Aqil
Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2016-cı ilin dekabr
ayında Azərbaycanın görkəmli alimi, əməkdar
elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil
Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi tamam
olur.
Aqil Əliyev
səmərəli elmi-pedaqoji fəaliyyəti ilə
Azərbaycan iqtisadiyyatının və təhsilinin
inkişafına layiqli töhfələr vermişdir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq və Azərbaycan elmi
qarşısındakı mühüm xidmətlərini
nəzərə alaraq Aqil Əliyevin 90 illik yubileyinin
keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli
Elmlər Akademiyası Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının
Təhsil Nazirliyi ilə birlikdə Aqil Əliyevin 90 illik
yubileyinə həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 8 dekabr 2016-cı il
№ 2492