“Azərbaycan Respublikasının ali
təhsil müəssisələrinin və Azərbaycan Milli
Elmlər Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Təhsil haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5
sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168
nömrəli
Fərmanının 2.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə və Azərbaycan
Respublikası Dövlət İmtahan Mərkəzinin
təklifinə əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin
və Azərbaycan Milli Elmlər Akademiyasının
magistraturalarına qəbul Qaydaları” təsdiq edilsin
(əlavə olunur).
2. “Azərbaycan Respublikasının ali
təhsil müəssisələrinin və Azərbaycan Milli
Elmlər Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın təsdiq edilməsi haqqında” ləğv
olunmuş Azərbaycan Respublikası Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının 2011-ci il 29 dekabr tarixli 1 nömrəli qərarı ləğv edilsin.
Azərbaycan
Respublikasının Baş naziri
Artur Rasi-zadə
Bakı şəhəri, 8 fevral 2017-ci il
¹ 40
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli
40 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Azərbaycan Respublikasının ali
təhsil müəssisələrinin və Azərbaycan Milli
Elmlər Akademiyasının magistraturalarına qəbul
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Təhsil haqqında”
Azərbaycan Respublikası Qanununun 26.4-cü və 26.6-cı
maddələrinə əsasən hazırlanmışdır
və bakalavrların və digər ali təhsilli
şəxslərin Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyinə uyğun fəaliyyət göstərən
dövlət, bələdiyyə və özəl ali
təhsil müəssisələrinin və Azərbaycan Milli
Elmlər Akademiyasının (bundan sonra - elmi təşkilat)
magistraturalarına qəbul qaydalarını müəyyən
edir.
1.2. Ali təhsil
müəssisələrinin və elmi təşkilatın
magistraturalarına qəbul olmaq hüququna bakalavrlar və
digər ali təhsilli şəxslər (bundan sonra -
bakalavrlar) malikdirlər.
1.3. Magistraturada təhsil dövlət
sifarişi əsasında (dövlət büdcəsinin
vəsaiti hesabına) və ya ödənişli əsaslarla
həyata keçirilir.
1.4. Dövlət ali təhsilin magistratura
səviyyəsində qanunvericiliyə uyğun olaraq,
təhsilalanların yalnız bir dəfə pulsuz təhsil
almaq hüququnu təmin edir.
1.5. Magistraturalara qəbul “Təhsil
haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci
maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla,
bakalavrların müvafiq tədris ilində biliyin
qiymətləndirilməsi üzrə keçirilən
imtahanda (qəbul imtahanında) əldə etdikləri
nəticələrə əsasən, Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi
(bundan sonra - Mərkəz) tərəfindən müsabiqə
yolu ilə həyata keçirilir.
1.6. Ali təhsil
müəssisələrində və elmi təşkilatda
təhsil alan magistrantlar (buraxılış kurslarında
təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul
üçün müsabiqədə iştirak edə
bilməzlər.
1.7. Müsabiqədə iştirak
ödənişlidir.
