“Azərbaycan Respublikasının Hökuməti və
Türkiyə Respublikasının Hökuməti arasında
Trans-Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara
alır:
“Azərbaycan
Respublikasının Hökuməti və Türkiyə
Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii
qaz sisteminə dair” 2014-cü il mayın 26-da Ankara şəhərində
imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2016-cı il
¹ 307-VQ
Azərbaycan
Respublikasının Hökuməti və Türkiyə
Respublikasının
Hökuməti arasında Trans Anadolu təbii
qaz sisteminə dair
Hazırkı Anlaşma Memorandumu (bundan
sonra “Memorandum”) 26 may 2014-cü il tarixində
aşağıdakılar arasında imzalanmışdır:
hər biri ayrılıqda “Dövlət”
və birlikdə “Dövlətlər” adlanacaq
(1) AZƏRBAYCAN RESPUBLİKASI
HÖKUMƏTİ, Energetika Nazirliyi tərəfindən təmsil
olunur (bundan sonra “Azərbaycan Respublikası”); və
(2) TÜRKİYƏ RESPUBLİKASI
HÖKUMƏTİ, Enerji və Təbii Sərvətlər
Nazirliyi tərəfindən təmsil olunur (bundan sonra
“Türkiyə Respublikası”)
nəzərə alırlar ki,
(A) Azərbaycan Respublikası və
Türkiyə Respublikası arasında Trans Anadolu Qaz Boru Kəməri
Layihəsinə dair, Türkiyə Respublikasının
iştirak payına uyğun olaraq 20% (iyirmi faiz) və Azərbaycan
Respublikasının iştirak payına uyğun olaraq 80% (səksən
faiz) iştirak ilə layihə üzrə konsorsiumun
yaradılması məqsədilə 24 dekabr 2011-ci il tarixli
Anlaşma Memorandumu imzalanmışdır (bundan sonra
“Memorandum”).
(B) Azərbaycan Repsublikası və
Türkiyə Respublikası arasında 26 iyun 2012-ci il tarixli
Trans Anadolu Qaz Boru Kəməri üzrə “Azərbaycan
Respublikası və Türkiyə Respublikası arasında
Hökumətlərarası Saziş” imzalanmışdır
(bundan sonra “HS”).
(C) Türkiyə Respublikası və
“Trans Anatolian Gas Pipeline Company B.V.” şirkəti arasında 26
iyun 2012-ci il tarixində “Trans Anadolu Qaz Boru Kəməri
üzrə Tranzit ölkə ilə saziş” (bundan sonra
“TÖS”) imzalanmışdır və HS-in tərkib hissəsi
olaraq qoşmada verilmişdir.
(D) “Trans Anatolian Gas Pipeline Company B.V.”
şirkəti öz hüquq və öhdəliklərini
Türkiyə Respublikası qanunvericiliyinə əsasən təsis
olunan “TANAP Doğal Qaz İletim Anonim Şirketi”nə (bundan
sonra “TANAP Şirkəti”) ötürmüşdür.
(E) Azərbaycan mənşəli olan və
onun ərazisindən gələn təbii qazın Türkiyə/Gürcüstan
sərhədindən, Türkiyə ərazisindən keçərək
və çıxış nöqtələri Türkiyədə
və Türkiyə/Yunanıstan və Bolqarıstan sərhədlərində,
eləcə də Dövlətlər tərəfindən
razılaşdırılmış digər nöqtələrdə
olan təhlükəsiz və səmərəli təbii qaz
boru kəməri Trans Anadolu Qaz Boru Kəməri Sistemini TANAP
Şirkəti quraşdırır.
(F) Hazırkı Memorandumun tarixində,
Türkiyə Respublikası və TANAP Şirkəti TÖS-ə
dəyişiklik edilməsi barədə anlaşma imzalamışdırlar.
(G) Hazırkı Memorandumun tarixində,
Boru Hatlan ile Petrol Täşıma A.Ş. (“BOTAŞ”) və
TANAP Şirkəti arasında təbii qazın BOTAŞ tərəfindən
TANAP sistemi ilə nəql edilməsi məqsədilə
qazın nəqli üzrə müqavilə
bağlanmışdır (“BOTAŞ GTA”).
