətli maliyyə aktivləri

 

231

 

Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar

 

232

 

Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar

 

233

 

Verilmiş qısamüddətli borclar

 

234

 

Digər qısamüddətli investisiyalar

 

235

 

Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər

24

 

 

Sair qısamüddətli aktivlər

 

241

 

Əvəzləşdirilən vergilər

 

 

241-1

Əvəzləşdirilən əlavə dəyər vergisi

 

 

241-2

Əvəzləşdirilən aksiz vergisi

 

242

 

Gələcək hesabat dövrünün xərcləri

 

 

242-1

Satışın maya dəyəri xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri

 

 

242-2

Kommersiya xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri

 

 

242-3

İnzibati xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri

 

 

242-4

Maliyyə xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri

 

243

 

Verilmiş qısamüddətli avanslar

 

244

 

Təhtəlhesab məbləğlər

 

245

 

Digər qısamüddətli aktivlər

3

 

 

Kapital

30

 

 

Ödənilmiş nizamnamə (nominal) kapitalı

 

301

 

Nizamnamə (nominal) kapitalı

 

302

 

Nizamnamə (nominal) kapitalının ödənilməmiş hissəsi

31

 

 

Emissiya gəliri

 

311

 

Emissiya gəliri

 

 

311-1

Emissiya gəliri - adi səhmlər

 

 

311-2

Emissiya gəliri imtiyazlı səhmlər

32

 

 

Geri alınmış kapital (səhmlər)

 

321

 

Geri alınmış kapital (səhmlər)

 

 

321-1

Geri alınmış kapital - adi səhmlər

 

 

321-2

Geri alınmış kapital - imtiyazlı səhmlər

33

 

 

Kapital ehtiyatları

 

331

 

Yenidən qiymətləndirilmə üzrə ehtiyat

 

332

 

Məzənnə fərqləri üzrə ehtiyat

 

333

 

Qanunvericilik üzrə ehtiyat

 

334

 

Nizamnamə üzrə ehtiyat

 

335

 

Digər ehtiyatlar

34

 

 

Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

 

341

 

Hesabat dövründə xalis mənfəət (zərər)

 

342

 

Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər

 

343

 

Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

 

344

 

Elan edilmiş dividendlər

4

 

 

Uzunmüddətli öhdəliklər

40

 

 

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

 

401

 

Uzunmüddətli bank kreditləri

 

402

 

İşçilər üçün uzunmüddətli bank kreditləri

 

403

 

Uzunmüddətli konvertasiya olunan istiqrazlar

 

404

 

Uzunmüddətli borclar

 

405

 

Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli)

 

406

 

Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər

 

407

 

Törəmə (asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

 

408

 

Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

41

 

 

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

 

411

 

İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər

 

412

 

Uzunmüddətli zəmanət öhdəlikləri

 

413

 

Uzunmüddətli hüquqi öhdəliklər

 

414

 

Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

 

 

414-1

Sığorta müqavilələri üzrə uzunmüddətli öhdəliklər

42

 

 

Təxirə salınmış vergi öhdəlikləri

 

421

 

Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri

 

422

 

Digər təxirə salınmış vergi öhdəliklər

43

 

 

Uzunmüddətli kreditor borcları

 

431

 

Malsatan və podratçılara uzunmüddətli kreditor borcları

 

432

 

Törəmə (asılı) cəmiyyətlərə uzunmüddətli kreditor borcları

 

433

 

Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları

 

434

 

Faizlər üzrə uzunmüddətli kreditor borcları

 

435

 

Digər uzunmüddətli kreditor borcları

44

 

 

Sair uzunmüddətli öhdəliklər

 

441

 

Uzunmüddətli pensiya öhdəlikləri

 

442

 

Gələcək hesabat dövrlərinin gəlirləri

 

 

442-1

Əsas əməliyyat gəlirləri üzrə gələcək hesabat dövrlərinin gəlirləri

 

 

442-2

Maliyyə gəlirləri üzrə gələcək hesabat dövrlərinin gəlirləri

 

443

 

Alınmış uzunmüddətli avanslar

 

444

 

Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

 

445

 

Digər uzunmüddətli öhdəliklər

5

 

 

Qısamüddətli öhdəliklər

50

 

 

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

 

501

 

Qısamüddətli bank kreditləri

 

 

501-1

Bank overdraftı

 

502

 

İşçilər üçün qısamüddətli bank kreditləri

 

503

 

Qısamüddətli konvertasiya olunan istiqrazlar

 

504

 

Qısamüddətli borclar

 

505

 

Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (qısamüddətli)

 

506

 

Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

 

507

 

Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

51

 

 

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

 

511

 

İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər

 

512

 

Qısamüddətli zəmanət öhdəlikləri

 

513

 

Qısamüddətli hüquqi öhdəliklər

 

514

 

Mənfəətdə iştirak planı və müavinət planları

 

515

 

Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər

 

 

515-1

Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər

52

 

 

Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

 

521

 

Vergi öhdəlikləri

 

522

 

Sosial sığorta və təminat üzrə öhdəliklər

 

523

 

Digər məcburi ödənişlər üzrə öhdəliklər

53

 

 

Qısamüddətli kreditor borcları

 

531

 

Malsatan və podratçılara qısamüddətli kreditor borcları

 