2. Ərizələrin qəbul
edilməsi
2.1. Ali təhsil
müəssisələrinin və elmi təşkilatın
magistraturalarına qəbul üzrə müsabiqədə
iştirak etmək üçün bakalavrlar Mərkəzin rəsmi
internet saytında “Bakalavrın elektron ərizəsi”ni
doldurmalıdırlar. Azərbaycan Respublikasında
yerləşən ali təhsil müəssisələrini
bitirən və Azərbaycan Respublikasının
vətəndaşı olan bütün bakalavrlar
Mərkəzin rəsmi internet saytında “Bakalavrın
elektron ərizəsi”ni dolduraraq özləri təsdiq
etməlidirlər. Digər bakalavrlar aşağıdakı
sənədlərin əslini Mərkəz
tərəfindən yaradılmış Sənəd Qəbulu
Komissiyalarına (bundan sonra - SQK) şəxsən təqdim
etməklə ərizələrini təsdiq etdirməlidirlər:[1]
2.1.1. Azərbaycan Respublikasının
vətəndaşları şəxsiyyət
vəsiqələrini, əcnəbilər pasportlarını
və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı
olmayan şəxslər yaşadıqları ölkənin
hüdudlarından kənara getmək üçün onlara
verilən sənədləri və ya icazə
vəsiqələrini, Azərbaycan Respublikasında daimi
yaşayan vətəndaşlığı olmayan
şəxslər şəxsiyyət vəsiqələrini,
qaçqın statusu almış şəxslər və
onların ailə üzvləri qaçqın
vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş hallarda
digər sənədləri və ya icazə
vəsiqələrini;
2.1.2. ali təhsil haqqında
sənədi və ona əlavəni;
2.1.3. xarici ölkələrdə ali
təhsil almış şəxslərə Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən
verilən ixtisasın tanınmasının və
ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən
sənədləri.
2.2. Əcnəbilər və xarici
ölkələrdə təhsil almış
şəxslər bu Qaydaların 2.1-ci bəndində qeyd olunan
sənədlərlə yanaşı, həmin sənədlərin
notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə
tərcüməsini də SQK-ya təqdim edirlər.
3. Qəbul imtahanı
3.1. Magistraturaya qəbul
imtahanı Mərkəz tərəfindən
mərkəzləşdirilmiş qaydada bakalavrların
ümumi intellekt səviyyəsinin (məntiqi
təfəkkürünün), informatika və xarici dil
biliklərinin qiymətləndirilməsi üzrə
keçirilir.[2]
3.2. Qəbul imtahanında bakalavrların imtahan verəcəyi
xarici dil aşağıdakı qaydalar nəzərə
alınmaqla, bakalavr tərəfindən
müəyyənləşdirilir və “Bakalavrın elektron
ərizəsi”nə daxil edilir: [3]
3.2.1. tədrisi Azərbaycan dilində
olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar
ingilis, alman, fransız və ya rus dilini seçə
bilərlər;
3.2.2. tədrisi rus dilində olan
ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis,
alman və ya fransız dilini seçə bilərlər;
3.2.3. tədrisi ingilis (alman) dilində
olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi
yalnız ingilis (alman) dilini seçməlidirlər; [4]
3.2.4. filologiya ixtisasının
Azərbaycan dili və Azərbaycan ədəbiyyatı,
habelə tarix ixtisasının tədrisi Azərbaycan
dilində olan ixtisaslaşmalarına qəbul olmaq
istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars
dilini də seçə bilərlər;
3.2.5. filologiya (xarici dil və
ədəbiyyat), xarici dil və ədəbiyyat
müəllimliyi, xarici dil müəllimliyi və
tərcümə ixtisasları üzrə ixtisaslaşmalara
qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici
dil kimi seçə bilməzlər;
3.2.6. regionşünaslıq
(Amerikaşünaslıq), regionşünaslıq (ABŞ
və Kanada üzrə), ölkəşünaslıq
(Böyük Britaniyaşünaslıq) ixtisaslaşmalarına
qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız
ingilis dilini, ölkəşünaslıq
(Almaniyaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq
istəyən bakalavrlar yalnız alman dilini,
ölkəşünaslıq (Fransaşünaslıq) ixtisaslaşmasına
qəbul olmaq istəyən bakalavrlar isə yalnız
fransız dilini seçməlidirlər.
