Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədrlərinin seçilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin deputatları aşağıdakı komitələrin sədrləri seçilsinlər:

 

Əli Məhəmməd oğlu Hüseynli

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsi;

Ziyafət Abbas oğlu Əsgərov

 

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi;

Ziyad Əliabbas oğlu Səmədzadə

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi;

Valeh Feyruz oğlu Ələsgərov

 

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi;

Eldar Rza oğlu İbrahimov

 

Aqrar siyasət komitəsi;

Hadi Musa oğlu Rəcəbli

 

Əmək və sosial siyasət komitəsi;

Arif Qafar oğlu Rəhimzadə

 

Regional məsələlər komitəsi;

İsa Əkbər oğlu Həbibbəyli

 

Elm və təhsil komitəsi;

Rafael Baba oğlu Hüseynov

 

Mədəniyyət komitəsi;

Bahar Əvəz qızı Muradova

 

İnsan hüquqları komitəsi;

Səməd İsmayıl oğlu Seyidov

 

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi;

Əhliman Tapdıq oğlu Əmiraslanov

 

Səhiyyə komitəsi;

Aqiyə Həbib qızı Naxçıvanlı

 

Ailə, qadın və uşaq məsələləri komitəsi;

Siyavuş Dünyamalı oğlu Novruzov

 

İctimai birliklər və dini qurumlar komitəsi;

Fuad Rauf oğlu Muradov

 

Gənclər və idman komitəsi.

 

O.Əsədov,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 24 noyabr 2015-ci il

7-VQR