Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyası aşağıdakı tərkibdə təşkil edilsin:

 

Abbasova Mahirə Həsrət qızı

AMEA-nın Coğrafiya İnstitutunun Xəritəçəkmə və coğrafi adlar şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru;

Cəfərov Nizami Qulu oğlu

Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü;

Həbibbəyli İsa Əkbər oğlu

Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik;

Hüseynov Rafael Baba oğlu

Milli Məclisin deputatı, AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, akademik;

İbrahimli Fəzail Feyruz oğlu

Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının professoru, tarix elmləri doktoru;

Qarayev İdrak Akif oğlu

Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri;

Quliyev Musa İsa oğlu

Milli Məclisin deputatı, tibb üzrə fəlsəfə doktoru;

Mahmudov Yaqub Mikayıl oğlu

Milli Məclisin deputatı, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü;

Məmmədov Ramiz Mahmud oğlu

AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik;

Məşədiyev Qara İbrahim oğlu

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

Vəlixanlı Nailə Məmmədəli qızı

AMEA-nın vitse-prezidenti, Tarix Muzeyinin direktoru, akademik.

 

2. Komissiyanın işinin təşkili Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinə tapşırılsın.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 1 dekabr 2015-ci il

№ 26-VQR