3.3. Bakalavrın ümumi intellekt
səviyyəsinin (məntiqi təfəkkürünün),
informatika və xarici dil üzrə biliklərinin
qiymətləndirilməsi imtahanının nəticələri
Mərkəz tərəfindən Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla müəyyən edilən
müsabiqə şərtini ödəyən bakalavrlar
ixtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanına buraxılırlar.[5]
3.4. Xüsusi qabiliyyət
tələb edən ixtisaslar üzrə ixtisas
magistraturasının ixtisaslaşmalarına və jurnalistika
üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq
istəyən və qəbul imtahanındakı
nəticələri Mərkəz tərəfindən Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla müəyyən edilən
müsabiqə şərtini ödəyən bakalavrlar qəbul
imtahanını verdikdən sonra Mərkəz
tərəfindən elan edilən müddətdə
qabiliyyət imtahanı verməlidirlər.[6]
3.5. “ADA” Universitetinin, Moskva Dövlət
Universitetinin Bakı filialının və Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Hərbi
Akademiyasının,
Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin Akademiyasının magistraturalarına və Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının magistraturasının tədrisi ingilis
dilində olan “İdman jurnalistikası”, “Menecment (idman
sahəsi üzrə)”, “İdman tibbi və reabilitasiya”
ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar
qəbul imtahanını
verdikdən sonra
həmin ali təhsil müəssisələrinin
müəyyən etdiyi qəbul prosedurlarından
keçməlidirlər.[7]
3.6. İmtahanların məzmunu,
forması, aparılması texnologiyası, davametmə
müddəti, keçiriləcəyi yer və günlər
Mərkəz tərəfindən müəyyən edilir.
İmtahan suallarının məzmunu Mərkəz
tərəfindən hazırlanmış və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla təsdiq edilmiş imtahan
fənləri üzrə qəbul proqramlarına uyğun
müəyyənləşdirilir.
3.7. Qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin
edilməsi üçün Mərkəz tərəfindən
əlverişli şərait yaradılır. Görmə
qabiliyyəti olmayan (I
dərəcə əlilliyi olan) bakalavrlara fərdi
nəzarətçi təyin edilir və onlar
üçün imtahanın davametmə müddəti 30
dəqiqə artırılır.[8]
4. İxtisaslaşma seçimi
4.1. Magistraturaya qəbul olmaq
üçün ixtisaslaşma seçimi qəbul və qabiliyyət
imtahanlarının
nəticələri elan olunduqdan sonra aparılır.
İxtisaslaşma seçiminə qəbul və qabiliyyət
imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla müəyyən edilən
müsabiqə şərtlərinə uyğun olan bakalavrlar
buraxılırlar.[9]
4.2. Bakalavr bitirdiyi ixtisasa müvafiq olan
ixtisaslaşmalardan istəyinə uyğun olanlarını
seçərək, onları istədiyi ardıcıllıqla
elektron ixtisaslaşma seçimi ərizə formasına
daxil edir və təsdiqləyir.[10]
4.3. Tədrisi ingilis (alman) dilində olan
ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qəbul imtahanında ingilis (alman) dili üzrə
topladıqları ballar Mərkəz tərəfindən
tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalar
üçün müəyyən edilən müsabiqə şərtinə
uyğun olmalıdır. [11]
4.4. Elmi təşkilatın
magistraturasının ixtisaslaşmalarına qəbul olmaq
istəyən bakalavrlar ixtisaslaşma seçimindən
əvvəl Mərkəz tərəfindən müəyyən
edilən vaxtda Mərkəzin rəsmi internet saytında
qeydiyyatdan keçməli və həmin təşkilatda
müsahibədə iştirak etməlidirlər. Yalnız
müsahibədən “məqbul” qiymət alan bakalavrlar
ixtisaslaşma seçimi zamanı elmi təşkilatın
magistratura ixtisaslaşmalarını seçə bilərlər. [12]
4.5. Xüsusi qabiliyyət
tələb edən ixtisaslar üzrə ixtisas
magistraturasının ixtisaslaşmalarını və
jurnalistika üzrə magistratura ixtisaslaşmalarını
qəbul imtahanını verdikdən sonra Mərkəz
tərəfindən elan edilən müddətdə Mərkəzin
rəsmi internet saytında qeydiyyatdan keçən,
qabiliyyət imtahanında iştirak edən və həmin
imtahandan “məqbul” qiymət alan bakalavrlar seçə
bilərlər.[13]
4.6. Seçilmiş ixtisaslaşmaların
ərizə formasında göstərilən
ardıcıllığı müsabiqə zamanı əsas
kimi qəbul olunur və bakalavr topladığı bala
əsasən müsabiqədən keçdiyi ilk
ixtisaslaşmaya yerləşdirilir.[14]
5. Müsabiqənin keçirilməsi
5.1. Bakalavrların seçdikləri
ixtisaslaşmalar üzrə müsabiqə iki
mərhələdə keçirilən imtahandan
topladıqları ümumi bal (balların cəmi)
əsasında aparılır. [15]
5.2. Bakalavrların ixtisaslaşmalara
yerləşdirilməsi onların öz
ərizələrində qeyd etdikləri
ixtisaslaşmaların ardıcıllığı və
dövlət sifarişi ilə qəbulun proqnozu
nəzərə alınmaqla, ixtisaslaşmalar üzrə
vakant yerlərin sayı çərçivəsində
həyata keçirilir.