(H) Türkiyə Respublikası və Azərbaycan
Respublikası 7 iyun 2010-cu ildə Anlaşma Memorandumu (“2010-cu
il Memorandumu”) imzalamışlar. Memorandumun müddəalarından
biri də BOTAŞ şirkəti tərəfindən Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (“ARDNŞ”)
afilə olan şirkətinə Türkiyədə ildə 1.2
milyard kubmetr təbii qazın çatdırılmasını
və sonradan da 2016-cı ilin sonunadək Petkim daxil olmaqla
Türkiyə daxili bazarına və müştərilərinə
satışını (“Türkiyə üçün təbii
qazı”) nəzərdə tutur. 2010-cu il Memorandumuna uyğun
olaraq, ARDNŞ-nin afilə olan şirkəti “SOCAR Turkey
Petrokimya A.Ş.” (STPAŞ) və BOTAŞ arasında 28 iyun
2011-ci il tarixli 1.2 milyard kubmetr təbii qazın
çatdırılması və alqı-satqısına dair
Müqavilə imzalanmışdır (“STPAŞ- BOTAŞ
Müqaviləsi”). Azərbaycan Respublikası STPAŞ-BOTAŞ
Müqaviləsinin müddətini artırmaq niyyətindədir.
Bununla əlaqədar, Dövlətlər
aşağıdakılara dair razılaşıblar:
Maddə 1
Təfsir və anlayışlar
Bu Memorandumda əks olunmadığı
təqdirdə, böyük hərflər ilə
yazılmış terminlər HS və TÖS-də qeyd
edilmiş mənanı əks etdirir və həmin sənədlərdə
əks olunmayan halda, aşağıdakı mənaları
daşıyır:
Namizəd - Türkiyə Respublikasının tam
mülahizəsi ilə təqdim edilən müəssisə;
Şahdəniz
Təbii Qaz Yatağı - Xəzər
dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz
təbii qaz yatağı;
Şahdəniz
HPB haqqında Saziş - Xəzər
dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz
təbii qaz yatağının bərpası, kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü
haqqında Saziş;
Tamamlanma tarixi - 1 iyun 2016-cı il;
Zəfər-Məşəl
Təbii Qaz Yatağı - Xəzər
dənizinin Azərbaycan sektorunda yerləşən Zəfər-Məşəl
yatağının daxil olduğu blok.
1.2.1. Bu Memorandumun maddələrə,
hissələrə və digər bölmələrə
bölgüsü və başlıqların yerləşdirilməsi
istinadların rahatlığı üçün qeyd olunub və
Memorandumun təfsirinə və ya tərtibinə təsir etməməlidir.
1.2.2. Bu Memorandumda əks
olunmadığı təqdirdə, nömrəli və ya hərfli
“maddə”yə bütün istinadlar bu Memorandumda müəyyən
edilmiş maddələrə istinaddır.
1.2.3. Burada istifadə olunan “bu Memorandum”,
“bundan sonra”, “hazırkı”, “aşağıda qeyd edilmiş”
anlayışları yalnız bu Memoranduma aid olub heç bir
digər xüsusi maddəyə və ya digər hissəyə
aid deyil.
Digər şərtlər məxsusi
olaraq qeyd edilmədiyi və ya mətnin tələblərinə
zidd olmadığı təqdirdə, tək halda istifadə
edilən sözlərin cəm halı və əksinə, cəm
halda nəzərdə tutulmuş sözlərin tək
halı göstəriləcəkdir və cinsi nəzərdə
tutan sözlər hər iki cinsi özündə cəmləşdirəcəkdir.
Bununla belə, “daxil etmək”, “daxil edir” və “daxil olmaqla”
sözləri “bununla məhdudlaşdırılmamaqla” sözləri
ilə birgə istifadə ediləcəkdir.
Maddə
2
Türkiyə Respublikasının
öhdəlikləri
2.1. Azərbaycan Respublikasının
3-cü maddədə qeyd edilmiş öhdəlikləri
aşağıdakı şərtlərdən
asılıdır:
2.1.1. Türkiyə Respublikasının
TANAP ilə HGA Dəyişikliyini imzalaması və
ratifikasiyası;
2.1.2. BOTAŞ-ın BOTAŞ GTA-nı
imzalaması və ötürməsi.
2.2. Türkiyə Respublikası 2.1-ci
maddədə göstərilmiş şərtləri yerinə
yetirdikdən dərhal sonra qeyd edilmiş proseslərin yerinə
yetirildiyi barədə Azərbaycan Respublikasını
yazılı şəkildə məlumatlandırmalıdır.