532

 

Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları

 

533

 

Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar

 

534

 

Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları

 

535

 

İcarə üzrə qısamüddətli kreditor borcları

 

 

535-1

Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları

 

 

535-2

Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları

 

536

 

Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları

 

537

 

Faizlər üzrə qısamüddətli kreditor borcları

 

538

 

Digər qısamüddətli kreditor borcları

54

 

 

Sair qısamüddətli öhdəliklər

 

541

 

Qısamüddətli pensiya öhdəlikləri

 

542

 

Gələcək hesabat dövrünün gəlirləri

 

 

542-1

Əsas əməliyyat gəlirləri üzrə gələcək hesabat dövrünün gəlirləri

 

 

542-2

Maliyyə gəlirləri üzrə gələcək hesabat dövrünün gəlirləri

 

543

 

Alınmış qısamüddətli avanslar

 

544

 

Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

 

545

 

Digər qısamüddətli öhdəliklər

6

 

 

Gəlirlər

60

 

 

Əsas əməliyyat gəlirləri

 

601

 

Satış

 

 

601-1

Malların satışı

 

 

601-2

Xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə gəlir

 

 

601-3

Tikinti müqavilələri üzrə gəlir

 

 

601-4

Royalti gəliri

 

 

601-5

Əməliyyat icarəsi üzrə gəlir

 

 

601-6

Digər əsas əməliyyat gəliri

 

602

 

Satılmış malların qaytarılması və ucuzlaşdırılması

 

603

 

Verilmiş güzəştlər

61

 

 

Sair əməliyyat gəlirləri

 

611

 

Sair əməliyyat gəlirləri

 

 

611-1

Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından gəlirlər

 

 

611-2

Yenidən qiymətləndirilmədən gəlirlər

 

 

611-3

Əvəzsiz olaraq alınmış aktivlər

 

 

611-4

Cərimələr və digər oxşar ödənişlər

 

 

611-5

Keçmiş illər üzrə gəlirlər

 

 

611-6

Ümidsiz borcların bərpası

 

 

611-7

Silinmiş ehtiyatların bərpası

 

 

611-8

Məzənnə fərqləri üzrə gəlirlər

 

 

611-9

Aktivlərin qiymətdən düşməsi, itirilməsi və ya qaytarılmasından imtina olunması hallarında üçüncü tərəfdən gözlənilən kompensasiya

 

 

611-10

Digər əməliyyat gəlirləri

62

 

 

Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər

 

621

 

Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər

63

 

 

Maliyyə gəlirləri

 

631

 

Maliyyə gəlirləri

 

 

631-1

Faiz gəliri

 

 

631-2

Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri

 

 

631-3

Maliyyə iarəsi üzrə gəlir

 

 

631-4

Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri

 

 

631-5

Digər maliyyə gəlirləri

64

 

 

Fövqəladə gəlirlər

 

641

 

Fövqəladə gəlirlər

7

 

 

Xərclər

70

 

 

Satışın maya dəyəri üzrə xərclər

 

701

 

Satışın maya dəyəri üzrə xərclər

 

 

701-1

İşlərin (xidmətlərin) maya dəyəri üzrə xərclər

 

 

701-2

Tikinti müqavilələri üzrə maya dəyəri xərcləri

 

 

701-3

Satılmış malların (hazır məhsulun) balans dəyəri

 

 

701-4

Sair satışın maya dəyəri xərcləri

71

 

 

Kommersiya xərcləri

 

711

 

Kommersiya xərcləri

 

 

711-1

Kommersiya xərcləri kimi tanınan xammal və material xərcləri

 

 

711-2

Kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclər

 

 

711-3

Kommersiya xərcləri kimi tanınan işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları

 

 

711-4

Kommersiya xərcləri kimi tanınan aktivlər üzrə amortizasiya xərcləri

 

 

711-5

Kommersiya xərcləri kimi tanınan digər xərclər

72

 

 

İnzibati xərclər

 

721

 

İnzibati xərclər

 

 

721-1

İnzibati məqsədlər üçün istifadə olunmuş xammal və material xərcləri

 

 

721-2

İnzibati işçi heyəti üzrə xərclər

 

 

721-3

İnzibati işçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırmaları

 

 

721-4

İnzibati məqsədlər üçün istifadə olunan aktivlərin amortizasiya xərcləri

 

 

721-5

İnzibati məqsədlərlə bağlı digər xərclər

73

 

 

Sair əməliyyat xərcləri

 

731

 

Sair əməliyyat xərcləri

 

 

731-1

Torpaq, tikili, avadanlıqların və digər uzunmüddətli aktivlərin xaricolması üzrə xərclər

 

 

731-2

Yenidən qiymətləndirilmədən xərclər

 

 

731-3

Qiymətdən düşmə üzrə xərclər

 

 

731-4

Cərimələr və digər oxşar ödənişlər

 

 

731-5

Keçmiş illər üzrə xərclər

 

 

731-6

Şübhəli və ümidsiz borclar üzrə xərclər

 

 

731-7

Aktivlərin dəyərinin azalması üzrə düzəlişlər

 

 

731-8

Məzənnə xərcləri

 

 

731-9

Əvəzsiz olaraq verilmiş aktivlər

 

 

731-10

Digər əməliyyat xərcləri

74