5.3. İmtahan balı eyni olan iki və daha çox
bakalavrı bir-birindən fərqləndirmək
üçün aşağıda qeyd edilən
ardıcıllıqla əlavə göstəricilərdən
istifadə edilir: [16]
5.3.1. ümumi orta
müvəffəqiyyət göstəricisi (ÜOMG);
5.3.2. ixtisas üzrə biliyin
qiymətləndirilməsi imtahanından toplanılan bal; [17]
5.3.3. ümumi intellekt səviyyəsini
(məntiqi təfəkkürü) yoxlayan testdən
toplanılan bal;
5.3.4. xarici dil üzrə testdən
toplanılan bal.
5.4. İmtahan balı eyni olan iki və daha çox
bakalavrı bir-birindən fərqləndirmək mümkün
olmadıqda, onların hamısı müvafiq ixtisaslaşmaya
yerləşdirilir.
5.5. Müsabiqənin
nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan
edilir, bakalavrlar tərəfindən bu Qaydaların 4.1-4.5-ci
bəndlərinə uyğun olaraq ixtisaslaşma seçimi
həyata keçirilir və həmin yerlərə
müsabiqə yolu ilə yerləşdirilmə
aparılır.
6. Yekun müddəalar
6.1. Təhsilalma formasından
asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya
yerləşdirilmiş bakalavr tələb olunan
sənədləri 10 gün müddətində qəbul olduğu
təhsil müəssisəsinə və ya elmi
təşkilata təqdim etməklə qeydiyyatdan
keçməlidir. Bakalavrın bu müddətdə təhsil
müəssisəsində və ya elmi təşkilatda
qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi
ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi
qiymətləndirilir. Bu bakalavrların boş qalan yerlər
üzrə keçirilən müsabiqədə iştirak
etmələrinə icazə verilmir.
6.2. Ali təhsil
müəssisələrinin və elmi təşkilatın
magistraturalarına qəbul üzrə keçirilən
müsabiqə və onun nəticələri ilə
bağlı vətəndaşların
müraciətlərinə baxılması üçün
Mərkəz tərəfindən Apelyasiya Komissiyası
yaradılır.
6.3. Bakalavr Apelyasiya Komissiyasına
şəxsiyyəti təsdiq edən sənədin əslini
təqdim etməklə, şəxsən müraciət
etməlidir. Apelyasiya Komissiyasının qərarlarından
inzibati qaydada və ya məhkəməyə şikayət
verilə bilər.