Maddə
3
Azərbaycan Respublikasının öhdəlikləri
3.1. Yuxarıda qeyd olunmuş 2-ci maddəyə
əsasən Azərbaycan Respublikası bu Memorandumun
imzalanıb və ratifikasiya edildiyi gündən sonra 90 (doxsan)
gün ərzində növbəti şərtləri yerinə
yetirməyi və ya təmin etməyi öhdəsinə
götürür:
3.1.1. TANAP Şirkətində olan 30 %
(otuz faiz) iştirak payının ARDNŞ-dən Namizədə
ötürülməsi;
3.1.2. Şahdəniz qaz yatağında və
Cənub Qafqaz Boru Kəmərində 10 % (on faiz) iştirak
paylarının və Cənub Qafqaz Boru Kəmərinin
genişləndirilməsi ilə bağlı layihəni
ARDNŞ-dən və ya Şahdəniz HPBS-nə əsasən
digər podratçıdan (podratçı ilə
razılıq əldə olunduğu təqdirdə) Namizədə
ötürülməsi;
3.1.3. Zəfər-Məşəl qaz
yatağında 10% (on faiz) iştirak payı ARDNŞ-dən
Namizədə ötürüləcəkdir. Bu ötürmə
Zəfər-Məşəl qaz yatağının iştirak
paylarını müəyyən edən hasilatın pay
bölgüsü və ya hər hansı digər sazişin
bütün tərəfləri imzaladıqdan və Saziş
qüvvəyə mindikdən sonra həyata keçiriləcəkdir.
Maddə
4
SOCAR Türkiyə üçün
qazın nəqlinin uzadılması
Türkiyə Respublikası SOCAR
Türkiyə üçün qazm nəqlinin 31 dekabr 2021-ci il
tarixinə qədər uzadılmasına və BOTAŞ-m
STPAS-BOTAŞ GSA-nın müddətinin 31 dekabr 2021-ci il tarixinə
qədər uzadılmasının təmin edilməsinə
razılıq verir.
Mübahisələrin həlli
Bu Memorandumun təfsiri və tətbiqi
ilə bağlı meydana çıxa bilən istənilən
mübahisələr İGA-nın 12-ci maddəsinə əsasən
aradan qaldırılacaqdır.
Maddə
6
Qüvvəyəminmə
6.1. Hər bir Dövlətin Hökuməti
razılaşır ki, bu Memorandumun imzalanmasından sonra bu sənədin
onun Konstitusiyasına və beynəlxalq hüquq qaydalarına
müvafiq olaraq məcburi öhdəliklərinə əsasən
qüvvəyə minməsi üçün bütün tədbirləri
gecikdirilmədən və zəruri şəkildə həyata
keçirəcəkdir.
6.2. Bu Memorandum bütün daxili
hüquqi prosedurlann yekunlaşdığı barədə
Dövlətlərin diplomatik kanallar vasitəsi ilə
bir-birinin yazılı məlumatını aldığı
tarixdən qüvvəyə minəcəkdir.
6.3. Bu Memoranduma dəyişikliklər və
əlavələr Dövlətlərin
qarşılıqlı razılığından sonra edilə
bilər. Hər hansı dəyişiklik və əlavə bu
Memorandumun tərkib hissəsi olacaq və 6-cı maddəyə
əsasən qüvvəyə minəcək protokollarda öz
əksini tapacaqdır.
Səlahiyyətli orqanlar
Bu Memorandumun icrası ilə
bağlı Dövlətlər burada qeyd olunan aidiyyəti
orqanları cəlb edirlər: Azərbaycan Respublikasının
Energetika Nazirliyi və Türkiyə Respublikasının
Energetika və Təbii Sərvətlər Nazirliyi.
Maddə
8
Xitam
8.1. Bu Memoranduma aşağıdakı
iki haldan birinin baş verdiyi təqdirdə xitam verilə bilər:
8.1.1. ölkələrin
qarşılıqlı razılıq əsasında
yazılı şəkildə bu Memoranduma xitam vermək qərarının
imzalanması tarixində;
8.1.2. maddə 2.1-də qeyd edilmiş
şərtlər Tamamlanma tarixinə (və ya Ölkələrin
razılaşdığı digər tarixə) qədər
yerinə yetirilmədiyi halda.
26 may 2014-cü il tarixində Ankara şəhərində
Azərbaycan, türk və ingilis dillərində tərtib
olunmuş və 2 (iki) nüsxədə
imzalanmışdır və qeyd olunmuş bütün mətnlər
bərabər məna daşıyırlar. Mətnlərlə
bağlı hər hansı anlaşılmazlıq
yarandığı təqdirdə, ingilis dilindəki mətn
üstünlük təşkil edəcəkdir.
Azərbaycan
Respublikasının |
Türkiyə
Respublikasının |
Hökuməti
adından |
Hökuməti
adından |
cənab
Natiq ƏLİYEV, |
cənab
Taner YILDIZ, |
Azərbaycan
Respublikasının |
Türkiyə
Respublikasının energetika və |
energetika
naziri |
təbii
sərvətlər naziri |