“Azərbaycan Respublikası Hökuməti ilə
İran İslam Respublikası Hökuməti arasında
elektrik enerjisi satışı haqqında”
Çərçivə Sazişinin təsdiq edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci
maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər
tutaraq qərara alır:
“Azərbaycan
Respublikası Hökuməti ilə İran İslam
Respublikası Hökuməti arasında elektrik enerjisi
satışı haqqında” 2016-cı il fevralın 23-də
Tehran şəhərində imzalanmış
Çərçivə Sazişi təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 14 iyun 2016-cı il
¹
275-VQ
Azərbaycan
Respublikası Hökuməti ilə İran İslam
Respublikası
Hökuməti
arasında elektrik enerjisi satışı haqqında
Azərbaycan
Respublikası Hökuməti və İran İslam
Respublikası Hökuməti (bundan sonra təklikdə “Tərəf’
və birlikdə “Tərəflər” adlandırılacaq),
Azərbaycan
Respublikası və İran İslam Respublikası arasında
uzun müddət mövcud olan dostluq münasibətlərinin
və əməkdaşlığın daha da
gücləndirilməsini arzulayaraq, elektroenergetika
sahəsində qarşılıqlı faydalı
əməkdaşlığın daha da dərinləşdirilməsi
məqsədilə,
elektrik
enerjisinin ticarəti sahəsində qarşılıqlı
faydalılıq prinsipinə əsaslanaraq və bu sahədə
iki ölkə arasında əməkdaşlığın
inkişaf etdirilməsinin əhəmiyyətini
nəzərə alaraq, müvafiq milli qanunvericilikləri
çərçivəsində və beynəlxalq hüququn
prinsiplərinə tam uyğun şəkildə
aşağıdakılar
barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər
elektroenergetika obyektləri üzərində suveren
hüquqlarını tanıyırlar və bunun
əsasında elektroenergetika sahəsində
qarşılıqlı faydalı iqtisadi və elmi-texniki
əməkdaşlığı inkişaf etdirirlər və
genişləndirirlər.
Maddə 2
Tərəflər
öz milli qanunvericiliklərinə və
dövlətlərinin tərəfdar
çıxdığı beynəlxalq sazişlərdən
irəli gələn öhdəliklərinə uyğun olaraq,
öz istehlakçılarını stabil elektrik enerjisi
ilə təchiz etmək məqsədilə elektroenergetika
sahəsində əməkdaşlığı inkişaf
etdirmək üçün zəruri tədbirləri
həyata keçirirlər.
Maddə 3
Tərəflər
Azərbaycan Respublikasının enerji sistemindən İran
İslam Respublikasının enerji sisteminə və (və ya)
İran İslam Respublikasının enerji sistemindən Azərbaycan
Respublikasının enerji sisteminə verilməsi
planlaşdırılan elektrik enerjisinin həcmini, qiymətini
və müddətini müəyyənləşdirirlər.
Tərəflər
330 kV-luq “Muğan” (“İmişli-Parsabad”)
dövlətlərarası elektrik verilişi xəttinin
istismara verilməsi üçün bütün lazımi
tədbirləri yerinə yetirirlər.
Maddə 4
Tərəflər
iki ölkə arasında elektrik enerjisinin təhlükəsiz
və etibarlı formada ötürülməsinin texniki,
kommersiya, inzibati qaydalarını və prosedurlarını
və digər təşkilati tələbləri
müəyyən edirlər.
Tərəflərin
müvafiq subyektləri müqavilə və kontraktlar
əsasında Tərəflərin qarşılıqlı
razılığı ilə elektrik enerjisinin
üçüncü ölkələrə tranzitini
həyata keçirirlər və qəza şəraitində
qarşılıqlı yardım göstərirlər.
Maddə 5
Bu
Çərçivə Sazişinin yerinə yetirilməsi
üzrə fəaliyyətin əlaqələndirilməsini
və onun icrasına nəzarəti Tərəflərin
aşağıdakı səlahiyyətli qurumları həyata
keçirir:
“Azərenerji”
Açıq Səhmdar Cəmiyyəti - Azərbaycan
Respublikası Hökuməti tərəfindən;
İran
Enerjinin İstehsalı, Ötürülməsi, Paylanması
İdarəetmə Şirkəti “Tavanir” - İran İslam
Respublikası Hökuməti tərəfindən.
Öz
səlahiyyətli qurumlarının əvəz edildiyi
təqdirdə, Tərəflər bu barədə bir-birini
diplomatik kanallar vasitəsilə məlumatlandırırlar.
Maddə 6
Tərəflər
bu Çərçivə Sazişinin
müddəalarının yerinə yetirilməsi
üçün birgə fəaliyyətin təşviqi
və asanlaşdırılması məqsədilə
aidiyyəti qurumların nümayəndələrindən
ibarət Birgə İşçi Qrup təsis edirlər.
Birgə
İşçi Qrup hər iki ölkənin elektrik enerjisi
şəbəkələri arasında
əlaqələndirmənin həyata keçirilməsi,
elektrik enerjisinin mübadiləsi ilə bağlı ümumi
şərtlərin və xüsusi prosedurların
müəyyən edilməsini həyata keçirir.
Maddə 7
Bu
Çərçivə Sazişinin təfsiri və ya
tətbiqi ilə bağlı yarana biləcək hər
hansı mübahisə Tərəflər arasında
dostcasına danışıqlar və
məsləhətləşmələr yolu ilə diplomatik
kanallar vasitəsilə həll edilir.
Maddə 8
Tərəflərin
qarşılıqlı razılığı əsasında
bu Çərçivə Sazişinə istənilən
əlavələr və dəyişikliklər edilə
bilər. Belə əlavələr və
dəyişikliklər bu Çərçivə Sazişinin
ayrılmaz tərkib hissəsi olan ayrıca
sənədlərlə rəsmiləşdirilir və bu
Çərçivə Sazişinin 9-cu maddəsinin
müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 9
Bu
Çərçivə Sazişi onun qüvvəyə
minməsi üçün zəruri olan müvafiq
dövlət-daxili prosedurların yerinə yetirilməsi
barədə Tərəflərin sonuncu yazılı
bildirişinin diplomatik kanallar vasitəsilə
alındığı tarixdən qüvvəyə minir.
Bu
Çərçivə Sazişi 5 (beş) il
müddətə bağlanılır və
Tərəflərdən biri onu ləğv etmək niyyəti
barədə ən azı 6 (altı) ay
əvvəlcədən yazılı şəkildə
diplomatik kanallar vasitəsilə digər Tərəfə
məlumat vermədiyi təqdirdə, avtomatik olaraq
növbəti 5 (beş) illik müddətlərə
qüvvədə qalır.
Bu
Çərçivə Sazişinin ləğvi, ona
əsasən həyata keçirilən
razılaşmaların və ya proqramların başa
çatmasınadək onların etibarlılığına
və müddətinə təsir etmir.
Tehran
şəhərində 23 fevral 2016-cı il tarixində,
hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla,
iki əsl nüsxədə imzalanmışdır və
bütün mətnlər bərabər autentikdir. Bu
Çərçivə Sazişinin təfsirində fikir
ayrılığı yarandığı təqdirdə,
ingilis dilində olan mətnə üstünlük verilir.
Azərbaycan
Respublikası |
İran
İslam Respublikası |
Hökuməti
adından |
Hökuməti
adından |
(imza) |
(imza) |