6.4. Bakalavrın aşağıdakı
hərəkətlərə yol verməsi qadağandır:
6.4.1. saxta və ya başqasına aid
sənəd təqdim etmək, imtahana öz yerinə
başqasını göndərmək;
6.4.2. imtahana mobil telefon və digər
rabitə vasitələri, kalkulyator və digər elektron
cihazlar, konspekt, lüğət, cədvəl, məlumat
kitabçası və digər yardımçı
vasitələr gətirmək və ya onlardan istifadə
etmək;
6.4.3. yandırıcı,
partlayıcı, kəsici, deşici, atıcı və
digər bu kimi əşyalarla imtahan binasına girmək,
özü ilə tütün məmulatı gətirmək;[18]
6.4.4. imtahanın başlanması elan
olunan andan 1,5 saat (birinci mərhələdə) və 1 saat
(ikinci mərhələdə) müddət
keçənədək və imtahanın son 15
dəqiqəsi ərzində səbəbindən asılı
olmayaraq imtahan zalından çıxmaq; [19]
6.4.5. imtahan zalında yerini
dəyişmək, gəzişmək, yerindən durmaq və
digər hərəkətlərlə imtahanın
gedişinə mane olmaq;
6.4.6. başqasının
nəticəsinə təsir göstərmək, o
cümlədən başqasının cavab kartına, sual
kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına
başqasının baxmasına şərait yaratmaq, sualın
cavabını soruşmaq və ya bildirmək;
6.4.7. nəzarətçiyə və ya
digər şəxslərə tapşırıqların
həllində kömək üçün müraciət
etmək;
6.4.8. cavab kartını və sual
kitabçasını zədələmək, onları
nəzarətçiyə təhvil vermədən imtahan
zalından çıxmaq.
6.5. Bakalavrın bu Qaydaların 6.4-cü
bəndində göstərilən
hərəkətlərə yol verməsi halları
Mərkəz tərəfindən aşkar edildikdə, onun
müsabiqə nəticələri ləğv edilir. Bu
qərardan inzibati qaydada və ya məhkəməyə
şikayət verilə bilər.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
13 fevral
2018-ci il tarixli 48 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti 15 fevral 2018-ci il, ¹ 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
352)
2.
17 aprel
2018-ci il tarixli 170
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti 24 aprel 2018-ci il, ¹ 91, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 4, maddə
818)
3.
7 mart
2019-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 3, maddə 517)
4.
30 iyul 2019-cu il
tarixli 334 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
1 avqust 2019-cu il, ¹ 166, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1356)
5.
13 yanvar 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
14 yanvar 2020-ci il, ¹ 6, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 1, maddə 64)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 13 fevral 2018-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, ¹ 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
352) ilə “Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinin və Azərbaycan
Milli Elmlər Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 2.1-ci bəndinin ikinci cümləsində “səhifəsində”
sözü “saytında” sözü ilə əvəz
edilmişdir.
[2]
13
yanvar 2020-ci
il tarixli 6 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, ¹ 6,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
1, maddə 64) ilə
“Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 3.1-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
3.1.
Magistraturaya qəbul imtahanı Mərkəz
tərəfindən mərkəzləşdirilmiş qaydada
iki mərhələdə keçirilir:
3.1.1.
bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi
təfəkkürünün), informatika və xarici dil
üzrə biliklərinin qiymətləndirilməsi
imtahanı;
3.1.2.
ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanı.
[3]
13
yanvar 2020-ci
il tarixli 6 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, ¹ 6,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
1, maddə 64) ilə
“Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın
3.2-ci bəndində “Birinci mərhələdə”
sözləri “Qəbul
imtahanında” sözləri ilə əvəz
edilmişdir.
[4]
13
yanvar 2020-ci
il tarixli 6 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, ¹ 6,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
1, maddə 64) ilə
“Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 3.2.3-cü yarımbəndində “olunmaq” sözü “olmaq” sözü ilə
əvəz edilmişdir.
[5] 13 fevral 2018-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, ¹ 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
352) ilə “Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinin və Azərbaycan
Milli Elmlər Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 3.3-cü bəndində “namizədlər”
sözü “bakalavrlar” sözü ilə əvəz
edilmişdir.
13
yanvar 2020-ci
il tarixli 6 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, ¹ 6,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
1, maddə 64) ilə
“Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 3.3-cü bəndi ləğv edilmişdir.
[6]
13
yanvar 2020-ci
il tarixli 6 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, ¹ 6,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
1, maddə 64) ilə
“Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 3.4-cü bəndi yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
3.4.
Bakalavrın bitirdiyi ixtisasdan asılı olaraq, imtahan
aparılan ixtisas fənləri ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının təklifləri əsasında
Mərkəz tərəfindən Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla müəyyən edilir.
Bakalavrlar test tapşırıqları və ya yazı işi
yerinə yetirməli, xüsusi qabiliyyət tələb
edən ixtisaslaşmalar üzrə ixtisas magistraturasına
qəbul olmaq istəyənlər isə yalnız qabiliyyət
imtahanı verməlidirlər.
[7] 13 fevral 2018-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, ¹ 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
352) ilə “Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinin və Azərbaycan
Milli Elmlər Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 3.5-ci bəndinə “magistraturalarına”
sözündən sonra “və Azərbaycan Dövlət
Bədən Tərbiyəsi və İdman Akademiyasının
magistraturasının tədrisi ingilis dilində olan “İdman jurnalistikası”,
“Menecment (idman sahəsi üzrə)”, “İdman tibbi və
reabilitasiya” ixtisaslaşmalarına” sözləri
əlavə edilmişdir.
30
iyul 2019-cu
il tarixli 334 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 avqust 2019-cu il, ¹
166, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 7, maddə 1356) ilə “Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinin və Azərbaycan
Milli Elmlər Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 3.5-ci bəndinə “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Hərbi Akademiyasının”
sözlərindən sonra “,
Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin Akademiyasının” sözləri əlavə
edilmişdir.
13
yanvar 2020-ci
il tarixli 6 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, ¹ 6,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
1, maddə 64) ilə
“Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 3.5-ci bəndində “imtahanının ikinci mərhələsi
əvəzinə,” sözləri “imtahanını verdikdən sonra” sözləri
ilə əvəz edilmişdir.
[8]
7 mart 2019-cu il tarixli 83 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
3, maddə 517) ilə “Azərbaycan Respublikasının ali
təhsil müəssisələrinin və Azərbaycan Milli
Elmlər Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 3.7-ci bəndinin birinci cümləsində
“sağlamlıq imkanları
məhdud şəxslərin” sözləri “əlilliyi olan şəxslərin”
sözləri ilə, ikinci cümləsində “I qrup əlil” sözləri “I dərəcə əlilliyi olan”
sözləri ilə əvəz edilmişdir.
[9] 13 fevral 2018-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, ¹ 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
352) ilə “Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinin və Azərbaycan
Milli Elmlər Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 4.1-ci bəndinin ikinci cümləsində “namizədlər”
sözü “bakalavrlar” sözü ilə əvəz
edilmişdir.
13
yanvar 2020-ci
il tarixli 6 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, ¹ 6,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
1, maddə 64) ilə
“Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın
4.1-ci bəndin birinci cümləsində “ixtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanının” sözləri
“qəbul və qabiliyyət
imtahanlarının” sözləri ilə və ikinci
cümləsində “bakalavrın
ümumi intellekt səviyyəsinin (məntiqi
təfəkkürünün), informatika və xarici dil
üzrə və ixtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanlarından topladığı
ümumi balı (ballarının cəmi) ilə yanaşı,
ixtisas fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanından ayrılıqda
topladığı balı da” sözləri “qəbul və qabiliyyət
imtahanlarında göstərdikləri nəticə”
sözləri ilə əvəz edilmişdir.
[10] 13 fevral 2018-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, ¹ 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
352) ilə “Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinin və Azərbaycan
Milli Elmlər Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 4.2-ci bəndində “ixtisas”
sözü “ixtisaslaşma” sözü ilə
əvəz edilmişdir.
[11]
13
yanvar 2020-ci
il tarixli 6 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, ¹ 6,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
1, maddə 64) ilə
“Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 4.3-cü bəndində “imtahanın birinci mərhələsində”
sözləri “qəbul imtahanında” sözləri
ilə əvəz edilmişdir.
[12]
13
yanvar 2020-ci
il tarixli 6 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, ¹ 6,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
1, maddə 64) ilə
“Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 4.4-cü bəndi ləğv edilmişdir.
[13] 13 fevral 2018-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, ¹ 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
352) ilə “Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinin və Azərbaycan
Milli Elmlər Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 4.5-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.5. Ali təhsil
müəssisələrinin qabiliyyət tələb edən
ixtisasları və jurnalistika ixtisası üzrə magistratura
ixtisaslaşmalarını yalnız Mərkəzin rəsmi
internet saytında qeydiyyatdan keçən, qabiliyyət
imtahanında iştirak edən və “məqbul” qiymət alan
bakalavrlar seçə bilərlər.
13
yanvar 2020-ci
il tarixli 6 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, ¹ 6,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
1, maddə 64) ilə
“Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin
və Azərbaycan Milli Elmlər Akademiyasının
magistraturalarına qəbul Qaydaları”nın 4.5-ci bəndi
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4.5. Xüsusi qabiliyyət tələb edən
ixtisaslar üzrə (jurnalistika ixtisası istisna olmaqla) ixtisas
magistraturasının ixtisaslaşmalarını Mərkəz
tərəfindən elan edilən müddətdə
Mərkəzin rəsmi internet saytında qeydiyyatdan
keçən, qabiliyyət imtahanında iştirak edən
və həmin imtahandakı nəticəsi müəyyən
edilmiş müsabiqə şərtlərinə uyğun olan
bakalavrlar, jurnalistika üzrə magistratura
ixtisaslaşmalarını isə Mərkəz
tərəfindən elan edilən müddətdə
Mərkəzin rəsmi internet saytında qeydiyyatdan
keçən, qabiliyyət imtahanından “məqbul” qiymət
alan, proqram seçimi zamanı jurnalistika üzrə
proqramı seçən və ixtisas imtahanının
nəticəsi müəyyən edilmiş müsabiqə
şərtlərinə uyğun olan bakalavrlar seçə
bilərlər.
[14] 13 fevral 2018-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, ¹ 35, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə
352) ilə “Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinin və Azərbaycan
Milli Elmlər Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 4.6-cı bəndində “ixtisasların”
sözü “ixtisaslaşmaların” sözü ilə, “namizəd”
sözü “bakalavr” sözü ilə əvəz
edilmişdir.
[15]
13
yanvar 2020-ci
il tarixli 6 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, ¹ 6,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
1, maddə 64) ilə
“Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 5.1-ci bəndindən “iki mərhələdə keçirilən”, “ümumi” və “(balların cəmi)”
sözləri çıxarılmışdır.
[16]
13
yanvar 2020-ci
il tarixli 6 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, ¹ 6,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
1, maddə 64) ilə
“Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 5.3-cü və 5.4-cü
bəndlərində “Ümumi”
sözü “İmtahan”
sözü ilə əvəz edilmişdir.
[17]
13
yanvar 2020-ci
il tarixli 6 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, ¹ 6,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
1, maddə 64) ilə
“Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın
5.3.2-ci yarımbəndi ləğv edilmişdir.
[18]
17 aprel 2018-ci il tarixli 170 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti 24 aprel 2018-ci il, ¹ 91, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 4, maddə
818) ilə “Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 6.4.3-cü yarımbəndində “siqaret” sözü “tütün məmulatı”
sözləri ilə əvəz edilmişdir.
[19]
13
yanvar 2020-ci
il tarixli 6 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 yanvar 2020-ci il, ¹ 6,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
1, maddə 64) ilə
“Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin və Azərbaycan Milli Elmlər
Akademiyasının magistraturalarına qəbul
Qaydaları”nın 6.4.4-cü yarımbəndindən “(birinci mərhələdə)
və 1 saat (ikinci mərhələdə)” sözləri
çıxarılmışdır.